Məhkəmə qərarları › İş №1(101)-721/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-721/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-721/2023 02.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tofiq oğlu, müdafiəçi-“Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Əli Vəlyev küçəsi, ev 11, mənzil 37-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsi 3, mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində şəxsiyyəti istintaqa məlum olmayan Ağanəsim adlı şəxsdən satış məqsədi olmadan külli miqdarda, ümumi təmiz çəkisi 2,810 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofona bükülmüş xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub ayrı ayrılıqda təmiz çəkiləri 1,042 qram, 0,884 qram, ümumi təmiz çəkisi 2,810 qram olan qəhvəyi rəngli toz şəkilli maddəllər, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. 16 sentyabr 2022-ci il tarixdə Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında yerləşən «Azza» mağazasının arxasından “Ağanəsimi” adlı şəxsdən iki büküm heroin almışdır. Bundan sonra Əli Vəliyev küçəsi 3 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və şübhəli olduğunu bildirərək onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış və baxış keçirilmiş, baxış zamanı şəxsi istifadəsi üçün aldığı narkotik vasitə onun üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkilidir, polis leytenantı rütbəsini daşıyır. 2022-ci ilin sentyabr aylarında Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib daşıması barədə məlumat daxil olmuşdur. Belə ki, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və şəxsi baxış zamanı onun üzərindən narkotik maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Şəxsi axtarış və götürmə haqqında» 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd gümüşü rəngli falqa bükümü aşkar edilərək götürülmüşdür. «Videogörüntüyə baxış keçirilməsi haqqında» 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd gümüşü rəngli falqa bükümü aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, 6/5285 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №165» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs-imza, iştirakçılar: dörd-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə iki ədəd bükümdəki təmiz çəkiləri - 1,042 qram, 0,884 qram, ümumi təmiz çəkisi 2,810 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5864 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. 10 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 2,810 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 16 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitənin tədqiqatdan sonrakı qalıq çəkisi 2,710 qramı maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Bundan başqa iş üzrə Bakcell MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli BKC/LGL- 14278/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrələrinə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınması texniki nasazlıq səbəbindən təqdim edilməsi mümkün olmamışdır. İş üzrə alınmış əməliyyat tapşırığının cavabından Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində onun cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun cəzasını yünğülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 18 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək aqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022ci il tarixədək şübhəli şəxs qismidə saxlanıldığı 02 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun barəsində həbs qətimkan tədbiri seçildiyi gündən, yəni 02 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı 2,710 qram heroin məhv edilməlidir. -Bir ədəd CD disk iş mateiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından -“Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 2,710 qram heroin məhv edilsin. -Bir ədəd CD disk işmateiallarında saxlanılsın. Ekspertiza xərcləri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar