Məhkəmə qərarları › İş №1(100)-494/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-494/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-494/2025 02.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X9 (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Babayev Azə r Vaqif oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vastələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağan edilmiş və cŞəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən külli miqdarda 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,835 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 may 2023-cü il tarixdə saat 20:50 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləfi zamanı Bərdə şəhəri, H.Aslanov küçəsində, BərdəTərtər yolunun sol hissəsində yerləşən yeməkxanada saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4, 935 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə göstərilən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xx.xx.2023-cü il tarixli, 3330 nömrəli müqavilə üzrə olan Vəkil Orderindən görünür ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 ilə Təqsirləndirilən şəxs hüquqlarının Gəncə Ağır Cinayətlər Məhkəməsində müdafiə olunması üçün müqavilə bağlamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-116/2025 saylı qərarından görünür ki, cinayət işinin baxılmasına xitam verilmiş və ibtidai araşdırmanı həyata keçirən prokurora qaytarılmışdır. “Müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi barədə” xx.xx.2025-ci tarixli protokoldan görünür ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində Təqsirləndirilən şəxs təqdim edilmiş və “etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi”, “təqsirləndirilən şəxsin yenidən dindirilməsi”, “təqsirləndirilən şəxsə qətimkan tədbirinin şərtlərinin izah edilməsi”, və “üzləşdirmə” istintaq hərəkətlərini onun iştirakı ilə aparmışdır. X2 Bərdə Rayon Polis X3 müstəntiqi X6 ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərin Gəncə Ağır Cinayətlər Məhkəməsində müdafiəçidsi olmuşdur. Hazırda aralarında bağlanmış müqavilə qüvvədə olduğundan nəzərə alınmasını xahiş etmişdir. Azərbycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 85.2.3-cü maddəsinə əsasən müstəntiq şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. 92.7-ci maddəsinə əsasən müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. 92.8-ci maddəsinə əsasən bu Məcəllənin 92.7-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3.1-ci maddəsinə əsasən cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 5.2-ci maddəsinə əsasən vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. 5.3-cü maddəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və Elektron vəkil orderi və ondan istifadə qaydası haqqında” əsasnamənin 2.9-cü bəndinə əsasən: Vəkil orderi (bundan sonra - Order) – dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında bağlanan Müqavilə əsasında Vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə Müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin verilməsini təsdiq edən xüsusi müəyyən edilmiş sənəddir. Cinayət işinin materiallarından görünü ki, Təqsirləndirilən şəxs, Şahid12 və Şahid13 barələrində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(100)-116/2025 saylı qərarı ilə cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmanı həyata keçirən prokurora qaytarılmışdır. Bundan sonra Bərdə Rayon Polis X3 müstəntiqi X8 tərəfindən 28 fevral 2025-ci il tarixdə “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərar qəbul edilərək ibtidai istindaq davam etdirilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsində hüquqlarını müdafiə edən vəkil Zabil Qəhrəmanov tərəfindən “Vəkil Orderi” təqdim edilmədən yalnız sonuncunun ərizəsi əsasında cinayət prosesinə müdafiəçi qismində buraxılaraq Təqsirləndirilən şəxs təqdim edilmiş və “etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi”, “təqsirləndirilən şəxsin yenidən dindirilməsi”, “təqsirləndirilən şəxsə qətimkan tədbirinin şərtlərinin izah edilməsi”, və “üzləşdirmə” istintaq hərəkətlərini onun iştirakı ilə aparmışdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vəkillər X4 “Vəkil orderi və Elektron vəkil orderi və ondan istifadə qaydası haqqında” təsdiqlənmiş qərarından görünür ki, Vəkil orderi təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil arasında bağlanan Müqavilə əsasında Vəkilə verilən tapşırıq üzrə yalnız bir dəfə təmsilçilik və hüquqi yardımın göstərilməsini təsdiq edən xüsusi müəyyən edilmiş sənəddir. Bundan başqa müdafiəçi təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Göstərilən tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarmalıdır. Hazırki işin materiallarından görünür ki, müdafiəçi X11 Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiə olunması üçün müqavilə bağlayaraq order təqdim etməsinə baxmayaraq, Bərdə Rayon Polis X1 istintaqı aparılan cinayət işi üzrə yeni order təqdim etməli olduğu halda bunu etməmiş sadəcə məhkəməyə təqdim etdiyi vəkil orderini əsas götürüb onun müdafiəçi kimi cinayət işinə buraxılmasını xahiş etmişdir. Qanunvericiliyin normasından da göründüyü kimi, Bərdə Rayon Polis X3 müstəntiqi müdafiəçinin cinayət işinə müdafiəçi qismində buraxılması üçün yeni order tələb etməli olduğu halda bunu etməmiş, təqsirləndirilən şəxsə müdafiəçi təyin etmədən “təqsirləndirilən şəxsin yenidən dindirilməsi”, “təqsirləndirilən şəxsə qətimkan tədbirinin şərtlərinin izah edilməsi” və “üzləşdirmə” istintaq hərəkətlərini aparmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, istinad edilən pozuntularla təqsirləndirilən şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəçi təyin edilmədən, yəni faktiki olaraq iş üzrə səlahiyyətli olmayan Zabil Qəhrəmanovun iştirakı ilə barəsində istintaq hərəkətləri aparılmış və müdafiə hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 iyun 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar