Məhkəmə qərarları › İş №1-1(102)-25/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-25/2024

12.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-25/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər - Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili İsmayılov Riçard Zamil oğlunun və “Kredo” Vəkil Bürosu nun vəkili Həsənli Tural Ramiz oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi İsmayılov Riçard Famil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 6 aprel N0NN-ci il tarixli 1-1(093)-11/N0NN (hakimlər: Kalbalıyev Aslan Kalbalı oğlu (sədrliyi), Allahverdiyev Elbəy Hidayət oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxx1989-cu il tarixdə x şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı öv ladı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı, kapitan hərbi rütbəsində xidmət edən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə 6.000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilməsi, CM-nin 69.4-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cərimə cəzasının 6 aprel N0N1-ci il tarixdən 6 aprel N0NN-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınaraq yüngülləşdirilməsi və onun üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılması, hökmün icrası Məhkum yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Günay Abdurahmanova tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun N0NN-ci il tarixli 1-1(105)-1N/N0NN nömrəli (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 6 aprel N0NN-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart N0N3cü il tarixli 1-1(10N)-8/N0N3 nömrəli (hakimlər: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun N0NN-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli 1-1(105)-6/N0N3 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə dövlət ittihamçısı Günay Abdurahmanova tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 6 aprel N0NN-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona həmin maddə ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 6 aprel N0N1-ci il tarixdən 6 aprel N0NN-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il müddət ona təyi n edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 5 oktyabr N0N3-cü il tarixindən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli hökmündən məhkum tərəfindən kassasiya şikayəti və müdafiəçisi İsmayılov Riçard Famil oğlu tərəfindən kassasiya şikayəti və ona əlavə verilmişdir. İŞİN HALLARİ: XN1 Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi kapitan hərbi rütbəsində xidmətdə olarkən, N9 mart N0N1-ci il tarixdə saat 10 radələrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir XN5 xidməti zərurətlə əlaqədar onun xidməti otağına gəldiyini görüb Şahid1 yanına çağıraraq «bilirsən də Laçının komplektləşdirilmə məsələsini, korpusdan göstəriş gəlib, göstərişə əsasən sənin də adını siyahıya salıb korpusa göndərməliyəm, xidmət yerin Laçına dəyişəcək, sənin də torbanı tikiblər, ipin ucundasan, uçurumdasan, yaxın günlərdə getməlisən» sözlərini deyib Şahid1 masanın üzərində olan leytenant X-in və onun özünün şəxsi işlərini göstərərək artıq onun da əmrini hazırlamalı olduğunu, hərbi hissənin kadrlar bölməsi rəisinin vəzifələrini icra etdiyi üçün onun adını siyahıya daxil etdirib yuxarı komandanlığa göndərəcəyini, bundan sonra isə xidmət yerinin Laçın rayonunda yərləşən N və ya N nömrəli hərbi hissələrin birinə dəy işdiriləcəyini bildirmiş, bu zaman Şahid1 ona «cənab kapitan, Siz mənim ailə vəziyyətimi bilirsiniz, anam xərçəng xəstəsi, atam da onun kimi, bacım heç bir yerdə işləmir, qardaşım da balacadır, ailəmizə ancaq mən baxıram, xahiş edirəm ailə problemlərimi həll edənə qədər mənim təyinat məsələmi saxlayın» sözlərini dedikdə kapitan Məhkum ona «get, sonra mənə yaxınlaşarsan» deyə cavab vermişdir. 30 mart N0N1-ci il tarixdə saat 10 radələrində Məhkum yenidən Şahid1 xidməti otağına çağıraraq ona bir daha korpusdan göstəriş gəldiyini, göstərişə əsasən adını siyahıya daxil edib korpusa göndərməli olduğunu, müddətin az qaldığını, göndərilməməsi üçün yuxarıya əmanətin çatmalı olduğunu, yalnız bu halda onu Qusar rayonundakı N nömrəli hərbi hissədə saxlada biləcəyini demiş, həmin vaxt Şahid1 ona hansı məbləğdə pul verməli olduğunu soruşduqda o, Şahid1 növbəti gün ona yaxınlaşmasını tapşırmışdır. 31 mart N0N1-ci il tarixdə səhər saatlarında Şahid1 N nömrəli hərbi hissənin qərargahının inzibati binasında olarkən Məhkum ona həmin mərtəbədə yerləşən sanitar qovşağa gədərək orada söhbət etməyi təklif ətmiş, təklifə əsasən hər ikisi sanitar qovşağa daxil olduqdan sonra Məhkum onun adının Laçın rayonundakı hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil edib korpusa göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən xidmətini Qusar rayonunda yerləşən hazırkı xidmət yeri olan N nömrəli hərbi hissədə davam etdirə bilməsi üçün ondan N500 (iki min beş yüz) manat məbləğində pulu rüşvət kimi istəyərək həmin pulu yuxarı koman danlığa çatdıracağını, yalnız pulu aldıqdan sonra məsələni həll etdirəcəyini bildirmiş, həmin vaxt Şahid1 ona N500 manat pulun çox olduğunu, həmin məbləğə maddi imkanının çatmayacağını dedikdə Məhkum «a kişi bu yaxınlarda bir maxenin bölməsini dəyişdirmək üçün N manat pul almışam, hərbi hissə daxili bölmə dəyişdirmək N manatdırsa, sənin Laçın rayonundakı hərbi hissəyə göndərilməməyin üçün N500 manat heç nədir» demiş və ona narahat olmamağını, hərbi hissənin adından ona arayış alıb verəcəyini, həmin arayışı banka təqdim edib kreditlə pul götürməsinə imkan yaradacağını, arayışı banka təqdim edib kreditlə pul götürdükdən sonra ona N500 manat pul verməyini və yalnız bu halda Laçın rayonuna göndərilməmək məsələsini həll edə biləcəyini söyləmişdir. Ümumi razılıqdan sonra o, istədiyi N500 manat pulu əldə etmək üçün Şahid1 Qusar rayonunda yerləşən Kapital banka təqdim edib pul götürməsi üçün xx.xx.N0N1-ci il tarixli N490 nömrəli arayışı verərək kredit məsələsini həll edib N500 manat pulu ona verməsi üçün həmin gün saat 16:00-dək Şahid1 vaxt vermişdir. Bundan sonra Şahid1 hərbi hissədən çıxaraq Qusar şəhərində yərləşən Kapital bankın filialına gedib həmin arayışı banka təqdim edərək bankdan 3000 (üç min) manat məbləğində pul götürub saat 17:00-da kredit məsələsini həll edib bankdan çıxdıqdan sonra hərbi hissəyə qayıdaraq düzülüşdə iştirak etmiş, düzülüşdən sonra Məhkum ondan rüşvət kimi tələb ətdiyi N500 manat pulu ona vermək məqsədi ilə sonuncunun yanına gəldikdə onun yerində olmadığını, xidməti zərurətlə əlaqədar harasa göndərildiyini görmüş, 1 aprel N0N1-ci il tarixdə xidməti z ərurətlə əlaqədar X30, 0N-05 aprel N0N1-ci il tarixlərdə isə barəsində aparılan araşdırma ilə əlaqədar Bakı şəhərində yərləşən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında 3 günlük müayinələrdə olduğu üçün Məhkumla görüşüb rüşvət qismində N500 manat pulu sonuncuya həmin tarixlərdə verə bilməmiş, 5 aprel N0N1-ci il tarixdə müayinələrini bitirib axşam saatlarında hərbi hissəyə qayıdıb Məhkum ondan tələb etdiyi N500 manat pulu sonuncuya vermək üçün Məhkum axtararkən sonuncunun N nömrəli hərbi hissənin hərbı qulluqçusu, leytenant ŞahidN Laçin rayonunda yərləşən N və ya N nömrəli hərbi hissələrdən birinə göndərməmək, ŞahidN adını N və N nömrəli hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil etməmək müqabilində ŞahidN 1000 manat pulu rüşvət kimi alarkən prokurorluq orqanı tərəf indən ifşa edildiyini, həmin vaxt barəsində araşdırma aparıldığını öyrənmiş, məhz bu səbəbdən də Məhkum verəcəyi N500 manat pulu sonuncuya verə bilməmişdir. Bununla da, kapitan Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün şəxsən, birbaşa maddi neməti rüşvət kimi istəmiş, lakin göstərilən səbəblərə görə Şahid1 rüşvət kimi istədiyi N500 manat pulu ala bilməmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən 5 aprel N0N1-ci il tarixdə səhər saatlarında həmin hərbi hissənin N-ci taborunun qərargah rəisi, baş leytenant Şahid4 vasitəsi ilə həmin taborun 5-ci bölüyünün N-ci taqımının komandiri, leytenant ŞahidN hərbi hissənin qərargahının yerləşdiyi inzibati binanın N-ci mərtəbəsindəki 7 nömrəli xidməti iş otağına çağırara q ŞahidN 4-cü Ordu korpusundan ona Laçin rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə göndəriləcək taqım komandirləri vəzifəsində xidmət edən gənc zabitlərin siyahısının tərtib edilərək yuxarı komandanlığa göndərilməsi barədə göstəriş verildiyini, həmin göstərişə əsasən tərtib etdiyi və üzərində N nömrəli hərbi hissənin hərbi qulluqçuları - leytenant X4, leytenant X13 və bir neçə başqa hərbi qulluqçunun adlarının qeyd olunduğu siyahını göstərib onun da adının həmin siyahıya daxil edilməli olduğunu, lakin 1000 manat məbləğində pulu rüşvət verəcəyi təqdirdə adını həmin siyahıya qeyd etməməyin hərbi hissənin kadrlar bölmə rəisi kimi onun səlahiyyətində olduğunu bildirib rüşvət istəmiş, istədiyi 1000 manat pulu rüşvət olaraq verməyəcəyi halda adını Laçın rayonunda yərləşən N və N nömrəli hərbi hissələrə göndəriləcək taqım komandirləri vəzifəsində xidmət edən gənc zabitlərin siyahısına əlavə edəcəyini və yaxın günlərdə xidmət yerinin Qusar rayonu ərazisində yərləşən N nömrəli hərbi hissədən Laçin rayonunun ərazisində yərləşən N və ya N nömrəli hərbi hissələrdən birinə dəyişdiriləcəyini bildirmişdir. ŞahidN Məhkum onun təklifi ilə razılaşdığını bildirib hazırda 1000 manat məbləğində pulunun olmadığını deyərək həmin məbləğdə pulu düzəltmək üçün ona vaxt verməsini xahiş etmiş, lakin Məhkum qısa müddət ərzində siyahının 4-cü Ordu korpusuna göndərilməli olduğunu, həmin gün saat 18:00-dək 1000 manat pulu çatdırmasa, tərtib ediləcək siyahıya onun adını qeyd edib 4-cü Ordu korpusuna göndərəcəyini bildirmiş, ŞahidN həmin gün atası X6 tərəfindən ona göndərilmiş 700 manat pulun üzər inə özündə olan 300 manat pulu qoyaraq həmin gün saat N radələrinda hərbi hissənin qərargahının yerləşdiyi inzibati binanın N-ci mərtəbəsindəki 13 nömrəli sanitar qovşaqda 1000 manat pulu X-ə rüşvət olaraq vermiş, bununla da Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün şəxsən, birbaşa maddi neməti təkrarən rüşvət kimi istəmiş və almışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin hökmü əsassız və ədalətsizdir. Belə ki, apelyasiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, iş üçün mühüm əhəmiyyətli sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə törətmədiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, mövcud qanunvericiliyə görə törətdiyi əməl CM-in 178-ci maddəsi ilə tövsif edilməli olduğu halda əsassız olaraq əməli həmin Məcəllənin 311.3.N-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi İsmayılov Riçard Famil oğlu kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlamalı və Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə deyil, CM-nin N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə tövsif etməli idi. İşin faktiki hallarından müəyyən edilir ki, N nömrəli hərbi hissədə kadr orqanının rəisi olduğu kimi N və N nömrəli h ərbi hissələrdə də kadr orqanı rəisi vəzifələri ştat üzrə nəzərdə tutulmuş və bu vəzifələrdə həmin vəzifəni icra edən vəzifəli şəxslər vardır. Məhkum qeyd edilən hərbi hissələrdə (N və N saylı h/h) hər hansı vəzifələrin vakant olubolmadığını bilmək imkanında ola bilməz idi, bu onun vəzifə və səlahiyyətlərindən kənar olan məsələdir, çünki o, məhz xidmət etdiyi hərbi hissənin kadr fəaliyyətini həyata keçirmişdir. Digər tərəfindən isə Məhkum hətta həmin hərbi hissələrdə hər hansı vəzifələrin vakant olduğunu bilmiş olsa idi belə, müdafiəçilərin vəsatəti əsasında verilmiş sorğuya görə Müdafiə Nazirliyindən daxil olmuş rəsmi məktuba müvafiq olaraq, vakant vəzifələrlə bağlı zabitlərin yerdəyişmələri barədə siyahı yuxarı komandanlıq tərəfindən hərbi hissə komandirinə göstəriş qaydasında verildiyin dən Məhkum yuxarı komandanlıqdan gələn göstərişə müdaxilə etmək, dəyişiklik etmək, təklif vermək səlahiyyətində və imkanında olmadığına birbaşa dəlalət edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş N nörməli hərbi hissənin kadrlar şöbəsinin rəisi polkovnik X14 ifadəsində olan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onun məhkəmə icraatına dəvət olunaraq təkrar dindirilməsi üçün təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş vəsatətə Sumqayıt Apellyasiya Məhkəməsinin (sədrlik edən R.Ağayev) ilkin baxış iclasında məhkəmə tərkibi tərəfindən münasibət bildirilməmiş, vəsatətin təmin edilməməsinin əsasları açıqlanmamış, ümumiyyətlə müdafiəçilər tərəfindən işin hərtərəfli araşdırılması üçün həmin şahidin təkrar dindirilməsi üçün verilən vəsatətə məh əl qoyulmamışdır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsində tərəflərindən verilən vəsatətə əsasən AR Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.N0N3-cü il tarixli 1/3364 nömrəli məktubun məzmununda açıq və ətraflı izah verilmişdir ki, hərbi hissənin kadrlar bölməsinin rəisinin (bu vəzifəni müvəqqəti icra edən Məhkum) digər hərbi hissələrə hər hansı bir zabitin, gizirin, MAHHX HQ-un yerdəşdirilməsi barədə göstəriş, qərar, təklif vermək səlahiyyəti yoxdur. Məhkum apellyasiya məhkəməsi icraatında bildirdiyi kimi, ailəsinin maddi vəziyyətinin ağır olması səbəbindən zərərçəkmiş şəxslərdən pulu alaraq vəzifəli şəxslərə verəcəyini bildirməklə onları aldadaraq pullarını ələ keçirmiş, yəni səlahiyyətinə aid olmayan hərəkətləri edəcəyini (guya onların adlarını digər hərbi hissələrə gedəcək şəxslə rin adlı siyahısından çıxaracağını bildirməklə) bildirməklə onlardan pul almışdır. Göründüyü kimi, zərərçəkmiş şəxslərdən pul almaq üçün Məhkum səlahiyyətinə aid olmayan hərəkətləri edəcəyini bildirməsi dələduzluğun vasitəsi kimi nəzərə alınmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi qəbul etdiyi hökmdə işə əvvəllər baxan birinci instansiya məhkəməsinin hökmündə göstərdiyi mövqe ilə razılaşmadığını bildirsə də, hansı dəlillərə görə Məhkum əməlinin CM-in 311.3.N-ci maddəsinə tövsif etdiyini əsaslandırmamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğuna görə ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi, yaxud apellyasiya instansiyası məhkəməsinin hökmünü n dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Həsənli Tural Ramiz oğlu çıxış edərək, məhkumun gənc ailə olduğunu, himayəsində az yaşlı övladı olduğunu, müharibədə iştirak etdiyini bildirdi. Əlavə olaraq iş materiallarında olan şahid kimi tanınan Məmmədov Sadiqin ifadəsinin ziddiyyətli olduğunu, bu əsasla o ifadənin sübutlar siyahısından çıxarılmalı olduğunu, həmçinin məhkumun yerdəyişmə ilə bağlı siyahı tərtib etmə səlahiyyətinin olmadığını bildirib, verilmiş kassasiya müraciətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsmayılov Riçard Famil oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumun verilmiş ittiham üzrə əməlinin CM-nin 178-ci maddəsi ilə tövsif olunmalı olduğunu b ildirib, verilmiş kassasiya müraciətlərinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya müraciətlərinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu M əcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində və on a əlavədə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, Məhkum əməlinin düzgün tövsif olunmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.N (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və ona əlavəni CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsə dləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ə dalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin hökmlərindən görünür ki, Məhkum verilmiş vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün şəxsən, birbaşa maddi neməti təkrarən rüşvət kimi istəmə və alma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə Azərbaycan Respublikası CMnin N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələri ilə tövsif edilməsi barədə nəticəyə gəlinmiş, lakin sonradan işə baxan apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanının gəlmiş olduğu nəticə ilə razılaşmış, verilmiş ittiham tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş və sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sü butlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə N8), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 3N), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 39N.3, 400.N, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin prese dent təcrübəsi də əsas yaradır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət- prosessual qanunun 1N5, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.N), eləcə də, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin hüquq tövsifi və bu barədə kassasiya şikayətlərində və ona əlavədə göstərilən dəlillərə də qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N015-ci il tarixl i Qərarının N-ci bəndində qeyd olunur ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə təcrübəsində oxşar cinayət işləri üzrə şəxsin əməlində o halda dələduzluq cinayətinin tə rkib əlamətləri mövcud ola bilərdi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə müəyyən hərəkəti (hərəkətsizliyi) icra edəcəyi barədə yalandan vəd verərək onların pulunu ələ keçirsin və sonra isə həmin hərəkəti (hərəkətsizliyi) icra etməsin. Lakin cinayət işi üzrə toplanılmış sübutlarla da edəcəyi hərəkətə görə Məhkum pul alınması faktı məhkəmələr tərəfindən təsdiq olunmuş fakt kimi qəbul edilmişdir. Kassasiya müraciətlərinin dəlillərinin cinayət işinin materialları ilə müqayisəli təhlilindən göründüyü kimi, birinci instansiya məhkəməsi cinayət qanunvericiliyində nəzərdə tutulmuş, öz məntiqindən irəli gələn tələblərə əsaslanaraq vəzifə icrası ilə bağlı olan hərəkətlərə görə maddi nemət alan şəxsin əməllərini aldatma və etibardan sui-istifadə kimi qəbul edib, səhv mövqe nümayiş etmişdir. Yux arıda qeyd edilən normanın tərkib əlamətlərini, həmçinin bu barədə Ali Məhkəmənin Plenumunun izahlarını baxılan iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə müqayisə etdikdə aydın olur ki, apellyasiya məhkəmə kollegiyasının əməlin rüşvət alma (passiv rüşvətxorluq) cinayəti kimi qiymətləndirilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edilməlidir. Bununla belə kassasiya məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 178-ci maddəsinə tövsif edilməsinə dair kassasiya müraciətlərinin dəlillərini təhlil edərkən, müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətlərində və ona əlavədə kassasiya instansiyası məhkəməsinin gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində m əhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya müraciətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya ins tansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin kassasiya müraciətlərində məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələr ə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən olunmuş sübutların qiymətləndirməsi və faktlar barədə qənaətlərindən çıxış edərək əməlin CM-in 311.3.N-ci maddəsi ilə tövsifi m əsələsinə, eyni zamanda Məhkum rüşvət alma cinayəti törətməsi və onun bu cinayətin subyekti olması ilə bağlı bu barədə kassasiya şikayətlərinin və ona əlavənin dəlillərinə hüquqi qiymət vermək mümkündür. CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində veril ir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul N013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya məhkəmə kollegiyası qərarında CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına is tinad etməklə Məhkum hərəkətlərini hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə etmiş, xüsusi ilə də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi kapitan hərbi rütbəsində xidmətdə olarkən fəaliyyəti ilə əlaqədar olan hərəkətlərdan yaranan münasibətlərin hüquqi xarakterə malik olması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəldiyi barədə nəticəyə gəlmişdir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlərindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəaliyyətin mümkünlüyüdür. Təsvir olunanlar apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tə ləblərinə riayət etməklə, əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməklə, Məhkum əməlini haqlı olaraq CM-in N9,178.N.3, 178.N.N, 178.N.3-cü maddələrindən CM-in 311.3.N-ci maddəsinə tövsif edilməsi haqqında nəticəyə gəldiyini göstərir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya müraciətlərinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarlarına istinad edərək şərh etməklə düzgün nəticəyə gəlmişdir. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşır və qeyd edir ki, kassasiya müraciətləri apellyasiya məhkə məsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N mart N0N1-ci il tarixli 70 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin kadrlar bölmə rəisi, mayor Şahid8 xəstəliklə əlaqədar həmin tarixdən 30 (otuz) təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 7 aprel N0N1-ci il tarixli N7N7 nömrəli arayışın surətindən görünür ki, hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 N mart N0N1-ci il tarixdən məzuniyyətə çıxdıqdan sonra həmin tarixdə hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsinin icrası komandanlıq tərəfindən 10 aprel N0N1-ci il tarixədək Məhkum həvalə edilmişdir. Azərbaycan Ordusunda kadr orqa nı rəislərinin vəzifə səlahiyyətlərini müəyyən edən «Azərbaycan Ordusunda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin N0 mart N018-ci il tarixli 6 nömrəli qərarının 13-cü maddəsinin 13.4.8-ci bəndinə əsasən kadr orqanları zabit və gizir (miçman) heyətinin xidməti yerdəyişmələri üzrə hərbi hissə komandirinin sərəncamından çıxarılması və yuxarı instansiya komandirinin (rəisinin) sərəncamına keçirilməsi üçün tələb olunan sənədləri hazırlayır və komandirə (rəisə) təqdim edir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan da göründüyü kimi, Məhkum vəzifəli şəxs olmaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar bölməsinin rəisi vəzifələrinin icraçısı kimi N0N1-ci ilin mart ayının sonlarında həmin hərbi hi ssənin hərbi qulluqçusu, gizir Şahid1 adının Laçın rayonundakı hərbi hissələrə göndəriləcək hərbi qulluqçuların siyahısına daxil edib korpusa göndərməmək, bununla da Laçın rayonundakı N və ya N nömrəli hərbi hissələrdən hər hansı birinə göndərilmədən N500 manat məbləğində pulu rüşvət kimi istəmiş, eyni məqsədlə hərbi qulluqçu, leytenant ŞahidN oğlundan 1000 manat pulu rüşvət qismində istəmiş və almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş polkovnikleytenant Şahid6 da ifadəsində qeyd edərək göstərmişdir ki, N0N0-ci ilin əvvəllərində N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilmiş, Məhkum N nömrəli hərbi hissədə xidmətdə olduğu müddətdə tanımış, onunla münasibətləri xidməti olmuşdur... Hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 N mart N0N1-ci il tarixdən məzuniyyətə çıxdığı üçün vəzifələrini həmin tarixdən məlum hadisənin baş verdiyi günədək Məhkum icra etmişdir. 05 aprel N0N1-ci il tarixdə axşam saat 18-19 radələrində hərbi hissənin hərbi qulluqçusu, leytenant ŞahidN Sumqayıt hərbi prokurorluğuna ünvanladığı ərizəsi barədə xəbər tutmuş, həmin gün hərbi hissədə olan Sumqayıt hərbi prokurorluğunun əməkdaşı hərbi hissə komandirinin otağında onlarla söhbət edərkən hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edən kapitan Məhkum hərbi hissənin N-ci taborunun hərbi qulluqçusu, leytenant ŞahidN Laçın rayonunda yerləşən N və ya N nömrəli hərbi hissələrdən birinə göndərməmək üçün ŞahidN 1000 manat pul istəməsi və alması barədə məlumat vermiş, o və hərbi hissə komandiri polkovnik xxx prokurorluq əməkdaşının dedik lərini təəccüblə qarşılamış, həmin vaxt prokurorluq əməkdaşı N nömrəli hərbi hissədə xidmət edən gənc zabitlərin xidmət yerlərinin Laçın rayonunda yerləşən N və N nömrəli hərbi hissələrə dəyişdirilməsi barədə 4-cü ordu korpusundan N nömrəli hərbi hissəyə hər hansı bir göstərişin və ya siyahının gəlib-gəlməməsini soruşduqda o və hərbi hissə komandiri təxminən bir neçə müddət bundan əvvəl 4-cü ordu korpusundan hərbi hissəyə həqiqətən də belə bir göstərişin gəldiyini bildirmiş, həmin göstərişə əsasən leytenant hərbi rütbəsində xidmət edən zabitlər də Laçın rayonunda yerləşən N və ya N nömrəli hərbi hissəyə göndərilə bilərmiş, həmçinin yuxarı komandanlıqdan gəlmiş siyahıya əsasən N nömrəli hərbi hissədə xidmət edən leytenant hərbi rütbəli zabitlərin bəzilərinin xidmət yerləri Laçın rayonunda y erləşən hərbi hissələrdən birinə dəyişdirilmiş, bütün bunlara görə, yəni həqiqətən də 4-cü ordu korpusundan N nömrəli hərbi hissəyə belə bir göstəriş verildiyi üçün o, prokurorluq əməkdaşının Məhkum barəsində dediklərini ciddi qəbul etmişdir. Onların iştirakı ilə Məhkum xidməti otağında sonuncu yol verdiyi qanunsuz əməli tamamilə etiraf edərək leytenant ŞahidN xidmət yerinin Laçın rayonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilməməsi üçün həmin günü 19 radələrində qərargahın ikinci mərtəbəsində sanitar qovşaqda rüşvət kimi 1000 manat aldığı pulu kitelinin sol döşlük cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Əlavə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kadrlar şöbəsinin rəisi, polkovnik XN6 məhkəməyə ifadə verib göstərdi ki, uzunmüddətdir ki, A zərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir. N0N0-ci ilin dekabr ayından N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsind xidmət etmişdir...........N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi mayor Şahid8 N mart N0N1-ci il tarixdən səhhətindəki xəstəliklə əlsaqədar məzuniyyətə çıxdığüçün həmin tarixdən etibarən hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini faktiki olaraq kapitan Məhkum icra etməyə başlamışdır. Yuxarı komandanlıq tərəfindən hərbi hissəyə hər hansı zabit və gizirlərin xidmət yerlərinin Müdafiə Nazirliyinin Laçın və ya digər rayonlarda yerləşən hərbi hissələrinə dəyişdirilməsi barədə göstəriş gəldikdə hərbi hissənin kadrlar bölməsinin rəisi komandanlıqdan gəlmiş siyahıda göstərilən standartlara və kateqoriyalara uyğun gələn za bit və gizirləri müəyyən etməklə onların xidmət yerlərinin dəyişdirilməsi barədə yuxarı komandanlığa təqdimatla müraciət edir. Təqdimatı yazmamışdan əvvəl isə komandanlıqdan gəlmiş siyahıda hansı kateqoriyadan olan zabit gizirlərin olması barədə hərbi hissə komandrinə məlumat verir, tərtib etdiyi təqdimatı hərbi hissə komandirinə təqdim edir. Kadrlar rəisinin həmin sənəddə hər hansı bir hərbi qulluqçunun adını siyahıdan çıxarmaq və ya əlavə etmək səlahiyəti yoxdur. Kapitan Məhkum onun tərəfimdən verilmiş göstərişə və siyahıya əsasən N nömrəli hərbi hissədə xidmət edən gənc taqım komandirlərini müəyyən edərək onların göstərişdə əksini tapmış kateqoriyalara uyğun olmasını aydınlaşdırmalı və kateqoriyalara uyğun gələn zabitlərin adlarını siyahıya daxil edib təqdimatla komandanlığa müraciət et mək səlahiyyətində olmuşdur. Kapitan Məhkum N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsini icra edərkən tərəfindən N nömrəli hərbi hissəyə şifahi göstəriş verilmişdir. İş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi, mayor Şahid8 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadəsində “yuxarı komandanlıqdan N nömrəli hərbi hissədə xidmət edən müvafiq zabitlərin xidmət yerinin Laçın rayonunda yerləşən N və ya N nömrəli hərbi hissəyə dəyişdirilmsi barədə göstərişin verilib-verilməməsinə dair suala cavab verərkən göstərmişdir ki, Müaribədən sonra azad edilmiş ərazilərdə Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq hərbi hissələrinin yaradılması ilə əlaqədar olaraq həmin hərbi hissələrin komplektləşdirilməsi zərurəti yaran mışdır. N0N1-ci ilin yanvar ayının əvvəllərindən N nömrəli hərbi hissədən verilmiş müvafiq göstərişə əsasən 877, 651 və tabelikdə olan digər hərbi hissələrdəki şəxsi heyətdən Laçın rayonundakı N və N nömrəli hərbi hissələrin komplektləşdirilməsi üçün göstəriş verilmişdi. Bundan əlavə o ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hisəsnin kadrlar şöbəsi tərəfindən N nömrəli hərbi hissənin kadrlar bölməsinə zabit və gizirlərin xidmət yerlərinin dəyişdirilməsi barədə siyahı və ya göstəriş gələrkən həmin siyahıda seçiləcək zabit və gizirlərin hansı kateqoriyalara aid olması da qeyd edilir. Həmin siyahı kadrlar bölməsi tərəfindən hərbi hissə komandirinə təqdim edilir, birlikdə müzakirə edilir və seçiləcək hərbi qullquçunun barəsində kadrlar bölməsinin rəisi tərəfindən təqdimat yazılaraq komanda nlığa göndərilir. Daha sonra həmin hərbi qulluqçunun barəsində əmr çıxarılır və həmin əmrə əsasən onun növbəti xidmət yeri müəyyənləşdirilir.........Həmçinın bidirirəm ki, komandanlıq tərəfindən N nömrəli hərbi hissədə xidmət edən zabit və gizirlərin xidmət yerlərinin dəyişdirilməsi barədə bizə göstəriş gəldikdə komandanlıqdan verilmiş kateqoriyalara uyğun gələn zabit və gizirləri seçmək, onların siyahısını müəyyən etmək və onların xidmət yerlərinin dəişdirilməsi barədə təqdimatla komandanlığa müraciət etmək N nömrəli hissənin kadrlar bölməsinin rəisi və həmin bölmənin rəisinin köməkçisinin vəzifəsidir. Yəni kadrlar bölməsinin rəisi kimi təqdimat yazmaq səlahiyyətim var. Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin 7 iyul N0N3-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Ordus unda kadr orqanlarının fəaliyyəti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin N0 mart N018-ci il tarixli 6 nömrəli Qərarın 13.4.8-ci yarımbəndinə əsasən, kadr orqanları zabit və gizirin (miçmanın) hərbi hissə komandirinin sərəncamına çıxarılması və yuxarı instansiya komandirinin (rəisinin) sərəncamına keçirilməsi üçün tələb olunan sənədləri hazırlayır və komandirə (rəisə) təqdim edir. Həmin sənədlərin sırasında başqa hərbi hissələrə göndərilməli olan hərbi qulluqçuların siyahısı yoxdur. Təqsirləndirilən şəxs kadrlar bölməsinin rəisi vəzifəsini icra edərkən yuxarı komandanlıq tərəfindən ona ünvanlanan müəyyən kateqoriya hərbiçilərin yerinin dəyişdirilməsi məsələsi ilə əlaqədar xidmət etdiyi hərbi hissənin komandirinə təkliflər vermək təqdimatlar ha zırlamaq və müəyyən sənədlər hazırlamaq səlahiyyəti olması sorğuya verilən cavab məktubunun 8-ci bəndində də öz əksini tapmışdır. Cinayət işi materiallarında olan (cild 5, səh 117-118) istinad edilən sənədin 3.3.4, 3.3.5 və 3.3.14-cü bəndlərindən görünür ki, kadrlar idarəsinin rəisi ştat vəzifələrinin komplektləşdirilməsi üzrə təqdimatlara baxmaq və təkliflər irəli sürmək, vəzifəyə təyin olunmaları, xidməti yerdəyişmələri, aşağı vəzifəyə keçirilmələri və həqiqi hərbi xidmətdən ehtiyata, istefaya buraxılmaları üçün təqdim olunmuş zabit və gizirlər barədə təkliflər vermək, bu məsələnin həlli üçün zəruri sənədlər hazırlamaq səlahiyyətinə malikdir. İş materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin təkliflər vermək təqdimatlar hazırlamaq səlahiyyətləri olmuş və hətta birinci i nstansiya məhkəməsi də bu sənədə istinad etmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamlarla bu sənədləri müqayisə etdikdə hər hansı ziddiyyət yaranmır. Qeyd edilən normalara və işin faktiki hallarına istinad olunarkən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kol legiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində N (iki) azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, xidmət yeri üzrə müsbət xarakterizə olunması, ailəli olmaqla yeganə qazanc gətirən olması, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etməsi, “Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalla təltif olunması) olması, ağırlaşdıran halların isə olmaması habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblər inə uyğun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və ona əlavənin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, o cümlədən müdafiəçisi İsmayılov Riçard Famil oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, məhkumun müdafiəçisi İsmayılov Riçard Famil oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edi lməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr N0N3-cü il tarixli hökmü kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar