Məhkəmə qərarları › İş №1-1(096)-9/2023

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-9/2023

10.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-9/2023 10.10.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsinin çevik xilasetmə tağımının, çevik-xilasetmə manqasının komandiri, gizir, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hərbi məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Safayev X3 Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin çevik-xilasetmə tağımının, çevik-xilasetmə manqasının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən xx.xx.N0N3-cü il tarixdə saat N radələrində həmin hərbi hissənin çevik xilasetmə tağımının çevik xilasetmə manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs günün nizam qaydasına uyğun olaraq ona təhkim olunmuş Mersedes Sprinter markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobildə təmizlik işləri həyata keçirdiyini görüb həmin avtomobilin təmizliyini yoxlamaq üçün ilk öncə içərisinə baxmış, daha sonra sağ sərnişin qapısını açıb çölə çıxmaq istəyərkən qapı Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəymiş, nəticədə aralarında mübahisə yaranmış, bu zəmində o, sonuncunun sol qaş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi tabeliyində olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə “sol qaş üstü nahiyyədə səthi dəri cırılması, sol qaşın tüklü hissəsində sıyrıq” diaqnozu ilə müşayiət olunmuş dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək öz ifadəsində göstərdi ki, 1N iyun N0N3-cü il tarixdə istifadə etdiyi texnikanın təmizlənməsi barədə Zərərçəkmiş şəxs göstəriş verilmiş və o axşam hərbi hissənin daxilində olan avomobillərin təmizliyinə nəzarəti həyata keçirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təhkim olunmuş Mersedes Sprinter markalı avtomobilin içərisinə baxış keçirdikdən sonra ehtiyat qapını açan zaman onun qapının arxasında olduğunu görmədiyi üçün qapının tini Zərərçəkmiş şəxs sifət nahiyyəsinə dəymişdir. Həmin vaxt ehtiyatsızlığı olmuşdur. Tez maşından düşüb kömək üçün ona yaxınlaşmışdır. Həmin maşın 6-7 nəfərlik qəza xilasetmə maşını olmuşdur. Qapı Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəydikdən sonra o, qapını tutmuş, bu zaman aşağı düşmüşdür. Sonra o, huşunu itirmiş kimi arxaya getmişdir. O Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin qanadığını görüb həmin nahiyəyə dəsmal qoymuşdur ki, qanaxma dayansın. Həmin vaxt Zərərçəkmiş şəxs onun bunu qəsdən etdiyini fikirləşib onunla mübahis etmişdir. Mübahisə etdiyi vaxt şahid kimi göstərilən şəxslər ora gəlmişlər. Yenə ona köməklik göstərmişlər. Maşının qapısının Zərərçəkmiş şəxs dəyməsini şahidlər görməmişlər. Hadisə ehtiyatsızlıqdan olmuş, onların arasında düşmənçilik, prinsip olmamışdır. Normal münasibətləri olmuşdur. Hal-hazırda bir yerdə xidmətlərini davam etdirirlər, yoldaş kimi mehriban münasibətləri davam edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittihamda təqsirli bilməsə də son sözündə özünü verilmiş ittihamda təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışaraq ondan üzr istədiyini bildirərək ailə vəziyyətinin nəzərə alınmaqla ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli sonda özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, xx.xx.N0N3-cü il tarixdə saat N radələrində günün nizam qaydasına uyğun olaraq tağım komandirinin tapşırığına əsasən ona təhkim olunmuş Mersedes Sprinter markalı avtomobilin bayır hissəsində təmizlik işləri həyata keçirmiş, Təqsirləndirilən şəxs də orada olmuşdur. O, manqa komandiri olduğundan işlərin görülməsi üçün müəyyən göstərişlər vermişdir. Həmin vaxt o avtomobilin arxa təkərini təmizləyərkən Təqsirləndirilən şəxs avtomobilin arxa sağ sərnişin qapısı açmış, qapı açılaraq sol tərəfdən onun üz və bədən nahiyəsinə dəymişdir. Buna görə mübahisə etmişlər. Təqsirləndirilən şəxs bilmədən olduğunu demişdir. Maşının böyründə bir birini itələməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs sağ əli ilə ona bir yumruq zərbəsi atmış və həmin zərbə onun sol qaş nahiyəsinə dəymişdir. Zərbənin təsirindən qaşı partlamışdır. Sonra səs-küyə yaxınlıqdakı hərbiçilər gəlib ona kömək etmişlər. Onun əlindəki sıyrıqlar mübahisə zamanı itələnərkən yıxılmamaq üçün əlini divara dayadığı zaman əmələ gəlmiş, sonra bir dəfə də itələnəndə əli dəydiyindən burnundakı sıyrıq yaranmışdır. Təqsirləndirilən şəxslə əvvəllər aralarında pis münasibət olmamışdır.Halhazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 oğlu öz ifadəsində göstərdi ki, 1N iyun N0N3-cü il tarixdə günün nizam qaydasına uyğun olaraq tağım komandirinin tapşırığına əsasən ona təhkim olunmuş avtomobili təmizləyərkən səs-küy eşitmiş, arxaya keçdikdə bir qədər aralıda gizir Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, onların bir-biri ilə tutaşdıqlarını görmüşdür. Dərhal yaxınlaşaraq Şahid1 və Şahid3 ilə birlikdə onları bir-birindən ayırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs sol qaş nahiyyəsindən qan axdığını, həmçinin sağ sifət nahiyyəsinin, burnunun, sağ əlinin sıyrıldığını müşahidə etmişdir. Bundan sonra o və digər hərbi qulluqçular Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək su ilə axan qanı təmizləmişlər. O, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almasının səbəbini bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN öz ifadəsində göstərdi ki, 1N iyun N0N3-cü il tarixdə günün nizam qaydasına uyğun olaraq tağım komandirinin tapşırığına əsasən ona təhkim olunmuş Mersedes Sprinter markalı 90-FH-64 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda təmizlik işləri həyata keçirərkən çöldən səsküy gəldiyini eşidib aşağı düşmüş, arxa sağ tərəfdə gizir Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini və bir-biri ilə tutaşdıqlarını görmüşdür. Dərhal yaxınlaşıb onları bir-birindən uzaqlaşdırmışdır. Həmin vaxtı Şahid1 və Şahid3 də onların bir birindən uzaqlaşdırılmalarına köməklik etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs sol qaş nahiyyəsindən qan axdığını müşahidə etmişdir. Bundan sonra o və digər hərbi qulluqçular Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək su ilə axan qanı təmizləmişlər. Bu hadisədən əvvəl onların arasında pis münasibət olmasının şahidi olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 öz ifadəsində göstərdi ki, 1N iyun N0N3-cü il tarixdə günün nizam qaydasına uyğun olaraq tağım komandirinin tapşırığına əsasən ona təhkim olunmuş avtomobili təmizləyərkən səs-küy eşitmiş, arxaya keçdikdə bir qədər aralıda gizir Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, onların bir-biri ilə tutaşdıqlarını görmüşdür. Dərhal yaxınlaşaraq onları birbirindən ayırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs sol qaş nahiyyəsindən qan axdığını görmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 1N iyun N0N3-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin avtopark ərazisidir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o günün nizam qaydasına uyğun olaraq silah və texnikaya qulluq vaxtı ona təhkim olunmuş avtomobil texnikasını təmizləyərkən gizir Təqsirləndirilən şəxs avtomobilin qapısını açarkən qapı ona dəymiş, nəticədə aralarında mübahisə yaranmışdır. Bu zəmində Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edərək onun sol qaş üstü nahiyənin çapılmış yarası xəsarəti almasına səbəb olmuşdur. Bundan başqa baxış zamanı şahidlər Şahid3, Şahid1 və ŞahidN onlara təhkim olunmuş avtomobilləri təmizləyərkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs **-FH-*** nömrəli avtomobilin yanında mübahisə etdiklərini görüb dərhal oraya gələrək hər iki hərbi qulluqçunu bir-birindən uzaqlaşdırdıqlarını bildirmişlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.N0N3-cü il tarixli, N56 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol qaşüstü nahiyədə səthi dəri cırılması, sol qaşın tüklü hissəsində sıyrıq” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin XN N nömrəli hərbi hissə komandirinin N may N-cu il tarixli, 91 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Mülki müdafiə qoşunları komandanının N may N-cu il tarixli 313/ş nömrəli əmri ilə XN (N nömrəli hərbi hissə) qəza-xilasetmə bölüyünün kompressor tağımının kompressor manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Bakı şəhəri mülki müdafiə qoşunları komandanlığından gəlmiş hesab olunmuş, N may N-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlarla qoyularaq işlərin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin XN N nömrəli hərbi hissə komandirinin N iyul N-cu il tarixli, 117 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Mülki müdafiə qoşunları komandanının N iyul N-cu il tarixli 707/ş nömrəli əmri ilə XN (N nömrəli hərbi hissə) çevik xilasetmə tağımının çevik xilasetmə manqasının sürücüsü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Bakı şəhəri mülki müdafiə qoşunları komandanlığından gəlmiş hesab olunmuş, N iyul N-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlarla qoyularaq işlərin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin XN N nömrəli hərbi hissə komandirinin N oktyabr N-cu il tarixli, N14 nömrəli əmrindən çıxarışdan görünür ki, Mülki müdafiə qoşunları komandanının N5 oktyabr N-cu il tarixli 1N78/ş nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs “gizir” hərbi rütbəsi verilməklə həmin taborun çevik-xilasetmə tağımının çevik-xilasetmə manqasının komandiri-tağım komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə N oktyabr N-cu il tarixdən işlərini və vəzifələrinin qəbul etmiş və vəzifələrinin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin XN N nömrəli hərbi hissəsindən verilmiş N yanvar N0N3-cü il tarixli, 001 nömrəli əmrindən çıxarışdan görünür ki, Mersedes Benz **-FH-*** nömrəli avtomobil həqiqətən Zərərçəkmiş şəxs təhkim olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən verilmiş 06 iyul N0N3-cü il tarixli, 0965 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin XN N nömrəli hərbi hissəsindən verilmiş N iyul N0N3-cü il tarixli, xx/xx-0464 nömrəli arayışdan görünür ki, hərbi hissənin çevik xilasetmə tağımının çevik-xilasetmə manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs çevikxilasetmə tağımının, çevik-xilasetmə manqasının komandiri-tağım komandirinin müavini gizir Təqsirləndirilən şəxs tabeçiliyində xidmət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan Şəhər Polis Şöbəsinin N3 iyun N0N3cü il tarixli 3-13-14/1-16846/N3 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 06N153 və 38N1N0 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.N8-ci il təvəllüdlü Uğur adlı və xx.xx.N0N0-ci il təvəllüdlü Ümid adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaının olmasını, həmçinin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməklə onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasının ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin N-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edərkən Azərbaycan Respublikası CM-nin 50.N-ci maddəsinə əsasən onun aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö KM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilətəqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla 05 (beş) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar