Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-51/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakları ilə, Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilən Məhkum barəsində cinayət işinin icraatının dayandırılmasına dair Tərtər Hərbi məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: Nəsirov Vidadi Mikayıl oğlu) Məhkum - 09 yanvar 1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə ittiham olunmuşdur ona görə ki, o, Müdafi ə Nazirliyinin N nömrəli hərbi hissəsinin Ağdam rayonunun Əfətli kəndi ərazisində yerləşən 1-ci taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsində baş gizir hərbi rütbəsində xidmətdə olarkən 12-15 oktyabr 2019-cu il tarixləri aralığında saat 18 radələrində 1-ci taborun 3-cü bölüyünün 1-ci taqımının 2-ci manqasında snayperçi vəzifəsində əsgər rütbəsində xidmət edən X4 ezamiyyətdən qayıdarkən özünə təhkim olunmuş silah daraqlarının və döşək üzünün yanlışlıqla digər bölmənin əsgərində qalmasından qəzəblənib Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsində göstərilmiş «Kоmаndir tаbеliyində оlаnlаrа hörmət və еhtirаm göstərməli, qаyğılаrınа qаlmаlı, kоbudluq və оnlаrın şəхsi ləyаqətlərini аlçаldа biləcək hərəkətlər еtməməlidir, о, Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsınа və qаnunlаrınа, hərbi аndın, hərbi nizаmnаmələrin tələblərinə və vəzifə bоrcunа əməl еtməklə tаbеliyindəkilər üçün nümunə оlmаlıdır» tələblərini pоzаrаq bölüyün dayaq məntəqəsində-silah-sursat və sığınacaq otağının qarşısında sağ əli ilə X4in sol sifət nahiyəsinə iki sillə zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən, 03-07 fevral 2020-ci il tarixləri aralığında saat 18 radələrində 3-cü bölüyün dayaq məntəqəsinin dəhlizində sıra düzülüşü zamanı, 1-ci taborun 3-cü bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı-qumbaraatan vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən X2 danışmasını zənn edib, ona yaxınlaşaraq Аzərbаycаn Rеspubl ikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzub sağ əli ilə X2in sol sifət nahiyəsinə bir sillə zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən, 08 fevral 2020-ci il tarixdə saat 23 radələrində 1-ci taborun 3-cü bölüyün yataqxanasında olarkən 3-cü bölüyün pulemyot manqasının heyət nəfəri vəzifəsində xidmət edən əsgər X12 paltarlarını soyunmadan çarpayıda yatmasına görə ona yaxınlaşıb irad bildirərək Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq X12u cəzalandırmaq məqsədilə onun yatdığı çarpay ının ön tərəfində sol sifət nahiyəsinə bir sillə zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 15-20 fevral 2020-ci il tarixləri aralığında saat 23 radələrində N nömrəli hərbi hissənin əşya xidmət rəisi mayor X17 3-cü bölüyün yeməkxanasını yoxlaması nəticəsində ona xidməti vəzifələrin icrasından irəli gələn öhdəliklərlə bağlı nöqsanları bildirməsindən qəzəblənib həmin nöqsanları vaxtında qarşısını ala bilmədiklərinə görə yeməkxanada olan 1-ci taborun 3-cü bölüyünün 2-ci taqımının 1-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər X13, həmin bölüyün 1-ci taqımının 2-ci manqasının snayperçisi vəzifəsində xidmət edən əsgər X5 irad b ildirərək təkrarən Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq 3-cü bölüyün yeməkxanasında əvvəlcə X13un sol sifət nahiyəsinə bir sillə, daha sonra X4in sol sifət nahiyəsinə bir sillə, alt çənə nahiyəsinə isə bir yumruq zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan iki və daha artıq şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 18-21 fevral 2020-ci il tarixləri aralığında saat 14 radələrində 3-cü bölüyün dəhlizində, yeməkxananın giriş hissəsində əsgər X11 ehtiyatsızlıqdan onun çiyin nahiyəsinə toxunmasından qəzəblənib, ona irad bildirərək Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаm əsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq X2in sol sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 20 fevral 2020-ci il tarixdə saat 19 radələrində 1-ci taborun 3-cü bölüyün 2-ci taqımın 3-cü manqanın heyət nəfəri vəzifəsində əsgər rütbəsində xidmət edən X7 yeməkxana naryadı zamanı əlindəki sininin yerə düşməsindən qəzəblənərək onu əşya anbar otağına çağırıb Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq ona “bir sinini əlində sахlаyа bilmirsən, sənin bаşın хаrаbdı?” deyib sol sifət nahiyəsinə iki sillə zər bəsi vuraraq təkrarən rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Məhkum qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 20 mart 2020ci il tarixdə saat 12 radələrində tabeliyində olduğu əsgər X7 Novruz bayramı ilə əlaqədar şənlik keçirələrkən ondan səsucaldıcını istifadə etmək məqsədilə istəməsindən qəzəblənib əşya anbarı otağında Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq sağ əli ilə X7nin sol sifət nahiyəsinə iki sillə zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 22-24 mart 2020-ci il tarixləri aralığında saat 15 radələrində 3-cü bölüyün köhnə binasında olarkən 1ci taborun 3-cü bölüyün 1-ci taqımın 2-ci manqanın qumbaraatan vəzifəsində əsgər rütbəsində xidmət edən X3 çəkməsinin yırtıldığını görüb səbəbini öyrənmək istəyərkən ona qəzəblənib Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq X3un sol üz nahiyəsinə bir sillə, sağ çiyin nahiyəsinə iki yumruq zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 28 mart 2020-ci il tarixdə saat 16 radələrində tabeliyində olan əsgər X4 özünə aid əl-ayaq dəsmallarının itməsinə görə əşya anbarı otağına çağırıb ona irad bildirərək Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzаrаq sağ əli ilə onun sol sifət nahiyəsinə üç sillə zərbəsi, qarın nahiyəsinə bir yumruq zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, o qeyd olunan vəzifədə və rütbədə xidmət edərkən 12 may 2020-ci il tarixdə saat 18 radələrində əşya anbarı otağında səhhətində yaranmış problemlə əlaqədar həmin gün tibb məntəqəsinə təxliyyə olunması nəzərdə tutulan əsgər X14 özünü xəstəliyə vurmasını bəhanə gətirərək Аzərbаycаn Rеspublikаsı Silаhlı Qüvvələrinin Dахili Хidmət Nizаmnаməsinin 47-ci mаddəsinin yuxarıda qeyd olunan tələblərini pоzub sаğ əli ilə onun sаğ çiyin nahiyəsinə bir yumruq zərbəsi, sоl üz nаhiyəsinə isə iki sillə zərbəsi vurub rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Cinayət işi 04 avqust 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 21 avqust 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası 02 sentyabr 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə və 22 sentyabr 2020-ci il tarixlərdə məhkəmə iclasları keçirilmiş və gəlməyən zərərçəkmiş şəxslərin məhkəmə iclasında təmin olunması üçün məhkəmə iclasında 07 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçir ilərək, N nömrəli hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayətişi üzrə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı Natiq Abdullayev tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 25 fevral 2021-ci il tarixdə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Tərtər hərbi məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmiş və məhkəmə baxışı 31 mart 2021-ci il tarixə təyin edilmişdir. Tərtər hərbi məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı Natiq Abdullayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə) 28 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protesti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının mövqeyinə əsasən, Tərtər Hərbi Məhkəməsi tərəfindən 12.03.2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası 31.03.2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi Tərtər Hərbi Məhkəməsinin 07.10.2020-ci il tarixli qərardan verilmiş apelyasiya protestinə baxılanadək artıq 12 mart 2021 -ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Belə olan halda, dövlət ittihamçısının etirazına s əbəb olmuş hal artıq aradan qaldırılmışdır. Belə ki, dövlət ittihamçısının protest verməkdə məqsədi cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olan qərarın ləğv edilməsi və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş və icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığı üçün, yəni müqəddəs Vətən Müharibəsi ordumuzun və xalqımızın şanlı qələbəsi ilə başa çatdığı üçün artıq icraat təzələnmişdir. Halbuki, cinayət işinin yuxarıda istinad edilən hallarından görünür ki, həmin ərəfədə Tərtər Hərbi Məhkəməsinin 07.10.2020-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması qərarından apelyasiya protesti verilməsi müddəti dövlət ittihamçısına münasibətdə bərpa edilərək qərar icra üçün Tərtər Hərbi məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsi isə icra üçün məhkəməyə göndər ilmiş və icraat dayandırılmış bir cinayət işi üzrə 12.03.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələyərək məhkəmə baxışı təyin etmişdir. Burada dövlət ittihamçısının etirazına səbəb olmuş hal artıq aradan qaldırılmış kimi qəbul etmək və icraatın təzələnməsinə nail olmaqdan ibarət olmuş nəticənin baş verməsini əsaslı qəbul etmək yanlışdır. Protestdən göründüyü kimi, burda qanunsuz qəbul edilmiş bir qərarın ləğvi xahiş edilmiş, həmin qərarın gələcək məhkəmə təcrübəsinə yol açmasının qarşısının alınmasına və CPM-in tələblərinə uyğun qərar qəbul edilməsinin təmini olmuşdur ki, cinayət təqibi üzrə icraatın təzələnməsi heç də həmin qərarın ləğvi demək deyildir. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, icraatın dayandırılması zamanı CPM-in 53.3.2-ci maddəsinin tələbinin pozulması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əkshücum, əks-həmlə əməliyyatına başlamış və həmin vaxt Məhkum xidmət etdiyi N nömrəli hərbi hissə də döyüş əməliyyatları keçirmişdir. Həmin əməliyyatlar dövlətin hərbi fəaliyyəti ilə bağlı olub dövlət sirrini təşkil edir. Göstərilənlərə əsasən döyüş əməliyyatlarında olan əsgər Məhkum barəsində axtarış elan edilməsi qanunamüvafıq deyil. Belə ki, həm məhkəməyə, həm də dövlət ittihamçısına məlumdur ki, təqsirləndirilən şəxs mənfur düşmənə qarşı gedən döyüş əməliyyatlarında iştirak edir və məhkəmə də məhz bu səbəbdən cinayət işi üzrə icraatı dayandırmışdır. Belə olduğu təqdirdə hansı səviyyədə başa düşüləndir ki, məhkəmə döyüş əməliyyatlarında iştirak edən, öz canını vətən uğrunda qurban verən hərbi qulluqçu barəsində axtarış elan edilsin və qəbul edilmiş qərar icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilsin. Halbuki, CPM-in 53.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə-icraat dayandırıla bilər. CPM-in 53.3.2-cü maddəsinə əsasən bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra dayandırıla bilər; Tərtər Hərbi Məhkəməsinin qeyd edilən qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi h issə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, məhkəmə öz qərarında təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadislər üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakı nı təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuş, habelə qətimkan tədbirini də ləğv etmişdir. Bu isə, məhkəmənin mövqeyinin heç də əsaslı və qanunauyğun olması demək deyil, hərçənd ki, gələcək məhkəmə təcrübəsində cinayət təqibi üzrə icraatın dayandırılması zamanı daha ağır qətimkan tədbirinin seçilməsi yox, var olan bir qətimkan tədbirinin də ləğvi və axtarış elan edilməməklə cinayət təqibi üzrə icraatın dayandırılmasının mümkünlüyü barədə məhkəmə təcrübəsi üzrə mübahisələrə yol açacaqdır. Məhkəmə kollegiyasının apelyasiya protestinin dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi ilə bağlı dəlili üzrə mövqeyinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən bu halda CPM-in 84.6, 84.7 və 314.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Lakin bu pozuntu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olacaq səviyyədə deyildir. Belə ki, məhkəmənin cinayət işi üzrə icraatı dayandırma qərarı yekun qərar deyil və dövlət ittihamçısı CPM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün CPM- in 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları istifadə etmək və vəzifələrini yetirənə yetirmək imkanından cinayət işi üzrə məhkəmə baxışının növbəti mərhələlərində istifadə edə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İV hissəsində qeyd edilmişdir ki, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və m üdafiə tərəfi iştirak edir. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Konstitusion prinsip olan çəkişmə prinsipinin mahiyyətinə görə hər bir halda ittiham və müdafiə tərəfin cinayət-mühakimə icraatında iştirakı təmin olunmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, cinayət-porosessual qanunvericilikdə cinayət mühakimə icraatı zamanı ittiham və müdafiə tərəfin iştirakı olmadan məhkəmə baxışının keçirilməsi nəzərdə tutulmamışdır. Heç bir üzrlü səbəb cinayət mühakimə icraatında dövlət ittihamçısının iştirakını istisna edən səbəb kimi qiymətləndirilə bilməz. Əgər müəyyən səbəblərdən dövlət ittihamçısı məhkəmə iclasına gəlməmiş olsa belə məhkəmə iclası baş tutmam alı və ittiham tərəfin iştirakı təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 314.1-ci maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Göründüyü kimi CPM-nin 314.1-ci maddəsi dövlət ittihamçısının cinayət mühakimə icraatında iştirakının imperativ xarakter daşıması barədə müddəa müəyyən etmişdir. CPM-nin 314.3-cü maddəsinə görə isə dövlət ittihamçısının ictimai və ya ictimaixüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlana nadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salmır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir. CPM-nin 314.4-cü maddəsində qeyd edilmişdir ki, dövlət ittihamçısı ictimai və ya ictimai- xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir.Görün düyü kimi CPM-nin 314-cü maddəsində üzrlü və ya üzrsüz olsa da dövlət ittihamçısının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün edən müddəa yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə öz qərarında təqsirləndirilə n şəxs Məhkum xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərmiş, onun hərbi xidmətdə olmaqla döyüş əməliyyatlarında olması məhkəməyə məlum olmuş, həmin dövr üçün məlum hadislər üzrə cinayət təqibi üzrə icraatın dayandırılması məcburi olmamasına, məhkəmə iclasının təxirə salınmasının mümkünlüyünü və CPM-in tələblərində cinayət təqibi üzrə icraat dayandırılmalıdır yox, dayandırıla bilər qeyd edilməsinə baxmayaraq məhkəmə proses tərəflərinin məhkəmə iclasında iştirakını təmin etmədən cinayət təqibi üzrə icraatı dayandırmış, CPM-in axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-də təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 319.1-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə: 319.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; 319.1.2. məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür. Bu qanunun mənasına görə olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müdd əti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının qurtarması vaxtı qabaqcadan bəlli olmamışdır. Ona görə də belə vəziyyətdə cinayət işinin məhkəmə baxışının təxirə salınmalı olması barədə dəlillər əsaslı hesab edilmir. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş və Tərtər Hərbi məhkəməsinin yerləşdiyi Tərtər rayonu düşmənin intensif atəşləri altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 141.1. cinayət təqibi üzrə icraatın materialların dan istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1. ümumi məlum olan faktlar. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur. Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəs ində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Kassasiya protestində göstərilən axtarış elan edildikdən sonra cinayət təqibi üzrə icraat dayandırıla bilər tələbini birinci instansiya məhkəməsinin pozmasına gəldikdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum vətəni müdafiə üzrə vətəndaşlıq borcunu yerinə yetirən hərbi qulluqçu olaraq onun barəsində axtarış ela n edilməsi və qəbul edilmiş qərarın icra edilməsi üçün hüquq mühafizə orqanlarına göndərilməsi, işin faktiki vəziyyətinə və qanunun mənasına da uyğun sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Təqsirləndirilən şəxs Məhkum cinayət işinin icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, onun məhkəmədən gizlənməsi və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə məlumat olmamışdır. Ona görə də Azərbaycan Respublikası CPM-nin 53.3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs Məhkum haqqında axtarış elan edilməmişdir. Bun dan başqa cinayət işinin materiallarında olan məhkəmə iclas protokolundan müəyyən edilir ki, cinayət işi üzrə məhkəmə baxışı 02 sentyabr 2020-ci il tarixdə dövlət ittihamçısı X8 iştirakı ilə başlanmış, sonra məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxslərin və digər proses iştirakçəlarının iştiraklarının təmin edilməsi üçün məhkəmə iclası 22 sentyabr 2020-ci il tarixə təxirə salınmış, həmin tarixdə də məhkəmə baxışı dövlət ittihamçısının iştirakı ilə davam etdirilmiş və yenə də məhkəmə iclasına gəlməmiş proses iştirakçılarının iştiraklarının təmin edilməsi üçün məhkəmə iclası 07 oktyabr 2020-ci il tarixə təxirə salınmşdır. Məhkəmə iclasının 07 oktyabr 2020-ci il tarixə təxirə salınması barədə qərar məhkəmə iclasında dövlət ittihamçıcı X8 iştirakı ilə elan edilmişdir. Lakin 07 oktyabr 2020-ci il tarixdə dövlət ittihamçısı və müdafiəçi məhkəmə iclasına gəlmədiklərindən, cinayət işi üzrə icraatın dayandırılması barədə qərar onların iştirakları olmadan qəbul edilmişdir. Nəhayət Tərtər Hərbi məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş və mahiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün təyin edilmişdir. Cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi zaman müdafiə və ittiham tərəflərinin məhkəmə iclasında iştirak etməmələri vəziyyətində dayandırılması müvəqqəti xarakter daşıdığından, təqsirlilik barədə məsələnin həll edilməsinə aid qərar qəbul edilmədiyindən və artıq icraat təzələndiyindən çəkişmə prinsipinin kobud pozulması halı baş verməmişdir. Göstərilənl ərə əsasən artıq icraatı təzələnmiş iş üzrə icraatın dayandırılması qərarının ləğv edilməsi barədə kassasiya protestinin dəlilləri əsassız hesab edilir və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-51/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-51/2021
07.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver