Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-44/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: X4 (sədrlik edən), X1 və X9 ibarət tərkibdə) 2024-cü il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarı ilə ## ###### 2006-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, işləməyən, Lerik rayonu, Çayrud Ərazi Dairəsi, Çayrud kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, Məhkum zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ilə barışdığından və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsi tətbiq edilməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi üzrə (məhkumun əməli CM-in 29, 120.1-ci və 126.1-ci maddələrindən CM-in 130-cü maddəsinə tövsif edilmişdir) cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X10 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş və yeni hökm qəbul edilmiş, Məhkum CMin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək həbsdə olduğu 5 (beş) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlanılması nəzərə alınmaqla üzərində 5 (beş) il 6 (altı) ay 2 (iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 126.1-ci maddələri ilə elan olunmuş ittihama əsasən yetkinlik yaşına çatmayan Məhkum təqsirləndirilir ondan ötrü ki, o, tanışları zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 bıçaqla zərbələr vuraraq zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmiş, zərərçəkmiş şəxs2 isə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, ##.##.2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yerləşən “Binə qəbirstanlığında” şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini, kriminallığını, həmçinin əməllərinin doğuracağı hüquqi nəticələri dərk edərək üzərində olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan və soyuq silah hesab edilməyən cib bıçağı ilə tanışları- ## #### 2006-cı il təvəllüdlü zərərçəkmiş şəxs1 və # ###### 2006-cı il təvəllüdlü zərərçəkmiş şəxs2 bıçaq zərbələri endirərək, zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ böyrəyinin yaralanması ilə müşayiət olunan, bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz elməyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yaraları; zərərçəkmiş şəxs2 isə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək, zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, zərərçəkmiş şəxs2 isə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşmamış, onun zərərçəkmiş şəxslərlə qarşı zəruri müdafiə vəziyyətində olduğunu, lakin zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurması qənaətinə gəlinmiş və Məhkum əməlini CM-in 29,120.1 və 126.1-ci maddələrindən CM-in 130.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi hökmlə apellyasiya protestini qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və Məhkum əməlini CM-in 29,120.1 və 126.1-ci maddələrindən CM-in 126.2.1-ci maddəsinə tövsif etmişdir. KASSASIYA PROTESTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ VƏ MÜDAFIƏÇININ ÇIXIŞLARI: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən də göründüyü kimi zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 məqsədi Məhkum xəsarət yetirmək olmamışdır. Əksinə Məhkum hadisə yerinə gedərkən özü ilə bıçaq götürməsi və hər iki şəxsə xəsarət yetirməsi onun niyyətindən xəbər verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadələr verərək onları öldürmək niyyətinin olmadığını qeyd etsə də, yetirdiyi xəsarətlər məhz məqsədinin zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətində olmasını göstərir. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsindən göründüyü kimi hadisə yerində olan şəxslərin heç biri Məhkum üzərində bıçaq olmasından məlumatları olmamışdır. Hətta hadisə zamanı Məhkum üzərində bıçaq olması barədə zərərçəkmiş şəxslərə məlumat verməmiş, hadisənin qarşısını almağa çalışmamışdır. Halbuki, o, ifadələrində zərərçəkmiş şəxslərə xəsarət yetirmək istəyinin olmadığını, qorxduğu üçün özünü müdafiə etmək üçün vurduğunu qeyd etmişdir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ifadəsində Ismayılı üzündən vurduqdan sonra Ismayıl yerə yıxılmış, daha sonra o hərəkətlərinə son qoyaraq, Ismayıla xəsarət yetirməmiş, üzünü Səmraha tərəf çevirmiş, bu zaman arxası Ismayıla tərəf olmuşdur. Məhkum onu arxadan kürək nahiyəsindən vurmuşdur. Məhkum Mircavidə yetirdiyi xəsarətlərdən biri daxilə nüfuz edən sağlamlığa ağır dərəcəli zərər vurmaya aid xəsarətlər, digər iki xəsarət isə yüngül dərəcəli zərərvurmaya aid xəsarət olmuşdur. Digər zərərçəkmiş şəxs Samrah ifadəsində qeyd etdiyi kimi, Ismayıl Mircavidi vurduqdan sonra onun üzərinə getmiş və bu zaman Ismayıl onu bıçaqlamışdır. Bu hallar iş materiallarına əlavə edilmiş ekspertiza rəyləri ilə də öz təsdiqi tapmışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən məhz zərərçəkmiş şəxslərin qanunsuz tələblərini və fiziki cəhətdən təqsirləndirilən şəxsdən daha güclü və çoxluq təşkil etmələrinə əsaslanmışdır. Belə ki, Ismayıl Samrahın qanunsuz tələbini icra etməkdən imtina etdikdə, Ismayıldan fiziki cəhətdən güclü olan, eləcə də döyüş növü olan idmanla məşğul olan Mircavid qəflətən Ismayılın üzündən yumruqla vurmuşdur. Mircavidin yumruq zərbəsi güclü və Ismayıl üçün gözlənilməz olduğundan sonuncu müvazinətini itirərək yıxılmışdır. Ismayıl özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrah Ismayıla zorakılıq edərək Ismayılın çiynindən itələmiş və bu vaxt Ismayıl yenidən yıxılmışdır. Bundan sonra Ismayıl yenidən özünə gəlib ayağa qalxdıqda, Mircavid yenidən ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmişdir. Bununla da Məhkum zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyülmüşdür. Məhkum Mircavid və Samrah tərəfindən döyülməsi canlı şəxsin ekspertiza rəyi ilə də təsdiq olunur. Lakin zərərçəkmiş şəxslər istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində mübahisə səbəbi kimi təqsirləndirilən şəxsin “söyüş söyməsi" olduğunu göstərmişlər. Hətta qəbiristanlığa çox sayda dostları getsə də, onlar qəbiristanlığın içərisinə daxil olmamış, Ismayıl, Mircavid və Səmrah içəridə söhbət etmiş, digər şəxslər hadisənin şahidi olmamışlar. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər tərəfindən yumruq, təpiklə üzündən, bədəninin müxtəlif nahiyyələrindən vurularaq döyüldüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə həmin xüsusatlar öz təsdiqi tapmır. Rəydən də göründüyü kimi təqsirləndirilən şəxsin qeyd etdiyi kimi onun zərərçəkmiş şəxslər tərəfindən onlara qarşı bıçaq xəsarəti yetirəcək dərəcədə özünü müdafiə etmək məcburiyyətində qalmasını göstərən xəsarət olmamışdır. Həmin xəsarətlərdən sağ əlin II barmağının kəsilmiş yarasının isə özü tərəfindən yetirilməsi də istisna edilməmişdir. Iş materiallarından da göründüyü kimi zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsi qəbiristanlığa gəlməsini təklif etməsi təsdiq olunsa da, təqsirləndirilən şəxsin özü ilə bıçaq gətirməsi, heç bir zərurət olmadan zərərçəkmiş şəxslərə bıçaqla zərbələr endirməsi, bıçaq zərbələrinin çoxsaylı olması, zərbələrin zərərçəkmiş şəxslərin həyat üçün əhəmiyyətli orqanlarına yetirilməsi, ilkin zərbələrdən sonra zərərçəkmiş şəxslərin aktiv hərəkətlər etməməsi, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həmin qərarın qüvvədə olması və yuxarıda göstərilən sübutlar nəzərə alınaraq təqsirləndirilən şəxsin ittiham olunduğu və Cinayət Məcəlləsinin 29,120.1, 126.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən də humanist mövqedən yanaşmış, təqsirləndirilən şəxsə CM-nin 126.2.1-ci maddəsi ilə minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə yanaşı eyni zamanda CMnin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti tətbiq edilməsi qənaətinə gəlinmişdir. Bu nəticədən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi şərti məhkum etmə institutunun tətbiqi zamanı da qanun normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü ilin qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Göründüyü kimi, CM-nin 70.1-ci maddəsinin tələbinə və Ali Məhkəmənin qeyd olunan Plenum qərarındakı izaha zidd olaraq, apellyasiya instansiyası məhkəməsi şərti məhkum etməni təqsirləndirilən şəxsə təyin edilmiş 6 il azadlıqdan məhrum etmə cəzasına deyil, məhz Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində saxladığı 5 (beş) il 6 (altı) ay 2 (iki) gün azadlıqdan məhrum etmə cəzasına tətbiq edib 3 il sınaq müddəti müəyyən etməklə cinayət qanunu normasının tətbiqində səhvə yol vermiş və bu hissədəki sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun tətbiq etməmişdir. Bununla da, məhkəmənin cəza təyinindəki mövqeyi də cinayət qanununun normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun şərh edilən qərarına zidd olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Elman Abıyev kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini və ona yüngül cəza təyin edilidyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ittiham tərəfi kassasiya protestində iki tələb irəli sürmüşdür. Birinci tələb məhkumun əməlinin düzgün tövsif edilməməsi, ikinci tələb məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinin qanunsuz və ədalətsiz olması ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya protestinin birinci dəlili ilə bağlı, yəni məhkumun əməlinin tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Məhkəmə kollegiyası hazırkı hadisənin neçə, hansı səbəbdən başlaması, hansı ardıcıllıqla davam etməsi, hansı nəticələrlə, hansı səbəblərdən yekunlaşması barədə ətraflı, tam, obyektiv təsəvvür yaradılması məqsədi ilə hazırkı iş üzrə mövcud kazusu mahiyyəti üzrə həll etmiş istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarlarında mövcud olan əsaslandırmasına ayrı-ayrılıqda müraciət edilməsini qanunilik, əsaslılıq və ədalətlilik baxımından mühüm hesab edir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 29,120.1 və 126.1-ci maddələrindən CM-in 130.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək yetkinlik yaşına çatmayan Məhkum tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və Məhkum bir-birilərini tanımışlar. Mircavidlə Samrah arasında dostluq münasibətləri olsa da, onlarla Ismayılın arasında belə münasibət olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. ##.##.2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 Məhkum qarşısını kəsmişlər, bundan sonra Mircavid Taleh adlı dostunun “içəridə” (bundan sonra jarqon termin kimi “içəri” dedikdə, həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş qaydada saxlanıldığı müəssisələr nəzərdə tutulur) olmasını bildirib “içəri” pul göndərilməsi məqsədi ilə Məhkum pul tələb etmişdir. Məhkum isə zərərçəkmiş şəxs1 pul tələb etməsi ilə bağlı qanunsuz tələbinə müsbət cavab verməmiş, yəni Taleh adlı şəxs üçün “içəri” pul verməkdən imtina etmişdir. Ismayıl Mircavidin qanunsuz tələbini yerinə yetirməkdən imtina etdikdə, Mircavid haqsız yerə Ismayıla öz iradını bildirmiş və nəticədə Mircavidlə Ismayılın arasında sözlü mübahisə baş vermişdir. Mircavidlə Ismayılın arasında yaranmış sözlü mübahisənin səbəbi - Mircavidin həbsdə olan dostu Taleh üçün Ismayıldan qanunsuz şəkildə pul tələb etməsi, faktiki olaraq isə qanunsuz hərəkət etməsi olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkum zərərçəkmiş şəxs1 pulla bağlı qanunsuz tələbinə “yox” dedikdə, Mircavid Ismayılın əlində olan telefonu istəmişdir ki, həmin telefonun satışından hasil olunacaq pulu Taleh adlı şəxs üçün “içəri” göndərsin. Ismayıl bu dəfə də Mircavidin qanunsuz tələbini yerinə yetirmədikdə, Mircavidin dostu zərərçəkmiş şəxs2 Məhkum bir qədər aralıda yerləşən və “Binə qəbirstanlığı” kimi tanınan ərazidə haqq-hesab etmək üçün getməyi tələb etmişdir. Ismayıl da, Samrahın qanunsuz tələbi ilə sonuncunun dediyi qəbiristanlığa getmişdir. Mircavidin Ismayıldan qanunsuz şəkildə pul tələb etməsi, Ismayıl bu tələbdən imtina etdikdə, Mircavidin Ismayıldan telefonunu tələb etməsi, Ismayılın bu dəfə də Mircavidə “yox” deməsi və bundan sonra Samrahın Ismayıldan “Binə qəbirstanlığı” kimi tanınan əraziyə getməsini tələb etməsi zamanı orada bir tərəfdən Mircavid, Samrah və sonuncuların tanışı olan Riyad adlı şəxsin, digər tərəfdən isə Ismayıl və sonuncunun dostu Nizami adlı şəxsin olması cinayət işinin mübahisəsiz hallarıdır. Qəbiristanlığa getdikdən sonra orada bir tərəfdən Ismayıl və Nizami, digər tərəfdən isə Mircavid, Samrah və Riyadın olması, sonradan isə ora Mircavidin digər dostu Nuralın gəlməsi də məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin (Riyad və Nural) ifadələri təsdiq olunduğundan göstərilən hallar da cinayət işinin mübahisəsiz halladır. Qəbiristanlığa çatdıqdan sonra Mircavid və Samrah Ismayıldan bir qədər kənara çəkilməsini tələb etmişlər, Ismayıl da, onların növbəti qanunsuz tələbinə əsasən Mircavid və Samrahla birlikdə kənara çəkilmişdir. Onlar kənara çəkildikdən sonra Ismayılın dostu Nizami, Mircavidin dostu Riyad və sonradan Mircavidgilin çağırışına əsasən ora gəlmiş digər dostu Nural Mircavidgilin yanına getməmişlər və kənardan Mircavidgilə nəzarət etmişlər. Mircavid, Samrah və Ismayıl kənara çəkildikdən sonra Ismayılın dostu Nizami oradan çıxıb getmiş və faktiki olaraq Ismayıl, Mircavid, Samrah və sonuncuların dostları Riyad və Nuralın nəzarəti altında qalmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Mircavid, Samrah və Ismayıl kənara çəkildikdən sonra bu dəfə Samrah aqressiv davranış nümayiş etdirərək Ismayıldan telefonunu tələb etmişdir. Ismayıl Samrahın qanunsuz tələbini icra etməkdən imtina etdikdə, Ismayıldan fiziki cəhətdən güclü olan, eləcə də döyüş növü olan idmanla məşğul olan Mircavid qəflətən Ismayılın üzündən yumruqla vurmuşdur. Mircavidin yumruq zərbəsi güclü və Ismayıl üçün gözlənilməz olduğundan sonuncu müvazinətini itirərək yıxılmışdır. Ismayıl özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrah Ismayıla zorakılıq edərək Ismayılın çiynindən itələmiş və bu vaxt Ismayıl yenidən yıxılmışdır. Bundan sonra Ismayıl yenidən özünə gəlib ayağa qalxdıqda, Mircavid yenidən ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmişdir. Bununla da Məhkum zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyülmüşdür. Məhkum Mircavid və Samrah tərəfindən döyülməsi canlı şəxsin ekspertiza rəyi ilə də təsdiq olunur. Belə ki, ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X7 *** nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlərdən biri, yəni sol bazunun sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti ##.##.2023-cü il tarixə uyğun gəlir. Bu xəsarət sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkum bədənində aşkar olunmuş sol bazunun sıyrığının kənar şəxs tərəfindən yetirilməsi istisna edilmir. Məhkum Mircavid və Samrahın, eləcə də sonuncuların dostları Riyad və Nuralın əhatəsində qalması, Ismayılın döyülməsinin gecə vaxtı baş verməsi, Mircavidin fiziki cəhətdən Ismayıldan güclü olmaqla, qəflətən Ismayıla yumruq zərbəsi vurması, nəticədə Ismayılın yıxılması, sonra özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrahın Ismayıla zorakılıq edərək itələməsi, nəticədə Ismayılın yenidən yıxılaraq başının ağaca dəyməsi halları Məhkum Taleh üçün “içəri” pul verməkdən imtina etdiyinə görə Mircavid və Samrah tərəfindən təklənərək “cəzalanmaq” qorxusu yaratmışdır. Bu həm inandırıcı, həm də ağlabatandır. Məhkəmə belə nəticəyə gələrkən həmin anadək Mircavid və Samrahın Ismayıldan qanunsuz şəkildə pul, sonra isə telefon tələb etməsi, Ismayıl bundan imtina etdikdə, Samrahın Ismayılı qəbiristanlığa çağırması, orada Mircavidin qəflətən Ismayıla güclü yumruq zərbəsi vurması, nəticədə Ismayılın yıxılması, sonradan ayağa qalxmaq istədikdə, Samrahın ona zorakılıq etməsi, bundan sonra isə Mircavidin təpik və yumruqla Ismayıla bir neçə zərbə endirməsini əsas tutmuşdur. Məhkum Mircavid və Samrah tərəfindən zorakılığa məruz qaldığından, faktiki olaraq isə qaranlıq vaxtı ona nisbətdə yaxın şəxslərin olmadığı halda 2 (iki) nəfər zərərçəkmiş şəxs tərəfindən döyüldüyündən həmin vaxt özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçaqla Mircavidə xəsarət yetirmişdir. Ismayılın Mircavidə yetirdiyi xəsarətlərin yerinə diqqət etdikdə, məlum olur ki, Ismayıl Mircavidə ümumilikdə 3 (üç) bıçaq zərbəsi endirmiş, həmin zərbələrin ikisi arxa hissədən Mircavidin belinə, biri isə ön tərəfdən döş qəfəsi hissəsinə yetirilmiş, belinə təsadüf edən xəsarətlərin biri daxilə nüfuz etməklə ağır bədən xəsarəti, digər xəsarətlər isə daxilə nüfuz etməyən xəsarətlər olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, xəsarətlərin təhlili onu göstərir ki, Mircavid Ismayıla yumruq və təpiklə zərbələr yetirməyə davam etdikdə, Ismayıl üzərindəki bıçaqla Mircavidi qucaqlayaraq zərərsizləşdirmək istəmiş və həmin bıçaq zərbələrini məhz həmin vaxt yetirmişdir. Bu həmçinin onunla təsdiq olunur ki, Mircavid xəsarətləri alan zaman Ismayılın əlində bıçaq olmasını görməmişdir. Belə ki, zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı dəfələrlə ifadə verərək bildirmişdir ki, o, Ismayılın əlində bıçaq olduğunu görməmiş, xəsarət aldıqdan sonra qan axdığını görüb qışqırmış, həmin vaxt Ismayıl dayanmış, əgər Ismayıl onu öldürmək istəsəydi həmin an Ismayıla mane ola biləcək hal olmamış, bu səbəbdən də düşünür ki, Ismayılın onu öldürmək kimi məqsədi və niyyəti olmamışdır. X16 müqavimət göstərdiyini gördükdə, Ismayıla zor tətbiq etmək istəmiş və bu məqsədlə Ismayıla yaxınlaşmışdır. Həmin an həyəcan və təşviş içində olan Ismayıl Samrahın bir qədər onunla aqressiv danışaraq telefonunu istəyərək Taleh üçün “içəri” göndərməsi barədə qanunsuz tələb irəli sürdüyünü, bundan imtina etdikdə, Mircavid və Samrah tərəfindən zorakılığa məruz qaldığını nəzərə alaraq, Samrahın onu yenidən döyəcəyindən qorxaraq sonuncunu özündən uzaqlaşdırmaq istədikdə, 1 (bir) dəfə əlindəki bıçaqla Samraha xəsarət yetirmişdir. Samrah da, Ismayıl tərəfindən bıçaqlanan zaman sonuncunun əlində bıçaq olmasını görməmişdir. zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində Ismayıla yaxınlaşaraq Ismayılı Mircaviddən aralamaq istədiyini və bu vaxt heç bir əsas olmadan Ismayıl tərəfindən bıçaqlandığını iddia etsə də, onun iddia etdiyi bu hallar işin hallarına uyğun olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Belə ki, Mircavid fiziki cəhətdən Ismayıldan güclü olduğu və faktiki olaraq Mircavid Ismayılı döydüyü halda X17 bir-birindən aralamaq istəsəydi, Samrah ilk növbədə Mircavidi Ismayıldan ayırardı. Samrahın məhz Ismayıla yaxınlaşması, bir qədər əvvəl isə Ismayıla zorakılıq edərək itələməsi və məhz qəbiristanlıqda haqq-hesab etmək üçün ora getməsi təşəbbüsünün Samrahdan gəlməsi halları ona dəlalət edir ki, onun Ismayıla yaxınlaşmaqda məqsədi sonuncunu döyməsi və sair şəkildə zorakılıq etməsi olmuşdur. Məhkum məhz bu halları nəzərə alaraq Samrahı özündən uzaqlaşdırmaq istəmiş və həmin vaxt əlindəki bıçaqla Samraha xəsarət yetirmiş, Samrah bıçaq zərbəsindən arxaya çəkildikdə isə Ismayıl Samraha yenidən bıçaq zərbəsi vurmağa imkanı olduğu halda bunu etməmişdir. Bu da ona dəlalət edir ki, Ismayıl Samraha bıçaqla xəsarət yetirərkən niyyəti sonuncuya ağır xəsarət yetirmək deyil, əksinə sonuncudan özünü müdafiə etməklə yanaşı, Samrahın qanunsuz hərəkətlərinə son qoymaq istəmişdir. Qeyd edilməlidir ki, Ismayıl Mircavid və Samraha bıçaqla xəsarət yetirərkən orada olan Riyad və Nural Mircavidgilə dəstək formasında hərəkətlər etməmişlər. Mircavidin qəflətən Ismayıla yumruq zərbəsi vurması, həmçinin Samrah Ismayılı itələdikdən sonra Mircavidin yenidən Ismayıla təpik və yumruqla zərbələr endirməsi Ismayılda Mircavidgil tərəfindən döyülərək “cəzalandırılacağı” barədə yaranmış qorxunu daha da artırmış və məhz bundan sonra Ismayıl Mircavidə bıçaqla xəsarət yetirmişdir. Başqa sözlə, Ismayıl Mircavidə bıçaqla xəsarət yetirən zaman sonuncu onun üçün təhlükəli olmuş və bu səbəbdən də Mircaviddən özünü müdafiə etmək məqsədi ilə əlini bıçağa atmaqla, Mircavidə xəsarət yetirmişdir. Məhkəmə göstərilənləri məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirərkən onun məqsədi - Mircavidin qanunsuz və zorakı hərəkətlərindən müdafiə olunmaq olmuşdur. Belə ki, Mircavid Ismayıl üçün təhlükəsiz olan kimi sonuncu könüllü şəkildə əməlini dayandırmışdır. Əgər Məhkum zərərçəkmiş şəxs1 həqiqətən də öldürmək istəsəydi bunu etmiş olardı. Çünki həmin an Ismayılın bu niyyətə çatmasına mane ola biləcək heç bir hal olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Məhkum zərərçəkmiş şəxs1 qəsdən öldürmək, zərərçəkmiş şəxs2 isə ağır bədən xəsarəti yetirmək kimi niyyəti və məqsədi olmamışdır. Belə ki, eyni vaxtda, eyni məkanda və eyni şəxslər tərəfindən qanunsuz və zorakı əməllərə məruz qalmış Məhkum zərərçəkmiş şəxslərdən birini qəsdən öldürmək, digərinə isə ağır xəsarət yetirmək kimi məqsəd və niyyətinin olması işin hallarına da uyğun deyil. Əksinə məhkəmə hesab edir ki, Məhkum zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən təklənərək döyüldüyü üçün özünü müdafiə etmək istəmiş, yəni zərərçəkmiş şəxslərin qanunsuz və zorakı əməllərindən qorxaraq özünü qorumaq istəmiş, bu məqsədlə həmin vaxt üzərində olan bıçaqla Mircavidə xəsarət yetirmiş, bunu görən Samrah Ismayıla yaxınlaşıb sonuncuya xəsarət yetirdikdə, Samraha da 1 (bir) dəfə bıçaqla xəsarət yetirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Məhkum zərərçəkmiş şəxs1 yetirmiş 3 (üç) xəsarətdən yalnız birinin daxilə nüfuz etməsi də ona dəlalət edir ki, onun Mircavidi qəsdən öldürmək kimi niyyəti olmamışdır. Məhkum özünü müdafiə etmək məqsədi ilə Mircavid və Samraha bıçaqla xəsarət yetirsə də, məhkəmə həmin xəsarətləri məcmu halda nəzərə alaraq belə hesab edir ki, o, hər iki zərərçəkmiş şəxsə həmin xəsarətləri zəruri müdafiə həddini aşmaqla yetirmiş və nəticədə hər iki zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmuşdur. Bu hissədə bir daha qeyd edilməlidir ki, Məhkum zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxslərə ağır xəsarət yetirməsi zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən döyülməsi və buna görə yaranmış qorxu hissi nəticəsində baş vermişdir. Qorxu hissi isə Ismayılın günün qaranlıq vaxtı zorakılığa məruz qalması, bunun insanların olmadığı ərazidə baş verməsi, zərərçəkmiş şəxslərin həm sayca, həm də fiziki güc etibarı ilə təqsirləndirilən şəxs Məhkum çox və güclü olmasında ifadə olunmuşdur. Bir məsələnin də xüsusilə qeyd edilməsi zəruridir. Cinayət işinin materiallarından görünür ki, Mircavid və Samrah “cinayət aləminə” müsbət yanaşmaları ilə seçilirlər. Belə ki, onların həbsdə olan Taleh adlı şəxs üçün “içəri” pul göndərilməsi məqsədi ilə küçədə hər hansı şəxsə yaxınlaşaraq pul tələb etmələri ona dəlalət edir ki, onlar “cinayət aləminə” yaxın olmaq həvəsindədirlər. Eyni zamanda Mircavidin idmanla məşğul olması, fiziki cəhətdən Ismayıldan güclü olması, habelə birlikdə idmanla məşğul olan Nural adlı şəxsi hadisə yerinə çağırması, orada Mircavidgilin sayca çox olması, Ismayılın isə həmin vaxt tək olması onu göstərir ki, həqiqətən də Mircavid və Samrah Ismayıldan faktiki olaraq qanunsuz şəkildə pul tələb etmişlər, Ismayıl isə bundan imtina etdikdə, onlar Ismayılı “cəzalandırmaq” üçün insanların olmadığı yerə, yəni gecə vaxtı qəbirstanlığa çağırmışlar, orada Ismayıldan yenidən qanunsuz şəkildə pul tələb etmişlər, Ismayıl bu dəfə də qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdə, əvvəlcə Mircavid Ismayılı döymüş, sonra isə Samrah Ismayıla qarşı zorakılıq etmişdir. Bıçaqlanma hadisəsi baş verməmişdən əvvəl Mircavid və Samrahın Ismayıla qarşı qanunsuz hərəkətlər etməsi həm də onda ifadə olunur ki, ibtidai istintaq orqanı tərəfindən bir çox şəxs, o cümlədən zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin şəxslərin bəzilərinin barəsində həbs qətimkan tədbiri, bəzilərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş, sonradan isə məhkəməyə aydın olmayan səbəblərdən göstərilən şəxslərin barəsində aparılan cinayət təqibinə xitam verilməklə onlar məsuliyyətdən azad olunmuşlar... ...Bu hissədə qeyd edilməlidir ki, Məhkum zərərçəkmiş şəxs1 və Samrah Salayevin qanunsuz və zorakı hərəkətlərindən özünü müdafiə etmək hüququna malik olsa və bu hüququnu realizə etmək məqsədi ilə həmin vaxt üzərində olan bıçaqla Mircavidə ümumilikdə 3 (üç) dəfə, Samraha isə 1 (bir) dəfə xəsarət yetirməklə zəruri müdafiə həddini aşmışdır. Məhkəmə yuxarıda izahı verilmiş halları bir daha təhlil edib və hasil olunan nəticəyə hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ##.##.2023-cü il tarixdə gecə vaxtı Məhkum yaxınlaşmaları, həmin vaxt Mircavidlə Samrahın yanında Riyad adlı dostunun olması, sonradan Mircavidin Nural adlı idmançı dostunun ora gəlməsi, Ismayıla yaxınlaşan kimi Mircavid və Samrahın Ismayıldan qanunsuz şəkildə pul, sonradan isə telefonu sataraq pulunu tələb etmələri, Ismayıl bundan imtina etdikdə, Samrahın Ismayılı haqq-hesab etmək üçün insanların olmadığı qəbiristanlıq ərazisinə çağırması, orada Mircavidin qəflətən Ismayıla güclü yumruq zərbəsi vurması, nəticədə Ismayılın yıxılması, sonradan ayağa qalxmaq istədikdə, Samrahın ona zorakılıq edərək itələməsi, bundan sonra isə Mircavidin təpik və yumruqla Ismayıla bir neçə zərbə vurması Məhkum Mircavid və Samrah tərəfindən təklənərək döyülməsi deməkdir. Bu hərəkətlər edilərkən isə Ismayılın dostu Nizaminin həmin ərazidən getməsi, habelə Mircavid və Samrahın dostları sayılan Riyad və Nuralın, eləcə də ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməyən və Mircavidgilin tanışları olan şəxslərin orada olması Məhkum Mircavid və Samrah tərəfindən təklənərək döyülməsi barədə fikrini qətiləşdirmişdir. Başqa sözlə, göstərilənlər Məhkum təəssüratı kimi deyil, əksinə baş verənlərlə bağlı onun təhlükədə olmasına dair qəti şəkildə formalaşmış fikri kimi çıxış edir. Məhkum sonrakı hərəkətləri, yəni məhz sayca çox və fiziki cəhətdən ondan güclü olan şəxslər tərəfindən insanların olmadığı yerdə və qaranlıq vaxtda təklənərək döyülməsindən sonra üzərindəki bıçaqla Mircavid və Samraha xəsarət yetirməsi Ismayılın özünü müdafiə etmək hüququndan realizə etmək üçün şərait yaratmış və o, öz hüququndan istifadə etməklə Mircavid və Samraha bıçaqla xəsarət yetirmişdir. Xüsusilə vurğulanmalıdır ki, Məhkum Mircavid və Samraha qarşı qanunsuz hərəkətlər etmək, habelə sonuncuları bıçaqlamaq kimi əvvəlcədən yaranmış cinayətkar niyyəti və məqsədi olsaydı o, üzərindəki bıçaqdan Mircavid və Samrah ona zorakılıq etməzdən əvvəl və ya Mircavidin ilk yumruq zərbəsindən sonra istifadə edərdi. Lakin hadisənin ardıcıllığı onu göstərir ki, Məhkum əvvəlcə Mircavid və Samrahın qanunsuz hərəkətlərinə qarşı aktiv hərəkətlər etmək niyyətində olmamışdır. Yəni Məhkum təklənərək döyüldüyündən Mircavid və Samraha bıçaqla xəsarət yetirmək məcburiyyətində qalmışdır. Lakin Məhkum zərərçəkmiş şəxs1 bıçaqla ilk zərbəni vurduqdan sonra Mircavidi sair şəkildə zərərsizləşdirmək üçün digər hərəkətlərin əvəzinə yenidən bıçaq zərbəsi vurması, eləcə də Samrah ona qarşı zorakılıq etdikdən sonra sonuncuya bıçaq zərbəsi vurması ona göstərir ki, Məhkum zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrini, zərərçəkmiş şəxs2 isə bıçaq zərbəsini vurmaqla zəruri müdafiə həddi aşmışdır. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən, həmçinin onu əsas tutmuşdur ki, Məhkum zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyüldükdən sonra onun Mircavidi qəsdən öldürmək kimi niyyəti, məqsədi və qəsdi yaranmamışdır... ...Cinayət hüququ nəzəriyyəsinə görə qəsd ictimai təhlükəli xarakterə malik olduqda, zəruri müdafiəyə yol verilir. Məhkəmədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum gecə vaxtı və insanların olmadığı əraziyə dəvət edib orada təkləyərək döymələri, Ismayılın həmin vaxt xəsarət alması, zərərçəkmiş şəxslərin hadisə yerində sayca çox və təqsirləndirilən şəxsdən fiziki cəhətdən güclü olmaları, həmin vaxt zərərçəkmiş şəxslərin dostlarının da orada olmaları, Mircavid və Samrah Ismayıla qarşı zorakılıq edərkən sonuncunun Mircavidlə Samraha qarşı zorakılıq etməməsi halları təsdiq olunduğundan məhkəmə belə nəticəyə gəlir ki, zəruri müdafiə üçün ictimai təhlükəli qəsd mövcud olmuş və həmin qəsd real olmuşdur. Lakin Məhkum öz müdafiəsi ilə bağlı hərəkətləri ilə qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə uyğun davranmamışdır. Belə ki, Məhkum zərərçəkmiş şəxs1 birinci dəfə bıçaqla xəsarət yetirdikdən sonra sonuncunu digər şəkildə zərərsizləşdirmək istiqamətində heç bir hərəkət etməmiş, bunun əvəzinə olaraq yenidən bıçaqla xəsarət yetirmişdir. Həmçinin zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq xəsarət yetirmək istəyərkən Məhkum digər şəkildə sonuncunu zərərsizləşdirməmiş, bunun əksinə olaraq bıçaqla xəsarət yetirmişdir. Bu da onu göstərir ki, Məhkum ona qarşı edilən qəsdin xarakteri və təhlükəlilik dərəcəsinə riayət etməyərək zəruri müdafiə həddini aşmışdır. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan, hazırda isə yetkinlik yaşına çatmış Məhkum oğunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir.” Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılamayaraq Məhkum əməlini CM-in 29,120.1 və 126.1-ci maddələrindən CM-in 126.2.1-ci maddəsinə tövsif edərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hadisə törədilən zaman yetkinlik yaşına çatmayan Məhkum tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini həll etmişdir... ...Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə həm ibtidai istintaq zamanı toplanmış, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız olaraq qeyd olunan bu hərəkətləri ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə Məhkum əməlini CM-nin 29,120.1 və 126.1-ci maddələrindən həmin Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edərkən hansı səbəbdən zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamış və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Lakin məhkəmə işin o hallarını səthi araşdıraraq düzgün olaraq qiymət verməmişdir ki, Ismayıl Samrahın qanunsuz tələbini icra etməkdən imtina etdikdə, Ismayıldan fiziki cəhətdən güclü olan, eləcə də döyüş növü olan idmanla məşğul olan Mircavid qəflətən Ismayılın üzündən yumruqla vurmuşdur. Mircavidin yumruq zərbəsi güclü və Ismayıl üçün gözlənilməz olduğundan sonuncu müvazinətini itirərək yıxılmışdır. Ismayıl özünə gəlib ayağa qalxmaq istədikdə, bu dəfə Samrah Ismayıla zorakılıq edərək Ismayılın çiynindən itələmiş və bu vaxt Ismayıl yenidən yıxılmışdır. Bundan sonra Ismayıl yenidən özünə gəlib ayağa qalxdıqda, Mircavid yenidən ona yumruq və təpik zərbələri ilə xəsarət yetirmişdir. Bununla da Məhkum zərərçəkmiş şəxslər Mircavid və Samrah tərəfindən təklənərək döyülmüşdür. Məhkum Mircavid və Samrah tərəfindən döyülməsi canlı şəxsin ekspertiza rəyi ilə də təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin cinayət əməlinin tövsifi ilə bağlı belə bir qənaətə gəlməsinin əsas səbəbi CM-in 130.1-ci maddəsinin obyektiv cəhətinin yanlış anlaması olmuşdur… …Göründüyü kimi cinayət qanunu şəxsin özünü və ya başqa şəxsələri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur, belə qəsddən həmin obyektləri mühafizə etmək tələbatının yaranmasından irəli gəlir. Müdafiə olunmaq hüququ dedikdə isə, şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb-qurtarması deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlər ilə qarşılıq verməsi (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Hüquq ədəbiyyatında hakim mövqe kimi qəbul edilən və düzgünlüyü hüquqtətbiqetmə təcrübəsi ilə təsdiq edilən yanaşmaya görə zəruri müdafiənin qanuniliyini şərtləndirən bir sıra əlamətlər var ki, onlar ictimai təhlükəli qəsdi və yaxud müdafiəni xarakterizə etməsindən asılı olaraq iki qrupa bölünür və şəxsin əməlinin hətta bu şərtlərdən birinin tələbinə cavab verməməsi artıq onun vəziyyətinin zəruri müdafiə kimi qiymətləndirilərək bu əsasla cinayət məsuliyyətindən azad edilməsinin qarşısını alır. A. Birinci qrupa, yəni ictimai təhlükəli qəsdə aid olan şərtlər (əlamətlər) aşağıdakılardır. 1) Qəsd edənin əməli ictimai təhlükəli olmalı və xarakterinə görə, əgər qəsd edənin iradəsindən asılı olmayan hər hansı hal baş verməzsə, o cümlədən qəsdə məruz qalan müdafiə oluna bilməzsə, sonuncunun və ya başqasının həyatına, sağlamlığına, CM-in 36.1ci maddəsində sadalanan digər obyektlərə zərər vura bilən olmalıdır (belə zərər vurma potensialına malik olmalıdır). Bu şərtə görə müdafiə üzrə hərəkətlər qəsd edənin məhz ictimai təhlükəli olan və xarakterinə görə CM-in 36.1-ci maddəsində göstərilən obyektləri təhlükə altına alan hərəkətlərinə qarşı törədilməlidir. 2) Qəsd mövcud (başa çatmamış) olmalıdır. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəsd edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər. Və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə (nə vaxt ki, müdafiə olunan şəxs tərəfindən ictimai təhlükəli qəsdin davam etməsi ağlabatanlıqla və vicdanlı şəkildə güman edilir) hərəkət zəruri müdafiə vəziyyətində törədilən əməl kimi qiymətləndirilə bilər. 3) Qəsdin həqiqiliyi (real olması) bu qrupa aid olan üçüncü şərtdir. Bu şərtə görə CMin 36.1-ci maddəsində sadalanan obyektləri təhlükə altına alan qəsd xəyali olmamalı, obyektiv olaraq mövcud olmalıdır. B. Zəruri müdafiənin qanunauyğunluğunu göstərən müdafiəyə aid edilən şərtlər isə aşağıdakılardır. 1) Müdafiə (müdafiə üzrə hərəkətlər) əgər ictimai təhlükəli qəsd dairəsi qanunla (CMin 36.1-ci maddəsi ilə) müəyyən edilmiş obyektlərə yönəlmişsə (onları təhlükə altına almışsa) zəruri (qanunauyğun) ola bilər. 2) Ictimai təhlükəli qəsdə məruz qalmış şəxs müdafiə olunarkən zərəri məhz qəsd edənə yetirməlidir. Bu şərt birbaşa CM-in 36.1-ci maddəsinin məzmunundan irəli gəlir və onu ehtiva edir ki, zəruri müdafiə zamanı müdafiə üzrə hərəkətlərdən zərər görən – ictimai təhlükəli qəsdi törədən şəxs olmalıdır. 3) Zəruri müdafiənin qanunauyğunluğunu şərtləndirən üçüncü şərt müdafiənin qəsdin xarakterinə və təhlükəliliyinə uyğun gəlməsini tələb edir. Müdafiə olunan yalnız qəsdən (ehtiyatsızlıqdan deyil), həm də açıq-aşkar qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən hərəkətlər törətdikdə, zəruri müdafiənin qanuniliyi tələbi pozulmuş olur və belə hərəkətlər CM-in 36.3-cü maddəsinə əsasən zəruri müdafiə həddini aşma kimi qiymətləndirilməlidir. Müdafiənin qəsdə uyğun gəlməsi o demək deyil ki, müdafiə üzrə hərəkətlər yalnız adi müqavimət göstərmə, məsələn zərbələrdən yayınma, hücum edənin əlini tutma, özündən kənarlaşdırma kimi hərəkətlərlə məhdudlaşdırılmalıdır. Zəruri müdafiə qəsdə məruz qalmış şəxsin müxtəlif hərəkətlərində, o cümlədən qəsd edənin sağlamlığına zərərin vurulmasında, həyatdan məhrum edilməsində, əmlakının zədələnməsində və ya məhv edilməsində, azadlığının məhdudlaşdırılmasında və s. ifadə oluna bilər. Bu və ya digər qəsdən törədilən əməlin zəruri müdafiə həddini aşmaqla törədilməsinə görə CM-in xüsusi hissəsinin ayrıca normasında belə əlamətlə müşayiət olunmayan əməllə müqayisədə daha yüngül məsuliyyət müəyyən edilibsə, əməl məhz həmin (xüsusi halı müəyyən edən) cinayət hüquqi norma ilə tövsif olunmalıdır. Təsvir edilənlərdən çıxış etməklə birinci instansiya məhkəməsinin işin faktiki halları barədə və onun hüquqi qiymətləndirilməsi üzrə qənaəti təhlil edildikdə, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərərin vurulması ilə bağlı olan əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmayıb, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində CM-in 130.1-ci maddəsinə nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma cinayətinin deyil, 2 şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurmanın (CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin) tərkibinin olması haqqında nəticəyə gələrkən əsasən aşağıdakılardan çıxış edir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş hərəkətlərinin məzmunu yuxarıda qeyd edilən (zəruri müdafiə vəziyyətini xarakterizə edən) şərtlər kontekstində CM-in 36.3-cü maddəsi ilə ehtiva olunan zəruri müdafiə həddini aşma halı ilə uyğunsuzluq təşkil edir. Ibtidai istintaq zamanı, eləcə də işə qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin hansı hisslərin təsiri altında hərəkət etməsi, qəsd niyyətinin yalnız zərərçəkmiş şəxslərə xəsarət yetirilməsinə yönəlməsi kifayət qədər aydındır. 1.Zərərçəkmiş şəxslərin münaqişə yaradan hərəkəti nəticəsində Məhkum zərərçəkmiş şəxslərə nalayiq ifadələr işlətmiş, mübahisənin yaranmasına zəmin yaratmış, baş verəcək hadisələrdən qaça biləcəyi və imkanının olmasına baxmayaraq zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmuşdur. Onlar tərəfindən ona ağır zərərin vurulması, zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hücuma uğramaqla ictimai təhlükəli qəsdə məruz qalması, Məhkum təqibdən qaçmaq üçün səy göstərməsi, məcburi şəkildə dayandırıldıqdan sonra özünün zor tətbiq etmə hədəsinə və ciddi zərbələrə uğraması hallarının olmaması ona dəlalət edir ki, o, aşkar surətdə hücuma məruz qalan şəxs olmamaqla hücum edənlərlə qarşılıqlı dalaşma vəziyyətində (qarşılıqlı münaqişənin tərəfi rolunda) olmuşdur. Ibtidai istintaq zamanı müstəntiq tərəfindən çıxarılmış ##.##.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla sözgedən hadisə zamanı zərərçəkmiş şəxslərin və hadisə yerində olmuş digər şəxslərin hərəkətlərinin ictimai qaydanın pozulmasına səbəb olan əməllər hesab edilməyərək əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilməsi də zərərçəkmiş şəxslərin Məhkum ictimai təhlükəli qəsdinə uğradığını bir daha təsdiq edir. Sübutların qiymətləndirilməsi qərarında zərərçəkmiş şəxslərin və onlarla birlikdə gəlmiş digər şəxslərin hərəkətlərinin təsviri, eləcə də məhkəmə tərəfindən bu xüsusat üzrə müəyyən edilmiş hallar (hücum zamanı sağlamlığa və özgə əmlakına zərər vurmaq xassəsinə malik olan əşyalardan istifadə olunması, zərərçəkmiş şəxs və digərlərinin Məhkum zor tətbiq etmə hədəsi ilə qəbirsanlığa gəlməyini tələb etmələri) açıq-aşkar onu göstərir ki, onların Məhkum qarşı yönələn ictimai təhlükəli qəsdi (xarakterinə görə) onun hüquqları (əmlak və sərbəst hərəkət etmək hüquqları) ilə yanaşı fiziki zor tətbiq etməni (sağlamlığına zərər vurmanı da), yəni CM-in 36.1-ci maddəsində göstərilənləri ehtiva etməmişdir.
2. Işin həqiqi hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı sağlamlığa zərər vurma ilə nəticələnən əməli törədərkən ictimai təhlükəli qəsd mövcud olmamışdır (davam etməmişdir). Belə ki, Ictimai təhlükəli qəsdin mövcud olması (davam edibetməməsi) yalnız qəsd edənin və ya qəsdə məruz qalanın hərəkətlərinin hansısa bir elementinə görə deyil, onların və hadisədə iştirak edən digər şəxslərin hərəkətlərinin tam məzmunu, əməlin törədilməsi şəraiti nəzərə alınmaqla dəyərləndirilməlidir. O cümlədən, şəraitə görə hücuma məruz qalan şəxs ictimai təhlükəli qəsdin başa çatmasını anlamaq imkanında deyilsə, zəruri müdafiə vəziyyəti istisna edilməməlidir. Birinci instansiya məhkəməsi isə Məhkum qəbirstanlığa gəldikdən sonra ona hücum etməkdə olan zərərçəkmiş şəxslərin zərbələr vurub, sonuncunun bu zərbələrin təsirindən və ya büdrəməsindən yerə yıxılmasını onun “müqavimətinin qırılması”, yəni Məhkum yönəlik ictimai təhlükəli qəsdinin başa çatması hesab etmiş və müstəsna olaraq onun yıxılma faktından çıxış edərək sonrakı hərəkətlərini, o cümlədən deşici-kəsici alətlə zərərçəkmiş şəxslərə sağlamlığına ağır zərər vurmasını zəruri müdafiə vəziyyəti (əməlin CM-in 130.1-ci maddəsi ilə tövsifini şərtləndirən hal) kimi qiymətləndirmişdir. Belə ki, hadisə yerinə gələndən sonra Məhkum onun üstünə gələn (əlində heç bir deşici-kəsici alət olmayan) zərərçəkmiş şəxsin əli ilə onu vurmaqla qarşılıq versə də və bu zaman həmin zərbənin təsirindən və ya büdrəməsindən yıxılsa da, deşici-kəsici alət onun əlində qalmış və birinci instansiya məhkəməsi onun zərbələri alaraq yıxıldıqdan sonra (hələ deşici-kəsici alət əlində olduğu vəziyyətdə) zərərçəkmiş şəxslərin ona zor tətbiq etmək niyyətindən əl çəkmədiklərini göstərən heç bir fakt göstərməmiş, əksinə Mircavid üzünü çevirdiyi halda əlindəki deşicikəsici aləti alıb dərhal onunla zərərçəkmiş şəxslərə zərbələr vurarkən də ictimai təhlükəli qəsdin davam etdiyini və məhkum tərəfindən hadisələrin gedişatının bu cür qəbul edilməsinin ağlabatan və inandırıcı olduğunu göstərmir. Həmçinin də məhkum ictimai təhlükəli qəsdə məruz qalmışdırsa həmin müddətdə mobil telefonu ilə 102 xidmətinə məlumat vermək və yaxud başqa yolla münaqişədən yayınmaq imkanına malik olması da istisna deyil. Məhkum şüuru ilə əhatə olunan ictimai təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi əməl isə məhz zərərçəkmiş şəxslərin sağlamlığına ağır xəsarət yetirilməsindən ibarət olmuşdur. Eyni zamanda məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahid ifadələrindən də müəyyən edilir ki, zərərçəkmiş şəxslər tərəfindən Məhkum qarşı hər hansı bir kəsicideşici alət istifadə edilməmiş, ona vurulmuş xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarət olmuşdur. Belə ki, ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X7 *** nömrəli canlı şəxsin ekspertizası rəyindən göründüyü kimi Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlərdən biri, yəni sol bazunun sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti ##.##.2023-cü il tarixə uyğun gəlir. Bu xəsarət sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Lakin təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxslərə zərbələr vuraraq onların sağlamlığına ağır xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə üçün bıçaqdan istifadə etməsi ilə bağlı bildirir ki, zərərçəkmiş şəxslərə yetirilmiş xəsarətlərin sayı, lokalizasıyası törədilmə şəraiti bu halı təkzib edir və eyni zamanda zərərçəkmiş şəxslərin ifadələrində də bu öz təsdiqini tapır… …Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuş işin hallarına görə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə yumruqla zərbə vurmuş, Məhkum yerə yıxılmış, zərərçəkmiş şəxs1 arxasını çevirərək digər zərəçəkmiş şəxsə tərəf gedərkən təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan bıçağı çıxardaraq zərərçəkmiş şəxs1 bel nahiyəsindən ağır xəsarət yetirərək bıçaqla vurmuşdur. Göründüyü kimi zərərçəkmiş şəxs Məhkum yerə yıxıldıqdan sonra hərəkətlərini dayandıraraq arxaya dönsə də, təqsirləndirilən şəxs hadisələrin axını zamanı yaranmış emosiya ilə qəsdən ona ağır zərər vurmuşdur. Bundan əlavə olaraq məhkəmə kollegiyası Səmrah Şaliyevə vurulmuş zərərlə bağlı qeyd qeyd edir ki, ekspertiza rəyinə əsasən döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmiş və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid olması qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin ifadələrinin və ekspert rəyinin müqayisəli tədqiqatı zamanı müyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdikdən sonra sonuncu yıxılmış, Şaliyev Səmrah bu zaman təqsirləndirilən şəxsin üzərinə qaçmış və təqsirləndirilən şəxs ona bıçaq zərbəsi vurmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona bıçaq zərbəsinin nə zaman dəyməsini hiss etməmiş, təqsirləndirilən şəxsin əlində bıçaq olmasını görməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs də ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs2 vurmasını xatırlamamış, polis bölməsində ona da xəsarət yetirməsini anlamışdır. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxs onun üstünə gələn zaman bıçaqla zərərçəkmiş şəxs2 də xəsarət yetirmişdir. Zəruri müdafiənin qanunauyğunluğunu müəyyən edən müdafiəyə aid (B) üç şərtə gəldikdə, təqsirləndirilən şəxsin hərəkətlərinin onlardan birinci və ikinci şərtlərin tələblərinə cavab vermədiyi görünür. 1) Belə ki, yuxarıda qeyd olunduğu kimi müdafiəyə aid birinci şərt ictimai təhlükəli qəsd dairəsi qanunla müəyyən edilmiş obyektlərə yönəldiyi (onları təhlükə altına alındığı) halda müdafiənin yol verilən olduğunu ehtiva edir. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan isə görünür ki, zərərçəkmiş şəxslərin və onlarla birlikdə olan şəxslərin ictimai təhlükəli qəsdi (xüsusilə, deşici-kəsici alətlə zor tətbiq etməklə Məhkum hədələmə və üstünə hücum çəkmə, onu təqib edib sərbəstliyini məhdudlaşdırma, müxtəlif əşyalarla ona zərər vurma) məhz CM-in 36.1-ci maddəsi ilə müəyyən edilmiş dairəyə daxil olan obyektləri – şəxsin (məhkumun) sağlamlığını və hüquqlarını təhlükə altına almamışdır. Çünki məhz bu obyektlərin təhlükə altına məhkumun onların müdafiəsinə yönələn hərəkətlər etməsini şərtləndirir. 2) Məhkum hərəkətləri ilə müdafiəyə aid ikinci şərtin ehtiva etdiyi – müdafiə olunanın hərəkətlərindən zərər çəkənlərin yalnız ictimai təhlükəli qəsdi törədən şəxsin olması barədə tələb arasında da uyğunluq olmamışdır. Belə ki, məhkum deşici-kəsici alətlə hücum etməklə, əməllərin törədilməsində xüsusi aktivliyi ilə seçilmişdir. 3) Müdafiənin qanunanuyğunluğunu şərtləndirən üçüncü tələb isə yuxarıda qeyd olunduğu kimi, müdafiənin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasıdır. Əgər müdafiə üzrə qəsdən törədilən hərəkətlər ilkin qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmirsə, zərurətlə şərtləndirilmiş (qəsddən qorunmaq üçün kifayət edən) müdafiənin hüdudlarından kənara çıxan hərəkətlərin törədilməsi kimi çıxış edir və bu üzdən, artıq cinayət məsuliyyətinə səbəb olan zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkum hərəkətlərini – zərərçəkmiş şəxslərin ona cəmi 2 yumruq vurduqdan sonra dərhal deşici-kəsici alət olan özü ilə gətirdiyi bışaqla zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ böyrəyinin yaralanması ilə müşayiət olunan, bel nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, istər birlikdə, islərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd, bel nahiyəsinin daxilə nüfuz elməyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yaraları; zərərçəkmiş şəxs2 isə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirməsi faktını yuxarıdakı şərtlə müqayisə etdikdə, xəsarətlərin ictimai təhlükəli qəsdin davam etməsi (hadisənin gedişatının məhkum tərəfindən vicdanlı olaraq bu cür qavranılması) şəraitndə yetirilməməsini, məhkumun hərəkətlərinin qəsddən qorunmaq üçün yetərli olan hərəkətlərdən aşkar surətdə artıq olmasına dəlalət edir. Çünki, zərərçəkmiş şəxs və onunla birlikdə olan digər şəxslərin qəsdi məhkumun həyatını, yaxud sağlamlığını, əmlakını, sərbəstliyini təhlükə altına alan vəziyyətdə olmamışdır. Qeyd olunan hallar (müdafiə tədbirləri ilə qəsdin xarakteri və ictimai təhlükəliliyi arasında olan açıq aşkar uyğunsuzluq) məhkumun zərərçəkmiş şəxslərə sağlamlığına ağır zərərin vurulması ilə nəticələnmiş əməlinin CM-in 36.3-cü maddəsinə əsasən zəruri müdafiə həddini aşan əməl olaraq qiymətləndirilməsini istisna edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Məhkum tərəfindən Azərbaycan Respublikası CMnin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Məhkum özünü təqsirli bilməməsinə dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Bundan başqa, Məhkum cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxs Məhkum CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Odur ki, apellyasiya protesti bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin əməlin 29,120.1-ci maddəsinə tövsif edilməsinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, şərh edilən Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilməsi məhkəmədə araşdırılmış sübutların məcmusu ilə tam sübuta yetirilir. Lakin onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən mövcud sübutların məcmusuna düzgün istinad edilmədən, yanlışlığa yol verilərək əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1, 126.1-ci maddəsi ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Eyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsir edən amil kimi çıxış edir. Belə ki, təqsirləndirilən şəxsin hansı hisslərin təsiri altında hərəkət etməsi, qəsd niyyətinin yalnız şəxsə xəsarət yetirilməsinə yönəlməsi kifayət qədər aydındır. Zərərçəkmiş şəxslərin münaqişə yaradan hərəkəti nəticəsində Məhkum qəflətən yaranmış qəsd onun vurularaq yerə yıxılmasının təsiri altında baş vermişdir. Məhkum şüuru ilə əhatə olunan ictimai təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi əməl isə məhz zərərçəkmiş şəxslərə xəsarət yetirilməsindən ibarətdir. Onun, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri tam və dolğun olmaqla məhz yuxarıda qeyd olunan ekspert rəylərinə uyğun olmaqla üstün olduğundan əsas götürülməlidir. Beləliklə, təsvir olunan niyyətlə edilmiş həmin hərəkətlərlə şəxslərin sağlamlığına ağır zərər vurulması Məhkum əməlinin bütün sübutların məcmusu əsasında Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tam tərkibini əhatə etdiyi mübahisəsizdir və gəlinmiş bu hüquqi nəticə əsaslıdır, qanunidir. Hadisə ilə bağlı mövcud sübutlar məcmusu və işin faktiki halları təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin birini öldürməyə cəhd etməsi ilə bağlı ibtidai istintaq orqanının qənaətini tam təkzib edir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 öldürmək, yəni qəsdən həyatdan məhrum etmək niyyətini təsdiq edən heç bir sübut müəyyən edilmədi. Əksinə, ibtidai istintaq orqanının Cinayət Məcəlləsinin 29, 120.1- ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi kimi təqdim etdiyi şahid ifadələri, hətta zərərçəkmiş şəxslərin özünün ifadəsi ilə qeyd olunan ittiham təkzib olundu və təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 126.2.1-ci maddəsi ilə əhatə olunduğu qənaətini təsdiq etdi. Cinayət işinin ibtidai istintaq dövründə toplanmış materiallarının əhəmiyyətli hissəsi də bu mövqenin əsaslılılığı ilə bağlı qənaəti möhkəmləndirir. Odur ki, apellyasiya protestinin Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətinin olması barədə dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli CM-in 126.2.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Məhkum CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.”
Hər iki instansiya məhkəməsinin hazırkı iş üzrə ifadə etdikləri mövqelərindən görünür ki, məhkəmələr hazırkı işin halları baxımından fərqli yanaşma sərgiləmiş və fərqli nəticəyə gəlmişlər. Kassasiya instansiyası məhkəməsi Məhkum əməlinin hüquqi tövsifi və şərhi baxımından, zəruri müdafiə hüququ, zəruri müdafiə həddinin aşılması və konkret cinayət əməlinin törədilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, zəruri müdafiənin sosial mahiyyəti hücum edən şəxsin qəsdinə qarşı duran əməlin ictimai təhlükəliliyə malik olmamasından ibarətdir. Lakin qeyd etmək lazımdır ki, törədilmiş əməl yalnız zəruri müdafiə həddini aşmadığı halda cinayət sayılmır. Zəruri müdafiə zamanı əməlin mahiyyəti və xarakteri qəsdin aradan qaldırlması və ya dəf edilməsi, qəsd edən şəxsə zərər vurulması üzrə fəal davranış formasından – hərəkətdən ibarətdir. Müdafiə ilə qəsdin xarakteri və təhlükəlilyi arasında aşkar uyğunsuzluq olduqda zəruri müdafiə həddi aşılmış hesab olunur. Belə hallarda, müdafiə tədbiri qəsdin törətdiyi təhlükənin qarşısını almaq zərurəti həddini şəksiz surətdə aşır. Zəruri müdafiə həddini aşmağın əlamətlərinin olub-olmamasını müəyyən edərkən müdafiə və hücum vasitələri arasında, habelə müdafiə və hücumun intensivliyi arasından mütənasiblik tələbi mexaniki olaraq əsas tutulmamalıdır. Məsələni həll edərkən həm təhlükənin dərəcəsi və xarakterini, həm də müdafiə olunan şəxsin hücumu dəf etmə qüvvəsini və imkanını nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, hücum nəticəsində şəxsin həyəcan keçirməsi, habelə hücumun qəflətən baş verməsi səbəbindən müdafiə olunan şəxs heç də həmişə təhlükənin xarakterini dəqiq ölçüb-biçmək və müvafiq müdafiə vasitəsi seçmək iqtidarında olmur. Müdafiə olunan şəxsin psixi vəziyyətini və baş vermiş hadisənin detallarını qiymətləndirərkən müdafiə olunun şəxsin yaşını, hücumun vaxtını (gecə və ya gündüz edilməsini), yerini (heç kəsin olmadığı yerdə və ya ictimai yerdə edilməsini) və qəsdin törədildiyi şəraiti, hadisənin baş vermə səbəbini, hücum edən şəxslərin tələblərinin forma və məzmununu, qanuni və ya qanunsuz olmasını, tələbin (hədənin) ifadə olunması qaydasını, hücum edən şəxslərin sayını, fiziki qüvvəsini, qarşı-qarşıya duran tərəflərin qüvvələr nisbətini və sair halları nəzərə almaq lazımdır. Zəruri müdafiə zama0nı qəsdin mövcud olması zəruri əlamətdir. Yəni zəruri müdafiədə qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qanun qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyət orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq, zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa şəxslərlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Hüquqa uyğun olan zəruri müdafiə, hücuma məruz qalan şəxsə geniş bir müdafiə haqqı tanıyır. Bu səbəbdən zəruri müdafiə hüququ mütləq bir hüquq kimi dəyərləndirilir. Zəruri müdafiə hüququnun təməlini haqqın qorunmalı olması düşüncəsi formalaşdırır. Haqq, haqsızlıq qarşısında geri çəkilməməlidir. Zəruri müdafiə tətbiq edilən maraqlar şəxsi maraqlardır, başqa sözlə, şəxslərə aid yaşamaq hüququ, bədən toxunulmazlığı, azadlıq və mülkiyyət hüququ kimi hüquqi maraqlardır. Zəruri müdafiə vəziyyətinin yaranması üçün hücumun haqsız olması yetərlidir, mütləq cinayət olmasına gərək yoxdur. Hüquq nizamı ilə ziddiyyət təşkil edən, xüsusilə hüquqa uyğun olmayan hücum hüquqa ziddir. Hüquqa zidd olan bir hücum varsa, bu zaman zəruri müdafiə halı mövcud olur. Zəruri müdafiə çərçivəsində gərəkli və hüquqi baxımdan icazə verilən hər növ hərəkət edilə bilər. Zəruri müdafiə həddinin aşılması nəticəsinə gələn məhkəmə, nəzərə almalıdır ki, bu həddin aşılması açıq-aşkar görünməli, bu həddi aşma təqsirkarın iradəsi ilə ifadə edilməlidir. Yəni məhkəmə hansı konkret və mötəbər sübuta dayanaraq bu nəticəyə gəlməsini inandırıcı formada sübuta yetirməlidir.
CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bu maddənin məzmunundan aydın olur ki, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, burada işə mahiyyəti üzrə baxılmır. Bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın yalnız hüquqi baxımdan qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Göründüyü kimi, prosessual qanun kassasiya instansiaysı məhkəməsinin üzərinə kasassasiya icraatı zamanı kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq hüquq məsələləri üzrə cinayət və cinayət-prosesual qanunlarının tətbiqinin düzgünlüyünün yoxlanması vəzifəsini qoyur. Bu vəzifə təkcə kassasiya icraatının deyil, həm də bütövlükdə ədalət mühakiməsinin təbiəti ilə bağlıdır. Həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə kassasiya instansiyası məhkəməsi tərəfindən kassasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 419.1-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilmiş və kassasiya protestində dövlət ittihamçısı məsələyə ittiham yönümlü və ağırlaşdırıcı mövqedən yanaşmış, həm məhkumun əməlinin tövsifini, həm də cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək cinayət işinin yeni apellaysiya baxışına təyin edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan və hazırkı cinayət işi üzrə müəyyən edilən məsələlərə CPM-in 419.1-ci maddəsinin tələbləri baxımından yanaşaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, eləcə də kassasiya protestinin dəlillərindən asılı olmayaraq hüquq məsələləri üzrə cinayət qanununun tətbiqinin düzgünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Məhkum əməlini tövsif edərkən apellyasiya instansiya məhkəməsi cinayət qanunun normalarını pozmuşdur. Belə ki, hazırkı cinayət işi üzrə Məhkum CM-in 29,120.1 və 126.1-ci maddələri ilə ittiham elan edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum hər iki maddə üzrə əməlini CM-in 126.2.1-ci maddəsinə tövsif etmiş, Məhkum həmin maddə ilə təqsirli bilərək məhkum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, CM-in 29.120.1-ci maddəsinə əsasən təyin edilməsi mümkün olan ən ağır cəza 10 il 6 ay olmasına baxmayaraq, CM-in 126.2.1-ci maddəsi ilə təyin edilə bilər ən ağır cəza 11 il nəzərdə tutulub. Bu Məhkum yetkinlik yaşına çatmaması nəzərə alınmadan, hər iki maddənin sanksiyasının mümkün olan yuxarı həddinin ağırlıq baxımından müqayisəsindən meydana çıxan mənzərədir. “Məhkəmə hokmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Ittihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).” Bundan əlavə, kassasiya instansiyası məhkəməsi yenə də CPM-in 419.1-ci maddəsinin vermiş olduğu səlahiyyətdən istifadə edərək qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları baxımından cinayət hüququnun zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması institutlarının qiymətləndirmə meyarlarına düzgün hüquqi qiymət verməmiş, baş vermiş hadisənin baş verməsi səbəbini, davam etdiyi yeri, hadisənin tərəflərinin yaşını, fiziki imkanlarını, qarşı-qarşıya duran tərəflərin sayını, qüvvət nisbətini, tərəflərin bir-birinə qarşı irəli sürdükləri tələblərin qanuni və haqlı olub-olmamasını, bu üç yeniyetmənin hansı mühitdə böyümələrini, hansı ideyalarla yaşamalarını araşdırmadan, eləcə də zərərçəkmiş şəxslərin hücumlarının nəticə əldə etmədən (Məhkum tələb etdiklərini almadan) başa çatması və bundan sonra Məhkum, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri törətməsinə dair yanlış nəticəyə gəlmiş, araşdırdığı işin hallarına düzgün hüquqi qiymət verməmiş, bununla da cinayət işi üzrə sübutların qiymətləndirilməsində və əməlin tövsifində yanlışlığa yol vermişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi, hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilən halların hərtərəfli, tam və obyektiv şəkildə araşdırılması, qanuni, əsaslandırılmış, tərəfsiz müşahidəçini qane edə biləcək ədalətli qərarın qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Kassasiya instansiyası məhkəməsi, eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə təkrar baxılarkən CPM-in 397.2-ci maddəsinin tələbləri çərçivəsində araşdırmanın aparılmasını tövsiyyə edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü Məhkum əməlinin düzgün tövsif edilməməsi əsası ilə, eləcə də CPM-in 419.1-ci maddəsinin kassasiya instansiyası məhkəməsinə vermiş olduğu səlahiyyətdən istifadə edilməklə ləğv edildiyindən, kassasiya protestinin Məhkum təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı dəlilinə münasibət bildirilməsinə zərurət aradan qalxır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-***/**** nömrəli hökmü kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.