Məhkəmə qərarları › İş №1-1(106)-4/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(106)-4/2023

17.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1-1(106)-4/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü ilə (sədrlik edən hakim Sevindik Əzizov) xx xxxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18-də qeydiyyatda olan və həmin ünvanda yaşayan,Tərtər Hərbi Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və təyin edilmiş 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, 27 oktyabr 2021-ci il tarixdə SHXÇDX-nin Sumqayıt şəhər idarəsi tərəfindən müddətli hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün 1-ci tağımının 1- ci manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 16 sentybr 2022ci il tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi, ona təyin olunmuş cəzanı intizam xarakterli hərbi hissədə, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının intizam xarakterli hərbi hissədə cəzasının icrasına başlandığı gündən hesablanması, hökmün icrasının intizam xarakterli hərbi hissənin komandirinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində Tərtər Hərbi Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(098)197/2022 saylı hökmünün müstəqil icra edilməsi, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə" növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, hökmlə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Minǝxorlu kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 11 iyun 2022-ci il tarixdə saat 22:30 radələrində hərbi hissəni özbaşına tərk etmiş və 15 iyun 2022-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmaqla müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəni özbaşına tərk etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünü dəyişdirərək yüngülləşdirici halları müstəsna hal kimi qiymətləndirməklə onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti məhkum edilməsi barədə yekun qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, səmimi etirafını, peşman olmasını, əməlinin ağır nəticələrə səbəb olmamasını, xidmətini davam etdirmək arzusunu, atası X3 18 yanvar 2021-ci ildə ölməsini, anasının xəstə olmasını, ağır ailə şəraitini, yəni təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitini daha da ağırlaşdıracağını, yeni cinayət əməli törətməməsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, 1 ildən artıq xidmət etməsini, yəni xidmətinin başa çatmasına az bir müddət qalmasını və s. kifayət qədər nəzərə almadan, onun barəsində nəzərdə tutulduğundan daha yüngül cəzanın verilməsi əsaslarının müəyyən edilmədiyi qənaətinə gələrək ona mütləq "intizam xarakterli hərbi hissədə saxlama" növündə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən yüngülləşdirici halları müstəsna hal kimi nəzərə almamış, onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ VƏ İZAHATLARİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı məhkum edilmiş şəxsin onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığını bildirərək həmin şikayətin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətini müzakirə edərək, məhkum edilmiş şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə elan edilmiş ittihamlarla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham verildiyi Azərbaycan Respublikası CM-in 331.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya məhkəmə baxışında məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən əməlin hüquqi tövsifi və təqsirləndirilən şəxsin təqsirliliyi məsələsi mübahisələndirməmişdir. Apellyasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətməsi, həmçinin təqsirləndirilən şəxsin qeyd olunan əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmış, ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin ifadəsi ilə yanaşı, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələrin hər birini hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirmiş, bunlarla yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işdə olan sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 331.1-ci düzgün tövsif etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Tərtər Hərbi Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan başqa cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdırıb hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək CM-nin 70-ci maddəsinin, yəni təqsirləndirilən şəxsə təyin edilmiş 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti hesab edilməsi üçün iş materiallarında hüquqi əsaslar mövcud olmasa da, bununla belə təqsirləndirilən şəxsə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzasından daha yüngül olan cərimə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan AR SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsindən verilmiş SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli, 74 nömrəli əmrinə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddasinə əsasan hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-3-cü bəndində qeyd olunmuşdur ki, həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsinin sanksiyasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədilməsinə görə bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 331.1-ci maddəsinə əsasən cəza təyin edilərkən, işin faktiki halları, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-3-cü bəndi əsas götürülməklə cərimə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs gəncdir, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını bildirmişdir və xidmətini davam etdirmək arzusunda olmasını bildirmiş və xidmətini davam etdirmək üçün könüllü şəkildə qulluq yerinə qayıtmış, hazırda xidmətini başa vuraraq hərbi xidmətdən tərxis olunmuşdur. Əməlində cəzasını ağırlaşdıran hallar mövcüd deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsindəçəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir (CPM-nin 398-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməklə ona cərimə növündə cəza təyin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 399.1.5, 407 və 408-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi ilə 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Tərtər Hərbi Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(098)254/2022 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar