Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1-1(104)-31/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X5 iştirakı ilə Məhkum4, Məhkum2 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 1-1(095)-126/2018 saylı hökmündən məhkum edilmiş şəxslər Məhkum4 müdafiəçisi X13 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 saylı hökmü ilə (hakimlər V.K.Məmmədov (sədrlik edən) S.B.Hüseynov və V.Z.Nəsirov) -Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; -Məhkum3 CM-in 177.3.2 və 186.2.1-ci maddələri təqsirli bilinərək CM-in 177.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 26 sentyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; -Məhkum2 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 177.3.2ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, -Məhkum5 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; -Məhkum6 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 noyabr 2017-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Məhkum7 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 iyul 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Məhkum1 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 iyul 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Məhkum9 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş CM-in 66.3-cü maddəsinə əsasən , təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 iyul 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Məhkum8 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 aprel 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; Məhkum10 CM-in 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 6 mart 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə həmçinin iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış, cinayət işi üzrə verilə biləcək mülki iddianı təmin etmək məqsədi ilə təqsirləndirilən şəxs Məhkum3 ümumi birgə mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış Goranboy rayonunun Ağamalıoğlu kəndində 0,08 ha həyətyanı torpaq sahəsi üzərinə və Məhkum4 Fərrux oğlunun birgə mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış Goranboy rayonunun Yolqulular kəndində 1,66 ha təsərrüfat təyinatlı torpaq sahəsinin və həmin kənddə fərdi yaşayış evinin (1/5) üzərinə qoyulmuş həbs qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum4 müdafiəçisi X13, Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum5 müdafiəçisi X9, Məhkum6 müdafiəçisi Müdafiəçi6, Məhkum7 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum8 müdafiəçisi Müdafiəçi8, Məhkum9 müdafiəçisi Müdafiəçi9, Məhkum10 müdafiəçisi X2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 1- 1(104)-87/2018 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum6 müdafiəçisi Müdafiəçi6, Məhkum7 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum5 müdafiəçisi Ə.H.Qənbərov, Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum3 müdafiəçisi X.Məhkum5 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2021-ci il tarixli, 1-1(102)-34/2021 nömrəli qərarı ilə Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum6 müdafiəçisi Müdafiəçi6, Məhkum7 müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum5 müdafiəçisi X10, Məhkum4 müdafiəçisi Müdafiəçi4 və Məhkum3 müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Məhkum4, Məhkum3, Məhkum2, Məhkum5, Məhkum6, Məhkum7, Məhkum1, Məhkum8, Məhkum9 və Məhkum10 məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 1- 1(104)-02/2021 nömrəli qərarı ilə məhkumların müdafiəçiləri Müdafiəçi6, X4, Müdafiəçi9, Müdafiəçi8, Müdafiəçi3, Müdafiəçi7, X13, Müdafiəçi2, Müdafiəçi1 və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018ci il tarixli, 1-1(095)-126/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarından Məhkum4, eləcə də, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1-1(102)-3/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Ali Məhkəməsinin Cinayət Kollegiyası qərarda qeyd etmişdir ki, “Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-02/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum4 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulan oğurluq və 186-cı maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayət əməllərini törətməsi faktı ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib təhlil edildiyindən apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası ittihamın həlli üçün toplanmış sübutlar məcmusunun hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkumlar Məhkum4 və Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 177 və 186-cı maddələrinin ümumi dispozisiyasından, eləcə də, Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlləində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi oğurluq və əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətlərinin tərkibinin olması, bu cinayətlərin törədilməsində onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərində qaldırılan, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilmədən tədqiqin aparılmasına dair dəlilləri qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyasının 1-1(102)- 34/2019 nömrəli, 23 may 2019-cu il tarixli qərarı (bundan sonra “Ali Məhkəmənin əvvəlki qərarı”) üzrə işin yeni apellyasiya göndərilməsi üçün əsas kimi cinayət nəticəsində vurulmuş maddi zərərin məbləğinə dair şübhələrin aradan qaldırılmadığı, bununla da məhkəmələrin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların araşdırılmadığı əsas göstərilmişdir. Bununla belə, Ali Məhkəmənin əvvəlki qərarı ilə cinayət işi yeni apellyasiya baxışına qaytarıldıqdan sonra oğurlanmış əmlakın (əşyaların) real dəyərinin, həmçinin hərbi hospital kompleksinə vurulmuş zərərin miqdarının müəyyən edilməsi üçün kompleks məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilsə də, ekspertiza üzrə verilmiş rəyin natamam olmasına baxmayaraq, məhkəmə həmin rəyi cinayət işi üzrə əldə edilmiş sübutların siyahısına aid etmişdir Belə ki, Ali Məhkəmənin əvvəlki qərarının icrası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/2284, 9/3394 nömrəli, 28 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, cinayət işi üzrə əvvəllər əldə edilmiş 3140/41 nömrəli, 21 fevral 2018-ci il tarixli ilkin rəydən fərqli olaraq, yenidən keçirilən ekspertiza tədqiqat obyektinə yerində baxış keçirilməsi ilə aparılmışdır. Lakin rəyin nəticəvi hissəsində ekspert qarşısında qoyulmuş rəy verilməli olduğu sualların bir qismini cavab verilməsinin mümkün olmadığını əsas göstərməklə cavablandırmaqdan imtina etmişdir. Nəticədə zərərçəkmiş şəxsə vurulmuş zərərin real məbləği yenə də əvvəlki rəy üzrə eyni qaydada sonuncunun özünün hesablayıb qiymətləndirdiyi sənədlərə əsasən hesablanmışdır. Bununla da təyin edilmiş əlavə kompleks məhkəmə ekspertiza rəyi üzrə yenidən araşdırılmalı olan hallar əslində tədqiq edilmədən, ilkin rəy üzrə müəyyən edilənlər köçürülməklə yeni rəy kimi təqdim edilmişdir Halbuki Ali Məhkəmənin əvvəlki qərarında ilkin rəy üzrə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün əsas olmuş zərərçəkmiş şəxsin özünün hesablamaqla qiymətləndirdiyi sənədlərdə əmək haqlarının məbləğini, yararsız hala salınmış materialların dəyərini, podratçının bank, vergi, qaimə və üstəlik xərclərini cinayət nəticəsində vurulmuş ziyanın məbləğinə aid edərək nəticə etibarı ilə dəymiş ziyanın məbləğini süni surətdə şişirdərək düzgün hesablanmadığı barədə artıq qənaətə gəlinmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi kompleks məhkəməəmtəəşünaslıq, məhkəmə-kimyəvi və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə özünün qəbul etdiyi qərarında gizli talama nəticəsində hərbi hospital kompleksinə vurulmuş zərərin miqdarı hesablanarkən ekspertlər tərəfindən təkcə iş materiallarında olan zərərçəkmiş şəxsin təqdim etdiyi aktda göstərilənlərlə kifayətlənilməməsini, həmçinin aktda göstərilənlərin vurulmuş real zərərə və layihəsmeta sənədlərinə uyğun olub-olmadığının aydınlaşdırılmalı olduğunu xüsusi vurğulamaqla qeyd etsə də, lakin bununla bağlı verilmiş ekspert rəyində qeyd olunanların nəzərə alınmadığına əhəmiyyət verməmişdir” Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə hazırki məhkəmə baxışında yalnız Məhkum4 və Məhkum2 müdafiəçilərinin apellyasiya şikayətlərinə baxılır, belə ki, digərlərinin əməllərinə işə birinci dəfə baxan apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymət Ali Məhkəmə tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayətlərinə təkrar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Məhkum4 və Məhkum2 apellyasiya şikayətlərindən imtina barədə ərizələri məhkəməyə daxil olmuş, onlar məhkəmə kollegiyasına ünvanladıqları həmin ərizədə müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina etdiklərini qeyd edib, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, məhkum edilmiş şəxslərin apellyasiya şikayətlərini geri götürmək barədə xahişini və cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 1-1(095)-126/2018 saylı hökmündən məhkum edilmiş şəxslər Məhkum4 müdafiəçisi X13 tərəfindən, Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 390.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 390.5-ci maddəsində qeyd olunur ki, müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məcəllənin 390.6-cı maddəsində isə qeyd olunur ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum4 və Məhkum2 müdafiəçilərinin apellyasiya şikayətlərindən imtina etməsi və apellyasiya şikayətlərinin baxılmasına xitam verilməsi barədə ərizələrinə əsaslanaraq, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 1-1(095)-126/2018 saylı hökmündən məhkum edilmiş şəxslər Məhkum4 müdafiəçisi X13 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 396, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum4, Məhkum2 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 1-1(095)-126/2018 saylı hökmündən məhkum edilmiş şəxslər Məhkum4 müdafiəçisi X13 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(104)-31/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(104)-31/2023
31.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver