Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-7/2025 11.03.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – N8 avqust N006-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SHXŞDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən xx.xx.N0N4-cü il tarixdə müddətli həqiqi hərbi xidmət çağırılmış, N saylı hərbi hissənin N-ci mühafizə bölüyünün N-ci mühafizə tağımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində, ünvan 1 ünvanında qeydiyyatda olan, Goranboy rayonu, Qaraçinar kəndində yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin takelaj bölüyünün N-ci takelaj taqımının N-ci takelaj manqasının takelajçısı vəzifəsində, əsgər hərbi rütbəsində gənc əsgərlərinin toplanışında müddətli həqiqi hərbi xidmət keçdiyi zaman 17 oktyabr N0N4-cü il tarixdə axşam “Yat” komandası verildikdən sonra saat N3 radələrində N saylı hərbi hissənin əsgər yataqxanasının 1-ci mərtəbəsində gənc əsgərlər üçün nəzərdə tutulmuş yataqxanada onunla aralarında tabelik münasibətlərində olmayan, həmin hərbi hissənin 1ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində gənc əsgərlərin toplanışında xidmət keçən əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs çarpayısına yaxınlaşaraq onun nalayiq ifadələr işlətməsini əsas gətirərək sonuncuya zor tətbiq etmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs yataqdan qalxaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini pozmaqla əsgər Zərərçəkmiş şəxs sağ üzünə bir sillə zərbəsi vurmuş və yenidən əsgər Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətdiyindən mübahisə davam etmişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsi səbəbindən ona qarşı zor tətbiq edərək hərəkətlərini dayandırmış, o isə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qüvvətli yumruq zərbəsi vurub yerə yıxaraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid “təpə nahiyəsinin yarası, sol gözaltı nahiyəsinin və sağ qulaq seyvanının arxa səthinin hematoması, sol bazunun qançırı” xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs hərbi xidmətə gəldiyi dövrdə tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. 17 oktyabr N0N4-cü il tarixdə, axşam saat NN:00da “yat” komandasından sonra təxminən saat N3:N0 radələrində 1-ci mərtəbədə yerləşən əsgər yataqxanasında yataq yeri olan 10 nömrəli çarpayıda istirahət edərkən, əsgərlər Şahid3, ŞahidN, Şahid4 və Şahid1la söhbət etmiş və bu zaman əsgər Zərərçəkmiş şəxs onlara səslənərək “sakit durun qoy yataq” sözlərini demişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs da öz növbəsində əsgər Zərərçəkmiş şəxs nalayiq formada sakit olmasını bildirmişdir. Bunun ardınca əsgər Zərərçəkmiş şəxs ilə nalayiq ifadələrlə söhbət edərkən Zərərçəkmiş şəxs yataq yerindən qalxaraq onun yataq yerinə yaxınlaşaraq baş nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vuraraq dayanmışdır. Əsgər Zərərçəkmiş şəxs ona yumruqla zərbələr vurarkən o, yatağında uzanıqlı vəziyyətdə olmuşdur. Əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ona vurduğu zərbələrə görə əsəbiləşmiş, buna görə də ayağa qalxaraq şillə ilə Zərərçəkmiş şəxs sağ qulaq nahiyyəsinə zərbə vurmuşdur. Bundan başqa az öncə dediklərinin zarafat mənasında olduğunu demişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs öz çarpayısına tərəf getdikdən sonra o, qanunsuz hərəkətlərini davam etdirərək, əsgər Zərərçəkmiş şəxs zarafatca nalayiq məzmunda ifadələr səsləndirmişdir. Eyni zamanda, bununla kifayətlənməyərək zarafatla digər əsgərlərə “gördünüz uşaqlar, bir dənə şapalaq vuran kimi keçdi getdi yerinə” sözlərini demişdir. Kənardan bu söhbətləri eşidən əsgərlər Şahid3, ŞahidN, Şahid4 Feyruz oğlu və Şahid1 da əsgər Zərərçəkmiş şəxs rişxənd edərək gülüşməyə başlamışlar. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs yerində uzandıqdan sonra sonuncunun öz-özünə danışığını eşitmişdir. Odur ki, əsgər Zərərçəkmiş şəxs “Yadigar dodağının altında nə deyirsənsə hamısı sənin özünsən” sözlərini demişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs da çarpayısından qalxmış və onun çarpayısına yaxınlaşaraq baş zərbəsi ilə onun burun nahiyyəsinə zərbə vurub dayanmışdır. O, isə əsəbi halda əsgər Zərərçəkmiş şəxs sağ yumruğu ilə qüvvətli zərbə vuraraq sonuncunun sol göz nahiyyəsinə möhkəm yumruq zərbəsi vurmuş və nəticədə əsgər Zərərçəkmiş şəxs zərbənin təsirindən yıxılaraq baş nahiyyəsi kazarmada olan su qızdırıcı sistemi olan kombinin dəmir radiatorunun kənarına dəyərək xəsarət almış və baş nahiyyəsi qanamağa başlamışdır. Bu zaman əsgərlər Şahid3, Şahid4 onları ayırmışlar. Bundan sonra hadisə barədə məruzə edilmiş və araşdırma başlanılmışdır. O, həmçinin ifadəsinə əlavə etmişdir ki, əvvəllər arasında hər hansı dava və ya münaqişə halı olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, sonuncunu xidmətə gəldiyi vaxtdan tanımışdır. Onların aralarında hər hansı formada dostluq və düşmənçilik münasibətləri olmamışdır. 17 oktyabr N0N4-cü il tarixdə, axşam saat NN:00-da “yat” komandasından sonra təxminən saat N3:N0 radəsində əsgərlər Şahid3, ŞahidN, Şahid4, Şahid1 öz aralarında söhbət edən zaman o, yata bilmədiyinə görə adları qeyd olunan hərbi qulluqçulara sakit dayanmalaırnı bildirmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs ona nalayiq formada ifadə işlədərək sakit dayanmasını bildirmişdir. O, isə hər hansı etiraz etmədən sakitcə öz yerində uzanmışdır. Bu söhbətdən sonra əsgərlər Şahid3, ŞahidN, Şahid4, Şahid1 ona “gör nətər sənin cavabını verdi Nemət, sən heçnə deyə bilmədin, bizə belə söz deyən olsaydı, biz onun ağzının payını verərdik” deyərək mübahisəni daha da şiddətlənməsinə səbəb olmuşlar. Həmin əsgərlər ona “Yadigar qabağından yemə, möhkəm ol, 1-0 Nemətin xeyrinə” demişlər. Bu zaman o, yataq yerindən qalxaraq əsgər Təqsirləndirilən şəxs yanına yaxınlaşmış və əsgər Təqsirləndirilən şəxs həmin sözlərin zarafatla deyib-demədiyini soruşmuşdur. Əsgər Təqsirləndirilən şəxs da ona rus dilində “seryoznuyam hə” deyərək cavab vermiş, digər hərbi qulluqçular həmin vaxt gülməyə başlamışlar. O, bundan sonra yataq yerinə qayıdaraq yerində uzanmışdır. O, yerində uzandıqdan sonra əsgər Təqsirləndirilən şəxs yenidən onun haqqında danışmağa başlayaraq nalayiq ifadələr işlətmişdir. Bu zaman yuxarıda adı çəkilən dörd nəfər əsgər “ouuuu” deməyə başlamışlar. Odur ki, o, yataq yerindən ayağa qalxaraq əsgər Təqsirləndirilən şəxs yataq yerinə yaxınlaşmışdır. O, yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs baş nahiyyəsinə yumruğu ilə bir neçə dəfə zərbə vuraraq dayanmışdır. Bu zaman əsgər Təqsirləndirilən şəxs da yerindən qalxaraq ona sağ qulaq nahiyyəsindən şillə zərbəsi vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs həmin zərbəni vurduqdan sonra oradan uzaqlaşaraq öz yataq yerinə gələrək yerində uzanmışdır. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs onun haqqında danışaraq “uşaqlar görürsüz bir şapalaq vuran kimi, aralaşdı” sözlərini demişdir. Həmin vaxt mübahisə daha da böyüməsin deyə Zərərçəkmiş şəxs “uşaqlar gecəniz xeyrə, mən yatıram” demiş, lakin əsgər Təqsirləndirilən şəxs onun dodaqaltı nalayiq ifadə işlətməsini bildirərək, bu barədə sual vermişdir. Daha sonra yenidən nalayiq məzmunda ifadə işlətmişdir. Odur ki, əsgər Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsindən sonra o, ayağa qalxaraq yenidən əsgər Təqsirləndirilən şəxs yataq yerinə yaxınlaşmış, üz-üzə gəldikdən sonra əli ilə əsgər Təqsirləndirilən şəxs yaxasından tutaraq baş nahiyyəsi ilə Təqsirləndirilən şəxs burun nahiyyəsinə zərbə vurmuşdur. Lakin, zərbə vurduqdan sonra, yenidən davam etmək imkanı olduğu halda, təkrar zərbə vura bildiyi halda bunu etməmiş və dayanmışdır. O, dayanmaqla davanın daha da böyüməməsinə çalışmış, eləcə də daha ağır xəsarət yetirməməyə səy göstərmişdir. O, dayandıqdan sonra isə əsgər Təqsirləndirilən şəxs yumruğu ilə onun solgözaltı nahiyyəsinə yumruq zərbəsi vurmuş və nəticədə o, yıxılaraq baş nahiyyəsi su qızdırıcı sisteminin dəmirlərinə dəyərək xəsarət almış və baş nahiyəsi qanamağa başlamışdır. Bu zaman orada olan əsgərlər onları bir-birindən kənarlaşdıraraq sakitləşdirmişlər. Bundan sonra bu barədə hərbi hissə komandirinə məruzə olunmuş və araşdırma başlanılmışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, aralarında hər hansı qohumluq və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.N0N4-cü il tarixdə axşam “yat” komandasından sonra saat təxminən N3:N0 radələrində əsgər yoldaşları ŞahidN, Şahid4 və Şahid1 ilə öz aralarında söhbət edən zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nalayq ifadələr işlətməsinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs cavab olaraq onunla nalayiq məzmunda zarafat etməməsini xahiş etmişdir. Onların arasında nalayiq məzmunda bu cür söz-söhbətin dəqiq olaraq necə başlamasını xatırlamıram. Anidən belə bir mübahisə başlamasının şahidi olmuş, əvvəlcə onların zarafat etdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq məzmunda ifadələr işlədən zaman sonuncu buna etiraz etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq sözlər deyən zaman o da daxil olmaqla orada olan bir neçə əsgər “gör necə sənin cavabını verdi Nemət, sən heçnə deyə bilmədim, 1-0 Nemətin xeyrinə” ifadəsini işlətmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “az öncə ona deyilən sözlərin ciddi deyilib-deyilməməsi barədə sual vermiş və Təqsirləndirilən şəxs da həmin vaxt Zərərçəkmiş şəxs ciddi olması barədə bildirmişdir. Təqsirləndirilən şəxs bunu dedikdən sonra o, yanında olan digər əsgərlərlə birlikdə gülməyə başlamışdır. Ümumi olaraq mübahisə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu vurmaq istəyən adamı nalayiq ifadələrlə cavabını verəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yerindən qalxaraq Təqsirləndirilən şəxs yataq yerinə yaxınlaşaraq sonuncunun baş nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs da ayağa qalxıb Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə şillə zərbəsi vurmuşdur. Lakin həmin vaxt onlar cavabdeh şəxslərdən heç kimə bu barədə məlumat verməmişlər. Buna səbəb isə belə bir hərəkətin bir daha təkrarlanmayacaqlarını düşünmələri olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs öz yataq yerinə qayıdaraq yerində uzanmışdır. Zərərçəkmiş şəxs öz yataq yerində uzanan zaman Təqsirləndirilən şəxs “uşaqlar görürsüz bir şapalaq vuran kimi aralaşdı” ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs yerinə uzanan zaman, zəif səslə sağollaşmış, həmin vaxt bunu dedikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş söyüb-söymədiyini soruşmuş, Zərərçəkmiş şəxs da söyüş söymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs bir daha nalayiq ifadə işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq Təqsirləndirilən şəxs yataq yerinə tərəf addımlamış və Təqsirləndirilən şəxs da öz yataq yerindən ayağa qalxaraq üz-üzə gəlmiş, bu zaman Zərərçəkmiş şəxs baş nahiyyəsi ilə Təqsirləndirilən şəxs burun nahiyyəsinə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs sol göz altı nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yerə yıxılmış və xəsarət almışdır. Daha sonra onlar adı qeyd olunan hərbi qulluqçular sakitləşdirmişlər. Hadisə barədə rəhbərliyə məruzə olunduqdan sonra araşdırma başlanılmışdır. Bundan başqa əsgər Şahid3 həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilmiş N saylı hərbi hissənin hərbi qulluqçuları, əsgər ŞahidN, əsgər Şahid4 və Şahid1 da əsgər Şahid3lə oxşar məzmunda ifadələr verərək baş verənləri təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə tibbi ekspertizasının N1 oktyabr N0N4-cü il tarixli, 1889 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər təpə nahiyəsinin yarası, sol gözaltı nahiyənin yarası və sağ qulaq seyvanının arxa səthinin hematoması, sol bazunun qançırı, bərk küt əşyanın təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan “yüngül” zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş, 10 noyabr N0N4-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissənin əsgər yataqxanasında Zərərçəkmiş şəxs zərbə vurduğu yeri, şəraiti göstərməklə hadisəni əyani olaraq təsvir etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.N0N4-cü il tarixli raportdan görünür ki, N saylı hərbi hissənin gənc əsgərlər bölüyünün komandiri, leytenant Oruc Nəsibov gənc əsgər bölüyünün müddətli həqiqi hərbi xidmət qulluqçuları, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması barədə hərbi hissə komandanlığına məruzə etmiş və müvafiq araşdırma aparılması barədə vəsatət qaldırmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, hərbi hissənin tibb məntəqə rəisi, gizir Cəlal Seyidəhmədov tərəfindən tərtib edilmiş xx.xx.N0N4-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs sağ qulaq seyvanı, sol gözaltı və başın sol təpə nahiyəsində olan zədələnmələr şikayətləri ilə tibb məntəqəsinə müraciət etmiş, bu səbəbdən də müvafiq faktla bağlı araşdırma aparılması haqqında hərbi hissə komandanlığı qarşısında vəsatət qaldırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N0N4 nömrəli, 11855 nömrəli hərbi həkim komissiyası arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin arayışından görünür ki, gənc əsgər bölüyünün hərbi qulluqçuları, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 04 oktyabr N0N4-cü il tarixli, N75 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 07 oktyabr N0N4-cü il tarixli, N78 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə Takelaj bölüyünün N-ci takelaj taqımının N-ci takelaj manqasının takelajçısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə N7 yanvar N0N5-ci il tarixli, N5 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs takelaj bölüyünün 1-ci takelaj taqımının 1-ci takelaj manqasının takelajçısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə N7 yanvar N0N5-ci il tarixli, N5 nömrəli əmrindən çıxarışından görünür ki, əsgər Təqsirləndirilən şəxs N-ci mühafizə bölüyünün N-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, X1 sisteminin məhkumluq məlumatları alt bölməsinin məlumatlarından görünür ki, X3 hər hansı bir məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 30 yanvar N0N5-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş XN Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və onun barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici məzmunlu ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, arayışlar, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, habelə Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tələblərinə uyğun olaraq ona sınaq müddəti təyin edilməklə həmin cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.
Məhkəmə qərarları › İş №1-1(096)-7/2025
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-7/2025
11.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver