Məhkəmə qərarları › İş №1-1(102)-43/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-43/2024

23.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-43/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Təqsirləndirilən şəxs müdafiəçisi Bayramzadə Xanlar Əsgər oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu) Təqsirləndirilən şəxs, xx xxxxxx 1NN1-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, Azər baycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin “kapitan” hərbi rütbəsində olan sabiq zabiti, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına, həmin məhkəmənin 20 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və 1200 (min iki yüz) manat miqdarında cərimə cəzalarına, Tərtər Hərbi Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə CM -in 333.4-cü maddəsi təqsirli bilinərək aylıq pul təminatından 5 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla CM-in 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və 870 (səkkiz yüz yetmiş) manat miqdarında cərimə cəzalarına, Bakı Hərbi Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Siyəzən rayonunun Sədan kəndində daimi qeydiyyatda olan və həmin kənddə yaşayan, CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 333.3-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən isə az ciddi cəzanı daha c iddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, və hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs zabit kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə hərbi hissəni özbaşına tərk etmiş, zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamış, habelə zabit kimi üzrlü səbəblər olmadan on günd ən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərbi rütbəsində xidmətdə olarkən 1N dekabr 2022-ci il tarixdə Ağdam rayonunun Qızılı Kəngərli kəndi ərazisində yerləşən hərbi hissəni özbaşına tərk edərək N yanvar 2023-cü il tarixdə hərbi hissəyə qayıtmaqla zabit kimi on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərbi rütbəsində xidmətdə olarkən barəsində Sumqayıt Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı ilə əlaqədar 26 yanvar 2023-cü il tarixdə həmin prokurorluğun ünvan 1 ünvanında yerləşən inzi bati binasına gedərək istintaq hərəkətlərində iştirak etdikdən sonra həmin gün hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq 27 fevral 2023-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək üçün həmin prokurorluğun inzibati binasına getdiyi vaxtadək hərbi hissəyə qayıtmamaqla zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətdə xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sərəncamında kapitan hərb rütbəsində xidmətdə olarkən 28 fevral 2023-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etdikdən sonra həmin gün hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq 11 mar t 2023-cü il tarixdə Sumqayıt Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək üçün həmin prokurorluğun inzibati binasına getdiyi vaxtadək hərbi hissəyə qayıtmamaqla zabit kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs müdafiəçisi X.Ə.Bayramzadə apellyasiya şikayəti verərək, həmin hökmün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin isə ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), H üseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 31 yanvar 2024-cü il tarixli qərarı ilə müdafiəçi X.Ə.Bayramzadənin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə əsasən cinayət işinə aidiyyəti üzrə baxılması üçün həmin iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi əsası ilə Təqsirləndirilən şəxs CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunma sına dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü və həmin məhkəmənin 23 oktyabr 2023-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, müdafiəçi X.Ə.Bayramzadə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində isə hazırlıq iclasının qərarı qəbul edilənədək “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və işinin Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə baxışı iclasında baxıl masın təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində məhkəmə aidiyyətini və apellyasiya icraatını tənzimləyən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) bir sıra maddələrinə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama, hazırki iş üzrə çıxarılmış hökmə və qərarlara istinad edən dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestini belə əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə baxışını davam etdirib CPM-in 318-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul etməli olduğu halda, səhvə yol verərək apellyasiya şikayətinə ilkin baxış iclasında yenidən baxmaqla məhkəmə aidiyyəti məsələsini həll etmişdir. Halbu ki, həmin şikayətə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ilkin baxış iclasında artıq bir dəfə baxılmış, bununla əlaqədar olaraq 20 dekabr 2023-cü il tarixdə qərar qəbul olunaraq həmin şikayət məhkəmə baxışına təyin olunmuş və həmin qərar hal-hazırda da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi həm bu halı, həm də Təqsirləndirilən şəxs qarşı sonuncu epizod üzrə 28 fevral 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək hərbi hissəyə üzrlü səbəblər olmadan qayıtmamasına görə ittihamın irəli sürülməsinə baxmayaraq, onun faktiki olaraq 11 mart 2023-cü il tarixdə 190 saylı hərbi hissəyə gəlməsinə əsaslanaraq məhz həmin tarixdə cinayətin başa çatması anını müəyyən etmiş, bununla da CPM-in 318.1-ci maddəsinin tələblərinin də pozulmasına yol verərək həm ittihamdan kən ara çıxmış, həm də məhkəmə aidiyyətini düzgün müəyyən etməmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Təqsirləndirilən şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı m əhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.H.Əsədov Sumqayıt Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarından verdiyi həmin protestində bu məhkəmənin iş üzrə müvafiq nəticəyə gələrkən işdə olan sübutlara, bu sübutlara əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş işin faktiki hallarına düzgün qiymət vermədiyini, qanunvericilik normalarını düzgün təfsir və tətbiq etmədiyini iddia edərək göstərilən qərarın ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəza rətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassas iya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırıl ması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası təsvir edilən normaların müddəalarından çıxış edərək kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün qanunvericiliyinin aşağıda göstərilən tələblərinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, özünün hüquqi mövqeyinə görə verdiyi təfsirlərə, işin müəyyən edilmiş faktiki hallarına, bu halların arxasında duran bəzi sübutlara və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama müraciət etməyi lazım bilir. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Eyni hüquq təsbit edilmiş CPM-in 2N-cu maddəsinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatınd an əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Bu konstitusiyon tələblərdən belə nəticə hasil olur ki, işin məhkəmə aidiyyəti müəyyən edilərkən prosessual qanunvericiliyin tələblərinə əməl olunmalı və bu tələblərə zidd olaraq məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməlidir, nəticə etibarı ilə təqsirkarın bununla bağlı hüququ pozulmamalıdır. Əks halda, məhkəmə aidiyyəti pozulmaqla işə baxılması nəticəsində çıxarılmış hökmün və ya qəbul edilmiş digər məhkəmə aktının qanunsuz akt kimi dəyərləndirilməsinə və onun yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsinə əsas yaranacaq. Müxtəlif instansiya məhkəmələrinin, o cümlədən hərbi və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə aidiyyəti isə pros essual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 68.1-ci maddəsinə əsasən, hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər. CPM-in 68.2-ci maddəsinin tələlərinə görə, hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). CPM-in 68.4-cü maddəsinin müddəalrından görünür ki, hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. CPM-in 72.2-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır: 72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin; 72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin; 72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin. Təsvir edilən normalara əsaslanaraq bu normaların hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sonuncu epizodunu toplanmış sübutlara əsasən təhlil etməyi zəruri bilir. Belə ki, həmin epizod üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şə xs onun barəsində Sumqayıt Hərbi Prokurorluğunda ibtidai araşdırması həyata keçirilən cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdən ötrü 190 saylı hərbi hissə komandirinin müvafiq əmri ilə həmin prokurorluğa ezam olunmuş və 28 fevral 2023-cü il tarixdə ezamiyyətdən hərbi hissəyə qayıtmalı olduğu halda, yalnız 11 mart 2023-cü il tarixdə onun müvəqqəti hərbi xidmət yeri hesab edilən adı çəkilən prokurorluğa getmiş və məhz həmin tarixdə və yerdə onun törətdiyi və uzanan cinayət hesab edilən əməli başa çatmış, bu əməl isə on gündən artıq, lakin bir aydan çox olmayaraq davam etmişdir. Məhkəmə kollegiyası hərbi qanunvericiliyin də tələblərinə əsaslanaraq qeyd edir ki, hərbi qulluqçu qanunda nəzərdə tutulmuş qadada və əsaslarla daim xidmət etdiyi hərbi hissədən b aşqa hərbi hissəyə, yaxud da digər hərbi quruma, o cümlədən hərbi prokurorluğa müəyyən müddətə ezam olunduqda onun müvəqqəti olaraq xidmət yeri məhz ezam olunduğu hərbi hissə və ya digər hərbi qurum hesab edilir. Təsadüfi deyil ki, buna uyğun olaraq cinayət qanunvericiliyində də hərbi qulluqçunun, o cümlədən zabitin müvafiq müddətlər ərzində həm hərbi hissəni, həm də xidmət yerini özbaşına buraxıb getməyə, habelə xidmət yerinə qayıtmamağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, “xidmət yerinə qayıtmama” dedikdə hərbi qulluqçu statusuna malik olan şəxsin həm daim qulluq etdiyi hərbi hissəyə, həm də ezam olunduğu hərbi quruma qayıtmama başa düşülür. Eyni ilə, hərbi qulluqçu ona verilmiş məzuniyyət müddəti başa çatdıqdan sonra hərbi xidmətdən yayınaraq hərbi hissəyə və ya xidmət yeri nə vaxtında qayıtmadıqda, lakin bir müddət keçdikdən sonra könüllü olaraq hər hansı hüquq mühafizə orqanlarına gəldikdə, yaxud da belə orqanlar tərəfindən yaxalandıqda, onun hərbi xidmətdən yayınma əməli bundan sonra hərbi hissəyə getdiyi və ya aparıldığı tarixdə deyil, məhz könüllü olaraq göstərilən orqanlara gəldiyi və ya həmin orqanlar tərəfindən yaxalandığı tarixdə başa çatmış hesab ediləcək. Məhkəmə kollegiyası belə təfsirə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə də ibtidai araşdırma orqanı tərəfindən haqlı olaraq Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın sonuncu epizodu üzrə onun ezamiyyətdən xidmət yerinə qayıtmaması müddətini 28 fevral 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək, yəni könüllü olaraq Sumqayıt Hərbi Prokurorluğuna gəldiyi günədək müəyyən etmiş və həmin müddət on gündən artıq, lakin bir aydan az olduğuna görə onun bu əməlini CM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi düzgün qiymətləndirmişdir. CM-in 333.3-cü maddəsinə əsasən isə zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə bu əməli törətmiş belə hərbi qulluqçunun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göstərilən cinayətin uzanan cinayətlər kateqoriyasına aid edilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində “uzanan cinayət” anlayışı nə zərdə tutulmasa da hüquq nəzəriyyəsində və bir sıra ölkələrin cinayət qanunvericiliyində bu kimi cinayətlərin uzanan cinayət hesab edilməsi və buna uyğun olaraq da məhkəmə aidiyyətinin müəyyən edilməsi öz əksini tapmışdır. Belə cinayətlərə isə bir əməldən ibarət, müəyyən müddət ərzində fasiləsiz davam edən, cinayət qanunun bir maddəsi ilə tövsif edilən cinayətlər aiddir, onların başa çatma anı bu və ya digər səbəblərdən əməlin törədilməsinin qarşısının alındığı və ya kəsildiyi vaxt hesab olunur. CPM-in 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 74.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur və buna əsasən d ə məhkəmə aidiyyəti müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, həm məhkəmə kollegiyasının uzanan cinayətə dair verdiyi təfsirə və prosessual qanunvericiliyin tələblərinə uğun hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il Konstitusiy a Məhkəməsinin Plenumu vurğulamışdır ki, nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur (məsələn, CM-in 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması). Apellyasiya instansiyası məhkəməsinin də 11 mart 2024-cü il tarixli qərarında istinad olunmuş “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. CPM-in 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan cinayətləri digər cinayətlərdən fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur. Lakin, qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və CPM-in 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin t örədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. CPM-in 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir. Qeyd olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmış hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin, uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azər baycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ezamiyyətdən 28 fevral 2023-cü il tarixdə xidmət etdiyi hərbi hissəyə qayıtmalı olduğu halda yalnız 11 mart 2023-cü il tarixdə oraya gəlsə də sonuncunun hərbi qulluqdan yayınması müddəti bu tarixdə deyil, onun Sumqayıt Hərbi Prokurorluğuna gəldiyi tarixdə - 11 mart 2023-cü il tarixdə bitmiş, yəni təqsirləndirilən şəxsin törətdiyi cinayət məhz həmin tarixdə Sumqayıt şəhərində başa çatmış, buna görə CPM-in 74.2.1-ci maddəsinin tələbinə əsasən onun barəsində cinayət işi düzgün olaraq yurisdiksiyası bu əraziyə də şamil olunan Bakı Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmə isə tam qanuni olaraq əvvəla hazırlıq iclasında onun təqsirləndirildiyi CM-in 333.3 və 333.4-cü maddələri ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərar qəbul etmiş, sonra isə işə mahiyyəti üzrə baxaraq yuxarıda göstərilən 15 noyabr 2023-cü il tarixli hökmü çıxarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası isə Təqsirləndirilən şəxs yuxarıda təhlil epizod üzrə cinayət əməlinin sonuncuya elan olunmuş ittihamda göstərilən 11 mart 2023-cü il tarixdə deyil, hərbi hissəyə gəldiyi 14 mart 2023-cü il tarixdə başa çatmasını müəyyən etməklə həmin ittihamı genişləndirmiş, bununl a da CPM-in 318.1-ci maddəsinin tələbinin pozulmasına yol vermişdir. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Bakı Hərbi Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X.Ə.Bayramzadə tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 20 dekabr 2023-cü il tarixli qərarı ilə məhkəmə baxışına təyin edilmiş, lakin sonradan həmin şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılma lı olması müəyyən edilərək və CPM-in 72.2.2-ci maddəsinin tələbi nəzərə alınaraq iş 31 yanvar 2024-cü il tarixli qərarla ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilmiş və bu qərarlar ləğv olunmadığı və hazırda da qüvvədə olduğu halda məhkəmə heç bir əsas olmadan təkrarən apellyasiya şikayətinə ilkin baxış iclası keçirərək hazırda kassasiya qaydasında mübahisələndirilən 11 mart 2024-cü il tarixli qərarı qəbul etməkdə haqlı olmamış, yuxarıda təsvir edilənlərlə yanaşı həmçinin apellyasiya icraatını tənzimləyən prosessual hüquq normalarının tələblərinin də pozulmasına yol vermişdir. Bu hal da yuxarıda göstərilənlərlə birlikdə kassasiya protestinin dəlilləri ilə razılaşaraq onları qəbul edilən sayan məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, göstərilən pozuntularla qəbul edi lmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2024-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz və kassasiya protesti təmin edilməklə həmin qərar ləğv edilməli, cinayət işi isə Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları, habelə qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə əlaqəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, bu məsələnin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxılması, eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi haqqında müdafiəçi X.Ə.Bayramzadənin çıxışl arını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməklə Təqsirləndirilən şəxs CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarı və həmin qərarla sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal həbsdən azad edilməli, cinayət işi isə həmin apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 11 mart 2024-cü il tarixli qərarı və həmin qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal həbsdən azad edilsin, cinayət işinin isə Sumqayıt Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə məhkəmə baxışı iclasında baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar