Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-36/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Tərtər Hərbi Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 335.1-ci maddəsi ilə təqsir li bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkum Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 1(098)-223/2019 saylı hökmü ilə (sədrlik edən hakim Sevindik Əzizov), Məhkum, ***** fevral 2000-ci il tarixdə ****** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, 08 oktyabr 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin ***-ci taborunun ***-ci bölüyünün ***-ci tağımının ***-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, ********* rayonu, ******* kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, öz sağlamlığına zərər vurma və özünü xəstəliyə vurma yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonu ********** kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin ***-cü taborunun ***-ci bölüyünün ***-cü tağımının ***-c i manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, müalicə müəssisəsinə təxliyə olunaraq ordu sıralarından tərxis edilməsinə, bu mümkün olmadıqda isə yüngül xidmət şəraiti olan həmin hərbi hissənin 1-ci taboruna köçürülməsinə nail olmaqla hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə 19 mart 2019-cu il tarixdə saat 10:00 radələrində hərbi hissənin tibb məntəqəsində ambulator nəzarətdə saxlanıldığı vaxt qırdığı şüşə qırıntıları ilə sol qol nahiyəsini kəsməklə özünə dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol saidin orta 1/3-nin ön səthinin çoxsaylı kəsilmiş yarası”, habelə 21 mart 2019-cu il tarixdə saat 22:00 radələrində hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olan zaman birdəfəlik üzqırxanın ülgücü ilə sol qol nahiyəsini kəsməklə özünə dərəcəsinə görə sağl amlığa zərər vurmayan “sol saidin orta 1/3-nin çoxsaylı kəsilmiş yaraları” ilə müşayiət olunan xəsarətlər yetirib hərbi xidmətdən kənarlaşdırılaraq 26 mart 2019-cu il tarixdə 056 saylı hospitala, oradan isə 27 mart 2019-cu il tarixdən 08 may 2019cu il tarixədək “Dissosiativ reaksiya” diaqnozu ilə 43 gün müddətində Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilməsinə nail olmuş, nəticədə təkrarən öz sağlamlığına zərər vurmaq yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Şamil Rzaquliyev, hakimlər Salman Hüseynov və Əlizamin Abdullayevd ən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının Məhkum barəsində olan 27 dekabr 2019-cu il tarixli yekun qərarının dəyişdirilməsini və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona şərti cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator göstərmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən Məhkum əvvəllər məhkum olunmamasını, i lk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətmiş oduğu cinayət əməlinin ağır nəticələrə səbəb olmamasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, səmimi etirafını, əməlindən peşman olmasını, onun xidmət etmək arzusunda olmasını, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, 2019-cu ilin mart ayından bu günədək yeni cinayət əməli törətməyərək artıq islah olunmasını, həmçinin ailə vəziyyətini, onun 18 aylıq xidmət müddətindən də əlavə xidmət edəcəyini və bu halın onun ailəsinin vəziyyətini daha da ağırlaşdıracağını və s. kifayət qədər nəzərə almadan, Məhkum "təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsaslar yoxdur" qənaətinə gələrək ona nədənsə mütləq "intizam xarakterli hərbi hissədə saxlama" növündə təyin edilməsini məqbul hes ab etmişdir. Ancaq məhkəmə təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsasların olmamasını şərh etmədən onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını mümkünsüz hesab etmişdir. Halbuki, iş üzrə kifayət qədər əsas var idi ki, məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilsin. Məhkuma təyin edilən cəza CM-in 8.1, 41.2 və 58.3-cü maddələri ilə ziddiyyət təşkil edir. Bu maddələrin tələblərinə əməl edilmədən cəza ədalətli hesab edilə bilməz. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzasının şərti hesab edilməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, məhkumun barəsində yüngülləşdirici halları nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsu biyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 335.1-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hü quqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsas ən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu madd əsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cü mlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulm ayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum kollegiyası qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə almış, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış, onun Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almaqla, CM-in 335.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın - 06 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş, Tərtər Hərbi Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Məhkum əsgər hərbi rütbəsində xid mət edərkən, müalicə müəssisəsinə təxliyə olunaraq ordu sıralarından tərxis edilməsinə, bu mümkün olmadıqda isə yüngül xidmət şəraiti olan həmin hərbi hissənin 1-ci taboruna köçürülməsinə nail olmaqla hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə 19 mart 2019cu il tarixdə saat 10:00 radələrində hərbi hissənin tibb məntəqəsində ambulator nəzarətdə saxlanıldığı vaxt qırdığı şüşə qırıntıları ilə sol qol nahiyəsini kəsməklə özünə dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol saidin orta 1/3-nin ön səthinin çoxsaylı kəsilmiş yarası”, habelə 21 mart 2019-cu il tarixdə saat 22:00 radələrində hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olan zaman birdəfəlik üzqırxanın ülgücü ilə sol qol nahiyəsini kəsməklə özünə dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol saidin orta 1/3-nin çoxsaylı kəs ilmiş yaraları” ilə müşayiət olunan xəsarətlər yetirib hərbi xidmətdən kənarlaşdırılaraq 26 mart 2019-cu il tarixdə 056 saylı hospitala, oradan isə 27 mart 2019-cu il tarixdən 08 may 2019-cu il tarixədək “Dissosiativ reaksiya” diaqnozu ilə 43 gün müddətində Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilməsinə nail olmuş, nəticədə təkrarən öz sağlamlığına zərər vurmaq yolu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. İşin hallarından da göründüyü kimi məhkum hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə özünə xəsarət yetirməkdən belə çəkinməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ərazisinin iyirmi faizindən çoxunun mənfur qonşu Ermənistan respublikası tərəfindən işğal olunduğu, bu işğal nəticəsində bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvalarından zorla çıxarılması və işğalın hələ də davam etdiyi bir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinə, Orduda xidmət edən hər bir əsgərin Vətən qarşısında öz borcunu ləyaqətlə və şərəflə yerinə yetirməsinə ciddi zərurət vardır. Özgə torpaqlarını işğal etməyən, dininə, dilinə və milli mənsubiyyətinə görə insanları qətlə yetirməyən, öz Vətənini onun torpaqlarında özünə dövlət qurmuş yadelli işğalçılardan qoruyan güclü bir Ordu Xalqımızın qürur mənbəyidir. Güclü Ordu və torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Xalqı - Azərbaycan Dövləti üçün prioritet məsələdir. Qeyd edilməlidir ki, Orduda nizamintizama əməl edilməsinin ən başlıca şərti isə hər bir hərbi qulluqçunun öz Nizamnamə vəzifələrini doğru-düzgün yerinə yetirməsindən asılıdır. Qeyd edilməlidir ki, hazırki halda isə Məhkum nəinki öz Nizamnamə borcunu layiqincə yerinə yetirməmiş, hətta öz sağlamlığına təkrarən xəsarət yetirmək yolu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, məhkumun əməli torpaqlarımızın bir hissəsinin işğal altında olduğu və Orduda nizam-intizamın daima yüksək tutulmasına ehtiyac olduğu bir dövrdə Orduda nizam-intizama mənfi təsir edən amildir. Belə bir cinayət törətmiş şəxsin ona təyin edilən intizam xarakterli hərbi hissədə saxlam a cəzasını çəkmədən islah olunacağına dair məhkəmə kollegiyasında heç bir inam yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nədə ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. M əhkəmə kollegiyası qənaəti belədir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi fövqündə kifayət qədər ədalətli cəzadır. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi üzrə məhkumun barəsində Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır və işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəza qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cinayəti təkrar törətməsini, təyin edilən cəzanın məhkumun islah edilməsinə, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təyin edilən intizam xarakterli hərbi hissədə saxlama cəzasını çək mədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci m addəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin. A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-36/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-36/2020
01.07.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver