Məhkəmə qərarları › İş №1-1(098)-137/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-137/2024

06.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-137/2024 06.08.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X10 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi XN iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli, 1-1 (098)-90/NN nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, 25 yanvar N3-cü il tarixdə SHXÇDX-nin Abşeron rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, hazırda N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, N nömrəli hərbi hissədə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 332.1 və 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuş, həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maneəqurma bölüyünün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 07 mart NN-cü il tarixdə saat 16 radələrində Tərtər şəhərində yerləşən maneəqurma bölüyünün əsgər yataqxanasında onun üçün ayrılmış çarpayıda uzanıb uca səslə danışmaqla xidmətə təyin olunmuş müddətli əsgərlərin istirahət etmələrinə mane olduğundan, həmin bölüyün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs istirahət edərkən yuxudan oyanmaqla səssiz olmalarını demiş, əsgər Təqsirləndirilən şəxs yanındakı çarpayıda uzandığından əlini Zərərçəkmiş şəxs qış alt köynəyinin çiyin hissəsindən tutaraq “səninlə danışmıramkı, naryadsan yat” deyə bildirmiş, əsgər Zərərçəkmiş şəxs ona səsinin istirahət etməyinə mane olduğunu dedikdə, Təqsirləndirilən şəxs ona “ağıllı ol” deyə cavab vermişdir. Ardınca əsgər Zərərçəkmiş şəxs xidmətə hazırlaşmağa başladıqdan sonra leytenant Şahid3 məxsus telefonla ailəsi ilə danışmaq üçün bölük komandirinin otağının qarşısına getmiş və danışığı yekunlaşdırdıqdan sonra həmin gün, yəni xx.xx.NN-cü il tarixdə saat 16:30da eyni bölüyün əsgər yataqxanasına daxil olarkən əsgər Təqsirləndirilən şəxs qarşısını kəsməklə, aralarında göstərilən sözlü mübahisə barəsində telefonla kiməsə məlumat verənin ünvanına nalayiq ifadə işlətməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci (Vəzifə və rütbəsindən asılı olmayaraq bütün hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar) və N2-ci (Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidirlər) maddələrinin tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə 1 (bir) dəfə möhkəm kəllə zərbəsi vurmaqla sonuncunun səhhətinin qısa müddət pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən “sağ gözaltı nahiyyənin hematoması” xəsarətini yetirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 16 may NN-cü il tarixdə 5 (beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N may NN-cü il tarixdə saat 1N:00-dək xidməti yerinə qayıtmalı olmasına baxmayaraq, üzrlü səbəblər olmadan qayıtmayıb, 2N may NN-cü il tarixdə saat 17:N5-də xidməti yerinə, yəni Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissənin maneəqurma bölüyünə gələrək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 332.1 və 333.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.N3-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmaqla N nömrəli hərbi hissədə ilkin gənc əsgərlərin kursunu bitirdikdən sonra xx.xx.N3-cü il tarixdən N nömrəli hərbi hissəsinin maneəqurma bölüyünün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı vəzifəsinə təyin edilmiş, hazırda da həmin vəzifədə əsgər hərbi rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, onunla aralarında qohumluq, düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.NN-cü il tarixdə saat 16 radələrində Tərtər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin maneəqurma bölüyündə əsgər yoldaşları ilə yüksək səslə danışan zaman əsgər Zərərçəkmiş şəxs uzandığı çarpayıdan yarımçıq qalxaraq “bir az sakit olun da” dedikdə, Zərərçəkmiş şəxs yanındakı çarpayıda uzandığından sağ əli ilə əsgər Zərərçəkmiş şəxs alt köynəyinin çiyin hissəsindən tutaraq “sən yat da sən naryadsan, sənlə danışmıram ki” sözlərini cavabında bildirmiş, sonradan əsgər Zərərçəkmiş şəxs “mənimlə heç kimin zarafat etməməsi üçün axşam sıranın qarşısında söz deyəndə sən görərsən” sözlərini dedikdə, Zərərçəkmiş şəxs işlətdiyi ifadələrə diqqət yetirməsini və “ağıllı olmasını” demiş, bunun ardınca Zərərçəkmiş şəxs yerindən qalxaraq leytenant Şahid3 yanına gedərək ondan mobil telefonu alaraq kiminləsə danışmağa başlamışdır. Zərərçəkmiş şəxs telefonla danışdıqdan sonra yataqxanaya geri qayıtmışdır. Bundan sonra, o, Zərərçəkmiş şəxs telefonla kiminlə danışdığını və onun haqqında kiməsə nəsə deyib-deməməsi barədə soruşduqda, Zərərçəkmiş şəxs aralarındakı söhbət barədə heç kimə məlumat vermədiyini, sadəcə olaraq ailə üzvləri ilə danışdığını bildirdikdən sonra aralarında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı o, əsəblərinə hakim ola bilməyib yalan danışanın ünvanına nalayiq ifadə işlətməklə əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə 1(bir) dəfə möhkəm kəllə zərbəsi vurmuş, zərbənin təsirindən əsgər Zərərçəkmiş şəxs müvazinətini itirib çarpayının yanında olan stolun üzərinə yıxıldığı üçün o, əsgər yataqxanasından getmişdir. Bir müddət sonra bölüyün əsgər heyətinə bölük komandiri tərəfindən düzülüş verilmiş, düzülüş zamanı bölüyün əsgər heyətindən əsgər Zərərçəkmiş şəxs sağ göz nahiyəsində qızartının yaranmasının səbəbi soruşulduqda, o, sıradan çıxaraq Zərərçəkmiş şəxslə mübahisə etdiyini və əsgər Zərərçəkmiş şəxs vurduğunu bölük komandirinə bildirmişdir. Bundan sonra, bölük komandiri, kapitan Orxan Babayev onu və əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə aparmışdır. O, 16 may NN-cü il tarixdən N may NN-cü il tarixə saat 1N:00-dək ailə vəziyyəti ilə bağlı məzuniyyətə buraxılmışdır. Anası X1 olan problemlərlə bağlı o, məzuniyyətdən xx.xx.NN-cü il tarixdə saat 1N:00-da xidməti yerinə gəlməli olduğu halda, 2N may NN-cü il tarixdə saat 17:N5-də xidməti yerinə qayıtmışdır. Hadisədən sonra zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Törətdiyi əməllərdən peşmandır. Odur ki, bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qismində dindirilmiş zərərçəkmiş şəxs, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.N3-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmaqla N nömrəli hərbi hissədə ilkin gənc əsgərlərin kursunu bitirdikdən sonra xx.xx.N3-cü il tarixdən qeyd etdiyi vəzifəyə təyin edilmiş, hazırda da həmin vəzifədə əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət dövründə tanımış, onunla aralarında münasibət xidməti olmuş, hər hansı bir mübahisə, qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. O, 07 mart NN-cü il tarixdə saat 16 radələrində Tərtər şəhəri ərazisinə dislokasiya olunmuş N nömrəli hərbi hissənin maneəqurma bölüyünün əsgər yataqxanasında bölüyün gün növbətçisi naryadına təyin olunmağı ilə əlaqədar olaraq çarpayıda uzanıb istirahət edərkən, bölüyün əsgər heyəti yataqxanada uca səslə danışıb səsküy etdiyinə görə yuxudan oyanaraq, onlara səssiz olmalarını demiş, onun sözlərindən sonra əsgər Təqsirləndirilən şəxs yanındakı çarpayıda uzandığından, əlini onun qış üçün nəzərdə tutulmuş isti alt köynəyinin çiyin hissəsindən tutaraq «sənlə danışmıram ki, naryadsan yat da» dedikdə, o isə Təqsirləndirilən şəxs səsinin istirahət etməyinə mane olduğunu və indidən belə onunla heç kimin zarafat etməməsi üçün “axşam sıranın qarşısında söz deyəndə görərsən” sözlərini demiş, bu zaman Təqsirləndirilən şəxs ona “ağıllı ol” cavabında bildirmişdir. Bunun ardınca o, xidməti naryada hazırlaşmağa başlamaqla, leytenant Şahid3 yaxınlaşıb ondan mobil telefonunu istəyib aldıqdan sonra ailəsi ilə telefonla danışmaq üçün bölük komandirinin otağının qarşısına getmiş, telefonla ailəsi ilə danışıb qurtardıqdan sonra saat 16:30-da Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissənin maneəqurma bölüyünün əsgər yataqxanasına daxil olarkən əsgər Təqsirləndirilən şəxs qarşısını kəsərək onun barəsində telefonda kiməsə nəsə deyənin ünvanına nalayiq ifadə işlətmiş, o, Təqsirləndirilən şəxs aralarında olan hadisə barədə heç kimə məlumat vermədiyini, sadəcə olaraq ailə üzvləri ilə danışdığını bildirdikə, Təqsirləndirilən şəxs sifət nahiyəsinə başı ilə 1 (bir dəfə) möhkəm kəllə zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Bu zaman zərbənin təsirindən o, müvazinətini itiriərək çarpayının baş hissəsindəki stulun üzərinə yıxılmış, ayağa durduqdan sonra bölüyün əsgər heyəti stulun səsinə içəri daxil olduqda Təqsirləndirilən şəxsla onu görmüşlər. Həmin zərbənin təsirindən onun sağ gözaltı nahiyəsi qızardığı üçün, o, sanitar qovşağa gedərək buzlu su qoymaq istəmiş, yataqxanadan çölə çıxarkən də, əsgər Qadir Quliyev və əsgər Şahid2 sağ gözaltında olan xəsarətə görə bu barədə bölük komandirinə və ya leytenant Şahid3 məlumat verməyini desələr də, o, o, baş geyimini geyinərək əl-üzünü yumaq üçün sanitar qovşağa getmişdir. Bu zaman bölüyün baş çavuşu baş gizir Şahid1 baş geyimini üzünə tutduğundan şübhələnərək onun qarşısını kəsib dayandırıb gözünün altının qızardığını görmüş və onu bölük komandiri, kapitan Orxan Babayevin yanına apararaq məruzə etmişdir. Bölük komandiri dəfələrlə gözünün alt nahiyəsinə nə olduğunu soruşduqda o, qorxduğu üçün baş vermiş hadisə ilə bağlı heç nə deməmiş, lakin sonradan bölük komandirinin göstərişi əsasında bölüyün əsgər heyəti düzüldükdən sonra yenidən nə baş verdiyini soruşduqda əsgər Təqsirləndirilən şəxs sıradan çıxaraq onunla dalaşdığını, sonra da baş nahiyəsi ilə vurduğunu bildirmişdir. Bundan sonra, bölük komandiri O.Babayev onu və Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə aparmış və orada qeydiyyat aparıldıqdan sonra ona müvafiq diaqnoz qoyulmuşdur. Hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 sentyabr N3-cü il tarixdən N nömrəli hərbi hissənin manequrma bölüyünün N-cü taqımının 3-cü manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin müddətli hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs xidmət dövründə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı qohumluq əlaqəsi, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. O, xx.xx.NN-cü il tarixdə təxminən saat 16:30 radələrində Tərtər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin maneəqurma bölüyünə məxsus əsgər yataqxanasında səs-küy gəldiyi üçün əsgər yataqxanasına daxil olub əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs ilə qarşılaşarkən, Zərərçəkmiş şəxs sağ göz nahiyəsini əliylə tutduğunu və göz nahiyəsinin qızardığını görüb ondan nə baş verdiyini soruşduqda, əsgər Zərərçəkmiş şəxs ona əsgər Təqsirləndirilən şəxsla sözlü mübahisə edən zaman Təqsirləndirilən şəxs baş nahiyəsi ilə onun sağ göz nahiyəsinə zərbə vurduğunu demiş, həmin vaxt o və əsgər Qadir Quliyev əsgər Zərərçəkmiş şəxs bu barədə gedib leytenant Mehman Kiçikbəyov məruzə etməsini bildirmişlər. Bundan sonra, əsgər Zərərçəkmiş şəxs əsgər yataqxanasını tərk edərək sanitar qovşaq istiqamətində getmişdir. Bir müddət sonra bölüyün baş çavuşu baş gizir, Şahid1 bu məsələdən xəbərdar olmuş və bölük komandiri, kapitan X7 məruzə etmişdir. Bölük komandiri kapitan X8 məsələni aydınlaşdırmaqla bölüyün şəxsi heyətini düzmüş, sıra düzlüşü zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əsgər Zərərçəkmiş şəxs baş nahiyəsi ilə vurmaqla xəsarət yetirdiyini bildirdikdən sonra bölük komandiri kapitan O.Babayev əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə müayinə olunmaları üçün aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 13 iyul N3-cü il tarixdən N nömrəli hərbi hissənin maneəqurma bölüyünün N-cü taqım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmət dövründə tanımış, ona qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı qohumluq əlaqəsi, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.NN-cü il tarixdə ona yaxınlaşaraq anasının xəstə olması səbəbindən və anasını görmək istədiyindən məzuniyyətə getmək istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs barəsində cinayət işi olduğunu ona məzuniyyət düşmədiyini demişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs məzuniyyətə göndərilmədiyi halda xidməti yerini özbaşına tərk edəcəyini və özünə nəsə edəcəyini ona bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşaraq bu barədə qərargah rəisinə dediyini və onun məzuniyyətə razılıq verdiyindən raport yazmağını istədikdən sonra hərbi hissənin qərargah rəisi, kapitan Kənan Nəhmətovun yanına getmişdir. K.Nəhmətov sabah əsgər Təqsirləndirilən şəxs Məhkəməsi olduğunu, məhkəmədən sonra məzuniyyət məsələsinə baxacağını bildirmişdir. xx.xx.NN-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Tərtər Hərbi Məhkəməsinə gedən zaman hərbi hissənin nəzarət buraxılış məntəqəsində olarkən hərbi hissə komandiri, mayor Zaur Cahangirov ona zəng edərək məhkəmə olmayacağını və xidməti yerinə qayıtmağını demişdir. Bundan sonra, hərbi hissəyə qayıdaraq qərargah rəisinin yanına gedərək bu barədə məruzə etdikdən sonra qərargah rəisi növbəti məhkəmənin vaxtının dəqiqləşdirməsi üçün onu hərbi hissə komandirinin yanına göndərmişdir. Hərbi hissə komandirinin yanında olarkən növbəti məhkəmənin vaxtını dəqiqləşdirsə də, bu barədə məlumatının olmadığını bildirdikdə Təqsirləndirilən şəxs məzuniyyət istəməsi barədə də məlumat verərkən, komandir birinci cinayət işinin olmasına görə məzuniyyətin ona düşmədiyini, daha sonra Təqsirləndirilən şəxs anasının xəstə olması ilə əlaqədar ailə vəziyyəti ilə bağlı məzuniyyət raportu yazmağını bildirməklə, bu barədə də qərargah rəisi ilə danışaçağını bildirmişdir. Bunun ardınca bu barədə kapitan K.Nəhmətova məlumat verdikdən sonra K.Nəhmətovun göstərişi əsasında əsgər Təqsirləndirilən şəxs qısa müddətli məzuniyyətə buraxılması barədə raport yazmışdır. Həmin raport əsasında hərbi hissə komandirinin müvafiq əmri ilə Təqsirləndirilən şəxs xx.xx.NN-cü il tarixdən xx.xx.NN-cü il tarixədək Bakı şəhərində keçirilməklə 5 günlük məzuniyyətə buraxılmışdır. Təqsirləndirilən şəxs məzuniyyətə getdikdən sonra xx.xx.NN-cü il tarixdə saat 1N:00-da xidməti yerinə qayıtmamışdır. Təqsirləndirilən şəxs xidməti yerinə qayıtmadıqdan sonra şəxsi işindən onun ailə üzvlərinin nömrəsini götürərək əlaqə saxlasa da, Təqsirləndirilən şəxs mobil telefon zənglərinə cavab verərək xidməti yerinə qayıdacağı barədə bahənələr gətirmişdir. Təqsirləndirilən şəxs 2N may NN-cü il tarixdə saat 17:N5-də xidməti yerinə qayıtmışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 10 oktyabr 2016-cı il tarixdən N nömrəli hərbi hissənin maneəqurma bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, ona qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı qohumluq əlaqəsi, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. O, xx.xx.NN-cü il tarixdə təxminən saat 16:50 radələrində Tərtər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin əsgər yataqxanasında olarkən maneəqurma bölüyününə məxsus əşya saxlancının qapısını bağlayıb sıra düzülüşünə gedərkən əsgər Zərərçəkmiş şəxs ilə qarşılaşmış, bu zaman Zərərçəkmiş şəxs onu gördükdən sonra özünü şübhəli apararaq, baş geyimini üzünə salmışdır. O, əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq baş geyimini çıxartdırdıqdan sonra onun sağ gözünün altının qızardığını görüb əsgər Zərərçəkmiş şəxs bölük komandiri, kapitan X5 yanına aparmış və sağ gözünün altının qızardığını məruzə etmişdir. Bölük komandiri bölüyün əsgər heyətini düzmüş və nə baş verdiyini soruşduqda əsgər heyəti faktla əlaqədar məlumatlı olmadıqlarını bildirmişlər. Sıra düzülüşü zamanı bölük komandiri şəxsi heyətlə profilaktik söhbətlər apardıqdan sonra Təqsirləndirilən şəxs sıradan çıxaraq əsgər Zərərçəkmiş şəxs baş nahiyəsi ilə vurmaqla xəsarət yetirdiyini bildirmişdir. Sonradan əsgər Zərərçəkmiş şəxs bölük komandiri ilə birlikdə xidməti otağa daxil olmuş və Zərərçəkmiş şəxs bölük komandirinə əsgər Təqsirləndirilən şəxsla qarşılıqlı münasibət qaydalarının pozulmasını demişdir. Bundan sonra, bölük komandiri, kapitan X8 əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.NN-cü il tarixli, 313 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.NN-cü il tarixli tibbi müayinəsi zamanı ona “ Sağ gözaltı nahiyyəsinin hematoması” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın (əşyaların) yerli zərbəvi təsirindən törənməyə xarakterikdir, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.NN) və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. N nömrəli hərbi hissənin maneəqurma bölüyünün komandiri baş leytenant Orxan Babayevin xx.xx.NN-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 07 mart NN-cü il tarixdə saat 16:00 radələrində əsgər Zərərçəkmiş şəxs kəllə zərbəsi vurduğundan sonuncu sağ gözaltı nahiyəsindən xəsarət almışdır. N nömrəli hərbi hissənin zədələnmələrin yaralanmaların qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.NN-cü il tarixdə saat 16:00 radələrində hərbi hissənin tibb məntəqəsinə “sağ gözaltı nahiyəsinin hematoması” diaqnozu ilə daxil olmuşdur. Həmin xəsarət xx.xx.NN-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qarşlıqlı münasibətlərin pozulması nəticəsində almışdır. N nömrəli hərbi hissədən verilmiş arayışından görünür ki, xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissənin maneəqurma bölüyünün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı, əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri mövcud olmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-cü il tarixli, 136 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhərində keçirməklə 5 (beş) gün müddətinə N may NN-cü il tarixədək növbəti məzuniyyətə buraxılmışdır. xx.xx.NN-cü il tarixli məzuniyyət biletindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.NN-cü il tarixdən xx.xx.NN-cü il saat 1N:00-dək qısa müddətli məzuniyyətə buraxılmışdır. N nömrəli hərbi hissənin maneəqurma bölüyünün baş çavuşu, baş gizir Şahid1 N may NN-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin N may NN-cü il tarixli, 1N2 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N may NN-cü il tarixdə saat 1N:00-dək məzuniyyətdən qayıtmadığı üçün üzrlü səbəb olmadan hərbi hissəyə (xidmət yerinə) vaxtında gəlməmiş hesab edilməklə bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin maneəqurma bölüyünün baş çavuşu, baş gizir Şahid1 2N may NN-cü il tarixli raportuna və N nömrəli hərbi hissə komandirinin 2N may NN-cü il tarixli, 1N5 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs 2N may NN-cü il saat 17:N5-də xidmət yerinə gəldiyindən məzuniyyətdən gecikənlərin siyahısından çıxarılmaqla bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 88 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin maneəqurma bölüyünün 2-ci maneəqurma taqımının 2-ci maneəqurma manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir. SX seriyalı ******* nömrəli Hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1998-ci il tarixdə Abşeron rayonunda doğulmuşdur və xx.xx.N3-cü il tarixdə SHXÇDXnin Abşeron rayon idarəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. N nömrəli hərbi hissəsinin Hərbi Həkim Komissiyasının xx.xx.NN-cü il tarixli arayışına əsasən əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 0N iyun NN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun NN-cü il tarixdə seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbirinin qüvvədə saxlanması nəzərə alınmışdır. Müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə Tərtər Hərbi Məhkəməsinin 29 yanvar NN-cü il tarixli, 1-1(098)- 60/NN nömrəli hökmü ilə təyin edilmiş N (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq ona 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul NN-cü il tarixli, 3N0 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 29 yanvar NN-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının icrasına N iyul NN-cü il tarixdən başlanmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəyini və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 12N-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 1N3-1N6-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin NN.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, faktiki 1 il 6 ay ayadək xidmət etməsini, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və onun cəzadan azad edilməsini xahiş etməsini, gənc olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, N saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və N1-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin N1.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan CM-nin 50.N-cü maddəsinə əsasən, ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz. CM-nin 5N.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. Məhkəmə CM-nin 58-ci maddəsinin tələblərini, eyni zamanda Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.NN-cü il tarixli hökmü üzrə CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra islah yoluna girməyərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq CM-nin 332.1-ci maddəsində və həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında gəlməməklə CM-nin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs, təqsirli bilindiyi CM-nin 332.1 və 333.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası orta həddə yaxın təyin edilməklə cəzanın məqsədlərinə, həmçinin Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq mümkündür. Həmçinin yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli, 1-1(098)-90/NN nömrəli hökmü ilə CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, cəza təyin edilməsində nəzərə alınmalıdır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından və Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli, 1- 1(098)-90/NN nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli, 1-1(098)-90/NN nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə, yəni hazırki hökmlə təyin ediləcək cəza ilə, ona Tərtər Hərbi Məhkəməsinin 0N iyul NN-cü il tarixli, 1-1(098)-90/NN nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası qismən toplanılmaqla qəti cəza təyin edilməlidır. Təqsirləndirilən şəxs, ona təyin ediləcək intizam xarakterli hərbi hissədə saxlama cəzasını bu növ cəzanın çəkilməsi üçün yaradılmış N nömrəli hərbi hissəsində çəkməli, cəzanın əvvəli N nömrəli hərbi hissə komandirinin N iyul NN-cü il tarixli, 3N0 nömrəli məktubunda göstərilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 yanvar NN-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının icrasına başlanıldığı tarixdən, yəni N iyul NN-cü il tarixdən hesablanmalı, hökmün icrasına nəzarət intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməli, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmə icraatı zamanı dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilmiş 16 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 8N (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi zərər, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 3NN-3N7, 3N9, 351-353, 356, 358, 38N.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə Tərtər Hərbi Məhkəməsinin N iyul NN-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası qismən toplanılmaqla cinayətlərin məcmusu qaydasında qəti olaraq ona 7 (yeddi) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli N iyul NN-cü il tarixdən hesablansın. Hökmün icrasına nəzarət intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 8N (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar