Məhkəmə qərarları › İş №1-1(103)-5/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(103)-5/2020

25.02.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(103)-5/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini-Azərbaycan Respublikası Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə əzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 1 dekabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 polkovnik rütbəsindən məhrum edilməsi və icra edilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanına göndərilməsi qət edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcı 4 oktyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq etmiş və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etmişdir. Belə ki, o, 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin 1-ci əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsində xidmət edərkən onunla yaxın münasibətləri olan İran İslam Respublikasının vətəndaşı və həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya Nazirliyi (Ettelaat) ilə əməkdaşlıq edən 24.08.1958-ci il təvəllüdlü X3 (X1 Majid) borc pul istəmiş, sonuncu onun başqa şəxslərə olan pul borclarının ödənilməsinə köməklik göstərməsi üçün 20-21 sentyabr 2002-ci il tarixlərində onu həmin dövrdə Azərbaycan Respublikasına 03.08.1969-cu il təvəllüdlü X12 adına olan pasportla səfər etmiş Ettelaat əməkdaşı və şəxsiyyətləri istintaqa məlum olmayan digər Ettelaat əməkdaşları ilə ünvan 1 ünvanında görüşdürərək tanış etmiş, həmin vaxt Ettelaat əməkdaşları ona özlərinin İran xüsusi xidmət orqanının əməkdaşları olduqları barədə məlumat vermiş və ona pul mükafatları müqabilində əməkdaşlıq etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 bu təklifi qəbul etdikdən sonra Ettelaat əməkdaşları tərəfindən ona “Vəhid” təxəllüsü verilməklə onlarla əməkdaşlıq etmənin forma və metodları, yəni görüşmək, əlaqə saxlamaq, məlumatları təqdim etmək və sair qaydalar barədə təlimatlandırılmış və ona ilkin olaraq mükafat kimi 5000 ABŞ dollar məbləğində pul verilmişdir. Məxfi əməkdaşlığa cəlb edildikdən sonra Təqsirləndirilən şəxs1 ertəsi gün Naxçıvan Muxtar Respublikasına qayıtmış və Ettelaat əməkdaşları tərəfindən ona verilmiş tapşırıqların icrası qaydasında bir ədəd yaddaş kartı alaraq xidməti istifadəsində olan kompyuterdən istifadə etməklə məzmunlarına görə dövlət sirri hesab edilən məlumatları, o cümlədən Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarının tam anket məlumatları, əməkdaşların istifadələrində olan mobil telefon nömrələri, avtomobillərin markaları və qeydiyyat nişanları, xüsusi olaraq İran İslam Respublikasının kəşfiyyat pozuculuq fəaliyyətinə qarşı əməliyyat təminatını həyata keçirən müvafiq şöbə və bölmələrdə işləyən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barədə məlumatları, Nazirliyin fəaliyyətinə dair illik hesabatı, Naxçıvan Muxtar Respublikasından İran islam Respublikasına və əks istiqamətdə səfərlər edən agentləri, etibarlı şəxsləri, mənbələri, Sərhəd Dəstəsinin etibarlı şəxsləri barədə məlumatları yaddaş kartına yazaraq bir neçə gündən sonra İbrahim Bağırzadə vasitəsilə Ettelaat əməkdaşlarına vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 X12 adına olan pasportla Azərbaycan Respublikasına səfər etmiş Ettelaat əməkdaşı və həmin xüsusi xidmət orqanının şəxsiyyətləri istintaqa məlum olmayan digər əməkdaşları tərəfindən məxfi müşahidə qaydalarına riayət edilməklə kirayəyə götürülmüş ünvan 2 ünvanında 2003-cü ilin 17-25 iyul tarixlərində görüş keçirərək Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin illik hesabatının onlara verilməsi və əvvəl verilmiş məlumatların yeni məlumatlarla əvəz edilməsi barədə müvafiq tapşırıqlar, o cümlədən 5000 ABŞ dollar məbləğində pul almış və verilən tapşırıqların icrası qaydasında növbəti günlərdə Nazirliyin hesabatlarını yaddaş kartına köçürərək 02.01.2004-10.01.2004-cü il tarixlərində ünvan 4 ünvanında X12 adına olan pasportla Azərbaycan Respublikasına səfər etmiş Ettelaat əməkdaşı ilə görüşüb sonuncuya vermişdir. 20 sentyabr 2003-cü il tarixli əmrlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat idarəsinin 1-ci şöbəsinin 1-ci bölməsinin rəisi vəzifəsinə təyin edildikdən sonra cinayət əməllərini davam etdirərək, 2004-cü ilin avqust ayına qədər həmin bölmənin rəisi, 2004-cü ilin avqust ayından 2007-ci ilin aprel ayına qədər 3-cü bölmənin rəisi, 2007-ci ilin aprel ayından 2009-cu ilin fevral ayına qədər 1-ci şöbənin rəis müavini, 2009-cu ilin fevral ayından 2010-cu ilin iyul ayına qədər 3-cü şöbənin rəis müavini, 2010-cu ilin iyul ayının 20-dən 2015-ci ilin yanvar ayının 12-nə qədər Əks-kəşfiyyat baş idarəsinin Məlumattəhlil şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə 26.04.2004-05.05.2004, 15.08.2004-22.08.2004, 22.10.2004-28.10.2004-cü, 26.08.2005-03.09.2005, 13.12.2005-18.12.2005, 09.08.2006-15.08.2006, 03.01.2007- 07.01.2007, 19.05.2007-23.05.2007, 27.12.2007-02.01.2008, 30.01.2008-05.02.2008, 27.05.2008-01.06.2008, 06.11.2008-12.11.2008, 14.01.2009-21.01.2009, 21.04.2009- 28.04.2009, 29.05.2009-05.06.2009, 08.10.2009-14.10.2009, 31.12.2009-04.01.2010, 15.03.2010-19.03.2010, 18.07.2010-24.07.2010, 18.10.2010-25.10.2010, 10.02.2011- 16.02.2011, 04.05.2011-09.05.2011, 12.08.2011- 19.08.2011, 30.03.2012-06.04.2012, 02.06.2012-06.06.2012, 08.11.2012-13.11.2012, 19.02.2013-26.02.2013, 03.06.2013- 10.06.2013, 13.03.2014-19.03.2014, 11.12.2014- 15.12.2014-cü il tarixlərdə X12, X17, X5, X15, Taromi Najafali və X16 adlarına olan pasportlarla Azərbaycan Respublikasına səfər etmiş eyni Ettelaat əməkdaşı və həmin xüsusi xidmət orqanının digər əməkdaşları ilə Bakı şəhərində, o cümlədən Bakı şəhəri, ünvan 5 ünvanında, habelə 11.08.2007-18.08.2007, 09.09.2014-17.09.2014, 05.06.2015-11.06.2015, 05.10.2017- 15.10.2017, 10.01.2018- 13.01.2018-ci il tarixlərdə Türkiyənin İstanbul, 02.09.2012-12.09.2012, 20.10.2015- 24.10.2015, 08.05.2016-11.05.2016, 17.11.2017-18.11.2017-ci il tarixlərdə isə Gürcüstanın Tbilisi şəhərlərində konfidensial görüşlər keçirərək, həmçinin taksafon, elektron poçt, “Whatsapp” tətbiqi vasitəsilə qabaqcadan razılaşdırılmış şərti ifadələrdən istifadə edib əlaqə saxlamaqla müxtəlif məzmunlu, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat baş idarəsinin 1, 2, 3 və 4-cü idarələrinin icraatında olan işlər üzrə plan tədbirlər, hesabatlar, arayışlar, agentura, filtrasiya və sair materialları əldə etmək, “Whatsapp” “Viber”, “Teleqram” tətbiqlərinə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəzarət edilib-edilməməsini araşdırmaq, Əks-kəşfiyyat baş idarəsinin bəzi əməkdaşları ilə əlaqə yaratmaq və onların özləri, ailə üzvləri, telefon nömrələri, elektron poçt ünvanları, Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında təhsil alan tələbələrin müavinətləri, Əkskəşfiyyat baş idarəsi ilə əlaqələri olan konkret şəxslər, müəyyən əməliyyat topluları və əməliyyat-təhqiqat işlərinin obyektləri, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin telefon məlumat kitabçalarını mütəmadi olaraq əldə etmək, habelə Kəşfiyyat Baş İdarəsinin arxiv materiallarının mərkəzi arxivə göndərilib-göndərilməməsi, hər hansı şəxsin adının İAMAS-ın sərhədkeçməyə nəzarət altsisteminə Arxiv-uçot idarəsi tərəfindən və ya başqa idarə tərəfindən daxil edilib-edilməməsi, Aliasghar Afsharpour adlı şəxsin İAMAS-da nəzarətdə olub-olmaması, Əks-kəşfiyyat baş idarəsinin əməkdaşlarının icraatlarında olan işlər, İsrail və X8 ilə əlaqələr və sair barədə məlumatlar toplaması ilə bağlı tapşırıqlar almış və növbəti görüşlərdə xidməti işi ilə bağlı ona məlum olan, məzmunlarına görə dövlət sirri hesab edilən məlumatları, o cümlədən xidmət etdiyi bölmə, şöbə, idarə və baş idarənin rüblük, yarımillik və illik hesabatları, icraatda olmuş siqnal, filtrasiya, əməliyyat müşahidə, əməliyyat yoxlama, əməliyyat təhqiqat işləri və digər materiallar üzrə tərtib edilmiş məxfi və tam məxfi qrifli arayışlar, əməliyyat və əks-kəşfiyyat işləri üzrə kompleks plan-tədbirlər, qərarlar, sorğular, təhlil sənədləri, agentura fəaliyyətinə dair göstəricilər barədə, habelə konkret agentlərin yoxlanılması, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin məxfi kargüzarlıq, agentura aparatı və etibarlı şəxsləri, əməkdaşların mükafatlandırılması, əməliyyat müəyyənetməsinin keçirilməsi, əməliyyattexniki tədbirlərinin təşkili və keçirilməsi, informasiya-təhlil işlərinin aparılması qaydalarını müəyyən edən məxfi və tam məxfi qrifli sənədləri, Əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsinin əməkdaşları barədə bütün müəyyənedici məlumatlar, onların telefon nömrələri, şəxsiyyətlərini səciyyələndirən hallar, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq illər üzrə telefon-məlumat kitabçalarının vərəqlərinin fotoşəkillərini, o cümlədən milli təhlükəsizlik orqanlarında xidmət etdiyi dövr ərzində özü tərəfindən tərtib olunan, həmçinin təcrübəli işçi kimi baxılıb yoxlanılması üçün digər əməkdaşlar tərəfindən etibar edilərək ona verilmiş və məzmunlarına görə dövlət sirri hesab edilən, məxfi və tam məxfi qrifli sənədləri elektron daşıyıcılara köçürərək Ettelaat əməkdaşına vermiş, verdiyi məlumatların müqabilində müxtəlif məbləğlərdə, o cümlədən 1500-10000 ABŞ dollar və daha artıq məbləğində pul mükafatları almışdır. Təqsirləndirilən şəxs1 əvvəllər verdiyi və gələcəkdə əlavə məlumatların verilməsi müqabilində Ettelaat tərəfindən ona veriləcək pul məbləğini və içərisində müxtəlif məzmunlu tapşırıqların olduğu elektron daşıyıcını əldə etmək məqsədilə 2013-cü ilin oktyabr ayında həyat yoldaşı Təqsirləndirilən şəxs2 Əlibala qızını Ettelaat əməkdaşı ilə görüşməsi üçün Türkiyənin İstanbul şəhərinə göndərmiş, Təqsirləndirilən şəxs2 onun tapşırığına əsasən 25 oktyabr 2013-cü il tarixdə Bakı-İstanbul reysi ilə İstanbul şəhərinə gedərək həmin gün günorta saat 12 radələrində “İstanbul Forum” ticarət mərkəzində həmin vaxt X15 adına olan pasportla Türkiyəyə səfər edən və Ettelaat əməkdaşı olmasını bildiyi şəxslə görüşərək ondan aldığı 13.000 ABŞ dollar məbləğində pulu və kiçik ölçülü elektron hesablayıcı maşının (kalkulyator) içinə yerləşdirilmiş elektron daşıyıcını 26 oktyabr 2013-cü il tarixdə Bakı şəhərinə, öz yaşadığı evə gətirib Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 12 yanvar 2015-ci il tarixli əmrlə yaşa görə təqaüdə buraxıldıqdan sonra da casusluq formasında dövlətə xəyanət cinayət əməllərini davam etdirərək Ettelaat əməkdaşının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının zahiri görünüşlərinin çəkilməsi ilə bağlı olan tapşırığına əsasən 2015-ci ilin sentyabr ayının 12də saat 14 radələrində oğlu Şahid1 idarə etdiyi “Ssang Young” markalı, “az **-VF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşenli küçəsinə gəlib keçmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati ərazisinin yaxınlığında dayanaraq oğlu Şahid1 avtomaşına quraşdırılmış gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan video yazan qurğu vasitəsilə çəkiliş aparmasını tapşırmış və saat 14:39 dəqiqədən 17:05 dəqiqəyə qədər olan müddət ərzində avtomobilin qarşı tərəfində onun özünün qarşısına çıxaraq söhbət etdiyi, o cümlədən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati ərazisindən çıxan əməkdaşlarının videogörüntülərini qeydə alaraq əldə etdiyi məlumatları sonrakı görüşlərində elektron daşıyıcıda Ettelaat əməkdaşına vermişdir. Təqsirləndirilən şəxs1 07.09.2018-09.09.2018-ci il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində Ettelaat əməkdaşı ilə görüşərkən sonuncu tərəfindən ona “Huawei” markalı mobil telefon və həmin telefonda olan “Whatsapp” tətbiqində istifadə etmək üçün Gürcüstan Respublikasının mobil operator şirkətlərinə məxsus +**********98 mobil telefon nömrəsi verilərək bundan sonrakı dövrdə həmin nömrəyə bağlı “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlaması, habelə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin rəis və müavinləri, həmin baş idarənin 1, 2, 3 və 4cü idarələrinin o cümlədən İran xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı əməliyyat təminatını həyata keçirən idarənin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Təhlil və proqnozlaşdırma idarəsi tərəfindən Əks-kəşfiyyat baş idarəsinə göndərilən arayışların məzmunu, hazırda Xarici Kəşfiyyat Xidmətində işləyən və təqaüdə çıxmış əməkdaşlar, Azərbaycan Respublikasının xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən dövlətlərlə əlaqələrin son vəziyyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən şəxslər, xüsusilə onların istintaq zamanı verdiyi ifadələr, hansı xüsusatları etiraf etmələri, “İMO” və “Whatsapp” tətbiqləri vasitəsilə aparılan danışıqlara qulaq asılmasının mümkünlüyü, Dövlət Təhlükəsizliyi Xidmətində poliqrafdan istifadə olunubolunmaması, DTX-in 301 nömrəli otağının təyinatı və ********** mobil telefon nömrəsinin istifadəçisi barədə məlumatlar toplanılması tapşırılmış, həmin tapşırıqların icrası ilə əlaqədar o, Gürcüstandan Azərbaycana qayıtdıqdan sonrakı günlər ərzində əvvəllər onunla eyni idarədə xidmət etmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsinin sabiq əməkdaşı Şahid2 ilə Bakı şəhərində birlikdə çay içib söhbətləşmək adı ilə görüşərək, keçmiş iş yoldaşı kimi aralarında olan səmimi və məişət xarakterli münasibətlərindən istifadə edib, əsl niyyət və məqsədini bildirmədən, mobil telefonunun səsyazma funksiyasından istifadə etməklə aralarında aparılan danışıqları gizli qaydada qeydə almaqla, sonuncudan ümumi söhbət əsnasında tapşırıqda göstərilən xüsusatlarla bağlı mümkün məlumatları, yəni Əkskəşfiyyat baş idarəsinin rəhbər heyyəti, 1-ci idarənin əməkdaşları, 301 nömrəli otağın təyinatı ********** mobil telefon nömrəsinin istifadəçisi barədə müəyyənedici məlumatları və tapşırıqda göstərilən digər məsələlərlə bağlı mümkün olan məlumatları Ettelaat əməkdaşlarına vermək məqsədilə toplayaraq casusluq etmişdir. Təqsirləndirilən şəxs2 alət və vasitələr vermək və ya maneələri aradan qaldırmaqla həyat yoldaşı Təqsirləndirilən şəxs1 tərəfindən dövlətə xəyanət cinayətinin törədilməsinə yardım etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat baş idarəsinin Məlumat-təhlil şöbəsinin rəisi vəzifəsində xidmət edən, Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq İran İslam Respublikasının xüsusi xidmət orqanı (Ettelaat) ilə əməkdaşlıq etməklə casusluq edərək və dövlət sirrini xarici dövlətə verərək dövlətə xəyanət etmiş həyat yoldaşı Təqsirləndirilən şəxs1 tapşırığına əsasən, sonuncunun casusluq və dövlət sirrini vermə əməllərinə görə ona veriləcək pul məbləğini və içərisində tapşırıqların olduğu elektron daşıyıcını qəbul etməkdən ötrü xidməti işinə görə həmin vaxt xarici ölkəyə getmək imkanının olmaması ilə əlaqədar bu maneəni aradan qaldırmaq üçün 25 oktyabr 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 əvəzinə Türkiyənin İstanbul şəhərinə gedərək saat 12 radələrində “İstanbul Forum” ticarət mərkəzində həmin vaxt X15 adına olan pasportla Türkiyəyə səfər edən və İran İslam Respublikasının İnformasiya Nazirliyinin (Ettelaat) əməkdaşı olduğunu bildiyi şəxslə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs1 tərəfindən bundan əvvəlki dövr ərzində dövlətə xəyanət formasında Ettelaat əməkdaşlarına verdiyi və bundan sonra veriləcək məlumatların müqabilində 13000 (on üç min) ABŞ dollar məbləğində pulu və cinayətin törədilməsi üçün vasitə hesab edilən yaddaşında müxtəlif məzmunlu tapşırıqların qeyd edildiyi və elektron hesablayıcı maşının (kalkulyator) içərisinə yerləşdirilən kiçik ölçülü yaddaş kartını görüşdüyü şəxsdən alaraq 26 oktyabr 2013-cü il tarixdə saat 03:40 radələrində İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə qayıtmış və yaşadığı ünvan 6 ünvanına gələrək saat 05 radələrində Ettelaat əməkdaşından aldığı həmin 13000 ABŞ dollar məbləğində pulu və elektron hesablayıcı maşının içərisinə yerləşdirilmiş cinayətin törədilməsi üçün vasitə hesab edilən yaddaş kartını Təqsirləndirilən şəxs1 verməklə sonuncunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq casusluq və dövlət sirrini xarici dövlətə vermə formasında dövlətə xəyanət cinayətinin törədilməsinə yardım etmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini-Azərbaycan Respublikası Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nm törətdikləri cinayət əməlləri məhkəmə baxışı zamanı araşdırılmış və tədqiq edilmiş sübutlarla təsdiq olunduğundan əməllərinin tövsifi və təqsirlilik məsələsi, habelə Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza mübahisə doğurmur. Lakin, məhkəmə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərinə zidd olaraq Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halları düzgün nəzərə almamış, törətdiyi cinayətlərin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, əsassız olaraq 19 il müddətə azadlıqdan məhrum etmə кmsı təyin etmişdir. Məhkəmə cəza təyin edərkən hökmün təsviri-əsaslandırıcı hissəsində cəzanı ağırlaşdıran halları, yəni Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin ağır nəticələrə səbəb olmasını, cinayətin tamah məqsədilə, qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə edilməklə törədilməsini nəzərə almasını qeyd etsə də, onun Azərbaycan Respublikasının suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vurduğu əməllərin nəticəsini düzgün qiymətləndirməyərək məhkum Təqsirləndirilən şəxs1 yüngül cəza təyin etmişdir ki, bu da törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1-1(093)-228/2019 saylı hökmünün dəyişdirilməsini və ona cinayət qanununun təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin olunması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə şahid, daha sonra şübhəli və təqsirləndirilən şəxs qsimində ifadələri alman Təqsirləndirilən şəxs1 bütün ifadələrində səmimi olmuş, tərəfindən yol verilmiş qanunazidd əməlləri tam etiraf etmiş, baş vermiş xüsusilə ağır cinayətin qısa müddət ərzində açılmasına kömək etmişdir. birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 ilə bağlı hər hansı yüngülləşdirici hal müəyyən edə bilməmiş, baxmayaraq ki, yüngülləşdirici hesab oluna biləcək halları və sənədləri hökmdə qeyd etmişdir. Təqsirləndirilən şəxsin səmimi ifadələr verməsi Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində yüngülləşdirici hal kimi nəzərdə tutulmasa da, istinad olunan Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsin səmimi ifadələr vermə halını cəzasını yüngülləşdiriən hal hesab edə bilər. Təqsirləndirilən şəxs1 səmimi peçimançılıq keçirməsi onun artıq islah yoluna qədəm qoymasına dəlalət edən hal olmasına baxmayaraq birinci instansiya məhkməsi bunu cəza təyini zamanı nəzərə almamışdır. Təqsirləndirilən şəxs1 səhətini xarakterizə edən kifayət qədər sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş və hazırkı apellyasiya şikayətinə də əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı səhətindəki ciddi problemləri nəzərə almamışdır. Hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək onun Azərbaycan Respublikası CM-nin 32.5, 274-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1-1(093)-228/2019 saylı hökmünün dəyişdirilməsini və ona daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən əməlində ağırlaşdıran halların olmamasını, qadın olmağını, ilk dəfə cinayətə cəlb olunmaqla müsbət xarakterizə olunmağını, xərçəng xəstəliyindən əziyyət çəkməsini və 2ci qrup əlil övladının olmasını nəzərə almamışdır. Ona təyin edilmiş cəza ilə razı deyil. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə əlavə verərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 32.5, 274-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1-1(093)-228/2019 saylı hökmünün dəyişdirilməsini və ona cinayət qanununun təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 təyin edilən cəza törədilmiş əməlin ağırlığına və təqsirin dərəcəsinə mütənasib deyil, həddən artıq ağırdır və ona cəza təyin edilərkən bir sıra yüngülləşdirici hallar nəzərə alınmayıb. Bakı istintaq təcridxanasında saxlandığı vaxt Təqsirləndirilən şəxs2 səhhətində ciddi problemlərin olması səbəbindən o, Penitensiar Xidməti müalicə müəssisəsinə köçürülmüşdür və orada klinik, insrtumental, laborator müayinələrdən keçmişdir, Milli Onkologiya Mərkəzinin həkim mammoloqunun, həkim endokrinoloqun, dermatoloqun yoxlamalarından keçmiş və ona müxtəlif diaqnozlar qoyulmuşdur. Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyyinatlı Mənzil Kommunal Təsərrüfatlar Birliyinin 144 saylı MKİS tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 barəsində heç vaxt yazılı və şifahi şikayət daxil olmayıb, yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs2 iki oğul anasıdır, ailəsi əri Təqsirləndirilən şəxs1 və oğulları Şahid1 və X4 ibarətdir. Əri Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin həmin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum olunub, hal hazırda prokuror tərəfindən hökmdən protest verilərək ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. Oğlu Şahid1 həmçinin hazırki cinayət işi ilə bağlı olan digər cinayət işində azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunub və hal hazırda Penitensiar Xidmatin 13 saylı cəzaçəkmə müəssəsində saxlanılır. Şahid1 işləməyən həyat yoldaşı və körpə uşağı isə başsız qalıblar. Digər oğlu Sənan İsmayılzadə isə səhhətində ciddi problemlər üzündən əlildir, o anadangəlmə psixi pozuntudan əziyyət çəkir və bu vəziyyətdə tək qalıb Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, iş üzrə tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Azərbaycan Respublikası Baş Prokurorunun müavini-Azərbaycan Respublikası Hərbi prokuroru, ədliyyə generalleytenantı Xanlar Vəliyev tərəfindən verilmiş apellyasiya protest təmin edilməli və Bakı Hərbi Məhəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətlərin faktiki hallarına uyğun nəticəyə gəlmiş və qeyd edilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə düzgün tövsif edərək, onları həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməli Təqsirləndirilən şəxs1 etirafı, şahidlərin ifadələri, eksperiza rəyləri, eləcə də işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 274-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı AR CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində, şəxsiyyətinə və törətdikləri əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin təyin etdiyi cəza əsaslı deyil və apellyasiya protesti təmin edilməklə hökm bu hissədə dəyişdirilməlidir. Belə ki, cinayət işinin materialarından göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrin tələbləri baxımından məhkəmə kollegiyası bu hissədə apellyasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən cəza təyin etmənin ümumi prinsiplərinə uyğun deyildir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən cəzanı ağırlaşdıran halları, yəni Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin ağır nəticələrə səbəb olmasını, cinayətin tamah məqsədilə, qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə edilməklə törədilməsini nəzərə almasını qeyd etsə də, onun Azərbaycan Respublikasının suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vurduğu əməllərin nəticəsini düzgün qiymətləndirməyərək məhkum Təqsirləndirilən şəxs1 yüngül cəza təyin etmişdir. Bununla da təyin edilmiş cəza törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 274-cü maddəsinə əsasən Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin yüngüllüyünə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edir və Azərbaycan Respublikası Baş Prokurorunun müavini-Azərbaycan Respublikası Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən verilmiş apellyasiya protestini təmin edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1, və 398.1.4-cü maddələrinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 274-cü maddəsi ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs1 həbsxanaya, Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsinlər. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar