Məhkəmə qərarları › İş №1-1(102)-66/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-66/2024

05.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-66/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Məhkum – X1, Müdafiəçi – Müdafiəçi5 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunuş Məhkum1 və X1 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 noyabr 2023-cü il tarixli hğkmündən Məhkum1 müdafiəçisi X3 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakimlər İlqar Quliyev (sədrlik edən), Sevindik Əzizov (məruzəçi) vəVidadi Nəsirovdan ibarət tərkibdə) 1-1(098)-41/2023 saylı, 25 may 2023-cü il tarixli hökmü ilə xx xxxxxxx 1955-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ehtiyatda olan mayor, müharibə veteranı, 2-ci qrup əli l, pensiyaçı, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsinin nazərat bölməsinin məsləhətçisi, sabiq dövlət qulluqçusu, Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən Məhkum1 əməli CM-nin 308.1-ci maddəsindən 01 iyun 2020-ci il tarixədək qüvvədə olan CM-nin 341.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 341.1- ci maddəsi ilə əməlinin cinayət olmasını aradan qaldıran yeni qanunun - 22 may 2020-ci ildə qəbul olunmuş və 01 iyun 2020-ci ildən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından cinayət məsuliyyətindən azad olunmuş, başlanmış cinayət təqibinə x itam verilmiş, CM-nin 312-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 10.000 (on min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinin tələbinə əsasən Məhkum1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 11 (on bir) ay 28 (iyimi səkkiz) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla Məhkum1 təyin edilmiş 10.000 (on min) manat miqdarında təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək onun üzərində qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasının saxlanılması, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «Polisin nəzarəti altına vermə» qətimkan tədbirinə dəyişdirilməsi, onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, haqqında seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlan ılması hökm edilmişdir. xx xxxx 1987-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Cəlilabad rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, tam orta təhsilli, məhkumluğu olmayan, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün sabiq baş çavuşu, ehtiyatda olan gizir, hal hazırda Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 əməli CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrindən CM-nin 32.4,312.2-ci maddəsinə tövsif edilmiş, CM-nin 312.2-ci maddəsinin Qeyd hissəsinə əsasən rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyindən onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının (hakimlər: Muxtarov TeyyubAsif oğlu (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) 1-1(104)-61/2023 saylı, 21 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin «25» may 2023-cü il tarixli, 1(098)41/2023 nömrəli qərarı və hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 309.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, həmin Məcəllənin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, 2 (iki) il müddətinə islah işləri cəzası 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Məhkum1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 ibtidai istintaq və birinci instansiya məhkəməsində icraa t zamanı 27 may 2022ci il tarixdən 25 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanması, Məhkum1 barəsində olan digər cinayət işi üzrə haqqında həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə saxlanılması nəzərə alınmışdır. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməl lərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 noyabr 2023-cü il tarixdən hesablanması, X1 barəsində həbs qətimkan tədbirinin seçilməsi və o, məhkəmə iclas zalında dərhal həbsə alınması, X1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm icraya yönəldilənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmlə digər məsələlərdə həll edilmişdir. İşin halları: Məhkum1 və X2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. G əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-61/2023 saylı, 21 noyabr 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi F.İ.İsgəndərov və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı tərəfindən protesti və kassasaiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi F.İ.İsgəndərov kassasiya şikayətlərində göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1-1(104)-61/2023 saylı hökmüqanunsuz olduğu üçün ləğv edilməlidir. Əvvala qeyd etmək istərdim ki, həm ibtidai istintaq, həmdə apellyasiya məhkəməsi Məhkum1 əməlini Cinayət Məcəlləsinin309.1, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddəl əri olə tşvsif edərkən düzəün nəticəyə gəlməmişdi. Belə ki, ittihama görə Məhkum1 vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin(səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməkləkülli miqdarda maddi neməti rüşvət istəmiş və almış, habelə vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlükəldə etmək məqsədi ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar kənara çıxan hərəkətlər etmişdir. Bununla baglı onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu mad dəsinin dispozisiyasında qeyd edilir ki,vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət tərkibi yaranır. Eyni zamanda vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadəetməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi həmin Məcəllənin 311-ci maddəsinin tərkibini yaradır. Gö ründüyi kimi hər iki cinayətin tərkibi yaranması ücün cinayətin subyekti vəzifəli şəxs olmalıdı. Lakin Məhkum1 dövlət qulluqcusu kimi, Müdafiə Nazirliyinin Hərbi Təhsil və Tədris İdarəsininTədrisin planlaşdırması şöbəsinin tədrisvasitələrinin hazırlanması bölməsinin baş zabiti vəzifəsində, Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin xüsusi təyinatlı infaomatika təhlükəsizliyinşöbasinin kiber əməliyatlar bölməsinin məsləhətçisi vəsifəsində вя Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsininnəzarət bölməsinin məsləhətçisi vəsifəsində xidmətdə olarkən hərbi qulluqçuları prdu sıralarından ehtiyyata buraxılmasının təşkili, çağırışçıların müddətli həqiqi hərbi xidmət kecəcəyi hərbi hissələrin müəyyən edilməsi, zabitlərin müvafiq vəzifələrə təyin olunması onun vəsifə səlahiyətlərinə aid deyildi. Yuxarıda gğstərilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli hökmünün əsassız olduğundan ləğv edilməsini xitam verilməsini xahiş edir. Müdafiəçi5 kassasiya şikayətində göstərmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin hökmü tamamilə qanunsuz və əsassızdır. Gəncə Apelyasiya Məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyətli faktları hərtərəfli, tam, obyektiv araşdırmamış, ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara diqqət etməmiş, istintaq tərəfindən təqdim edilmiş sübutların Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddəsinin tələblərinə uyğun şəkildə əldə edilib- edilməməsini yoxlamamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Aşağıda qeyd edəcəyim xüsusatlardan görünür ki, Gəncə Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin təqsirli olması barədə qəbul etdiyi ittiham hökmünündə sübutlara düzgün hüquqi qiymət verməmiş və təqsirszlik prezumpsiyasını kobud şəkildə pozmuşdur. Həmçinin cinayət işinin materiallanndan göründüyü kimi Məhkum2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən Məhkum1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə yerdəyişmələrlə bağlı verdiyi pullan geri qaytarması ilə bağlı sms mətnlər göndərmiş, həmçinin sms mətnlərindən görünür ki, həqiqətən də Məhkum2 Ordu Sıralarından tərxis olunduqdan sonra Məhkum1 dəfələrlə sms mətnləri yazaraq o na sonuncu dəfə Ordu Sıralarına qəbul olunmaq üçün Məhkum1 verdiyi pulu geri istəmişdir. Hazırda qeyd etdiyimiz faktlar da Elsəvər Niftəliyev tərəfindən Məhkum1 pulları geri qaytarması barədə dəfələrlə sms göndərməsini təsdiq edir. Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən geniş bir əsaslandırma edərək hüquqlarını müdafiə etdiyim şəxsin əməlinin guya AR Cinayət Məcəlləsinin 311 -ci maddəsi ilə tövsif olunmasını bildirmiş, lakin hökmündə Elsəvər Niftəliyevin “Vəzifəli Şəxs” olmasını hansı hallarla əsasladndırmasmı göstərməmişdir. Çünki Cinayət Məcəlləsinin 311 -ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün cinayətin subyektinin vəzifəli şəxs olmasmı qanunvericilik imperativ bir tələb kimi tanımışdır. Bu hissədə aşağıdakıların qeyd edilməsi olduqca zəruridir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)61 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək hüquqlarmı müdafiə etdiyim Məhkum2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrindən həmin Məcəllənin 32.4,312.2-ci maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 312.2-ci maddəsinin Qeyd hissəsinə əsasən rüşvət vermə haqqında müvafiq dövlət orqanma könüllü məlumat verdiyindən Məhkum2 cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edəsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, kassasiya kassasiya şikayətlərinin təmin edilməməsi barədə dö vlət ittihamçının, kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum2 və onun müdafiəçisi İ.A.Abdullayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və ci nayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar apellyasiya məhkəməsi tərəfindən işə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla baxıldığından hökmün ləğv edilməsini və təqsirləndirilən şəxslər barəsində əməllərinin düzgün tövsif olunmasını bildirirlər. Odur ki, kollegiya kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıda kıları qeyd edir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatı nın vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzal andırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiy a məhkəməsi öz hökmündə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,...Qanunun mənasından göründüyü kimi, vəzifəli şəxs həm bilavasitə onun xidməti səlahiyyətlərinə daxil olan hərəkətlərin (hərəkətsizliklərin) icrası ilə əlaqədar rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hər hansı hərəkəti etməsinə görə rüşvət ala bilər, həm də tutduğu vəzifəyə görə xidməti əlaqələrinin (bu zaman şəxsi əlaqələr nəzərə alınmamalıdır) hesabına rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə yerinə yetirə biləcəyi hərəkətlərə (hərəkətsizliklərə) görə rüşvət ala bilər. Həmçinin qeyd etmək lazımdır ki, “nüfuz alveri” cinayəti törədilərkən vəzifəli şəxs həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərir. CM-in 312-1.1-ci maddəsinə əsasən şəxs məhz vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək məqsədilə maddi və sair nemətləri, imtiyaz və ya güzəşti istədikdə və ya aldıqda, yaxud bu barədə təklifi və ya vədi qəbul etdikdə cinayət məsuliyyəti daşıyır. Belə bir məqsədin mövcudluğu isə təqsirkarın qərarı qəbul edəcək vəzifəli şəxslə münasibətlərinin xarakteri, ona təsir imkanının olması və başqa hallar əsasında sübut edilə bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş “həqiqi təsir imkanları” ilə bağlı qeyd etmək lazımdır ki, nüfuz sahibinin müxtəlif konkret vasitələrlə vəzifəli şəxsin qərar qəbul etməsinə təsir göstərə bilməsinin real olması, bunun kənar şəxslərə də məlum olması hallarında “həqiqi təsir imkanları”-ndan söhbət gedə bilər. “Güman edilən təsir imkanları” isə nüfuz sahibinin vəzifəli şəxsin qərar qəbu l etməsinə qanunsuz təsir edə bilməsini öz mülahizəsinə, rəyinə, fikrinə əsasən mümkün hesab etməsidir. Təsir imkanlarının olmasını güman etmənin obyektiv əsasları (nüfuz sahibinin qərar qəbul edəcək vəzifəli şəxslə münasibətləri, cəmiyyətdəki mövqeyi, bundan əvvəl başqa vəzifəli şəxslərə təsir etməsi faktlarının olması və s.) olmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, rüşvət vermə konkret aktiv hərəkətlərin həyata keçirilməsi yolu ilə törədilir. Burada məqsəd vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya hər hansı hərəkətin edilməsindən çəkindirilməsidir. Təqsirkar (rüşvət verən) bu məqsədə rüşvət (maddi və sair nemət, imtiyaz və ya güzəşt) təklif etmə, vəd etmə və ya vermə yolu ilə nail olur. Yuxarıda sadalanan Q anunvericilik normalarının təhlili isə onu göstərir ki, hazırki iş üzrə Məhkum1 əməli CM-in 312-1.1-ci, Məhkum2 əməli isə CM-in 32.4, 312.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir. Belə ki, CM-nin 312-1.1-ci maddəsində xüsusi məqsəd vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdən ibarətdir. Şəxs məhz bu məqsədlə maddi və sair nemətləri imtiyaz və ya güzəşti istədikdə və ya aldıqda CM-nin 312-1.1-ci maddəsi ilə məsuliyyət daşıyır. Lakin cinayət işinin materialları ilə Məhkum1 həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərə bilməsi üçün belə bir mövqeyə malik olması müəyyən edilməmişdir. İşin faktiki halları onu göstərir ki, Məhkum1 şəxsiyyətləri hazırda istintaqa və məhkəməyə məlum olmayan Müdafiə Nazirliyinin yüksək hərbi vəzifəli səlahiyyətli şəxsləri və aralarında tanışlıq münasibətlərinin olduğu Məhkum2 ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə maddi neməti özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə rüşvət istəməyə və almağa dair razılığa gəlmiş, ayrı-ayrı vətəndaşlardan almış olduqları maddi nemətləri isə öz aralarında bölmüşlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçuların vaxtından əvvəl xidmətdən ehtiyata tərxis olunmaları, xidmət yerlərinin dəyişdirilmələri və çağırışçıların müddətli həqiqi hərbi xidmət keçəcəyi hərbi hissələ rin müəyyən edilməsi Müdafiə Nazirliyində bu sahəyə cavabdeh vəzifəli şəxslərinin əmrlərinə əsasən həyata keçirilir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi ittihamda göstərilən şəxslərin ehtiyata tərxis olunmaları, xidmət yerlərinin dəyişdirilmələri və çağırışçıların müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin edilmələri Müdafiə Nazirliyində bu sahəyə cavabdeh vəzifəli şəxslərinin əmrlərinə əsasən qanuni olaraq həyata keçirilmişdir. İstintaq orqanı tərəfindən də irəli sürülmüş ittihamda təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxsiyyətləri hazırda istintaqa məlum olmayan Müdafiə Nazirliyinin bu sahəyə səlahiyyətli olan şəxsləri ilə öz aralarında qurduqları plan əsasında hərəkət etdikləri göstərilmişdir. Hazırki cinayət işinin faktiki halları da onu göstərir ki, şəxslərin ehtiyata tərxis olunmaları, xidmət yerlərinin dəyişdirilmələri və çağırışçıların müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin edilmələri Müdafiə Nazirliyinin həmin sahələrə cavabdeh olan vəzifəli şəxslərinin əmrlərinə əsasən həyata keçirilmiş və buna görə də hazırkı cinayət işinin materiallarından həmin hərbi vəzifəli səlahiyyətli şəxslərin barəsində CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilir ki, Elsəvər Niftəliyev 2014cü ilin yay aylarında Məhkum1lə Bakı şəhərində görüşən zaman sonuncu ona hərbi xidmətə qəbul edilmək, ordudan tərxis edilmək və yaxud xidmət yerini dəyişdirmək istəyən etibarlı hərbi qulluqç ular olarsa, bu barədə ona məlumat verməsini, Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən, ifadəsində adını göstərdiyi şəxsin vasitəsi ilə həmin adamlara köməklik edəcəyini bildirmişdir. Həmçinin qeyd etmək lazımdır ki, cinayət işinin materiallarında olan şahid ifadələrindən də görünür ki, ittihamda göstərilən şəxslərin ehtiyata tərxis olunmaları, xidmət yerlərinin dəyişdirilmələri və çağırışçıların müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissələrə təyin edilmələri məhz hərbi qulluqçulardan pul alınması ilə şərtlənmiş, heç bir vaxt hansısa vəzifəli şəxsə «xahiş etmək» adı altında pul vəsaiti alınmamış, şəxslər arasındakı danışıqlar da bu mövzuda olmamışdır. Elsəvər Niftəliyevin cinayət işinin materiallarında olan ifadələrindən görünür ki, o, Məhkum1lə qabaqcadan əlbir o lub bir qrup şəxs halında eyni xarəkterli cinayət törətmişlər və vətəndaşlardan alınan pul müqabilində yaxın münasibətdə olduğu, Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli şəxsin vasitəsi ilə həmin vətəndaşların istəyini təmin etmişlər. Bir sözlə, Məhkum2 və Məhkum1 vətəndaşların xidmətə qəbul edilmələri, ordudan tərxis olunmaları və yaxud xidmət yerini dəyişdirmələri həmin şəxsin vasitəsi ilə təmin etdiklərini qabaqcadan bilmişlər. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Məhkum2 vətəndaşlardan aldığı pulları, sonuncuların xeyrinə konkret hərərkətlərin edilməsindən ötrü Məhkum1 vermiş və bundan sonra vətəndaşların istəyinin yerinə yetirilməsi təmin edilmişdir. Göründüyü kimi, Məhkum1 və Elsəvər Niftəliyevin əməllləri CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin dis pozisiyasında göstərilən şərtlərə uyğun gəlir. Belə ki, cinayət işinin materialları ilə Məhkum1 ayrı-ayrı vəzifəli şəxslərə həqiqi və ya güman edilən təsir imkanlarının olması müəyyən edilmir. Eyni zamanda Elsəvər Məhkum1 Niftəliyevlə qabaqcadan aralarında olan razılaşmaya əsasən ayrı-ayrı vətəndaşlardan onların xidmət yerlərinin dəyişdirilməsi, müvafiq hərbi hissələri təyin edilmələri, vaxtından əvvəl xidmətə uyğunsuzluqla bağlı ehtiyata tərxis olunmaları müqabilində almış olduğu maddi nemətləri aralarında bölmüş bununla da hər iki şəxs rüşvət alma cinayət əməllərini törətmişdir. Eyni zamanda məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirilməsini zəruri hesab edir ki, hazırki iş üzrə Məhkum1 və Elsəvər Niftəliyevin hərbi qulluqçularının xidmət yerlərinin dəyişdirilməsi, vaxtından əv vəl ehtiyata buraxılması və MHHXHQ-nun xidmət yerlərinin müəyyən edilməsi kimi səlahiyyətlərinin olmaması onların hazırki cinayət əməlində (rüşvət alma) köməkçi qismində iştirak etmələri təəsüratı yarada bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslər rüşvət alma cinayət əməlinin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində iştirak etmiş, yəni bu səlahiyyətə malik olan şəxs (və ya şəxslərlə) birgə icraçılar olmuşlar. Belə olan halda isə onların həmin cinayətin törədilməsində “köməkçi” qismində iştirakı istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarındakı əks olunmuş hüquqi mövqeyinə görə C inayət Məcəlləsinin 33.3-cü maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan cinayət əməllərinin törədilməsində hər iki şəxs birgə icraçı kimi çıxış etdiyindən onların əməlləri cinayətin köməkçisi kimi deyil, birgə icraçı kimi tövsif olunmalıdır......” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində itti hamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən h akimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə mü qayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Hökmün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 212 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və X1 təqsiri bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-61/2023 saylı, 21 noyabr 2023cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar