Məhkəmə qərarları › İş №1-1(102)-44/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-44/2025

20.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-44/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və müdafiəçisi Çələbiyev Xəyal Eldar oğlunun iştirakları ilə, 1 dekabr 2003-cü ildə Lənkəran rayonunun Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 25 oktyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırı lmış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 1-ci tağımının 3-cü minaatanının heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən, əvvəllər məhkum olunmayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1, 335.2 və 29,335.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1-1(104)-93/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1-1(098)-187/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: V.M.Nəsirov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1, 335.2 və 29,335.2-ci maddələrind ə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə N (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,335.2-ci maddəsi ilə N (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə təyin edilmiş N (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzası ilə, Cinayət Məcəlləsinin 29,335.2-ci maddəsi ilə təyin edilmiş N (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 4 (dörd) il N (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddəti 18 iyun 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov, F.N.Mahmudov) apellyasiya şika yəti qismən təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 68.1.1 və 66.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla Məhkum qəti olaraq 3 (üç) il N (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə öz sağlaml ığına zərər yetirmiş, hərbi xidmət vəzifələrininicrasından tamamilə boyun qaçırmaq məqsədi ilə öz sağlamlığına zərər yetirməyə cəhd etmiş, habelə müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerinə qayıtmayaraq fərarilik etmişdir. Belə ki, Məhkum 25 oktyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Gəncə şəhərində dislokasiya olunan N nömrəli hərbi hissəsinin 2-ci təlim artilleriya divizionunun 7-ci batareyasının 1-ci tağımının 1-ci manqasının dəyişən heyəti vəzifəsində əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, xidmətin çətinliyinə dözmədiyindən tikiş iynəsini udmaqla tibb məntəqəsinə və ya hərbi hospitala stasionar müali cəyə qəbul olunmağa, son nəticədə isə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən ehtiyata buraxılmağa nail olmaq qərarına gəlmiş, bu məqsədlə 09 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində batareyanın əsgər yataqxanasında iki ədəd tikiş iynəsi udmuş, həmin tarixdə komandirlərinə guya kitelini tikərkən ağzında saxladığı tikiş iynəsini ehtiyatsızlıqdan udduğunu bildirib, 10 noyabr 2022-ci il tarixdə müayinə olunmaqüçünhərbi hissənin tibb məntəqəsinə, oradan da N nömrəli hərbi hissəyə, N noyabr 2022-ci iltarixdə isə həmin hospitaldan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməyə və həmin tarixdən 19 noyabr 2022-ci il tarixədək həmin hospitalda stasionar müayinə və müalicə edilməyə nail olaraq hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə öz sağlamlığına zərər yetirmişdir; Bundan bir neçə gün sonra yenidən hərbi xidmətin çətinliyinə dözmədiyindən həmin tibb məntəqəsinə və ya hərbi hospitala stasionar müalicəyə qəbul olunmağa, son nəticədə isə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən ehtiyata buraxılmağa nail olmaq üçün məqsədyönlü şəkildə özünü xəstələndirmək qərarına gəlmiş, buməqsədlə 23 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ayaqyolunda soyuq su ilə islatdığı ayaq dəsmalını "yat” komandasından sonra belinə bağlayıb yatmaqla hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədi ilə öz sağlamlığına zərər yetirməyə cəhd etmiş, ancaq bir müddət sonra batareya növbətçisi tərəfindən aşkar edilib qarşısı alındığına və nəticədə xəstələnmədiyinə görə öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir; Müdafiə Nazirliyinin Ağdam rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 1-ci tağımının 3-cü minaatanının heyət nəfəri vəzifəsində əsgər rütbəsində hərbi xidmətini davam etdirərkən, xx.xx.2023-cü il tarixdə 5 (beş) gün müddətinə məzuniyyətə buraxılmış, xx.xx.2023-cü il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerinə qayıtmayaraq fərarilik etmiş, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən barəsində olan axtarış işi əsasında Sumqayıt şəhərində tutulmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci insta nsiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar (gənc olmasını və uşaq evində böyüməsini) kifayət qədər nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassa siya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hü dudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təs bit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən h allar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin ed ən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasını, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təm in edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1-1(104)-93/2024 nömrəli qərarından görünür ki, məhkumun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması barədə iddiasının əksinə olaraq, onun apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxılarkən apellyasiya instansiyası məhkəməsi Tərtər Hərbi Məhkəməsi tərəfindən müəyyən edilmiş təqsirkarın şəxsiyyətini səciyyələndirən (ilk dəfə olaraq az ağır cinayət əməli törətməsi, törətdiyi əməli səmimi etiraf edərək həmin ə məldən peşman olması, uşaq evində böyüməsi) hallardan, eyni zamanda cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasını 3 (üç) ilə endirmiş və Cinayət Məcəlləsinin 68.1.1, 66.2-ci maddələrinin tələblərini nəzərə almaqla sonuncuya qəti olaraq 3 (üç) il N (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi məhkumun şəxsiyyətinə aid olan və cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilm ə halları, habelə təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Məhkum təqsirli bilindiyi cinayətlərə görə (həmdə qəti cəzaya münasibətdə) daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsinə təsbit olunmuş ədalət prins ipini gözləmişdir. Qeyd olunanlar Məhkum kassasiya müraciətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 1-1(104)-93/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Cinayət kollegiyasının Məhkum barəsində olan 20 avqust 2024-cü il tarixli, 1-1(104)-93/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar