Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-501/2022 26.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olmayan, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Ağdam rayonu, Çəmənli kəndində, yaşadıqları evin yataq otağında anası Zərərçəkmiş şəxs atası Şahid1la rəsmi nigahda yaşamasına baxmayaraq istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun "Whatsapp" ani mesajlaşma mübadilə sistemi ilə başqa şəxslə, yəni Ağdam rayonu, Şükürağalı kənd sakini Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə "Elgünüm, ürəyimmm, haralardasan" və digər yazdığı mesaj yazışmalarını görüb onun bu qeyri etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədi ilə evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub insan həyatı üçün təhlükəli olan nazik bağırsağın, piyliyin, müsariqənin zədələnməsi, qarının ön divarının daxilə keçən deşilmişkəsilmiş yarası xəsarətlərini yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin Turizim və otelçilik fakültəsinin İİ krus tələbəsi olmuşdur. O, anası Elnurənin kiminləsə mobil telefon vaistəsi ilə yazışmasından şübhələnsə də həmin şəxsin kimliyini müəyyən edə bilməmiş, anası ilə əvvəllər bu barədə söhbət etmiş, sonuncu isə belə bir iş görmədiyini onu inandırmışdır. xx.xx.2022-ci il tarixdə günorta vaxtı anasının istifadə etdiyi “Samsunq” markalı mobil telefonu anasından xəbərsiz götürüb yoxlayanda anasının Elgün adlı şəxsə ”Whatsapp”la “Elgünüm, ürəyimmm, haralardasan” və digər mesajlar yazmasını görüb bundan əsəbləşmiş, bu barədə heç kimə heç nə demədən qoyun otarmağa getmişdir. O, həmin gün saat 21 radələrində sahədən evə qayıdıb yuyunmaq istəyən zaman anasının özünü şübhəli aparmasından bir daha əsəbləşərək anasının Elgünə yazmış olduğu mesajlara görə Elnurəni cəzalandırmaq fikirinə düşmüşdür. Ona görə də mətbəxdə işlətdikləri bıçağı götürüb evin yataq otağında anası Elnurəyə yaxınlaşaraq bıçaqla bir dəfə anasının qarın nahiyəsindən vurmuş, sonra isə bıçağı hadisə yerinə atıb evdən küçəyə çıxıb anasının istifadə etdiyi mobil telefonla 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra atası Fazil ona zəng etmiş, o da atasına evə gələndən sonra hadisə barədə məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, o da evlərinə qayıdaraq hadisəni törətməsini etiraf edib hadisə yerini göstərmişdir. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o, anasına xəsarət yetirdiyi bıçağı, hadisə zamanı əyinində olan paltarları və anasına məxsus mobil telefonu təqdim etmişdir. Bu barədə tərtib edilən protokola özüdə imza etmiş və bundan sonra Ağdam RPŞ-yə dəvət olunaraq sərbəst şəkildə müvafiq sənədləşmələrdə iştirak etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 ilə rəsmi nigahda olmuşdur. Böyük oğlu Təqsirləndirilən şəxs Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin Turizm və otelçilik fakültəsinin İİ kurs tələbəsidir, özü isə Ağdam MRX-da tibb bacısı işləmişdir. Şahid2 ilə təxminən bir il bundan əvvəl tanış olmuşdur. Belə ki, Elgünün idarə etdiyi mikroavtobusla xəstəxanaya işə gedibgəlmişdir. Onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi Elgündə olduğundan Elgün istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən “Whatsapp” vasitəsi ilə ona mesaj yazaraq ondan xoşu gəldiyini bildirmişdir. O da Elgündən xoşlandığını bildirdiyi üçün aralarında xoş münasibət yaranmış, bir-birlərinə müxtəlif səpgidə sevgi mesajları yazmışlar. Eləcə də mobil telefonla danışıqları da olmuşdur. Bu barədə oğlu Eltun ona bildirsə də, o başqa şəxslə heç bir münsibətinin olmadığına oğlunu inandırmışdır. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Ağdam rayonu, Çəmənli kəndində yerləşən evlərində oğlu Eltunla ikisi olmuşlar. Həmin vaxt Eltun onun mobil telefonunu ondan xəbərsiz götürüb telefona baxanda onun Elgünlə mesajlaşmasını görüb bundan əsəbləşərək evin mətbəxindən götürdüyü bıçaqla yataq otağında ayaq üstündə olan anda bir dəfə onun qarın nahiyəsindən vurduqdan sonra evdən həyətə qaçmış o, isə evdə qalmışdır. Təxminən 20 dəqiqə sonra əri Fazil və polis əməkdaşları yaşadığı evə daxil olmuş, həmin vaxt o, huşunu itirmişdir. Hazırda təqsirləndirilən şəxs oğlu olduğundan onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən oğluna yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1988-ci ildə rəsmi nigah bağlamaqla evlənmişlər. Həmin nigahdan onların Eltun və Şükür adlı oğlanları doğulmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində o, toyuqlara yem almaq üçün Ağdam rayonu, Zəngişalı kəndinə gedəndə Elnurə ilə Eltun evdə qalmışlar. Həmin tarixdə saat 21 radələrində Elnurənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng etəsə də zəngi cavabsız qalmış, az sonra Eltun Elnurənin nömrəsi ilə ona zəng edərək onu evə çağırıb nə baş verməsini evə gələndən sonra biləcəyini demişdir. O, evə çatanda həyətdə Ağdam RPŞ-nin əməkdaşlarını görmüşdür. Polislər ona bildirmşilər ki, Eltun 102 xidmətinə zəng edərək anası Elnurəyə bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. O, polis əməkdaşları ilə birlikdə evə daxil olanda Elnurəni mətbəxdə su ilə üzünü yumasını görmüşdür. Elnurənin qarın nahiyəsindən qan axdığı üçün arvadının qoluna girib mətbəxdən çıxaranda Elnurə huşunu itirmişdir. Polis əməkdaşlarının köməkliyi ilə Elnurəni Ağdam RPŞ-nin DYPB-nin xidməti avtomobili ilə Ağdam MRX-na aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Eltun yaşadıqları evdə Elnurəni bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Ağdam RPŞ-nin DYPB-nin polis nəfərləri Rahil və Şahid4larla xidməti avtomobillə Ağdam rayonu, Çəmənli kəndində xidmətdə olarkən Ağdam RPŞ-nin Növbətçi hissəsindən Çəmənli kəndindən Eltun adlı şəxsin 102 xidmətinə zəng edərək anasına yaşadıqları evdə bıçaqla xəsarət yetirməsi barədə məlumat verməsinə dair məlumat daxil olmuşdur. O, polis əməkdaşları ilə birlikdə dərhal hadisə yerinə gələrkən yolda şöbənin digər əməkdaşları ilə qarşılaşmış və birlikdə hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatanda orada Eltunun atası Şahid1da görmüşlər. Onlar Fazilin iştirakı ilə evə daxil olmuş, Fazil evin mətbəxinə gedərək arvadı Elnurənin yaralı halda qoluna girib evdən həyətə çıxarmış və həmin anda Elnurə huşunu itirmişdir. O, dərhal xidməti avtomobillə Elnurəni Ağdam MRX-na çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X6 Şahid3 ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 09 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilib götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o, bir daha Zərərçəkmiş şəxs yaşadıqları evdə bıçaqla xəsarətləndirməsini təsdiq edərək həmin bıçağı, habelə hadisə zamanı əynində olan bir ədəd yay köynəyini, bir ədəd şalvarını, anasına məxsus Samsunq markalı mobil telefonu təqdim etmişdir. Bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerindən götürülmüş əşyalara yenidən baxış keçilinib götürülməsi haqqında” protkoldan görünür ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs istifadəsində olan Samsug markalı mobil telefonu istintaqa təqdim edərkən mobil telefonda Zərərçəkmiş şəxs tərəfindən Elgün Mənafova “Whatsapp” ani mesajlaşma sistemi vaistəsi ilə müxtəlif səpgidə sevgi dolu mesajların yazılması müəyyən edildiyindən bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd donu əri Şahid1 istintaqa təqdim edərkən həmin donun üzərində zədə və digər iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən protokol tərtib edilib fotoşəkil çəkilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 228 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-nazik bağırsağın, piyliyin, müsariqənin zədələnməsi ilə qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, ekspertiza təyin etmə haqqında qərarda qeyd edilən mətbəx bıçağı ilə törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixdə uyğun gəlir. Dərəcəsinə görə nazik bağırsağın, piyliyin, müsariqənin zədələnməsi ilə qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağadır.Xəsarət yetirilən anda Zərərçəkmiş şəxs xəsarət yetirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə (üzbə-üz, ayaqüstü və s.) ola bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azercell Telecomdan əldə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsi Zərərçəkmiş şəxs adına qeydiyyatdadır. Zərərçəkmiş şəxs həmin mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Bu barədə protokol tərtib edilib cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 6/4264 №-li lifli materialların məhkəmə ekspertizası barədə olan rəydən görünür ki, hadisə yerindən götürülüb tədqiqata təqdim olunan cinayət aləti bıçağın üzərində aşkar edilmiş liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan donun tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan donun üzərində aşkar edilmiş liflər cinsi əlamətlərinə görə hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın tərkib liflərinə uyğun gəlməklə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan donun üzərində Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan şalvarın tərkib lifləri bir-birlərinə uyğundur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik eskpertizasının xx.xx.2022-ci il tarixli 576 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir.Hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbikriminalistik eksperizasının xx.xx.2022-ci il tarixli, 491 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan donun üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 1551 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, həmin xəstəlikdən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 610 №-li rəyindən görünür ki, hadisə yerindən pambıq tamponla götürülmüş qan nümunəsi insan qanıdır. Qrup göstəricisinə görə Zərərçəkmiş şəxs məxsus olmaqla hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın üzərində aşkar edilmiş insan qanı ilə eynilik daşıyır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyaların tanınması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilərkən o, cinayətdə istifadə edilən bıçağı tanımış və bu barədə protokol tərtib edilib fotoşəkil çəkilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkriminalistik eskpertizasının xx.xx.2022-ci il tarixli, 491 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 Azərbaycan Respublikası Przdentinin 2020-ci il 25 dekabr tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, tələbə olmasını, zərərçəkmiş şəxsin anası olmasını, qardaşının İİ Qarabağ müharibəsi iştirakçısı olması və özünün yaşayış yerindən müsbət xarakterizə olunması, səmimi etirafı, əməlindən peşman olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 03 (üç) ildən 08 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş zərəri ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin anası olmaqla ona qarşı heç bir şikayət və tələbinin olmamasını, tələbə olmasını, qardaşının İİ Qarabağ müharibəsi iştirakçisi olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin anası olmaqla ona qarşı heç bir şikayət və tələbinin olmamasını, tələbə olmasını, qardaşın İİ Qarabağ müharibəsi iştirakçisi olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. İş üzrə Ağdam rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq və zərərçəkmişə məxsus flakonda olan qan nümunəsi, pambıq tamponlar məhv edilməli, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olan 1 ədəd don, təqsirləndirilən şəxsin əynində olan şalvar və köynək, zərərçəkmiş şəxsə məxsus Samsung markalı mobil telefon sahiblərinə qaytarılmalı imtina edildikdə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səkəsən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Ağdam rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq və zərərçəkmişə məxsus flakonda olan qan nümunəsi, pambıq tamponlar məhv edilsin, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olan 01 ədəd don, təqsirləndirilən şəxsin əynində olan şalvar və köynək, zərərçəkmiş şəxsə məxsus Samsung markalı mobil telefon sahiblərinə qaytarılsın imtina etdikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səkəsən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-501/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-501/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver