Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-93/2023 22.06.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Hakim Sarıyev Əhməd Mədət oğlundan (məruzəçi-hakim), Hakim Nəsirov Vidadi Mikayıl oğlundan ibarət tərkibdə, X1 Talıb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi-Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1994-cü il tarixdə Bərdə rayonunun Gülgəzli kəndində doğulmuş və orada daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İstintaq orqanın mülahizəsinə görə Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin xeyli miqdarda əmlakını mənimsəməklə talamış, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmiş, habelə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bərdə rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 27 sentyabr NN-ci il tarixdə başlamış 44 günlük «Vətən Müharibəsi» zamanı «X2» MMC şirkəti tərəfindən Silahlı Qüvvələrə yardım məqsədilə verilərək hərbi əməliyyatlar başa çatdıqdan sonra, qüvvədə olan müvafiq qanunvericiliyə əsasən, istifadə olunmasına maneə törədəcək zədələr olmadığı təqdirdə geri qaytarılması nəzərdə tutulmuş və N nömrəli hərbi hissə komandirinin «Avtomobil texnikalarının sürücülərə təhkim olunması haqqında» 09 yanvar N21-ci il tarixli əmri əsasında ona təhkim olunmuş, N11-ci ildə istehsal olunmuş «Mitsubishi LN0» markalı, 10PH038 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ayrı-ayrı ehtiyyat hissələrini avtomobilin üzərindən çıxarıb onları mənimsəmə yolu ilə talayıb satmaqla qanunsuz gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs, N21-ci ilin yanvar ayının sonlarında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş, özgəyə məxsus həmin avtomobilin qiyməti 165 (yüz altmış beş) manat təşkil edən ön buferini, qiyməti 80 (səksən) manat təşkil edən arxa sol əyləc işığını, qiyməti 360 (üç yüz altmış) manat təşkil edən kiçik kardanı, hər birinin qiyməti 1N (yüz iyirmi) manat olmaqla ümumi dəyərləri 240 (iki yüz) qırx manat təşkil edən sağ və sol güzgüləri, qiyməti 45 (qırx beş) manat təşkil edən sağ arxa işıq qaytarıcını, qiyməti 100 (bir yüz) manat təşkil edən mühərrikin alt qoruyucusunu, qiyməti 100 (bir yüz) manat təşkil edən sürətlər qutusunun qoruyucusunu, qiyməti 370 (üç yüz yetmiş) manat təşkil edən 1 (bir) dəst ön və arxa qanadaltı örtükləri, qiyməti 650 (altı yüz əlli) manat təşkil edən kondisionerin kompressorunu, qiyməti 350 (üç yüz əlli) manat təşkil edən 1 (bir) dəst kondisionerin borularını, qiyməti 700 (yeddi yüz) manat təşkil edən turbokompressoru, qiyməti 235 (iki yüz otuz beş) manat təşkil edn 1 (bir) ədəd N5/80-R16 ölçülü «Bridgestone» markalı ehtiyat təkərini, hər birinin qiyməti N (iyirmi) manat olmaqla ümumi dəyərləri 40 (qırx) manat təşkil edən 2 (iki) ədəd şüşəsilən silgilərini, qiyməti N (iyirmi) manat təşkil edən təkər açarını, qiyməti 35 (otuz beş) manat təşkil edən açar dəstini, qiyməti 35 (otuz beş) manat təşkil edən yanğınsöndürən balonu, qiyməti 7 (yeddi) manat təşkil edən tibbi çantanı, qiyməti 150 (yüz əlli) manat təşkil edən 1 (bir) ədəd «KENWOOD» markalı, «KDC-MP3049» modelli maqnitofonu, yəni ümumi dəyəri 3682 (üç min altı yüz səksən iki) manat təşkil edən ehtiyat hissələrini Bərdə rayonunun Gülgəzli kəndi yaxınlığında əkin sahəsində üzərindən çıxarmış və həmin ehtiyyat hissələrini sonrakı müddət ərzində ayrı-ayrı tarixlərdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə satıb qanunsuz gəlir əldə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, öz cinayətkar əməllərini davam etdirərək, N nömrəli hərbi hissə komandirinin «Avtomobil texnikalarının sürücülərə təhkim olunması haqqında» 09 yanvar N21-ci il tarixli əmri əsasında ona təhkim olunmuş, N11-ci ildə istehsal olunmuş «Mitsubishi LN0» markalı, 10PH038 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ayrı-ayrı ehtiyyat hissələrini avtomobilin üzərindən çıxarıb onları mənimsəmə yolu ilə talamaqla yanaşı, həmin avtomobilin özünü də mənimsəmə yolu ilə talayıb satmaqla qanunsuz gəlir əldə etmək qərarına gəlmiş və bu məqsədlə N21-ci ilin yanvar ayının sonlarında öz qulluq mövqeyindən istifadə edərək ilk öncə ona etibar edilmiş, dəyəri 25500 (iyirmi beş min beş yüz) manat təşkil edən özgəyə məxsus həmin avtomobili təmir olunması adı ilə yaşadığı Bərdə rayonunun Gülgəzli kəndində yerləşən evinin həyətinə gətirib həmin vaxtdan etibarən hərbi hissəsinə qaytarmayıb orada saxlamaqla təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin xeyli miqdarda əmlakını mənimsəməklə talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 pikap modelli avtomobil almaq istədiyini öyrənib, yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə N21-ci ilin yanvar ayının sonlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək, ona «Vətən Müharibəsi» zamanı şirkətlərdən biri tərəfindən xidmət etdiyi hərbi hissənin komandirinə şəxsi istifadəsi üçün N11-ci ildə istehsal olunmuş «Mitsubishi LN0» markalı minik avtomobilinin bağışlandığını, lakin hərbi hissə komandirinin uşaqları xəstə olduğuna görə maddi çətinlik çəkdiyindən həmin avtomobili satmaq istədiyini deyərək, Zərərçəkmiş şəxs1 həmin avtomobili almaq istəyib-istəmədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 ona həmin avtomobili almağa razı olduğunu bildirdikdən sonra, Təqsirləndirilən şəxs aralarındakı sövdələşməyə əsasən, onunla N21-ci ilin fevral ayının əvvəllərində oğlu Şahid5 məxsus Tərtər şəhəri, Famil Qulami küçəsində yerləşən evin qarşısında görüşərək orada Zərərçəkmiş şəxs1 avtomobili bir müddət sonra adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib buna dair aralarındakı şifahi razılaşma əsasında, həmin avtomobili 8000 (səkkiz min) manat məbləğində pulun əvvəlcədən, qalan N00 (min) manat məbləğində pulun isə avtomobilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirməsindən sonra verilməsi şərti ilə ümumilikdə 10.000 (on min) manat məbləğində pul müqabilində alınmasına dair razılığa gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs, aralarındakı sövdələşmədən bir həftə sonra, N21-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1la sonuncunun oğlu Şahid5 evində görüşərək orada ondan 8000 (səkkiz min) manat məbləğində pul almış və tutduğu vəzifə ilə bağlı ona təhkim edilərək mənimsəməklə taladığı, özgəyə məxsus «Mitsubishi LN0» markalı, 10PH038 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini həmin evin həyətində saxlamışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs, öz cinayətkar əməlini davam etdirərək, istifadəsində olan ********** mobil danışıq nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək, satdığı avtomobili adına rəsmiləşdirilməsi üçün 4000 (dörd min) manat məbləğində pul lazım olduğunu deyərək, əlavə olaraq bir ədəd döyüşlərdə yanmış «Mitsubishi LN0» markalı avtomobilin mühərrikini də 500 (beş yüz) manat məbləğində pul müqabilində ona verəcəyini bildirmiş və sonuncu həmin təklifi qəbul edib razılaşdıqdan sonra, elə həmin gün Tərtər şəhərinin ərazisindəki Bayraq meydanın yaxınlığında Zərərçəkmiş şəxs1la təklikdə görüşüb orada ondan 4500 (dörd min beş yüz) manat pul alaraq ümumilikdə sonuncudan 12500 (on iki min beş yüz) manat məbləğində pul alıb sonrakı müddət ərzində verdiyi vəd üzrə xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 isə həmin avtomobilin Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandirinə məxsus olmadığını, həmin avtomobilin ona qanunsuz satıldığını bildikdən sonra 07 aprel N21-ci il tarixdə avtomobili Tərtər rayon polis şöbəsinin yaxınlığında N nömrəli hərbi hissənin nümayəndəsinə təhvil vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, aralarındakı tanışlıq münasibətlərinin olduğu Bərdə rayonunun Cəyirli kənd sakini Zərərçəkmiş şəxs2 ilə N21-ci ilin mart ayının sonlarında, günorta saatlarında N nömrəli hərbi hissənin qarşısında görüşərək, alarındakı söhbət zamanı sonuncunun övladı Şahid1 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün imtahan verdiyini, lakin imtahanın cavabını bilmədiyini öyrənib yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gəlmiş və bu məqsədlə, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün imtahan vermiş şəxslərin imtahandan müvəffəqiyyətlə keçmələrini təmin və ya təşkil etməyə heç bir səlahiyyəti və ya real imkanları olmadığı halda, aralarındakı həmin söhbət zamanı Zərərçəkmiş şəxs2 adını çəkmədiyi N nömrəli hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin tanışlarına 700 (yeddi yüz) manat məbləğində pul verilməsi müqabilində övladı Şahid1 imtahandan müvəffəqiyyətlə keçməyəcəyi təqdirdə ona əlavə imtahan vermədən qəbul olunması üçün məqbul qiymət yazılmasını təmin və təşkil edə biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs2 onun dediklərinə inanıb təklifini qəbul etmiş və elə həmin gün, axşam saatlarında N nömrəli hərbi hissənin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək orada ona 700 (yeddi yüz) manat məbləğində pul vermiş və sonuncu həmin pulu qəbul edib ona övladı Şahid1 razılaşdıqları köməkliyi göstərəcəyinə dair yalan vəd verərək, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Bərdə rayon sakini Zərərçəkmiş şəxs3 ilə N21-ci ilin aprel ayının ortalarında, günorta saatlarında rayon ərazisində yerləşən «Çinar» restoranın yaxınlığındakı dairəvi yolun kənarında təklikdə görüşərək, aralarındakı söhbət zamanı sonuncunun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün imtahan verdiyini, lakin imtahanın cavabını bilmədiyini öyrənib yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gəlmiş və bu məqsədlə, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün imtahan vermiş şəxslərin imtahandan müvəffəqiyyətlə keçmələrini təmin və ya təşkil etməyə heç bir səlahiyyəti və ya real imkanları olmadığı halda, aralarındakı həmin söhbət zamanı Zərərçəkmiş şəxs3 adını çəkmədiyi N nömrəli hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin tanışlarına 700 (yeddi yüz) manat məbləğində pul verilməsi müqabilində imtahandan müvəffəqiyyətlə keçməyəcəyi təqdirdə ona əlavə imtahan vermədən qəbul olunması üçün məqbul qiymət yazılmasını təmin və təşkil edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs3 onun dediklərinə inanıb təklifini qəbul etmiş və elə aralarındakı həmin görüş zamanı Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat məbləğində pul vermiş və sonuncu həmin pulu qəbul edib ona razılaşdıqları köməkliyi göstərəcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə Zərərçəkmiş şəxs3 xeyrinə heç bir iş görməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N aprel N21ci il tarixli, 116 №-li əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ehtiyata buraxılmaqla ordu sıralarından təxris edilib hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldıqdan sonra, N21-ci ilin avqust ayının sonlarında, günorta saatlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən onun köməkliyi olmadan imtahanı müvəffəqiyyətlə verib müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Goranboy rayonu ərazisində yerləşən 4-cü taborunun 11-ci bölüyünün 2-ci tağımının şərti olaraq «Ağ uçux» adlandırılan döyüş mövqeyində həmin tağımın 3-cü manqasının komandiri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng etmiş və aralarındakı danışıq zamanı sonuncu ona xidmət yerinin N nömrəli hərbi hissənin xidmət şəraiti daha rahat olan ehtiyyat bölmələrindən birinə dəyişdirilməsini istədiyini bildirdikdə, yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gələrək, bu məqsədlə hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təmin və ya təşkil etməyə heç bir səlahiyyəti və ya real imkanları olmadığı halda, aralarındakı həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs3 N nömrəli hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin tanışlarına N00 (iki min) manat məbləğində pul verilməsi müqabilində, onun xidmət yerinin həmin hərbi hissənin qərargah bölüyündə müvafiq vəzifəyə dəyişdirilməsini təmin və təşkil edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Əsgər Zərərçəkmiş şəxs3 onun dediklərinə inanıb təklifini qəbul etmiş və aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs onunla N21-ci ilin avqust ayının sonlarında Bərdə şəhərinin ərazisində yerləşən «Araz» adlı hipermarketin yaxınlığında təklikdə görüşüb orada əsgər E.N.Niftalızadədən N00 (iki min) manat məbləğində pul almış və yaxın müddət ərzində onun xidmət yerinin hərbi hissənin qərargah bölüyünə dəyişdiriləcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, N nömrəli hərbi hissə komandirinin N aprel N21-ci il tarixli, 116 №-li əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ehtiyata buraxılmaqla ordu sıralarından təxris edilib hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldıqdan sonra, N21-ci ilin avqust ayının sonlarında, günorta saatlarında aralarındakı tanışlıq münasibətlərinin olduğu Bərdə rayonunun Cəyirli kənd sakini Zərərçəkmiş şəxs2 istifadəsində olan ********** mobil danışıq nömrəsindən onun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək, aralarındakı həmin danışıq zamanı onun köməkliyi olmadan imtahanı müvəffəqiyyətlə verib müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Goranboy rayonu ərazisində yerləşən 4-cü taborunun 12-ci bölüyünün 3-cü tağımının şərti olaraq «Gülüstan» adlanan döyüş mövqeyində həmin tağımın 3-cü manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən övladı Şahid1 xidmət yerinin N nömrəli hərbi hissənin xidmət şəraiti daha rahat olan ehtiyyat bölmələrindən birinə dəyişdirilməsini istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq qərarına gələrək, bu məqsədlə hər hansı hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsini təmin və ya təşkil etməyə heç bir səlahiyyəti və ya real imkanları olmadığı halda, aralarındakı həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin tanışlarına N00 (iki min) manat məbləğində pul verilməsi müqabilində, övladı Şahid1 xidmət yerinin həmin hərbi hissənin ehtiyyat bölmələrindən birində müvafiq vəzifəyə dəyişdirilməsini təmin və təşkil edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs2 onun dediklərinə inanıb təklifini qəbul etmiş və aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs onunla N21-ci ilin avqust ayının sonlarında, axşam saatlarında Bərdə şəhərinin ərazisində yerləşən «Ay işığı» adlı kafedə təklikdə görüşüb orada ondan N00 (iki min) manat məbləğində pul almış və yaxın müddət ərzində övladı Şahid1 xidmət yerinin N nömrəli hərbi hissənin ehtiyat bölmələrinin birinə dəyişdiriləcəyinə dair yalan vəd verib, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs, N nömrəli hərbi hissə komandirinin N aprel N21ci il tarixli, 116 №-li əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ehtiyata buraxılmaqla ordu sıralarından təxris edilib hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldıqdan sonra, əsgər Şahid1 xahişi ilə sonuncu və onunla yaxın dostluq münasibətlərində olan Bərdə rayonunun Saatlı kənd sakini Zərərçəkmiş şəxs4 ilə N21-ci ilin sentyabr ayının əvvəllərində, günorta saatlarında Bərdə şəhərinin ərazisində yerləşən «Heydər Əliyev» adına parkın yaxınlığında görüşmüşdür. Orada aralarındakı söhbət zamanı, Zərərçəkmiş şəxs4 ona müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ehtiyat bölmələrindən birində xidmət etmək istədiyini deyib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs yaranmış əlverişli vəziyyətdən istifadə edərək özgənin əmlakını qanunsuz ələ keçirib varlanmaq məqsədi ilə, hər hansı şəxsin müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını və onun xidmət yerinin müəyyən edilməsini təmin və ya təşkil etməyə heç bir səlahiyyəti və ya real imkanları olmadığı halda, aralarındakı həmin görüş zamanı Zərərçəkmiş şəxs4 N nömrəli hərbi hissədə xidmət edən yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin tanışlarına 2100 (iki min yüz) manat məbləğində pul verilməsi müqabilində, onun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını və N nömrəli hərbi hissənin qərargah bölüyündə müvafiq vəzifəyə təyin olunmasını təmin və təşkil edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs4 onun dediklərinə inanıb təklifini qəbul etmiş və aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs onunla 13 sentyabr N21-ci il tarixdə günorta saatlarında Bərdə şəhərinin ərazisində, mərkəzi poçtun qarşısında sonuncunun qohumu Şahid3 iştirakı ilə görüşüb orada Zərərçəkmiş şəxs4 1800 (min səkkiz yüz) manat məbləğində pul almış və qalan 300 (üç yüz) manat məbləğində pulun kursa getdiyi zaman verməsini tapşırıb ona yaxın müddət ərzində kursa qəbul olanacağını və imtahanlardan keçib N nömrəli hərbi hissənin qərargah bölüyündə müvafiq vəzifəyə təyin ediləcəyinə dair yalan vəd verərək, sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyib, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə çıxışı zamanı Dövlət ittihamçısı vəsatət verərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında qəbul etmiş 14 iyul N22-ci il tarixli qərardakı hüquqi mövqeyə görə «rüşvət verməyə təhrik kimi görünən hərəkətlərin əslində dələduzluğun üsulu olduğundan» və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” N15-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19” may N23-cü il tarixli “№ 11/N23 saylı Qərarına görə «özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə «onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirildiyindən» ona qarşı Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 41.3 və 39.1.2-ci maddələrinin tələblərinə əsasən həmin ittiham üzrə cinayət təqibindən imtina etdiyini, Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməsi barədə qəbul olunmasını, onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-ci maddələri ilə cinayət təqibinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfi məhkəmə çıxışı zamanı dövlət ittihamçısının bu fikri ilə razı olduqlarını bildirmişlər. Məhkəmə dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 41.3 və 39.1.2-ci maddələrinin tələblərinə əsasən həmin ittiham üzrə cinayət təqibindən imtina etməsi və Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməsi barədə xahişini, həmçinin müdafiə tərəfinin dövlət ittihamçısının vəsatətinə dair fikirlərini dinləyərək aşağıdakılara əsasən hesab edir ki, dövlət ittihamçısının məhkəmə çıxışı zamanı vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında qəbul etmiş 14 iyul N22-ci il tarixli qərarında göstərilmişdir ki, istər müstəqillik dövründən əvvəl, istərsə də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra məhkəmə təcrübəsində yalançı vasitəçinin hərəkətlərinin tövsifi məsələsi müxtəlif cür həll olunub. Qeyd olunmalıdır ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Müstəqillik əldə edilənədək məhkəmələrin diqqəti ona yönəldilmişdir ki, şəxs guya vəzifəli şəxsə rüşvət olaraq vermək məqsədilə rüşvətverəni təhrik edərək ondan pul və ya sair nemətlər aldıqda, lakin faktiki olaraq onu mənimsədikdə bu cinayət rüşvət verməyə meyilləndirən şəxslərə münasibətdə rüşvət verməyə təhrik etmə kimi, rüşvət verənə münasibətdə isə rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır. Sonradan bu mövqe dəqiqləşdirilmiş və qeyd edilmişdir ki, əgər şəxs rüşvət verəndən guya vəzifəli şəxsə vermək məqsədilə pul və ya sair nemətlər alırsa və bunu etməyə niyyətli olmayaraq onları mənimsəyirsə, onun tərəfindən törədilmiş əməl işin hallarından asılı olaraq rüşvət verməyə təhrik etmə və ya vasitəçilik etmə kimi, rüşvət verənə münasibətdə isə rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır. Nəhayət 1990-cı ildə bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsi dəyişmiş və məhkəmələrə izah olunmuşdur ki, əgər şəxs rüşvət verəndən guya vəzifəli şəxsə vermək məqsədilə pul və ya sair nemətlər alırsa və bunu etməyə niyyətli olmayaraq onları mənimsəyirsə, onun tərəfindən törədilmiş əməl dələduzluq kimi tövsif olunmalıdır. Əgər nemətlərə sahib olmaq məqsədilə rüşvət verən onun tərəfindən rüşvət verməyə meyilləndirilirsə, o zaman təqsirkarın əməli dələduzluqla yanaşı əlavə olaraq həm də rüşvətverməyə təhrik etmə kimi tövsif olunmalıdır. Rüşvət verənin əməlləri bu cür hallarda rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır. Bu zaman rüşvətin verilməsi ehtimal olunan konkret vəzifəli şəxsin adının çəkilib-çəkilməməsi heç bir əhəmiyyət kəsb etmir. Müstəqillik əldə edildikdən sonra Ali Məhkəmənin Plenumu baxılan məsələ üzrə mövqeyini iki qərarında ifadə etmişdir. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” N02-ci il 31 yanvar tarixli Qərarının 7-ci bəndində qeyd olunurdu ki, başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 31, 312-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur. Bu mövqe Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” N15-ci il 11 iyun tarixli 7 nömrəli Qərarının 36-cı bəndində dəyişdirilərək şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilməsi göstərilsədə, həmin qərara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19” may N23-cü il tarixli “№ 11/N23 saylı Qərarı ilə dəyşiklik edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N15-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada «özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə «onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi» qiymətləndirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul N22-ci il tarixli Qərarında olan yeni hüquqi mövqeyi ilə, Ali Məhkəmənin Plenumunun 19” may N23-cü il tarixli “№ 11/N23 saylı Qərarında olan mövqelər uyğunluq təşkil etmiş, yəni Ali Məhkəmənin Plenumunun N15-ci il 11 iyun tarixli qərarında göstərilən mövqedən fərqli olan zərərcəkmiş şəxsin hüquqlarının tanımaqla, burada yeni fikir formalaşdırılmışdır. Yalançı vasitəçinin rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığı, ona görə də onun əməlinin korrupsiya cinayətinin obyektinə zərər vura bilmədiyi, dövlət orqanlarını nüfuzdan sala bilmədiyi qənaətinə gəlməklə yalançı vasitəçinin niyyətinin dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəldiyi qənaətinə gəlinmiş, şəxsin rüşvət verməyə təhrik kimi görünən hərəkətlərini dələduzluğun üsulu kimi müəyyən edilmiş, bundan əlavə şəxsin rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci və 43.1.1 maddələrinin tələblərinə əsasən həmin ittiham üzrə cinayət təqibinə xitam verilməli, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət təqibi davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ:
1. Dövlət ittihamçısı vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci və 43.1.1 maddələrinin tələblərinə əsasən həmin ittiham üzrə cinayət təqibinə xitam verilsin.
3. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibi davam etdirilsin. 4.Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilsin və ya poçt vasitəsi ilə göndərilsin. 5.Qərardan elan olunduğu vaxtdan N gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: İlqar Quliyev
Hakimlər: Əhməd Sarıyev
Vidadi Nəsirov Sədrlik edən: imzalı İlqar Quliyev Məruzəçi-hakim: imzalı Əhməd Sarıyev Hakim: imzalı Vidadi Nəsirov
Əsli ilə düzdür:
Sədrlik edən: İlqar Quliyev