Məhkəmə qərarları › İş №1-1(102)-26/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-26/2023

30.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-26/2023 30.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 11(1 06)-18/2022 nömrəli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi, ev 11, mənzil 2-də daimi qeydiyyatdadır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən, təxminən 25 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Şükürbəyli kəndində həmin hər bi hissənin 3-cü taborunun 8-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının tuşlayıcısı vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Axundzadə Kənan Hamil oğlunun şəhid olacağı təqdirdə ailəsinə çatdırmaq üçün ona verdiyi sonuncuya məxsus əmək haqqı plastik kartını və kartı PİN kodunu götürüb heç kimə bu barədə məlumat verməyərək özündə saxlamış, 27 sentyabr 2020-ci il tarixdə işğalçı Ermənistan Respublikasının ölkəmizə qarşı təxribatı ilə əlaqədar olaraq əks-hücum əməliyyatları başladıqdan sonra ordumuzun apardığı “Vətən Müharibəsi”ndə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 31 oktyabr 2020-ci il tarixdə K.H.Axundzadənin şəhid olduğunu bildikdən sonra özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə aid **********002267 nömrəli əmək haqqı plastik kartını və kartın 4200 nömrəli PİN kodunu 31 oktyabr 2020-ci il tarixdə saat 19:22-də Füzuli rayonu Horadiz şəhəri ərazisində yerləşən “Elçin” marketin qarşısında quraşdırılmış həmin bankın A0140043 nömrəli bankomatına daxil edərək, bankomatın kompüter sistemi vasitəsilə iki dəfə əməliyyat aparmaqla K.H.Axundzadənin kart hesabında olan 1953 (min doqquz yüz əlli üç) manat məbləğində puldan birinci dəfə 1930 (min doqquz yüz otuz) manat məbləğində pulu öz adına olan **********174588 nömrəli plastik əmək haqqı kartına köçürməklə, ikinci dəfə isə 23 (iyirmi üç) manat məbləğində pulu nağd şəkildə çıxarıb elektron məlumat daşıyıcısından istifadə etməklə gizli yolla talayaraq oğurlamışdır.

3. F üzuli Hərbi Məhkəməsinin (sədrlik edən Ə.B.Nəcəfov) 04 mart 2022-ci il tarixli, 1(097)02/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir.

4. Dövlət ittihamçısı2 Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmündən apellyasiya protesti verərək Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə müddəaların çıxarılmasını və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim K.S.Bəşi rov, hakimlər R.M.Cəfərov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) 06 oktyabr 2022ci il tarixli, 1-1(106)-18/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Kassasiya müraciətinin dəlilləri

7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmə Məhkum əməlindən səmimi peşman olmasını, dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini və digər cəzanı yüngülləşdirən halları əsassız olaraq nəzərə almış və bu mövqeyində haqlı olmamışdır.

8. Belə ki, cinayət işi üzrə toplanılmış və məhkəmədə tədqiq edi lmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Kənan Axundzadə döyüşə getməmişdən az əvvəl komandiri kimi etibar etdiyi, inandığı və güvəndiyi baş leytenant Məhkum şəhid olacağı təqdirdə əmək haqqı kartında olan pulunun ailəsinə çatdırılmasını vəsiyyət etmiş,sonuncu Kənan Axundzadədən kartı və şifrəni götürməklə pulunun ailəsinə çatdıracağına əmin etmiş, lakin sonradan verdiyi sözə əməl etməyərək Kənan Axundzadənin ölüm xəbərini eşidən kimi elə həmin gün xidmət yoldaşı kimi, onun cənazəsinin ailəsinə təhvil verilməsinə köməklik etmək əvəzinə əmanət edilmiş pulu gizli olaraq talayıb, kartında olan pulların bir hissəsini öz hesabına köçürmüş, qalan hissəsini isə nağdlaşdıraraq öz xərcləri üçün istifadə etmişdir.

9. Göründüyü kimi, Məhkum özünün başqa şəxslərə borclarını qaytarmaq məqsədi ilə K ənan Axundzadənin əmək haqqı kartında olan pulları oğurladığını etiraf etsə də, birinci instansiyası baxışında iştirak edən mərhum Kənan Axundzadənin ailə üzvlərindən üzr istəmək, onlarla barışıq əldə etməyə cəhd etmək əvəzinə, ibtidai istintaqda verdiyi ifadəsində qeyd olunan xüsusatları təkzib edərək, Kənan Axundzadəyə məxsus kartda olan pulları çıxarmaqda məqsədinin güya kartın müddətinin keçməsindən və ya ehtiyat etdiyini, pulu çıxarıb nağd şəkildə Kənan Axundzadənin ailəsinə təhvil vermək istədiyini, lakin müharibə getdiyinə görə pulu vaxtında verə bilmədiyini, sonradan həmin pulu könüllü olaraq Hərbi Əks Kəşfiyyat İdarəsinin əməkdaşına təhvil verdiyini göstərmişdir. Qeyd etdiyimiz kimi Məhkum 31 oktyabr 2020-ci ildə radiostansiyada gedən danışıqlardan Kənan Axundzadənin şəhid olduğ unu eşidəndən sonra həmin gün axşam sonuncunun ona verdiyi kartdan pulunu talamışdır. Yalnız bir aydan artıq müddət keçdikdən sonra könüllü deyil, onun bu əməlin üstü açıldıqda, taladığı pulu qaytarmışdır. Əgər Məhkum ziyanı könüllü olaraq ödəmək fikri olsaydı, şəhidin pulunu talayaraq ğz kartına keçirdikdən sonra bir aydan artıq müddət ərzində bunu edərdi. Məhkum isə əksinə həmin müddət ərzində pulu özü şəxsən şəhid olan yoldaşının ailəsinə çatdırmaq əvəzinə, pulu talayaraq özündə saxlamış və yalnız oğurluğun üstü açıldıqdan iki gün sonra özü şəxsən könüllü deyil, digər zabitin vasitəsi ilə pulu şəhid ailəsinə qaytarmışdır. Müəyyən edildiyi ki, Məhkum dəymiş maddi ziyanı könülüü olaraq ödəməsini, onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin əsası kimi qəbul edilə bilməzdi.

10. Yuxarıda qeyd olunanları nəzərə alaraq, protest müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir.

12. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.

13. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu bildirilir.

14. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin d əlilləri əsassızdır, təmin edilməməlidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

16. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

18. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, h əm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi 06 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməlindən səmimi peşman olmasını, lk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı könüllü olaraq tam şəkildə ödəməsini, ali hərbi təhsilli olmasını, «Vətən müharibəsində“» iştirak edərək medallarla təltif olmasını, hərbi hissə komandalığı tərəfindən müsbət xarakterizə edilməsini, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir.

22. Protestdə qeyd edilir ki, pulu əldə etdikdən yalnız bir aydan artıq müddət keçdikdən sonra könüllü deyil, onun bu əməlin üstü açıldıqda, taladığı pulu qaytarmışdır. Əgər Məhkum ziyanı könüllü olaraq ödəmək fikri olsaydı, şəhidin pulunu talayaraq ğz kartına keçirdikdən son ra bir aydan artıq müddət ərzində bunu edərdi. Məhkum isə əksinə həmin müddət ərzində pulu özü şəxsən şəhid olan yoldaşının ailəsinə çatdırmaq əvəzinə, pulu talayaraq özündə saxlamış və yalnız oğurluğun üstü açıldıqdan iki gün sonra özü şəxsən könüllü deyil, digər zabitin vasitəsi ilə pulu şəhid ailəsinə qaytarmışdır. Müəyyən edildiyi ki, Məhkum dəymiş maddi ziyanı könülüü olaraq ödəməsini, onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin əsası kimi qəbul edilə bilməzdi.

23. Bununla əlaqədar kollegiya qeyd edir ki, “könüllük” barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında açıqlamalar verilmişdir.

24. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən, “könüllülük” şəxsin fiziki və ya psixi təsirə məruz qalmadan hərəkət etməsidir. Könüllülük, ilk öncə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olur və hər hansı formada kənar təsirlərlə müşayət olunmayan sərbəst iradə ifadəsi ilə şərtlənir. Kənar təsir məcburedici xarakterə malik olduqda və bunun nəticəsi olaraq şəxsin iradəvi hərəkət etmək, öz davranışı barədə müstəqil qərar vermək imkanlarını məhdudlaşdırdıqda, davranış aktının könüllülüyünü (o cümlədən təqsirkarın könüllü gəlib təqsirini boynuna alması, adam oğurluğu cinayətini törətmiş şəxsin zərərçəkmişi könüllü olaraq azad etməsi hallarının mövcudluğunu) istisna edən xüsusat kimi qəbul edilə bilər. Şəxsin onun törətdiyi cinayət haqqında üçüncü şəxslərin (məsələn, özünün və yaxud zərərçəkmiş şəxsin yaxınlar ının) məlumatlı olmasını, onlar tərəfindən axtarılmasını bilməsi belə məcburi şəkildə onun sonrakı davranışını müəyyənləşdirən hallar deyil. Çünki, qeyd olunan hallar özü-özlüyündə cinayət törətmiş şəxsin əməlini davam etdirməkdən vaz keçmək və yaxud qaçıb daha yaxşı saxlanmaq (zərərçəkmiş şəxsi daha etibarlı mühafizə etmək) kimi davranış aktları arasında seçim etmək imkanını onun əlindən almır. Eynilə, məzmunca məsləhət, nəsihət, tövsiyə kimi çıxış edən müraciətlər (o cümlədən, təqsirkarın və ya zərərçəkmişin yaxınlarının cinayətin pis sonluqla, məsuliyyətə cəlb olunma ilə nəticələnə biləcəyi barədə xəbərdarlıqları) da özü-özlüyündə məcbur etmə kimi xarakterizə edilə, məsləhətin (nəsihətin, tövsiyənin, xəbərdarlığın) yönəldiyi subyektin iradə sərbəstliyini məhdudlaşdıran əsaslar kimi qiym ətləndirilə bilməzlər (cinayət törədən şəxs əməlini davam etdirməyə imkanı olduğu halda başqasının müraciətindən sonra zərərçəkmiş şəxsi sərbəst buraxdığı hallarda). Hətta, şəxsin əvvəlcə bir cür davranış modelini seçib, ona verilən məsləhətdən (tövsiyədən, nəsihətdən, xəbərdarlıqdan) sonra davranışını həmin müraciətə uyğun olaraq dəyişməsi onun belə davranmağa məcbur edilməsi kimi şərh edilməməlidir. Ona görə ki, üçüncü şəxslərin cinayət barədə bilməsi vəziyyətində olduğu kimi, bu halda da özüözlüyündə verilmiş məsləhət (nəsihət, özünün və yaxud zərərçəkmişin yaxınlarının xəbərdarlığı) cinayət törətmiş şəxsin öz iradəsi ilə hərəkət etmək imkanını məhdudlaşdırmır və onu seçim sərbəstliyindən məhrum etmir.

25. Qeyd olunanlara əsasən, Məhkum ziyanı ödəməsi könüllülük kimi qiymətləndirilməlid ir.

26. Kassasiya məhkəməsi qeyd edir ki, Orxan Əhmədov barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərkən, faktiki olaraq, maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası hərbi xidmət üzrə məhdudlaşdırma cəza növü ilə əvəz edilmişdir.

27. Bu növ cəza təyin edilərkən onun ali hərbi təhsilli olması, «Vətən müharibəsində» iştirak edərək, medallarla təltif olunması, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsi, hal-hazırda ölkənin müharibə şəraitində hərbi xidmətdə olması nəzərə alınmışdır.

28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin Məhkum cəzasını yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi qiymətləndirib, habelə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyə tini, əməlindən peşiman olmasını, xidmət etdiyi hərbi hissənin işğaldan azad edilmiş rayonlarda mövqelənməsini və onun hazırda hərbçi olaraq Kəlbəcər rayonu istiqamətində olan sərhəd zonasında mühüm döyüş tapşırıqlarının icrasında iştirak etdiyini,yaranmış vəziyyətlə əlaqədar onun şəxsi heyətin tərkibində komandanlığın sərəncamında qalmasının zəruriliyini, bundan əlavə, Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini,Füzuli və Xocavəndin azad olunmasına görə”,”Cəsur döyüşçu”, “Qusursuz xidmətə görə” medalları ilə təltif olunmasını, dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini, ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona hərbi xidmət üzrə məhdudlaş dırma növündə cəzanın təyin edilməsi barədə birinci instansiya məhkəməsini mövqeyini işin faktiki faktiki hallarına uyğun hesab etməsi mövqeyi ilə ilə razılaşır.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 oktyabr 2022-ci il tarixli, 1-1(106)-18/2022 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar