Məhkəmə qərarları › İş №1(102)-1037/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1037/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1037/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2022-ci il tarixli qərarında n Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 1 yanvar 1993-cü il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları” ilə qadağan olunmuş əşya sayılan, daxilində danışıq kartı olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və xx.xx.2021-ci il tarixdə, saat 15:00 ra dələrində Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 2 saylı dəstəsinin 6 saylı yataqxanasında müəssisə əməkdaşları tərəfindən üzərinə və yataq yerinə keçirilmiş axtarış-baxış zamanı sağ əlində gizlətdiyi, daxilində danışıq kartı olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(001)-97/2022 saylı hökmü ilə (sədrlik edən hakim V.Tağıyev) Məhkum Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə m əhkum olunduğu 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 13 (on üç) il 10 (on) ay 21 (iyirmi bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

4. Hökmdən Məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən A.İbrahimli, hakimlər Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) 1 iyun 2022-ci il tarixli, 1(103)1099/2022 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(001)-97/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum kassasiya şikayətində qeyd edir ki, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar mümkünsüz sübutlardır. Bu sübutlar, öz növbəsində, cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində toplanılmamış və ittiham tərəfinin qərəzli mövqeyini əks etdirmişdir. Məhkum həm də şahidlərlə bağlı prosessual tələbləri qeyd etmiş və şahidlərin cəzaçəkmə müəssisəsinin sifarişi ilə ifadə vermələrini qeyd edərək bu məsələni də cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mübahisələndirir.

8. Kassasiya şikayətinin müəllifi qeyd etdiyi xüsusatlara müvafiq olaraq birinci instans iya və apellyasiya instansiyası məhkəmələri tərəfindən formal yanaşıldığını qeyd etmiş və bu əsasla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhk əməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Məhkum kassasiya şikayətində ibtidai istintaq zamanı toplanmış sübutların qərəzli mövqe əks etdirməsinə, o cümlədən, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində bu halların araşdırılmamasına istinad edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.0.3-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhk əmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)-1099/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Məhkum Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

16. Məhkumun qeyd olunan əməli törətməsinin m übahisələndirilməsi üzrə dəlilləri özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəs inin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

19. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqd im etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Məhkəmə kollegiy ası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2022-ci il tarixli, 1(103)-1099/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar