Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-43/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 və məhkum X1 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Füzuli Hərbi Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM -in) 177.2.3, 328.1 və 330.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli Hərbi Məhkəməsinin (sədrlik edən hakim Əmrah Nəcəfov) 1(097)-108/2019 nömrəli 08 oktyabr 2019-cu il tarixli hökmü ilə, Məhkum, 12 noyabr 1999-cu ildə **** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan1 ünvanında qeydiyyatda olan və MN-in **** saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 328.1 və 330.1-ci maddələri ilə tə qsirli bilinib, ona CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 328.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 330.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisin də yerləşən **** nömrəli hərbi hissəsinin qərargah batareyasının komendant taqımının 2-ci komendant manqasının atıcı nizamlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən zaman, 17 mart 2019-cu il tarixdə saat **** radələrində hərbi hissənin sıra meydanında təşkil olunmuş düzülüşə gecikmiş, buna görə də həmin vaxt sıranın qarşısında olan hərbi xidmət üzrə vəzifələrini yerinə yetirən xidmət və rütbə üzrə rəisi hesab olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X2 ona iradlarını bildirdikdən sonra aralarında mübahisə yaranmış və mübahisə zamanı o, nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərə kətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq, MAHHXHQ çavuş Ş6 nalayiq sözlər deyib sağ əli ilə onun sinə nahiyəsinə bir, sifət nahiyəsinə də bir yumruq zərbəsi vurub fiziki ağrılar yetirməklə xidmət və rütbə üzrə rəisi hesab olunan şəxsi döymüşdür. Bundan başqa, o, qeyd olunan hərbi hissədə və vəzifədə qulluq edən zaman 20 mart 2019cu il tarixdə hərbi hissənin qərargah batareyasının komandiri, baş leytenant Ə6 oğlunun batareyanın qərargahında olan xidməti otağında batareyanın ezamiyyətdə və hospitalda olan əsgərlərinin aylıq məvaciblərinin saxlanıldığını və batareya komandirinin istirahətdə, həmin gün batareya üzrə cavabdeh şəxs olan leytenant X3 isə əsgər yataqxanasından çöldə olduğunu bilib yaranmış vəziyyətd ən istifadə edərək oradan pulları oğurlamaq qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 21 radələrində qanunsuz olaraq batareya komandirinin xidməti otağına daxil olub, masanın dolabında olan 120 manat pulu qanunsuz götürüb ələ keçirməklə, saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Həmçinin, o, qeyd olunan hərbi hissədə və vəzifədə qulluq edən zaman, 23 iyun 2019-cu il tarixdə saat 21:00-da hərbi hissənin sıra meydanında axşam yoxlanışı üçün şəxsi heyəti sıraya düzən xidmət və rütbə üzrə rəisi hesab olunan hərbi hissə komandirinin ideoloji iş və mənəvipsixoloji təminat üzrə müavini, mayor X10 oğlunun sıranın qarşısında olmasına əhəmiyyət verməyərək sıradan çıxmış, bu zaman sonuncu ona sıraya durması barədə əmr verərək, əmrini bir neçə dəfə el an etsə də, əsgər Məhkum uca səslə nümayişkaranə şəkildə sıraya durmayacağını deyib özbaşına olaraq əsgər yataqxanasına getməklə qəsdən şəxsi heyətin qarşısında rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri yerinə yetirməkdən açıqcasına imtina edib hərbi intizamı və tabelikdə olanlar arasında bilərəkdən rəisin nüfuzunu aşağı salmaqla hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurmuşdur. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Q6 oğlu tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Rafiq Cəfərov və Fuad Soltanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 08 oktyabr 20 19-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı əsassız və ədalətsizdir. Belə ki, Məhkum 2018-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış, xidmətini döyüş şəraitində yerləşən **** saylı hərbi hissədə (həbsə alındığı günədək, yəni 09 iyul 2019-cu il tarixədək) keçmiş, ehtiyata buraxılmalı olduğu halda isə 09 iyul 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək həbsə alınmış, barəsində hökm isə o, qanunla müəyyən edilmiş xidm ət müddətini başa vurduqdan sonra, yəni 08 oktyabr 2019-cu il tarixdə çıxarılmışdır. Məhkum ittiham olunan Azərbaycan Respublikası CM-in 328.1, 330.1-ci mədələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama, CM-in 177.2.3-cü maddəsinin sanksiyasında isə azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulduğu halda məhkəmə bu xüsusatları müzakirə etməyib nəzərə almadan Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsassız olaraq məqsədəmüvafiq hesab etmişdir. Məhkum hökm çıxarılanadək artıq qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş hesab edildiyindən CM-nin 54.1 -ci maddəsinin tələblərinə görə bu hal məhkəmə tərəfindən müzakirə edilməli idi. Bundan başqa, Məhkum xidmət müddəti ni başa vurduğundan məhz nəyə görə ona 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi də müzakirə edilməmişdir. Bundan başqa məhkəmə hökmündə Məhkum əməlindən səmimi peşman olması, özü tərəfindən hərbi hissəyə dəymiş ziyan tam şəkildə ödəməsi, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayətinin olmamasını yüngülləşdirici hal kimi qiymətləndirsə belə, cəzanı ağırlaşdıran halları olmamasını qeyd etsə belə, məhz nəyə görə ona azadlıqdan məhrum etmə cəzasinin təyin edilməsinin səbəblərini öz hökmündə göstərməmişdir. Bundan başqa, nə birinci instansiya məhkəməsi, nə də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Məhkum qanunla müəyyən edilmiş xidmət müddətindən də artıq xidmət ke çməsinə, anasının 11.12.2002-ci il tarixdə ölməsinə, atasının uşaqları körpəlikdən atıb getməsinə, onun və qardaşı Orxanın hazırda təqaüddə olan qoca nənəsi O8 himayəsinə verilmələrinə ( bu barədə olan sənədlər kassasiya şikayətinə əlavə edilir) heç bir hüquqi qiymət verilməmişdir. Kassator göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməsini və qanunla müəyyən edilmiş xidmət müddətini başa vurduğuna görə Məhkum daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin e dilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnı z həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını və onun hərbi xidməti başa vurduğuna görə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun t əqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilm əsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3, 328.1 və 330.1-ci maddələri ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəlincə isə kollegiya ilk öncə qeyd edir ki, məhkuma yüngül cəza təyin edilməsi apellyasiya məhkəməsinin də baxış predmeti olmuşdur. Belə ki, məhkumun müdafiəçisi apellyasiya şikayətində məhkumun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərk ən onun əməlindən səmimi peşman olmasını, hərbi hissəyə dəymiş zərərin könüllü olaraq tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin nümayəndələrinin ondan şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 328.1-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəz ası və 330.1-ci maddəsi ilə 4 (död) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2 və 67.1-ci maddəsi ilə o, qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Məhkum təyin edilən cəzanı əsaslı və ədalətli hesab edərək dəyişdirilmədən saxlamış və cəzanın ağır hesab edilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdikləri cəzanın növü və həddi ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin ed ilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı Füzuli Hərbi Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Məhkum qeyd olunan hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətiq edilməklə 6 (altı) sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. Lakin görünən odur ki, məhkum bu əməlinə görə ona təyin olunan cəzanın şərti tətbiq edilməsi barədə hökmdən nəticə çaxarmayaraq, sınaq müddəti ərzində yenidən az ağır cinayət əməli törətmişdir. Məhkumun sınaq müddəti ərzində yenidən az ağır cinayət əməli törətməsi onu heç də müsbət tərəfdən xarakterizə etmir. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrini dərk edərək peşman olması, cinayətə tənqidi münasibətini ifadə etməsi, bir daha qəsdən hüquq pozuntusuna yol ve rməməsi cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Lakin işin hallarından müəyyən edilir ki, məhkum sınaq müddətində olduğu dövrün 3-cü ayında yenidən, qəsdən cinayət əməlləri törətmişdir. Ona isnad edilən CM-in 177.2.3-cü maddəsində nəzədə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Bu hal isə onun davranışının müsbət istiqamətdə inkişaf etdiyinin və islah olunacağının ümidverici göstəricisi deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci (Əmri icra etməmə) və 330.1-ci maddələrində (Rəisə qarşı zorakı hərəkətlər) nəzərdə tutulan cinayət əməlləri xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə böy ük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, məhkumun əməli torpaqlarımızın bir hissəsinin işğal altında olduğu və Orduda nizam-intizamın daima yüksək tutulmasına ehtiyac olduğu bir dövrdə Orduda nizam-intizama mənfi təsir edən amillərdəndir. Qeyd edilməlidir ki, Orduda nizam-intizama əməl edilməsinin ən başlıca şərti isə hər bir hərbi qulluqçunun öz Nizamnamə vəzifələrini doğru-düzgün yerinə yetirməsindən asılıdır. Hazırki halda isə Məhkum nəinki öz Nizamnamə borcunu layiqincə yerinə yetriməmiş, əksinə, sınaq müddətində olduğu dövr ərzində oğurluq etmiş, komandirin əmrini icra etməmiş və xidmət və rütbə üzrə rəisi hesab olunan şəxsi döymüşdür. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onu n əvvəlki cinayət əməlindən heç bir nəticə çıxarmayaraq yenidən qəsdən cinayət əməlləri törətməsini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilən məqsədinə çatmaq üçün ona hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilən 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri ni və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının daha da yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta söy kənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə rəvac verən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilmədiyindən mübahisələndirilən qərarın qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə g əlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 328.1 və 330.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-43/2020
Ali Məhkəmə Qərar — İş №1-1(102)-43/2020
29.07.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver