Məhkəmə qərarları › İş №1-1(098)-114/2024

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-114/2024

21.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-114/2024 21.05.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X14 oğlunun sədrliyi ilə Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət İttihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində doğulmuş, Goranboy rayonunun Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təmir taqımının təmir, texniki xidmət və təxliyyə qrupunun təmir heyətinin ustası (qidalanma sistemləri üzrə) vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla kiçik çavuş hərbi rütbəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunban sonra CM-nin) 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Xoruzlu kəndində yerləşən maddi-texniki təminat bölüyünün təmir taqımının təmir, texniki xidmət və təxliyyə qrupunun təmir heyətinin ustası (qidalanma sistemi üzrə) vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 07 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində xidmət etdiyi bölüyün digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə birlikdə qazanxananın qarşısında həmin bölüyünün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs yaxınlaşaraq bölük növbətçisi naryadına kimin təyin olunduğunu soruşmuş, bu zaman baş gizir Zərərçəkmiş şəxs konkret olaraq kiminsə ünvanına olmayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hamısını nəzərdə tutan nalayiq ifadələr işlətdiyindən xidmət yoldaşı kiçik çavuş Şahid1 baş gizir Zərərçəkmiş şəxs bu əxlaqsız hərəkətlərinə etirazını bildirərək təhqir edici ifadələr işlətməməsini demiş, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs sadəcə naryada kimin təyin olunduğunu deməsini bildirmiş, bu zaman baş gizir Zərərçəkmiş şəxs öz əxlaqsız və qanunsuz hərəkətlərini davam etdirərək kiçik çavuş Şahid1 üzərinə doğru gəlmiş, həmin vaxt kiçik çavuş Cavanşir X3rşısına keçərkən baş gizir Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs üstünə qışqırmış, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs əxlaqsız və qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə baş gizir Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya “ağız bucağı nahiyəsində çapıq toxuma” ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ona rəis hesab olunan baş gizir Zərərçəkmiş şəxs hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 330.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdə Səfərbərlik üzrə Dövət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəsinin tərkibində N günlük X8 rayonun Talış kəndi və Suqovuşan qəsəbəsində gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə fəal iştirakına görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən müharibəsi» iştirakçısı medalları ilə təltif olunmuşdur. 2000-ci ilin dekabr ayından isə N nömrəli hərbi hissəsində xidmətini davam etmişdir. 2020-ci ilin dekabr ayından N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün pulemyot manqasının tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil təmiri taqımının texniki xidmət manqasının baş mexanik-akkumlyatorçusu vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin avqust ayından maddi texniki təminat bölüyünün təmir taqımının təmir-texniki xidmət və təxliyyə qrupunun təmir heyətinin ustası vəzifəsinə təyin olunmuşdur. Hazırda həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətini davam etdirir. Baş gizir Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi zaman tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Xoruzlu kəndində yerləşən maddi-texniki təminat bölüyündə şəxsi heyətin səhər yerbəyeri bitdikdən sonra digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularla birlikdə yeni gün növbətçisi naryadına kimin təyin olunduğunu öyrənmək məqsədi ilə qazanxananın yanında bölüyün baş çavuşu, baş gizir Münasib Hüseynova yaxınlaşmış, sonuncudan növbətçinin kim olmasını soruşduqda, baş gizir Zərərçəkmiş şəxs onlara əsəbləşərək uca səslə danışmağa, “dalbayob”, şərəfsiz”, “cındır” və digər əxlaqsız ifadələr işlədərək bütün müddətdən artıq hərbi qulluqçulara aid etdiyi, lakin ünvansız nalayiq ifadələrdən istifadə edərək təhqir edici sözlərdən istifadə etməyə başlamışdır. Bu zaman kiçik çavuş Şahid1 baş gizir Zərərçəkmiş şəxs bu tərzdə danışmamasını bildirən zaman sonuncu Şahid1 üzərinə getməyə başladıqda, o, baş gizir Zərərçəkmiş şəxsla kiçik çavuş Şahid1 dalaşmasından ehtiyyat edərək aralarına girib baş gizir Zərərçəkmiş şəxs geriyə doğru çəkmiş və oradan uzaqlaşdırmışdır. Yenidən baş gizir Zərərçəkmiş şəxs kiçik çavuş Şahid1 üzərinə gedərək “bölüyün ağzını pozursan, təxribatla məşğulsan” dedikdə, kiçik çavuş Şahid1 baş gizir Zərərçəkmiş şəxs “mən təxribatla məşğul deyiləm, sadəcə bu günə kimin növbəyə təyin olunub onu öyrənmək istəyirəm” demiş, bu zaman baş gizir Zərərçəkmiş şəxs yenidən Şahid1 üzərinə getdikdə, o, baş gizir Zərərçəkmiş şəxs qarşısına keçmişdir. Həmin vaxt baş gizir Zərərçəkmiş şəxs ona qışqıraraq “sən məndən nə istəyirsən” demiş, bu zaman o, baş gizir Zərərçəkmiş şəxs bu hərəkətinə əsəbləşib və onun əxlaqsız və qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə bir dəfə sağ əli ilə baş gizir Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruq zərbəsi vurmaqla sonuncunun dodağını partlatmış və həmin vaxt orada olan hərbi qulluqçular onları aralamışlar. Hadisədən sonra o baş gizir Zərərçəkmiş şəxs üzr istəyib barışmışdır.Baş gizir Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi olmamış və baş gizir Zərərçəkmiş şəxs rəsmi olaraq heç yerə hadisə barədə məlunat verməmişdir. Lakin ayrı bir hadisə hərbi hissədə araşdırılaraq hərbi prokurorluq tərəfindən bu fakt aşkar olunduğu zaman nə baş gizir Zərərçəkmiş şəxs, nə də o bu faktı etiraf etməmişlər, lakin sonra hər ikisi bu halı etiraf etmiş və o, əməlindən səmimi peşiman olmasını bildirmişdir. Hadisədən sonra o, baş gizir Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, bundan başqa 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş və tam qələbə ilə nəticələnmiş antiterror əməliyyatlarında iştirak etmişdir. Hazırda xidmətini nümunəvi olaraq davam etdirir və hadisədən keçən 9 ay ərzində heç bir qanun və nizamnamə tələblərinin pozulması hallarına yol verməmişdir. O, anası X2 və atası X6 xəstə olmaları barədə ambulator tibb kartalarını və çoxsaylı epikrizləri, krediti olmasını və ailədə yeganə qazanc gətirən olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərək göstərmişdir ki, ailə vəziyyəti ağırdır, himayəsində 2ci qrup əlil olan atası və 3-cü qrup əlil olan anası var, atası və anası xəstə olduğu üçün valideynlərinin əməliyyatlarına və sonrakı müalicələri ücün bankdan 5.000 manat kredit götürmüş, aldığı 800 manat əmək haqqından 245 manatını banka olan kredit borcuna, 300 manatını isə hər ay valideyinlərinə ödəmiş, qalan 250 manatı isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, son sözündə göstərmişdir ki, bu hərəkəti törətməsinin səbəbi baş gizir Zərərçəkmiş şəxs əxlaqsız və qanunsuz hərəkətlərinə son qoymaq olmuşdur. Bununla əlaqədar məhkəmədən müdafiəçisi qeyd etdiyi əsaslarla onun cinayət məsuliyyətindən azad edilməsini, əsas görmədikdə isə onun ağır ailə vəziyyətini nəzərə alaraq aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün baş çavuşu, baş gizir X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmət dövründə tanımış, aralarında hər hansı ədavət, şəxsi-qərəzlik, qohumluq və düşmənçilik olmamışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Xoruzlu kəndində yerləşən maddi-texniki təminat bölüyündə xidmətdə olarkən şəxsi problemləri ilə əlaqədar olaraq əsəbi olduğu zaman bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Şahid1, kiçik çavuş Şahid2 və kiçik çavuş Təqsirləndirilən şəxs ona yaxınlaşaraq naryada təyin etdiyi növbətçilər barəsində soruşduqda, hər hansı bir hərbi qulluqçunun ünvanına deyil, ümumi olaraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt kiçik çavuş Şahid1 ümumilikdə olsa da nalayiq ifadələr işlətməməyini, həmin ifadələrin bir hərbi qulluqçuya yaraşmadığını dedikdə, kiçik çavuş Şahid1 yaxınlaşıb həmin ifadəni heç kimin barəsində demədiyini aydınlaşdırmaq istəyərkən kiçik çavuş Təqsirləndirilən şəxs aralarına girmişdir. Həmin vaxt kiçik çavuş Şahid1 yenə danışığına fikir verməyini deyərkən, o, kiçik çavuş Şahid1 gedib işləri ilə məşğul olmasını, bölükdə təxribatla məşğul olmamasını demiş, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs yenidən onun qarşısına kəsdikdə, əsəbi olduğu üçün kiçik çavuş Təqsirləndirilən şəxs “məndən nə istəyirsən çəkil bir kənar dur, aramızdakı məsələni həll edim” demiş, kiçik çavuş Təqsirləndirilən şəxs onun bu hərəkətinə əsəbləşib ağız nahiyəsinə sağ əli ilə bir dəfə yumruqla vurmuş, nəticədə dodağı partlamış və qan axmışdır. Bundan sonra oradakı hərbi qulluqçular hadisənin qarşısını almışlar. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təmir taqımının 1-ci qrupunun komandiri, kiçik çavuş Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2023-cü il tarixdə saat 09:00-da N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Xoruzlu kəndində yerləşən maddi-texniki təminat bölüyündə şəxsi heyətin sabah yerbəyeri bitdikdən sonra o, kiçik çavuş Yusif Quliyev və kiçik çavuş Təqsirləndirilən şəxslə qazanxananın qarşısında baş gizir Zərərçəkmiş şəxs yaxınlaşaraq bölük növbətçisi naryadına kimin təyin olunduğunu soruşduqda, baş gizir Zərərçəkmiş şəxs əsəbi olduğu üçün konkret onların ünvanına olmasa da, nalayiq ifadələr işlədərək “görün sizin başınıza nə oyun açacam” demişdir. O, baş gizir Zərərçəkmiş şəxs normal danışmasını, təhqir edici ifadələr işlətməməsini, həmin ifadələrin bir hərbi qulluqçuya yaraşmadığını dedikdə, baş gizir Zərərçəkmiş şəxs ona doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt orada olan kiçik çavuş Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs qabağına keçərək qışqırmamasını, sadəcə naryada kimin təyin olunduğunu deməsini bildirib geriyə doğru çəkilmişdir. Bu zaman Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs qırağa durmasını bildirib ona doğru gələrək “bölüyün ağzını pozursan, bölükdə təxribatla məşğul olursan” kimi cümlələr işlətdikdə, o, baş gizir Zərərçəkmiş şəxs heç bir təxribatla məşğul olmadığını, yanına gəlməkdə məqsədlərinin yeni naryad cədvəlinə uyğun olaraq bölük növbətçisi naryadına kimin təyin olunduğunu öyrənmək olduğunu bildirmişdir. Həmin vaxt baş gizir Zərərçəkmiş şəxs onun üzərinə doğru gəldikdə, kiçik çavuş Təqsirləndirilən şəxs bir daha Münasib Hüseynovun qarşısına keçmiş, bu zaman baş gizir Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs qışqıraraq “məndən sən nə istəyirsən” demiş, kiçik çavuş Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşib bu hərəkətlərinə son qoymaq ücün bir dəfə yumruqla onun ağız nahiyəsinə vurmuş, nəticədə baş gizir Zərərçəkmiş şəxs dodağı partlamış və qan axmışdır. O, digər hərbi qulluqçularla birlikdə onları aralayıb mübahisənin böyüməsinin qarşısını almışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs üzr istəyib barışmışlar və onun ondan heç bir şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda xidmətini nümunəvi olaraq davam etdirir və hadisədən sonra heç bir qanun və nizamnamə tələblərinin pozulması hallarına yol verməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadələri tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərilmiş xüsusatlar təsdiq etmişlər. N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təminat taqımının təmir manqasının usta qidalandırıcısı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs hadisə baş verən vaxt Azərbyacan Respublikası Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən rəis hesab edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 Tərtər Regional Məhkəmə X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 766 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər “ağız bucağı nahiyəsində çapıq toxuma” küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş əzilmiş-çapılmış yaranın sağalmış izi olub, müayinə olunanın göstərdiyi tarixdə (07 sentyabr 2023) yetirilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. “Azərbaycan Respublikasının Silahlı Qüvəllərində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa birləşmələrdə hərbi xidmətə qəbul haqqında” xx.xx.2020-ci il tarixli bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) il müddətində müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçu kimi xidmət etməyinə dair öhdəlik götürmüşdür və 2023-cü ilin sentyabr ayında bağlaşmanın müddəti daha 3 (üç) il müddətinə uzadılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə hərbi hissə komandiri tərəfindən həvəslənmiş, xx.xx.2022-ci il tarixdə sifahi olaraq bölük komandiri tərəfindən töhmət verilmişdir və bu tarixdən sonra hal-hazıradək heç bir intizam tənbehi tədbiq edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 354 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün pulemyot manqasının tuşlayıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 157 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün pulemyot manqasının tuşlayıcı vəzifəsindən maddi-texniki təminat bölüyünün avtomobil təmiri taqımının texniki xidmət manqasının baş mexanik– akkumulayatorçusu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 242 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs maddi–texniki təminat bölüyünün təmir taqımının təmir, texniki xidmət və təxliyyə qrupunun təmir heyyətinin ustası (qıdalanma sistemi üzrə) vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi-həkim komissiyasının 13 oktyabr 2023-cü il tarixli, 2117 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. DİN-nin BƏSSİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Tatarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 126 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Goranboy rayon Tatarlı kəndində qeydiyyatdadır, yaşayır və hal-hazırda ailədə yeganə gəlir gətirən şəxsdir. “BANK of BAKU” bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 24 ay müddətinə illik faiz dərəcəsi 15,9 olmaqla həmin bankdan 5000 manat məbləğində kredit pul götürmüşdür və hər ay 245 manat banka kredit borcu ödəyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının M/V 120702 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Babayev X5 Veteranıdır. - İ-90099 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 475s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş Təqsirləndirilən şəxs şəxsi işinin çıxarışından görünür ki, xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixdə Talış kəndi və Suqovuşan istiqamətdə gedən döyüşlərdə iştirak etmişdir. Cavanşir Babyevin atasının ambulator kartoçkasında olan epikrizindən və əlavə edilmiş digər sənədlərdən görünür ki, 1967-ci il təvəllüdlü X10–qara ciyərin exinokokekfoniyası xolesistekomiyası, xoledoxoduodenal anastomoz qoyulması əməliyyatdan sonrakı vəziyyəti, qarın əməliyyatdan sonrakı ventral yırtığı, davamlı astenoipoxotirik sindrom və hepatit, xroniki reaktiv pankreatit, qara ciyərin funksiya pozğunluğu İİ-li anemiya diaqnozları ilə İİ qrup əlildir. Cavanşir Babyevin anasının ambulator kartoçkasında olan epikrizindən və əlavə edilmiş digər sənədlərdən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X7–sol böyrəyin hipoplaziyası diaqnozu ilə İİİ qrup əlildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını, səhətinə dəyən ziyan tam bərpa olunduğunu, Təqsirləndirilən şəxs cəzadan azad olunmasını, məhkəmə hazırlıq və baxış iclaslarında iştirak etmək istəmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilib cinayət işi üzrə xitam qərarı qəbul edilmısini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsüf olunduğunu, onun həmin maddə ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Müdafiəçi məhkəmə çıxışında məhkəməyə müraciət edərək vəsatətində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 330.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həm ibtidai, həm də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs N günlük Vətən müharibəsində Talış kəndinin və Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak etmiş, buna görə «Suqovuşanın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş, o, törətmiş olduğu əməlini səmimi etiraf etmiş, hadisədən sonra zərərçəkmiş şəxsdən üzrə istəmiş və onunla barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmış, hadisə zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsinin nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs baş gizir X4 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını, səhətinə dəyən ziyan tam bərpa olunduğunu, Təqsirləndirilən şəxs cəzadan azad olunmasını və cinayət işi üzrə xitam qərarı qəbul edilmısini xahiş etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatında iştirak etmiş, hadisədən sonra heç bir qanun pozuntusu törətməmişdir. O, ağır ailə vəziyyəti şəraitində yaşayır, ata və anası xəstədir, ailəsinin onun əməyinə ehtiyacı vardır. Müdafiəçi tərəfi hesab edir ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıqlar göstərən şəxslərin müharibədən öncə, müharibə zamanı və müharibədən sonra düşmənlə təmas xəttində, emosional gərginlik dövründə törətdikləri cinayət əməllərinə cinayət və cinayət prosessual qanunlarında nəzərdə tutulmuş güzəştlər tətbiq olunmalıdır. Vətən Müharibəsi iştirakcıları Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət və cinayətprosessual qanunvericiliyin humanist imkanlarının əsirgənilməsi və geniş tədbiq edilməməsi yolverilməzdir. Qələbə ilə başa çatmış Vətən müharibəsində iştirak etmiş qəhramanlıq göstərmiş hərbi qulluqçulara o cümlədən Təqsirləndirilən şəxs Vətənin qəhraman oğullarının sırasında adı yazıldığından onun kimi uzun müddət ərzində dövlətin yetişdirdiyi ixtisaslı hərbi qulluqçunun və Vətən müharibəsində həyatını təhlükəyə atmaqdan çəkinməyən və bu döyüşlərdə etdiyi qəhramanlığına görə təltif olunmuş hərbiçi kimi keçdiyi xidmət yolu, ailənin maddi cəhətdən idarə edilməsinin məhz Təqsirləndirilən şəxs üzərinə düşməsi nəzərə alınmalıdır. Müdafiə tərəfi çıxışının sonunda məhkəmədən qeyd olunan bu halların nəzərə alınaraq Təqsirləndirilən şəxs CM-nin 73-cü maddəsi ilə zərərçəkmiş şəxslə barışmaqla və hadisədən sonra antiterror əməliyyatında iştirak etdiyinə görə şəraitin dəyişməsi ilə bağlı CM-nin 74-cü maddəsinin tələbinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini, bu mümkün olmadığı təqdirdə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə müdafiəçinin çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və şahidin) ifadələrini, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 330.1-ci maddəsinin cinayət tərkibi vardır və onun CM-in 330.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, bununla yanaşı dövlət ittihamçısının və müdafiə tərəfinin məhkəmə çıxışı zamanı qeyd etdikiləri mövqelərini, təqsirləndirilən şəxsin son sözündə çıxışını və zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı ərizəsini və Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirib təhlil edərək, həmçinin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı sübuta yetirilmiş işin hallarını, təhqiqat və ibtidai istintaqın aparılmasının xüsusiyyətlərini və hadisənin baş vermə səbəbini, mexanizmini və şəraitini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və onun şəxsiyyətini səciyyələndirən hallara nəzər salaraq, dövlət ittihamçısının çıxışı ilə razılaşmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 73.1-ci və 74-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibinə xitam verilməsi barədə müdafiəçinin vəsatəti əsaslıdır və bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, baş gizir Zərərçəkmiş şəxs vəzifə səlahiyyətlərinin icrası zamanı öz hərəkətləri ilə tabeliyində olan şəxslərin şərəf və layəqətlərinə toxunan və şəxsi münasibətlərdən başlayan hərəkət edərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hamısını nəzərdə tutan nalayiq ifadələr işlətdikdən sonra kiçik çavuş Şahid1 baş gizir Zərərçəkmiş şəxs təhqir edici ifadələr işlətməməsini deməsinə baxmayaraq baş gizir Zərərçəkmiş şəxs öz əxlaqsız və qanunsuz hərəkətlərini davam etdirmiş, bundan sonra kiçik çavuş Təqsirləndirilən şəxs də Münasib Hüseynova öz əxlaqsız və qanunsuz hərəkətlərini dayandırmasını bildirməsinə baxmayaraq baş gizir Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs üstünə qışqırdıqdan sonra kiçik çavuş Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs əxlaqsız və qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə baş gizir Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirildiyindən dərəcəsi təyin edilməmiş, kiçik çavuş Təqsirləndirilən şəxs bu hərəkəti törətməsini məhkəmə öz növbəsində az əhəmiyyətli olmasına yaxın olan bir əməl kimi qiymətləndirsədə, bu hərəkətlərin rəisin vəzifəsinin icrası zamanı törədilməsi, həmçinin heç bir əsaslı səbəb olmadan bu hərəkətlərə yol verilməsi, hərbi hissədə tabeçilik münasibətlərinə əməl edilməsinə yönələn qeyri-qanuni hərəkətlərin yüksək ictimai təhlükəliliyi ilə fərqləndiyindən hesab edir ki, başqa hərbi qulluqçulara da çəkindirici təsir göstərilməsi, onların eyni xarakterli yeni cinayətlər törədilməsinin qarşısını alması məqsədi ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 330.1-ci maddəsi ilə tövsif olunmuşdur.

2. Hadisədən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır və hadisə ilə əlaqədar zərərcəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmışdır və onun səhhəti bərpa olunmuşdur, həmçinin zərərcəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirərərk Təqsirləndirilən şəxs cəzadan azad edilməsini və cinayət işinə xitam verilməsini xahiş etmişdir.

3. Təqsirləndirilən şəxs tərəfindən böyük ictimai təhlukə törətməyən hadisə ilə bağlı iki aya yaxın aparılmış ibtidai istintaq dövründə onun barəsində CM-nin 73.1-ci və 74-cü maddələrinin tədbiq edilməsinə hüquqi əsaslar olsada belə ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılması barədə cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq bu məsələyə qiymət verilməmişdir və bu hadisə üzrə təqsirlənirilən şəxs əsassız olaraq heç bir zərurət olmayan cinayət təqibinə məruz qalmışdır. CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir: - zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir; - Cinayət Məcəlləsinin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir; - Cinayət Məcəlləsinin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir; - Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür. Qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir. Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 73.1ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsinin tələbini və CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli Qərarında hesab etmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Həmçinin həmin Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması ilə bağlı şərtlər müəyyən olunmaqla yanaşı Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmiş,həmçinin törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsini qanunvericilik zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət hal kimi qəbul etməklə sosial ədalətin bərpa edilməsi məqsədini daşımışdır. Məhkəmə istintaqı zamanı yuxarıda sadalanan halların qarşılıqlı təhlili nəticəsində müəyyən olunmuşdur ki, cinayət törətmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində işitrak etmiş, «Vətən Müharibəsi iştirakçısı» medalı medalı ilə təltif olunmuş, müharibə veteranıdır, xidmət yeri üzrə müsbət xarakterizə olunmuş, cinayət hadisəsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində baş vermiş, cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmış, hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, səhhəti tam bərpa olunmuşdur, təqsirləndirilən şəxs hadisədən sonra normal xidmət etmiş, xidməti xəsiyətnamə ona daha yüksək 2-ci məharət dərəcəsinin verilməsinə laiq olması göstərilmişdir, digər qanun pozuntusu törətməmiş, özünü təqsirli bilir və əməlindən peşmandır, hadisədən sonra 19- 20 sentyabr 2023-cü ildə kecirilən anti-terror əməliyatında iştirak etmişdir. Məhkəmə CM-nin 73-cü maddəsinin tələbini və CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli Qərarında gəlmiş olduğu mövqenin nəticəsini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində işitrak etməsi, «Vətən Müharibəsi iştirakçısı» medalı medalı ilə təltif olunması, müharibə veteranı olması, xidmət yeri üzrə müsbət xarakterizə olunması, cinayət hadisəsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində baş verməsi, törətmiş olduğu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoryasına aid olması, cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmaqla vurulmuş mənəvi zərəri aradan qaldırması, hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmamısı, səhhətinin tam bərpa olunması, təqsirləndirilən şəxsin hadisədən sonra normal xidmət etməsi, xidməti xəsiyətnamədə ona daha yüksək 2-ci məharət dərəcəsinin verilməsinə laiq olmasının göstərilməsi, digər qanun pozuntusu törətməməsi, özünü təqsirli bilərək əməlindən peşman olması və hadisədən sonra 19-20 sentyabr 2023-cü ildə kecirilən anti-terror əməliyatında iştirak etməsi nəzərə alınmalıdır və bu əsaslara görə onun zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətinə cəlb edilmədən də islah olunması mümkündür. Bundan başqa məhkəmə, müdafiəçinin vəsatətində göstərdiyi Təqsirləndirilən şəxs barəsində CM-nin 74-cü maddəsinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət hüquq nəzəriyyəsinə görə şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: 1) cinayətin ilk dəfə törədilməsi; 2) törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması; 3) şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, yaxud da cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılması. Şəraitin dəyişməsi istintaq zamanı, yaxud da məhkəmədə işə baxılan zaman baş verməlidir. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində, hərbi xidmətdən tərxis olunmasında və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən genişmiqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir və ya bu cinayəti törətmiş şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxır. CM-nin 74-cü maddəsinin və CPM-nin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında hüquqi mövqeyə görə CPM-nin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Məhkəmə 74-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 330.1-ci maddəsi ilə təqsirli olmasını müəyyən etmişdir. Bununla əlaqədar olaraq məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, şərh edilən cinayəti törətdikdən sonra digər qanun pozuntusu törətməmiş, normal xidmət etmiş, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilən lokal antiterror əməliyyatında iştirak etmiş, vətənpərvər və intizamlı hərbi qulluqçu kimi şücaət və qəhrəmanlıq nümayiş etdirmiş, xidmət yeri üzrə müsbət xarakterizə olunmuş, xidmətini normal davam etdirərək ailəsinə maddi yardım göstərmiş, himayəsində olan ağır xəstə olan ata və anasını müalicə xərclərini ödəmiş, hazırda ailəsinin onun əməyinə və qulluğuna ehtiyacı vardır. Məhkəmə hesab edir ki, Vətən uğrunda canını əsirgəməyən və döyüşdə iştirak etdiyinə görə medalla təltif olunan Təqsirləndirilən şəxs kimi hərbi qulluqçuların barəsində hümanizm və ədalət prinsiplərinə əsasən qanunda nəzərdə tutulmuş hümansit imkanlardan maksimal həddə Qələbə Zəfərininin əldə edilməsində fədakarlıq göstərən hərbi qulluqçular barəsində tətbiq edilməsi zəruridir və bu səpkidə qərarlarla insanların məhkum olunmadan da islah olaraq gələcəkdə belə qanun pozuntularından çəkindirilməsi dövlət tərəfindən verilən mənəvi təkan və hüquqi dəstək kimi qəbul edilməlidir və həyatını dövlət və xalq üçün əsirgəməyən belə insanlar barədə qanunla onun vəziyyətini yünqüllüşdirən institutların imkanlarından maksimal dərəcədə istifadə edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olunması və belə kateqoriyalı insanların yenidən cəmiyyətə inteqrasiya olunması ücün çox zəruri amildir. Ədalət mühakiməsinin həyata keçirlməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək rəmzi olaraq onların cinayət məsuliyyətindən azad edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından cəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. Ədalət mühakiməsinin vəzifəsi cinayət törədən şəxsləri təqsirli sayıldıqları halda mühakimə edərək, yalnız cəzalandırmaqdan ibarət olmamalıdır, eyni zamanda da hər bir təqsirli şəxsi cəza cəkmədən islah olunmasını mümkün saydıqda həmin insanın cəmiyyətə rahat inteqrasiya olunması imkanlarından geniş istifadə edilərək vətəndaşa dövlətin bu dəstəyini göstərməkdir, eyni zamanda hərbiçilər barəsində onların xüsusi subyekt olaraq və cəmiyyətdə Vətən Müharibəsindən sonrakı dövrdə yüksək mənəvi dəyərlərin daşıyıcıları kimi orduya olan xüsusi və həssas münasibətə daha həssas yanaşmasının bariz nümunəsi kimi ədalət mühakiməsi zamanı onlar barəsində qanununda nəzərdə tutulmuş cinayət məsuliyyətdən və cəzadan azadedici institutlarından daha geniş istifadə edilməsi zəruridir. Silahlı Qüvvələrin Ali Baş Komandanı 15 oktyabr və 08 noyabr 2023-cü il tarixlərdə Xankəndi şəhərində çıxışında göstərmişdir ki, həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar qürur mənbəyimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışından belə nəticəyə gəlmək olur ki, biz bir olmaqla hərbçilərimizin peşəkarlığına, qəhrəmanlığına hörmətlə yanaşı, onların Vətən və dövlət üçün həyatlarını riskə atdıqlarını unutmamalıyıq və onlara keçdikləri döyüş yoluna hörmətlə yanaşmaqla qanunun aliliyinə, şərh edilən qanunların mənasına dəqiqliklə fikir verməklə bu kateqoryadan olan şəxslər barəsində xüsusi ilə diqqətli olmalıyıq və onlar Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar barəsində qanunların dekrminallaşması və humanistləşməsinə şəraət yaradan imkanlarını əsirgəməməliyik və bu kateqoriyalı insanlar cəmiyyətdə artıq yüksək mənəvi dəyərlərin daşıyıcıları olduğundan, onlar barəsində əvvəl törətdikləri qanunazidd hərəkətlərə görə, cəzasızlıq mühiti yaratmadan və hər bir cinayət hadisəsinə individual yanaşmaqla, məsuliyyətdən azad etmə institutlarının imkanlarından mütləq geniş istifadə etməliyik və belə kateqoriyalı insanlar barəsində qəbul edilən qərarlarda bu hallar cox qeniş şərh edilməlidir. 2023-cü ilin sentyabr ayında Qarabağın tam azad olunması ilə nəticələnən anti-terror əməliyyatının kecirlməsindən sonra cəmiyyətdə yeni mənəvi dirçəliş mühüti yarandığını və bu mənəvi dircəlişi N günlük Vətən Müharibəsində, Fərrux əməliyyatında, Sarıbaba- Qırxqız və digər hərbi əməliyyatlarında və nahayət 2023-cü ilin anti-terror əməliyyatənda iştirak etmiş hərbiçilərin bizə yaşatdığını nəzərə alaraq və Ali Baş Komandanını 15 oktyabr 2023-cü il tarixdə və 08 noyabr 2023-cü il tarixdə Xankəndində etdiyi cıxışlarında Azərbaycan əsgərinin, zabitinin əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmələrini qeyd etməsi bu kateqoriyadan olan şəxslərin 2023-cü ilin sentyabr ayının 20-dək törətdikləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə bağlı onların şəxsiyyətlərinin ictimai təhlükəliliyinin artıq 2023-cü ilin sentyabr ayının 20-dən sonra aradan qalxmasını bir ictimai fakt kimi qəbul edilməsi zəruridir. Bu səbəbdən, Təqsirləndirilən şəxs kimi Vətən Müharibəsi iştirakcıları Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan humanist imkanlarının əsirgənilməsi və geniş tədbiq edilməməsi yolverilməzdir. Qanunverici cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan qərarların qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi kimi yox, hüququ kimi müəyyən etdiyindən bu hüquqdan döyüşlərdə iştirak etmiş hər bir hərbiçi barədə geniş istifadə edilməlidir. Bununla yanaşı ittiham tərəfindən təqsirləndirilən şəxsə təyin edilməsini təklif edilən hərbi xidmət üzrə məhdudlaşma cəza növü yuxarıda sadalanan səciyyəvi xüsusiyyətlərə malik olan şəxsin islah olunması ücün artıq hec bir zərurət doğurmur bu səbəbdən ki həmin şəxs hadisədən sonra yuxarıda sadalanan davranışında müşayət olunun faktlara görə islah olunmasını sübut etmişdir. Bununla yanaşı onun məhkum olunması yalnız ona məhkumluğun doğurduğu mənəvi istirablara səbəb olmasına səbəb ola bilər. Məhkəmə yuxarıda sadalananlara, CM-nin 73.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına və CM-nin 74-cü maddəsinə tələbini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, eyni zamanda cinayət hüququ sahəsinidə əhatə edən ölkədə gedən hüquqi islahatlarını dərinləşdirən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında Azərbaycan Respublıkası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı “yol xəritəsi” kimi qəbul edildiyindən bu Fərmanda göstərilən cəza siyasətinin humanistləşdiridməsi və cinayətlərin dekriminallaşdırılması siyasətinə əsaslanaraq, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməklə zərərçəkmiş şəxs X1 üzr istəyərək dəymiş ziyanı aradan qaldırmaqla onunla barışdığından, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından, eyni zamanda zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs cəzadan azad edərək onun barəsində olan cinayət işini xitam edilməsi barədə ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 73.1-ci maddəsinə əsasən zərərcəkmiş şəxslə barışmaqla bağlı, həmçinin bu hadisədən sonra Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilən lokal antiterror əməliyyatında iştirak etməsinin şəraitin dəyişməsi kimi qiynətləndirərək nəticədə bu əməli törətmiş Təqsirləndirilən şəxs ictimai təhlükəliliyi olmadığı müəyyən edildiyindən həmçinin onun hadisədən sonra keçən müddət ərzində digər qanun pozuntusu törətməsi, artıq şəraitin dəyişməsi nəticəsində onun şəxsiyyətinin artıq ictimai təhlükəli aradan qalxması kimi nəzərə alaraq, CM-nin 74-cü maddəsinin tələbini, CM-nin 73.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına və CM-nin 74-cü maddəsinə tələbini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslanaraq, Təqsirləndirilən şəxs CM-nin 73.1 və 74-cü maddələrinə əsasən zərərcəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı CM-nin 330.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməli və başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. http://frameworks.e-qanun.az/46/f_46950.html CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 16 (on altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 73.1,74 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARVERDİ:

1. Müdafiəçi vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin.

3. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin.

4. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin.

5. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar məhkəmə istintaqı zamanı göstərilmiş 16 (on altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün.

6. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin.

7. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən : İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar