Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-103/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxxxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmündən məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) x1 - xx xxxxxx 1971-ci il tarixdə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-yə məxsus, ünvan 1 ünvanında yerləşən aptekdə satıcı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 240. 3.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə x2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən x1 məhkum edilmişdir ona görə ki, o, x2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədilə qanunsuz əldə edərək saxlamaqla təkrar qanunsuz satmış, bilə-bilə qanunla d övlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən xeyli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış, bundan başqa x2 vəzifəli şəxs olmaqla xidməti vəzifələrənin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, x2, xx xxxxxx 2015-ci il tarixdən etibarən dərman vasitələrinin satışını həyata keçirən "xxxx" MMC-nin təsisçisi olmaqla xx xxx 2017-ci il tarixdən etibarən həmin cəmiyyətə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs olaraq xidməti vəzifələrinin i crası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları"nın 2 nömrəli əlavəsinə əsasən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə alınmalı olmasına baxmayaraq, qeyd olunan tələblərə əməl etməyib xüsusi icazə alınmadan 2017-ci ilin avqust ayında rəhbərlik etdiyi aptekə qeyrirəsmi işə götürdüyü x1na satışa ümumi nəzarəti həyata keçirib faktiki satıcı vəzifəsini həvalə etməklə güclü təsir edən maddələrin satışı məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə sonuncu və qeyriləri ilə əvvəlcədən razılaşaraq qababcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan müxtəlif vaxtlarda və mənbədən təsiredici maddəsinin ümumi miqdarı 342,45 qram (bir kapsulada 150 mq preqobalin olmaqla), yəni külli miqdar təşkil edən 2283 kapsuladan ibarət preqabalin tərkibli "Good health" adlı, təsiredici maddəsinin ümumi miqdarı 16,8 qram (bir kapsulada 300 mq preqabalin olmaqla), yəni külli miqdar təşkil edən 56 kapsuladan ibarət "Lyrica (preqabalin)" adlı, təsiredici maddəsinin ümumi miqdarı 541,8 qram (bir həbdə 225 mq tramadol hidroxlorid olmaqla), yəni külli miqdar təşkil edən 2408 həbdən ibarət "Royal (Tramadol Hydrochloride)" adlı, təsiredici maddəsinin ümumi miqdarı 1,7 qram (bir həbdə 2 mq triheksifenıdil olmaqla) təşkil edən 850 həbdən ibarət "Çiklodol (triheksifenidil)" adlı, təsiredici maddəsinin ümumi miqdarı 3,75 qram (bir həbdə 7,5 mq zopiklon olmaqla), yəni külli miqdar təşkil edən 500 həbdən ibarət "Somnol (zopiklon)" və "Zopikon (zopiklon)" adlı, təsiredici maddəsinin ümumi miqdarı 60,1 qram (10 ml-də 0,1 qr., 15 ml-də 0,15 qr. və 5 ml-də 0,05 qr. tropikamid olmaqla), yəni külli miqdar təşkil edən 647 ədəd flakondan ibarət "Mydrax (tropikamid) 1% (10 ml)", "Tropikamid 1% 5 ml" və "Merzid (tropikamid) 1% 15 ml" adlı dərman preparatlarım, yəni narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələ ri satış məqsədilə qanunsuz əldə edərək həmin aptekdə saxlamış, xx xxxxxx 2017-ci il tarixdə qanunsuz saxladığı güclü təsir edən maddələr hesab edilən təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram (bir həbdə 225 mq tramadol hidroxlorid olmaqla) təşkil edən 10 ədəd həbdən ibarət "Royal (Tramadol Hydrochloride)" adlı dərman preparatını 20 manata, təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram (bir kapsulada 150 mq preqobalin olmaqla), yəni külli miqdar təşkil edən 7 kapsuladan ibarət preqabalin tərkibli "Good health" adlı dərman preparatım 35 manata, xx xxxxxx 2017-ci il tarixdə təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram (bir həbdə 225 mq tramadol hidroxlorid olmaqla) təşkil edən 10 ədəd həbdən ibarət "Royal (Tramadol Hydrochloride)" adlı dərman preparatını 20 manata x3 x1 vasitəsilə tək rarən qanunsuz satmaqla əhalinin sağlamlığının təhlükəsizliyinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, x2, xx xxxxxx 2015-ci il tarixdən etibarən dərman vasitələrinin satışmı həyata keçirən "xxxx" MMC-nin təsisçisi olmaqla xx xxx 2017-ci il tarixdən etibarən həmin cəmiyyətə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) və Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"na əsasən, dərman vasitələrinin qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məktubla müraciət edilməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib 2017-ci ilin avqust ayında rəhbərlik etdiyi aptekə qeyri-rəsmi işə götürdüyü x1na satışa ümumi nəzarəti həyata keçirib faktiki satıcı vəzifəsini həvalə etməklə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə sonuncu və qeyriləri ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan müxtəlif vaxtlarda və mənbədən bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, l akin dövlət qeydiyyatına alınmayan ümumi dəyəri 28.50 manat olan 03 qutu "Diltiazem Lannaxer 90 mg", ümumi dəyəri 14.40 manat olan 03 qutu "Proluton Depot 500 mg", ümumi dəyəri 12.60 manat olan 02 qutu "Buscopan", ümumi dəyəri 17.20 manat olan 02 qutu "Beloc Zok 100 mg", ümumi dəyəri 41.10 manat olan 03 qutu "Beloc Zok 25 mg", ümumi dəyəri 46.00 manat olan 04 qutu "Beloc Zok 50 mg", ümumi dəyəri 9.10 manat olan 2 qutu "Actifed sirop-150 ml", ümumi dəyəri 27.10 manat olan 03 qutu "İsoptin 40 mg", ümumi dəyəri 28.40 manat olan 02 qutu "İsoptin 80 mg", ümumi dəyəri 18.30 manat olan 3qutu "Tamoksifen 20 mg 30 tabl", ümumi dəyəri 6.00 manat olan 02 qutu "Piridoksina qidroxlorid 10 mg", ümumi dəyəri 52.00 manat olan 02 qutu "Gtaüizin (dietilaminapropionil) 50 mg", ümumi dəyəri 60.00 manat olan 0 4 qutu "Bellataminal 30 tabl.", ümumi dəyəri 21.00 manat olan 02 qutu "Azaleptol (klozapin) 25 mg.", ümumi dəyəri 8.40 manat olan 01 qutu "Madopar 125 mg N30", ümumi dəyəri 23.50 manat olan 01 qutu "Megace (megastrol asetat) 160 mg", ümumi dəyəri 68.00 manat olan 01 qutu "İzoprinozin 500 mg", ümumi dəyəri 10.60 manat olan 02 qutu "Osetron 4 mg/2ml.", ümumi dəyəri 46.90 manat olan 07 qutu "Nootropil (pirasetam) 800 mg", ümumi dəyəri 115.40 manat olan 02 qutu "Alfatron", ümumi dəyəri 2.01 manat olan 03 qutu "Sinaflan (fluocinolona acetonid) 15 qr", ümumi dəyəri 10.50 manat olan 01 qutu "Emoksipin (ampul) 10 mg", ümumi dəyəri 31.08 manat olan 03 qutu "Cordarone (amiodoran) 200 mg", ümumi dəyəri 5.40 manat olan 02 qutu "Merkazolil (tiamazol) 5 mg", ümumi dəyəri 2.94 manat olan 03 qutu "Nikotin ovaə kislota 0,05 q.", ümumi dəyəri 25.20 manat olan 06 qutu "Prednol 4 mg.", ümumi dəyəri 42.60 manat olan 03 qutu "Prednol 16 mg.", ümumi dəyəri 51.00 manat olan 05 qutu "Prednol-L 20 mg", ümumi dəyəri 50.40 manat olan 04 qutu "Prednol-L 250 mg.", ümumi dəyəri 18.00 manat olan 04 qutu "Korinfar 10 mg" N100, ümumi dəyəri 40.92 manat olan 03 qutu "Claritine (loratadin) 10 mg", ümumi dəyəri 34.20 manat olan 06 qutu "Diprospan 2 mg+5 mg", ümumi dəyəri 25.20 manat olan 02 qutu "Rytmonorm 150 mg", ümumi dəyəri 11.62 manat olan 02 qutu "Trentilin 400 mg", ümumi dəyəri 43.76 manat olan 04 qutu "Advantan krem 30 q.", ümumi dəyəri 48.44 manat olan 04 qutu "Zyrtec 10 mg", ümumi dəyəri 17.74 manat olan 02 qutu "Zyrtec 20 mg", ümumi dəyəri 11.40 manat olan 03 qutu "Lasix (furosemid) 40 mg", ümumi dəy əri 8.66 manat olan 02 qutu "Ventolin sirop 150 ml.", ümumi dəyəri 10.40 manat olan 02 qutu "Sinecod sirop 1,5 mg. 100 ml", ümumi dəyəri 19.80 manat olan 02 qutu "Lispress-forte" 20 tabl., ümumi dəyəri 5.40 manat olan 02 qutu "Diqoksin 1 ml 10 ampul", ümumi dəyəri 1.13 manat olan 01 qutu "Nitrosorbid 10 mg", ümumi dəyəri 73.60 manat olan 04 qutu "Rocaltrol 0,25 mg", ümumi dəyəri 35.10 manat olan 03 qutu "Nidazol 500 mg", ümumi dəyəri 47.30 manat olan 1 qutu "Jetokain 20 mg", ümumi dəyəri 14.48 manat olan 02 qutu "Bepanthen Plus krem 30 q.", ümumi dəyəri 21.00 manat olan 05 qutu "Metilenovıy siniv 10 mg", ümumi dəyəri 13.30 manat olan 07 qutu "Kapli zubnıe 10 ml.", ümumi dəyəri 1.10 manat olan 01 qutu "Natriya xlorid 10 ml 10 ampul", ümumi dəyəri 13.20 manat olan 02 qutu "Motilium 1 mg/ml ", ümumi dəyəri 13.20 manat olan 01 qutu "Augmentin 1000 mg", ümumi dəyəri 4.46 manat olan 02 qutu "Eufillin 24 mg/ml 10 ampul", ümumi dəyəri 3.76 manat olan 04 qutu "Jenğşenə nastovka 25 ml.", ümumi dəyəri 4.80 manat olan 01 qutu "Flagyl 125 mg/5 ml.", ümumi dəyəri 22.00 manat olan 02 qutu "Terbisil 250 mg", ümumi dəyəri 19.80 manat olan 2 qutu "Parlodel 2,5 mg", ümumi dəyəri 9.00 manat olan 01 qutu "Duphalac sirop 670 mg", ümumi dəyəri 18.00 manat olan 10 qutu "Zubnıe kapli 10 ml.", ümumi dəyəri 120.00 manat olan 04 qutu "Cytotec 200 mg" adlı olmaqla, cəmi 1617.00 manat dəyərində, yəni xeyli miqdarda dərman vasitələrini əldə edib ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə satış məqsədilə saxlayıb dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla, bu sahədə, həmçinin insanları n həyat və sağlamlığı sahəsində dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, x1 CM-nin 200-1.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkillati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkillati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmündən məhkum x1 kassasiya şikayəti v ermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x1 kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə ona cəza təyin edərkən cavan olmasını, ilk dəfə məhkum olunmasını, valideynlərinin yaşlı olmasını, səhhətinin qənaətbəxş olmamasını və ailənin yeganə gəlir gətirən şəxs olması kimi cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını tam nəzərə almamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli hökmünün dəyişdirilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunaraq aşağı həddə cəza təyin olunmasını və ya barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin tə min edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olm ayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq olunaraq aşağı həddə cəza təyin olunmasını və ya barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdu r ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Az ərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin ed ilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla x1na onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəz a təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar müəyyən edilməmişdir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alm alıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, kassasiya şikayətində x1 barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməsinidə xahiş edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, i ctimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, məhkum x1nun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Kassasiya şikayətində göstərilən hallar da N.T.İsmayılova şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edi lməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı məhkum x1nun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-103/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-103/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver