Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1125/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəlllər məhkumluğu olmayan, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer, mütəxəssis işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrilərini təhrik etmişdir. Belə ki, o, 25.01.2010-cu il tarixli 17-Ş(s) nömrəli əmrlə Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer vəzifəsinə qəbul olub, 09.01.2020-ci il tarixli 06-Ş(s) nömrəli əmrlə qeyd olunan universitetin Tədris şöbəsinin nəzdindəki “Monitorinq və qiymətləndirmə” şöbəsinə mütəxəssis vəzifəsinə təyin olunaraq 25.06.2020-ci il tarixədək həmin vəzifədə işləyərkən cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2013/2014-cü tədris ilində Azərbaycan Texniki Universitetinin “Materialşünaslıq mühəndisliyi” fakültəsinə daxil olaraq “473A” qrupunda təhsil almış Şahid3 “İstilik texnikası”, “İqtisadiyyat”, “Mülki Müdafiə”, “Materialların müasir sınaq üsulu”, “Materialların təkrar emalı”, “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənlərindən kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün 2019-cu ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 və Şahid2 Azərbaycan Texniki Universitetində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək Şahid3 qeyri-qənaətbəxş imtahan nəticələri ilə bağlı ilkin olaraq yenidən dərslərə yazılacağı 6 fənnin hər biri üzrə imtahana keçid üçün semestr ballarının yüksək qiymətləndirilməsi imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün həmin 6 fənnin tədrisinə nəzarət edən və tədris edən Azərbaycan Texniki Universitetinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin inzibati binasında Şahid1 və Şahid2 ilə görüşləri zamanı bildirib, özü barəsində Şahid1 yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2019-cu ilin iyul ayının sonlarında Azərbaycan Texniki Universitetinin yaxınlığında - Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində Şahid1 məxsus 1.000 (bir min) manat məbləğində pulu Şahid2 vasitəsilə aldıqdan sonra 2019-cu ilin iyul ayının sonlarında Şahid3 aid tədris planını götürmək üçün Azərbaycan Texniki Universitetinə gəlmiş Şahid2 və sonuncu vasitəsi ilə Şahid1 Azərbaycan Texniki Universitetində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu qeyd edərək, həmin münasibətlərdən istifadə edərək Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit ödəmədən dərslərə buraxılıb akademik borcları qalan “Azərbaycan tarixi”, “Riyaziyyat-1”, “Riyaziyyat-2”, “Riyaziyyat-3”, “Fizika-1”, “Fizika-2”, “Kimya”, “Kompüter texnikası və informatika”, “Rus dili”, “Xarici dil-2”, “Fəlsəfə”, “Tərsimi həndəsə və mühəndis qrafikası”, “Mexanika-1”, “Mexanika-2”, “Hidravlika və hidravlik maşınlar”, “Materialşünaslıq”, “Elektrotexnika və elektronika”, “Kompozisiya materialları”, “Ovuntu materiallarının əsasları”, “Materialların korroziyadan dağılması və mühafizəsi”, “Kompozisiya materialların materialşünaslığı”, “İstehsal iqtisadiyyatının təşkili və idarə edilməsi”, “Kompozisiya materiallarının istehsal avadanlıqları və sexlərin layihələndirilməsi”, “Friksion və antifriksion materiallar”, “Metrologiya standartlaşdırma və sertifikatlaşdırma”, “Keyfiyyətli poladlar və ərintilər”, “Kompozisiya materiallarının təzyiqlə emalı”, “Kompozisiya materiallarından məmulatların konstruksiya edilməsi” fənləri üzrə yüksək semestr qiymətləri alaraq, həmin fənlər və ilkin 6 fənn üzrə imtahanlardan, habelə yekun dövlət imtahanından sonuncunu keçirtmək imkanına malik olmasına dair yalan vəd verib, həmin məsələlərin müsbət həll olunması üçün Azərbaycan Texniki Universitetində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla əlavə olaraq maddi nemət olan 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini eyni niyyətlə aldatmaqla bildirib, həmin adla 8 avqust 2019-cu il tarixdə Azərbaycan Texniki Universitetinin yaxınlığında - Azərbaycan Memarlıq və İnşaat Universiteti istiqamətində olan Məhəmməd Rahim küçəsində Şahid4 istifadəsində olan “Kia Sportage” modelli avtomobildə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid2 vahid niyyətlə təhrik etmiş, bundan sonra, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək 2020-ci ilin sentyabr ayının 10da Azərbaycan Texniki Universitetinin Tədris hissəsinin müdiri vəzifəsində işləmiş cinayətdən xəbərsiz X8 ilə yaxın münasibətinin olduğunu Şahid1 yalandan bildirərək, həmin münasibətlərdən istifadə edərək Şahid3 təhsil aldığı universitetdə bütün imtahanları üzrə məqbul qiymətlərin yazılması imkanına malik olmasına dair istifadəsində olan 055 875 37 87 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan 050 510 30 79 mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlayan zaman ona yalandan vəd verib, həmin məsələlərin müsbət həll olunması üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla Şahid1 bildirib, sonuncu ilə razılaşıb sövdələşməklə onu vəzifəli şəxsə Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.200 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə təhrik etmiş, sonradan Şahid1 həmin pul vəsaitini verməkdən imtina etdiyindən, cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus ümumilikdə 14.700 (on dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini ondan ala bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21.01.2010-cu il tarixdən 09.01.2020-ci il tarixədək Azərbaycan Texniki Universitetinin Tədris hissəsində dispetçer vəzifəsində işləmiş və həmin dövrdə onun vəzifə səlahiyyətlərinə ümumi universitet üzrə dərs cədvəllərinin tərtib edilməsi və digər verilmiş tapşırıqları yerinə yetirilməsi aid olmuşdur. 09.01.2020-ci il tarixdə həmin universitetin Tədris hissəsində mütəxəssis vəzifəsinə təyin olunmuş və mütəxəssis vəzifəsində işlədiyi müddətdə onun vəzifələrinə tələbələrin nəticələrini universitetin elektron sisteminə yerləşdirmək, kəsr imtahanları ilə bağlı tələbələrdən ərizələrin qəbul edilməsi və sair aid olmuşdur. 2019-cu ilin iyul ayının əvvəllərində Şahid1 qayınanası Şahid2 ilə birlikdə Azərbaycan Texniki Universitetində təhsil alan Şahid3 kəsir imtahanlarının həll etmək üçün ona müraciət etmişdir. Şahid3 1-ci kursdan başlayaraq 4-cü kursadək ümumilikdə 34 imtahandan kəsri olmuşdur. Kredit limiti ilə bağlı Şahid3 yalnız 6 fənn üzrə kəsr imtahanlarına buraxıla biləcəyindən, Şahid1 və Şahid2 həmin fənlər üzrə ümumilikdə 700 manat məbləğində bank vasitəsi ilə kredit ödənişin keçirilməli olduğunu bildirmişdir. Həmçinin, həmin zaman Şahid1 və Şahid2 qeyd olunan hər 6 fənn üzrə semestr balının 34 olması üçün əlavə olaraq 1000 manat məbləğində özünə pul verilməsini istəmişdir. Belə ki, o, Şahid3 dərs keçən müəllimlərdən sonuncuya semestr balının yazılmasında köməklik göstərmələri üçün xahiş etməyi düşünmüş və bu yolla Şahid3 məsələsini müsbət həll edə biləcəyini fikirləşmişdir. Bir necə gün sonra, 2019-cu ilin iyul ayının əvvəllərində Şahid2 Azərbaycan Texniki Universitetinin yanında, H.Cavid prospektində onunla görüşüb, Şahid3 6 fənn üzrə imtahan kəsirləri ilə bağlı həmin fənlər üzrə semestr ballarının yüksək olması üçün ona 1000 manat məbləğində pul vermişdir. Bundan başqa, Şahid2 və ya Şahid1 tərəfindən bank vasitəsi ilə Azərbaycan Texniki Universitetin hesabına 700 manat məbləğində vəsait ödənilmiş, lakin bank ödənişi zamanı o, iştirak etməmiş və həmin vəsaitin kimin tərəfindən ödənilməsi barədə məlumatı olmamışdır. Sonra, 2019-cu ilin iyul ayının sonlarında, Şahid3 tədris planını götürmək üçün Şahid2 Azərbaycan Texniki Universitetində onun yanına gəlmiş və Şahid3 işlədiyindən dərslərə gələ bilməyəcəyini bildirərək, sonuncuya köməklik etməsini xahiş etmişdir. Həmin zaman Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarının yüksək yazılaraq, həmin fənlər və ilkin 6 fənn üzrə kəsir imtahanlarından keçirtmək imkanına malik olmasını Şahid2 bildirmiş və buna görə 8.500 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində, təxminən 08 avqust 2019-cu il tarixdə Azərbaycan Texniki Universitetinin yan tərəfində, Azərbaycan Memarlıq və İnşaat Universiteti istiqamətində olan yolda, Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit üçün pul ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarını yüksək yazılaraq həmin fənlər və ilkin olaraq danışılmış 6 fənn üzrə imtahanlardan keçməsi üçün Şahid1 ona 8.500 manat məbləğində pul vermişdir. Şahid1 ona pul verən zaman qayınatası avtomobildə olmamışdır. Ailəsində maddi sıxıntıları olduğundan həmin vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmiş və Şahid3 məsələsi ilə bağlı Zəkay Şayevə müraciət etməmişdir. Sonra 2020-ci ilin sentyabr ayının əvvəllərində, təxminən ayın 10-da maddi ehtiyacları olduğundan Şahid1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, Şahid3 məsələsinin tam həll olunması üçün Zəkay Şayevin adından əlavə olaraq ümumilikdə 5.200 manat olmaqla 4.200 manat məbləğində pulun əvvəlcədən, 1.000 manat məbləğində pulun isə sonradan verməsini istəmişdir. Şahid1 əlavə pul istəməyi ilə bağlı Zəkay Şayevin məlumatı olmamış və o, həmin vəsaiti öz şəxsi ehtiyacları üçün istəmişdir. Hazırda Səmagildən aldığı 9500 manat pulu özlərinə geri qaytarmış və Səmagil ilə barışıq sazişi mövcuddur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun kəbinlə nikahda olduğu Şahid3 2013-cü ildə Azərbaycan Texniki Universitetinin “Materialşünaslıq mühəndisliyi” fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və Şahid3 1-ci kursdan başlayaraq 4-cü kursadək, yəni 2017-ci ilə qədər 34 imtahandan kəsri olmuşdur. 2019-cu ilin iyul ayının əvvəllərində qayınanası Şahid2 ilə birlikdə ərinin təhsil aldığı fakültənin dekanatından kəsirlərin həll olunması ilə bağlı maraqlandıqda, kəsir imtahanları ilə bağlı kredit alınması üçün Azərbaycan Texniki Universitetində mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşmalı olduqları bildirilmiş və o, qayınanası ilə bilikdə Şahid3 kəsr imtahanlarının qanuni qaydada həll olunması üçün, yəni kreditlərin götürülərək yenidən imtahanda iştirak edərək kəsirlərinin ödəməsi ilə bağlı Azərbaycan Texniki Universitetinin mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ilkin olaraq 6 fənn üzrə imtahan kreditləri üçün təxminən 700 manat rəsmi qaydada bank vasitəsi ilə ödənilməli olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qeyd olunan hər 6 fənn üzrə semestr balının 34 olması üçün, yaxın münasibətinin olduğu universitetin rəhbərliyi vasitəsilə həmin fənləri tədris edən müəllimlərə vermək adı ilə əlavə olaraq 1000 manat rüşvət qismində pul istəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetinin mütəxəssis vəzifəsində işləməklə imtahan kəsirləri ilə məşğul olduğundan sonuncuya inanıb, qayınanası ilə birlikdə razılaşmışdır. Bir necə gün sonra, 2019-cu ilin iyul ayının əvvəllərində Şahid2 Azərbaycan Texniki Universitetinin yanında Təqsirləndirilən şəxs ilə görüşüb, 6 fənn üzrə Şahid3 semestr ballarının yüksək olması üçün sonuncuya 1000 manat pul vermişdir. Həmçinin həmin zaman Şahid2 Şahid3 kəsirləri ilə bağlı təhsil kreditinin götürülməsi üçün Azərbaycan Texniki Universitetin hesabına bank vasitəsi ilə təxminən 700 manat pul ödəmişdir. Sonra, 2019-cu ilin iyul ayının sonlarında, Şahid3 tədris planını götürmək üçün qayınanası Şahid2 Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetində müraciət etmişdir. Həmin zaman sonuncu Şahid2 ərinin ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarını yüksək yazaraq, həmin fənlər və ilkin 6 fənn üzrə kəsir imtahanından, habelə yekun dövlət imtahanından keçirtmək imkanında olduğunu bildirmiş və buna görə yaxın münasibətlərdə olduğu Azərbaycan Texniki Universitetinin rəhbər şəxslərinə özü vasitəsi ilə rüşvət qismində 8500 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. 08 avqust 2019cu il tarixdə Azərbaycan Texniki Universitetinin yan tərəfində, Azərbaycan Memarlıq və İnşaat Universiteti istiqamətində olan, Məhəmməd Rahim küçəsində qayınatası Şahid4 istifadəsində olan “Kia Sportage” model avtomobilin içində, qayınanası Şahid2 iştirakı ilə Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit üçün pul ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarını yüksək yazılaraq həmin fənlər və ilkin olaraq danışılmış 6 fənn üzrə imtahandan, habelə, yekun dövlət imtahanından keçməsi üçün Təqsirləndirilən şəxs rüşvət qismində 8500 manat məbləğində pul vermişdir. Həmin zaman da sonuncu qeyd olunan məbləğin Azərbaycan Texniki Universitetinin rəhbər şəxslərinə çatacağını və 2020-ci ilin iyul ayınadək Şahid3 bütün imtahanlardan keçəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs pul verən zaman qayınatası avtomobildə olmamışdır. Bundan sonra o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu müxtəlif bəhanələr gətirərək Şahid3 işinin həll olunması ilə bağlı müddət uzatmışdır. 09 avqust 2020-ci il tarixdə o, Şahid3 Azərbaycan Texniki Universitetindən xaric olunduğunu öyrənmişdir. Təxminən 10.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Şahid3 bütün imtahanlarının həll olunması üçün əlavə olaraq ümumilikdə 5200 manat məbləğində pul istəmiş və 4200 manat pulun ilkin olaraq, 1000 pulun isə iş yekunlaşdıqdan sonra verilməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən razılaşsa da, sonradan ona pul verməmişdir. Şahid Səma Yaqubova həmçinin ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs onlardan almış olduğu pulları tam şəkildə qaytarmış və bu səbəbdən ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 onun doğma oğludur. Şahid3 2013-cü ildə Azərbaycan Texniki Universitetinin “Materialşünaslıq mühəndisliyi” fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. 1-ci kursdan başlayaraq Şahid3 4-cü kursadək, yəni 2017-ci ilə qədər 34 imtahandan kəsri olmuşdur. 2019-cu ilin iyul ayının əvvəllərində Şahid1 ilə birlikdə Şahid3 təhsil aldığı fakültənin dekanlığından kəsirlərin həll olunması ilə bağlı maraqlandıqda, kəsir imtahanları ilə bağlı kredit alınması üçün Azərbaycan Texniki Universitetində mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşmalı olduqları bildirilmiş və o, Şahid1 ilə birlikdə Şahid3 kəsr imtahanlarının qanuni qaydada həll olunması üçün, yəni kreditlərin götürülərək yenidən imtahanda iştirak edərək kəsirlərinin ödəməsi ilə bağlı Azərbaycan Texniki Universitetində mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ilkin olaraq 6 fənn üzrə imtahan kreditləri üçün təxminən 700 manat rəsmi qaydada bank vasitəsi ilə ödənilməli olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qeyd olunan hər 6 fənn üzrə semestr balının 34 olması üçün, universitetin rəhbərliyi vasitəsi ilə həmin fənləri tədris edən müəllimlərə vermək adı ilə əlavə olaraq 1000 manat rüşvət qismində pul vermələrini istəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetinin mütəxəssis vəzifəsində işləməklə imtahan kəsirləri ilə məşğul olduğundan sonuncuya inanıb razılaşmışdır. Bir necə gün sonra, 2019-cu ilin iyul ayının əvvəllərində Azərbaycan Texniki Universitetinin yanında Təqsirləndirilən şəxs ilə görüşmüş və qeyd olunan 6 fənn üzrə Şahid3 semestr ballarının yüksək olması üçün sonuncuya 1000 manat pul vermişdir. Bundan başqa, həmin gün oğlunun 6 fənn üzrə imtahan kəsirləri ilə bağlı təhsil kreditinin götürülməsi üçün H.Cavid parkının yanında yerləşən “Kapital Bank”ın filialı vasitəsi ilə Azərbaycan Texniki Universitetin hesabına təxminən 700 manat pul ödəmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs ilə tək görüşmüşdür. Sonra, 2019-cu ilin iyul ayının sonlarında, Şahid3 tədris planını götürmək üçün yenidən Azərbaycan Texniki Universitetində Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarının yüksək yazılaraq, həmin fənlər və ilkin 6 fənn üzrə kəsir imtahanından, habelə yekun dövlət imtahanından keçirtmək imkanında olduğunu ona bildirmiş və buna görə yaxın münasibətlərdə olduğu Azərbaycan Texniki Universitetinin rəhbər şəxslərinə rüşvət qismində 8500 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. Lakin, pulu kimə verəcəyini ona qeyd etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Texniki Universitetinin işçisi kimi özündə inam yaratdığından, Şahid3 kəsir imtahanlarının həll olunması ilə bağlı sonuncu ilə razılaşmışdır. 08 avqust 2019-cu il tarixdə Azərbaycan Texniki Universitetinin yan tərəfində, Azərbaycan Memarlıq və İnşaat Universiteti istiqamətində olan, Məhəmməd Rahim küçəsində əri Şahid4 istifadəsində olan “Kia Sportage” model avtomobilin içində, Şahid1 onun iştirakı ilə Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də əlavə kredit üçün pul ödəmədən dərslərə buraxılıb qalan 28 fənn üzrə semestr ballarını yüksək yazılaraq həmin fənlər və ilkin olaraq danışılmış 6 fənn üzrə imtahanlardan, habelə, yekun dövlət imtahanından keçməsi üçün Təqsirləndirilən şəxs rüşvət qismində 8500 manat məbləğində pul vermişdir. Həmin zaman da Təqsirləndirilən şəxs qeyd olunan məbləğin Azərbaycan Texniki Universitetinin rəhbər şəxslərinə çatacağını və 2020-ci ilin iyul ayına Şahid3 bütün imtahanlardan keçəcəyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs pul verən zaman əri avtomobildə olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək Şahid3 işinin həll olunması ilə bağlı müddət uzatmış və 2020-ci ilin avqust ayında Şahid3n kəsirlərinin silinmədiyini, eləcə də universitetdən xaric olunduğunu öyrənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Buzovna qəsəbəsində yerləşən evinə aldığı pul vəsaitlərinin hamısını Azərbaycan Texniki Universitetinin Tədris hissəsinin müdiri Zəkay Şayevə verdiyini və sonuncudan alıb qaytaracağını Şahid1 bildirmişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxs ilə danışdıqda, sonuncu bir daha aldığı bütün pulları Zəkay Şayevə verdiyini təsdiq etmişdir. Sonra 2020-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs yenidən Şahid3n bütün imtahanlarının həll olunması üçün Şahid1 əlavə olaraq ümumilikdə 5200 manat məbləğində pul istəmiş və 4200 manat pulun ilkin olaraq, 1000 pulun isə iş yekunlaşdıqdan sonra verilməli olduğunu bildirmişdir. Lakin, həmin zaman Təqsirləndirilən şəxs pul verilməmişdir. Bununla yanaşı, Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs verilmiş bütün pullar Şahid1 məxsus olmuş, onun ailə üzvlərinin əvvəllər heç vaxt Təqsirləndirilən şəxs ilə ünsiyyəti olmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun xalasının nəvəsidir və sonuncu 15 iyun 2019-cu il tarixdə qeyri-rəsmi qaydada, yəni kəbinlə Şahid3 ilə ailə həyatı qurmuşdur. Şahid3 2013cü ildə Azərbaycan Texniki Universitetinin “Materialşünaslıq mühəndisliyi” fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və sonuncunun 1-ci kursdan başlayaraq 4-cü kursadək ümumilikdə 34 imtahandan kəsri olmuşdur. 2019-cu ilin iyul və avqust aylarında Azərbaycan Texniki Universitetində mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs Şahid1 və qayınanası Şahid2 Şahid3 ümumiyyətlə dərslərdə iştirak etmədən, eləcə də kredit üçün pul ödəmədən dərslərə buraxılıb 34 fənn üzrə semestr ballarını yüksək yazılaraq həmin fənlər üzrə imtahanlardan, habelə yekun dövlət imtahanından keçməsi üçün rüşvət qismində ümumilikdə 10200 manat məbləğində pul almışdır. Sonradan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək Şahid3 işinin həll olunması ilə bağlı müddət uzatmış və sonuncunun məsələsini həll etməmişdir. Şahid1 görə dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, pulu qaytarmasını istəmişdir. Sonuncu dəfə təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və həmin zaman Təqsirləndirilən şəxs Şahid3 bütün imtahanlarının həll olunması üçün əlavə olaraq ümumilikdə 5200 manat məbləğində pul istəmiş, 4200 manat pulun ilkin olaraq, 1000 manat pulun isə iş yekunlaşdıqdan sonra verilməli olduğunu bildirmişdir. Lakin, Şahid1 Təqsirləndirilən şəxs ilə daha razılaşmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazısının köçürüldüyü 1 ədəd “CD” daşıyıcısına baxış keçirilməsi haqqında 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, “CD” daşıyıcısında 1 ədəd fayl daxilində Şahid5 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda səs yazısı əks olunmuşdur: Şahid5: Alo; Təqsirləndirilən şəxs: Alo; Şahid5: Bəli, Kifayət!; Təqsirləndirilən şəxs: Sevda xanım; Şahid5: Hə; Təqsirləndirilən şəxs: Salam Necəsiniz?; Şahid5: Sağ olun siz necəsiniz?; Təqsirləndirilən şəxs: Çox sağ olun yaxşı olun.; Şahid5: Nə xəbər?; Təqsirləndirilən şəxs: Yaxşı xəbərdir, danışdım; Şahid5: ....; Təqsirləndirilən şəxs: Dedi ki, deməli belədir Sevda xanım.; Şahid5: ...; Təqsirləndirilən şəxs: Deyir problem deyil, edəcəyəm. Dekabrın sonu, yanvarın ilk on günlüyündə işi tamam yekunlaşacaq, tamam yekunlaşacaq yəni.; Şahid5: Aha; Təqsirləndirilən şəxs: Deyir əslində çox deyil. Dedim ki, bu adam bu qədərini veribdir, banka girib belə, elə; Şahid5: Aha; Təqsirləndirilən şəxs: Sonu dayandı, dedi 4200 indi versin, işi də yekunlaşdırım.; Şahid5: 4.200?; Təqsirləndirilən şəxs: Bəli, bəli 4200; Şahid5: ....!; Təqsirləndirilən şəxs: Əlbə-əl gəlib məndən diplomu da götürəndə də 1000 manat onda verəcək.; Şahid5: 5200 deməli?; Təqsirləndirilən şəxs: 5200. Yəni deyir ki, mini diplomu götürəndə verər, yəni mən elə başa düşdüm. Mən elə başa düşdüm ki, o, mini özünə deyir yəqin ona görə elə dedi. Amma indi dedi onun mühasibatlığı yuxarısı, orası, burası 4200 xərci var.; Şahid5: Aha; Təqsirləndirilən şəxs: Amma gəlib diplomunu məndən əlbə-əl götürən günü də 1000 manatımı verəcək.; Şahid5: Aha yaxşı. Qoy onda mən deyim onlara, deyiriksə “uje” onlarlıqdır.; Təqsirləndirilən şəxs: Deyin, əgər hazır eləmək fikirləri varsa, o adam uje başlasın birinci gündən işini görsün. Deyir onsuzda fürsətdir, pandemiya vaxtıdır, “onlayın” dərsdir.; Şahid5: Bildim, onda qoy girsin Səma gil danışsın sizlə; Təqsirləndirilən şəxs: Hə, problem yoxdur. Yaxşı.; Şahid5: Hə onda qoy deyirəm, yığsın səni bu saat.; Təqsirləndirilən şəxs: Yaxşı,; Şahid5: oldu deyirəm bu saat yığsın səni; Təqsirləndirilən şəxs: Aha oldu, yaxşı.; Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 19.11.2020-cil tarixli BKC/LGL-22661/20 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 21.06.2019-ci il tarixdə saat 13:23:02-də 64 saniyə, saat 13:27:32-də 52 saniyə, 29.06.2019-ci il tarixdə saat 12:39:26-da 22 saniyə, 02.07.2019-ci il tarixdə saat 20:52:38də 823 saniyə, 03.07.2019-cu il tarixdə saat 13:20:35-də 16 saniyə, həmin tarixdə saat 13:21:37-də 17 saniyə və saat 13:28:49-da 20 saniyə, 27.08.2020-ci il tarixdə saat 14:22:17-də 1357 saniyə, 10.09.2020-ci il tarixdə saat 15:34:37-də 285 saniyə, həmin tarixdə saat 15:40:54-də 295 saniyə və saat 15:51:22-də 51 saniyə, 18.09.2020-ci il tarixdə saat 14:43:05-də 37 saniyə və qeyd olunan tarixdə saat 14:49:23-də 139 saniyə, 22.09.2020-ci il tarixdə saat 11:38:44-də136 saniyə və saat 14:01:12-də 169 saniyə, saat 16:29:28-də 738 saniyə, 09.10.2020-ci il tarixdə saat 18:05:29-da 241 saniyə, 24.10.2020ci il tarixdə saat 17:38:29-da 103 saniyə, 27.10.2020-ci il tarixdə saat 10:05:49-da 66 saniyə, 30.10.2020-ci il tarixdə saat 16:09:56-da 17 saniyə və həmin tarixdə saat 17:37:32-də 661 saniyə danışıq aparılmışdır. Bununla yanaşı 08.07.2019-ci il tarixdə saat 10:06:07-də Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 15 saniyə danışıq olmuşdur. Cinayət işi üzrə Azərbaycan Texniki Universitetindən daxil olmuş 29 mart 2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Şahid3 2013/2014cü tədris ilində Azərbaycan Texniki Universitetinin “Materialşünaslıq mühəndisliyi” ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla daxil olaraq “473A” qrupunda təhsil almış və universitet ilə əlaqəni itirdiyinə görə 17.07.2020-ci il tarixli 110-T(ş) nömrəli əmirlə tələbələr sırasından xaric edilmişdir. Qeyd olunan universitetdə təhsil alan zaman Şahid3 “İstilik texnikası”, “İqtisadiyyat”, “Mülki Müdafiə”, “Materialların müasir sınaq üsulu”, “Materialların təkrar emalı”, “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “Azərbaycan tarixi”, “Riyaziyyat-1”, “Riyaziyyat-2”, “Riyaziyyat-3”, “Fizika-1”, “Fizika-2”, “Kimya”, “Kompüter texnikası və informatika”, “Rus dili”, “Xarici dil-2”, “Fəlsəfə”, “Tərsimi həndəsə və mühəndis qrafikası”, “Mexanika-1”, “Mexanika-2”, “Hidravlika və hidravlik maşınlar”, “Materialşünaslıq”, “Elektrotexnika və elektronika”, “Kompozisiya materialları”, “Ovuntu materiallarının əsasları”, “Materialların korroziyadan dağılması və mühafizəsi”, “Kompozisiya materialların materialşünaslığı”, “İstehsal iqtisadiyyatının təşkili və idarə edilməsi”, “Kompozisiya materiallarının istehsal avadanlıqları və sexlərin layihələndirilməsi”, “Friksion və antifriksion materiallar”, “Metrologiya standartlaşdırma və sertifikatlaşdırma”, “Keyfiyyətli poladlar və ərintilər”, “Kompozisiya materiallarının təzyiqlə emalı”, “Kompozisiya materiallarından məmulatların konstruksiya edilməsi” fənləri üzrə akademik borcları qalmışdır. Bundan başqa, 2018/2019-cu tədris ilində Şahid3 qeyri-q5ənaətbəxş imtahan nəticələri aldığı 6 fənn üzrə - “İstilik texnikası”, “İqtisadiyyat”, “Mülki Müdafiə”, “Materialların müasir sınaq üsulu”, “Materialların təkrar emalı”, “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənləri üzrə təhsil kreditlərinə görə ümumilikdə 650 manat məbləğində Universitetin hesabına köçürülmüşdür. Bununla yanaşı qeyd olunan məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 25.01.2010-cu il tarixli 17-Ş(s) nömrəli əmrlə Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer vəzifəsinə işə qəbul olunmuş, sonra 09.01.2020ci il tarixli 06-Ş(s) nömrəli əmrlə qeyd olunan universitetin Tədris şöbəsinin nəzdindəki “Monitorinq və qiymətləndirmə” şöbəsinə mütəxəssis vəzifəsinə təyin olunaraq 25.06.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə təhrik etmə cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alıb, onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraterizə olunur. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı, yəni 2015-ci il təvəllüdlü X5, 2015-ci il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbacan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, rüşvət verməyə təhrik etmə yolu ilə almış olduğu pul vəsaitini tam şəkildə geri qaytarmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, rüşvət verməyə təhrik etmə yolu ilə almış olduğu pul vəsaitini tam şəkildə geri qaytarmasını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü X5,X4 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd “CD” daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X2 372 (üç yüz yetmiş iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü X5 və X4 14 (on dörd) yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd “CD” daşıyıcısı cinayət işinin materiallarında saxlanılsıın. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X2 372 (üç yüz yetmiş iki) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1125/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1125/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver