Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-30/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 23 fevral 202 4-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər: Süleymanov Əli Ziya oğlu (sədrlik edən və məruzəçi), Ağamirzəyev Fəxrəddin Mansur oğlu və Nəcəfov Əmrah Bəzməddin oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1997-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anad an olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci N millimetrlik minaatan batareyasının 1-ci minaatan taqımının komandiri, batareyanın baş zabiti vəzifəsində “baş leytenant” hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuş, CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 125-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 329.2.1, 329.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-in 341.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Müdafiə Nazirliyinin yerləşdirilmiş N nömrəli hərbi hissəsinin 2-ci N millimetrlik minaatan batareyasının 1-ci minaatan tağımının komandiri - batareyanın baş zabiti vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 30 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «LS-17» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın 2-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs2 döyüş növbətçiliyində olduğu zaman təbii ehtiyacını ödəmək məqsədilə döyüş mövqeyindən icazəsiz olaraq kənarl aşdığını görüb bundan qəzəblənərək, döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sonuncuya öz iradını bildirmiş, daha sonra isə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində göstərilmiş «Komandir tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətləri alçalda bilcəcək hərəkətlər etməməli, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamənin tələblərinə və vəzifə borcuna əməl etməklə tabeliyində olanlar üçün nümunə olmalıdır» tələblərini, eləcə də İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş «Hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» t ələblərini pozaraq, orada əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə 2-3 sillə zərbəsi və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 16 oktyabr 2022-ci il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «lS-17» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgəri Zərərçəkmiş şəxs2 qış fəsli üçün nəzərdə tutulmuş hərbi geyim dəstini ona verilmiş vaxt ərzində geyinə bilmədiyini görüb bundan qəzəblənərək, heç bir xidməti zərurət olmadan buna görə həmin mövqeyin bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına «döyüşə» komandası verib şəxsi heyəti qarlı hava şəraitində süründürmüş, bunun ardınca onları həmin ərazidə yerləşən yüksəklik istiqamətində bir neçə dəfə qaçırtmış, daha sonra isə həmin əsgərləri döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sıraya düzərək sıranın qarşısına keçib orada Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47-ci və İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə 4-5 sillə zərbəsi vurub, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin noyabr ayının sonlarında günorta saatlarında xidmət e tdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində aşpaz kimi xidmət edən komandiri olduğu tağımın 1-ci manqasının baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs1 əsgər Zərərçəkmiş şəxs2, eləcə də həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs3 yanına çağırmasını tapşırmışdır. Əsgər Zərərçəkmiş şəxs1 ona verilmiş tapşırığa əsasən hər iki əsgəri çağırdıqdan sonra baş leytenant Məhkum, əsgərlər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında sıraya düzüb orada onlara yol verdikləri nöqsanlara, yəni qabları təmiz yumadıqlarına və otağı səliqəsəhmana salmadıqlarına görə öz iradını bildirmiş, daha sonra isə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47 -ci və İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, heç bir səbəb olmadan hər ikisinin bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vurub, əsgər Zərərçəkmiş şəxs3 qabların yenidən yuyulması, əsgər Zərərçəkmiş şəxs2 isə odun sobasının borusunun təmizlənməsinə dair göstəriş vermiş və bundan sonra əsgər Zərərçəkmiş şəxs2 ona verilmiş tapşırığı icra etmək üçün çölə çıxarkən, sonuncunu badalaq fəndi ilə yerə yıxıb bu vəziyyətdə onun bədəninə bir neçə yumruq zərbəsi vurmuş, ardınca kitelindən tutub onu qarın üzərində sürüməklə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin dekabr ayın ın ortalarında saat 19 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasına daxil olduqda, həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 çarpayılarda uzanıb istirahət etdiklərini görmüş və bundan qəzəblənərək hər ikisini çarpayıdan qaldırmışdır. Ardınca baş leytenant Məhkum ilk olaraq əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 47ci və İntizam Nizamnaməsinin 1, 3 və 5-ci maddələrində göstərilmiş tələbləri pozaraq, ondan əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən və bütün söyüşləri öz ünvanına götürən şəxs mənasını ifadə edən «peysər» olduğunu boynuna alması nı istəmiş və sonuncu onun bu təklifinə öz kəskin etirazını bildirib «Mən peysər deyiləm» deyərək cavab verdikdə, buna görə əsgər Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vurmağa başlamış və yalnız sonuncu ona «peysər» olduğunu bildirdikdən sonra ondan əl çəkmişdir. Daha sonra baş leytenant Məhkum, öz cinayətkar və nizamnamədən kənar hərəkətlərini davam etdirərək, əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncuya «Ağayev peysər» deyərək müraciət etmiş və sonuncu onun bu müraciətinə öz kəskin etirazını bildirib, «Mən Zərərçəkmiş şəxs peysər deyiləm» dedikdə, onu yerə yıxıb əllərini arxa tərəfindən tutaraq, bu vəziyyətdə ondan «peysər» olduğunu boynuna almasını tələb etmişdir. Lakin əsgər Zərərçəkmiş şəxs1, onun tələbinə baxmayaraq, ye nidən «peysər» olmadığını bildirmiş və bundan daha da qəzəblənmiş baş leytenant Məhkum onun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vurmağa başlamış və yalnız sonuncu ona «peysər» olduğunu bildirdikdən sonra ondan uzaqlaşıb, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı təkrarən öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 6 yanvar 2023-cü il tarixdə saat 09 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, eləcə də həmin tağımın 1-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs 6, həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs4, həmin tağımın 3-cü manqasının baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs9, həmin tağımın 2-ci manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs8, həmin tağımın 2-ci manqasının sürücüsü, əsgər Zərərçəkmiş şəxs7, həmin tağımın 3-cü manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs5 və həmin tağımın heyət nəfəri, əsgər X9 heç bir iş görməyərək, döyüş mövqeyinin əsgər yataqxanasında oturub öz aralarında söhbət etməklə istirahət etdiklərini görərək bundan qəzəblənmiş və buna görə həmin əsgərlərə öz iradını bildirmişdir. Daha sonra baş leytenant Məhkum rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni əsgərlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçək miş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9u «öz mülahizəsi ilə» etdikləri hərəkətə görə cəzalandırmaqla şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin əsgərləri döyüş mövqeyinin həyətinə çıxartmış və heç bir zərurə t olmadan fasilələrlə hər dəfə təxminən 30 (otuz), 40 (qırx) və 60 (altmış) dəqiqə olmaqla 7-8 (yeddi-səkkiz) dəfə «posta basqın» və «döyüşə» komandaları verib onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 7 yanvar 2023-cü il tarixdə səhər saatlarında rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi hey əti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, xidmət etdiyi batareyanın şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9u döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb heç bir zərurət olmadan «posta basqın» komandası verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında təxminən 1 (bir) saat 30 (otuz) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 8 yanvar 2023-cü il tarixdə saat 12 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasında şəxsi istifadəsində olan smartfon tipli mobil telefonda «PUBG» adlı oyun oynadığı za man məğlub olduğundən qəzəblənmiş və buna görə, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, xidmət etdiyi batareyanın şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, koman diri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9u döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb heç bir zərurət olmadan «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında müvafiq olaraq 60 (altmış) və 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 9 yanvar 2023-cü il tarixdə axşam saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9un əsgər yataqxanasında yığıldıqlarını görüb bundan qəzəblənərək həmin əsgərləri yataqxanadan çıxartmış, daha sonra isə rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstər mək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin əsgərlərə heç bir zərurət olmadan «posta basqın» komandası verərək onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam geyim formasında uzun müddət döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 10 yanvar 2023-cü il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin əsgər yataqxanasına daxil olaraq orada heç bir əsgərin olmadığın və onların əsgər yataqxanasının qarşısında toplaşdıqlarını görərək bundan qəzəbşənib rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Si lahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9a döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında heç bir səbəb və ya xidməti zərurət olmadan «posta basqın» komandası verərək, onları təxminən 30-40 (otuz-qırx) dəqiqə ərzində kəskin soyuq və şaxtalı hava şəraitində, tam geyim formasında saxladıb bununla həmin əsgə rlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 11 yanvar 2023-cü il tarixdə günorta saatlarında xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmətdə olduğu zaman naharın vaxtında hazır olmadığını bilib bundan qəzəblənərək, rəis və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyət arasında özünü tələbkar və prinsipial, lazım gəldikdə şəxsi heyəti nizamnamələrlə nəzərdə tutulmamış qaydada cəzalandıra bilən komandir kimi göstərmək niyyəti ilə, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinin Ermənistan Respublikasının Silahlı Qüvvələrinin döyüş mövqeyindən təxminən 300-400 (üç yüz-dörd yüz) metr məsafədə döyüş şəraitində yerləşməsinə və əsgərlərin həyat və sağlamlıqları üçün real təhlükənin olmasına heç bir əhəmiyyət verməyərək, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib həmin döyüş mövqeyində xidmət aparan, komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9u heç bir xidməti zərurət olmadan döyüş mövqeyinin əsgər yataqxanasının qarşısına çıxarıb «posta basqın» və «döyüşə» komandaları verərək, onları kəskin soyuq və şaxtalı hava şəraitində, tam hərbi geyim formasında 15 (on beş) dəqiqə müddətində döyüş mövqeyinin ərazisində döyüşə hazır vəziyyətdə saxladıb, eləcə də onları yerdə süründürüb bununla həmin əsgərlərə güclü fiziki ağrı və istirablar verməklə onların hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin dekabr ayının sonlarında saat 00 radələrində xidmət etdiyi batareyanın Laçın rayonunun 6-cı rayon adlandırılan ərazisində yerləşdirilmiş, şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində xidmət aparan əsgər X9 döyüş növbətçiliyindən qayıdaraq ona xidmət müddəti ərzində heç bir hadisənin baş verməməsi barədə məruzə etmək istədikdə, heç bir səbəb olmadan, üzə rində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə sonucuya əsgərlər arasında ən ağır təhqir kimi qəbul edilən və bütün söyüşləri öz ünvanına götürən şəxs mənasını ifadə edən «Peysər gəldi» deyərək, ondan xidməti cəhətdən asılı olmuş zərərçəkmiş şəxsin ləyaqətini alçaltmışdır. Bundan başqa Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 11 yanvar 2023-cü il tarixdə «Bayraktar» təlimlərinə cəlb olunmaq məqsədi ilə Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən batareyanın dayaq məntəqəsinə düşürdülmüş və səhəri gün, yəni 12 yanvar 2023-cü il tarixdə onun vəzifələrini icra etmək üçün N nömrəli hərbi hissənin 2-ci N millimetrilik minaatan batareyasının atəş dəstək qrupunun komanidiri, gizir Şahid2 şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyinə göndərilmişdir. Gizir Şahid2 həmin döyüş mövqeyə gəldikdən bir-iki gün sonra baş leytenant Məhkum tabeliyindəki əsgərlərə «peysər» deməsini eşidib, onları sıraya düzərək «Kiminsə sizə peysər deməsinə icazə verməyin, o şəraiti yaratmayın, peysər sözünün sadəcə bir mənası var, həmin söz anasının, bacısının söyüldüyünü bilən və buna heç bir reaksiya verməyən şəxslərə deyilir» deyib, əsgərlərə həmin ifadənin mənasını və bunun ağır təhqir olduğunu izah etmişdir. Bundan sonra əsgərlər öz aralarında toplaşıb müzakirə edərək, həmin ifadə şəxsi heyət arasında ən ağır təhqir kimi qəbul olunduğu üçün, bir daha heç kimin onların ünvanına «peysər» deməsinə imkan verməmələrinə, ünvanına həmin ifadənin deyiləcəyi əsgərin isə bundan sonra ən hörmətsiz, şəxsi heyət arasında heç bir nüfuza sahib olmayan və «başı aşağı» əsgər ki mi qəbul olunacağına qərar vermişlər. 18 yanvar 2023-cü il tarixdə səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və X9, eləcə də həmin batareyanın 1-ci tağımının 2-ci manqasının baş tuşlayıcısı, əsgər Şahid1 və həmin tağımın 3-cü minaatan manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X14 hamamlanmaq və paltarlarını yumaq məqsədi ilə batareyanın dayaq məntəqəsinə getmiş və oraya çatdıqda həmin vaxt orada olmuş baş leytenant Məhkum onları görərək, üzərlərində öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, heç bir səbəb olmadan uca səslə «Peysərlər gəldi» deyib onlara səslənmiş, sonra isə yaxınlaşıb əsgər X9u və digərlərini nəzərdə tutaraq kinayəli şəkildə «Hanı bu yuxarıdan düşən peysərlər?» deyər ək, tabeliyindəki əsgərlərin ünvanına onlar tərəfindən ən ağır təhqir kimi qəbul edilən ifadə işlətmişdir. Daha sonra baş leytenant Məhkum, Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşən batareyanın dayaq məntəqəsində olarkən, 19 yanvar 2023-cü il tarixdə axşam saatlarında komandiri olduğu tağımın əsgərləri Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, X9 və Şahid1 yaxınlaşaraq onlardan kimin çimə bilmədiyini soruşmuşdur. Bu zaman əsgər X9 ona çimə bilmədiyini bildirdikdə, baş leytenant Məhkum «Niyə, ay peysər?» deyərək sual vermiş və sonuncu ona isti suyun qurtardığını, həmin vaxtadək paltarlarını yuduğuna görə çimə bilmədiyini dedikdə, heç bir səbəb olmadan digər əsgərlərin yanında əsgər X9a «S...m sənin oğlanlığını, get tez elə çim, çimməmiş gəlib yat mırsan» deyib ondan xidməti cəhətdən asılı olmuş zərər çəkmiş şəxsin ləyaqətini alçaltmışdır. Əsgər X9 həmin vaxt tabeliyində olduğu baş leytenant Məhkum ünvanına işlətdiyi təhqiredici ifadələrə görə öz etirazını bildirməsə də, sonuncunun həmin qanunsuz və nizamnamədənkənar hərəkəti ona pis təsir etmiş, əsgər yoldaşlarının yanında təhqir olunmasından sonra həm bu səbəbdən, eləcə də buna qarşı həmin vaxt öz etirazını bildirə bilmədiyinə görə artıq tağımda ən hörmətsiz, heç bir nüfuza sahib olmayan və «başı aşağı» əsgər kimi qəbul olunacağını düşünərək kefi pozulmuş, baş leytenant Məhkum ona qarşı amansız münasibət göstərməsindən, mütəmadi olaraq onun ləyaqətini alçaltmasından, xüsusən sonuncu dəfə, yəni 19 yanvar 2023-cü il tarixdə şəxsi heyətin yanınada ünvanına «peysər» və digər təhqiredi ci ifadələr işlətməsindən sonra, bir neçə dəfə əsgər yoldaşlarına Məhkum həmin qanunsuz və nizamnamdənkənar hərəkətlərindən artıq bezdiyini bildirərək, buna görə əhval-ruhiyyəsində ciddi dəyişikliklər yaranmış və psixikasında baş vermiş mənfi dəyişikliklərdən özünü idarəetməsi aşağı səviyyəyə enmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkməklə həyatda yaşamağa davam etmək istəməmiş və bu şəraitdə vəziyyətdən yeganə çıxış yolu kimi özünü öldürməkdə görərək, bu barədə fikrini qətiləşdirmişdir. Məhz baş leytenant Məhkum həmin qanunsuz və nizamnamədən kənar hərəkətləri, yəni ona qarşı amansız münasibət göstərməsi və ləyaqətini mütəmadi olaraq alçaltması əsgər X9un psixi-emosional sferasında depressiv əlamətlər (özünə qapanma, sıxıntı, gərginlik, əhval-ruhiyyənin enməsi, qəmginlik, bezikmə və s.) yaranmasına gətirib çıxartmış və nəticədə o, 24 yanvar 2023-cü il tarixdə saat 15:15 radələrində şərti olaraq «L-42» adlandırılan döyüş mövqeyində döyüş növbətçiliyi xidmətini tək apardığı zaman baş leytenant Məhkum həmin qanunsuz və nizamnamədənkənar hərəkətləri səbəbindən özünü öldürmək niyyətilə döyüş növbəsinə çıxarkən ona verilmiş patronla dolu daraqdakı ilk 3 (üç) ədəd təlim patronunu çıxartmış, döyüş patronları ilə dolu darağı xidməti istifadəsi üçün müvəqqəti olaraq ona verilmiş, xidmət etdiyi batareyaya məxsus «AKMS» markalı, 7,62 mm çaplı, TF1698 №-li avtomat silaha taxmış, daha sonra silahın qoruyucunu avtomatik atış rejiminə keçirib yarımoturaq vəziyyətdə avtomat silahın qundaq hissəsini ayaqları arasından yerə qoymaqla, lülənin ön kəsiyini çənəaltı nahiyyəsinə d irəyərək sağ əlinin baş barmağı ilə silahın tətiyini qəsdən çəkərək qəsdən atəş açmış və avtomatik rejimdə açılmış atəş zamanı güllələrdən birinin onun çənə nahiyəsini deşərək başının təpə nahiyəsindən çıxması nəticəsində həyat üçün təhlükəli olan, ağırlıq dərəcəsinə görə sağlamlığa qəsdən ağır zərər vurmaya aid «Həyatla bir araya sığmayan travma, çənaltı nahiyədən kəllə tağına doğru istiqamətlənmiş baş beyin toxumasının, kəllə sümüklərinin, beyin qişalarının dağılması ilə müşayiət olunan kəllə boşluğunu dəlib keçən bir ədəd yara» xəsarətlərini alaraq hadisə yerində ölmüş, bununla da baş leytenant Məhkum ondan xidməti cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Füzuli Hərbi Məhkəməsinin 23 fevral 2024-cü il t arixli hökmündən Məhkum və onun müdafiəçisi Namazlı Fariz Mübariz oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Mirzəyev Rəşad Ziyafət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) 10 iyun 2024-cü il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi F.M.Namazlının apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı R.Z.Mirzəyev tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum “baş leytenant” h ərbi rütbəsindən məhrum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti, zərər çəkmiş şəxsin hüquqi varisi X8 isə kassasiya şikayəti verərək, hər birisi həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin əsasları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə müəyyən edilmiş faktiki hallarına və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov həmin protestini onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxan aşağı instansiya məhkəmələri Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətlərin nəticəsini, törədilmə hallarını, şəraitini, məqsədini və motivini, onun şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamış, bu zaman CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəzalar təyin olunmuşdur. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməkdə haqlı olmamışlar. Bundan başqa, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və həmin ittiham üzrə cinayət əməllərini törətməsini etiraf etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi ilə isə barışıq əldə etməmişdir. Beləliklə, Məhkum səmimi olmadığı halda, onun zərər çəkmiş şəxslərlə barışması və ya onlarla barışığa cəhd etməsi məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi düzgün deyil. Bu qənaətə gəlmək üçün əsaslardan biri də odur ki, iş materiallarına əsasən, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da Məhkum qarşı şikayətçi olduqlarını və onunla barışıq əldə etməmələrini bildirmişlər. İş üzrə digər zərər çəkmiş şəxslər də məhkuma qarşı şikayət və tələblərinin olmadığını qeyd etsələr də, onunla barışmalarına dair hər hansı bir fikir bildirməmişlər. Bütün bu hallara görə dövlət ittihamçısı İ.H.Əsədov Məhkum həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları açıq-aşkar yüngül hesab edir. Bununla yanaşı, kassasiya protestinin müəllifi qeyd etmişdir ki, məhkəmələr Məhkum təyin edilmiş belə yüngül cəzaları qanuni, əsaslı və ədalətli hesab edərkən onun tabeliyində olan 9 əsgərə qarşı ayrı-ayrı vaxtlarda təkrarən zor tətbiq etməsini, onları n şərəf və ləyaqətlərini alçaltmasını, təkrarən döyüş şəraitində öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiyini, ümumilikdə onun 15 epizod üzrə cinayət əməllərini törətdiyinə görə ittiham olunduğunu, qanunsuz hərəkətləri nəticəsində əsgər X9un özünü öldürdüyünü, qeyd edilən hadisələrin düşmənin əsarəti altından yeni azad olunmuş ərazidə - hərbi hissə üçün strateji əhəmiyyət kəsb edən Laçın rayonunun ərazisində döyüş şəraitində yerləşən döyüş postunda baş verməsini və digər mühüm halları, o cümlədən iş üzrə CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanın ağırlaşdıran halın müəyyən edilməsini nəzərə almamış, bununla da cəzanın məqsədlərindən bəhs qanunvericiliyin tələblərini pozmuş və eyni zamanda Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə d ə əməl etməmişlər. Qeyd olunanları nəzərə alaraq, dövlət ittihamçısı İ.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 da kassasiya protestinin məzmununa analoji məzmunda verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum cəza təyin etmə məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayətlərin məcmu halında çox yüksək təhlükəli olmasını, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməsini, obyektiv qiymətləndirməmiş və son nəticədə Məhkum zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqla onun maraqlarına və mövqeyinə uyğun ədalətsiz, əsassız və qanunsuz məhkəmə aktl arı qəbul etmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq zərər çəkmiş şəxsin hüquqi varisi X8 da Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarının Məhkum cəza təyini hissəsində ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya müraciətlərinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haq da ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və adları çəkilən zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittiha mçısı İ.H.Əsədovun kassasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisi X8un kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin müəllifləri Məhkum həddindən artıq yüngül cəzaların təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini və zərər çəkmiş şəxsin hüquqi varisi X8un kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə ə saslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiy a instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya prote stində və kassasiya şikayətində Məhkum təyin edilmiş cəzaların yüngül olması və buna görə onun cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin isə yeni apellyasiya baxışına təyin olunması barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələblərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin hüquqi varisi X8un, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, müəyyən istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməllərinin CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarından görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər nə dövlət ittihamçısı, nə də zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən mübahisələndirilmir və buna görə də, məhkəmə kollegiyası da bu məsələ lərin müzakirə edilməsinə ehtiyac görməyərək həmin protestin və şikayətin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə Məhkum təqsirli bilindiyi CM-in 125-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM- in 341.3-cü maddəsinin sanksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş ci nayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkuma həm təqsirli bilindiyi ayrı-maddələrlə təyin edilmiş cəzaların, həm də CMin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın – 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edi lmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün hal ları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onu n hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəz alar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddə lərində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 200 4-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların m üəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxs lərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxım ından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası m əhkəmələri düzgün olaraq onun tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, CM-in 59.1.12-ci maddəsinə əsasən onun zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən isə onun 44 günlük Vətən Müharibəsində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması” medalları ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə isə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar qismində, CM-in 61.1.1 -ci maddəsinə əsasən Məhkum CM-in 341.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal qismində kifayət qədər nəzərə almışlar. Məhkəmə ko llegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Kassasiya müraciətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağ ırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarına görə, həm dövlət ittihamçısı, həm də zərər çəkmiş şəxsin hüquqi varisi məhkum olunmuş şəxs Məhkum daha ağır cəzanın təyin edilməli olmasını yalnız Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi ilə şərtləndirmişlər ki, bu kimi hal da CM-in 61.2-ci maddəsinin tələblərinə uyğun olaraq nə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz, nə də ki təyin edilmiş cəzanın mütləq şəkildə ağırlaşd ırılması üçün əsas yaratmır ona görə ki, cinayət qanunun yuxarıda təsvir edilmiş normaları, onlara verilmiş təfsir və şərhlər də şəxsə təyin edilmiş cəzanın açıq-aşkar yüngül hesab edilməsi üçün tamamilə başqa meyarları (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirilən halları, cəzanın məqsədlərinə nail olunmasına mümkün olub-olmamasını və s.) nəzərdə tutur. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən olunmuş bu faktiki hallarından çıxış edən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum təyin edilmiş cəzanın qanuni və ədalətli olmasını hesab edərək həmin cəzanın ağırlaşdırılmasını mümkün bilməmiş və bu zaman cinayət qanunu normalarının tələblərinin pozulmasına yol verməmişdir. Məhkəmə kollegiyası ona da diqqət y etirməyi vacib sayır ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror R.Z.Mirzəyev həmin məhkəmənin məhkəmə iclasında söylədiyi yekun nitqində Məhkum CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinməsi və ona CM-in 125-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 329.2.1, 329.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 341.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq “baş leytenant” hərbi rütbəsindən məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini təklif etmiş, birinci instansiya məhkəməsi də dövlət ittihamçısının təklif etdiyi cəzalardan cəmisi 6 (altı) aydan 2 (iki) ilədək az hədlərdə - CM-in 125-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 329.2.1, 329.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-in 341.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş, bununla da həm qanunsuzluğa, həm də ədalətsizliyiə yol verməmişdir. Dövlət ittihamçısı R.Z.Mirzəyev isə məhkəmənin gəldiyi bu qənaətlə razılaşmayaraq hökmdən apellyasiya protesti vermiş və həmin protestində Məhkuma mütləq şəkildə onun təklif etdiyi hədlərdə cəzaların təyin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq həm bu tələbi, həm də kassasiya protestində bu tələbə uyğun irəli sürülmüş dəlilləri əsassız hesab edir ona görə, əvvəla qanunvericiliklə cəza təyin etmə səlahiyyəti, həmin cəzanın növlərini və hədlərini seçmək hüququ müstəsna olaraq məhkəmələrə aid edilmiş və məhkəmələr bu məsələni həll edərkən dövlət ittihamçılarının təkliflərini həm nəzərə ala, həm də nəzərə almaya bilərlər. Digər tərəfdən, məhkəmələr tərəfindən məhz dövlət ittihamçısının təklifinə uyğun olaraq mütləq şəkildə həmin təklifdə göstərilən növdə və hədlərdə cəzaların təyin edilməsi haqqında hər hansı imperativ norma cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır və cəza təyini sahəsində formalaşmış məhkəmə təcrübəsinin təhlili göstəri r ki, məhkəmələr, dövlət ittihamçılarının təklif etdikləri cəzaların hədlərindən 6 ay, 1 il və ya 2 il az müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi haqqında hökm çıxardıqda və ya digər yekun qərar qəbul etdikdə, dövlət ittihamçıları bir qayda olaraq məhkəmələrin qəbul etdikləri belə yekun məhkəmə aktları ilə razılaşır və həmin aktlardan müvafiq olaraq apellyasiya və ya kassasiya protestləri verilmir. Bu baxımdan, məhkəmə kollegiyası yuxarıda təsvir edilən hallara görə Füzuli Hərbi Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmündən apellyasiya protestinin, sonradan isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından eyni məzmunda və əsaslarla kassasiya protestinin verilməsini tam əsassız sayır və eyni zamanda qeyd edir ki, həmin müraciətlərdə Məhkum təyin edilmiş cəzaların açıq-aşkar yüngül olması və ona bu cəzalardan daha ağır cəzaların təyin edilməsi zəruriliyi kifayət qədər əsaslandırılmamış, kassasiya müraciətlərinin müəllifləri həmçinin məhkəmə kollegiyasını buna inandıra bilməmişlər. Bütün göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzaların təyin edilməsi və həmin cəzaların ağırlaşdırılmalı olması barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətlərin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protest inin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxsin hüquqi varisi X8un çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X8un kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarı isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı İ.H.Əsədovun ka ssasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X8un kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 329.2.1, 329.2.2 və 341.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-30/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-30/2025
04.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver