Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-98/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4 və zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 iştirakları ilə, ##.##.1998-ci ildə Ucar rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, x7 qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən C.İ.Səfiyeva) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddətin cəzasından çıxılması və üzərində 5 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, mülki iddia tələbinin qismən təmin olunaraq 7.560 (yeddi min beş yüz altmış) manat məbləğində pulun tutulub hüquqi varis1 verilməsi qərara alınmışdır. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli (hakimlər Ə.R.Məhəmmədəli (sədrlik edən və məruzəçi), K.N.Muxtarov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarı ilə (hakim R.K.Mürsəlov) “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum ##.##.2025-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “Nissan Note” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Beer-Friend” restoranının qarşısında Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yolu soldan-sağa doğru keçmək istəyən piyada, ##.##.1976-cı il təvəllüdlü X1 avtomobilin ön hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan Ceyhun Məmişova baş beyinin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsası sümüklərin sınığı, alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, təpə, burun, çənə, sol baldır nahiyələrinin sıyrıqları, sağ gözün üst və alt göz qapaqlarının qançırları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqlarından ibarət ağır zərər vurulmasına və baş beynin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsaslı sümüklərin sınığı nəticəsində * saylı X2 aparılarkən yolda ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şikayətdə göstərilmişdir ki, işin apellyasiya baxışı zamanı mülki iddiasına əlavə (iddia həcminin artırılması barədə) təqdim edərək maddi ziyana görə real çəkilmiş xərclər qismində birdəfəlik qaydada 20.496 manat, ailə başçısını itirməyə görə əldən çıxmış gəlir qismində 2025ci ilin yanvar ayından başlayaraq hüquqi varis1 ali təhsilini bitirənədək dörd il ərzində hər ay 1.890 manat və mənəvi ziyana görə 5.000 manat vəsaitin X6 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi mülki iddiaya əlavəni icraata götürməkdən imtina etmiş, bildirmişdir ki, hüquqi varis1 tərəfindən verilmiş ilkin mülki iddia ərizəsində maddi ziyana görə real çəkilmiş xərclər qismində birdəfəlik qaydada 20.496 manat və mənəvi ziyana görə 5.000 manat vəsaitin Məhkum tutularaq ona ödənilməsi barədə müddəalar öz əksini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, ona görə də mülki iddia ərizəsinə əlavə icraata götürməkdən imtina olunmalı və hüquqi varis1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakimin mövqeyi həqiqətən maraqlı olmuşdur. Belə çıxır ki, mülki iddiasına əlavədə göstərilən tələblər ilkin iddia ərizəsində öz əksini tapmadığından əlavənin icraata qəbulundan imtina edilməlidir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Mülki iddianın qismən təmin edilməsi də səhvdir. Həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində məhkuma təyin edilən cəzaya da etirazını bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1, kassasiya şikayətinin mülki iddiaya aid hissədə qismən təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mülki iddiaya aid hissədə ləğv edilməli və iş üzrə həmin hissədə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv olunması və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə görə “bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda” üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X3rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Kassasiya kollegiyası məhkum Məhkum təyin edilmiş cəzaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəzaya aid hissədə mövqeyi ilə razılaşır və qərarın bu hissədə dəyişdirilmədən saxlanılmalı olması qənaətinə gəlir. Kassasiya kollegiyası kassasiya şikayətinin mülki iddiaya aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Iş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi # ###### 2025-ci il tarixdə baş vermiş və # ###### 2025-ci il tarixdə CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. ## ###### 2025-ci il tarixdə mərhum Məmişov Ceyhun zərər çəkmiş şəxs qismində tanınmişdır. Eyni tarixdə ərizəsi əsasında zərər çəkmiş şəxs C.Məmişovun qardaşı hüquqi varis2 zərər çəkmiş şəxsin hüquqi varisi (bundan sonra - hüquqi varis) qismində tanınmışdır. # #### 2025-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ittiham aktı ## #### 2025-ci il tarixdə təsdiq olunmuş və iş Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. # ##### 2025-ci il tarixdə hüquqi varis hüquqi varis2 mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki iddiada maddi ziyana görə real çəkilmiş xərclər qismində birdəfəlik qaydada 20.496 manat, ailə başçısını itirməyə görə əldən çıxmış gəlir qismində 2025-ci il yanvar ayından başlayaraq mərhumun oğlu hüquqi varis1 ali təhsilini bitirənədək 4 il ərzində hər ay 1.890 manat və mənəvi ziyana görə 5.000 manat vəsaitin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsini xahiş etmişdir. Mülki iddiaya digər sənədlərlə yanaşı mərhum C.Məmişovun ayda 1.890 manat maaş almasına dair arayış da əlavə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə iş məhkəməyə verilmişdir. Protokolda qeyd edilmişdir ki, mülki iddianın icraata götürülməsi məsələsinə növbəti məhkəmə iclasında baxılacaqdır. ## ### 2025-ci il tarixli məhkəmə iclasında hüquqi varis hüquqi varis2 mülki iddiasının icraata qəbul olunması məsələsi müzakirə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə həmin mülki iddia “buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən və tələblər düzgün birləşdirilmədiyindən” baxılmamış saxlanılmışdır. Həmçinin izah olunmuşdur ki, zərər çəkmiş şəxsin birinci dərəcəli vərəsələri məhkəmədə bu barədə iddia qaldıra bilərlər (cild 1, iş vərəq 234-235). Bundan sonra həmin məhkəmə iclasında zərər çəkmiş şəxsin oğlu hüquqi varis1 məhkəməyə mülki iddia təqdim etmişdir. Mülki iddiada o, ailə başçısını itirməyə görə əldən çıxmış gəlir qismində ali təhsilini bitirənədək 4 il ərzində hər ay 1.890 manat məbləğin tutularaq ona ödənilməsini xahiş etmişdir. Bu mülki iddiaya hüquqi varis1 xaricdə təhsil almasını təsdiq edən sənədlər də əlavə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə hüquqi varis1 mülki iddiası icraata qəbul olunmuş, o da zərər çəkmiş şəxsin hüquqi varisi olmaqla bərabər mülki iddiaçı qismində, təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışdır. Təqsirləndirilən şəxs ildə 1.890 manat olmaqla 4 il üçün məbləğində mülki iddianı qəbul etmişdir. ## #### 2025-ci il tarixli hökmlə hüquqi varis1 iddia tələbi qismən təmin edilmiş, 7.560 manat məbləğində pulun (hər il 1.890 manat olmaqla 4 il üçün 1.890x4=7.560 manat) tutularaq hüquqi varis1 verilməsi qərara alınmışdır. Hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın hansı səbəbdən yalnız qismən təmin olunması əsaslandırılmamış, mülki iddiaçı hər ay üçün 1.890 manat tələb etdiyi halda, mülki iddianın təqsirləndirilən şəxsin ildə 1.890 olmaqla 4 il üçün məbləğdə mülki iddianı qəbul etməsinə uyğun olaraq yalnız hər il 1.890 manat olmaqla qismən təmin edilməsi qət edilmişdir. Həmin hökmdən hüquqi varis (mülki iddiaçı) hüquqi varis1 apellyasiya şikayəti verərək cəzanın ağırlaşdırılmasını və mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Həmçinin hüquqi varis (mülki iddiaçı) hüquqi varis2 də apellyasiya şikayəti verərək oxşar tələblər irəli sürmüşdür. ## ### 2025-ci il tarixli ərizəsində hüquqi varis2 Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə hüquqi varis qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Həmçinin, o, apellyasiya şikayətindən də imtina etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin # ######## 2025-ci il tarixli ilkin baxış iclasının qərarı ilə hüquqi varis hüquqi varis1 apellyasiya şikayəti məhkəmə baxışına təyin edilmiş, hüquqi varis hüquqi varis2 isə hüquqi varis qismində iştirakına və apellyasiya şikayətinin baxışına xitam verilmişdir. # ###### 2025-ci il tarixdə mülki iddiaçı hüquqi varis1 mülki iddia ərizəsinə əlavə (iddia tələblərinin həcminin artırılmasına dair) verərək, maddi ziyana görə 20.496 manat, əldən çıxmış gəlir kimi 4 il ərzində hər ay 1.890 manat və mənəvi ziyana görə 5.000 manat vəsaitin ona ödənilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin # ###### 2025-ci il tarixli yekun qərarı ilə hüquqi varis hüquqi varis1 apellyasiya şikayəti təmin edilməmiş, hökm qüvvədə saxlanılmışdır. Qərardan görünür ki, mülki idddiaya əlavə gec verildiyindən onun icraata götürülməsindən imtina olunmuşdur. 1.890 manatın hər ay ödənilməsinə gəldikdə isə apellyasiya məhkəməsi bu tələbin ittihamda göstərilən maddi ziyanla bağlı olmadığını bildirmişdir. Qərarın təsviri hissəsində hüquqi varis1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 kassasiya şikayətində mülki iddiasının və ona əlavənin tam təmin olunmasını xahiş etmişdir. Kassasiya kollegiyası ilk əvvəl apellyasiya məhkəməsinin mülki iddiaya əlavənin icraata götürülməsindən imtina olunmasına münasibət bildirməyi zəruri görür. Mülki iddianın verilməsi qaydası CPM-in 183.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-n 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Apellyasiya məhkəməsi təsbit etmişdir ki, hüquqi varis1 tərəfindən verilmiş ilkin mülki iddia ərizəsində maddi ziyana görə real çəkilmiş xərclər qismində birdəfəlik qaydada 20.496 manatın və mənəvi ziyana görə 5.000 manat vəsaitin Məhkum tutularaq ona ödənilməsi barədə müddəalar öz əksini tapmamışdır və bu tələblər yalnız mülki iddiaya əlavədə nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi CPM-nin yuxarıda göstərilən tələblərinə əsaslanaraq mülki iddiaya əlavəni icraata götürməkdən imtina etmiş və hüquqi varis1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi mülki iddiaya əlavəni icraata qəbul etməməkdə haqlı olmuşdur və kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini qanuni və əsaslı hesab edir. Lakin mülki iddianın icraata götürülmüş hissəsi (ayda 1.890 manat olmaqla 4 il ərzində ödəmənin aparılması) ilə bağlı kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılıaşır və aşağıdakiları bildirməyi zəruri hesab edir. Mülki iddiadan görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi ona təhsil aldığı 4 il müddətinə hər ay 1.890 manat tələb etsə də, birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin etmiş, yalnız illik 1.890 manat olmaqla 4 il ərzində ümumilikdə 7.560 (yeddi min beş yüz altmış) manat məbləğində ödənilməsinə dair qərar qəbul etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı mülki iddiaya aid hissədə ləğv edilməlidir. Kassasiya kollegiyası bildirir ki, apellyasiya məhkəməsi mülki iddianı tam araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə məhkəmə mülki iddianı yalnız illik 1.890 manat olmaqla 4 il ərzində ümumilikdə 7.560 (yeddi min beş yüz altmış) manat məbləğində ödənilməsinə dair hissədə qismən təmin edilməsini əsaslandırmamış, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu yalnışlığını aradan qaldırmamış, “lakin ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi hissəsində isə mülki iddia tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmamışdır” fikrini əks etdirməklə kifayətlənərək apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli qərarının 68-ci bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin mövqeyi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı mülki iddiaya aid hissədə ləğv edilməklə cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı mülki iddianın tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar (o cümlədən tərəflərin maddi vəziyyəti, sosial durumu, həyat şəraiti və s.) qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-il tarixli qərarı mülki iddiaya dair hissədə ləğv edilsin. Cinayət işi mülki iddiaya dair hissədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-98/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-98/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver