Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1009/2021 06.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X14 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş ka ssasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx.xx.1991-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Tərtər rayonunun Kəngərli kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 1(100)-48/2019 saylı hökmü ilə (hakim X.H.Səmədovun sədrliyi, hakimlər F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 181.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 27 fevral 2018-ci il tarixdən 21 sentyabr 2018-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 22 (iyirmi iki) gün təyin edilmiş cəzadan çıxılması və üzərində 7 (yeddi) il 11 (on bir) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 02 noyabr 2018-ci il tarixdən hesablanma sı hökm edilmişdir.
3. Həmin hökmlə həmçinin X12, Məhkum1, X3 təqsirli bilinərək məhkum edilmişdilər.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 1(100)-48/2019 saylı hökmündən məhkumlar Məhkum2, X12 və Məhkum1 apellyasiya şikayəti verərək, hökmlə təyin edilmiş cəzanın həddinin azaldılması barədə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri verərək məhkumların Azərbaycan Respublikası CM-nin 177.3.1 və 181.3.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddinin təyin edilməsi barədə, dövlət ittihamçısı isə apellyasiya protesti verərək Məhkum2 30 dekabr 2017-ci il tarixdə saat 19 radələrində X4 məxsus Göygöl rayonunun Üçtəpə kəndində yerləşən evinə daxil olaraq onun ə mlakını gizli talaması epizodu üzrə də təqsirli bilinərək cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişlər.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli 1(104)-101/2020 saylı qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır.
6. X11 Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarından Məhkum2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
7. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmir, həmin maddələrlə onun cinayət t örətməsi sübuta yetirilməmiş və o, əsassız təqsirli bilib məhkum etmişdir. Həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ona ədalətli cəza təyin edilməmişdir. Məhkəmə kollegiyasından barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları
9. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı vəsatət verməmiş məhkumun və məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.
10. Dövlət ittihamçısı X17 çıxışında bildirdi ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkumlar ba rəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV. Hüquqi məsələlər
11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyində n, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum2 kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə əsassız məhkum edildiyini, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ona ədalətsiz cəza təyin edildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməs ini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasından göründüyü kimi, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün, şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib ə lamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam sübuta yetirilmişdir.
21. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ap ellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respubl ikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir.
23. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum2 əməlini CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 181.2.1-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər.
24. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tə ləbləri təmin edilə bilməz.
25. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir.
26. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya insta nsiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum2 elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir.
27. Odur ki, kassasiya şikayət inin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı qanuni və əsaslı, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişdirilmədən saxlanılması mümkündür. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.