Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-21/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Məmmədova Nərminə Rəşid qızının iştirakları ilə, B akı Hərbi Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirləndirilən Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədova Nərminə Rəşid qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: C.C.Ramazanov (sədrlik edən), R.Q.Abbasov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Məhkum təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, iki və daha artıq şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla və onlara qarşı zor tətbiq etməklə pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən Mühafizə Alayının 12-ci bölüyünün 2-ci tağımının 3-cü manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 2018-ci ilin oktyabr ayının sonlarında, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün sanitar qovşağında, həmin bölükdə atıcı vəzifəsində xidmət edən əsgərlər X7, X4 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar…», «hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazokarlıq və təmkin nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar», «əsgərin vəzifəsidir: hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək…» tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüklərini nümayiş etdi rmək, özləri üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, gənc əsgərlərin iradələrini sındırıb özlərinə tabe etdirmək məqsədilə, əsgərləri bir sırada düzdükdən sonra ilk öncə Məhkum həmin bölüyün əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir sillə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə, əsgər Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə iki yumruq, əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə iki sillə, bel nahiyəsinə isə iki yumruq zərbəsi vurmuş, onun ardınca cinayətkar qrupun üzvü olan X7 qrup üzvlərinin cinayətkar məqsədini davam etdirərək əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə bir sillə, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə, Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə iki yumruq, əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə iki sillə, qarın nahiyəsinə isə bir yumruq zərbəsi vurmuş, həmin vaxt cinayətkar qrupun digər üzvü olan B.Bayramov da öz növbəsində əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 sifət nahiyəsinə iki-üç sillə zərbəsi vurmuş, cinayətkar qrupun digər üzvü olan X12 isə həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir yumruq, Zərərçəkmiş şəxs8 qarın nahiyəsinə isə iki yumruq zərbələri vurub zor tətbiq etməklə həmin şəxsləri bir qrup şəxs halında döyüb onlara fiziki ağrı yetirmişlər. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 5 noyabr 2018-ci il tarixdə, günorta vaxtı, xidmət etdiyi bölüyün sanitar qovşağında, həmin bölükdə atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüyünü nümayiş etdirmək, gənc əsgərləri qorxudub özündən asılı hala salmaq, onların iradəsini sındırmaq məqsədilə, heç bir səbəb olmadan ona «sən bölükdə özünü yaxşı aparmırsan» deyərək sonuncunun ünvanına nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə iki yumruq, qarın nahiyəsinə isə iki təpik zərbəsi vuraraq ona qarşı zor tətbiq edib döyməklə fiziki ağrı yetirmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 2018-ci ilin noyabr ayının sonlarında, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün sanitar qovşağında, həmin bölükdə atıcı vəzifəsində xidmət edən əsgər X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər gənc əsgərlərin qarşısında öz üstünlüklərini nümayiş etdirmək, özləri üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, birgə qulluq etdikləri hərbi qulluqçuları özlərinə tabe etdirmək məqs ədilə, əsgər Zərərçəkmiş şəxs1 bel nahiyəsinə iki yumruq, sifət nahiyəsinə isə iki sillə, əsgərlər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə iki-üç sillə zərbəsi vurmuş, həmin vaxt orada olan cinayətkar qrupun üzvü X7 isə qanunsuz və zorakı hərəkətləri davam etdirərək əsgərlər Zərərçəkmiş şəxs1 sol ayaq nahiyəsinə bir təpik, Zərərçəkmiş şəxs8 və əsgər Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə iki-üç sillə zərbəsi vuraraq bir qrup şəxs halında onlara qarşı zor tətbiq edib döyməklə əsgərlərə fiziki ağrı yetirmişlər. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən, 5 dekabr 2018-ci il tarixdə, təxminən saat 20 radələrində, xidmət etdiyi bölüyün əsgər yeməkxanasında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 13 8-ci maddələrinin tələblərini, yəni tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb ona qarşı zor tətbiq etməklə əlaqədar pozaraq, digər əsgərlərin qarşısında öz üstünlüyünü nümayiş etdirmək, özü üçün əlverişli xidmət şəraiti yaratmaq, imtiyazlı mövqeyə nail olmaq, birgə qulluq etdiyi hərbi qulluqçuların iradələrini sındırıb özünə tabe etdirmək, sırada danışdıqlarına bəhanə edib onları cəzalandırmaq məqsədilə, həmin bölüyün əsgəri Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə bir sillə, qarın nahiyəsinə üç təpik, əsgər Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə iki təpik zərbələri vuraraq onlara qarşı zor tətbiq etməklə həmin şəxsləri döyüb fiziki ağrı yetirmiş, həmin əsgərlərə və yeməkxanada olan digər əsgərlərə gələcəkdə qarovulda və sırada danışacaq əsgərin özünün və ailəsinin ünvanına çox nalayiq formada söyüş söyəcəyini və həmin əsgərin bu söyüşlə xildmətini alçalmış formada davam etdirəcəyini bildirib gənc əsgərləri qorxutmuşdur. 6 dekabr 2018-ci il tarixdə, saat 20 radələrində, əsgər Zərərçəkmiş şəxs1 qarovul xidmətində 3 №-li postda silahlı döyüş xidmətində olarkən, təbii ehtiyacını ödəmək üçün rabitə vasitəsilə qarovul rəisi gizir X2 icazə istəmiş, sonuncu isə ona icazə verməmişdir. Bir neçə dəqiqə sonra növbəni təhvil verib digər əsgərlərlə birlikdə növbə yolu ilə sırada hərəkət edərkən, Zərərçəkmiş şəxs1 qarovul rəisinin köməkçisi, çavuş Xa ayaqyoluna getmək üçün qarovul rəisindən icazə istədiyini sonuncunun isə icazə vermədiyini demiş, bu zaman həmin sırada olan Məh kum bir gün əvvəl qarovulda və ya sırada danışacaq əsgərin özünün və ailəsinin ünvanına nalayiq formada söyüşlər söyəcəyini astadan ona xatırlatmasından Zərərçəkmiş şəxs1 situasiya ilə şərtləndirilmiş depressiv reaksiya halı keçirmiş, Məhkum və cinayətkar qrupun digər üzvlərinin 2018-ci ilin oktyabr-noyabr aylarında ona qarşı etdikləri qanunsuz və zorakı hərəkətlər, əsasən də, Məhkum ona qarşı mütəmadi olaraq qanunsuz və zorakı hərəkətlər etməsi, xüsusən də, sonuncu dəfə yəni 05 dekabr 2018-ci il tarixdə, bölüyün əsgər yeməkxanasında digər əsgərlərin yanında ona qarşı fiziki zor tətbiq edərək onu döyməsi, habelə, sırada danışacaq əsgərin ünvanına digər əsgərlərin yanında nalayiq formada söyüşlər söyməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 psixi-emosional vəziyyətində yaranmış sıxıntı, qəmginlik, əhvali-ruhiyyənin enməsi, bezikmə, gərginlik onda emosional halları dərinləşdirmiş, sırada bilmədən danışdığı üçün Məhkum söydüyü söyüşü üzərinə götürərək şəxsi heyət içində nüfuzunu və hörmətini itirməsi düşüncəsi “sonuncu damla” kimi onun psixi-emosional vəziyyətinə neqativ təsir göstərmiş, nəticədə Zərərçəkmiş şəxs1 həmin günü saat 20:10-da, növbəni təhvil verib qarovul evinə gedən zaman, 10 №-li keşikçi qülləsinin altında xidməti istifadəsinə verilmiş AK-74 markalı, «*******» nömrəli avtomat silahın qoryucusunu tək-tək atəş rejiminə qoyub, çaxmağı çəkib buraxmaqla silahı döyüşə hazır vəziyyətə gətirmiş, silahın ön kəsiyini çənəaltı nahiyəsinə dirəyib bir atəş açaraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «giriş dəliyi çənəaltı nahiyəsində ortada, çıxış dəliyi alın nahiyəsində solda, yara kanalı boyunca dilin, sərt damağın, burun sümüyünün, sol göz yuvasının medial divarının, alın sümüyünün sınıqları ilə nəticələnmiş başın bir ədəd dəlib keçən yarası» xəsarətini yetirməklə özünü öldürməyə cəhd etmişdir. Hökmdən Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.E.Rəhimov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Hərbi Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı l əğv edilərək cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi-vəkil Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayəti verərək bildirmişdir ki, apelyasiya instansiya məhkəməsi məlum nəticəyə gələrkən birinci instansiya məhkəməsində məhkəmə baxışı mərhələsində dövlət ittihamçısının vermiş olduğu vəsatət müzakirə olunmamış, məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında bundan sonra ümumiyyətlə tədqiq edilməmiş, iclasda sədrlik edən cinayət prossesinin tərəflərinə məhkəmənin məhkəmə çıxışlarına keçmək üçün hazır olduğunu bildirməmiş, məhkəmə istintaqının tamamlanması ilə əlaqədar vəsatətlərinin olub-olmaması müzakirə edilməmiş, zərərçəkmiş və təqsirləndirilən şəxslərə (onların müdafiəçilərinə) məhkəmə çıxışlarında iştraklarına zəruri şərait, həmçinin təqsirləndirilən şəxslərə son sözlə çıxış etmək imkanı yaradılmamış, bununla da cinayət prossesual qanunvericiliyin tələblərinə zidd olan qərar qəbul etməsini əsas olaraq götürmüşdür. Belə bir nəticəyə gələrkən məhkəmə kollegiyası AR CPM-nin 338.1, 338.2, 338.3, 340.1, 341,342.1, 342.2, 342.3 və 391.8.9-cu maddələrinin tələblərinə istinad etmişdir. İlk növbədə hesab edirəm ki, apelyasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən apelyasiya protestinin dəlillərini ümümiyyətlə araşdırmamış, müdafiə tərəfindən verilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun AR CM- nin 332.3-cü maddəsinin şərh edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılanadək cinayət işi üzrə icraatın dayandırılmasına dair vəsatətimi qəbul etmədən birmənalı olaraq qanunvericiliyin tələblərinə zidd olan qərar qəbul etmişdir. Əgər dövlət ittihamçısı təqsirləndirilən şəxslərə verilmiş ittihamdan imtina edirsə, bundan sonra məhkəmə öz təşəbbüsü və ya hər hansı bir başqa əsasla artıq mövcud olmayan ittiham üzrə AR CPM-nin 338.1, 338.2, 338.3, 340.1, 341, 342.1, 342.2, 342.3-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin cinayət təqibi üzrə məhkəmə istintaqını davam etmək, sübutları araşdırmaq məhkəmə iclasında istintaqın tamamlanması ilə əlaqədar vəsatətlərinin olub-olmaması müzakirə etmək, zərərçəkmiş və təqsirləndirilən şəxslə rə (onların müdafiəçilərinə) məhkəmə çıxışlarında iştraklarına zəruri şərait, həmçinin təqsirləndirilən şəxslərə son sözlə çıxış etmək imkanı yaratmaq kimi səlahiyyətlərin olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olduğu halda apellyasiya instansiya məhkəməsinin ittiham tərəfin ittihamdan imtina etməsinə baxmayaraq məhkəmənin həmin ittiham üzrə məhkəmə istintaqının davam etməli olmasına dair gəldiyi nəticə tamamilə qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovun 27.10.2020-ci il tarixli, 17/1 l-M-248 saylı məktubu ilə 09.10.2020-ci il tarixli, 989 saylı sorğuya cavab olaraq bildirmişdir ki, “AR CM-nin 332.3-cü maddəsinin şərh e dilməsinə dair” AR Prokurorluğunun sorğusu Konstitusiya Məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, həmin sorğuya Konstitusiya Məhkəməsinin Plenumun iclasında mahiyyəti üzrə baxılması 30.10.2020-ci il tarixinə təyin edilmişdir. Hazırda məlumdur ki, həmin sorğuya Konstitusiya Məhkəməsinin Plenumunun 30.10.2020-ci il tarixinə təyin edilmiş iclasında da baxılmamış və bununla bağlı müvafiq qərar qəbul edilməmişdir. Belə olduğu halda kassasiya müəllifi hesab edir ki, ən azından apelyasiya instansiya məhkəməsi iş üzrə verilmiş apelyasiya protesti ilə bağlı məhkəmə baxışı “AR CM-nin 332.3-cü maddəsinin şərh edilməsinə dair” AR Prokurorluğunun sorğusuna Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb müvafiq qərar qəbul edilənədək dayandırılmalı idi. Odur ki, qeyd oluna nları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yox layaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi-vəkil kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Məhkum təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, iki və daha artıq şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxslərin şərəf və ləyaqətini alçaltmaqla və onlara qarşı zor tətbiq etməklə pozması ağır nəticələrə səbəb olmuşdur. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə istintaqını n qurtarması ilə bağlı prosessual qaydalara əməl olunmamış, məhkəmə istintaqının qurtarması, məhkəmə çıxışlarının başlanması, replikalar, təqsirləndirilən şəxsə son söz verilməsi kimi prosessual hərəkətlər icra edilməmiş və cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatət müzakirə olunmaqla yekun qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general leytenantı X.Vəliyev apelyasiya protesti verərək Bakı Hərbi Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü, X7un CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü, X4un və X9un CM-nin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirləndir ilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair 10 iyun 2020-ci il tarixli qərarı cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Məhkum ittiham olunduğu CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı Hərbi Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı mərhələsində dövlət ittihamçısının vermiş olduğu vəsatət müzakirə olunmuş, məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında bundan sonra ümumiyyətlə tədqiq edilməmiş, iclasda sədrlik edən cinayət prosesinin tərəflərinə məhkəmənin məhkəmə çıxışlarına keçmək üçün hazır olduğunu bildirməmiş, məhkəmə istintaqının tamamlanması ilə əlaqədar vəsatətlərinin olub-olmaması müzakirə edilməmiş, zərər çəkmiş və təqsirləndirilən şəxslərə (onların müdafiəçilərinə) məhkəmə çıxışlarında iştıraklarına zəruri şərait, həmçinin təqsirləndirilən şəxslərə son sözlə çıxış etmək imkanı yaradılmamış, bununla da cinayət pr osessual qanunvericiliyin tələbləri pozulmuş və cinayət təqibi ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair 07 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir. Konstitusiyanın İV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsinə gör ə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir. Hərbi xidmət keçmə qaydalarına dönmədən və mütəmadi əməl edilməsi hərbi intizamın mahiyyətini təşkil edir. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir. Cinayət Məcəlləsinin 332.3-cü maddəsi də maddi tərkibli quruluşa malik olmaqla, Məcəllənin 332.1-ci maddəsindən fərqli ictimai təhlükəli nəticələri nəzərdə tutmuşdur. Belə ki, müvafiq qaydaların pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələrə səbəb olduqda Məcəllənin 332.3-cü maddəsi ilə məsuliyyət yaranır. Sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 332.1-ci maddəsindən fərqli olaraq, bu maddədə sağlamlığa ağır zərər vurma və ya digər ağır nəticələrə səbəb olma zəruri əlamət kimi müəyyən edilmişdir. Beləliklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma Cinayət Məcəl ləsinin 332.1-ci maddəsinin, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma və ya digər ağır nəticələrə səbəb olma isə Məcəllənin 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi müəyyən edilərək qəsd obyekti konkretləşdirilmiş və bununla da oxşar cinayətlər bir-birindən fərqləndirilmişdir. Belə olan halda isə Cinayət Məcəlləsinin 332.3-cü maddəsində “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” dedikdə həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması başa düşülməlidir. Əks yanaşma, yəni Cinayə t Məcəlləsinin 332.1-ci maddəsinin tərkibini yaradan sağlamlığa qəsdən yüngül zərər vurmanın 332.3-cü maddəsinə münasibətdə zəruri əlamət kimi qəbul edilməsi, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə ədalətli cəza təyin edilməməsinə və s. səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsas prinsiplərindən olan qanunçuluq, ədalət və təqsirə görə məsuliyyət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qeyd etmişdir ki, şəxs cinayət məsuliyyətinə cəlb olunarkən və ona cəza təyin edilərkən Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri). Göründüyü kimi Konstitutiyasıya Məhkə məsinin Plenumu qeyd edilən qərarında 332.3-cü maddəsinin “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” müddəası həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan yalnız “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” əməlini ehtiva etməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cinayət işinə baxmış apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olduğundan kassasiya şikayətinin dəlilləri təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3 və 332.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişiksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-21/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-21/2021
01.06.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver