Məhkəmə qərarları › İş №1-1(3-7)-21/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-21/2026

20.07.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-21/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X5, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı hökmü ilə (sədrlik edən X2, X8 (məruzəçi hakim) və X4) ## ###### 2001-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Şəmkir rayonunun Posanlı kəndində qeydiyyata olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni ## #### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin aviasiya uçuşlarının təminatı mərkəzinin avtomobil və elektrotexniki bölüyünün doldurucu akkumulyator stansiyasının akkumulyatorçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ## #### 2025-ci il tarixdə saat 20 radələrində qeyri-rəsmi nikahda yaşadığı Şəmkir rayon sakini şahid4 ilə birlikdə kirayə götürmək istədikləri, şahid4 qohumu şahid3 valideynlərinə məxsus, Tovuz rayonunun Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə baxmaq üçün şahid3 iştirakı ilə həmin evə gəlib orada bir qədər təmizlik işləri gördükdən sonra həmin gün saat 22 radələrində şahid4 ilə yatmaqdan ötrü keçdikləri evin otaqlarının birində cinsi əlaqədə olan zaman otağın pəncərəsi açıq olduğundan yüksək səslə qeyri-etik səslər çıxartdıqları üçün onların səsləri həmin evdən təxminən 25 metr aralıda qarşıda yerləşən, həmin kənd sakini X3 məxsus fərdi yaşayış evinin həyətində aydın şəkildə eşidilmiş, buna görə də Vasif Əsgərov həmin səslərdən narahatlıq keçirib bu kimi hərəkətlərə yol verməmələrini bildirmək məqsədi ilə oğlu şahid6la birlikdə həyətdən çıxaraq səs gələn evin otağının küçə tərəfdən olan pəncərəsinin qarşısına gedərək ev sahibinin qızı şahid3 səsləmiş, bu vaxt sonuncu pəncərədən baxıb cavab verdikdə Vasif Əsgərov ona iradını bildirib evdə cinsi əlaqədə olan şəxslərin çölə çıxmalarını tələb edərək uca səslə ünvanlarına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çölə çıxmaq istəsə də şahid4 və şahid3 qarşısını kəsərək buna imkan verməmiş və şahid3 özü çölə çıxdıqdan sonra əvvəlcədən aralarında tanışlıq münasibəti olmayan, sonradan adını bildiyi Vasif Əsgərovun yenə də ünvanlarına nalayiq ifadələr işlətdiyini, eləcə də, onun çölə çıxmasını tələb etdiyini eşidib, mübahisə olacağını bildiyi üçün hər ehtimala qarşı mətbəxdə olan bıçağı götürüb əynində olan şalvarın arxa bel hissəsinə keçirərək çölə çıxmışdır. O, şahid3 valideynlərinə məxsus evin həyətindəki giriş darvazasından çölə çıxdıqdan sonra əvvəlcə Vasif Əsgərov yenə də ünvanlarına nalayiq ifadə işlədərək, daha sonra əli ilə boyun nahiyəsindən tutub çəkmiş, bu zaman o, Vasif Əsgərovun ayaqlarından tutduğu üçün hər ikisi yerə yıxılmış və ayağa qalxmaq istəyən zaman şahid6 kürək nahiyəsinə bir təpik zərbəsi vurduğu üçün yenidən yerə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ayağa qalxaraq şahid6la mübahisə edən zaman Vasif Əsgərovun yenə də üzərinə gəldiyini görüb, Sevinc və Mənsurənin yanında Vasifin onun və ailə üzvlərinin ünvanına şərəf və ləyaqətini alçaldan nalayiq sözlər deyərək təhqir olunmasından, Vasifin və Anarın ona qarşı zorakı hərəkətlər etmələrindən qəzəblənib onu öldürməklə qisas almaq məqsədilə şalvarının bel hissəsinin arxa tərəfinə keçirdiyi, ümumi uzunluğu 32 sm, tiyəsinin uzunluğu 19 sm, eni isə 4 sm olan ucu deşici xassəyə malik təsərrüfat-məişət bıçağını sağ əli ilə belindən çıxarmış, bu zaman əlində bıçaq olduğunu görən Vasif Əsgərov geriyə dönüb qaçmaq istəyərkən heç bir müqavimət göstərmədiyi halda onu öldürmək məqsədilə sonuncunu həyati vacib orqanların yerləşdiyi döş qəfəsin sağ yan nahiyəsinə qəsdən bir zərbə vurub, bıçağın tiyəsini dib hissəsinə qədər soxaraq ona yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «Döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən, VIII qabırğanın, qaraciyərin sağ payının, diafraqmanın sağ gümbəzinin, sağ ağciyərin aşağı payının, aşağı boş venanın və ürəyin sol mədəciyinin arxa divarının zədələnməsi ilə müşayiət edilən kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmişkəsilmiş yarası» xəsarətlərini yetirmiş, nəticədə Vasif Əsgərov aldığı xəsarətlərlə əlaqədar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq saat 23:32-də xəstəxanaya qəbul edilmiş, görülmüş tədbirlərə baxmayaraq aldığı xəsarətlərdən ## #### 2025-ci il tarixdə saat 00:30-da xəstəxanada ölmüş, bununla da Təqsirləndirilən şəxs digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə çoxsaylı ekspertizalar təyin edilərək rəylər alınmış olsa da, nə həmin ekspert rəyləri, nə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə həmin cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmir. Belə ki, Təqsirləndirilən şəxs artıq yerdə olarkən onunla şahid6 əlində bıçaq olmasını kənar şəxslər görmüşlər. Zərərçəkmiş şəxs Vasif Əsgərovun vurulmasını, ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasını ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə də müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində zərərçəkmiş şəxsin onun tərəfindən bıçaqla vurulmasını bildirmiş olsa da, o zərərçəkmiş şəxsin şahid3 tərəfindən vuruduğunu zənn etdiyindən həmin ifadəni vermişdir. O, sonradan həqiqəti müəyyən etdikdən sonra ibtidai istintaqa doğru ifadəsini vermiş, onun sonrakı ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilməmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Ayaz Həsənov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, mərhum zərərçəkmiş şəxsi o, öldürməyib, onun ölümündə kimin təqsirli olmasını bilmir. Verilmiş suala cavab olaraq o, göstərdi ki, ibtidai istintaq zamanı o, başqa şey düşünərək müstəntiqə sərbəst ifadə verərək özünü təqsirli bilmişdir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Eyni zamanda o, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu göstərmişdir. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək əsassız olduğunu və şikayətin təmin edilməməsini, eyni zamanda hökm ədalətli və qaunidir, ona görə də hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni istintaq hərəkətləri protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli və təqsirləndiriıən şəxs qismində verdiyi ilkin və etirafedici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -Cinayət işinə əlavə olunmuş raportdan görünür ki, ## #### 2025-ci il tarixdə saat 23:39da Tovuz rayonu Əyyublu kənd sakini X6 DIN-nin “102” Qaynar xəttinə zəng vuraraq qardaşının bıçaqlanmasını bildirmişdir, -Hadisə yerinə baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokol; -Baxış keçirilməsi haqqında ## ####### 2025-ci il tarixli protokol; -Keçirilmiş istintaq eksperimentinin nəticəsinə əsasən müəyyən edilmişdir ki, ## #### 2025-ci il tarixdə saat 22 radələrində mərhum Vasif Əsgərov və ailə üzvlərinin ona məxsus evin həyətində oturduqları yerdən vətəndaş şahid3 valideynlərinə məxsus evin otağından, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yatdığı otağa olan məsafədə və pəncərənin açıq olduğu şəraitdə səsləri eşitmələri mümkündür; -Keçirilmiş istintaq eksperimentinin nəticəsinə əsasən müəyyən edilmişdir ki, şahid Ş.ibrahimova ifadəsində qeyd etdiyi xüsasatlar, yəni Təqsirləndirilən şəxs şahid3 ailə üzvlərinə məxsus evin darvazasından çölə çıxarkən sağ əlində bıçağın olmasını və həmin bıçaqla mərhum Vasif Əsgərova bıçaq zərbəsi endirməsini görməsi mümkündür; -Keçirilmiş istintaq eksperimentinin nəticəsinə əsasən müəyyən edilmişdir ki, vətəndaş şahid3 valideynlərinə məxsus evə baxış keçirilən zaman evdən aşkar edilmiş bıçaq qutusunun içərisində olan ən böyük bıçaq yeri Təqsirləndirilən şəxs mərhum Vasif Əsgərova vurduğu bıçağa məxsusdur; -Məhkəmə-tibbi ekspertizasının ## #### 2025-ci il tarixli rəyindən görünür ki, mərhum X3 meyitin üzərində qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl və dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum V.Əsgərovun meyitində olan xəsarətin ekspertizaya təqdim edilmiş üzərində qanabənzər ləkələr olan bıçaq ilə yetirilməsi istisna edilmir, V.Əsgərovun ölümünə səbəb döş qəfəsinin sağ yan səthindən daxilə nüfuz edən qaraciyərin sağ payını diafraqmanın sağ gümbəzinin, sağ ağciyərin aşağı payının, aşağı boş venanın və ürəyin sol mədəciyinin arxa divarını zədələyən deşilmişkəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur; -Kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının ## ######## 2025-ci il tarixli rəyi; -Məhkəmə-bioloji ekspertizasının ## ######## 2025-ci il tarixli rəyi; -Məhkəmə-psixiatrik ekspertizasının ## ####### 2025-ci il tarixli rəyi; -Məhkəmə-psixoloji ekspertizasının ## ####### 2025-ci il tarixli rəyi; -Ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri və protokolları; -Şahidlər və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri və protokolları; -Zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri; -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadələrini; -Cinayət işinə əlavə olunmuş Tovuz rayon məhkəməsinin ## ######## 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş məhkəmə iclas protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir; Yuxarıda qeyd olunan mötəbər sübutlarla yanaşı, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadələri ilə, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları və işə əlavə edilmiş mötəbər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs mərhum Vasif Əsgərovun döş qəfəsinin sağ yan nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vurub, bıçağın tiyəsini dib hissəsinə qədər soxaraq ona yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla onun ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadələri və özünü təqsirli bilməsi, eyni zamanda Tovuz rayon məhkəməsinin ## ######## 2025-ci il tarixli məhkəmə iclasında göstərdiyi etirafedici izahatı ilə və apellyasiya məhkəməsində ona verilmiş suala cavab olaraq ibtidai istintaq zamanı müstəntiqə sərbəst ifadə verərək özünü təqsirli bilməsinə baxmayaraq, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadələri və özünü təqsirli bilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, sənədlər, ekspertiza rəyləri və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməli törətmiş və ona ədalətli cəza təyin olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrini əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar