Məhkəmə qərarları › İş №1(102)-1021/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1021/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1021/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, Məhkum müdafiəçisi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 11 mart 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Eldar oğlu, X3 və Zərərçəkmiş şəxs9 İlkfat oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 6 mart 1956-cı il tarixdə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arısu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. 2. 7 oktyabr 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-151/2020 saylı hökmü ilə (sədrlik edən N.T.Əliyev, hakimlər D.H.İmanov və M.Ə.Bağırov) Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunmuş, Məhkum ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicənin təyin edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi qərara alınmışdır. 3. 07 oktyabr 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, işə yenidən baxılaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib ən ağır cəzaya məhkum edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdilər. Apellyasiya şikayətətlərinin əsası kimi zərərçəkmiş şəxslər, cinayəti törədərkən Məhkum anlaqlı vəziyyətdə olduğunu, lakin 1-ci instansiya məhkəməsinin bunu nəzərə almadığını göstərmişlər. 4. 11 mart 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-85/2021 saylı qərarı ilə (sədrlik edən hak im Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 1(100)-151/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellasiya məhkəməsinin qərarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən aparılmış 25 noyabr 2019-cu il tarixli, 136 saylı kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının və 13 yanvar 2020-ci il tarixli, 4 saylı rəyi təkrar komp leks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəylərinə istinad və onların təhlili ilə əsaslandırılmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Eldar oğlu, X3 və Zərərçəkmiş şəxs9 İlkfat oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdilər. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar

6. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Eldar oğlu, X3 və Zərərçəkmiş şəxs9 İlkfat oğlu kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, zərərçəkmiş şəxslərə cinayətin törədilməsi nəticəsində 22900 manat miqdarında maddi ziyan vurulmuş olduğu halda, onlar mülki iddiaçı qismində tanınmamışdırlar. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, Məhkum cinayəti törədərkən anlaqlı vəziyyətdə olmasına baxmayaraq, ona “saxta” yolla ekspertizadan həkim rəyi alınmışdır. Ona görə də kassasiya şikayətini vermiş zərərçəkmiş şəxslər Gəncə Apelyasya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli, 1(104)-85/2021 saylı qərarının ləğv edilməsini, işə yenidən baxılaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.9, 134 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib ən ağır cəzaya məhkum edilməsi və zərərçəkmiş şəxslərə cinayətin törədilməsi nəticəsində onlara vurulmuş 22900 manat m iqdarında maddi ziyan zərərin ödənilməsi barədə hökmün çıxarılmasını xahiş etmişlər.

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

8. Məhkum kassasiya şikayətinə baxılmasında iştirak etmək hüququndan istifadə etməmiş və məhkəmə kollegiyası onun, eləcə də vaxtında lazımınca məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.

9. Məhkumun müdafiəçisi X6 çıxışında bildirdi ki, kassasiya şikayətini əsassız hesab edir. Buna görə də məhkəmə kollegiyasından zərərçəkmişlər tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2021-ci il tarix li qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

10. Dövlət ittihamçısı X10 çıxışında bildirdi ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV. İşə aid qanunvericilik və məhkəmə təcrübəsi

11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) müvafiq maddəsi aşağıdakıları müəyyən edir: Maddə

89. Mülki iddiaçı “89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə i craatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur....” V. i. Hüquqi məsələlər İstintaq dövründə mülki iddiaçı qismində tanınmadıqları şikayət üzrə

12. Kassatorların fikrincə, istintaq dövründə onları mülki iddiaçı qismində tanımamaqla, müstəntiq onların prosessual hüququnu pozmuş və apellyasiya məhkəməsi bu pozuntunu aradan qaldırmamışdır.

13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassatorların, daha doğrusu o nlardan apellyasiya şikayətini vermiş yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, hazırki şikayətini apellyasiya məhkəməsi qarşısında ümumiyyətlə qaldırmamış və Gəncə Apellyasiya Məhkəməsi mübahisələndirilinən 11 mart 2021-ci il tarixli qərarını qəbul edərkən, pozuntu kimi iddia edilən bu hala hər hansı münasibət bildirmək iqtidarında olmamışdır.

14. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə, iddia edilən hallarla bağlı sübutetmə vəzifəsinin həmin iddianı edən şəxsin üzərinə düşməsi haqda affirmanti incumbit probatio prinsipinin şərtsiz tətbiq edilməsindən istisnalar yalnız o hallarda mümkündür ki, şikayətçi konkret sübutun əldə edilməsində çətinlik ç əkir (Merabişvili Gürcüstana qarşı [BP], № 72508/13, § 311, 28 noyabr 2017). Belə istisnaları Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra – “Avropa Konvensiyası”) 2-ci (Yaşamaq hüququ) və 3-cü (İşgəncələrin qadağan olunması) maddələri altında verilən şikayətlərlə bağlı işlərdə müəyyən etmişdir ona görə ki, bu kateqoriyadan olan işlərdə mübahisələndirilən hallar dövlət orqanlarının müstəsna nəzarəti altında baş verir və belə vəziyyətdə onlara aid qənaətbəxş və inandırıcı izah vermək məqsədi ilə sübutetmə vəzifəsi dövlət orqanlarının üzərinə qoyula bilər (X8rşı, № 46454/11, § 483, 31 May 2018).

15. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, cinayət işinin icraatı zamanı mülki iddiaçı qismində tanınmaq üçün, fiziki və ya hüquqi şəxs tərəfindən mülki iddianın verilməsi imperativ şərtdir (bax, yuxarıda paraqraf 11). Hazırki halda kassatorlar onların istintaq dövründə mülki iddiaçı qismində tanınmamasını pozuntu kimi qiymətləndirilməsini xahiş etsələr də, cinayət təqibinin istənilən mərhələsində tərəflərindən cinayət təqibini həyata keçirən hər hansı orqana mülki iddia ilə müraciət etdiklərinə dair heç bir sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin hazırki hissəsi əsassız olduğuna görə rədd edilməlidir. ii. Məhkumun anlaqsız vəziyyətdə olduğunun sübuta yetirilmədiyi şikayət üzrə

16. Kassatorların fikrincə, cinayət əməlini törədərkən Məhkum anlaqlı vəziyyətdə olmuş, bunun əksinə qərar qəbul edən aşağı instans iya məhkəmələri, gəldiyi nəticələri “saxta” ekspertiza rəyi ilə əsaslandırmışlar.

17. Məhkəmə hesab edir ki, kassasiya şikayətinin hazırki hissəsinin mahiyyəti nəzərə alınmaqla, ona həmçinin Avropa Məhkəməsi formalaşmış presedent hüququ baxımından qiymət verilməlidir. Belə ki, Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, bir qayda olaraq, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (bax, Moreyra Ferreyra v. Portugaliyaya qarşı (№ 2) [BP], № 19867/12, § 84, 11 iyul 2017). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir (Budak Türkiyəyə qarşı, № 69762/12, § 72, 16 fevral 2021). Şikayətçinin hər bir arqumentinə cavab veril məsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (bax, Aslan İsmayılov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020).

18. Eyni zamanda, Avropa Məhkəməsi ilk qəbul etdiyi qərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin apellyasiya şikayətini sadəcə aşağı instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq etməklə rədd etməsi, prinsip etibarilə, qəbul edilən haldır (bax, García Ruiz İspaniyaya qarşı [BP], № 30544/96, § 26, ECHR 1999 İ; və Köronçu Türkiyəyə qarşı (qərar), № 58267/10, § 20, 30 mart 2021) və Avropa Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkə mələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020). (Məzahir Cəfərov

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin hazırki hissəsində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onun məzmunu mahiyyətcə apellyasiya şikayətinin məzmunundan diqqətəlayiq dərəcədə fərqlənmir, kassatorlar şikayətində hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışlar.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin hazırki his səsində irəli sürülən dəlillər apellyasiya məhkəməsi tərəfindən kifayət qədər təhlil edilmiş, onlara müvafiq qiymət verilmiş və düzgün olaraq apellyasiya şikayətinin rədd edilməsi haqda qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin hazırki hissəsində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı qiymətləndirmə aparılmadan apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. iii. Yekun nəticə

21. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçək miş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Eldar oğlu, X3 və Zərərçəkmiş şəxs9 İlkfat oğlunun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı, X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Eldar oğlu, X3 və Zərərçəkmiş şəxs9 İlkfat oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 mart 2021-ci il ta

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar