Məhkəmə qərarları › İş №1-1(102)-57/2020

Ali Məhkəmə Qərar — İş №1-1(102)-57/2020

07.10.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-57/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM -in) 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2018 nömrəli 21 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rafiq Abbasov), Məhkum, 23 mart 1982-ci il tarixdə **** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Daxili Qoşunların N nömrəli hərbi hissənin aviasiya texniki təminat qrupunun rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş, hazırda sərəncamda olan, ünvan 1 ünvanında qeydiy yatda olan və yaşayan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 263.2-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə qəti olaraq ona 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hök m edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkum N nömrəli hərbi hissənin aviasiya texniki təminat qrupunun rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, 14 noyabr 2017-ci il tarixdə saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Aveo” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ******* rayonu ərazisində yerləşən ******* prospekti ilə metronun “*********” stansiyası istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərba ycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq həmin tələblərə riayət etməmiş, bununla hadisənin qarşısının alınması üçün texniki imkanının olmasına baxmayaraq, hərəkətini davam etdirərək həmin prospektin ****** ******* küçəsi ilə kəsişməsində yerləşən körpünün üstündə, hərəkət hissəsini iki hissəyə bölən beton köbənin yanında piyada X3 avtomobilin qabaq sol hissəsi ilə vurub köbənin üstündən yolun əks tərəfinin hərəkət hissəsinə ataraq “baş beyin toxumasının əzilib-dağılması, kəllə qapaq sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ ağciyər toxumasının cırılması, sağdan 3-4-5-6-7-8 qabırğaların və sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, alın-gicgah-təpə nahiyəsinin geniş sahəli hematoması, alının, üzün, alt çənənin, hər iki budun, hər iki baldırın, bel nahiyəsinin, sol daban nahiyəsinin sıyrıqları” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlər yetirdiyindən piyada Məlahət Hüseynova hadisə yerində ölmüşdür. Məhkum isə həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra idarə etdiyi avtomobili ilə hadisə yerindən qaçmışdır. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tər əfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(103)-37/2018 nömrəli 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Sahibxan Mirzəyev, hakimlər Faiq Qasımov və Elşad Şamayevdən ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 264-cü maddəsi üzrə CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzası ilə əvəz edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmə cəzası nın bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 263.2-ci maddəsi ilə ona təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.2-ci maddəsinə əsasən əsas və əlavə cəzaların toplanması üzrə CM-in 66.4-cü maddəsinə əsasən ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum oğlunun 15 noyabr 2017-ci il tarixdən 16 noyabr 2017-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir. qeyd etmişdir ki, birinci instansiya Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum ittiham elan etməklə Azərbaycan Respublikası CPM-in istintaqın tam, hərtərəfli, obyektiv və qərəzsiz aparılması, barədə bütün tələblərini pozmuş, ona ittiham elan etməkdə tələsgənliyə yol vermişdir. Təqsirləndirilən şəxs Məhkum elan edilmiş ittiham çox şübhəlidir. İittihamda göstərilməyib ki, piyada yolun hərəkət hissəsi ndə, yoxsa hərəkət hissəsinə aid edilməyən köbə ilə yolun çöl sərhədini təşkil edən sarı xəttin arasında vurulmuşdur. Bu bəlli deyildir. Həmçinin bəlli deyildir ki, avtomaşınla vurulmazdan əvvəl piyada yerində hərəkətsiz dayanmışdır, yoxsa hərəkətdə olmuşdur. Bu isə o deməkdir ki, faktiki olaraq hadisə mexanizmi müəyyən edilmədən, hadisənin başvermə mexanizmi araşdırılmadan iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilərək, Məhkum təqsirliliyi barədə rəy alınmışdır ki, bu da yolverilməzdir. Kassator yol nəqliyyat hadisəsinin mexanizmi ilə razı olsa da, hesab edir ki, mexanizmlə bağlı iş üzrə əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməlidir. Belə ki, ittiham tərəfi heç bir mexanizm ortaya qoya bilmir və qoymur. Təqsirləndirilən Məhkum qadını əvvəlcədən g örməməsini isə onun təqsirliliyinin birmənalı sübutu kimi qələmə verir. Görək doğurdanmı mexanizmin müəyyən edilə bilməməsi, hər bir halda sürücünün təqsirkar olması deməkdir? Ən azı bu vacib sual əlavə ekspertiza keçirilməklə öz cavabını tapmalıdır. Bundan başqa, ittiham tərəfinin bu mexanizmi təkzib edə biləcək heç bir dəlil-sübutu yoxdur. Kassator vurğulamışdır ki, ittiham tərəfinin hadisə mexanizminin müəyyən edilməsi və eyni zamanda yuxarıda göstərilən hadisə mexanizminin təkzib edilməsi ilə bağlı heç bir sübutu yoxdur! Qeyd olunan bu iki səbəb əlavə ekspertizanın keçirilməsini qaçılmaz edir. Kassator ekspertiza ilə bağlı vəsatət vermək üçün birinci instansiya məhkəməsindən vaxt istədikdə, hörmətli dövlət ittihamçısı əlavə ekspertizaya ehtiyac olmaması barədə qısa bir fikir bildirdi. Hörmətli məhkəmə də bildirdi ki, iş üzrə həqiqətlərin müəyyən edilməsinə yönəlmiş istənilən vəsatəti təmin etməyə hazırdır. Əgər hər bir halda hörmətli məhkəmə müdafiəçisi olduğum Məhkum barəsində olan ittiham hökmünü qüvvədə saxlamaq qərarına gəlsə, bununla bağlı aşağıdakı məqamları da nəzərdən qaçırmamağı xahiş edirik: Heç də nə istintaq orqanı, nə də ki, ümumilikdə ittiham tərəfi (təbii ki, bilərəkdən), həmçinin də hörmətli məhkəmə kollegiyası piyadanın vurulması faktının baş verməsini, piyadanın vurulmasının məhz Azərbaycan Respublikası ərazisində, məhz Bakı şəhəri ərazisində baş verməsini, piyadanın vurulmasının məhz göstərilən avtomaşın tərəfindən baş verməsini, məhz həmin avtomaşınla vurulma nəticəsində zərər çəkənin həlak olmasını sübutlar toplusu, məcmusu kimi qələmə verməyə, bu b arədə yanlış fikir formalaşdırmağa çalışmasın! Bütün bunların hamısı bir yerdə piyadanın vurulma faktının mövcud olması və nəticədə bir nəfərin həyatını itirməsi faktından başqa bir şey deyildir. Bəli, ədalət axtarışında olan proses iştirakçılarını, xüsusilə də ittiham tərəfini bir məsələ maraqlandırmalı idi və bu gün də yalnız bu məsələ maraqlandırmalıdır: Piyadanın vurulmasında sürücü günahkardırmı və məhz günahı təsdiq edən sübutlar hansılardır? Ümumiyyətlə işdə belə sübutlar varmı və onlann məcmusufıu konkret olaraq hansı sübutlar təşkil edir? Bəli, hörmətli proses iştirakçıları, cavab tələb edən sual bu idi. Ona görə də heç də yaddan çıxarmayaq ki, biz insanı fakta görə yox, baş vermiş faktda təqsirə görə məhkum edirik. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi vəziyyətin tətbiq edilməsi, təqsirsizlik presumpsiyasmı böyük ehtimalla pozmuş olur. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Kassator göstərmişdir ki, işə baxan məhkəmələr iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verməmiş və nəticədə əsassız olaraq Müdafiəçi təqsirli bilib məhkum etmişlər. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutlaıtn məcmusu ilə təsdiq olunmalıdır.( CPM-nin 28.5-ci maddəsi) Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Beləliklə də, müdafiə tərəfi olaraq hesab edirik ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, irəli sürülən vəsatətlər əsassız olaraq təmin edilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Kassator kassasiya şikayətində göstəlilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icraatına onun əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kas sasiya şikayətinin təmin edilməsi barədə Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi, lakin 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 22 may 2020-ci il Qanununa əsasən CM-in 68-ci maddəsində dəyişiklik edildiyindən və bu hal məhkumun vəziyyətini yüngülləşdirdiyindən barəsində tətbiq edilməsi, mübahisələndirilən qərarın dəyişdirilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 264cü maddəsi ilə təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzası, CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum et mə cəzasının bir gününə bərabər tutulması və bu cəza ilə hökmlə məhkuma CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın qismən toplanması yolu ilə məhkuma qəti cəza təyin edilməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, lakin Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan mad dədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadığını, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmədiyini, məhkumun təqsirliliyi barədə məhkəmə hökmümün əsasını yolverilməz sübutlar təşkil etdiyini, məhkumun əməlində cinayət tərkibi olmamasına baxmayaraq ittiham hökmü çıxarıldığını vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 27 sentyabr 2018-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icraatına onun əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı maddələr inin (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1, 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələri apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarıldıqda, kassasiya instansiyası məhkəməsinin apellyasi ya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malik olmasını təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum özünü Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 14.11.2017-ci il tarixdə saat 06:30-da idarə etdiyi “Chevrolet Aveo” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən xidməti iş yerinə getmək üçün yaşadığı Bakı şəhəri, ********** rayonu ərazisindəki evdən çıxıb ****** prospekti ilə “*********” metro stansiyası istiqamətində hərəkətdə olan zaman avtomobili saatd a təxminən 60 km surətlə idarə etmişdir. Saat 06:50 radələrində sözügedən prospektin N.******* küçəsi ilə kəsişdiyi yerdə olan körpünün üzəri ilə hərəkətini davam etdirmişdir. Həmin yerdə körpünün üzərində iki istiqamətdə avtomobillərin hərəkəti üçün iki zolaq olmuşdur. Hərəkət istiqamətləri orta hissədən beton köbələrlə bölünmüşdür. Köbələrin hündürlüyü 50-60 sm hündürlüyündə olmuşdur. Öz hərəkət istiqaməti üzrə yolun sol tərəfi ilə, birinci zolaqla hərəkət etmişdir. Sağ tərəfində avtomobilin olub-olmamasını xatırlamır. Hava işıqlandığı üçün yolun hərəkət hissəsinin kənarlarında olan elektrik dirəklərindəki işıqlar sönmüşdür. Lakin hava işıqlansa da, yolu tam aydın görmək mümkün olmamışdır. Hava alatoran olmuş, avtomobili yaxın işıqlarla hərəkət etdirmişdir. Körpünün üzəri ilə hərəkət etd iyi vaxt qəflətən avtomobilinin sol qabaq və yan hissələrindən səs gəlmişdir. Bu səbəbdən təxminən 10-15 metr irəlidə yolun sağ hərəkət zolağına avtomobilini istiqamətləndirib saxlayaraq yerə düşmüşdür. Yerə düşdükdən sonra avtomobilə nəzər yetirdikdə sol yan güzgünün qatlandığını görüb açmışdır. Güzgünün çatladığını, qabaq sol tərəfinə keçib baxdıqda isə qabaq sol qanadın əzildiyini, mühərrik hissəsindən maye axdığını müşahidə etmişdir. Dönüb gəldiyi istiqamətə baxdığı halda heç bir maneə, yəni hər hansı bir əşya, yaxud insan görməmişdir. Buna görə avtomobilini yolun hərəkət hissələrini ikiyə ayıran beton köbəyə vurduğunu fikirləşmişdir. İşə gecikməməsi üçün yenidən avtomobilə oturub hərəkətini davam etdirmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisinə tərəf hərəkət edib “ ******” metrostansiyasının yanından qayıdıb 8-ci mikrorayon ərazisində yerləşən “********” restoranının yanından düz keçib qarşıdan ******* prospektinə doğru yönəlmişdir. Avtomobilin həmin yerdə nə ilə toqquşduğunu müəyyən etmək üçün sözügedən prospektlə hərəkətini davam etdirmişdir. Körpünün həmin yerinə çatıb aşağı surətlə avtomobili hərəkət etdirmişdir. Səs eşitdiyi yerə tərəf baxdıqda şübhəli heç nə görməmişdir. Həmin yerdə hər hansı bir şəxs və ya polis avtomobili olmamışdır. İkinci dəfə hadisə yerinə gedib baxmağı təxminən 10-15 dəqiqə çəkmişdir. Sonra yoluna davam edib xidmət etdiyi hərbi hissəyə getmişdir. Ora çatdıqda artıq saat 07:15 radələri olduğundan bir qədər gecikmişdir. Sonradan xidmət yerində ******* prospekti ilə N.******* küçəsinin kəsişdiyi yerdə olan körpünün üstündə b ir nəfər süpürgəçi qadının naməlum avtomobil tərəfindən vurulmasını eşitdiyindən atasına zəng edib baş vermiş hadisə barədə məlumat vermiş və həmin yerə gedib nə olması ilə maraqlanmasını xahiş etmişdir. Təxminən iki saat sonra atası zəng edib orada bir nəfər süpürgəçi qadının avtomobil tərəfindən vurulmasını bildirmişdir. Lakin ölüb-ölməməsini bilməmişdir. Həmin qadını idarə etdiyi avtomobillə vurmasını anlayıb ******* rayon polis idarəsinə gəlmişdir. X9 hadisə zamanı görməmiş, necə vurmasını bilməmişdir. Bildiyi halda mütləq saxlayıb xəstəxanaya aparardı. 14.11.2017-ci il tarixdə təxminən saat 06:52-də hava ala-toranlıq olduğundan vətəndaş Məlahət Hüseynovanı görməmişdir. Necə vurduğunu bilmir. Lakin bir az qabaqda saxlayıb arxaya baxdıqda heç bir maneə görməmişdir. 14.11.2017-ci il tari xdə saat 07:07-də vətəndaş E7 DİN-nin 102 xidmətinə tanımadığı şəxsin avtomobillə vurulması haqda məlumat verməsini bilməmişdir. Özü heç bir xəsarət almamışdır. İdarə etdiyi “Chevrolet Aveo” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin əsasən sol qabaq və yan detalları zədələnmişdir. İşə gecikdiyi üçün avtomobilinin zədələnməsi, maneəyə çırpılması haqda polis orqanlarına məlumat verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş E7 göstərmişdir ki, o, N nömrəli hərbi hissənin Tərbiyə işləri üzrə bölmə rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edir. 14.11.2017-ci il tarixdə saat 07 radələrində xidmət yerinə çatmaq üçün idarə etdiyi “Hyundai Santafe” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobillə “*********” metrostansiyası tərəfdən “Çermet” adlana n körpü istiqamətində hərəkət edərkən yerüstü piyada keçidinə təxminən 30-40 metr qalmış irəlidə yolun solu ilə hərəkət edən avtomobillərin əyləcə təmas edərək sağa yan alıb hərəkətlərini davam etdirmələrini görmüşdür. Həmin yerə yaxınlaşdıqda yerdə naməlum insanın uzanıqlı vəziyyətdə olmasını müşahidə edib yanından keçib bir az qabaqda maşının qəza işıqlarını yandıraraq saxlamış və hadisə yerinə piyada qayıtmışdır. Həmin yerə çatdıqda orada üzü üstə uzanıqlı olan vətəndaşın qadın xeylağı və süpürgəçi olmasını görmüşdür. Çünki əlində “fəhlə” əlcəkləri, xüsusi sarımtıl-yaşılımtıl üst gödəkcəsi əynində olmuşdur. Həmin şəxsin qarşısına keçərək bu istiqamətdə hərəkət edən avtomobillərə işarə edib sağa yan almalarını nəzərlərinə çatdırmışdır. Dərhal “102” xidmətinə zəng vuraraq baş vermiş had isə, ehtimalla yol nəqliyyat hadisəsi zamanı qadın xeylağının vurulması haqda məlumat vermişdir. Çünki yaxınlıqda boz rəngli avtomobilin qırıqlarının olmasını görmüşdür. Həmçinin bundan sonra zəng etdiyi xidmətdən cavab verən şəxsə hadisə yerini izah etmiş və X13 avtomobilinin göndərilməsini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə ərzində orada olub hava qaranlıq olduğundan həmin şəxsin təsadüfən digər avtomobil tərəfindən vurulmaması üçün işarə vermə hərəkətlərini davam etdirmişdir. Qadının ölübölməməsini bilməmişdir. Sadəcə baş hissəsindən qan axmasını müşahidə etmişdir. Bir müddət keçdikdə hadisə yerindən hərəkət edən, “BMW” markalı **-YP-*** seriyalı nömrəli polis avtomobilinin sürücüsü yaxınlıqda saxlayıb nə baş verdiyini soruşduqda o, yerdə olan qadının zənnincə naməlum avtomobil tərəf indən vurulmasını bildirmişdir. Həmin polis nəfəri maşını yerdə uzanıqlı vətəndaşın qarşısına çəkərək təhlükəsizliyini təmin etmiş və daxili telefonla ona məlum olmayan istiqamətdə məlumat vermişdir. Çıxıb xidmət yerinə getmiş, işə çatdıqda saat 07:30 radələri olmuşdur. X6 nə vaxt, hansı şəraitdə və kimin idarə etdiyi avtomobillə vurulması haqda məlumatı yoxdur. Sadəcə hadisə yerində boz rəngli avtomobilin zərbənin təsirindən sınmış olan hissəciklərinin olmasını görmüşdür. Vətəndaşlıq borcunu göstərdikdən sonra isə xidmət yerinə qayıtdığından hadisə təfərrüatlarını bilməmişdir.Məlahət Hüseynovanın vəfat etməsini də sonra eşitmişdir. Məhkum avtoqəza törətməsini sonradan ona məlum olmuşdur. Hadisə yerində gördüyü qadının Məhkum tərəfindən vurulması, o cümlədən Məlahət Hüseynovanı vurub yolun əks istiqamətinə atmasını bilməmişdir. Əks istiqamətə baxmadığından tormozlama izlərini müşahidə etməmişdir. X8 köbənin kənarında olan sarı zolaqdan yola doğru yerdə ayaqları köbəyə tərəf baş hissəsi isə yola tərəf uzanıqlı vəziyyətdə görmüşdür. 14.11.2017-ci il tarixdə saat 07 radələrində hava qaranlıq olsa da, dumanlı olmamışdır. Təxminən 50-60 metr məsafədən yerdə olan maneəni görmək mümkün olmuşdur. Hadisə zamanı Məhkum hansı surətlə avtomobilini hərəkət etdirməsi haqda məlumatı olmamışdır. Hadisənin şahidləri barədə heç bir məlumatı yoxdur. Təxminən 07:00-da orada olmuşdur.Hadisə yerinə gəldikdə kimisə görməmişdir. Avtomobillər isə dayanmadan hərəkətlərini davam etdirmişlər. İş materiallarında olan 14.11.2017-ci il tarixli raportlardan müəyyən olunur ki, həmin tarixdə saat 07:07-də D axili İşlər Nazirliyinin 102 xidmətindən vətəndaş X7 tanımadığı şəxsin avtomaşın tərəfindən vurulması haqda məlumat verilməsi bildirilmişdir. Saat 07:55-də isə 1 saylı X13 stansiyasından həkim Qasımov piyada Məlahət Hüseynovanın avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsini qeyd etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxemdən, fotoşəkillərdən müəyyən edilir ki, 14.11.2017-ci il tarixdə Bakı şəhəri, ******* rayonu ərazisində ******* prospekti ilə ****** ******* küçəsi ilə kəsişmədə yerləşən körpünün üzərində naməlum avtomobil tərəfindən vurulmuş piyada X1 meyiti aşkar edilərək hadisə yerinə baxış keçirilmiş və orada olan avtomobil hissələri götürülmüşdür. 15.11.2017-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında ” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, “Chevrolet Aveo” markalı “**-EF-***” dövlət qeydiyyat nişanlı avtomobil gümüşü metal rənglidir, avtomobilin qabaq sol qanadı və qabaq kapot örtüyünün sol tərəfi əzilmişdir, sol yan güzgüsünün şüşəsi sınmışdır, avtomobilin qabaq buferinin plastik materialdan olan hissəsi sol tərəfdən sınmışdır, sol qabaq qanadın altdığının plastik materialdan olan qoruyucusu sınmışdır və sınmış həmin hissələr avtomobilin üzərində yoxdurlar, avtomobildə digər zədələr aşkar edilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 21.12.2017-ci il tarixli, 20/1124 saylı məktubundan məlum olur ki, 14.11.2017-ci il tarixdə saat 07:00 müşahidə vaxtında hava tutqun, buludlu, görünüş 20 km olmuş, gün ərzində he ç bir atmosfer hadisəsi qeydə alınmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.12.2017-ci il tarixli, 32637 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, “Chevrolet Aveo” markalı “**-EF-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum piyadanı vurduqdan sonra hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alanlara yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzl uq olmuşdur. Mövcud metodik vəsaitin tələbinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti yalnız ona məxsus tormoz izinin uzunluğuna görə müəyyən edilə bilir, lakin hadisə yerində “Chevrolet Aveo” markalı avtomobilə məxsus tormoz izləri olmadığından həmin avtomobilin hərəkət sürətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.02.2018-ci il tarixli, 3114/3115/3116 saylı rəyinin nəticəvi hissəsindən müəyyən olunur ki, təqdim edilmiş “Chevrolet Aveo” markalı, “**EF-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq sol qanadda, qabaq bamperdə, qabaq sol dirəkdə, qabaq qoruyucu detalda, sol yan güzgüdə və qabaq sol farada) olan zədələr, izlər öz formasına, morfoloji q uruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olmayan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən piyadanın vurması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş boz rəngli plastmas hissə təqdim edilmiş avtomobilin qabaq bamperinin sınmış sol sahəsi, qara rəngli plastmas hissə isə həmin avtomobilin qabaq qoruyucu altdığının qırılmış sahəsinə rahat oturdu və vahid bütövlük təşkil etdilər. Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-təcrübi və tədris birliyinin 14.11.2017-ci il tarixli, 127 saylı rəyindən müəyyən edilir ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – “baş beyin toxumasının əzilib-dağılması, kəllə qapaq sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ ağciyər toxumasının cırılması, sağdan 34-5-6-7-8 qabırğaların və sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, alın-gicgah-təpə nahiyəsinin geniş sahəli hematoması, alının, üzün, alt çənənin, hər iki budun, hər iki baldırın, bel nahiyəsinin, sol daban nahiyəsinin sıyrıqları” həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyların) təsirindən törənmişlər, göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər, dərəcələrinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X4 ölümünə səbəb – almış olduğu ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən təxminən 4-6 saat əvvələ uyğun gəlir. Bunu ilk in meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Həmin şəxsin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Elektron daşıyıcısına baxış keçirilməsi barədə» protokoldan müəyyən edilir ki, DİN-nin Təhlükəsiz şəhər xidmətindən təqdim olunmuş, müşahidə kameraları tərəfindən aparılmış videoçəkilişə dair DVD-R tipli 2 (iki) ədəd diskə baxış keçirilmişdir. “TŞ6-056-1 (1) NTŞ kodeklər” yazıları olan diskə daxil olduqda içərisində “NTS” adlı qovluq, həmçinin “TS6-056.1 – Part 1 (2017-11-14 06-49-59-...” və “TS6-056.1 – Part 2 (201711-14 07-00-38-...” adlı iki ədəd video görüntünün olması aşkar edildi. “NTS” qovluğuna daxil olduqda iki ədəd fotoşəkil və bir ədəd “Excel” proqramlarına aid faylların olması görünür, fotoşəkillər və cədvəldə **--*** dövlət qeydiyyat nişanlı avtomobilin 14.11.2017-ci il tarixdə saat 07:06:43-də Z.Bunyadov prospekti ilə N.******* küçəsinin kəsişməsi yaxınlığında, 14.11.2017-ci il tarixdə saat 07:12:26-da Biləcəri qəsəbəsinə giriş, *********** küçəsində videoqeydiyyat sistemi vasitəsi ilə görünməsi göstərilir. TS6-056.1 - Part 1 (2017-11-14 06-49-59 - 2017-11-14 07-00-38) adlı video görüntüyə baxış keçirildikdə müəyyən edildi ki, video görüntünün müddəti 10 dəqiqə, 38 saniyədir, videokamera dairəvi hərəkət edir və prospekt üzrə baş verənləri müşahidə etmək imkanı verir, lakin hava qaranlıq olduğundan avtomobillərin dövlət qeydiyyat nişanları və daxilində kimlərin olması görünmür. Video görüntüyə əsasən saat 06:50-də “*** ******” istiqamətində olan yolun sol tərəfində köbəyə yaxın olan sarı zolağın daxilində xüsusi geyimdə dolu bədən quruluşlu qadına bənzər şəxs əlindəki süpürgə vasitəsi ilə təmizlik aparır, saat 06:51-də bir az irəlidə eyni istiqamətdə təmizliyi davam etdirir, 06:52:15-də isə son dəfə eyni istiqamətdə görüntüsü var, qeyd olunan müddət ərzində həmin şəxs köbəyə yaxın olan sarı zolaqdan kənara, yəni yola doğru çıxmır, avtomobillərin işıqları üzərinə düşdükcə aydın görünür, bu istiqamətdə hərəkət edən maşınlar isə sərbəst şəkildə yanından ötüb keçirlər. Saat 06:52:54-də sözügedən şəxs təmizlik apardığı yolda görünmür. Orada irəlidə, yerüstü keçidin yaxınlığında bir neçə naməlum marka və nömrəli avtomobilin qəza işıqlarını yandırıb sürətlərini azaltması, dayanma həddinə çatmaları müşahidə edil ir. Əks yolda isə təmizlik aparılan istiqamətdə köbəyə doğru olan sarı zolağa yaxın yerdə tünd rəngli maneə görünür, kiminsə yerə uzanıqlı vəziyyətdə olmasına oxşayır. Bundan sonra, saat 06:53:12, 06:54:13, 06:54:57, 06:55:18, 06:55:55, 06:56:18, 06:56:56, 06:57:17, 06:57:58, 06:58:20-də maneənin, yerdə uzanıqlı şəxsin olduğu hərəkət hissəsində ona tərəf olan zolaqla hərəkət edən avtomobillərin hər bir halda maneədən yan keçmələrini, hər hansı bir avtomobilin yaxınlığında saxlamadığını və ya kiminsə yaxınlaşmadığını müşahidə etmək olur. Saat 06:58:34-də yerüstü keçidə yaxın, yəni köməkçi yoldan əsas yola çıxış hissəsinin qurtaracağında yerdə maneə olan hərəkət hissəsindən irəliləyən qara rəngli avtomobilin qəza işıqlarını yandırıb saxlaması görünür. Saat 07:00:00-da isə həmin yerdə uzanıql ı şəxsin yanında kiminsə olması, göründüyünə görə əl hərəkətləri etməsi müşahidə edilir. Saat 07:00:38-də yuxarıda sözgedən qara rəngli avtomobil yerində eyni vəziyyətdə qalır, bütün görüntü olan müddət ərzində maneənin, yəni yerdə uzanıqlı şəxsin olduğu hərəkət hissəsində hərəkət edən avtomobillərin həmin istiqamətdə olan görüntü müddətində hər bir halda maneədən yan keçmələri müşahidə edildi. TS6-056.1 - Part 2 (2017-11-14 07-00-38 - 2017-11-14 07-09-59) adlı video görüntüyə baxış keçirildikdə müəyyən edildi ki, video görüntünün müddəti 09 dəqiqə, 21 saniyədir, videokamera dairəvi hərəkət edir və prospekt üzrə baş verənləri müşahidə etmək imkanı verir, lakin hava qaranlıq olduğundan avtomobillərin dövlət qeydiyyat nişanları və daxilində kimlərin olması görünmür. Görüntüyə əsasən saat 0 7:01:03-də yerdə uzanıqlı şəxsin olduğu hərəkət hissəsində hərəkət edən avtomobillərin maneədən yan keçmələri, saat 07:01:25-də maneə olan istiqamətdə səki ilə bir nəfər şəxsin irəliləməsi, saat 07:02:03, 07:02:25 və 07:03:23-də yerdə uzanıqlı olan şəxsin yanında digər bir şəxsin olması, saat 07:04:08-dən 07:09:58-dək olan, yəni bu vaxt ərzində həmin istiqamətdə görüntü müddətində sözügedən şəxsin əl hərəkətləri ilə irəliləyən avtomobillərə sağa yan almalarını, yerdə maneənin olmasını işarə etməsi görünür. Saat 07:08:33-də Yol patrul xidməti avtomobilinin yaxınlaşması görünür, 07:09:12-dən 07:09:58-dək olan müddətə isə həmin polis maşının arxaya qadının qarşısına tərəf istiqamətlənməsi, yaxınlığında dayanması, hərbi geyimdə olan şəxsin avtomobilləri sağa doğru yan almalarına işarə etməsi, yerdə uzanıqlı vəziyyətdə olan qadının ayaq hissəsinin köbəyə yaxın zolağın üzərində, baş nahiyəsinin isə yola tərəf olması, həmin hissədə köbənin daha hündür olması, həmçinin əks yolda yerdə süpürgə və avtomobil hissələrinin olması müşahidə edilir. Görüntülərdə hadisənin baş vermə anı izlənilmir. Yerləşdiyi zərfin üzərində “TŞ6-056-2, TŞ6-056-3” yazıları olan diskə daxil olduqda içərisində “TS6-056.2 – Part 1 (2017-11-14 06-49-59-...”, “TS6-056.2 – Part 2 (2017-11-14 07-05-34-...”, “TS6-056.3 – Part 1 (2017-11-14 06-49-59-...”, “TS6-056.3 – Part 2 (2017-11-14 07-08-50-...” adlı dörd ədəd video görüntünün olması aşkar edildi. “TS6-056.2 - Part 1 (2017-11-14 06-49-59 - 2017-11-14 07-05-34)” adlı video görüntüyə baxış keçirildikdə müəyyən edildi ki, video görüntünün müddəti 15 dəqiqə, 35 san iyədir, videokamera yerüstü keçid istiqamətində düzünə görüntü verdiyindən prospekt üzrə baş verənləri müşahidə etmək olur, lakin hava qaranlıq olduğundan avtomobillərin dövlət qeydiyyat nişanları və daxilində kimlərin olması görünmür. Saat 06:52:15-dən saat 06:52:54-dək olan müddət ərzində “*********” metrostansiyası istiqamətində hərəkət edən avtomobillər köbəyə yaxın zolaqdan kənar, yəni orta xəttə yaxın hərəkət edirlər, yalnız bir halda saat 06:52:30-dan etibarən bir avtomobil gəldiyi zolaqdan sağa doğru yan alır, onun arxasınca hərəkət edən avtomobil isə sola doğru, yəni köbəyə yaxın zolağa, sola doğru daha çox istiqamətlənib kameranın altından keçib gedir. Saat 06:58:10-da yerüstü keçidə yaxın, yəni köməkçi yoldan əsas yola çıxış hissəsinin qurtaracağında qara rəngli avtomobilin qəza işıqlarını yandırıb saxlaması, saat 06:58:48-də maşından bir nəfər şəxsin düşməsi, 07:00:37-də hərəkət hissəsinin əksinə yolun kənarı ilə getməsi müşahidə edildi. “TS6-056.2 - Part 2 (2017-11-14 07-05-34 - 2017-11-14 07-09-59)” adlı video görüntüyə baxış keçirildikdə müəyyən edildi ki, video görüntünün müddəti 04 dəqiqə, 25 saniyədir, videokamera yerüstü keçid istiqamətində düzünə görüntü verdiyindən prospekt üzrə baş verənləri müşahidə etmək olur, lakin hava qaranlıq olduğundan avtomobillərin dövlət qeydiyyat nişanları və daxilində kimlərin olması görünmür. “NTS” qovluğuna daxil olduqda iki ədəd fotoşəkil və bir ədəd “Excel” proqramlarına aid fayllarda qeyd olunanları nəzərə alıb müşahidə apardıqda, saat 07:06:41-dən saat 07:06:43-dək olan müddətə sol farası deformasiyaya uğramış “Chevro let Aveo” markalı avtomobilə bənzər bir avtomobilin üzü “*********” metrostansiyası istiqamətində yolun sağ hərəkət hissəsi ilə aşağı surətlə hərəkət edib müşahidə kamerasının altından keçib getməsi görünür. Bundan əlavə iş materiallarında olan 09.02.2018-ci il tarixli “hadisə yerində istintaq eksperimentinin keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş foto cədvəl, DVD diskdən müəyyən olunur ki, hadisənin baş verdiyi yerdə, yəni ******* prospektinin ****** ******* küçəsi ilə kəsişməsində yerləşən körpünün üstündə piyada Məlahət Hüseynovanın yerdə uzanıqlı vəziyyətdə aşkar edildiyi həmin ərazidə onun əvəzinə plastmas maniken (müqəvva-fiqur) eyni qaydada uzadıldı, 14.11.2017-ci il tarixdə Məhkum “Chevrolet Aveo” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi və qəza törətdiyi “*********” metrostansiyasına doğru olan yolda manikenə parallel dayandıqda, o cümlədən irəliyə doğru 10-15 metr irəliləyib geri baxdıqda köbənin hündürlüyündən manikenin görünməməsi müəyyən edildi, bundan sonra iştirakçı N8 həmin manikenin yanında durub ələ hərəkətləri etməsi təklif olundu və hadisə yerindən Məhkum idarə etdiyi avtomobilin eyni markalı və rəngli, iştirakçı H6 məxsus və idarə etdiyi **--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə uzaqlaşıb yenidən həmin istiqamətdə “*********” metrostansiyasına doğru hərəkət edildikdə avtomobilin daxilindən hərəkət zamanı digər hərəkət hissəsində olan həmin manikenin, o cümlədən əl hərəkəti edən şəxsin görünməsi aydın oldu. Bundan sonra vəkil Ə. Hüseynov və təqsirləndirilən şəxs Məhkum təklifi ilə 14.11.2017-ci il tarixdə səhər 07 radələrində olan hava şəraitinə uyğun, yəni ala-toranlıq vaxtda istintaq eksperimentinin davam etdirilməsi təklif olunduğundan isintaq eksperimenti dayandırıldı. 12.02.2017-ci il tarix saat 05:45-də istintaq eksperimentinin keçirilməsi davam etdirildi. Yenidən hadisənin baş verdiyi yerdə, yəni ******* prospektinin ****** ******* küçəsi ilə kəsişməsində yerləşən körpünün üstündə piyada Məlahət Hüseynovanın yerdə uzanıqlı vəziyyətdə aşkar edildiyi həmin ərazidə onun əvəzinə plastmas maniken (müqəvva-fiqur) eyni qaydada uzadıldı, iştirakçı N8 həmin manikenin yanında durub ələ hərəkətləri etməsi təklif olundu və hadisə yerindən Məhkum idarə etdiyi avtomobilin eyni markalı və rəngli, iştirakçı H6 məxsus və idarə etdiyi **--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə uzaqlaşıb yenidən hə min istiqamətdə “*********” metrostansiyasına doğru 60 km/s surətlə hərəkət edildikdə avtomobilin daxilindən hərəkət zamanı maniken görünmədi, lakin əl hərəkəti edən şəxsin açıq– aşkar görünməsi aydın oldu “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi ilə yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “X13” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqa nına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 15 noyabr 2013-cü il tarixli qərarının 15-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «X13» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbind ən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası vurğulayır ki, istər cinayət işinin materiallarındakı sübutların, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü i l tarixli *** №-li Qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum N nömrəli hərbi hissənin aviasiya texniki təminat qrupunun rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, 14 noyabr 2017-ci il tarixdə saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Aveo” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ******* rayonu ərazisində yerləşən ******* prospekti ilə metronun “*********” stansiyası istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələr inə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq həmin tələblərə riayət etməmiş, bununla hadisənin qarşısının alınması üçün texniki imkanının olmasına baxmayaraq, hərəkətini davam etdirərək həmin prospektin ********* ******* küçəsi ilə kəsişməsində yerləşən körpünün üstündə, hərəkət hissəsini iki hissəyə bölən beton köbənin yanında piyada X3 avtomobilin qabaq sol hissəsi ilə vurub köbənin üstündən yolun əks tərəfinin hərəkət hissəsinə ataraq “baş beyin toxumasının əzilib-dağılması, kəllə qapaq sümüklərinin kəllə əsasına keçən çox qəlpəli sınıqları, sağ ağciyər toxumasının cırılması, sağdan 3-4-5-6-7-8 qabırğaların və sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, alın-gicgah-təpə nahiyəsinin geniş sahəli hematoması, alının, üzün, alt çənənin, hər iki budun, hər iki bal dırın, bel nahiyəsinin, sol daban nahiyəsinin sıyrıqları” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlər yetirdiyindən piyada Məlahət Hüseynova hadisə yerində ölmüşdür. Məhkum isə həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra idarə etdiyi avtomobili ilə hadisə yerindən qaçmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstü nlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum oğlunun cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab ed ir ki, Məhkum oğlunun cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə dəlillərini əsassız olduğundan qəbul etmir. Kassatorun vəsatətlərə hüquqi qiymət verilməməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətin təmin edilməməsi həmin iş üzrə çıxarılmış hökm və ya qərarın qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bunlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən, mübahisələndirilən qərar dəyişdirilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 264-cü maddəsi üzrə CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlıqda n məhrum etmə cəzası aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzası ilə əvəz edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, CM-in 263.2-ci maddəsi ilə ona təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.2-ci maddəsinə əsasən əsas və əlavə cəzaların toplanması üzrə CM-in 66.4-cü maddəsinə əsasən ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm iş, Məhkum oğlunun 15 noyabr 2017-ci il tarixdən 16 noyabr 2017-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlıanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun barəsində qərar çıxarılarkən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü bərabər tutulurdu. Lakin 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respubl ikasının 22 may 2020-ci il tarixli Qanununun 1.4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3cü maddəsində dəyişiklik edilmiş və maddədəki “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Qanunun 2.3-cü maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş məs ələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılır. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödə nilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununda edilmiş dəyişiklik Məhkum hüquqi vəziyyətini yüngülləşdirdiyindən barəsində tətbiq edilməlidir. Odur ki, məhkəmə kollegiyası Qanun normasının tələbindən çıxış edərək belə qənaətə gəlir ki, 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 22 may 2020-ci il Qanununa əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzası, CM-in 68.1.3- cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və bu cəza hökmlə məhkuma Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi təyin edilən cəza ilə qismən toplanmaq yolu ilə qəti cəza təyin edilməlidir. Beləliklə, kassasiya kollegiyası cinayət işinin materiallarını və 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 22 may 2020-ci il Qanununun tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməs i, 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 22 may 2020-ci il Qanununun məhkumun vəziyyətini yüngülləşdirdiyindən barəsində tətbiq edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi, qərarla Məhkum Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası, CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və bu cəzanı hökmlə məhkuma Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təyin edilən əlavə cəza ilə və CM-in 263.2-ci maddəsi təyin edilən əsas və əlavə cəza ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Qərarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə islah işləri cəzası, CM-in 68.1.3 və 69.3-cü maddələrinə əsasən 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası bər abər tutulsun və bu cəza, hökmlə Məhkum Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 10 (on) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum oğlunun 15 noyabr 2017-ci il tarixdən 16 noyabr 2017-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlıanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar