Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-55/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Mü dafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Hərbi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, № 1(098)-284/2018 saylı hökmü ilə (sədrlik edən hakim V.M.Nəsirov) 01 iyul 1999-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Hacırüstəmli kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası MN-in N №li hərbi hissəsinin 2-ci taborunun əsgər yataqxanasında yaşayan, 06 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, MN-in N №li hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən, barəsində 23 iyul 2018-ci il tarxdə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 02 (iki) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasını intizam xarakterli hərbi hissədə, yəni MN-in N №li hərbi hissəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının onun intizam xarakterli hərbi hissədə cəzasının icrasına başladığı gündən hesablanması, hökmün icrasına nəzarətin intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, barəsində seçilm iş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, müddətli həqiqi hərbi xidmətdə olarkən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub şərəf və ləyaqətini alçaltmaqla zərərçəkmiş şəxslərə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Goranboy rayonunun *************** qəsəbəsində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 3- cü manqasında əsgər hərbi rütbəsində qulluq edərkən 23 yanvar 2018-ci il tarixdə saat 15:00 radələrində həmin bölüyün əsgər yataqxanas ında əsgər Zərərçəkmiş şəxs1 çarpayıda oturub əsgər X4 ilə söhbət zamanı öz üstünlüyünü göstərmək məqsədi ilə söhbətə müdaxilə edib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 138-ci maddələrində nəzərdə tutulmuş hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdır, hərbi nizamnamənin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir kimi tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs1 nalayiq söz deyib üz nahiyəsinə iki sillə zərbəsi vuraraq şərəf və ləyaqətini alçaltmaqla ona qarşı zor tətbiq etmişdir; - həmin vəzifədə və rütbədə qulluq edərkən təkrarən 27 fevral 2018-ci il tarixdə saat 15:00 radələrində həmin bölüyün əs gər yataqxanasında əsgər Zərərçəkmiş şəxs3 ona zarafat etməməyini dediyinə görə öz üstünlüyünü göstərmək üçün tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 138-ci maddələrində nəzərdə tutulmuş hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdır, hərbi nizamnamənin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir kimi tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs3 yaxınlaşaraq əlində olan yun papaqla onun başına üç dəfə vurmuş, daha sonra hərəkətini davam etdirib hər iki əli ilə Zərərçəkmiş şəxs3 yaxasından yapışıb ağız nahiyəsini öz sinəsinə çəkib vuraraq ona qarşı zor tətbiq etmişdir; -həmin vəzifədə və rütbədə qulluq ed ərkən təkrarən 01 mart 2018-ci il tarixdə saat 20:30 radələrində həmin bölüyün əsgər yataqxanasında axşam yoxlaması zamanı sıra düzlüşündə əsgər Zərərçəkmiş şəxs2 sırada yorularaq yarı oturaq vəziyyətdə dayandığına görə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 138-ci maddələrində nəzərdə tutulmuş hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdır, hərbi nizamnamənin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir kimi tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sırada oturmasına irad tutub yaxasından tutaraq ayağa qaldırıb sinə nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona qarşı zor tətbiq etmişdir. Gən cə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ç.B.Məmmədov, hakimlər S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir və dəyişdirilməlidir. Belə ki, məhkuma təyin edilmiş cəza onun şəxsiyyətinə və cinayə tin ağırlığına uyğun deyildir. Məhkəmə cəza təyin edərkən onun ilk məhkumluğunu, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərlə razılıq (barışıq) əldə etməsini, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, gənc olmasını, hərbi xidmət yerindən müsbət xarakterizə olunmasını törətdiyi əməldən səmimi peşimançılıq çəkməsini, yüngülləşdirici hal kimi nəzərə almasını, ağırlaşdırıcı halların isə olmamasını qeyd etsə də hesab edirik ki, cəza təyinində kifayət qədər ağır cəza təyin etmişdir. Məhkum ilk məhkumluğunu, özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olması kimi halların məcmusunu müstəsna hallar kimi qiymətləndirməklə cəzanın yüngülləşdirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona şərti cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, Məhkum təyin olunmuş cəzanın onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığı vurğulanır və hesab olunur ki, kifayət qədər yüngülləşdirici hallar nəzərə alınmaqla məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi mümkündür. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəza nı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətli və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum zərərçəkmiş şəxslərlə razılıq (barışıq) əldə etməsi, hərbi xidmət yerindən müsbət xarakterizə olunması, gənc olması, törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət ə məllərini təkrarən və hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən-əvvəlcədən düşünülmüş şəkildə törətməsini və təyin edilən cəzanın məhkumun islah olunmasına təsirini nəzərə alaraq Məhkum real olaraq intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti olaraq hesab edilməsinə heç bir əsas görmür. Hazırkı kassasiya şikayətində məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti hesab edilməsi ilə yanaşı, ona təyin olunmuş cəzanın azaldılması da xahiş edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə razılıq (barışıq) əldə etməsini, hərbi xidmət yerindən müsbət xarakterizə olunmasını, gənc olmasını, törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirdiyini, cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 02 (iki) il müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin Məhkum münasibətdə cəza təyini ilə əlaqədar mövqeyinin düzgün olması qənaətinə gələrək onun cəzasının yüngülləşdirilməsi üçün qanuni əsaslar olmadığını qeyd etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum barəsində təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının və onun müddətinin müəyyən edilməsinə dair yuxarıda qeyd edilən mövqelərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, ona təyin edilmiş cəzanın müddəti cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipləri baxımından azaldılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakılara əsasən məhkuma təyin edilmiş cəzanın müddəti ilə razılaşmır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir: “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərx oşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinin tələblərinə əsasən zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar sırasına daxildir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nö qteyi-nəzərindən qiymətləndirilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyini məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışlar. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə almaqla, cinayət qanunvericiliyinin cəza təyininə dair yuxarıda qeyd edilən normalarının məzmunu baxımından Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla Azərbaycan Respublikası CM-in 332.2.1-ci maddəsi ilə ona təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinin 01 (bir) il müddətinə endirilməsini mümkün və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran v ə ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla ona təyin edilən 02 (iki) il intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddəti 01 (bi r) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1-1(102)-55/2019
Ali Məhkəmə Qərar — İş №1-1(102)-55/2019
16.05.2019 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver