Məhkəmə qərarları › İş №1(100)-83/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-83/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-83/2021 23.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1982-cu ildə Qazax rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 29, 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü, dul, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində bacısı X9 ilə birlikdə Şahid7 idarə etdiyi, “Mercedes Benz 260” markalı, AZ **-XH-*** dövlət qeydiyyat nişanlı taksi kimi fəaliyyət göstərən avtomobildə sərnişin qismində gedərkən Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində yolda görmüş, maşının kəndin ara yolundan kəndin mərkəzi küçəsi olan asfalt yola çıxarkən yolun nahamarlığı ilə əlaqədar yavaşımasından istifadə edib avtomobilin arxa sol qapısını açaraq Zərərçəkmiş şəxs həmin avtomobildən zorla düşürmüş, yumruq və təpiklə vuraraq avtomobilin yaxınlığında döyməyə başlamış, taksi sürücüsü maşından düşərək mane olmaq istədikdə “ailəmdi, sən qarışma” deyərək ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hömətsizlik ifadə edən, ətrafda fərdi yaşayış evlərinin və sakinlərin olmasına məhəl qoymadan aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən hərəkətlərlə Zərərçəkmiş şəxs döyüb ucadan nalayiq ifadələr işlədərək sonuncunun üzərində zor tətbiq oluması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, yuxarıda qeyd olunan xuliqanlıq hərəkətlərini etdikdən sonra xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün saçından tutub yumruq və təpiklə bədəninə çoxsaylı zərbələr vuraraq Xəyalə Nəsibovanın əynində olmuş göyümtül rəngli şalvarı, göy rəngli koftanı, tünd boz rəngli qolsuz jileti, çəhrayı rəngli alt paltarı tursiki, boz rəngli büstqalteri dartıb cıraraq özü üçün əlverişli şərait yaratmaq məqsədi ilə sonuncunu lüt vəziyyətdə Aşağı Kəsəmən kəndinin ara yolunda, küçədə olan dəmir hörmə çəpərlə əhatələnmiş bağ sahəsinə salaraq yerə yıxıb özü də şalvarını və alt paltarını soyunub ehtirasdan gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etmək məqsədilə sonuncunun üstünə uzanmış, ona müqavimət göstərməyə çalışan Zərərçəkmiş şəxs qışqırıq səsinə yaxınlıqda yaşayan Şahid9 oraya gəlib ona: “qızdan əl çək” deyərək mane olmaq istədikdə sonuncuya oradan getməsə “səni Xəyalənin yerinə zorlayacam” dediyindən Şahid9 qorxaraq oradan uzaqlaşmış, o isə Zərərçəkmiş şəxs zorlamağa yönəlmiş hərəkətlərini davam etdirən zaman sonuncunun müqavimət göstərməsi və həmin vaxtı hadisə yerinə gəlmiş sonuncunun qardaşı Şahid1 ona mane olması səbəbindən Zərərçəkmiş şəxs zorlamağa yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə sağ-sol dizin ön səthində, sağ baldırın, sağrının yuxarı səthində, sağ kürək nahiyyəsində sıyrıqlar, sol budun, sağ bazunun, sağ və sol gözün alt səthində qançırlar, burun çəpərinin yerdəyişməsiz sınığı ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib zor tətbiq etməklə zorlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 29, 149.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2000-ci ildən etibarən tanımışdır. Sonuncu ilə 2012-ci il tarixdən 2014-cü il tarixədək qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, birlikdə yaşamışlar. Lakin sonradan aralarında münasibətləri pozulduğuna görə dava-dalaş olmuş və ayrılmışlar. Xəyalə ilə olan davalarına görə ümumilikə 3 dəfə məhkum olunmuş, sonuncu dəfə 2019-cu ilin yanvar ayında azadlığa buraxılmışdır. xx xxxx 2020-ci il tarixdə gün ərzində o, Aşağı Kəsəmən kənd ərazisində olmuşdur. Həmin gün axşam saat 21 radələrində o, Aşağı Kəsəmən kəndində bibisi Gülçiçəkgilə gedərkən yolda asfaltın kənarında o getdiyi istiqamətdə sağ tərəfdə tünd rəngli nömrəsini xatırlamadığı çeşka kimi tanınan mercedes markalı maşın dayanmışdı. Həmin maşının içərisinə baxdıqda arxa oturacaqda sağ tərəfdə Xatirə, sol tərəfdə isə Xəyalənin oturduğunu görmüşdür. Həmin vaxtı qarşıdan başqa maşın gəlmiş, Xəyaləgilin olduğu maşın qarşıdan gələn maşının keçməsini gözlədikləri üçün dayanmış, o, maşına yaxınlaşıb arxa sol tərəfdə Xəyalənin oturduğu hissədən maşının qapısını açmış, Xəyaləyə maşından düşməsini demiş, Xəyalə maşından düşməyib qışqırmağa başlamışdır. O, bu zaman içkili idi deyə əsəbləşmiş, Xəyalənin saçından tutub çölə çıxartmış və döyməyə başlamışdır. Bu zaman maşının sürücüsü maşından düşüb nə baş verdiyini soruşmuş, o da həmin adama Xəyalənin onun həyat yoldaşı olduğunu, hara getdiyini soruşduğunu demişdir. Bunu dedikdən sonra həmin adam maşını oradaca qoyub piyada harasa getmiş, həmin vaxta qədər Xatirə də qaçıb getmişdir. O, bundan sonra Xəyaləni döyməyə davam etmiş, təxminən bir neçə dəqiqə sonra Xəyalənin anası Gülbaharın, bacısı Xatirə ilə birlikdə uzaqdan gəldiyini görmüşdür. Bu zaman o, Xəyaləni döyməkdən əl çəkib aralanmış, ordan çıxıb öz evlərinə qayıtmışdır. Evlərinə qayıdarkən qonşuluqda yaşayan Rufanı da görmüşdür. Evdən balıq tutmaq üçün qarmaq götürüb piyada Kür çayının kənarına gəlmiş, ondan sonra polislərin onu axtara biləcəyindən ehtiyat edib evə gəlməmişdir. Yalnız xx xxxx 2020-ci il tarixdə çimmək və dincəlmək üçün evə gəlmiş, günortadan sonra qapını polislər döymüş, o, polislərin onu aparmağa gəldiklərini düşünüb, evin arxa tərəfindən bağ yolu ilə qaçmağa çalışmış, lakin polislər onu tutub Ağstafa rayon polis şöbəsinə gətirmişlər. O, hadisə zamanı yalnız Xəyaləni döymüş, sonuncunu zorlamağa cəhd etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə gün axşam saat 21 radələrində o, bacısı Xatirə ilə birlikdə Poylu kəndinə digər bacısgilə gedirdi. Buna görə böyük bacısı Xatirə taksi sifariş etmişdi. Axşam saat 21 radələrində köhnə model taksi gəlmişdir. Həmin taksinin sürücüsünü qaranlıq olduğu üçün aydın görməmişdir. O, Xatirə ilə birlikdə maşında oturmuşdur. O, sürücü tərəfdə arxada oturmuşdu. Kənddən çıxarkən çınqıl yoldan asfalt yola keçən hissədə maşın yavaşımış və həmin vaxtı Azər maşının arxa sol tərəfdə, o əyləşən hissədən qapısını açıb onu maşından zorla saçından tutub düşürtmüş, maşından düşürtdükdən sonra onu döyməyə başlamışdır. Azər onu döyə-döyə “mən səni güdürdüm, yaxşı keçdin əlimə, səni zorluyub başına oyun açacam” demişdir. O, Azərə onu buraxmasını demiş, lakin Azər onu dinləməyib döyməyə davam etmiş, döyə-döyə üstündəki paltarları cırmağa başlamışdır. Onun üzərindəki paltarları dartıb cırmış, onu döyərək təmiz lüt vəziyyətə saldıqdan sonra sürüyərək yaxınlıqdakı əkin sahəsinə aparmışdır. Bu zaman oradakı dəmir setka çəpərdən tutmuş, lakin Azər onu vuraraq əlini setkadan buraxdırmışdır. Azər onu arxası üstə yerə uzadıb özü də şalvarını və alt paltarını çıxardıb kənardakı setkaya atmış, onun üzərinə uzanmış, Azər mənim üstümə uzananda sonuncunun cinsi orqanını gərilmiş halda budlarında hiss etmiş, Təqsirləndirilən şəxs onu zorlamaq istəmiş, o da Azərə müqavimət göstərmişdir. Bu zaman uzaqdan qardaşı Rəşidin səsi gəlməyə başlamışdır. O qışqırdığına görə Rəşid onun olduğu yeri dəqiq bilmiş və onlara doğru gəlmişdir. Həmin vaxtı Azər onun üstündən qalxıb Rəşidə doğru getmiş və Rəşidlə tutaşmağa başlamışdır. O da həmin vaxtı lüt formada qaçıb qonşuluqda olan Zinyət xalagilə getmişdir. Zinyətgilin açıq formada olmuş, o da birbaşa içəri keçmişdir. Zinyətgildə üzərinə köynək və yubka geyinmiş, daha sonra anası, bacısı, əmisinin yoldaşı Bəsdi gəlib onu oradan öz evlərinə gətirmişdir. Daha sonra polisə bu barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gün axşam saat 21 radələrində o, bacısı Xəyalə ilə birlikdə Poylu kəndinə getmək üçün taksi sifariş etmişdi. Axşam saat 21 radələrində köhnə model taksi gəlmişdir. Əvvəl o, maşında oturmuş, sonra gedib Xəyaləni evdən götürmüşlər. Kənddən çıxarkən çınqıl yoldan asfalt yola keçən hissədə maşın yavaşımış və həmin vaxtı Azər maşının arxa sol tərəfdə, Xəyalə əyləşən hissədən qapısını açıb Xəyaləni maşından zorla düşürtmüş, maşından düşürtdükdən sonra Xəyaləni döyməyə başlamışdır. Xəyaləni döyədöyə “mən səni güdürdüm, yaxşı keçdin əlimə” demişdir. Həmin vaxtı o da qorxub maşından düşmüş, maşından düşdükdən sonra da qorxusundan Azərə yaxınlaşa bilməmişdir. Azərin hərəkətlərindən sərxoş olduğu hiss olunurdu. Tez əl telefonu ilə qardaşı Rəşidə zəng edib Azərin yenə Xəyaləni döydüyünü demişdir. Həmin vaxtı qonşulardan Molla Şirinin arvadı da küçəyə çıxmış, lakin sonuncu ona getməyə icazə verməmişdir. O,orada qalmayıb evə getmiş, evə gedəndə anası, əmisinin arvadı Bəsdi evdə olmuşdur. O, anasına Azərin Xəyaləni küçədə döydüyünü dedikdə üçü də birlikdə evdən çıxmışdır. Anası ondan qabaq yüyürüb hadisə yerinə çatmışdır. O da hadisə yerinə çatanda Babəkin sürdüyü maşın orada olmamışdır. Hadisə yeri ilə üzbəüz evdə qalan Zinyətgilin qapısı açıq olmuş, o, anası, əmisinin yoldaşı Bəsdi onlara getmiş, Xəyalə də onlarda olmuş, sonuncunun üstü-başı pis gündə olmuşdur. Zinyət geyinməsi üçün ona evdən paltar vermiş, sonra Xəyaləni də götürüb evə gəlmişlər. Evə gələndən sonra Xəyalədən niyə bu halda olduğunu soruşmuş, Xəyalə Azərin ona “səni zorluyub başını kəsəcəm” dediyini, döyərək soyundurduğunu, özünün də şalvarını çıxardıb üstünə uzandığını, zorlamaq istədiyini bildirmişdir. Bundan sonra onlar polisə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. xx xxxx 2020-ci ildə saat təxminən 21 radələrində bacısı Xatirə ona zəng edərək Azərin küçədə Xəyaləni döydüyünü, özünü ora çatdırmağını demişdir. O, evdən çıxaraq küçəyə tərəf getmiş, onların evindən təxminən 200 metr aralıda bacısı Xatirənin dediyi istiqamətdə gedəndə küçənin kənarında əkin sahəsinin içərsində Xəyalənin qışqırıq səsi gəldiyini eşitmiş, səs gələn tərəfə gedəndə Xəyaləni lüt halda yerdə uzanıqlı görmüşdür. Azər isə şalvarını çıxarıb Xəyalənin üstündə uzanmışdı. Ora çatıb “Azər dayan” deyən kimi Azər Xəyalənin üstündən durub şalvarını setkanın üstündən götürüb geyinib ona tərəf nəsə atmış, lakin atdığı ona dəyməmişdir. O Xəyaləyə paltarlarını geyinməyini demiş, Azər bu zaman qəfildən onun arxa tərəfindən keçib yumruqla ağzına vurmuş, daha sonra Azər qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Xəyalə əvvəllər ailəli olub, əri vəfat edibdir. X23 Abdullayev adlı şəxslə 3-4 ay qeyri-rəsmi birlikdə yaşayıb. Xəyalə qızı ilə birlikdə onlarda qalır. Azər əvvəllər Xəyaləni döydüyünə görə Xəyalənin şikayəti əsasında Azərin barəsində cinayət işi istintaq edilibdir. Azərin məhkumluğu olubdur. Azər həbsdən çıxandan sonra Xəyalə ilə əlaqə saxlamırdı. xx xxxx 2020-ci ildə saat təxminən 21 radələrində Xəyalə, 10 yaşlı qızı Cəmilə ilə birlikdə böyük qızı Xatirəgilə getmək üçün evdən çıxmışdı. Onlar çıxdıqdan bir müddət sonra Cəmilə qaçıb tək evə gəldi və Azərin anasını küçədə döydüyünü dedi. Cəmilədən sonra Xatirə də yüyürərək gəldi. O da Azərin küçədə Xəyaləni döydüyünü dedi. Daha sonra birlikdə küçəyə doğru çıxanda Xəyalənin sürünərək evə tərəf gəldiyini görmüş və ona kömək edib evə gətirmişlər. Daha sonra Xatirə polisə məlumat vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid2 ilə işin halları ilə bağlı eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanımışdır. Onlarla hər hansı ədavəti, düşmənçiliyi, eləcə də, qohumluq münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, kənd ərazisində yoldaşları ilə çayçıda oturmuşdu. Həmin gün saat 22 radələrində evdən zəng edib marketdən çörək və bir neçə başqa ərzaq almağını dedikdən sonra o, marketdən həmin ərzaqları alıb evə doğru gələrkən saat 22 radələrində bir nəfər yolun kənarından əl edib maşını saxlatdırdı. O həmin vaxtı maşında təl olmuşdur. Maşını saxlamış və həmin adam gəlib onun maşınında arxada oturmuşdur. Kiminsə onun maşınını əlindən aldığını, özünün taksi sürücüsü olduğunu demişdir. O, kəndlərində heç kimin başqasının əlindən maşın almayacağını demiş və maşınının harada olduğunu soruşmuşdur. Həmin adam saxlatdırıb maşına oturduğu yerdən 40-50 metr qabaqda sağ tərəfdə əsas yola birləşən kənd arası yolda düşmüş və maşınının orada olduğunu demişdir. Ətrafda heç kim yox idi. O, həmin adama maşınını sürüb çıxıb getməyini, heç bir təhlükə olmadığını demişdir. Özü də evə tələsdiyi üçün maşından düşməmiş və birbaşa evə gəlmişdir. Aldığı ərzaqları evə qoyduqdan sonra 10 dəqiqə ərzində o, bayaqkı hadisə ilə maraqlanmaq üçün yenidən ora doğru gəlmişdir. Onların evindən həmin yerə qədər məsafə də, təxminən 50 metr təşkil edir. Oraya gedəndə Azər onun qabağı ilə əks istiqamətdə tələsik formada gedirdi. Ondan heç nə soruşmamışdır. Azərin əvvəllər Xəyalə ilə aralarında ədavətləri olmuş, dava etmişlər. İndi də nəsə onların arasında mübahisə olduğunu düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Aşağı Kəsəmən kəndində anam Qəndab Hüseynova və oğlu Ramizlə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, Aşağı Kəsəmən kəndində evində olmuşdur. Həmin vaxtı 9 yaşlı nəvəsi Tural da evdə olmuş və birlikdə televizora baxmışlar. Axşam saat 21 radələrində nəvəsi Turalla birlikdə televizora baxarkən Tural küçədən səs gəldiyini demiş, televizorun səsini aşağı edib dinlədikdə səs-küyü o da eşitmişdir. Nəvəsi küçəyə çıxmaq istəsə də, o, davaya düşməsin deyə icazə verməmişdir. Onların evlərinin pəncərəsi küçə tərəfə baxır. Həmin vaxtı üzü küçə tərəfə olan maşının işığı yanmışdır. Həmin işıq onların evinin pəncərəsinə düşdüyündən pəncərədən baxdıqda maşının işığını görmüşdür. Həmin gün günorta həmkəndlisi Güldəstə onların bağından gilas, ərik yığmışdı. Ümumilikdə 4-5 səbət olduğu üçün onları yığıb içəri tərəfdən küçə davazasının arxasına qoymuş, taksi ilə gəlib götürəcəyini demişdi. Axşam küçədə taksi görəndə əvvəlcə Güldəstənin meyvələri aparmağa gəldiyini düşünmüşdür. Lakin onu həyətdən çağıran olmadığına görə həyətə düşməmişdir. Bir müddət keçdikdən sonra o, küçədən hələ də səs-küy gəldiyini eşitmiş, maraq üçün dava edənlərin kim olduğunu müəyyənləşdirmək məqsədi ilə həyətə düşmüşdür. Axşamtərəfi mal-qara qayıdır deyə küçə darvazasının bir tayını yarım açıq vəziyyətdə qoymuşlar. O, içəri tərəfdən küçə darvazasına yaxınlaşanda bir nəfə qadın təmiz lüt formada darvazadan içəri girmiş, qaranlıq olduğu üçün onu tanımamış və özü də çaşbaş qalmışdır. İşığa doğru gələndə həmin qadının həmkəndliləri Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Xəyalənin əynində heç bir paltar olmamış, təmiz lüt-üryan olmuşdur. O nə baş verdiyini soruşduqda Azərin onu döydünü, zorlamaq istədiyini demişdir. Azəri kənddə “bələdiyyə” adı ilə tanımışlar. X18 arasında dəfələrlə dava, ədavət olmuşdur. Xəyalə əyninə onlarn evindən yubka və köynək geyinmiş, həmin vaxta qədər Xəyalənin anası və bacısı da onlara gəlmiş, Xəyalə bir müddət qaldıqdan sonra onlarla birlikdə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Boyu 177 sm, çəkisi 105 kq-dır. Özünə aid olan 1990-cı il buraxılışı, tünd boz metalik rəngdə olan mercedes E200 (yeşka) markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin iyun ayında o, 0222 taksi xidmətinə qoşulmuşdur. Həmin ayın ortalarında şirkətdən daxil olmuş sifariş əsasında o, bir nəfər qadını axşam saatlarında hava qaraldıqdan sonra Ağstafa rayon Qıraq Kəsəmən kəndində yanacaqdoldurma məntəqəsinin yanından götürüb Aşağı Kəsəmən kəndinə gətirmişdir. Həmin vaxtı onun özünün telefon nömrəsi də qadının telefonuna düşmüşdü və adının Xatirə olduğunu deyərək növbəti dəfə taksi lazım olsa bir də onu çağıracağını bildirmişdi. Bundan bir neçə gün sonra axşam saatlarında həmin qadın bu dəfə birbaşa onun öz nömrəsinə zəng edib Aşağı Kəsəmən kəndində olduğunu, taksi kimi oradan onu götürüb Qıraq Kəsəmən kəndinə aparmağını demişdir. Axşam saat 21 radələrində o gedib Aşağı Kəsəmən kəndində küçədən Xatirəni götürmüşdür. Qadın arxa sağ tərəfdə əyləşmişdir. Bundan sonra gedib bacısını da götürməklərini, birlikdə gedəcəklərini demiş və özünün göstərdiyi yolla gəlib kənd içərisində yoldan bacısını, adının sonradan Xəyalə olduğunun bildiyi qızı da götürmüş və bacısı arxa sol tərəfdə əyləşmişdir. Hava tamam qaralmışdı. O, kəndin içi ilə üzü asfalta tərəf gələrkən çınqıl yoldan asfalta keçən hissə çökəklik olduğundan maşının altı dəyməsin deyə surəti yavaşıtmış, həmin vaxtı bir də görmüşdür ki, maşının arxa sol tərəf qapısı açılmış və bir nəfər nisbətən hündür boy kişi Xəyaləni maşından zorla düşürtmüşdür. O, bu vaxtı mühərriki söndürüb maşından düşmüş, nə baş verdiyini soruşmuşdur. Həmin adam “ailəmdi, sən qarışma” demişdir. O da həmin adamın üzərində hər hansı kəsici əşya ola biləcəyindən və ona xəsarət yetirəcəyindən ehtiyatlanıb daha yaxına durmamışdır. Həmin oğlan isə Xəyaləni “hara gedirsən” deyib yumruq-təpiklə avtomobilimin yaxınlığında döyürdü. Həmin vaxt Xatirə ucadan qışqıraraq ətrafda yaşayanları köməyə çağırırdı. Eyni zamanda “qoy qardaşımı yığım” deyib mobil telefonu ilə kiməsə zəng edərək “Qızı yenə döyür, gəl” deyərək yerini izah edib köməyə çağırmışdır. Xatirə də onunla birlikdə avtomobilin yanından təxminən 50 m aralaşmışdır. O isə qorxaraq köməyə adam çağırmaq istəmişdir. Asfalt yolla bir az getdikdən sonra qabağına bir maşın çıxmış, o, əl edib saxlatmış və taksi sürücüsü olduğunu, bir nəfərin onun maşınından adam düşürdüb döydüyünü, maşınının da orada qaldığını demişdir. Həmin oğlanın maşınına oturmuş, təxminən 50 metr məsafəyədək maşınla gəlmişdir. Oğlan ona qorxmamağını, sürüb getməyini demişdir. O da həmin oğlanın maşınından düşüb öz maşınına doğru getmişdir. Xatirənin səsinə isə hadisə yeri ilə üzbəüz darvazadan bir nəfər qadın yola çıxmışdı. Lakin həmin qadın yaşlı olduğundan darvazanın qarşısında dayanaraq yalnız baş verənləri izləyirdi.Yaxınlıqda isə 1 nəfər də kişi var idi. Həmin kişi də səs-küyə baxır,lakin yaxına getmirdi. Həmin vaxt Azər isə kəndarası yolda, avtomobildən təxminən 10-15 m aralı məsafədə Xəyaləni döyürdü. Onlar ucadan bir-birilərinə söyürdülər. Hava qaranlıq olduğundan Azərin Xəyaləni necə döydüyünü görmür,lakin səslərindən istiqamətlərini bilirdi ki, küçənin ortasındadırlar. O isə maşınına oturub sürüb getmişdir. Ondan sonra həmin adamları bir də görməmişdir. Zərərçəkmiş şəxs tanımamışdır. Xatirə adlı qadın bir dəfə sərnişin kimi onun maşınına oturmuşdu. İkinci dəfə maşına oturduqdan sonra isə hadisə baş vermişdir. İlk dəfə idi belə bir hadisə başıma gəlirdi. Həssas adam olduğu üçün tez həyəcanlanır, özünü itirir. Hadisə zamanı da o çox həyəcanlanmış və qorxmuşdu. Həmçinin hadisənin üzərindən 3-4 ay vaxt keçdiyi üçün həmin vaxtı maşının işıqlarını yanılı qoyduğunu və ya söndürdüyünü xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Aşağı Kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, anası ilə birlikdə evdə olmuşdur. Yoldaşı Zəlimxan kəndinə, bacısıgilə getdiyi üçün həmin vaxtı evdə olmamışdır. O, axşam saatlarında türklərin atv kanalından hər həftənin çərşənbə günləri verilən “Quruluş Osman” serialına baxırdı. Axşam saat təxminən 21-22 radələrində o, evdə kinoya baxarkən küçədə qışqırıq səsi eşitmiş, bundan sonra birbaşa küçəyə çıxmış, səsin gəldiyi yer onların evinin küçəyə açılan qapı darvazası ilə üzbəüz olmuşdur. O, qapının qarşısına çıxsa da, oraya yaxınlaşmamışdır. Səsi gələn şəxs həmkəndli kimi tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, onun dayısı oğlu Təqsirləndirilən şəxs küçədə Xəyalənin qarşısına çıxmışdır və ona görə də Xəyalə qışqırmışdır. O çölə çıxanda onlar qabaq-qabağa durub qışqıraraq danışırdılar. Xəyalə ilə Azərin arasında əvvəllər dəfələrlə mübahisələr olmuşdur, Azər buna görə bir neçə dəfə məhkum olunmuşdur. O, onların aralarındakı münaqişəyə qarışmaq istəməmiş və evə gedib yenidən kinoya baxmağa davam etmişdir. Daha sonra reklam veriləndə o, yenidən çölə çıxmış, bu dəfə çölə çıxanda Xəyalənin anası, bacısı və qardaşı da orada olmuşlar. Lakin həmin vaxtı Azər orada olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 21-22 radələrində küçəyə çıxsa da, özünə problem yaranmaması üçün həmin vaxtı onlara yaxınlaşmamış, yenidən qayıdıb evə girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Aşağı Kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında oğlu ilə birlikdə evdə idi. Gəlini Zəlimxan kəndinə, bacısıgilə getdiyi üçün həmin vaxtı evdə olmamışdır. O, axşam saatlarında tez yatır. Ayaz isə oyaq idi və televizora baxırdı. Həmin gün axşam saatlarında dəqiq bilmədiyi vaxtda küçədən səs gəldiyini eşitmiş, lakin yerindən qalxmadan Ayazdan nə səs olduğunu soruşmuşdur. Ayaz isə Xəyalənin səsi olduğunu, fikir verməməyimi bildirmişdir. Bir müddət sonra Xəyalənin qardaşı Rəşidin qışqırıq səslərini eşitmişdir. O, qışqıraraq söyüş söyürdü. O, daha sonra yatmış və nə baş verdiyindən məlumatı olmamışdır. X11 zorlamağa cəhd etməsi barədə şikayət etməsini eşitmişdir. Həmin vaxtı küçədən Xəyalənin “ay ana qoyma öldüm” sözünü dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanımışdır. Sonuncuların öz aralarında əvvəllər ədavət olmuşdur. Azər Xəyalə ilə davalarına görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 2020-ci ilin iyun ayının 17-də o, evdə olmuşdur. Axşam saat 22 radələrində o, Aşağı Kəsəmən kəndində evlərində olmuşdur. Həmin saatda əvvəlcə küçədən səs gəlirdi. Səs Azərin səsi idi. O, küçəyə çıxmaq istədikdə yoldaşı İlham ona küçəyə çıxmamağını demiş, o, içəri keçmişdir. İlham evin içərisində namaz qılmağa getmişdir. Küçədən hələ də səs-küy gəlirdi. Həmin müddət ərzində evlərində içəri tərəfdən səs-küyə qulaq asır, Azərin Xəyaləni döyərkən çıxan səslərin hamısını eşidirdi. Azər Xəyalənin ağzına üzünə söyürdü. O, evdə qala bilməyib 5-10 dəqiqədən sonra oğlu ilə birlikdə insanlıq naminə kömək etmək məqsədi ilə küçəyə çıxmışdır. Hava qaranlıq olduğu üçün telefonun işığını yandırıb səs gələn tərəfə getmişdir. Asfalt tərəfdən kəndin içərisinə doğru gedən ara kənd yolu ilə girmiş, içəri doğru gələndə Xəyalənin tamamilə lüt formada olduğunu görmüşdür. Azər də qurşaqdan aşağı lüt formada olmuşdur. Azərin köynəyi əynində olsa da, nə şalvarı, nə də tursiki üzərində deyildi. O görəndə Azər yerdə qurşaqdan aşağı lüt formada Xəyalənin üzərinə uzanmışdı. Xəyaləni şiddətlə döyür, saçını yolur, sillə yumruq vururdu. O, əlində telefonun işığı yanılı formada onlara yaxınlaşmış, Azərə “qızdan əl çək, get erməni dığası öldür, əclaf” dedikdə, Xəyalənin üzərindən qalxıb onu təhqir edərək “səni Xəyalənin yerinə zorlayacam” demişdir. Xəyalə çox halsız vəziyyətdə olmuş, saçı dağınıq olmuşdur. Həmin vaxtı o Azərin üzərinə cumacağından qorxub oğlu Hüseynəli ilə birlikdə qaçıb asfalt yola tərəf gəlmişdir. Xəyalə qışqırıb köməy istəyirdi. O asfalta tərəf qaçanda Xəyalənin qardaşı Rəşidin də asfalt yolla səsə tərəf gəldiyini görmüşdür. Rəşid gələndə Azər onu buraxıb Rəşidə tərəf cummuş və sonuncuya 1-2 sillə vurmuşdur. Bundan sonra Rəşid də yerə yıxılmış, o, artıq Xəyalənin qardaşı ora gəldiyi üçün, həm də, yoldaşından icazəsiz küçəyə çıxdığı üçün evə qayıtmışdır. O görəndə Xəyalə təmiz lüt formada olmuş, yerdə arxası üstə uzanmış,Azər də qurşaqdan aşağı lüt formada sonuncunun üzərində uzanmışdı. Xəyaləni, döyür, saçını yolur, Xəyalə də qışqırır, müqavimət göstərirdi. Məhkəmə baxışı iclasında şahid X5 ibtidai istintaqa verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş və ibtidai istintaq zamanı İlham Məhərrəmov ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yaşayır. Kənddə mollalıqla məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanımışdır. 2020-ci ilin iyun ayının 17-də evdə olmuşdur. Axşam saat 22 radələrində o, Aşağı Kəsəmən kəndində küçədən səs-küy eşitmişdir. 3-cü qrup Qarabağ əlilidir, daim müalicə olunur. Ona görə həmin vaxt səs-küyə reaksiya verməmişdir. Yoldaşı Xəyalə səsküyə görə küçəyə çıxmaq istəsə də, o, çıxmamasını, heç nəyə qarışmamasını demişdir. Həmin hadisənin ertəsi günü yoldaşı Xəyalə axşam səs-küyü gələn həmkəndliləri Xəyalə ilə Azər olmuşlar. Bundan başqa həmin hadisədən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – Ağstafa rayonu, Aşağı Kəsəmən kəndidir. Hadisə yerinə baxış zamanı maddi sübut qismində Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd qolsuz jilet, 01 ədəd büstqalter, 01 ədəd tursik götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə tutularaq Ağstafa rayon prokurorluğuna təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:15-də şübhəıli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş Zərərçəkmiş şəxs ilə həmin vaxt şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ilkin ifadəsində dediyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də öz ifadəsində dediklərini Zərərçəkmiş şəxs üzünə söyləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş şahid X9 ilə həmin vaxt şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Xatirə Nəsibova ilkin ifadəsində dediyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də öz ifadəsində dediklərini Xatirə Nəsibovanın üzünə söyləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş şahid X6 ilə həmin vaxt şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ilkin ifadəsində dediyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də öz ifadəsində dediklərini Şahid1 üzünə söyləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(015)-20/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs zorlamaq istəmədiyini bildirmiş, onu maşının içərisindən düşürdüyü yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs onun qarşısına çıxdığı və sürütləyərək aparıb zorlamağa cəhd etdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli 133-7825-1220 nömrəli məktubundan görünür ki, Ağstafa rayon Aşağı Kəsəmən kənd sakinləri Təqsirləndirilən şəxs və onun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən münaqişəli tərəflər kimi Ağstafa polis şöbəsində qeydiyyata götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2020-ci il tarixli 269 №li rəyindən görünür ki, onun bədənində müəyyən edilmiş xəsarətlər – sağ-sol dizin ön səthində, sağ baldırın, sağrının yuxarı səthində, sağ kürək nahiyyəsində sıyrıqlar, sol budun, sağ bazunun, sağ və so gözün alt səthində qançırlar, burun çəpərinin yerdəyişməsiz sınığı küt əşyanın təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdə zorlamaya cəhd edilməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2020-ci il tarixli 295 №li rəyindən görünür ki, onun bədənində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün köhnə sınığı küt əşyanın təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdən əvvəlki tarixlərdə əmələ gəlmişdir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa rayon Mərkəzi Xəstəxanasından verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağstafa RMX Konsultativ Poliklinikasının ruhi-əsəb, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qazax rayon Psixiatriya Xəstəxanasından verilmiş xx xxxx 2020-ci il tarixli 770 nömrəli məktubdan görünür ki, Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X1 qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa RİHB-nin Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xassiyətnamədən görünür ki, Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə kəndin bütün ictimai işlərində yaxından iştirak etmiş, kənd sakinləri və qonşular arasında özünü nizam-intizamla aparmış, kənd bələdiyyəsinin, kənd icra nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak etmişdir, səmimi, sadə, nəzakətlidir, əməksevəndir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa RİHB-nin Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağstafa rayon Aşağı Kəsəmən kəndində qeydiyyatdadır, xx.xx.1956-cı il təvəllüdlü anası X4 və xx.xx.1980-ci il təvəllüdlü qardaşı X2 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2020-ci il tarixli 323 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 545/2020 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tampon üzərindəki ləkələrdə spermatozoidlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 3/839; 3/836 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş jiletin sol yan hissəsində 430x110 mm uzunluğunda, büstqalterin sağ hissəsində 170 mm uzunluğunda, şalvarın sağ yan hissəsində 130 mm, son yan bel hissəsində 70 mm, sağ yan bel hissəsində 60 mm, trusikin ön hissəsində 170x90 mm uzunluğunda zədələr vardır. Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsi fiziki qüvvə nəticəsində dartılaraq cırılıb iki hissəyə ayrılmışdır. X7 hadisə vaxtı əynində olmuş köynəyin sol yan hissəsində 1 mm uzunluğunda zədə vardır. Köynəyin sol qoltuqalı hissəsində “Q” formalı 100x140 mm uzunluqda, sağ qoltuqalı hissəsində 60 mm uzunluqda zədə vardır. C.C.Nəsibovaya məxsus şalvarın sağ yan hissəsində bel tikişindən 240 mm aşağıda 60 mm ölçüdə zədə vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının xx.xx.2020-ci tarixli 6/1446 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, X7, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış tünd göy pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cəmilə Nəsibovanın geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 460/201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, hadisə baş verərkən əsəbi psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokoldan görünür ki, xx xxxxxxx 2020ci il tarixdə keçirilmiş şahid X9 ilə Şahid7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Xatirə Nəsibova ilkin ifadəsində dediyi xüsusatları qismən dəyişdirərək hadisədən bilavasitə əvvəl bacısı Zərərçəkmiş şəxs ilə birlikdə taksidə getdiyini, Təqsirləndirilən şəxs sonuncunu həmin taksidən düşürdüyünü demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokoldan görünür ki, xx xxxxxxx 2020ci il tarixdə keçirilmiş Zərərçəkmiş şəxs ilə Şahid7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs əvvəl verdiyi ifadəni qismən dəyişdirərək hadisədən bilavasitə əvvəl qızı Cəmilə Nəsibova ilə deyil, bacısı Xatirə Nəsibova ilə birlikdə taksidə getdiyini, Təqsirləndirilən şəxs onu həmin taksidən düşürdükdən sonra döydüyünü və zorlamağa cəhd etdiyini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə zərərçəkmiş Zərərçəkmiş şəxs Xəyaləni döymüş, sonuncunu zorlamağa cəhd etməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (ifadələr, ekspert rəyləri, protokollar və s.) tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında isə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmənin əvvəli xx xxxx 2020-ci i tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət ağır olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 179 manat pul xərci vardır və həmin xərclər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Ağstafa rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd qolsuz jaket, 01 ədəd büstqalter, 01 ədəd tursik, Təqsirləndirilən şəxs götürülmüş özünə məxsus 01 ədəd cins şalvar və 02 ədəd tursik qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edildiyi halda məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Bakcell MMC-dən daxil olmuş 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini fərdi qaydada fəaliyyət göstərən vəkil X13, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X8 hesabına 360 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 29, 149.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Ağstafa rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd qolsuz jaket, 01 ədəd büstqalter, 01 ədəd tursik, Təqsirləndirilən şəxs götürülmüş özünə məxsus 01 ədəd cins şalvar və 02 ədəd tursik qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edildiyi halda məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Bakcell MMC-dən daxil olmuş 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X8 hesabına 360 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar