Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1276/2025 21.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X9 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 oktyabr 1970-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “M.Ə.Əfəndiyev adına X25” X19 Texniki dəstək bölməsində sürücü işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 noyabr 2025-ci il tarixdə, saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 14 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitə əldə etmək niyyəti ilə şəxsiyyəti “Əli” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, mənfəət olaraq 1000 manat gəlir əldə etmək müqabilində “Əli” adlı şəxsə məxsus xüsusilə külli miqdarda narkotik vasitə heroinin sonuncu tərəfindən təyin olunacaq yerlərə qoymaqla satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində sonuncunun tapşırığı ilə ünvan 2 ünvanının yaxınlığında olan əvvəlcədən təyin edilmiş yerdən “Əli” adı şəxsin istintaqa məlum olmayan şəxs vasitəsi ilə qoyulmasını təşkil etmiş 01(bir) ədəd göy rəngli sellofan paketin içərisində olan 01(bir) ədəd bükümdə xüsusilə külli miqdarda, təmiz çəkisi 980 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə etdikdən sonra, 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Nizami RPİ-nin 25-ci PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə, yəni ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərində keçirilən yoxlama zamanı sol əlində saxladığı 01(bir) ədəd göy rəngli sellofan paketin içərisində 01(bir) ədəd bağlamada xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 980 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə baxışı üzrə 25 iyul 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, 2024-cü ilin dekabr ayının 22-də əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmış, dərhal ünvan 3 ünvanda tərəflərindən əməliyyat tədbirləri keçirilərək Elçin adlı şəxs saxlanılmış və yerində üzərinə baxış keçirildikdən sonra 25-ci PŞ-yə aparılaraq təhqiqat orqanına təhvil verilmişdir.
4. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək göstərdi ki, əməliyyat məlumatı Şahid1 daxil olmuş, yaradılmış əməliyyat qrupunda üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən yanında iki nəfər azyaşlı uşaq da olmuşdur. Təqsirləndirilən şəxs üzərinə yerində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən əlində göy rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilmiş, həmin heroinə gözlə nəzər yetirildikdə həmin predmetin külli miqdarda olmasını müəyyənləşdirmək mümkün olmuşdur. Aşkar olunmuş qanunsuz predmet dərhal sənədləşdirilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı etirazını bildirməmişdir. Həmin vaxt X20 də hadisə yerində olmuşdur. Əməliyyat tədbiri üç nəfər polis əməkdaşından ibarət təşkil olunmuş, təqsirləndirilən şəxsin iddia etdiyi kimi əməliyyat tədbirində 10 nəfər olmamışdır. Əməliyyat tədbirinə iki avtomobillə yola düşülmüş, Təqsirləndirilən şəxs də “Kia” markalı avtomobillərində şöbəyə aparmışlar. O, şəxsən Təqsirləndirilən şəxs şöbəyə aparılmasında iştirak etmiş, sonuncu saxlanılarkən qaçmağa cəhd etmiş, lakin qarşısı alınmışdır. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl idarə etdiyi avtomobilə elə oturmuşdu ki, qaçmağa şansı olsun, lakin qaça bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi avtomobilin oturacağından yerə yıxılmış, lakin birincinin saxlanılarkən xəsarət almasını xatırlamır. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılmış yoxlama tədbiri onun saxlanılmasından təxminən 3-5 dəqiqə sonra həyata keçirilməyə başlanılmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs nəvələri də sonuncunun idarə etdiyi avtomobildə olduğundan videoçəkilişin aparılmasına gec başlanılmışdır. Elçinin idarə etdiyi avtomobil “Mercedes Vito” markalı olmaqla, həmçinin avtomobil də sonradan polis şöbəsinə aparılmışdır. Elçin polis şöbəsinə gətirilərkən ya Elçinin, ya da onların avtomobillərindən biri hadisə yerində qalmışdır. O isə özünə məxsus “Hyundai” markalı avtomobillə polis şöbəsinə getmiş, Təqsirləndirilən şəxs nəvələri də onun avtomobilində əyləşmiş, sonuncuları da o, polis şöbəsinə aparmışdır. Elçin polis şöbəsinə təhvil verildikdən sonra Elçinin avtomobilinin də polis əməkdaşı Şahid2 tərəfindən sonradan polis şöbəsinə gətirilməsini xatırlayır. Əməliyyat çəkilişi tədbir başladıqdan sonra aparılmışdır. X20 də hadisə yerində olmuş, lakin Nail Kəmərli yalnız çəkiliş üçün orada olmaqla əməliyyat qrupuna daxil edilməmişdir. X20 Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında əhalinin maarifləndirilməsi ilə bağlı tədbirin çəkilməsi üçün narkotik vasitələrin dövriyyəsinə dair profilaktik çəkilişlər üçün gəlmişdir. Lakin sənədləşmə zamanı Nail Kəmərlinin adının qeyd olunub-olunmadığını xatırlamır. Əməliyyat qrupunda Nail Kəmərlinin adı olmamış, lakin Nail Kəmərli əməliyyat tədbiri başlayandan etibarən hadisə yerində olmuşdur. Nail Kəmərli hətta çəkiliş üçün Elçinlə müsahibə aparmaqla sonuncuya suallar da vermişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı 2 aprel 2025-ci il tarixdə verdiyi ifadəsi (bax cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v) 105-107;) ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, qərəzsiz və etibarlı mənbədən “Elçin” adlı şəxsin külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu əməliyyat məlumatının dəqiqləşdirilməsi istiqamətində digər əməkdaşların da iştirakı ilə tərəflərindən müəyyən tədbirlər keçirilmişdir. Keçirilən təbdirlərlə “Elçin” adlı şəxsin ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu və onun həqiqətən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu öyrənmişlər. 22 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Nizami RPİnin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş, onun, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlərlə əlaqədar Təqsirləndirilən şəxs ətrafında aparılan müşahidələr və mənbədən əldə etdikləri əlavə məlumat nəticəsində Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 5 ünvanının yaxınlığına gələcəyini müəyyən etmişlər. Buna görə də əvvəlcədən həmin ərazidə onun görə bilməyəcəyi şəkildə gizlənib onu gözləməyə başlamışlar. Bir qədər sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə həmin əraziyə gəlmişdir. O, idarə etdiyi avtomobillə həmin ərazidə bir neçə dövrə vurduqdan sonra Ə.Vəliyev küçəsi 14 ünvanının qarşısında olan beton panelə yaxınlaşmış, avtomobilin sükan tərəfdən olan qapısını açıb avtomobildən düşmüş və beton panelin altından nəyisə götürüb təkrar avtomobilə minmişdir. Həmin an onlar Elçinin götürdüyü əşyanın narkotik və ya psixotrop maddə ola biləcəyini anladıqlarından ona tərəf qaçmışlar. Elçin qapını bağlamaq istədikdə onlar Elçini yaxalayaraq polis olduqlarını bildirmişlər. Elçin onların polis olduqlarına inanmadığından onların əlindən çıxmağa çalışmışdır. Elçin onların əlindən çıxmağa çalışarkən avtomobilin oturacağından yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra onlar fürsət tapıb Elçinə vəsiqələrini göstərmişlər. Bundan sonra Elçin sakitləşmiş və müqavimət göstərməyi dayandırmışdır. Elçin ayağa qalxdıqda əynində olan gödəkçənin içərisində şişkinlik hiss edilmiş, buna görə də Elçinin götürdüyü şeyi gödəkçənin içərisinə qoyduğunu anlamışlar. Onlar Elçini bir qədər kənara çəkib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Bu zaman Elçin əlini atıb gödəkçənin içərisindən bir ədəd içərisi dolu olan göy rəngli sellofan paketi çıxarmışdır. Bu zaman onlar çəkiliş etməyə başlamışlar. Videoçəkiliş ilə aparılan yoxlama zamanı ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı məlumat verilmiş və üzərində olan qanunsuz əşya və ya maddələri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı 01 ədəd göy rəngli sellofan paketi təqdim etmişdir. Həmin paketə Şahid1 tərəfindən baxış keçirilmiş və içərisində olan bir ədəd qara rəngli bağlama çıxarılmışdır. Şahid1 həmin bağlamanı bir kənarından kəsərək içərisinə baxış keçirmişdir. Baxış zamanı bağlamanın içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bağlamanın içərisində “narkotik maddə" olduğunu bildirmişdir. Həmin büküm kağız zərfə qoyulmuş və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa yoxlama zamanı Elçinin üzərindən bir ədəd “Redmi” markalı smartfon tipli telefon aşkar edilərək götürülmüşdür. Onun üzərində aşkar edilmiş siqaret və alışqan kimi şəxsi əşyaları sübut əhəmiyyəti olmadığından onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə baxış keçirilmiş, avtomobildə hər hansı qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Keçirilən əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinin yoxlanması, onun üzərindən bir ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddənin və “Redmi” markalı mobil telefonun aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün o, toplanmış material, maddi sübut və ondan götürülmüş telefon ilə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı videoçəkiliş onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə bağlı verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlamaq üçün yaxınlaşdıqda sonuncu ilk öncə onlara müqavimət göstərməyə, əllərindən çıxmağa çalışmışdır. Bu zaman Elçin avtomobilin sükanı arxasından yerə yıxılmışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri həmin vaxt almışdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hər hansı xəsarət almamışdır.
6. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilən edildikdən sonra Şahid3 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadəni təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etməsə də X20nin hadisə yerində olmasını təsdiq edir. Nail Kəmərlinin yanında başqa bir nəfərin də olmasına baxmayaraq, birinci hadisə yerində tək olmuşdur. Onlar tərəfindən videoçəkiliş Təqsirləndirilən şəxs tutulmasından sonra aparılmış, lakin X20 şəxs tutulmamışdan əvvəl videoçəkiliş aparmağa başlamışdır. Elçinin nəvələri polis şöbəsinə onun avtomobilində aparılmış, Elçinin avtomobili isə Şahid2 tərəfindən polis şöbəsinə gətirilmişdir. Əməliyyat tədbirinə 3 nəfər polis əməkdaşı olmaqla 3 avtomobillə getmişlər, Nail Kəmərli də ayrıca avtomobillə gəlmişdir. Nail Kəmərli də ayrıca avtomobillə həmin yerə gəlməklə sonradan “Kia” markalı avtomobillə polis şöbəsinə getmişdir.
7. Məhkəmə baxışı üzrə 8 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 22 dekabr 2024-cü il tarixdə məxfi əməkdaş tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri Nizami rayonu Ə.Əliyev küçəsi 14 ünvanında saxlanıldıqdan təxminən 3-5 dəqiqə sonra birincinin üstü yerində videoçəkilişdən istifadə edilməklə yoxlanılmış, bu zaman üzərindən aşkar olunmuş sellofan bağlamada olan narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmetin narkotik vasitə olmaqla İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkiliş polis əməkdaşı Şahid3 tərəfindən aparılmışdır. Həmçinin ikinci şəxs Nail Kəmərli tərəfindən də əlavə çəkiliş aparılmış, sonuncu hadisə yerinə onun (Şahid1) təşəbbüsü və dəvəti ilə tək halda gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunan zaman aparılmış videoçəkiliş özləri (polis əməkdaşları) tərəfindən qeydə alınmış, Nail Kəmərli isə kənardan 3-5 dəqiqə ərzində çəkilişini etmiş, bu barədə icazəni ondan (Şahid1) yazılı formada deyil, şifahi şəkildə almışdır. X26 Baxşəliyevə yaxınlaşıb ona sual da vermişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi vaxtı isə Nail Kəmərlinin yaxınlaşmasına imkan verilməmişdir. Nail Kəmərli çəkilişi epizodik olaraq həyata keçirmişdir. X24 İşlər Nazirliyi tərəfindən keçirilmiş tədbirlərdə jurnalist kimi iştirak edir. Hadisə zamanı orada Nail Kəmərlinin sürücüsü və ya digər hər hansı başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs nəvələri onlarla birlikdə şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə 3 nəfər polis əməkdaşı – özü, Şahid3 və Şahid2 tərəfindən aparılmış, həmin vaxt avtomobil onun (Şahid1) tərəfindən idarə olunmuş, Təqsirləndirilən şəxs isə Zahid və Əjdərlə birlikdə əyləşmiş, nəvələri də həmin avtomobildə onlarla birlikdə olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı 27 fevral 2025-ci il tarixdə verdiyi ifadəsi (bax cild 1, i.v. 89-91) ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, qərəzsiz və etibarlı mənbədən “Elçin” adlı şəxsin külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu əməliyyat məlumatının dəqiqləşdirilməsi istiqamətində digər əməkdaşların da iştirakı ilə bir neçə gün ərzində müəyyən tədbirlər keçirilmişdir. Keçirilən təbdirlərlə “Elçin” adlı şəxsin ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmaqla onun həqiqətən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına əmin olmuşlar. 22 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlərlə əlaqədar Təqsirləndirilən şəxs ətrafında aparılan müşahidələr və əlaqələrində olan mənbədən aldıqları əlavə məlumatla Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 5 ünvanının yaxınlığına gələcəyini müəyyən etmişlər. Buna görə də həmin ərazidə onun görməyəcəyi şəkildə onu gözləməyə başlamışlar. Bir qədər sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə həmin əraziyə gəlmişdir. O, idarə etdiyi avtomobil ilə həmin ərazidə bir neçə dövrə vurduqdan sonra Ə.Vəliyev küçəsi 14 ünvanının qarşısında olan beton panelə yaxınlaşmış, avtomobilin sükan tərəfdən olan qapısını açıb avtomobildən düşmüş və beton panelin altından nəyisə götürüb təkrar avtomobilə minmişdir. Həmin an onlar Elçinin götürdüyü əşyanın narkotik və ya psixotrop maddə ola biləcəyini anladıqlarından ona tərəf qaçmışlar. Elçin qapını bağlamaq istədikdə onlar Elçini yaxalayaraq polis olduqlarını bildirmişlər. Elçin onların polis olduqlarına inanmadığından onların əlindən çıxmağa çalışmışdır. Elçin onların əlindən çıxmağa çalışarkən avtomobilin oturacağından yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra onlar fürsət tapıb Elçinə vəsiqələrini göstərmişlər. Bundan sonra Elçin sakitləşmiş və müqavimət göstərməyi dayandırmışdır. Elçin ayağa qalxdıqda onun əlinin üzərinin qanadığını görmüşdür. Elçinin bu xəsarəti beton panelin üzərinə yıxılmasından dolayı aldığını güman edir. Onun əynində olan gödəkçənin içərisində şişkinlik görünmüş, buna görə də onun götürdüyü əşyanı gödəkçənin içərisinə qoyduğunu anlamışlar. Onlar Elçini bir qədər kənara çəkib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Bu zaman Elçin əlini atıb gödəkçənin içərisindən bir ədəd içərisi dolu olan göy rəngli sellofan paketi çıxarmışdır. Bu zaman onlar çəkiliş etməyə başlamışlar. Videoçəkiliş ilə aparılan yoxlama zamanı ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı məlumat verilmiş və üzərində olan qanunsuz əşya və ya maddələri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı 01 ədəd göy rəngli sellofan paketi təqdim etmişdir. O həmin paketə baxış keçirməyə başlamış və paketin içərisində olan bir ədəd yapışqan şəffaf lentlə sarılmış qara rəngli bağlamanı çıxarmışdır. Həmin bağlamanı hissəvi kəsərək içərisinə baxış keçirmişdir. Baxış zamanı bağlamanın içərisində narkotik vasitə heroinə bənzər, spesifik iyə malik maddə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bağlamanın içərisində “narkotik maddə" olduğunu bildirmişdir. Həmin büküm kağız zərfə qoyulmuş və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Onun üzərində siqaret və alışqan kimi şəxsi əşyalar da aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “Redmi” markalı mobil telefon sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Lakin siqaret qutusu və alışqan sübut əhəmiyyəti daşımadığından ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə baxış keçirilmiş, avtomobildə hər hansı qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Keçirilən əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinin yoxlanması, onun üzərindən bir ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddənin və “Redmi” markalı mobil telefonun aşkar edilib götürülməsi barədə onun tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün o, toplanmış material, maddi sübut və ondan götürülmüş telefon ilə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün yaxınlaşdıqda sonuncu onlara müqavimət göstərməyə çalışarkən avtomobilin sükanı arxasından yerə yıxılmış, bu zaman sol əli orada olan beton panelə dəymiş və qanamışdır. Təqsirləndirilən şəxs digər xəsarətləri də yıxılması nəticəsində almışdır, onlar Təqsirləndirilən şəxs vurmamış, ona xəsarət yetirməmişlər. Özü isə hadisə zamanı heç bir xəsarət almamışdır.
9. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilən edildikdən sonra Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadəni təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı Elçin adlı şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxs anket məlumatları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildikdən sonra əldə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul olunmamışdan təxminən 3-5 gün əvvəl daxil olmuşdur. Nail Kəmərli əməliyyat qrupunun üzvü olmadığından ibtidai istintaq zamanı ifadə verərkən sonuncunun barəsində hər hansı məlumat verməmişdir. Əməliyyat tədbiri həyata keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs anket məlumatları əldə edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra avtomobildən düşərkən yerə yıxıldığından və yıxıldığı yer daşlıq olduğundan xəsarətlər almışdır. Hesab edir ki, Nail Kəmərli jurnalist kimi şou-proqramla məşğul olduğundan sonuncu tərəfindən qeydə alınmış videogörüntülər şişirdilmiş formada təqdim olunmuşdur.
10. Məhkəmə baxışı üzrə 8 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, şahidlər Şahid1 və Şahid3la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, 2024-cü ilin dekabr ayında Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O və Şahid3 həmin əməliyyat tədbirində qrup üzvləri kimi Şahid1 köməklik etmişlər. Təqsirləndirilən şəxs Nizami rayonu Ə.Əliyev küçəsində yerləşən “Ruslan 93” adlanan ərazidə saxlanılmışdır. Elçin həmin əraziyə “Mersedes-Vito” markalı avtomobillə gəlmişdir. Elçinin idarə etdiyi avtomobildə nəvələri də olmuşdur. Əməliyyat tədbiri zamanı onlar hərəsi bir tərəfdə gözləmiş, ona məlumat verildikdən sonra o, şübhəli şəxsə yaxınlaşdıqda artıq digər polis əməkdaşları Elçini saxlamışdılar. O, şübhəli şəxsi müəyyən etmək üçün ərazidə gəzişmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra Elçin avtomobildə nəvələrinin olduğunu və səs-küy olmamasını xahiş etmişdir. Elçinin üzərindən aşkar edilmiş predmet narkotik vasitə heroinə bənzər olmuş və sonradan ekspertiza rəyi ilə də həmin predmetin narkotik vasitə heroin olması təsdiqlənmişdir. Elçin üzərindən aşkar olunmuş həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını və sonuncunun deməsinə görə başqa şəxsə verəcəyini bildirmişdir. Elçinin mobil telefonunda İran İslam Respublikası vətəndaşı ilə yazışmaları da olmuş, birincinin mobil telefonu müstəntiqə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı anda o, hadisə yerindən 10-15 metr uzaqlıqda olmuş, videoçəkilişlə üstünün yoxlanılması zamanı isə iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq olmamışdır. Elçin müqavimət göstərmək istəmiş, habelə həyəcanlı olmuş, yalnız xidməti vəsiqələrini təqdim etdikdən sonra sakitləşmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində o, Şahid1 və Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən kənar şəxs Nail Kəmərli tərəfindən çəkiliş aparılmışdır. Əməliyyat qrupuna Nail Kəmərlinin adını əlavə etmək mümkün deyil. Nail Kəmərliyə hansı şəxsi saxlayacaqlarına dair məlumat verilməmiş, Nail Kəmərli əməliyyat tədbiri zamanı onlara maneçilik etməmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitənin ona məxsus olmasını könüllü olaraq etiraf etmiş, ona qarşı hər hansı təzyiq olmamışdır. Əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs öz maşını ilə hadisə yerinə gəlmiş, qanunsuz predmeti götürərkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs qızına uşaqları götürməsi üçün zəng edilmiş, sonuncu da gəlib Elçinin nəvələrini götürmüşdür. Elçin saxlanıldıqdan 2-3 dəqiqə sonra videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs nəvələri onların avtomobilinə əyləşdirilmiş, habelə sonunculara təsəlli verildikdən sonra onların görə bilməyəcəyi yerdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması anın videoçəkilişi aparılmamışdır. Nail Kəmərliyə orada çəkiliş aparması üçün kimin məlumat verməsini bilmir. İbtidai istintaq dövründə Nail Kəmərli barəsində məlumat verməmişdir. Əməliyyat tədbirindən əvvəl saxlayacaqları şəxsin adının Elçin olduğunu, hündür boylu və yaşlı biri olduğu barədə təlimat verilmişdir. Şahid1 ona Elçin barədə təfərrüatlı məlumat verməmişdir.
11. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 22 dekabr 2024-cü il tarixli izahatı, şübhəli (24 dekabr 2024-cü il tarixli) və təqsirləndirilən şəxs qismində (24 dekabr 2024-cü il tarixli) verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, təqribən 7 aydır narkotik vasitələrdən istifadə edir. “Kakos” kimi tanıdığı narkotik vasitəni toz halında burun yolu ilə qəbul edir. 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə və psixotrop maddə olub olmadığını, varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əlində olan göy rəngli sellofan torbada olan bükümü və əynində olan boz rəngli gödəkçənin sol yan cibindən “Redmi” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 qutu “Sobranie” markalı siqaret və 2 ədəd alışqan aşkar edilmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən qablaşdırılmış, qablaşmanın üzəri polis əməkdaşları, həmçinin onun tərəfindən imzalanmışdır. Təqdim etdiyi mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Ona həmin bükümdəki maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertiza müayinəsinə göndəriləcəyi bildirilmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası ərazisində gizlədilən yerdən həmin şəxsin onu deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə etmişdir. Əli həmin narkotik vasitənin 20 qram olduğunu və bunun qarşılığında ona 1000 manat pul verəcəyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində və Nizami RPİ-nin X7rkən ona qarşı fiziki, psixi və ya digər növ təzyiqlər edilməmişdir. İfadəsini öz iradəsilə sərbəst şəkildə vermişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümü əldə etdiyi şəxsin adının Əli olmasından başqa onun barəsində heç nə bilmir (Cild 1, i.v. 35-36; 58-59; 69-70;).
12. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə üzrə müdafiəçisinin iştirakı ilə 13 aprel 2024 və 14 aprel 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələri də elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, cinayət işi üzrə verdiyi ilkin ifadələrini qismən təsdiq edir və ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. O, təqribən bir ildir narkotik vasitələrdən istifadə edir. 2024-cü ilin dekabr ayının 19-da “İnstagram” sosial şəbəkəsində olarkən profil fotosunda “narkotik vasitələrin satışı” yazılan və paylaşdığı postlarda narkotik vasitələrin ucuz satışını vəd edən bir istifadəçi səhifəsi qarşısına çıxmışdır. O həmin səhifəyə mesaj yazaraq narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs ondan yaşadığı şəhəri soruşduqda ona Bakı şəhərində yaşadığını demişdir. Danışdığı şəxs isə ona İran İslam Respublikasının vətəndaşı olsa da, Bakı şəhərində yaşadığını demiş və ona narkotik vasitə verməyi və onun dediyi yerlərə qoymağı müqabilində ona yaxşı məbləğdə pul verə biləcəyini bildirmişdir. O da həmin şəxslə bu barədə razılaşmışdır. Razılaşmaları belə olmuşdur ki, həmin şəxs daha sonra ona bildirəcəyi əraziyə 20 qram miqdarında narkotik vasitə qoyacaq, o, narkotik vasitəni həmin şəxsin qoyacağı yerdən götürüb daha sonra deyəcəyi ünvana qoyub həmin yerin “konumunu” və fotosunu həmin şəxsə göndərəcəkdir. Bunun müqabilində də həmin şəxs ona 1000 manat pul verəcəkdir. 22 dekabr 2024-cü il tarixdə günorta saatlarında həmin şəxs xatırlamadığı mobil nömrə ilə mesaj yazaraq sifariş etdiyi narkotik vasitəni qoyduğu yerin “konumunu” və fotosunu göndərmişdir. Həmin fotodan narkotik vasitənin göy rəngli paketdə həmin panellərin altına qoyulduğu görünmüşdür. Saat 18:30 radələrində o, idarə etdiyi “Mercedes-Vito” markalı avtomobil ilə göndərilən “konuma” getmişdir. Həmin ünvana çatdıqda buranın Ə.Vəliyev küçəsi 14 ünvanı olduğunu görmüşdür. O, əvvəlcə ətrafda heç kimin olmadığına əmin olmaq üçün avtomobil ilə həmin yerin ətrafında bir neçə dövrə vurmuşdur. Dövrə vurarkən orada olan zibil qabları ilə üzbəüzdə yolun digər tərəfində qoyulmuş beton panelləri gördükdə göndərilmiş fotonun həmin yer olmasından narkotik vasitənin ora qoyulduğunu anlamışdır. Bu səbəbdən də avtomobili düz həmin beton panellərin yanına sürmüşdür. Ətrafa baxıb avtomobildən düşüb əyilib həmin panellərin altında olan göy rəngli paketi götürmüşdür. Paketi götürən zaman 20 qramdan artıq olduğunu hiss etmiş, lakin daha sonra aydınlaşdırmaq üçün əynində olan gödəkçənin içinə qoymuşdur. Avtomobilə mindikdə ətrafda bir neçə mülki geyimli şəxslər anidən ona yaxınlaşıb qolundan tutmuş, o, ilk öncə onların kim olduğunu anlamadığından onlara müqavimət göstərmiş, həmin şəxslər onu avtomobildən çəkib yerə salmışlar. Bu zaman o, avtomobildən yerə yıxılmış, sol əli orada olan panellərə dəymiş və xəsarət almışdır. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını dedikdən sonra onlara tabe olmuşdur. Bu zaman narkotik vasitə onun əynində olan gödəkçənin içində olmuşdur. Polis əməkdaşları onu bir qədər kənara çəkmişlər. Polis əməkdaşları ondan nə götürdüyünü və onun harada olduğunu soruşmuşlar. Bu zaman o, əynində olan gödəkçənin içərisində olan göy paketi çıxarıb əlində onlara göstərmişdir. Bu zaman polislərdən biri videoçəkiliş etməyə başlamışdır. Ona nə səbəbə tutulmağı izah edilmiş və üzərində olan qanunsuz əşyaları təqdim etməyi bildirilmişdir. Bu zaman o, əlində saxladığı göy rəngli paketi polislərə təqdim etmişdir. Həmin paketin içərisinə polis tərəfindən baxış keçirilmiş və onun içərisindən bir ədəd bağlama çıxarılmışdır. Həmin bağlamanın bir tərəfi polis tərəfindən kəsilmiş və içərisinə baxış keçirilmişdir. Polislər ondan bağlamadakının nə olduğunu soruşduqda, o, narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlama polis tərəfindən kağız zərfə qoyulmuş, möhürlənmiş və üzəri onlar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən ona məxsus bir ədəd “Redmi” markalı mobil telefon, içərisində siqaret dənələri olan siqaret qutusu və alışqanlar aşkar edilmişdir. Siqaret və alışqanlar özünə qaytarılmış, lakin telefon götürülmüşdür. Daha sonra polis əməkdaşları onu 25-ci PŞ-yə aparmışlar. Burada üzərində aparılan yoxlama ilə bağlı tərtib edilmiş protokol ilə tanış edilmişdir. Həmin protokol ona oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bundan sonra o, təhqiqatçıya təhvil verilmişdir. Burada ona hüquq və vəzifələri izah edilmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. O, baş verənlərlə bağlı izahat vermişdir. Daha sonra o, Nizami RPİ-nin MSY-yə təhvil verilmişdir. O həmin narkotik vasitənin miqdarı ilə razı deyil, belə ki, “Əli” adlı şəxs ilə razılaşmaları 980 qrama görə deyil 20 qrama görə olmuşdur. Həmin bağlamada nəyə görə 980 qram olduğunu bilmir. Dindirmə zamanı ona deyilən belə olmuşdur ki, Əlinin göndərdiyi 20 qram heroini onun deyəcəyi yerə qoymağı müqabilində Əli ona 1000 manat pul göndərəcəkdir. Ona verilən “Məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, sizin bədəniniz üzərində sol budun bayır səthinin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırı, sol əlin arxa səthinin sıyrığı xəsarətləri olmuşdur, bu xəsarətləri nə vaxt hansı şəraitdə alımsınız?” sualına cavab olaraq bildirmişdir ki, bu xəsarətləri 22 dekabr 2025-ci tarixdə saat 18:30 radələrində ünvan 6 ünvanının qarşısında əvvəlcədən qoyulmuş yerdən narkotik vasitəni götürdükdən sonra onu saxlayan polis əməkdaşlarının əvvəlcə polis əməkdaşları olduğunu bilmədiyi üçün onlara müqavimət göstərərkən avtomobilin sükanı arxasından yerə yıxılaraq almışdır. Bu zaman sol əli həmin yerdə olan beton panelə dəydiyindən əlinin üstündə sıyrıq əmələ gəlmişdir. İlkin ifadəsində ittihamın mahiyyətini tam dərk etməmiş, bu səbəbdən də özünü təqsirli bildiyini bildirmişdir. Lakin müdafiəçisilə olan konfidensial söhbətdən sonra özünü müdafiə etmək qərarına gəlmişdir (Cild 1, i.v. 117-119; 142;).
13. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı 22 və 24 dekabr 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən sonra, müqavilə üzrə müdafiəçisinin təşəbbüsü ilə əlavə dindirilməsindən və sonradan yeni məzmunda ittiham irəli sürülməsi ilə bağlı dindirilməsindən başqa, hər hansı iş üzrə sübut əhəmiyyəti kəsb edən istintaq hərəkəti, o cümlədən üzləşdirmə və sair istintaq hərəkətləri həyata keçirilməmişdir.
14. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan və tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
15. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 22 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən 989 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən 23 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqın aparılması qərara alınmışdır (Cild 1, i.v.1;).
16. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 dekabr 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi və daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs (4 oktyabr 1970-ci ildə Saatlı rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, X25ndə sürücü işləyən, Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 79, mənzil 6 ünvanında yaşayan) ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Turab Paşayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq üstü yoxlanılmış və daha sonra Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Qeyd edilən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları ilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri-mümkünlüyünü, o cümlədən operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddət ərzində saxladığı narkotik vasitələrin realizə olunacağı, gizlədəcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə görüləcək tədbirlərin təxirəsalınmazlığı, həmçinin müvafiq vəsatətlə məhkəməyə müraciət etməklə məhkəmə qərarının əldə edilməsinin müəyyən vaxt tələb etməsini nəzərə alaraq, əməliyyat-axtarış tədbirlərinin məhkəmənin qərarı olmadan keçirilməsi və keçirilən əməliyyat-axtarış tədbirləri barədə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə məlumat verilməsi zəruridir (Cild 1, i.v.3-6; 9;).
17. “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid2 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirməsi ilə bağlı “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar əsasında 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında yaxalanmışdır. Təqsirləndirilən şəxs üzərində həmin gün saat 18:30-dan 18:38-dək nəqliyyat vasitəsinə baxış, eləcə də üstünün yoxlanılması həyata keçirilmişdir. Protokolda göstərilmişdir ki, 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq ona saxlanılmasının səbəbi ilə bağlı məlumat verilmiş, müdafiəçi ilə təmin edilmə hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs yaxalandıqdan sonra üzərində saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində olan göy rəngli sellofan paketi təqdim edərək içərisində “narkotik maddə” olduğunu bildirmişdir. Onun təqdim etdiyi göy rəngli sellofan paketin içərisindən şəffaf rəngli yapışqan lentlə sarılmış qara rəngli bağlama aşkar edilmiş, həmin bağlamanın içərisində nə olmasını öyrənmək üçün bir kənarı bıçaq vasitəsi ilə kəsilərək açılmışdır. Bu zaman həmin bağlamanın içərisində narkotik vasitə heroinə bənzəyən qəhvəyi rəngli, tozşəkilli, spesfik iyə malik maddə olduğu aşkar edilmişdir. Bundan başqa, yoxlama zamanı o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan başqa, əynində olan həmin gödəkçənin sağ yan cibindən bir ədəd içərisində siqaret dənələri olan “Sobranie” markalı siqaret qutusu, 02 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli bağlama kağız zərfə qoyularaq DİN-in 165 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş “Sobranie” markalı siqaret qutusu, 02 ədəd alışqan sübut əhəmiyyətli olmadığından özünə qaytarılmış, 01 ədəd “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Üstünü yoxlama prosesindən sonra Təqsirləndirilən şəxs idarə edərək hadisə yerinə gəldiyi “Mercedes Vito” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə hər hansı sübut əhəmiyyətli əşya, maddə və ya predmet aşkar edilməmişdir. Protokolda üstünü yoxlama prosesinin Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə videoqeydə alınması, həmin videogörüntülərin diskə yazılaraq protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Əməliyyataxtarış tədbirlərinin keçirildiyi yerdə texniki imkan olmadığından protokol saat 19:00-dan 19:20-dək Nizami RPİ-nin 25-ci PŞ-də tərtib edilərək ucadan oxunmuş, əlavə və ya düzəlişlə bağlı müraciət olmamış, imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 7-8;).
18. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 dekabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncudan aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 19:40-dan saat 19:55-dək baxış keçirilmişdir. Qərar və protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 18:30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə baxış zamanı, zərfin bağlı vəziyyətdə olmaqla üzərində 2 (iki) ədəd Azərbaycan Respublikası DİN yazılmış zərflər üçün 65 nömrəli möhürlə möhürlənmiş vəziyyətdə olması müəyyən edilmişdir. Zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs, həmçinin polis əməkdaşları Şahid2, Şahid3, Şahid1 və hər yazıdan sonra imzalar çəkilmiş, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 (bir) ədəd təqdim edilmiş DVD diskə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntüdə təhqiqata təqdim edilən narkotik vasitə heroinə bənzər maddənin və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi əksini tapmışdır. Protokolda təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51, 86 və 236-cı maddələrinin tələblərinə istinad edilməklə həmin protokolun tərtib edilməsi qeyd edilmiş, protokol Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Pünhan Mehdiyev, həmin şöbənin əməliyyat müvəkilləri Şahid2, Şahid1 və Şahid3 tərəfindən imzalanmışdır (Cild 1, i.v. 13;).
19. “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarındakı müddəti 7 dəqiqə 49 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq A.Ə.Təhməzli tərəfindən baxış keçirilməsinə dair 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Ayxan Təhməzli həmin videogörüntüyə hər hansı digər maraqlı şəxslərin (təqsirləndirilən şəxs və onun müdafiəçisinin) iştirakı olmadan baxış keçirilməsinə dair protokol tərtib etmişdir (Cild 1, i.v. 15; 60;).
20. “Şübhəli şəxsin tutulması haqqında” 22 dekabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:55-də Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 22 dekabr 2024-cü il tarixdə, saat 18:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.15; 24;).
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-kimyəvi ekspertizasının” (materialların məhkəmə ekspertizası) 6/5538 nömrəli, 23 dekabr 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş kütlə şübhəli şəxs (imza) B.Elçin” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 980 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 980 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 979,8 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 43-46;).
22. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 23 dekabr 2024-cü il tarixli 7927 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 47-48;).
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 5(007)- 760/2024 saylı qərarından görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 22 dekabr 2024cü il tarixli qərar qanuni hesab edilmişdir (Cild 1, i.v.49-50;).
24. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilməklə həmin şöbənin baş müstəntiqi polis mayoru X14 tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.51; 54;).
25. “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.61-62;).
26. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 4(007)- 356/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 dekabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz izahatında bildirmişdir ki, “Qeyd edilən əməli törətdiyini qəbul edir, o, 20 qram narkotik vasitəni ona deyilən yerə çatdırmağı öhdəsinə götürmüşdür, buna görə onun kartına 1000 manat pul vəsaiti atılacaqdı. Lakin 1 kq narkotik vasitə olduğu qeyd edilir. Narkotik vasitənin qramı ilə razı deyildir. Tutulduğu andan hər hansı bir işgəncəyə, qeyri-qanuni rəftara məruz qalmamışdır. O özü arada narkotik vasitə istifadə etmişdir. İlk dəfə idi ki, belə bir əməl törədir”. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 4(007)-129/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 12 may 2025-ci il tarixədək uzadılmışdır(Cild 1, i.v.76-78; 166-170;).
27. “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi Note 7” markalı mobil telefona baxış keçirilməsi haqqında” 7 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd “Redmi Note 7” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı qeyd edilən mobil telefonun üzərində (055) ***-**-** və (055) ***-**-** nömrələrinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun daxili yaddaşına baxış zamanı iş üçün əhəmiyyətli hər hansı məlumata rast gəlinməmişdir (Cild 1, i.v. 79;).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 3 fevral 2025-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 85-86;).
29. Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Turab Paşayevin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar polis əməkdaşları, o cümlədən polisə yaxın qüvvələr təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v. 87;).
30. "xxxx" MMC-nin 10 mart 2025-ci il tarixli BKC/LGL-2677/25 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə” 12 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə əlaqədar müvafiq anten (əhatə dairəsi) məlumatlarının götürülməsi üçün "xxxx" MMC-yə verilmiş sorğu ilə bağlı "xxxx" MMC tərəfindən göndərilmiş 10 mart 2025-ci il tarixli BKC/LGL-2677/25 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinin 22 dekabr 2024-cü il tarixdə, saat 17:30-dan başlayaraq, saat 18:30 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində qeydə alınması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinin sonuncu dəfə 22 dekabr 2024-cü il tarixdə, saat 12:26-da Binəqədi rayonu Ə.Rəcəbli küçəsində qeydə alınmışdır. Diskə baxış zamanı iş üçün əhəmiyyətli hər hansı sübut əhəmiyyətli “SMS”ə rast gəlinməmişdir (Cild 1, i.v. 97-101;).
31. “Canlı şəxsin ekspertizasının” 23 dekabr 2024-cü il tarixli 1167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində aşkar olunmuş xəsarətlər – sol budun bayır səthinin dərialtı hematoması; sağ kürək nahiyəsinin qançırı; sol əlin arxa səthinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 22 dekabr 2024-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qançır isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin özü tərəfindən özünə yetirilməsi, eləcə də ehtiyatsızlıqdan yıxılma nəticəsində alınmaları inandırıcı deyil (Cild 1, i.v. 108-110;).
32. “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 980 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspertizadan sonra qalıq çəkisi 979,8 qram olan narkotik vasitə heroinin Nizami RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobl telefonun təqsirləndirilən şəxsə və ya onun razılığı ilə ailə üzvlərinə təhvil verilməsi, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1(bir) ədəd disk və əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş 1(bir) ədəd diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Eyni zamanda, həmin qərarla Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərərvurmaya aid olan sol budun bayır səthinin dərialtı hematoması, sağ kürək nahiyəsinin qançırı, sol əlin arxa səthinin sıyrığı xəsarətləri faktı ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən həmin epizod üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs..... xəsarətləri ilə bağlı bildirmişdir ki, həmin xəsarətləri....narkotik vasitəni götürdükdən sonra onu saxlayan polis əməkdaşlarının əvvəlcə polis olduqlarını bilmədiyi üçün onlara müqavimət göstərərkən avtomobilin sükanı arxasından yerə yıxılaraq almışdır. (Cild 1, i.v. 125-131; 152;).
33. “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, müstəntiq Ayxan Təhməzli tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Əli” adlı şəxs barəsində ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.132;).
34. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.135-136;).
35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.Ə.Təhməzli tərəfindən 20 aprel 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.153-159;).
36. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 1(101)-1276/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
37. Məhkəmə baxışı üzrə 25 iyul 2025-ci il tarixli məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “M.Əfəndiyev adına X25” X19 Texniki dəstək bölməsində təcili tibbi yardım avtomobili sürücüsü kimi işləmişdir. Onun götürdüyü narkotik vasitə deyil, dərman preparatları olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən azyaşlı nəvələri də yanında olmuş və nəvələrinin qorxmaması üçün narkotik vasitə götürməyi boynuna almışdır.
38. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə davam edərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini polis əməkdaşlarının təzyiqi altında verdiyindən həmin ifadələrini təsdiq etmir. Polis əməkdaşları ona ibtidai istintaq dövründə deyil, saxlanılarkən hadisə yerində təzyiq etmiş, təpiklə vurmuş, tutulmasını videoçəkilişlə qeydə almış, bununla belə o, sonuncularla əlbayaxa olmamışdır. Akkumulyator almağa getdiyindən qızının övladları (uşaqları) olan 12 və 15 yaşlı nəvələri də yanında olmuş, onların qorxmaması, eləcə də buraxılmalarını təmin etmək üçün guya narkotik vasitə götürməsini boynuna alaraq polislərin dediklərini qəbul edib təqdim olunan sənədləri imzalamışdır. O, 22 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində dərman götürməyə gedərkən idarə etdiyi avtomobildə saxlanılmışdır. Əli adlı iranlı şəxs ona dərmanı götürüb kiməsə aparıb verməsini tapşırmış, sonuncu ilə qohumluğu olmaqla onunla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. O, narkotik vasitələrdən istifadə etməmişdir. Onun borcu olduğundan iranlı şəxs tərəfindən əvvəlcədən yerləşdirilmiş dərman vasitəsini ona bildirilmiş ünvana aparması müqabilində 1000 manat məbləğində pul verəcəyini vəd etdiyindən onunla razılaşmışdır. O, yerləşdirilmiş dərman vasitəsini xeyli axtardıqdan sonra tapmış, həmin predmetin 4-5 dəfə onun əlindən böyük olmasını görmüş, əlini toxundurub dərman vasitəsi olmadığı qənaətinə gəlib əlini geri çəkərək predmetə bir təpik də vurmuş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt X20 də hadisəni videogörüntü vasitəsilə qeydə alaraq onun yanına gəlmişdir. Polis əməkdaşları nəvələrinə “de görüm, babanın silahı varmı” məzmunda uyğunsuz suallar vermişlər. Dərman vasitəsi olan büküm yerdə olmuş, götürmək istəyərkən polislər tərəfindən yaxalanmış, sonuncular əl-qol atdığından onlara əl-qol atmamalarını, nə deyirlərsə edəcəyini bildirmişdir. O, saxlanılarkən yıxılmamış, saxlanılma anı ilə bağlı sonradan eşitdiyinə görə açıq internet resursunda videogörüntülər də vardır. Məhkəmədə barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hakimə məlumat verməməsinin səbəbi artıq yazılı ifadə verməsi, o cümlədən polislərin onu başqa bir şey danışacağı halda nəvələrini buraxmayacaqları ilə hədələməsi olmuş, məhz polislərin təzyiqinə görə məhkəmə iclasında hakimə hadisəni düzgün şəkildə danışmamışdır. O, tutulduğu günün sabahısı məhkəməyə aparılmışdır. Polis əməkdaşları onların dediklərini etməyəcəyi təqdirdə nəvələrini polis idarəsində saxlayacaqlarına dair onu hədələmişlər. Sonradan istintaq zamanı qohumlarının müqavilə bağladığı vəkil Vüqar yanına gələrkən müstəntiq Ayxanla yaxın dost olduğunu, sonuncunun onu “qandalla” evə buraxacaqlarını bildirdiyini demişdir. Bu səbəbdən o həmin vəkilə inanıb düzgün istiqamətləndirilmədiyindən həqiqəti sonrakı ifadələrində də bildirməmişdir. O, 1-2 dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Onun saxlanılmasında azı 10 nəfər polis iştirak etmiş, onun polis şöbəsinə aparıldığı maşında 5 nəfər olmuş, nəvələri isə metal rəngli “BMW” markalı avtomobillə polis şöbəsinə aparılmışdır.
39. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, həqiqətən də iş materiallarına əlavə edilmiş məhkəmə iclasında nümayiş etdirilən bir ədəd diskdə əks olunan yerdə saxlanılmış, saxlanılarkən polis əməkdaşlarından bir nəfər ona təpiklə vurduğundan əli qanamışdır. O, ümumilikdə 4-5 dəfə narkotik vasitələrdən istifadə etmiş, lakin psixotrop maddələrdən istifadə etməmişdir. 1999-cu ildə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün məhkum olunmuşdur. İş materiallarında bədəni üzərində aşkar olunması qeyd olunan xəsarətlər polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki təzyiq nəticəsində yaranmış xəsarətlərdir. Bildiyinə görə mobil telefonu qohumlarına qaytarılmış, lakin mobil telefon nömrələri qaytarılmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
40. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
41. Belə ki, hökmün 17-18-ci bəndlərində qeyd edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokola əlavə edilmiş videogörüntüyə, eləcə də “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 dekabr 2024cü il tarixli protokola məhkəmə iclasında təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd edilən hallar tam şəkildə videoda öz əksini tapmamışdır. Belə ki, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs sol əlində saxlayaraq təqdim etdiyi bir ədəd bağlamaya və onun üzərinin yoxlanılaraq baxış keçirilməsi müəyyən edilsə də, protokolda qeyd edilmiş “Mercedes Vito” markalı avtomobilə ümumiyyətlə hər hansı baxış keçirilməməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol aşağı hissəsində və sol əlinin üst hissəsində qırmızımtıl yaxılmış formada qana bənzər ləkələrin olması müşahidə edilir. Lakin həmin ləkələrin nə olması barədə baxış iştirakçıları tərəfindən hər hansı sual verilməmişdir. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama zamanı gərgin və həyəcanlı olması müşahidə edilir. Bundan başqa, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq yerində üzərinin yoxlanılması zamanı sonuncunun “könüllü” surətdə təqdim etdiyi, habelə polis əməkdaşları tərəfindən təhqiqat orqanına təqdim edilməsi üçün bir ədəd zərfdə “qablaşdırılmaqla” götürülmüş “narkotik vasitəyə bənzər heroinə” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının tələblərinə uyğun olaraq saxlayaraq yerində üstünü yoxlamanı həyata keçirmiş polis əməkdaşları tərəfindən baxış keçirilməmiş (çəkisi müəyyən edilməmiş), o cümlədən sonradan isə təhqiqatçı tərəfindən təqdim edilmiş predmetlərə ümumiyyətlə baxış keçirilməmiş, cinayətin predmeti hesab olunan əşyanın (Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən “narkotik vasitəyə bənzər” kütlənin) çəkisi və digər fərdi əlamətləri müəyyən edilərək protokolda qeyd olunmamışdır. Eyni zamanda, protokolda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edildiyi formal olaraq qeyd edilməsinə baxmayaraq, həmin istintaq hərəkətinin videoyazısına baxış zamanı əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs yalnız formal olaraq “ona izah olunmuşdur ki, tutulduğu andan müdafiəçi ilə təmin olunmaq hüququ vardır” bildirilməklə hüquqlarına dair hər hansı ətraflı izahın verilməməsi, barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış edilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs digər çoxsaylı mühüm hər hansı hüquq və vəzifələrinin ətraflı və anlaşılan şəkildə izah edilməməsi müəyyən edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməsi iddia olunan narkotik vasitənin qablaşdırıldığı bir ədəd zərfin içərisinə ümumiyyətlə baxış keçirilməmiş, saxlanılaraq üstünün yoxlanılmasına dair görüntüləri özündə əks etdirən diskə baxış keçirilməsinə dair istintaq hərəkəti qanunvericiliyin tələbinə uyğun olaraq iki nəfər hal şahidinin iştirakı və ya gedişatı özündə əks etdirən videoçəkilişdən istifadə edilmədən kobud pozuntularla həyata keçirilmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair keçirilmiş əməliyyat tədbirinin görüntülərini özündə əks etdirən diskə baxış keçirilməsinə dair istintaq hərəkəti Təqsirləndirilən şəxs və ya onun müdafiəçisinin iştirakı, iki nəfər hal şahidi və ya videoçəkiliş olmadan keçirilmiş, bu da öz növbəsində şübhəli şəxsin əməliyyat tədbirindən sonrakı real fiziki vəziyyətinin və əldə edilmiş sübuta münasibətinin müəyyən edilməsinə imkan verməmişdir.
42. “M.Ə.Əfəndiyev adına X25” X19 27 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 fevral 2022-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək qeyd edilən publik hüquqi şəxsin Texniki dəstək bölməsində sürücü vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs çalışdığı müddət ərzində öz vəzifəsinə məsuliyyətlə yanaşaraq, daxili nizam-intizam qaydalarına riayət edərək, rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmişdir. İşlədiyi müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, töhmət almamışdır (Cild 2;)
43. “Youtuber” Nail Kəmərli tərəfindən qeydə alınmaqla hazırlanmış və “Youtube” video sosial platformasına 24 dekabr 2024-cü ildə yerləşdirilmiş 24 dəqiqə 5 saniyəlik “Narkotik əməliyyatında nəvələrini sipər edən babanı polis necə ifşa edir?-Real kadrlar” başlığı altında olan (link: https://youtu.be/bLpvjN4sgHE?si=AWBLh2cQMYYyJKT5) videogörüntülər açıq internet resursundan əldə edilərək məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Həmin videogörüntünün “Təsvir” hissəsində “Nizami rayon Polisinin narkotik əməliyyatı/Real kadrlar”, “Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməliyyatçıları ilə birgə keçirilən narkotikə qarşı tədbirdə 1kq narkotik vasitə heroin (kakos) saxlanıldı” yazıları qeyd edilmişdir. Baxış zamanı videoçəkilişdə Nizami RPİ-nin 25-ci PŞ əməkdaşları tərəfindən 4 gün müddətində keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs çoxsaylı polis əməkdaşları tərəfindən nəvələri ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilməsi müəyyən edildi. Qeyd edilən videoçəkilişin məzmunundan narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan qeyri-müəyyən şəxs və ya şəxslər haqqında əməliyyat məlumatının Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə saxlanıldığı tarixdən bir neçə gün əvvəl daxil olması, polis əməkdaşlarının bir neçə fərqli ünvanlarda (Tərtər kafesi və sair) əməliyyat tədbirləri keçirərək həmin şəxs və ya şəxslərin yaxalanmasına cəhd etdikləri, lakin naməlum səbəblərdən əməliyyat tədbirlərinin uğurla yekunlaşmadığı müəyyən edilir. Bundan başqa, həmin videoçəkilişdən polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanıldığı 22 dekabr 2024-cü il tarixli əməliyyat tədbiri zamanı narkotik vasitə heroinin qoyulduğu yer haqqında dəqiq məlumata malik olmaları, Təqsirləndirilən şəxs bir neçə saat əvvəl həmin ərazidə əməliyyat müşahidəsi və güdmə həyata keçirdikləri, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə həmin ərazinin yaxınlığında bir neçə dəfə dövrə vuraraq polis əməkdaşlarının müşahidə etdikləri ərazidən uzaqlaşmasına baxmayaraq, polis əməkdaşları tərəfindən barəsində “dəqiq” və “qərəzsiz” məlumat olan şəxs Təqsirləndirilən şəxs olmasına baxmayaraq sonuncu uzun müddət saxlanılmamış, yalnız əvvəlcədən yeri məlum predmetin olduğu yerə yaxınlaşdıqdan sonra isə çoxsaylı (azı 5-6 nəfər) polis əməkdaşları olduqları yerlərdən çıxaraq Təqsirləndirilən şəxs yaxalamaları müşahidə olunur. Videogörüntülərdən Təqsirləndirilən şəxs saxlanıldıqdan və idarə etdiyi avtomobildə olan nəvələri oradan kənarlaşdırıldıqdan xeyli müddət sonra yerində çəkiliş aparıldığı, Təqsirləndirilən şəxs saxlanılarkən avtomobilin sükanı arxasında olması, əlində hər hansı predmetin, o cümlədən göy rəngli sellofanın olmaması, Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə saxlanıldığı yerdən uzaqlaşdırıldığı, daha sonra isə saxlanıldığı yerə gətirildiyi, həmin an Təqsirləndirilən şəxs əlində hər hansı predmetin, o cümlədən göy rəngli sellofan torbanın olmadığı, yerində çəkilişdən əvvəl Təqsirləndirilən şəxs artıq saxlanılarkən sonuncunun əlində saxlaması iddia edilən narkotik vasitə heroinin polis əməkdaşlarının əlində olması görünür. Həmin videogörüntülərdəki ayrı-ayrı şəxslərin danışıqları aşağıdakı məzmundadır: Nail: Mən, Nail Kəmərli, izləyicilərimin çoxsaylı istəklərini nəzərə alaraq narkotik ticarətinin qarşısının alınmasında polisin keçirdiyi mübarizə tədbirlərində iştirakım üçün Daxili İşlər Nazirliyinə müraciət etdim. Çəkilişimin həm də məqsədi əməliyyatın qanun çərçivəsində icra olunduğunu göstərməkdir. Polis 1: Sizə tərəf bir motosiklet gəlir, kuryer. Uşaqlar maşınlarını “razvedka” edir, deyəsən. Nail: Müraciətimdən sonra Daxili İşlər Nazirliyi mənə Nizami rayonu 25-ci polis şöbəsinin əməkdaşları ilə birgə keçiriləcək əməliyyatda iştirakım üçün icazə verdilər. Əməliyyatın ilk günü axşam anidən polis əməkdaşından zəng gəlir. Təcili olaraq göndərilən məkanda olmağımı bildirirlər...Deməli, biz hal-hazırda, saat birə qalır on beş dəqiqə, Daxili İşlər Nazirliyinin Nizami rayonu 25-ci polis şöbəsinin əməkdaşları ilə birgə narkotiklərə qarşı əməliyyat tədbiri keçiriləcək bugün. Gördüyünüz bu yol, sonra bura tupikdir, oradan qarşıdan da iki yoldur, hamısı bağlanıb polis əməkdaşları tərəfindən. İndi gözləyirik ki, narkotiki ya götürüb getməlidir, ya da gətirib tullamalıdır. Məlumat belə daxil olub. İndi isə biz gözləyirik, pusqudayıq, belə deyək. Əməliyyat başlamazdan əvvəl hər bir detal diqqətlə planlaşdırılır. Onu da qeyd edim ki, yəni bu əməliyyatlar təhlükəli olur. Olub ki, belə tədbirlərdə narkotik gətirən şəxs silahla hücum etsin, nə bilim, bıçaqla hücum etsin? Polis 2: Olub. Nail: Buralar tam nəzarətə alınıb, hə? Giriş-çıxış hamısı bağlanılıb. Polis 2: Bəli. Hələ ki, gözləyirik. Nail: Gözləyək. Növbəti bir polis əməkdaşı gəlir. Əraziyə əlavə polis əməkdaşları cəlb olunur. Salam Aleykum. Necəsiniz? Polis 3: Siz necəsiniz? Nail: Yorulmayaq. Polis 3: Sağolun. Polis 1: Qeydiyyatdan keçin. Hamı eşidir məni? Hamı öz mövqeyini tutsun, diqqətli olsun. Kimisə görən kimi məlumat verin bir-birinizə, aydındır? Nail: Bizimkidir? Polis 1:Hə. Lap axıra kimi get, saxla, solda. Adamı uje götürəndə hamı gəlsin hadisə yerinə, yaxşı? Məlumat veriləcək də haradadır, hansı tindədir. Nail: Əməliyyatın birinci günü bəzi səbəblərə görə baş tutmur. Əməliyyatın 2-ci günü. Tərtər kafesi tərəf var ha, “İnci şadlıq sarayı”nın arxasında, o tərəfdəyik. Polis 1: Hamı yerindədir? İçəri daxil olan maşınlar barəsində məlumat verin, yaxşı? Girişçıxışa ciddi nəzarət edin. Diqqətli olun bir az. Zəngdəki polis: Bir dənə ağ maşın girir. Dayandı. Nail: Üç maşın polis əməkdaşları çöldə pusqudadır, bir maşında da burda bizik, gözləyirik hal-hazırda ki, narkotikin satışı ilə məşğul olan şəxs gəlsin bura. Girdi? Polis 1: Hə. “Tərtər”in qabağına gəlib nə isə. Baqajdan nə isə çıxarır. Adamı düşürdüb qayıdır, deyəsən. Hə. Həmin nəfəri diqqətinizdə saxlayın. Təzə “Çanqan” girdi? Nə rəngdədir? Qara rəngdə. “Hundai”dır e bu. Yəqin burda olacaq nə isə. Nail: Çöldən içəri görünmür ki? Polis 1: Yox. Nail: 100 faiz? Polis 1: 100 faiz. Diqqətli olun, nə isə baş verə bilər. Diqqətli olun, nəzarətdə saxlayın o adamı. Görüb sizi? Zəngdəki polis: Hə, bizə baxır. Polis 1: Hə, vsyo. Dəqiq bilmirik amma deyir, quruluşundan narkomana oxşayır. Nail: O haradan gəlib bilinmir? Polis 1: Bilinmir, yox. Ən şübhəlisi odur. Həmin şəxsi gözünüzdən qaçırtmayın da siz. Onu gözdən qoymayın, həmin şəxsi. Biz tərəfə, biz istiqamətə girdi? Gəldi, ağ krasovkalı gəldi. Girdi kafeyə. Kapşondadır? Kəndimizə tərəf keçdi? Onda siz onu itirmisiniz, hə uje? Hə, itirməyin, diqqətli olun. İçəri bizlikdir, narahat olmayın. Eşitdin? Deyir “Azsamand” girdi. Diqqətli olun. “035”-dir, deyəsən. “035”-ə get de ki, təmiz aralaş burdan, sənin maşının məşhurdur, tanıyırlar. Nail: Asif, sən təmiz aralaş. Polis 1: “Azsamand” qadını düşürtdü, çıxdı. Nail: Sən maşını elə yerdə saxlamısan ki, polislər görür, “palet” eləyirsən. Polis 1: “Aqua” da buradadır. Nail: “Aqua” klient dalınca gəlib. Polis 1: Hələ ki, gözləmədəyik. “06”-da hələ bir şey yoxdur. Biri düşüb, biri qalıb, deyəsən. “06” çox şübhəlidir, bayaqdan orda gözləyirlər. Siz orda diqqətli olun. Ola bilər ki. Maşındasan sən indi? Hə, vsyo. Prosta tərpənməyin, mən deyəndə də. Qoy bir dənə görək nə baş verir? Diqqətli olun. Nail: Tədbir başlayır, deyəsən, hə? Polis 1: Hə. Nail: Girdi o aralığa nə isə. Daha getdi. Polis 1: Dayan görüm. Durub orda. Vsyo, vsyo, vsyo, vsyo, gözlə, gözlə, gözlə. Ağ “prius”dur, ağ “prius”. Zəngdəki polis: Çıxıb? Nə edək? Polis 1: Alo. Zəngdəki polis: Hə, eşidirik səni. Polis 1: Gəldi bir dənə qara maşın dayandı qabağımda. Görmürəm e orada nə edir. Götürək bunu, yoxsa yox? Götürməliyik e. Zəngdəki polis: Qabağa keçən kimi bax da ora. Polis 1: Buraxmaq olmaz bunu. Tələsməyin hələ. Qara maşın çıxacaq indi. Zəngdəki polis: Gəlib burda restorandan şey götürür, mal götürür. Polis 1: Ağ “prius”dur. Çıxır, çıxır, çıxır, ağ “prius” çıxır. Vsyo, ver ora, saxlayın, guya maşın xarabdır. Hə. Ağı saxlayın. Mən elə bildim nə isə atıblar ora, klyok imiş. Hər şey qaydasındadır, hə? Buraxın getsin. Nail: İkinci günün yeddi saatlıq əməliyyatı bu dəfə də baş tutmur. Biz gəlmişik növbəti konuma və belə deyim, hadisə olan yerə. Hansı ki, buradan, indi olacağımız yerdən narkotik vasitə götürüləcək. (Kameranın saatı “Cam 03 - 02:40:49” göstərir) Asif, mən gedirəm, uşaqlar qabaqdadır. Sən də maşını sür, uzaqlaş burdan, yaxşı? Asif: Yaxşı. Nail: Davay, hələlik. Polis 1: Sizə tərəf bir motosiklet gəlir, kuryer. Nail: Polisin əməliyyatının pozulmaması üçün təmiz videogörüntülər çəkə bilmirəm. Balaca uşaqlar, hə? Polis 1: Hə. Nail: Soyuqda kimdir e futbol oynayan? Polis 1: Bir dənə də “prius” dayanıb qabağımızda. “Prius” şeydir, müştəri. Sən “mersedes”i gözlə, “Mersedes” arxamızda idi. “Mersedes” de ha, dayanıb. Düz zibilliyin yanındadır, ehtiyyatlı olun. Qoy düşsün, problem yoxdur. Tam götürənə kimi görün haradan götürür, necə götürür. Dörd nəfər deyillər e, üç nəfərdir. İki dənə uşaqdır, bir dənə həmənki, dünənki kişidir. Dəymə, dəymə. Diqqətli olun ha, göz aldadarlar. Qoy, dəymə eləsin, nə qədər istəyir artistlik eləsin. Nail: Dəqiq bu adamdır da? Polis 1: Hə, bu adamdır. Bu yoxlayır e görək kim isə yaxınlaşır, ya yox. Ya qoyacaq, ya götürəcək. Zəngdəki polis: “07”-nin böyründədirlər. Polis 1: Diqqətli olun, uşağa götüzdürər birdən. Hamısını saxlamaq lazımdır. Nail: Uşağı da? Polis 1: Hə, uşaqları da məcbur. Uşaqlar maşındadır, yoxsa yerdədir? Zəngdəki polis: Uşaqların ikisi düşdü, yerdədir. Polis 1: Onda uşaqlara götüzdürəcək bu. Əllərinə baxın, əllərinə. Qoyacaq, ya götürəcək, indi baxın da. Zəngdəki polis: Şüşə parlanır. Maşını xodladı. Polis 1: Xodladısa, uşağa götüzdürəcək onu. Zəngdəki polis: Xodladı, tərpəndi. Polis 1: Fırlandı. Bilirsən, hara? Sizin arxanızdakı bina var ha, onun həyəti ilə fırlanır. Oranın çıxışı sola var, bir də sağa. İndi görək hara gedəcək. Uşaqlar da minib görün? Gəldi, gəldi. Təzədən gəldi. Əjdər, arxandadır, maşınla təzədən gəldi. Təzədən yenə həmin yerə qayıtdı. Təzədən yenə həmin binanın qabağına fırlandı. Nail: Dayanıb burda. Polis 1: Düz Əjdərin arxasında dayanıb, eşidirsiniz məni? Nail: “06” gəldi qabağına. Polis 1: Hə, birdən uşaq zad şeyləyər, qaçıb gedər. Nail: Sürdü, getdi. Polis 1: Hə, fırlandı indi. De, Rəşadgilin qabağı ilə gedir. Nail: “Abxod” eləyir də. Fırlandı, fırlandı o tərəfə. Polis 1: Fırlandı sola, gəlir həmənki yerinə yüz faiz təzədən. Bəli, bayaqkı yerə gəlir, zibilliyə sarı gəlir. Görə bilmirəm mən. Nail: Görürəm mən, gəldi. Polis 1: Dal-dala verir. Girir ora dal-dala. Zəngdəki polis: Çatdıra bilməyəcəyik. Zəngdəki polis 2: Çatdıra bilməyəcəyik. Polis 1: Uşağa götüzdürəcək bu bunu. Zəngdəki polis: Bu bizə baxır e. Polis 1: Maşını bilirsən necə verir? Elə qapını açsın, atsın əlini. Açdı qapını, əyildi, götürdü. Yox, bilmirəm, bilmirəm, əyildi, deyəsən. Əyildi. Zəngdəki polis: Götürdü! (Bu hissədə bir neçə nəfərin qaçaraq avtomobilə yaxınlaşması, Təqsirləndirilən şəxs sükan arxasından dartıb yerə yıxmaları, daha sonra qolundan tutaraq avtomobildən uzaqlaşmaları və azyaşlı uşaqların səsləri olan kadrlar görünür.) Nail: Uşaqlar maşında? Polis 2: Hə, uşaqlar maşındadır. Uşaq 1:Valideynlərimizə zəng edin də. Nail: Hanı valideynləriniz? Uşaq 1: Evdədirlər. Nail: Bəs bu kimdir? Uşaq 2: Bu mənim babamdır. Nail: Nə edir baban? Uşaq 1:Bilmirik. Nail: Sizi niyə gətirib bura? Evdən çıxanda nə deyirdi? Uşaq 1:Akkumlyator. Nail: Akkumlyator götürəcəkdiniz? Uşaq 1: Nə olar, valideynlərimizə zəng edin də. Nail: Yaxşı, narahat olmayın, qaqam, narahat olmayın. Uşaq 1: Heç nə etməyəcəksiniz? Nail: Yox, yox, yox, heç nə etməyəcəyik. Polis 1: Çəkiliş edək. Yerində çəkiliş lazımdır. (Bu hissədə polis əməkdaşları olması ehtimal edilən şəxslərin əlində göy rəngli selofan torba görünür. Təqsirləndirilən şəxs isə yenidən saxlanıldığı yerdə avtomobilin qarşısında dayanmış vəziyyətdədir. Onun əlində hər hansı aşkar edilməsi iddia edilən narkotik vasitənin olduğu göy rəngli sellofan torba və sair predmetin olması görünmür. Göy rəngli sellofan torbanın isə orada olan polis əməkdaşlarından birinin əlində olması görünür.) Nail: Düz dörd gündür, beş gündür bu əməliyyatın həyata keçirilməsi üçün nə qədər polis əməkdaşları əziyyət çəkir. Mən də şəxsən bunun içindəyəm və nəhayət ki, bu gün dördüncü tədbirdən sonra, dördüncüdür, hə, qardaş? Dördüncü tədbirdən sonra həyata keçirilir. Yəni ki, halaldır bizim polislərə. Nə qədər pul verəcəkdi sənə? (Bu hissədə Nail Kəmərli Təqsirləndirilən şəxs sorğu-sual edir.) Elçin: Min manat. Nail: Ad, soyad? Elçin: Təqsirləndirilən şəxs. Uşaq 2: Əmi, heç nə eləməyəcəksiniz? (Uşaqların qorxmuş vəziyyətdə ağlayaraq danışıqları olan kadrlar və fonda isə Təqsirləndirilən şəxslə çəkilişə hazırlıqla bağlı işlərin görüldüyü və ətrafında azı 5-6 nəfər şəxslərin olduğu kadrlar görünür.) Nail: Yox, heç nə eləməyəcəyik, qurban olaram sənə. Uşaq 2: Onda biz babanın maşınına niyə getmirik? Nail: Babanın maşınına? Babanın maşını xarab olub da, qaqa. Akkumlyatoru xarab olub. Uşaq 1:Dayı, ən azından valideynlərimizə zəng edin də. Nail: Yaxşı, edəcəyik də, qaqa, qurban olaram sizə, yaxşı? Polis 1: Qorxmayın, yaxşı? Nail: Hə, əmi saqqız versin. Uşaq 2: Yox, mən istəmirəm. Uşaq 1:Mən də istəmirəm, sağ olun. Nail: Əmisi, danışdırarsan, yaxşı? Polis 1: Danışdıracağam. Nail: Narahat olmayın. Polis əməkdaşları bildirir ki, uşaqları göndərirdi bir-bir maşınlara əlini vururdu, yoxlayırdı ki, kim var, kim yox, hə? Polis 4: Bəli, bəli. Maşınlara əl vururdular. Təpik, yumruq vururdular maşınlara. Nail: Yəni maşınların içində kim var, kim yox? Təmiz olduqdan sonra, yəni uşaqlar hətta belə pəncərənin içinə də baxırdı. Yəni bu özü çox Allahsızlıqdır da uşaqları indidən belə şeylərə yönəldirlər. Belə şeylər öyrədirlər. Görürsünüz, narkotikin, narkomaniyanın axrı, baxmır nəvədir, uşaqdır oğuldur, qızdır. Sonda nə olacaq? Sonda heç nə, gedəcək babası cəza çəkəcək uzun illər, uşaqlar da travma alacaq ömürlük. Bədbəxtçilik. Çoxdan bu işlə məşğulsunuz? Elçin: Yeddi aydır. Nail: Neçənci dəfədir götürürsünüz? Elçin: Vallah birinci dəfədir. Nail: Birinci dəfə? Bəs yeddi aydır necə məşğul olursunuz ki, birinci dəfə? Özünüz istifadə edənsiniz? Nə eləyirsiniz? Elçin: Kakos. Nail: Kakos? Neçə vaxtdır? Elçin: Yeddi ay. Nail: Yeddi aydır istifadəçisiniz də. Heç baxanda deməzsən e bunun boy-buxunundan, istifadəçidir.Əvvəldə həbsdə olmusunuz: Elçin: Yox. Nail: Əvvəllər nə işlə məşğul olmusunuz? Elçin: Şoferəm. Nail: Sürücüsünüz? Satmaq üçün götürürdün bunu, hə? Elçin: Bunu aparıb harasa qoymalı idim, kim isə götürməli idi. Polis 4: Kimlə danışırdınız? Elçin: Əli var idi, iranlı. Nail: İranlıdan? Kimdən almısınız? Elçin: Əli. Polis 4: Telefonda var nömrələri? Yazışman zad. Nail: Narkotiki niyə istifadə etməyə başlamısınız ki? Hə? Elçin: Heç özüm də bilmədim vallah. Nail: Kim məcbur elədi? Kim ağlınıza saldı? Elçin: Heç kim. Elə özüm. Nail: Ailədə var istifadə edən? Elçin: Yox, yox, yox. Nail: Oğlunuz? Elçin: Yox, yox. Nail: Uşaqları da gətirmisiniz iz itirmək üçün, hə? Şübhələndirməmək üçün. Elçin: Yox, yox. Akkumlyator götürməli idim. Akkumlyator götürməyə gedirdim. Nail: Haradan götürürdün akkumlyatoru? Uşaqlara elə demişdiniz, hə? Elçin: Yox, elə akkumlyator götürməli idim. Neftçilərdən. Nail: Getmək istəyirsiniz özünüz gedin də. Uşaqları niyə salırsınız yanınıza? Yazıqlar nə boyda depresiya, stres yaşadılar.Xəcalət çəkirsiniz? Elçin: Bəli, əlbəttə. Nail: Babasısınız, hə? Oğul nəvənizdir, qız? Elçin: Qız. Nail: Hal-hazırda arxamda görürsünüz görüntüləri. Polis əməkdaşları tərəfindən aktlaşdırılır, sənədləşdirilir və bundan sonra gediləcək 25-ci polis şöbəsinə. (Bu hissədə Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən narkotik vasitə ilə bağlı yerində baxışın keçirilməsi kadrları görünür.) Onu da qeyd edim ki, polis əməkdaşlarına daxil olmuş məlumatlar əsasında hansı ki, bu məlumatlarda məxfiçilik, anonimlik qorunur, deyiblər ki, filan yerdə narkotik vasitə olan, el arasında “kakos” götürüləcək və həmin polis əməkdaşları da bu ərazidə öz pusqularını qurmuşdurlar. Siz hardan bildiniz ki, burada mal var? Elçin: İranlı demişdi. Nail: İranlı demişdi ki, burada mal var, hə? Necə bilirdiniz ki, məhz buradadır? Telefona şəkil atmışdı? Polis 4: Şəxsi baxış keçirildi. İndi gedirik 25-ci polis şöbəsinə. Nail: Getdik.
44. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 7 avqust 1969-cu il təvəllüdlü arvadı X1 və 11 avqust 1992-ci il təvəllüdlü oğlu X6 ibarətdir (Cild 2;).
45. Təqsirləndirilən şəxs barəsində olan “Məhkumun tibbi kitabçası” əldə edilərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, birinci 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir (Cild 2;). Məhkəmənin hüquqi dəyərləndirməsi:
46. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
49. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.
50. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4-1-ci maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” 26-cı fəslində nəzərdə tutulmuşdur.
51. CM-in 234.4-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
52. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
53. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir.
54. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.
55. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması sübuta yetirilməli haldır.
56. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
57. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
58. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
59. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.
60. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
61. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
62. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs tək halda deyil, iki azyaşlı nəvəsi ilə birlikdə saxlanılmasını, lakin həmin xüsusatın polis əməkdaşları tərəfindən rəsmi qaydada sənədləşdirilmədiyini, hətta bu barədə “youtuber” Nail Kəmərli tərəfindən aparılmış ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilməmiş qanunsuz başqa bir videoçəkilişin də olmasını, həmin videogörüntülərlə Təqsirləndirilən şəxs şəxsiyyətinin iş materiallarının əksinə polis əməkdaşlarına dəqiq məlum olmamasını, habelə 3-4 gün müddətində hər hansı qanuni əsas olmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmasının öz əyani təsdiqini tapmasını, Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq tətbiq edilməklə döyülməsini, o cümlədən nəvələri ilə hədə-qorxu gəlinməsinə görə ibtidai araşdırma zamanı etirafedici ifadələr verməklə hazırkı məhkəmə prosesində bildirdiyi gerçəkləri işıqlandırmamasını, polis əməkdaşları tərəfindən tutularkən, eləcə də sonradan təhqiqatçı tərəfindən hüquq və vəzifələrinin ümumiyyətlə real şəkildə izah edilməməsini, təhqiqatçı və müstəntiq tərəfindən onun iştirakı ilə polis əməkdaşları tərəfindən yaxalanmasının əks olunduğu videogörüntülərə, habelə təhqiqatçı tərəfindən ümumiyyətlə içərisində narkotik vasitə heroin olması iddia edilən zərf açılmadan və həmin predmetə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxış keçirilmədən polis əməkdaşlarının ona verdiyi içərisində nəyin olması müəyyən edilməyən zərfə səthi formada baxış keçirilməsini, həmin istintaq hərəkətinin iki nəfər hal şahidi və ya videoçəkilişdən istifadə edilməklə aparılmalı olmasına dair imperativ tələblərə baxmayaraq heç birindən istifadə etmədən özbaşına həyata keçirməsini, “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokolda guya Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə baxış keçirilməklə hər hansı qanunsuz predmetin aşkar olunmamasının göstərilməsinə baxmayaraq həmin tədbirin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilməsi zamanı nəqliyyat vasitəsinə hər hansı baxışın keçirilməməsini, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin həm bir-birilərinə münasibətdə, həm məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrdən, həm də cinayət işinin materiallarına əlavə olunmuş sənədlərdən əhəmiyyətli dərəcədə fərqlənməklə kəskin ziddiyyətli olmasını və Təqsirləndirilən şəxs barəsində cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əməliyyat-axtarış və prosessual hərəkətlərin aparılması ilə həmin tədbirlərin qanunsuz olmasını göstərmişlər.
63. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
64. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.
65. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
66. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs barəsində konkret olaraq hər hansı əməliyyat məlumatı olmadan və bu barədə müvafiq qərar qəbul edilmədən qanunsuz olaraq saxlanılaraq guya üzərində yoxlama əməliyyat tədbirləri həyata keçirilməklə narkotik vasitə heroin aşkar olunaraq polis şöbəsinə gətirilmişdir; b) Təqsirləndirilən şəxs anket məlumatlarının polis əməkdaşlarına əvvəlcədən məlum olmamasına, azı 3 gün müddətində barəsində məhkəmə qərarı olmadan qeyrimüəyyən qanunsuz əməliyyat-axtarış tədbirlərinin aparılmasına, habelə onun tək halda deyil, nəvələri ilə birlikdə saxlanılmasına baxmayaraq, iş materiallarında olan sənədlərin əksəriyyəti yanlış tərtib edilmişdir; c) Təhqiqatçı “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətini qanunun tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs və ya onun müdafiəçisinin iştirakı olmadan, habelə iki hal şahidinin və ya videoçəkilişdən istifadə etmədən həyata keçirmiş, o cümlədən Elçin Hüseynovdan aşkar edilməsi iddia olunan predmetin çəkisi ölçülməklə xarakterik xüsusiyyətləri müəyyən edilməmiş, içərisində narkotik vasitə heroin olması iddia edilən zərfin içərisi açılmaqla həmin predmetə ümumiyyətlə baxış keçirilməmişdir; d) Elçin Hüseynov ibtidai istintaq orqanının iddia etdiyi kimi 3 deyil, daha artıq sayda polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, üstünün yoxlanılaraq baxış keçirilməsi əməliyyat tədbiri zamanı onun üzərində (əlində) gözlə görülə bilən aşkar xəsarətlərin hansı şəraitdə yaranmasına dair polis əməkdaşı tərəfindən ona ümumiyyətlə hər hansı sual verilməmiş, bununla əlaqədar şübhə altına alına bilinməyən məhkəmə-tibbi ekspertiza rəyinin olmasına baxmayaraq ibtidai istintaqı aparan müstəntiq tərəfindən “Sübutların qiymətləndirilməsi haqqında” qərarla səlahiyyətlərinə aid olmamasına baxmayaraq, guya cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir; e) “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokolda guya nəqliyyat vasitəsinə baxış keçirilməsinin göstərilməsinə baxmayaraq həmin protokola əlavə edilmiş məlumat daşıyıcısına baxış zamanı hər hansı nəqliyyat vasitəsinə baxış keçirilməməsi müəyyən edilmişdir; f) İttiham tərəfinin təqdim etdiyi şahidlər məhkəmə icraatı zamanı məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmədikləri xüsusatları bildirmişlər.
67. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
68. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
69. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı konkret əməliyyat məlumatı daxil olmamış, 3-4 gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair ehtimal olunan alınmış aşkar təxirəsalınmazlığı inkar olunan məlumat əsasında hər hansı məhkəmə qərarı, o cümlədən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında təhqiqat orqanı tərəfindən qəbul edilmiş real qərar olmadan ayrı-ayrı yerlərdə və müxtəlif şəxslərin ətrafında keçirilmiş qanunsuz əməliyyat-axtarış tədbirləri ilə sonda Təqsirləndirilən şəxs qanunsuz olaraq çoxsaylı polis əməkdaşı tərəfindən saxlanılmaqla üstündə yoxlama tədbirləri həyata keçirilərək polis şöbəsinə gətirilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən predmetin olduğu zərf açılmadan polis əməkdaşlarının təqdim etdiyi formada qəbul edilmiş, həmin predmetə ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada hər hansı baxış keçirilməmiş, o cümlədən həmin istintaq hərəkətinin hal şahidlərinin iştirakı olmadan və ya videoçəkilişdən istifadə edilmədən aparılmasına dair formal prosessual sənəd tərtib edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hər hansı qanuni əsası olmadan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra bu barədə formal tərtib olunmuş sənədlərə istinad edilərək hər hansı qanuni və mötəbər əsas olmadan təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həqiqiliyi şübhə altına alınmış ittiham elan edilmişdir. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 məhkəmə icraatı dövründə verdikləri ifadələri zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə müəyyən edilmiş hallara uyğun məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərmədikləri xüsusatları vurğulayaraq Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərardan 3-5 gün əvvəl daxil olmasını, Təqsirləndirilən şəxs anket məlumatlarının onlara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərardan sonra, əməliyyat tədbirindən isə əvvəl məlum olmasını, habelə Təqsirləndirilən şəxs tək halda deyil, nəvələri ilə birlikdə saxlanılmasını, həmin vaxt əməliyyat-axtarış fəaliyyətinin iştirakçısı olmayan “youtuber” Nail Kəmərli tərəfindən müvafiq görüntülərin çəkilməsini, sonuncu tərəfindən təqsirləndirilən şəxsə suallar verilməsini bildirmişlər. Halbuki onlar məhkəməyədək icraat zamanı 22 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxladıqlarını bildirmiş, nəvələri və “youtuber” Nail Kəmərli barəsində isə ümumiyyətlə hər hansı məlumat verməmişlər. Eyni zamanda, keçirilmiş əməliyyat tədbirinə dair protokolda guya Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilməsinin və bu zaman hər hansı qanunsuz predmetin aşkar olunmamasının qeyd olunmasına baxmayaraq həmin protokola əlavə edilmiş məlumat daşıyıcısında hər hansı nəqliyyat vasitəsinin nümayiş etdirilməklə içərisinə baxış keçirilməsi, o cümlədən həmin nəqliyyat vasitəsinin şöbəyə gətirilib-gətirilməməsi, Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılıb-qaytarılmaması və sair məlumatlar rəsmiləşdirilməklə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə, habelə Şahid1, Şahid3 və Şahid2 ifadələrinə tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhələrin yaranmasına səbəb olur. Beləliklə, məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri arasında mövcud olan aşkar ziddiyyətlər və ciddi nöqsanlar bir daha Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada tutulmaqla üstünün yoxlanılması həyata keçirilərək hər hansı qanunsuz predmetin aşkar edilməsini şübhə altına alınması qənaətinə gəlməyə kifayət qədər əsas verir.
70. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ziddiyyətli, habelə aşkar surətdə mötəbər sübutlarla uzlaşmayan ifadələri, iş materiallarında mövcud olan kobud pozuntular, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən “Youtube” internet video sosial platformasında “youtuber” Nail Kəmərli tərəfindən qeydə alınmaqla 24 dekabr 2024-cü il tarixdə kütləvi formada nümayiş etdirilərək paylaşılmış videogörüntülər əsasında Təqsirləndirilən şəxs barəsində səhih məlumatın, o cümlədən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında hər hansı qərar olmadan qanunsuz olaraq – azı 3-4 gün müddətində çoxsaylı polis əməkdaşı tərəfindən keçirilmiş tədbirlər nəticəsində azyaşlı nəvələri ilə birlikdə saxlanılmaqla üstünün yoxlanılmasının həyata keçirilərək polis şöbəsinə gətirilib orada digər yolverilməz kobud pozuntularla istintaq hərəkətlərinin aparılması müəyyən edilmişdir. Belə ki, 3-4 gün müddətində davam etmiş qanunsuz əməliyyat tədbirlərinin həyata keçirilməsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən müvafiq səlahiyyəti və əməliyyat-axtarış tədbirlərində iştirak etməsinə dair müvəkkil edilməsi ilə bağlı müvafiq sənədləşmə aparılmadan “youtuber” Nail Kəmərli də yaxından iştirak edərək guya polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirlərinin qanuniliyini nümayiş etdirməyə çalışmış, halbuki həmin videogörüntülərdən polis əməkdaşlarının qeyrimüəyyən şəxs və ya şəxslərin ətrafında ayrı-ayrı yerlərdə hər hansı qanuni əsas olmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, onlardan bəzilərinin yaxalanaraq sonradan buraxılması (bax hökmün 43-cü bəndinə), eləcə də Təqsirləndirilən şəxs iddia olunan cinayət əməlini törətməkdə şübhəli bilinməsinə (onun şəxsiyyəti barədə əvvəlləcədən hər hansı məlumat olmamış, lakin saxlanılmamışdan bir gün əvvəl də başqa bir yerdə keçirilmiş qanunsuz əməliyyat-axtarış tədbirləri gedişində həmin yerdə onu da görüb müşahidə etmələri ehtimal olunur), Təqsirləndirilən şəxs saxlanılmazdan xeyli əvvəl sonuncudan götürülməsi iddia edilən “narkotik vasitənin” olduğu yerin dəqiq olaraq polis əməkdaşlarına məlum olması, hətta Təqsirləndirilən şəxs haqqında “dəqiq, qərəzsiz və etibarlı mənbədən” məlumat daxil olmasına və sonuncunu saxlamaq üçün bir neçə dəfə əlverişli şəraitin yaranmasına baxmayaraq, şəxsin əvvəlcədən məlum olan yerdən ondan aşkar edilməsi iddia edilən qanunsuz predmeti götürməsi üçün təhrik edilməsi (provakasiyaya çəkilməsi) əlamətlərinə yol verilməsi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə təqsirsizlik prezumpsiyası baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin (həmin dövrdə şübhəli şəxs) təqsirinin CPM ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsinə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmünün olmamasına baxmayaraq, onun bu hüququ kobud surətdə pozularaq ictimai qaydada kütləvi informasiya vasitələrində “Narkotik əməliyyatında nəvələrini sipər edən babanı polis necə ifşa edir?” başlığı altında videoçəkiliş nümayiş etdirilmiş və həmin videogörüntülərdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hallara yol verilmişdir.
71. CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəlləinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
72. Belə ki, məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi qismən etirafedici ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs tərəfindən tamamilə inkar edilərək mübahisələndirilmişdir. Həmçinin hökmün 43-cü bəndində göstərilmiş videogörüntülərlə ittiham tərəfinin təqdim etdiyi sübutların məhz qanunsuz formada əldə edilməsini, iş materiallarına əlavə edilmiş sənədlərin isə tamamilə reallıqdan uzaq şəkildə tərtib edilməsini bir daha təsdiq edir. Bu isə ümumiyyətlə məhkəməyə təqsirləndirilən şəxsin üstünün yoxlanılmasına dair protokolun və ona əlavə edilmiş videogörüntünün formal olaraq tərtib edilməsi qənaətinə gəlməyə əsas verir.
73. Bundan başqa, hökmün 18-ci bəndində qeyd edilən protokol məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, təhqiqatçı Pünhan Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aparılmış yoxlama tədbirinin videogörüntülərini özündə əks etdirən məlumat daşıyıcısına və aşkar edilmiş “narkotik vasitə heroinin” götürülərək qablaşdırıldığı iddia olunan zərfə qanunvericiliyin tələbinə uyğun olaraq iki hal şahidinin iştirakı və ya videoçəkilişlə baxış keçirilməməsi ilə yanaşı, həmin predmetin qablaşdırıldığı zərfin içərisinə ümumiyyətlə baxış keçirilməmiş, zərfdəki predmetin Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetlə eyni olubolmaması müəyyən edilməmiş, həmin predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetin rəngi, forması və digər səciyyələndirici hallarına dair bu barədə tərtib olunmuş protokolda da hər hansı qeyd aparılmamışdır. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.
74. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm polis əməkdaşları tərəfindən şəxsən qeydə alınmış, həm də internet video-sosial platforması vasitəsilə əldə edilmiş videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar surətdə xəsarətlər alması müəyyən olunmuş, hətta bununla əlaqədar keçirilmiş canlı şəxsin ekspertizası zamanı bədən xəsarətləri ekspert tərəfindən təsdiqlənməklə həmin xəsarətlərin öz-özünə yetirilməsi, o cümlədən yıxılmaqla alınmasının inandırıcı hesab olunmaması, bərk küt əşya vasitəsilə şəxs (şəxslər) tərəfindən yerinə yetirilmə ehtimalının olması qeyd olunmuşdur. Bu barədə ibtidai istintaqı həyata keçirən müstəntiq hər hansı araşdırma aparmadan, o cümlədən onun səlahiyyətlərinin xaricində olmasına, habelə məlumatın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanına göndərmək vəzifəsinin olmasına baxmayaraq, cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanmasını rədd etmişdir.
75. Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş” üzrə qərarında qeyd etmişdir ki, ərizəçinin şikayəti cinayəti törətməsi iddia olunan əməkdaşların mənsub olduqları polis şöbəsinin özü tərəfindən araşdırılmışdır. Belə olan halda isə, Avropa Məhkəməsinin mövqeyinə görə, polis şöbəsinin müstəntiqinin həmin şöbənin əməkdaşlarının kobud rəftarı ilə bağlı apardığı araşdırma müstəqil hesab oluna bilməz (qərarın 55-ci bəndi). Qeyd olunan səbəbdən Məhkəmə ərizəçinin pis rəftarla bağlı iddiası ilə əlaqədar hər hansı səmərəli istintaqın aparılmaması, müvafiq olaraq Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında nəticəyə gəldi (qərarın 56-cı bəndi). CPM-in 215.3.2ci maddəsi də əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının cinayət etmələri barədə ərizələrə prokurorluq orqanlarında baxılmasını nəzərdə tutur.
76. Artıq formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də bu barədə qəbul edilmiş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır.
77. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
78. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
79. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra – 728-İQ nömrəli Qanun) 16-cı bəndindən görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
80. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 31-ci bəndində göstərilir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İ hissəsinin 1-18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilmişdir. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyataxtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.
81. Bundan başqa, hökmün 80-ci bəndində qeyd olunan Qərarın 32-ci bəndində göstərilmişdir ki, CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728-İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyat-axtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Əməliyyataxtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması 728-İQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPM-in 446.2.9-cu maddəsi isə əməliyyataxtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmənin qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildiyi halda da həmin qərarda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyat-axtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.
82. Bundan əlavə, hökmün 80-ci bəndində qeyd olunan Qərarın 33-cü bəndində isə göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyat-axtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsinə, əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıbyoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər.
83. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiqat orqanının əməkdaşları tərəfindən öz səlahiyyətlərindən kənara çıxılaraq hökmün 80-ci bəndində göstərilmiş Ali Məhkəmənin Plenum qərarında göstərilənlər yanlış şərh edilərək və cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verilərək əməliyyat-axtarış orqanının səlahiyyətli şəxsinin hər hansı qərarı olmadan Təqsirləndirilən şəxs barəsində bir neçə gün ərzində qanunsuz və əsassız olaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, sonuncu qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulmaqla (hansı ki şəxsin şübhəli şəxs qismində tutulması kifayət qədər ciddi prosessual məcburiyyət tədbiridir) guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ciddi pozuntularla videoçəkilişlə üstünün yoxlanılması həyata keçirilərək bu barədə çoxsaylı pozuntularla protokol tərtib etməklə şəxsin əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmasına səbəb olmuş, sonradan isə istər təhqiqatçı, istərsə də müstəntiq tərəfindən kobud prosessual pozuntularla şəxsin barəsində əsassız və qanunsuz olaraq cinayət təqibi davam etdirilmişdir.
84. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmiş Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən azı 3-4 dörd gün ərzində hər hansı qərar, o cümlədən aşkar şəkildə təxirəsalınmaz olmamasına (3-4 gün ərzində davam etmiş hər hansı tədbir təxirəsalınmaz ola bilmər) baxmayaraq məhkəmə qərarı olmadan ayrı-ayrı şəxslərin ətrafında ayrı-ayrı ünvanlarda müxtəlif əməliyyat-axtarış tədbirləri, habelə güdmə əməliyyat-axtarış tədbiri keçirilmiş, həmin qanunsuz əməliyyat-axtarış tədbirlərinin bir qismi “uğursuzluqla” nəticələnmiş, yalnız 22 dekabr 2024-cü il tarixdə növbəti qanunsuz əməliyyat-axtarış tədbirləri davam etdirilərkən bir gün əvvəl də müşahidə etdikləri və güdmə həyata keçirdikləri şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarına əvvəlcədən dəqiq məlum olan yerdən narkotik vasitə götürəcəyinə dair “məlumat” əsasında həmin məkanın ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərək, sonradan həmin yerə azyaşlı nəvələri ilə birlikdə idarə etdiyi avtomobillə gəlmiş Təqsirləndirilən şəxs ciddi pozuntularla saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra uzun müddət ərzində onunla söhbətlər aparılmış, nəvələri həmin ərazidən uzaqlaşdırılmış, daha sonra “maddi sübutun” əldə edilməsi səhnələşdirilərək videoçəkiliş aparılmışdır.
85. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı hökmün 17 və 43-cü bəndlərində qeyd edilmiş görüntülər tərəflərin iştirakı ilə ətraflı tədqiq edilərkən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən göy rəngli sellofan torbada olan narkotik vasitənin sonuncu tərəfindən ümumiyyətlə götürülməsi, əlində olması və sair cinayət tərkibinin obyektiv cəhətini icra etməsi ilə bağlı hallar müəyyən edilməmişdir. Belə ki, hökmün 43-cü bəndində qeyd edilmiş görüntülərdən Təqsirləndirilən şəxs saxlanılarkən əlində hər hansı göy rəngli sellofan torbanın olmaması, onun idarə etdiyi avtomobilin sükanı arxasından polis əməkdaşları tərəfindən zorla yerə düşürüldüyü, daha sonra iki nəfər şəxsin müşayiəti ilə həmin ərazidən başqa istiqamətdə aparıldığı, bir müddətdən sonra isə təkrarən tutulduğu məkana gətirildiyi, göy rəngli sellofan torbanın orada olan şəxslərdən birinin əlində olduğu, daha sonra videoçəkilişlə üç nəfər polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxsin üstünün yoxlanılması həyata keçirildiyi, bu zaman qeyd edilən göy rəngli sellofan torbanın artıq sonuncu tərəfindən sol əlində saxlanıldığı görünür. Başqa sözlə hər iki videogörüntülər müqayisəli şəkildə tədqiq edildikdə ibtidai araşdırma orqanı tərəfindən iş materiallarına əlavə edilmiş və iş üzrə əsas sübut növü olan maddi sübutun sənədləşdirilməsi ilə bağlı halların ciddi pozuntularla həyata keçirilməsi müəyyən edilmişdir.
86. Təsadüfi deyildir ki, hökmün 80-ci bəndində göstərilmiş qərarda Ali Məhkəmənin Plenumu xüsusilə vurğulamışdır ki, nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı, sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir.
87. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ətrafında hər hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair faktiki olaraq əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin hər hansı qərarının olmamış, iş materiallarına əlavə edilmiş hökmün 16-cı bəndində qeyd edilən qərar və müvafiq materiallar isə 3-4 gün ərzində qanunsuz olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində sonda Təqsirləndirilən şəxs “cinayət başında yaxalanmasının səhnələşdirilməsindən” sonra sonuncunun barəsində əldə edilmiş məlumatlar əsasında sonradan tərtib edilmişdir. Belə ki, həm hökmün 17 və 43-cü bəndlərində qeyd edilmiş videogörüntülər, həm də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar müqayisəli şəkildə tədqiq edildikdə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə hökmün 16-cı bəndində göstərilmiş məlumatların sonuncunun ətrafında qanunsuz olaraq faktiki əməliyyat-axtarış tədbiri keçirən şəxslərə məlum olmaması müəyyən edilmişdir. Bu isə məhkəmədə qeyd edilən sənədlərin prosessual qanunvericiliyin tələblərinə zidd olaraq sonradan tərtib edilməsinə dair ciddi və əsaslı şübhələrin yaranmasına səbəb olmaqla, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır.
88. Məlum olduğu kimi, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi müvafiq normativ aktlar və həmin aktlara uyğun olaraq sahəvi qurumlar tərəfindən qəbul edilmiş riayət edilməsi zəruri olan digər aktlarla tənzimlənir. Əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsləri isə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin həmin aktlarda göstərilmiş qaydada düzgün, dəqiq və tam şəkildə əməl edilməklə həyata keçirilməsinə riayət etməyə borcludurlar. Əks halda bu əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvafiq səlahiyyətli şəxslərinin qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən nəzarət edilə bilinməyən qaydada sui-istifadə edilməsinə və ya əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş sübutların şəxsin təqsirinin sübut edilməsində yararsız (mümkünsüz) olmasına səbəb ola bilər.
89. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Əməliyyat-axtarış fəaliyyətinin əsasları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Bu Qanun insanların konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn hər hansı bir əməliyyat-axtarış tədbirinin yalnız məhkəmənin qərarı əsasında keçirilməsini və ya keçirildikdən dərhal sonra məhkəməni həmin tədbir haqqında məlumatlandırmağı nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra — Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı iş üzrə” 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və başqaları Almaniyaya qarşı iş üzrə” 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı iş üzrə” 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında göstərir ki, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti suiistifadənin qarşısının alınmasına və qüvvənin mütənasib istifadəsinə nəzarət edir. Avropa Məhkəməsi “Uzun Almaniyaya qarşı işi üzrə” 2 sentyabr 2010-cu il tarixli Qərarında bildirmişdir ki, şübhəli şəxslərin avtomobilində quraşdırılan və güdmə funksiyasını daşıyan GPS (qlobal təsvir sistemi) hazırlanan cinayətin qarşısının alınması məqsədi ilə məhkəmə nəzarəti altında istifadə edildiyinə görə adekvat və effektiv təminatlarla aparılıb. Bu isə istifadə olunan əməliyyat-axtarış tədbirlərinin aparılmasında sui-istifadənin qarşısının alınması üçün faydalı vasitədir. Məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Məhkəmə qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifə — insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının alınması vəzifəsi qoyulmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır. CPM-in 143.2-ci maddəsində qeyd edilir ki, məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmənin bu səlahiyyətləri sübutların toplanması prosesinə aiddir. Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayət-prosessual qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Beləliklə, Konstitusiya Məhkəməsi həmin qərarda belə nəticəyə gəlmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
90. Halbuki, hazırkı iş üzrə məhkəmə istintaqı ilə müəyyən edildi ki, əməliyyataxtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin hər hansı qərarı olmadan və ya təxirəsalınmaz olmayan keçiriləcək əməliyyat-axtarış tədbirləri ilə bağlı məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edilərək müvafiq qərar alınmadan bir neçə gün ərzində ayrı-ayrı ünvanlar və ayrı-ayrı şəxslərin ətrafında müxtəlif əməliyyat-axtarış tədbirləri keçirilmişdir. İbtidai araşdırma orqanı isə qeyd edilən tədbirlər nəticəsində əldə edilməsi iddia edilən sübutları mümkünlüyü və mötəbərliliyi üzrə kifayət qədər araşdırmadan, prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla (təhqiqatçı tərəfindən ona təqdim edilməsi iddia edilən maddi sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxış keçirilməməsi) həmin sübutlardan şəxsin ittiham olunmasında istifadə etmişdir.
91. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı iş üzrə mühüm əhəmiyyət kəsb edən və şəxsin təqsirinin sübut edilməsi üçün əsas olan “keçirilmiş əməliyyat-axtarış tədbirləri” nəticəsində əldə edilmiş “maddi sübutun” qanuna müvafiq qaydada əldə edilməsini, həmin sübutun mümkün və mötəbərliliyini araşdırmağa maraqlı olmamışdır. Məhkəmənin belə qənaətə gəlməsinə səbəb ibtidai araşdırmanı aparan orqanın araşdırmanı səthi aparmaqla xüsusilə ağır cinayətdə ittiham olunan şəxsin mobil telefonuna baxış keçirilməsinə dair formal protokol tərtib edərək iş üzrə hər hansı əhəmiyyətli halın müəyyən edilməməsini qeyd etməsi, həmin mobil telefonda ehtimal edilən cinayətin digər iştirakçıları barədə məlumatların olub-olmamasının müəyyən edilməsi üçün telefon barədə müvafiq ekspertiza təyin edilərək rəy alınmasına təşəbbüs göstərilməməsi və bu barədə hər hansı mümkün sübutların əldə edilməsinə cəhd edilməməsi, sonradan isə mobil telefonun təqsirləndirilən şəxsin qohumlarına qaytarılmasının qərar alınması olmuşdur. Halbuki, ittiham tərəfindən sübut növü kimi istinad edilən təqsirləndirilən şəxsin ifadələrinə görə sonuncu həmin yerə şəxsiyyəti məlum olmayan xarici ölkə vətəndaşı olması ehtimal edilən şəxsin yönləndirilməsi ilə getmişdir.
92. Hökmün 43-cü bəndində qeyd edilmiş videogörüntülər digər sübutlarla müqayisəli şəkildə tədqiq edildikdə aydın olur ki, polis əməkdaşlarının bir neçə gün ərzində keçirdiyi əməliyyat-axtarış tədbirlərindən sonra sonuncu dəfə Təqsirləndirilən şəxs saxlanıldığı yerin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmiş, əvvəlcədən ərazi müşahidə altına alınmış, həmin yerə gələcək şəxsin şəxsiyyəti dəqiq məlum olmasa da həmin ərazidən narkotik vasitə götürüləcəyi barədə “dəqiq” və “qərəzsiz” məlumat olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qeyd edilən ərazidən bir neçə dəfə keçməsinə baxmayaraq, polis əməkdaşları onu saxlamayaraq məhz “dəqiq” və “qərəzsiz” məlumatda göstərilən yerə yaxınlaşmasını uzun müddət ərzində gözləmişlər. Bu isə məhkəmədə Təqsirləndirilən şəxs ehtimal edilən “narkotik vasitə” götürməyə təhrik edilməsinə (provakasiyaya çəkilməsi) ciddi və əsaslı şübhələr yaranmasına səbəb olur. Belə olan halda isə ibtidai araşdırma orqanının həmin halın təsdiq və ya inkar edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirləndirilən şəxsin mobil telefonuna prosessual qanunvericiliyin tələblərinə riayət edərək baxış keçirməməsi, mobil telefondakı məlumatlar silinmişdirsə bərpa edilməsi üçün müvafiq istintaq və prosessual hərəkətlərin keçirilməsinə maraq göstərməməsi “başa düşüləndir”.
93. Belə ki, Avropa Məhkəməsi “Kobiaşvilinin Gürcüstana qarşı işi üzrə” 14 mart 2019cu il tarixli qərarında xatırladır ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (bax: Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X10rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ). Proseslərin ədalətliliyinin qiymətləndirilməsində, əldə edilən sübutların doğruluğuna və ya dəqiqliyinə şübhə olmadığı da daxil olmaqla, sübutların keyfiyyəti nəzərə alınmalıdır. Dəlillərin digər materiallarla təsdiqlənməməsi halında heç bir ədalətsizlik problemi olmasa da, qeyd olunmalıdır ki, sübutlar çox inandırıcı olduqda və onların mötəbərsizliyi riski olmadıqda təsdiqedici sübutların dəstəklənməsi zəruriliyi zəifdir. Məhkəmə təkrar edir ki, konvensiyanın 6-cı maddəsi məhkəmə araşdırmasının ədalətliliyini təmin etsə də, özüözlüyündə sübutların mümkünlüyünün hər hansı qaydasını müəyyən etmir və bu ilk növbədə milli qanunvericiliyə əsasən nizamlanmanın vəzifəsidir. Beləliklə, məhkəmə prinsipcə məsələn milli qanunvericiliyin pozulması ilə əldə edilmiş sübutun mümkünlüyünü, ərizəçinin həqiqətən təqsirli, yaxud təqsirsiz olmasını müəyyən etməli deyildir. Cavab verilməli olan sual, dəlillərin əldə olunduğu üsul da daxil olmaqla proseslərin ədalətli olub-olmamasıdır. Bu sözügedən "qanunsuzluğun" və aşkar edilmiş başqa bir Konvensiya hüquq pozuntusunun xarakterinin öyrənilməsini özündə birləşdirir. (bax: Bəkkov, § 89 və Prade § 33, hər ikisi də yuxarıda göstərilən). Məhkəmə qərarı olmadan ərizəçinin təxirəsalınmaz şəxsi axtarışını əsaslandıran konkret hallar (məlumatlar) sonrakı mərhələdə də müəyyən edilməmişdir, çünki ərizəçiyə qarşı başlanmış cinayət işi müvafiq əməliyyat məlumatları olmadan aparılmışdır. Müvafiq polis məmurlarının ifadələri də məsələyə aydınlıq gətirməmişdir. Beləliklə, əvvəlcədən şəxsi axtarış şəraiti müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə edilən əsas sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliyinə şübhə yaratmışdır. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, Avropa Məhkəməsi hesab edir ki, ərizəçinin şəxsi axtarışı zamanı yol verilmiş prosessual pozuntular, axtarışın faktiki şərtləri ilə əlaqəli olmayan ziddiyyətli sübutlar, məhkəmə proseslərində qeyri-adekvat məhkəmə araşdırması, ərizəçinin narkotik maddənin ona aid olmadığına dair iddialarını daxili məhkəmələrin kifayət qədər araşdırmaması, ittihamı təsdiq edən sübutların zəifliyi ərizəçinin məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdir. Buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
94. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ətrafında keçirilməsi qeyd edilmiş əməliyyat-axtarış tədbirləri qanunsuz olduğundan, habelə həmin əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş sübutlar da prosessual qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməyərək mötəbərliliyinə, mümkünlüyünə və həqiqiliyinə aradan qaldırılması mümkün olmayan ciddi şübhələrin yaranmasına səbəb olmaqla qanunsuz olduğundan təqsirləndirilən şəxsin təqsirinin sübut edilməsində istifadə edilə bilməz. Eyni zamanda, iş materiallarında ittiham tərəfinin sübut qismində istinad etdiyi digər sübutlar isə məhz yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş, mümkünlüyü, mötəbərliliyi və həqiqiliyinə ciddi şübhələr olan sübutlarla bağlı olduğundan həmin sübutlardan da ayrılıqda təqsirləndirilən şəxsin təqsirliliyinin sübut olunmasında istifadə edilə bilməz. Belə ki, əgər narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı işlər üzrə cinayət təqibi zamanı qeyd edilən predmetlərin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbiri və onun nəticəsində əldə edilmiş sübutların qanunsuz yolla əldə edilməsi müəyyən edildiyi halda digər sübutlara hüquqi qiymət verilməsinə zərurət qalmır.
95. Odur ki, məhkəmə hesab edir ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 dekabr 2024-cü il tarixli qərar və bu barədə müvafiq materiallar, “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə” 22 dekabr 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş məlumat daşıyıcısındakı videoçəkiliş, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 dekabr 2024-cü il tarixli protokol (bax hökmün 16-18-ci bəndlərinə) yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
96. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə eyni zamanda belə nəticəyə gəlir ki, şahidlər Şahid1, Şahid3 Əlövsət oğlu və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
97. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.
98. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq videoçəkilişlə üzərinin yoxlanılmasına dair tərtib edilmiş protokol və həmin protokola əlavə olunmuş diskdəki görüntülər, o cümlədən təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsinə dair tərtib edilmiş protokol qanunsuz şəkildə əldə edildiyindən, eləcə də, həmin sübutların əldə edilməsi zamanı yaranmış kifayət qədər ciddi şübhələrin aradan qaldırılması mümkün olmadığından qeyd edilən sübutlar yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
99. Yuxarıda da qeyd edildiyi kimi Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
100. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
101. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
102. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
103. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)).
104. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.
105. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.
106. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
107. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
108. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
109. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
110. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
111. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).
112. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüququ qüvvəyə malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
113. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
114. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
115. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.
116. Belə ki, CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
117. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.
118. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir.
119. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
120. Cinayət işi üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi ********* nömrəli cinayət işi üzrə həll edilməli olması nəzərə alınmalıdır.
121. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən 1(bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, habelə “Youtube” video sosial platformasından əldə edilməklə köçürülmüş videogörüntülərin olduğu 1(bir) ədəd disk olmaqla, cəmi 3(üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
122. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 979,8 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.
123. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
124. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 979,8 qram olan narkotik vasitə heroinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. İş üzrə 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi ********* nömrəli cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.