Məhkəmə qərarları › İş №1-1(102)-68/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-68/2021

14.09.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-68/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsi ilə təqsirləndiri lən Məhkum Sahil oğlunun barəsində cinayət işinin icraatının dayandırılmasına dair Tərtər Hərbi məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarının ləğv olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından Məhkumun müdafiəçisi İsgəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Sarıyev Əhməd Mədət oğlu) Məhkum - 13 iyul 1996-cı il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 05 oktyabr 2018-ci il tarixdə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırı lmış, Bakı Hərbi Məhkəməsinin 14 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müdddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarı ilə cəzası 6 aya endirilmiş, 157 saylı Hərbi hissənin zenit raket artilleriya batareyasının 2-ci zenit artilleriya manqasında doldurucu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Azərbaycan Respublikası CM-nin 328.1-ci maddəsi ilə ittiham olunmuşdur ona görə ki, o rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxs olmaqla yerinə yetirməkdən açıqcasına imtina etməklə hərbi xidmət mənafeyinə mühüm ziyan vurmuşdur. Belə ki, o, 05 oktyabr 2018-ci il tarixdə Səfərbərli k Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb Müdafiə Nazirliyinin Tərtər rayonunun Şarov kəndinfə yerləşən N nömrəli hərbi hissəsinin zenit raket artilleriya batareyasının 2-ci zenit artilleriya tağımının 2-ci zenit artilleriya manqasının doldurucu vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 29 mart 2020-ci il tarixdə saat 19:00-dan 30 mart 2020-ci il tarixdə saat 19:00-dək batareyada gün növbətçisi xidmətinə təyin edilmiş, həmin növbəni düzgün təşkil etmədiyi üçün 30 mart 2020-ci il tarixdə saat 20 radələrində həmin batareyanın 2-ci manqa komandiri, leytenant X6 tərəfindən 31 mart 2020-ci il saat 19:00-dan 01 aprel 2020-ci il tarixdə saat 19:00-dək növbədənkənar gün növbətçisi xidmətinə təyin edilmiş, lakin, o 30 mart 2020-ci il tarixdə saat 19:00-da naryaddan çıxmaqla, 24 saat istirahət etməsinə baxmayaraq, əmri icra etməməsinə əsassız olaraq yorğun olduğunu bəhanə edərək naryada çıxmayacağını bildirmiş, 31 mart 2020-ci il tarixdə saat 13:30 radələrində ona rəis hesab edilən leytenant X6 hərbi hissənin sıra meydanında şəxsi heyyətin qarşısında naryada təyin olunmuş şəxslərə istirahət etmələrini bildirmiş, lakin o, istirahətə ehtiyacı olmadığını, naryada çıxmayacağını bildirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 15-ci maddəsində göstərilən “hərbi qulluqçuya əmr verildikdə o, “oldu” cavabını verərək əmri yerinə yetriməlidir” tələbini pozaraq ona qanunla müəyyən edilmiş qaydada verilmiş əmri yerinə yetirməli olduğu halda naryada çıxmayacağını bildirib əmr i yerinə yetriməkdən açıqcasına imtina edərək, leytenant X6a mənəvi ziyan vurmaqla onun nüfuzunun tabelikdə olan hərbi qulluqçular arasında aşağı düşməsinə və digər hərbi qulluqçu X3 istirahət etməli olduğu halda hərbi xidmətin təşkil olunması və hərbi intizamın pozulması naminə leytenanat X6 tərəfindən məcburiyyət qarşısında onun əvəzinə təyin etdiyi əsgər X3 naryadı qəbul edərək onun xidməti vəzifəsini icra etməsinə səbəb olmuş, nəticədə hərbi qulluqçular arasında olan tabelik münasibətlərinin hərbi nizamnamələrdə müəyyən edilmiş qaydalarına, tabelikdə olan şəxsi heyyətin idarə olunmasına, eləcə də vəzifəli şəxs leytenant X6un nüfuzuna xələl gətirərək, həmçinin gələcəkdə digər tabelikdə olan hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulmasına səbəb olmaqla təkrarlana biləcək qanunsu z hərəkətlərə yol verərək hərbi xidmət mənafelərinə mühüm ziyan vurmuşdur. Cinayət işi 20 iyul 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin 28 iyul 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və məhkəmə iclası 06 avqust 2020-ci il tarixə təyin edilmişdir. 06 avqust 2020-ci il tarixdə cinayət işinə mahiyyəti üzrə məhkəmə baxışı başlanmış, şahidlərin iştirakının təmin edilməsi ilə əlaqədar məhkəmə iclası 03 sentyabr 2020-ci il tarixə, 10 sentyabr 2020-ci il tarixə, 24 sentyabr 2020-ci il tarixə və 09 oktyabr 2020-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasları təxirə salınarkən bütün məhkəmə iclaslarında dövlət ittihamçısı X13 iştirak etmişdir. 09 oktyabr 2020-ci il tarixdə məhkəmə iclası dövlət ittihamçısı və müdafiə tərəfi iştirak etmədən keçirilərək, N nömrəli hərbi hissənin əsgəri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayətişi üzrə təqsirləndirilən şəxs Məhkum Sahil oğlunun xidmət etdiyi hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar onun olduğu yer müəyyən olunmadığından cinayət təqibi üzrə icraat dayandırılmışdır. Dövlət ittihamçısı Azad Orucov tərəfindən 12 noyabr 2020-ci il tarixdə Tərtər hərbi məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya protesti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və qərar icra olunması üçün cinayət işi 25 fevral 2021-ci il tarixdə Tərtər hər bi məhkəməsinə göndərilmişdir. Tərtər hərbi məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir Tərtər Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarından dövlət ittihamçısı Azad Orucov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Quliyev Nuru Nadiq oğlundan ibarət tərkibdə) 26 aprel 2021ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmiş və Tərtər hərbi məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərarını ləğv etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarından Məhkum Sahil oğlunun müdafiəçisi İsgəndərov Fuad İnqilab oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi İsgəndərov Fuad İnqilab oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə icraatın dayandırılmasına səbəb olmuş əsaslar aradan qalxdığından və iş üzrə icraat təzələndiyindən, dövlət ittihamçısının apellyasiya protesti ləğv edilmiş qərarın ləğv edilməsi barədə olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəldiyindən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağı dakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilmə z. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-də təqsirləndirilən şəxsin hərbi xidmətdə olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar cinayət işinin icraatının dayandırılması və ya təxirə salınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 319.1-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəməni n təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə: 319.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; 319.1.2. məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür. Bu qanunun mənasına görə olduğu yer müəyyən olan şəxslərdən biri (o cümlədən təqsirləndirilən şəxs) məhkəmə iclasına gəlmədikdə təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışı təxirə salınır. Lakin hazırkı cinayət işi üzrə vəziyyət qanunda nəzərdə tutulmuş məhkəmə baxışının təxirə salınmasına əsas verən hallardan fərqli olmuşdur. Təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarının qurtar ması vaxtı qabaqcadan bəlli olmamışdır. Ona görə də belə vəziyyətdə cinayət işinin məhkəmə baxışının təxirə salınması üçün əsaslar olmamışdır. Məlum olan fakt odur ki, cinayət işinin icraatının dayandırıldığı tarixdə təqsirləndirilən şəxs Məhkum xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş və Tərtər Hərbi Məhkəməsinin yerləşdiyi Tərtər rayonu düşmənin intensif atəşləri altında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətlərindən asılı olmayaraq yaranmış, ümumi məlum olan belə vəziyyət onun məhkəmə iclasına gəlməsini qeyri-mümkün etmişdir. Belə vəziyyət Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsində göstərilən hala daha uyğundur. Azərbaycan Respublikası CPM-nin 319.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğu na görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər b ir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Təqsirləndirilən şəxs X8 cinayət işinin icraatı dayandırılan zaman xidmət etdiyi hərbi hissənin tərkibində vətəni müdafiə üzrə borcunu yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmiş, onun məhkəmədən gizlənməsi və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulması barədə sübutla və hər hansı məlumat olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı cinayət işinin icraatının dayandırılması barədə qərar ləğv edilmiş və Tərtər hərbi məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin bəzi tələblərinə cavab ver məsə də cinayət işi üzrə icraatın dayandırılması üçün əsaslar olmuşdur. Eyni zamanda artıq həmin qərar ləğv edildiyindən və cinayət işi üzrə icraat təzələndiyindən tərəflərin çəkişmə prinsipinin kobud pozulması baş verməmiş və cinayət işinə mahiyyəti üzrə baxılması üçün tərəflərin mövqeyinə xələl gəlməmişdir. Ona görə də cinayət işinin icraatının dayandırılması barədə qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməməsi işin gələcək məhkəmə baxışına hər hansı əngəl törətmədiyindən kassasiya şikayətinin dəlillərini əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Sahil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar