Məhkəmə qərarları › İş №1-1(104)-14/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-14/2023

14.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-14/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X13 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bərdə rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 34N.N-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «18» oktyabr NN-ci il tarixli, 1(098)-N7/NN nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin (hakim Sevindik Əzizov) «18» oktyabr NN-ci il tarixli, 1(098)-N7/NN nömrəli hökmü ilə xx xxxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli qeydiyyatda olan, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə» və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmuş, 09 oktyabr N1-ci il tarixdə xəstəliyə görə ordu sıralarından ehtiyata buraxılmış, barəsində 18 sentyabr N1ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 34N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarətin yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, məhkumun müdafiəçisi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, məhkuma bəraət verilməsini xahiş etmişdir. APELLYASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN MƏHKƏMƏ KOLLEGİYASİNİN İCLASİNDA MÖVQEYİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini, həmin əməllərin ağır nəticəyə səbəb olmasını düzgün nəzərə almamış, məhkumun şəxsiyyətinə və cinayətin xarakterinə açıq-aydın uyğun gəlməyən və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmə hökmünün dəyişdirilməsi üçün əsasdır. Belə ki, CM-nin 70-ci maddəsinin tələbinə əsasən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Şərti məhkumetmə təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşdirilməsinə xüsusi diqqət yetirməli, əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən olunarkən cinayətin törədildiyi bütün halları nəzərə almalıdır. Göstərilən bu xüsusatlar məhkəmənin Təqsirləndirilən şəxs barəsində olan hökmündə öz əksini tapmamış, yəni məhkəmə tərəfindən cəza təyin edilərkən məhkumun faktiki olaraq hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun hərbi xidmət qaydalarına qəsd etməklə ağır nəticəyə səbəb olan cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərindən birinin ondan şikayət və tələblərinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, hadisə nəticəsində özünün də ağır dərəcəli yanıq xəsarətləri almasını və bununla əlaqədar olaraq ehtiyata buraxılmasını, həmçinin həmin yanıq xəsarətləri ilə əlaqədar 3-cü qrup əlil olmasını, daimi ağrı sindromu keçirməsini, ağır işlərdə işləyə bilməməsini, yüngül işlərdə işləyib ailəsinin maddi ehtiyaclarına kömək etmək istəməsini, N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmasını və hərbi xidmət yeri üzrə müsbət xarakterizə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun törətmiş olduğu cinayət əməlinin mahiyyətinə, xarakterinə həmin əməlin ağır nəticələrə səbəb olmasına tənqidi yanaşmamış, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin məhkəmənin əsaslandığı bu mövqe cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Belə ki, məhkəmə tərəfindən cəzanı yüngüləşdirən bu kimi halların qanun çərçivəsində nəzərə alınaraq təqsirkar şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi deyil, onun şəxsiyyətinə və törədilmiş əmələ adekvat cəza, yəni təqsirləndirildiyi maddədə nəzərdə tutulan cəzanın aşağı həddinə uyğun real cəza təyin etməsi daha, ədalətli, məntiqli və əsaslı hesab edilə bilərdi və bununla da məhkəmə «sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi barədə» cəzanın məqsədini müəyyən edən CM-nin 41.N-ci maddəsinin tələbinə riayət etmiş olardı. CM-nin 7N-ci maddəsinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, səmimi peşimançılıq ilk dəfə böyükictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, vurulmuş zərərin başqa yolla aradan qaldırılması formasında təzahür edə bilər ki, bu kimi hallar da məhkumun hərəkətlərində müşahidə olunmamışdır. Həmçinin məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edlilməsi cəzanı yüngülləşdirən hal kimi sayıla bilməz. Çünki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk dəfə və ya sonrakı dəfələr) cəlb edilməsi onun müsbət ictimai xarakterizə üçün əsas ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını da düzgün olmayaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması barədə yanlış qərar qəbul etmişdir. Əvvəla qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs bir neçə zərərçəkmiş şəxslə barışmasını, həmin şəxslərin ondan şikayət və tələbinin olmamasını hökmdə qeyd etsə də, lakin mərhum əsgər X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış anası XN və mərhum əsgər X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış atası Zərərçəkmiş şəxs4 övladlarının ölümündə birbaşa Təqsirləndirilən şəxs günahlandıraraq ondan şikayətçi olmalarını və ona real cəza təyin edilməsini tələb etmələrini cəza təyin edərkən nəzərə almamışdır. Bundan başqa məhkumun zərərçəkmiş şəxslə razılıq (barışıq) əldə etməsi məhkumun cinayət törətdikdən sonrakı pozitiv davranışını əks etdirir. Lakin cinayət işinin materiallarından göründüyü kimi bu kimi hallar məhkumun hərəkətlərində müşahidə olunmamışdır.Yalnız məhkəmə baxışının sonunda bəzi zərərçəkmiş şəxs cəza təyini ilə bağlı öz subyektiv fikrini bildirərək, təqsirləndirilən şəxsi bağışladığını bildirmişdir ki, bu da onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmənin məhkumun gəncliyini də şərti məhkum etmə üçün mümkün sayması əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə məhkumun müsbət xarakterizə olunmasını da düzgün olmayaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin konkret halda bu kimi nəticə cinayət qanunvericiliyinin tələblərinə və işin hallarına uyğun deyil. Belə ki, şəxsin subyektiv mülahizələrə əsaslanıraq müsbət cəhətdən xarakterizə edilməsi özü-özlüyündə artıq cinayət əməli törətmiş məhkumun şəxsiyətini xarakterizə edən, onun şəxsiyyətini müsbət səciyyələndirən və bu baxımdan onun cinayət məsulliyyətini yüngüllədirən hal kimi qiymətləndirilə bilməz. Hərbi qulluqçunun hərbi xidmət üzrə vəzifələrini qüsursuz və müvafiq nizamnamələrin tələblərinə uyğun olaraq yerinə yetirməsi, konkret şəraitdə nizamnamə, həmçinin ictimai davranış və qanunların tələblərinə riayət etməsi və bunların onun obyektiv davranış və hərəkətlərində müsbət cəhətdən öz təsdiqini tapması məhkumun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə əsas ola bilərdi. Təqsirləndirilən şəxs törətmiş olduğu CM-in 34N.N-ci maddəsində nəzərdə tutulmuş əməlin ictimai-təhlükəiliyi ilə bağlı əhəmiyyətini hökmdə azaltmağa çalışan məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək gedən döyüşlərdə iştirak etməsini və bu xidmətlərə görə medallarla təltif olunasını xüsusi qeyd edərək Vətən qarşısında onunla eyni dərəcədə xidmətləri olan, yəni, Vətən müharibəsində əvvəldən axıradak iştirak edən iki əsgərin həyatdan məhrum olmasına səbəb olan əməlinə haqq qazandıraraq, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Lakin bu cür əməli törətmiş şəxsə CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur. İttiham tərəfi olaraq cəza təyini ilə bağlı fikir bildirərkən bu hallar bizim də tərəfimizdən nəzarə alınmışdır. Lakin, məhkəmə tərəfindən də bu halların qanun çərçivəsində nəzərə alınaraq təqsirkarın şəxsiyyətinə və törədilmiş əmələ adekvat cəza, yəni ona təqsirləndirildiyi maddədə nəzərdə tutulan cəzanın aşağı həddinə uyğun cəza təyin etməsi daha, ədalətli, məntiqli və əsaslı hesab edilə bilərdi. Təqsirləndirilən şəxs törətmiş oldugu cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində hərbi idarəçilik orqanlarının normal fəaliyyətinə hərbi xidmətin mənafeyinə, yaxud hərbi qulluqçuların və digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə əhəmiyyətli zərər vurulması ilə yanaşı onların həyat və sağlamlığına da əhəmiyyətli zərər vurulur və ya qəsd edilir. Ona görə də Təqsirləndirilən şəxs törətmiş oldugu inayət əməli ictimai təhlükəlilik baxımından obyektiv qiymətləndirilməli və cəza təyin ediərkən nəzərə alınmalı idi. Beləliklə, məhkəmənin şərti məhkumetmə ilə əlaqədar mövqeyini əsaslandırdığı hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas hesab edilə bilməz. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş geniş və ətraflı şəkildə araşdırılmış, bütün nüanslar və vəsatətlər təmin edilərək tam tədqiq edilmiş olsa da, əmələ qiymət verilməsi hissəsində tamamilə yalnış tövsif edilməklə şəxsə cəza verilmiş və ədalətsiz qərar qəbul edilmişdir. İstintaq tərəfindən verilən ittiham və məhkəmə hökmü ilə gəlinən nəticəyə görə hadisəyə səbəb bütünlüklə Təqsirləndirilən şəxs öz vəzifə borcuna vicdansızcasına yanaşması və bunun əsasında ittiham üzrə qeyd olunan şəxslərin öldüyü və zərər çəkdiyi nəticəsinə varılmışdır. Halbuki bu tamamilə yalnışdır. Birincisi, kunqda olan və məhkəmə iclasında dindirilən şəxslərin verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs digər əsgərlər üzərində nəzarətçi olsa da, əslində onlarla çox yaxın münasibəti olmuşdur. Bu halı bütün zərərçəkmişlərin ondan şikayətçi olmamaları tam təsdiq edir. Digər tərəfdən hadisədə ölən əsgərlər Musayev Səhman və İsmayılov Əliyə qarşı münasibəti də bunun açıq formada göstərir. Belə ki, hər iki əsgər hadisə baş verən zaman ayıq növbə olmalı olsalar da, çox yorulduqlarından Təqsirləndirilən şəxs yaxınlaşaraq onların yatmalarına icazə verilməsini istəmişlər. Piriyev isə onlara icazə vermiş və onların yerinə nəzarəti özünün edəcəyini bildirmişdir. İstintaq isə bu əməli öz vəzifə borcuna vicdansızcasına yanaşma saymışdır. Halbuki, həmin vaxt istəsəydi onları məcburi ayıq növbə saxlayardı. Lakin əsgərlərin narahat olduğunu görüb onların vəzifəsini özü icra etməyi öhdəsinə götürmüşdür. Bir sözlə, döyüşdə bir yerdə olduğu əsgərlərin vəziyyətlərini nəzərə alıb qanunla icazə verilməyən, lakin insani və vicdani baxımdan onlara güzəşt etmişdir. İttihamda və hökmdə sobanın altında olan qumun dəyişdirilmədiyi göstərilsə də, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN tərəfimdən qumla bağlı ünvanlanan suallara onların cavabı dəqiq olmuş və qumun hər gün dəyişdirildiyi qeyd olunmuşdur. Həmçinin hadisəyə səbəb qumun quru və ya yaş olması olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, digər günlərdən fərqli olaraq həmin gecə hava çox soyuq olmuş və sobanın dərəcəsi artıq olmuşdur. Şahid Ramazanov Sərxan məhkəmədə ifadə verən zaman qumun əslində hər gün dəyişdirilib-dəyişdirilməməsinin bir önəmi olmadığını, istilik çox olduqda həmin gün dəyişdirilmiş qumun da tam islana biləcəyini məhkəməyə bildirmişdir. Buradan da görünür ki, hadisəyə səbəb qumla bağlı olmamışdır. Həmin gün hava çox soyuq və soba çox isti olduğundan qum əvvəlki günlərdəkindən tez islanmış və kiçik ölçülü yanğın baş vermişdir. Təqsirləndirilən şəxs çarpayıda uzanıb telefonla oynayan zaman soba alışmış və kiçik ölçülü yanğın baş vermişdir. Məhkəmədə dindirilən şəxslərin verdiyi ifadələrdən yekdillə görünür ki, yanğın olan kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 başqa hamı dərhal ayağa qalxmış və yanğını söndürməyə çalışmışlar. Lakin Zərərçəkmiş şəxs1 yarıyuxulu halda ayağa qalxan kimi ətrafdakı heç kimə fikir vermədən odeyalı götürüb sobanın üstünə atmış və sobanı qapıdan çölə atmaq istərkən soba əlini yandırmış və qapının ağzında soba əlindən üzü kunqa tərəf aşmış və alov (yanan neft) içəri doğru dağılmışdır. Zərərçəkmiş şəxs1 isə özünü qapıdan çölə atdığı üçün əlindən başqa heç bir yerdən xəsarət almamışdır. Digər şəxslər isə ölmüş və ağır dərəcəli bədən xəsarəti almışlar. Bu yerdə hadisəni hissə-hissə bölüb dəqiq təhlil etmək və bundan sonra doğru tövsifə çatmaq mümkün idi. Lakin məhkəmə bu məsələlərə diqqət yetirməmişdir. Təqsirləndirilən şəxs hadisədə özünü təqsirli bilmişdir. Lakin bu təqsirlilik digər cinayət işləri üzrə olan təqsirlilikdən biraz fərqlidir. Çünki Təqsirləndirilən şəxs məhkəmə iclasının tam əvvəlindən sonunadək alovun çox kiçik olduğunu, sadəcə sobanı və az bir yeri əhatə etdiyini bildirmiş və söndürməyə çalışdıqlarını qeyd etmişdir. Yəni, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, düzdür, mən bəzi qanunvericilik aktları ilə mənə həvalə edilmiş vəzifələri pozsam da, digər şəxslərin ölümünə səbəb mənim həmin qanunsuzluqlarım olmayıbdır. Çünki mən və ayıq olan digər şəxslər həmin alovu söndürürdük. Əgər, Zərərçəkmiş şəxs1 sobanı qapıdan çölə atmağa çalışmasaydı, biz alovu söndürərdik. Ən pis halda otaqdan qaça bilərdik. Lakin Zərərçəkmiş şəxs1 sobanı qapının ağzında əlindən düşürməsi və bunun nəticəsində qapı tərəfdən çölə qaçmağın və alovun söndürülməsinin artıq mümkün olmaması hadisənin böyüməsinə və daha ağır nəticələrə səbəb olmuşdur. Bu halları tam dəstəkləyən şahid ifadələri mövcuddur. Belə ki, hadisədən zərərçəkmiş və həyatda olan şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN və hətta sobanı çölə atmaq istəyən Zərərçəkmiş şəxs1 özü də tərəfimdən verilmiş “əgər soba çölə atılmaya çalışılmasaydı alovu söndürmək mümkün idi mi?” sualına yekdilliklə bəli cavabını vermişlər. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs4 isə soba içəri aşandan sonra yuxudan ayıldığı üçün həmin suala cavab olaraq heç kimi həmin vaxt tüstüdən görmədiyini bildirmişdir. Bu da realdır. Çünki soba içəri aşandan sonra kimsə bir birini görməmiş, hər kəs öz canının dərdinə düşmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxs də daxil olmaqla dörd nəfər sobanın söndürülməsinin mümkün olduğunu və əgər Zərərçəkmiş şəxs1 sobanı atmağa çalışmasaydı sobanı söndürəcəklərini bildirmişdir. Müdafiə tərəfindən Zərərçəkmiş şəxs1 ünvanlanmış “siz çarpayıdan qalxarkən nə gördüz və nə hərəkət etdiz sualına” cavab olaraq bildirmişdir ki, “mən yuxudan durduqda Təqsirləndirilən şəxs və digər şəxsləri ayıq formada alovu söndürməyə çalışarkən gördüm və peçi götürüm atmağa çalışdım” cavabını vermişdir. Ardından tərəfimdən verilən “Niyə birbaşa sobanı atmağa qərar verdiz sualına” isə “həmin vaxt ağlıma heç nə gəlmədi, sadəcə sobanı atmağı fikirləşdim” cavabı verilmişdir. Hətta davamında hakim tərəfindən verilmiş “sobanı deyil, niyə sobanın yanan neft qabını götürüb atmadın” sualına da “həmin an ağlıma gəlmədi” cavabını vermişdir. Açıq formada görünür ki, sobanı çölə atmağa çalışan şəxs yuxudan duran zaman sobanın söndürülməyə çalışıldığını görmüşdür. Bu isə onu tam isbat edir ki, “Soba söndürülə bilərdi”, və hətta “söndürüləcəkdi”. Çünki söndürülməsi mümkün olmayan alovu söndürməyə cəhd etməzlər. Bunu hadisənin gedişindən tam formada görmək olur. Belə ki, ilk yanğın başlayan zaman ayıq olan şəxslər yanğını söndürməyə cəhd etsələr də, artıq Zərərçəkmiş şəxs1 sobanı əlindən düşürən zamandan sonra bütün zərərçəkmişlərin ifadələrinə baxsaq heç kim alovu söndürməyə cəhd etməmişdir. Çünki alovun söndürülməsi Zərərçəkmiş şəxs1 sobanı əlindən düşürən zamandan sonra qeyri mümkün olmuş və hər kəs öz canının dərdinə düşmüşdür. Yuxarıda göstərilən zərərçəkmiş şəxslərin verdiyi ifadələrinin xülasəsindən də, görürük ki, birinci epizod üzrə kiçik ölçülü yanğını söndürmək üçün hər kəs çalışdığı halda, ikinci epizodda artıq hər kəs öz canının hayına düşmüşdür. Yəni, müqayisə təhlildən şübhəsiz surətdə aşkar olur ki, əgər soba atılmasaydı ilk epizodda alov söndürüləcəkdi. Məhkəmə şəxslərin qaçış imkanını da nəzərə almamışdır. Belə ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrindən aşkar surətdə görünür ki, əgər soba yerindən tərpədilməsəydi və yanğını söndürmək də mümkün olmasaydı yenə də, heç kim ölməyəcəkdi. Çünki soba kunqun ortasında olmuş və yanğın kiçik çaplı başlamışdır. Sobanın sağından və solundan rahatlıqla keçərək qapıdan çıxmaq mümkün olmuşdur. Müdafiəçi tərəfindən təqsirləndirilən və zərərçəkmiş şəxslərə ünvanlanmış “Alovun yandığını gördükdən sonra niyə dərhal çölə qaçmadınız” sualına cavab olaraq bildirilmişdir ki, “içəridə silahlar olduğundan və alovu söndürmək mümkün olduğundan bunu etmədik”. Aşkar surətdə görünür ki, kiçik ölçülü yanğın baş verən zaman ayağa qalxıb yanğını söndürməyə çalışan şəxslərin hamısı istəsəydilər heç yanğını söndürməz və dərhal otaqdan qaçıb gedərdilər. Lakin heç kimi bunu etməmişdir. Çünki yuxarıdakı cavablardan da göründüyü kimi buna ehtiyac olmamış, alovu söndürmək mümkün olmuşdur. Hətta, Zərərçəkmiş şəxs1 ünvanladığım “Sobanı götürməsəydin nə olardı” sualına “indi düşünürəm ki, daha çox adam çıxa bilərdi, lakin həmin vaxt sobanı çölə ata biləcəyimi düşündüm” cavabını vermişdi. Yuxarıdakı sualları və verilən cavabları xülasə edəndə aydın olur ki, sobanı heç kim götürməsəydi, ya alov tam söndürüləcəkdi, və ya alov silahları və kunqu yandırsa da, heç kim ölməyəcəkdi, ya da ən pis halda alovun nəticəsi hazırda baş verən nəticələrdən çox-çox aşağı ölçülərdə olacaqdı. Çünki Zərərçəkmiş şəxs1 əlindən sobanı tam olaraq qapının ağzında yerə düşürmüş və özündən başqa qapıdan heç kim çıxa bilməmişdir. Yəni, yeganə qaçış imkanı olan qapını tam od bürümüş və digər şəxslər içəridə qalmışlar. Məhkəmə qeyd edilən məqamlara diqqətsizlik nəticəsində doğru olmayan tövsif və hökm qəbul edilmişdir. Belə ki, hadisə əslində N epizoda ayrılmalı olsa da, məhkəmə tərəfindən 1 epizod kimi qiymətləndirilmiş və Zərərçəkmiş şəxs1 sobanı atmağa çalışması və bunu da edə bilməməsindən yaranan bütün ağır nəticələr birbaşa Təqsirləndirilən şəxs əməliymiş kimi qiymətləndirilmişdir. Yəni, məhkəmə hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 niyyəti kömək etməyə çalışmaq olmuş, lakin bunu bacarmamışdır. Amma məhkəmə nəzərə almamışdır ki, əslində Zərərçəkmiş şəxs1 kömək etməyə çalışarkən yanğını daha da ağırlaşdırmış və daha ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Bunu bir misalla izah etməyə çalışaq: Hesab etsək ki, hadisə eyni axımda davam edir, lakin bu dəfə ətrafda su və benzin bidonları var və hər kəs su bidonu ilə söndürməyə çalışanda bir nəfər yalnışlıqla benzin tökür və eyni nəticə baş verir. O zaman əməlin tövsifi necə olacaqdı? Bu dəfə də, deyə biləcəkdik mi, o da kömək etməyə çalışırdı, lakin bilmədən oldu. Əlbəttə ki, yox. Əgər belə dəyərləndirsək, o zaman kömək etmək adı ilə hadisələri ağırlaşdıran hər kəsin əməlinin nəticələrini hadisəni yüngül formada etmiş adamın üzərinə yıxmış olarıq. Bir sözlə, hadisəni törədən şəxsin əməli hadisənin normal axımı ilə getsə, çox aşağı cəza alacaqkən, ona köməklik etmək istəyən və bunun üçün doğru üsul seçməyən şəxsin hadisəni törədən şəxsə köməklik etmək istəməsi, lakin bunu edə bilməməsi səbəbindən hadisəni ağırlaşdırması və bu ağırlaşdırmanın nəticələrini hadisəni törətmiş şəxsin əməli kimi qiymətləndirmək və düzgün olmayan üsulla köməklik nəticəsində meydana çıxan ağır nəticələri də hadisəni törətmiş şəxsin əməliymiş kimi tövsif etmək ədalətsizlik olacaqdır. Digər tərəfdən burada səbəbli əlaqə də mövcud deyildir. Çünki baş vermiş və söndürülməsi mümkün olan, ən pis halda söndürülməsi mümkün olmayan lakin qapıdan qaçmaq imkanı olan hadisə, digər şəxsin (Zərərçəkmiş şəxs1) müdaxiləsi ilə həm söndürülməsi , həm də qapıdan qaçış imkanı mümkün olmayan hadisəyə çevrilirsə, necə ola bilər ki, biz bu hadisəni tam bir hadisə kimi dəyərləndirib bütün günahı Təqsirləndirilən şəxs üzərinə qoyaq. Bu çox ədalətsiz və insafsız mövqe olardı. Bütün bunlara görə də, Təqsirləndirilən şəxs hadisə baş verdiyi gündən özünü sadəcə birinci epizod üzrə təqsirli bilmiş, buna görə çox peşman olmuşdur. Məhkəmədə də, kaş ki, əsgərlərə mərhəmət etməyəydim və onlara yatmağa icazə verməyəydim demişdir. Lakin ikinci epizod üzrə özünü təqsirli bilməmiş və səbəbini alovun söndürülməsi və otaqdan qaçış imkanları ilə izah etmişdir ki, bunu digər zərərçəkmişlər də eynilə təsdiq edirlər. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi məsələsinə gəldikdə isə deyə bilərik ki, şəxsin özünü təqsirli bilməsi hələ qanunvericiliyə uyğun olaraq həmin əməli törətməsinə dəlalət etmir. Ola bilər ki, şəxs hüquqi savadsızlıqdan və ya vicdan əzabından özünü təqsirli bilə bilsin. Lakin məhkəmənin vəzifəsi ilkin olaraq cinayət tərkibinin olub-olmamasını və şəxsin həmin ittiham üzrə təqsirinin olub-olmamasını yoxlamaqdır. Bu hal şəxsin özünü təqsirli bilib-bilməməsi ilə əlaqədar deyildir. Hər bir halda məhkəmənin vəzifəsi əməlin cinayət olması, şəxsin subyekt olması, törədilmiş əmələ şəxsin aidiyyatı və s. halları araşdırmaq və doğru tövsif etməkdir. Hesab edir ki, baş vermiş hadisə üzrə ümumiyyətlə Təqsirləndirilən şəxs təqsirli deyildir. Bütün bunların xülasəsi olaraq müdafiə tərəfi qeyd edir ki, məhkəmə hadisənin başvermə mexanizmini, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs tərəfindən verilən ifadələri düzgün dəyərləndirməmiş, düzgün tədqiq etməmiş və yalnış nəticəyə gəlmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs hadisənin birinci hissəsində qanuna uyğun olmayan qərar qəbul etsə də, bu qərar Zərərçəkmiş şəxs1 sobanı əlindən düşürməsi anına kimi heç bir mühüm zərər verməmiş və zərərçəkmiş şəxslərin ölməsinə və ya xəsarətlər almasının da səbəbli əlaqəsi olmamışdır. Ona görə də, müdafiə tərəfinin mövqeyi bundan ibarətdir ki, Təqsirləndirilən şəxs CM-nin 34N.N-ci maddəsi üzrə verilən ittihama CPM 39.1.N-ci maddəsi tətbiq edilməklə bəraət verilməlidir. Zərərçəkmiş şəxs1 isə kömək etmək istəsə də, etdiyi kömək baş vermiş hadisəni daha da ağırlaşdırmış və ola biləcək hadisədən daha ağır nəticələrə səbəb olmuşdur. Lakin onun da niyyəti köməklik etmək olduğundan onun əməlinin CM-nin 38-ci maddəsi üzrə son zərurət vəziyyətini aşmaqla cinayət olması və ya bədbəxt hadisə olması məsələsinin həlli məhkəmənin mülahizəsindədir. Zərərçəkmiş şəxs1 əməlinin bədbəxt hadisə kimi qiymətləndirilməsi daha ədalətli olardı. Çünki hadisə vaxtı bir yerdə düşmənə qarşı döyüşmüş şəxslər və bir biri üçün canından keçməyə hazır olan şəxslərin təqsirləndirilən şəxs də daxil olmaqla heç biri digərinə qarşı mənfi niyyətdə olmamış, hər kəs öz əsgər yoldaşının rahatlığını təmin etməyə çalışmışdır. Lakin təsadüflər silsiləsi nəticəsində heç kimin istəmədiyi hadisə meydana çıxmışdır. Hadisənin əvvəlindən sonuna kimi olan mexanizmə baxdıqda görürük ki, başından sonuna qədər hər kəs bir birinə köməklik etmək istəmiş, lakin nəticəsi gözlənilən kimi olmamışdır. Çox təəssüflər olsun ki, məhkəmə göstərilən xüsuslardan heç birini nəzərə almamış, tövsif səhvinə yol vermiş və Təqsirləndirilən şəxs haqqında başlanmış cinayət işinə bəraət verməli olduğu halda ədalətsiz olaraq ona cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə etdi, apellyasiya protestində göstərilən məzmunda çıxış etdi, məhkəmə tərəfindən cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, cinayətin törədilmə şəraitinin, cinayətin nəticələrinin və cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilməməsini göstərdi, bu səbəbdən də CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, məhkumun əməlinin hüquqi tövsifinin qanuni və əsaslı olduğunu bu səbəbdən şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin apellyasiya protestinə etiraz etdiyini bildirdi, protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin göstərdi ki, dövlətimizin həyata keçirdiyi siyasətdə ondan ibarətdir ki, cəza təyin edilərkən mümkün qədər azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi bir təcrübəyə çevrilməsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, etdiyi qanunsuzluqlara görə əməlindən peşman olduğunu, heç vaxt belə hadisələrin baş verməsini arzu etmədiyini, hadisələrin gedişatının sonda bu nəticəyə gətirib çıxardığını göstərdi. O, həmçinin qeyd etdi ki, baş vermiş hadisəyə və hadisə nəticəsində xidmət yoldaşlarının həyatlarını itirmələrinə görə vicdan əzabı çəkir və çox peşmandır. Zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin birinin hüquqi varisi ilə barışıq əldə etsə də, bugün də özünü bağışlamır. Həmin gün əsgərləri təyin edilmiş vaxtlarda xidmətə göndərsə, bəlkə də onlar indi həyatda olardı. Həmin hadisə nəticəsində özü ağır yanıq xəsarətləri almış və bununla əlaqədar olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hadisə nəticəsində aldığı yanıq xəsarətləri ilə əlaqədar daimi ağrı sindromu keçirir, ağır işlərdə işləyə bilmir və yüngül işlərdə işləyib ailəsinin maddi ehtiyaclarına kömək etmək istəyir. Hadisə nəticəsində aldığı həmin yanıq xəsarətləri ilə əlaqədar ona 3-cü qrup əlillik verilmişdir. N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə» və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Ailəli olmaqla himayəsində bir azyaşlı övladı vardır. Məhkum eyni zamanda apellyasiya protestinə etiraz etdi, qeyd etdiklərinin nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini və hökmün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.N-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Müdafiə tərəfi apellyasiya şikayətində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayət tərkibinin olmamasını iddia edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39 və 4N-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – təqsirləndirilən şəxsin etiafedici ifadələri, ibtidai istintaq və birinci instansiya məhkəməsində dindirilmiş çoxsaylı şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq materialları, habelə sair iş materialları ilə tamamilə təkzib edilir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi hadisənin əvvəlcə kiçik miqyaslı olmasına istinad etmiş, sonradan Zərərçəkmiş şəxs1 baş vermiş hadisəyə müdaxiləsinin yekun nəticədə ciddi və ağır nəticələrə səbəb olmasını göstərmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə CM-in 34N-ci maddəsinin təhlil olunmasını zəruri hesab edir. CM-in 34N.1-ci maddəsinə görə rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda əməl CMin 34N.N-ci maddəsi ilə cinayət məsuliyyətə səbəb olur. Təqsirləndirilən şəxs CM-in 34N.N-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, onun, rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Hazırki cinayət işinin materiallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, dindirilmiş məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi hazırki cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Belə ki, qulluğa səhlənkar yanaşma rəisin və ya hərbi vəzifəli şəxsin öz üzərinə düşən hərbi xidmət vəzifələrini diqqətsizlik nəticəsində yerinə yetirməməsindən, yaxud həmin vəzifələri natamam şəkildə yerinə yetirməsindən ibarətdir. Qulluğa səhlənkar yanaşma zamanı rəis və ya hərbi vəzifəli şəxs öz xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləyir. Bu, rəisin və ya hərbi vəzifəli şəxsin səlahiyyət dairəsinə daxil olan hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməməsində, yaxud qeyriqənaətbəxş şəkildə yerinə yetirilməsində təzahür edir. Rəisin və ya hərbi vəzifəli şəxsin səlahiyyət dairəsinə daxil olan hərbi xidmət üzrə vəzifələri yerinə yetirməməsi onda ifadə olunur ki, o, öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirmir. Həmçinin bu hal onun öz vəzifələrinə formal yanaşması, lazımi diqqət və səy göstərməməsi halında da mövcud ola bilər. Qulluğa səhlənkar yanaşma cinayət əməli qiymətləndirilərkən təqsirkar şəxs tərəfindən məhz hansı hərbi vəzifələrin yerinə yetirilməməsinin və ya qeyri-qənaətbəxş şəkildə yerinə yetirilməsinin və həmin vəzifələrin onun səlahiyyət dairəsinə daxil olub-olmamasının müəyyən edilməsi zəruridir. Hazırki cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs qarovul rəisi kimi xidmətdə olmuş, batareya komandirinin müvafiq əmri əsasında atəş mövqeyinə döyüş (patrul) növbətçiliyinin həyata keçirilməsinə təyin olunmuş patrullar üzərində rəis təyin olunaraq mövqe başçısı, habelə qarovul rəisi kimi xidməti vəzifələrini icra etmiş, döyüş növbətçiliyinin düzgün aparılmasına, vaxtlı-vaxtında dəyişdirilməsinə, sobaçılar üzərində nəzarəti həyata keçirməyə və döyüş mövqeyində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına cavabdeh şəxs olduğu halda, rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək N7 fevral N1-ci il saat 03 radələrindən saat 07 radələrinədək əsgərlər Səhman Musayev, Əli İsmayılov, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1lə, eləcə də istirahətdə olan əsgərlər X4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə sığınacaqda quraşdırılmış çarpayılarda yatmış və bu müddət ərzində onun tərəfindən Azərbaycan Respublikası Qarnizon və Qarovul Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozularaq, atəş mövqeyində fasiləsiz döyüş növbətçiliyinin, eləcə də ayıq xidmətin aparılması və vaxtlı-vaxtında dəyişdirilməsi təmin edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin müddət ərzində yanğın təhlükəsizlik qaydalarına cavabdeh şəxs olmuş, o, rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək, atəş mövqeyində yanğın söndürmə qrupunun fəaliyyət göstərmədiyini, yangından mühafizə planının və yanğın söndürmə vasitələrinin olmadığını nəzərə almayıb yatdıqları dəmir kunqun içərisində N0-ci ilin dekabr ayından quraşdırılmış və maye yanacaqla alışdırılan yanğın təhlükəli sobanın istifadə olunmasına icazə vemiş, N7 fevral N1-ci il tarixdə saat 03:00-dan 07:00-a kimi olan müddət ərzində ayıq növbədə olan əsgərlərin yanan sobaya nəzarət etmələrini, o cümlədən təhlükəsizlik qaydası kimi həmin sobanın ətrafında olan tez alışan materialların alışmaması məqsədi ilə altına tökülmüş qumun mütəmadi olaraq dəyişdirilməsini təşkil etməyərək özü də alışan sobanı və əsgərləri nəzarətsiz qoymuşdur. Bundan sonra ona istinad olunan cinayət əməli baş vermişdir. Yuxarıda qeyd olunan hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini nə ittiham, nə də müdafiə tərəfi mübahisələndirmir. Məhkəmə kollegiyası da hesab edir ki, cinayət işinin materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs qeyd olunan hərəkət və hərəkətsizliyi etməsi təsdiq olunur və sübuta yetirilir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda sadalanan hərəkət və hərəkətsizliklərə yol verilməsi, yekun nəticədə hazırki hadisənin baş verməsinə gətirib çıxarmışdır. CM-in 34N-ci maddəsində nəzərdə tutulmuş cinayət ehtiyatsızlıqdan törədilmiş əməldir. Müdafiəçinin apellyasiya şikayətində sadaladığı hallar da məhz həmin əməlin və onun nəticələrinin ehtiyatsızlıqdan törənməsini bir daha təsdiq edir. Baş verən nəticələrlə bağlı Təqsirləndirilən şəxs həmin nəticələri arzu etməmiş, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş yekun olaraq onun hərəkət və hərəkətsizliyi hazırki nəticələrin baş verməsinə gətirib çıxarmışdır. Bundan başqa məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 baş vermiş hadisəyə müdaxiləsi ilə əlaqədar qeyd edir ki, həmin müdaxilə olmasa belə artıq kunqda yanğın baş vermişdir. Müdafiəçi Zərərçəkmiş şəxs1 müdaxilə etməyəcəyi halda yanğının söndürülə biləcəyini göstərsə də, bunu heç bir formada sübuta yetirmək, eləcə də təsdiq etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına cavabdeh şəxs olsa da həmin qaydaları ilk növbədə özü pozmuş, həmçinin qaydaların digər şəxslər tərəfindən pozulmasına şərait yaratmış, rəis kimi öz xidməti borcuna vicdansız və laqeyd münasibət bəsləmişdir. Bunun da nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin apellyasiya şikayətinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində müdafiəçi məhkuma qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini, maddi sübutları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs tərəfindən CM-in 34N.N-ci maddəsinin dispozisiyasında əks olunmuş əməllərin törədilməsi tam təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan CM-in müvafiq maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibinin olmamasına dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, ibtidai istintaqda və işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin tövsifi və təqsirlilik məsələsi mübahisə doğurmur, lakin məhkuma təyin olunmuş cəzanın şərti hesab edilməsinin düzgün olmadığı qeyd olunmuş, CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi xahiş edilmişdir. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, qanunverici şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsini cinayət törətmiş şəxsin statusu ilə deyil, cəzanın məqsədlərinin təmin edilməməsi ilə əlaqələndirir və şəxsə onun statusuna görə daha yüngül cəzanın təyin edilməsinin mümkünsüzlüyü halında onun barəsində başqa cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi üçün imkan yaradır. Burada əsas odur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən hər hansı cinayəthüquqi xarakterli tədbir cəzanın məqsədlərinə nail olmağa xidmət etsin. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 11N.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq N3 iyul N004cü il və 17 mart N011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-nin 59.N-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini zamanı məhkum barəsində olan bütün yüngülləşdirici hallar, cinayət törədildikdən sonrakı davranışı, təyin olunmuş cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri səviyyəsi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 03 sentyabr N1-ci il tarixli 19364 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçirilmiş və həm dinc dövrdə, həm də müharidə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İş materiallarında olan Komissiyon məhkəmə tibbi ekspertizasının 10 sentyabr N1-ci il tarixli, K/N38 nömrəli ekspert rəyindən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tərtib edilmiş 19364 nömrəli xəstəlik haqqında şəhadətnamənin nəticəsinə, N6 iyul N1-ci il tarixli müayinə vərəqində olan məlumatlara və N019-cu il tarixdə aparılan dispanser müayinənin nəticəsinə əsasən Təqsirləndirilən şəxs hadisə baş verməzdən əvvəl “hərbi xidmətə yararlı” olmuşdur. Hal-hazırda həm dinc dövrdə, həm də müharidə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İş materiallarında olan xx.xx.NN-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əlillik və ya sağlamlıq imkanlarının məhdud müddəti xx.xx.N6-cı il tarixədək hesablanmaqla ona üçüncü dərəcəli əlillik verilmişdir. Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər. Əlillik səbəbi: Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə almışdır. Həmçinin Təqsirləndirilən şəxs «nəqliyyat vasitəsində olmayan və qeyri-yol bədbəxt hadisəsi nəticəsində zərərçəkmiş şəxs, xx.xx.N1-ci il tarixdə soba peçinin partlaması nəticəsində gicgah nahiyəsinin, qulaq seyvanının, üzün, boyunun, döş qəfəsinin ön son yarısının, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki biləyin, əlin və barmaqların yanığından və autodermoplasita əməliyyatından sonrakı geniş həcmli kobud dartıcı-atrofik, hipertrofik çapıqları, çapıq nahiyələrində trofikanın və hissiyatın pozulması, hər iki əlin barmaqların arxa səthində çapıqların residivləşən yaraları. Sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki biləyin, əlin və barmaqların termiki yanığından və autodermoplasita əməliyyatından sonrakı geniş həcimli kobud dartıcı-atrofik, hipertrofik çapıqları. Boyunun termiki yanığından sonrakı vəziyyəti. Daimi ağrı sindromu» diaqnozu qoyulmuşdur. İş materiallarında olan pul vəsaitlərinin depozitə qoyulması haqqında 19 sentyabr N1-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl nəticəsində dövlətə vurmuş olduğu maddi ziyanın ödənilməsi məqsədilə, istintaq orqanına təqdim etdiyi 8354 (səkkiz min üç yüz əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin mühasibatlığına təhvil verilərək Təqsirləndirilən şəxs hesabına depozitə qoyulmuşdur. İş materiallarında olan N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İV seriyalı 6449N6 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N1-ci il təvəllüdlü X10 adlı azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-5335 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Ağdamın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-18N17 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 Əfrail oğlnun və zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs5 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərindən birinin ondan şikayət və tələblərinin olmamasını, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, hadisə nəticəsində özünün də ağır dərəcəli yanıq xəsarətləri almasını və bununla əlaqədar olaraq ehtiyata buraxılmasını, həmçinin həmin yanıq xəsarətləri ilə əlaqədar 3-cü qrup əlil olmasını, daimi ağrı sindromu keçirməsini, ağır işlərdə işləyə bilməməsini, yüngül işlərdə işləyib ailəsinin maddi ehtiyaclarına kömək etmək istəməsini, N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini, həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmasını və hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin onun əməlinin ictimai təhlükəliliyinin azalmasını göstərən halların olmasını və onun artıq islah yolunda olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Araşdırılmış sübutlara əsasən və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətmiş, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmuş, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanı könüllü olaraq tam ödəmiş, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə razılıq əldə edərək barışmış, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərindən birinin ondan şikayət və tələbləri yoxdur, ailəli olmaqla himayəsində bir azyaşlı övladı var, hadisə nəticəsində özü də ağır dərəcəli yanıq xəsarətləri almış və bununla əlaqədar olaraq ehtiyata buraxılmış, həmin yanıq xəsarətləri ilə əlaqədar 3cü qrup əlil olmuş, daimi ağrı sindromu keçirir, N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunmuş və hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bu halların məcmusu, iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, törətdiyi cinayət əməlindən sonrakı dövrdə heç bir qanun pozuntusuna yol verməməsi, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə təsir edən hallar kimi qiymətləndirilməsinə imkan verir, digər tərəfdən isə bütün təsvir olunan hallar məhkum olunmuş şəxsin cinayət törətməyə meylli şəxs olmamasına və onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsinə, habelə onun gələcəkdə də yenidən cinayət törətməsi ehtimalının olmamasına dəlalət edir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, N58 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının N-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs 4 illik xidməti dövründə hər hansı qanun pozuntusuna yol verməmiş, cinayət və cinayət xarakterli digər əməl törətməmişdir. Hazırki cinayət işi üzrə onun törətmiş olduğu əməldən isə görünür ki, bu əməl hadisələrin təsadüfi axarı zəminində və ehtiyatsızlıqdan törədilmişdir. Yəni, bu hal onun cinayət törətməyə meyilli olan şəxs olmadığını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətdiyini bir daha göstərir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallardan, qanunvericiliyin tələblərindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrindən çıxış edərək məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ədalətli və qanuni sayır. Məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olması, cinayət nəticəsində hərbi hissəyə dəymiş ziyanı könüllü olaraq tam ödəməsi, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə razılıq əldə edərək barışması, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərindən birinin ondan şikayət və tələblərinin olmaması, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olması, hadisə nəticəsində özünün də ağır dərəcəli yanıq xəsarətləri alması və bununla əlaqədar olaraq ehtiyata buraxılması, həmin yanıq xəsarətləri ilə əlaqədar 3-cü qrup əlil olması, daimi ağrı sindromu keçirməsi, N7 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xocavəndin azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif olunması və hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunması şəxsi belə davranış nümayiş etdirməyərək törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır və bu halların cəza təyini zamanı cinayətin və cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar qismində nəzərə alınması və bunlara əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzanın şərti hesab edilməsi qanunvericiliyin pozuntusu kimi şərh oluna bilməz. Yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-in 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrinə görə məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; N.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi nəticəsinə gəlmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və ədalətli hesab edir. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək cəzanın şərti hesab olunmasının mümkün olduğunu əsaslandırmışdır. CM-in 70.1 və 70.N-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının N5-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Həmin qərarın N-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab etməsi CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət (CM, maddə 7) və ədalət (CM, maddə 8) prinsiplərinə cavab verməyən qərarlar kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışları ilə islah yolunda olmasını nümayiş və sübut etməsini, eləcə də, yuxarıda qeyd edilən onun cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi üçün heç bir əsas tapa bilmir. Apellyasiya protestinin dəlillərinə münasibət bildirərkən məhkəmə kollegiyası bir məsələyə də diqqət çəkməyi zəruri hesab edir. Düzdür, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilmiş və o, ağır nəticələrə səbəb olmuşdur. Bu əməl birmənalı qəbul edilə bilməz. Lakin bütün hallarda cinayət törətmiş şəxsin məhz həbs edilməsi, azadlıqdan məhrumetmə yerinə göndərilməsi də problemin həlli yolu deyil. Cinayət törətmiş şəxsi bağışlamaqla, ona qarşı humanist münasibət göstərməklə də şəxsin islah olunması mümkündür. Yəni sərt, ən ağır cəzaların təyin edilməsi həmişə öz islah təsirini göstərmir. Qeyd edilən halların hər birini ayrı-ayrılıqda araşdıraraq və təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi qanuni və əsaslıdır. Bu səbəblərdən kollegiya apellyasiya protesti ilə razılaşmır və hesab edir ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı şərti hesab edərkən qanuni və əsaslı qərar çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) NN saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral N017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X1N Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin və şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi, məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi, eləcə də məhkuma bəraət verilməsi üçün qanunverilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Tərtər Hərbi Məhkəməsinin «18» oktyabr NN-ci il tarixli, 1(098)-N7/NN nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 41N-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti və şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34N.N-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin «18» oktyabr NN-ci il tarixli, 1(098)-N7/NN nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar