Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1-1(3-1)-13/2026 08.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Mirzəyev Ilqar Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Hərbi Məhkəməsinin (sədrlik edən Əziz Eminov) ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsi, hökmün icrasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinə həvalə olunması, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının Şahbuz rayonunun Biçənək kəndi ərazisində yerləşən şərti olaraq “Telemərkəz” adlandırılan döyüş mövqeyində xidmət apardığı 1-ci motoatıcı manqasının baş atıcısı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, ##.##.2026-cı il tarixdə saat 17:40 radələrində mövqenin yeməkxanasında tabelik münasibətlərində olmayan, hərbi hissənin maddi-texniki təminat bölüyünün stasionar aşpazı vəzifəsində xidmət edən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yüksək səslə danışmasına etiraz edərək irad bildirdiyinə görə aralarında mübahisə yaranmış, mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs ona yemək bişirdiyinə görə işinə qarışmamasını dedikdən sonra Təqsirləndirilən şəxs əsəbiləşərək yumruğunu sıxıb onun üzərinə gedərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138-ci bəndlərində və Intizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, “nalayiq hərəkətlər etməməli”, “yüksək mədəniyyət, təvəzökarlıq və təmkin nünuməsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, sağ əli ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsindən bir yumruq zərbəsi vurmaqla sonuncuya sağlamlığın uzun müddət pozulmasına səbəb olan dərəcəsinə görə az ağır zərər vurmaya aid “hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerini dəyişən sınığı” xəsarətini yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ## ###### 2026-cı il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1-1 (*-**)-**/**** nömrəli hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsun barəsində Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə 3 (üç) ay müddətinə intizam xarakterli hərbi-hissədə saxlama cəzası tətbiq edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə özünü tam təqsirli bildiyini və zərərçəkmiş şəxsdən üzr istədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini tam səmimi etiraf etməsini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ağırlaşdırıcı hallar olmadığını və bundan əlavə müddətli həqiqi hərbi qulluqçu əsgər olmasını intizam xarakerli hərbi hissədə saxlandığı müddətin hərbi xidmət müddətinə hesablanmadığını və nəticədə cəzanı çəkdikdən sonra qanunla müəyyən olunmuş qalan hərbi xidmət müddətini davam etdirəcəyini nəzərə almalı idi və hesab edirəm ki, Azərbaycan Respubliaksı CM-nin 332.2.5-ci maddəsinin sanksiyasında cəzanın aşağı həddi nəzərdə tutulmadığından və həmin Məcəllənin ümumi hissəninin 54-cü maddəsində xidmət müddətini başa vurmamış müddətli hərbi qulluqçular üçün cəza müddəti 3 aydan iki ilədək nəzərdə tutulduğu halda məhkəmə tərəfindən yuxarıda göstərilən halları nəzərə alıb cəzanın ən aşağı həddi olan 3 (üç) ay müddətinə intizam xarakerli hərbi hissədə saxlama cəzasını tətbiq edə bilərdi. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin 7-ci bəndinə, Cinayət Məcəlləsinin 8.1, 41.1, 58.3-cü maddələrinə, Azərbaycan Respublikası CPM-nin 1.3, 12, 349, 399, 404-cü maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarına istinad edilmişdir. Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2 ## ###### 2026-cı il tarixli Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən verilmiş apellyasiya şikayətinə dair etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ## ###### 2026-cı il tarixli apellyasiya şikayəti cinayət işinin obyektiv hallarına uyğun, qanuni, əsaslı olmadığından təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı2 etirazını Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla, o cümlədən məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunluq təşkil edən cinayət işinin istintaq materialları ilə tam təsqiq olunmasını, cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini, alınmış ## ### 2026-cı il tarixli, *** nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətin, hər iki gözaltı nahiyənin qançırı ilə müşaiyət olunan burun sümüyünün qapalı yerini dəyişən sınığının bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şaraitdə törənməsinin istisna olunmadığı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğunun göstərilməsini, cinayət işi materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından çıxarışda əsgər Zərərçəkmiş şəxs ## ### 2026-cı il tarixdə "burunun küt travması, burun nahiyəsinin qapalı yerdəyişən sınığı" diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınması və N nömrəli hərbi hissəyə müayinəyə göndərildiyinin göstərilməsini, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığının görünməsini, ## #### 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə verilib 2-ci taborun 4-cü bölüyünün xidmət apardığı şərti olaraq "Telemərkəz" adlanan mövqeyində xidmətə başlamasını, Təqsirləndirilən şəxs uzun müddət müddətli həqiqi hərbi xidmətdə olaraq hərbi xidmətin xüsusiyyətlərini kifayət qədər mənimsəyərək nizamnamə çərçivəsində xidmət aparmalı olduğu halda nizamnamənin tələblərini kobud formada pozaraq ## ### 2026-cı il tarixdə saat 17:40 radələrinde mövqenin yeməkxanasında tabelik münasibətlərində olmayan, hərbi hissənin maddi-texniki təminat bölüyünün stasionar aşpazı vəzifəsində xidmət edən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yüksək səslə danışmasına etiraz edərək irad bildirdiyinə görə aralarında mübahisə yaranmasını, mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs ona yemək bişirdiyinə görə işinə qarışmamasını dedikdə Təqsirləndirilən şəxs yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməyərək yumruğunu sıxıb onun üzərinə gedərək əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir yumruq zərbəsi vurmaqla ona sağlamlığın uzun müddət pozulmasına səbəb olan dərəcəsinə görə az ağır zərər vurmaya aid "hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerini dəyişən sınığı” xəsarətlərini yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmasını, başqa növ cinayətlərdən fərqli olaraq hərbi xidmət əleyhinə olan cinayətlərin özünün spesifikliyi ilə fərqlənməsini, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasının mübahisəsiz hal olmasını, əks nəticəyə gəlmək üçün heç bir əsasın yoxluğunu, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalı olmasını, məhkəmənin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunacaq intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanı çəkməməsi üçün heç bir əsas yoxluğu və onun islah edilməsi və həm onun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təyin olunacaq cəza real olaraq çəkilməli olduğu qənaətə gəlməsini, göründüyü kimi məhkəmənin Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, alternativ cəza kimi nəzərdə tutulan aşağı həddə 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, bunun da cəzanın məqsədinə nail olmaq baxımından qanuni, əsaslı olmaqla ədalətin bərqərar edildiyi baxımından düzgün olmasını qeyd etməklə əsaslandırmışdır. Etirazın hüquqi əsası kimi Cinayət Məcəlləsinin 8.1, 41.2-ci maddəsinə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli, 688-IIQD №-li Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına istinad edilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə istinad edərək Naxçıvan MR Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1-1 (*-**)-**/**** nömrəli hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsun barəsində Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası tətbiq edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışında verilmiş apellyasiya şikayətində göstərilənləri qəbul etməyərək həmin dəlillərlə razılaşmadığını bildirməklə çıxışında birinci instansiya məhkəməsinin hökmünün əsaslı olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini və sözügedən hökmün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxışında apellyasiya şikayətinin təmin edilməməsini bildirdi. Kollegiya apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, bütün bunlara hüquqi qiymət verərək verilmiş apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədən ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticə verməklə həmin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə tövsif etmişdir. Sözügedən maddənin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində də işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, yalnız hökmün cəza hissəsi mübahisələndirilmiş və təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayəti üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsi və zərərçəkmiş şəxsdən üzr istəməsi, onun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, məhkəmənin təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, əməlini tam səmimi etiraf etməsi, əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışması, ağırlaşdırıcı hallar olmaması və bundan əlavə müddətli həqiqi hərbi qulluqçu əsgər olmasının intizam xarakerli hərbi hissədə saxlandığı müddətin hərbi xidmət müddətinə hesablanmaması və nəticədə cəzanı çəkdikdən sonra qanunla müəyyən olunmuş qalan hərbi xidmət müddətini davam etdirəcəyini nəzərə almalı olması ilə bağlı dəlillərini müzakirə edərək qeyd olunanları əsassız hesab edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, həmçinin cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması qiymətləndirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən sözügedən yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmaqla əsaslandırılmış, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58 və 59-cu maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş növdə və həddə ədalətli, qanuni və əsaslı 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır. Kollegiya Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi müvafiq cəza cəzanın məqsədlərinin təmin edilməsi üçün tam əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə kollegiya belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407.2, 408.2.4, 409, 410, 412-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-1)-13/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1-1(3-1)-13/2026
08.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver