Məhkəmə qərarları › İş №1(102)-1043/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1043/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1043/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və məhkumun Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlil Nəbiyev, hakimlər Elşad Əliyev və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 1(099)-333/2018 nömrəli xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə, Məhkum, xx xxx 1974-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndаşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmаmış, Şamaxı şəhəri, Azadlıq küçəsi, еv 54-də qеydiyyаtdа оlmaqla Bаkı ş əhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 7, mənzil 54 ünvanında kirayədə yаşаmış; Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü mаddələri ilə nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı, CM-in 234.4.1 və 234.4.3-cü mаddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı təyin edilmiş, CM-in 66.3-cü mаddəsinə əsasən təyin оlunmuş cəzаlаrı qismən tоplаmаqla cinаyətlərin məcmusu üzrə Məhkum qəti cəzа - 7 (yeddi) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsına məhkum edilmişdir. Cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin əvvəli 19 iyun 2018-ci ildən hеsаblаnmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Mə hkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz yolla qazanc əldə etmək üçün sаtış məqsədi ilə qаnunsuz оlаrаq nаrkоtik vаsitələri külli miqdаrdа əldə еtmə, sахlаmа, dаşımа və qаçаqmаlçılıq yоlu ilə Аzərbаycаn Rеspublikаsının gömrük sərhədindən kеçirmə məqsədi ilə xx xxxx 2018-ci ildə İrаn İslаm Rеspublikаsının Astara şəhərində olarkən şəхsiyyəti müəyyən еdilməmiş şəхslərlə qаbаqcаdаn əlbir оlub cinаyət əlаqəsinə girərək 2 ədəd bаğlamada külli miqdarda 560,520 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 354,58 qramını hər iki ayağına geyindiyi ayaqqabıların tərliyinin altında, 7 (yeddi) bükümünü düz bаğırsаğındа, 7 (yeddi) bükümünü isə cinsiyyət оrqаnındа yеrləşdirməklə gömrük nəzаrətindən gizlədərək sахlаmış, dаşımış və həmin gün, saat 13 rаdələrində Astara Gömrük İdarəsinin gömrük pоstundа gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Ələsgər Novruzov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-71/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum mü dafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin ilkin araşdırılması zamanı müdafiə etdiyi şəxsin müdafiə hüquqları pozulmuşdur, lakin həm Lənkəran Ağır Cinayətlər Məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsi həmin hallara diqqət yetirməmiş və nəticədə qanunsuz qərar qəbul etmişlər. Belə ki, Məhkum Astara Gömrük İdarəsində şübhəli şəxs kimi saxlanılarkən və ifadəsi alınarkən, üzərinə baxış keçirilərkən onun müdafiə hüququ pozulmuş, vəkillə təmin olunmamışdır. Bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmündə də Məhkum məhkəmədə verdiyi ifadəsi nəzərə alınmamış, onun ibtidai istintaq zamanı müdafiə hüquqlarının təmin olunub-ol unmaması araşdırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz qərarının 6 səhfəsinin dördüncü abzastında göstərir ki, Məhkum Astara rayonunda fəaliyyət göstərən hüquq məsləhətxanasının vəkillərinin siyahısı təqdim olunmuş, o, müdafiəçi X2 onun hüquqlarını müdafiə etməsini istəmiş və sonuncu onun müdafiəçisi təyin olunmuş, onun müdafiəçiyə etirazı izah edilmiş, sonuncunun müdafiəçiyə etiraz olmamış və yuxarıda qeyd olunanlar barədə tərtib olunmuş protokollar vəkil və Məhkum tərəfindən imzalanmışdır. Halbuki vəkillərin tam siyahının şübhəli şəxsə təqdim olunması barədə cinayət işinin materiallarında hər hansı bir sənəd mövcud deyil. İş materiallarından da göründüyü kimi cinayət işi üzrə araşdırma səthi aparılmış, Məhkum ifadəsi aldadılaraq alınıb, onun müdafiə hüququ təm in olunmayıb, özünə müdafiəçi seçmək üçün Astara rayonunda fəaliyyət göstərən vəkillərin tam siyahısı şübhəli şəxsə təqdim olunmayıb, cinayət işinin materiallarına aşkar olunmuş maddi sübutun fotoşəkilləri əlavə olunmamışdır. Bununla da təhqiqatçı Cinayət-Prosessual Məcəllənin 247.3-cü maddəsinin tələblərinə, yəni axtarış və ya götürmə protokoluna uyğun olaraq aşkarlanmış vasitənin və ya əşyanın foto şəkilini maddi sübut kimi protokola və ya cinayət işinin materialına əlavə etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. X3 Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Ayxan Məmmədlinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxla yır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin ilkin dəlili olan Məhkum müdafiə hüququnun pozulması ilə əlaqədar kassasiya şikayətinin dəlilinə münasibət bildirilərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, Məhkum üzərində şəxsi yoxlama aparılarkən cinayət qanunvericiliyinə uyğun olaraq aparılmışdır. Yəni Məhkum şəxsi yoxlaması zamanı ən azı iki hal şahi di iştirak etmişdir. İş materiallarından görünür ki, Məhkum şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi tələb etmiş və ona Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə uyğun ona olaraq ona müdafiəçi təyin edilmişdir. Bundan sonra isə istintaq hərəkətlərində ona müdafiə hüququ təmin olunmuşdur. Bundan başqa kassatorun şəxsi yoxlama zamanı və maddi sübutların götürülməsi zamanı foto vasitələrdən istifadə edilməməsi barədə dəlilinə gəlində qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş len tlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən protokol prosessual sənəd hesab edilir. Yəni protokola əlavə edilməmiş foto çəkiliş onun hüquqi əhəmiyyətini itirmir. Kollegiya qeyd edir ki, iş materiallarında olan protokoldan görünür ki, “şəxsi yoxlama aparılması haqqında” xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, yoxlama başlanmazdan əvvəl, Məhkum gömrük orqanlarına bəyan edilməmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, yoxlanılan Məhkum isə, qanunla qadağan edilmiş və ya bəyan etmədiyi heç bir şeyin olmadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi yoxlama zamanı onun ayağına geydiyi ağ rəngli ayaqq abıların hər iki tayının tərliyinin altında hər birində 1 (bir) ədəd olmaqla şəffaf rəngli sellofana bükülü cəmi 2 (iki) ədəd yastı formalı bağlama aşkar edilmiş, həmin bağlamalara baxış zamanı bağlamaların içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, həmçinin Astara rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş həmin tarixli arayışdan görünür ki, Məhkum daxili orqanı düz bağırsağından şəffaf sellofana bükülmüş 7 (yeddi) ədəd və qadın cinsiyyət orqanından isə əlavə 7 (yeddi) ədəd yumru formalı bağlama aşkar edilmiş, həmin bağlamalara baxış zamanı içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuş, aşkar edilən maddələr elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birgə ümumi çəkiləri iki ədəd yastı formalı bağlama 359 qram və on dörd ədəd yumru form alı bağlamalar isə 234 qram olmuş, baxışla bağlı tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Odur ki, kassatorun bu barədəki dəlili əsassızdır. Kassatorun digər bir dəlili cinayət işi üzrə məhkəmə istintaqının səthi aparılmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə iş üzrə təqsirləndirilən şəxs Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün sаtış məqsədi ilə qanunsuz olaraq nаrkоtik vаsitələri külli miqdаrdа əldə еtmə, sахlаmа, dаşımа və qаçаqmаlçılıq yоlu ilə Аzərbаycаn Rеspublikаsının gömrük sərhədindən kеçirmə məqsədi ilə xx xxxx 2018-ci ildə İrаn İslаm Rеspublikаsının Astara şəhərində olarkən şəхsiyyət i müəyyən еdilməmiş şəхslərlə qаbаqcаdаn əlbir оlub cinаyət əlаqəsinə girərək 2 ədəd bаğlamada külli miqdarda 560,520 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 354,58 qramını hər iki ayağına geyindiyi ayaqqabıların tərliyinin altında, 7 (yeddi) bükümünü düz bаğırsаğındа, 7 (yeddi) bükümünü isə cinsiyyət оrqаnındа yеrləşdirməklə gömrük nəzаrətindən gizlədərək sахlаmış, dаşımış və həmin gün, saat 13 rаdələrində Astara Gömrük İdarəsinin gömrük pоstundа gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Qeyd olunan əməllərə görə Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndi rilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əri və uşaqları ilə birgə Şamaxı şəhəri, Azadlıq küçəsi, ev 54-də qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 7, mənzil 54-də kirayədə yaşamış, “Şəhid Ailələrinə Sosial Dəstək” qeyri hökümət təşkilatında mətbuat katibi, həmçinin özəl sosial saytlarda jurnalist kimi işləmişdir. 2018-ci ilin fevral ayından başlayaraq tutulan vaxta kimi səhhəti ilə bağlı Biləsuvar və Astara gömrük nəzarət buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasının Biləsuvar və Ərdəbil şəhərlərinə gedib-gəlmiş, sonuncu dəfə iyun ayının 19-da müayinə olunmaq məqsədi ilə Ərdəbil şəhərinə getmiş, müayinə olunub geri qayıdarkən İranın gömrük keçid məntəqəsində Həvv a adlı qadınla tanış olmuş, sonuncu ona Bakıdakı xəstəxanaların birində müalicə olunan qızına dərman preparatı göndərmək istədiyini və həmin dərmanları onun aparmasını ondan xahiş etmiş, ona həmin preparatın miqdarı çox olduğundan onları gömrük nəzarətindən gizlətməklə keçirib aparmasını bildirmiş, Həvvanın sözlərinə inanıb onun verdiyi bağlamaları ondan alıb gömrükdən keçərkən saxlanılmaması üçün ayaqqabılarının içərisində və daxili orqanlarında yerləşdirib saxlamış, həmin gün saat 12 radələrində Astara Gömrük İdarəsinin gömrük postuna gəlmiş, pasport qeydiyyatından keçdikdən sonra gömrük əməkdaşı onunla şifahi qaydada sorğu-sual apararaq üzərində və ya əl yüklərinin içərisində, həmçinin daxili orqanlarında dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin, eləcə də mütlə q bəyan olunası digər predmetlərin olub-olmaması barədə soruşduqda, o, üzərində və əl yüklərinin içərisində, həmçinin daxili orqanlarında dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin, eləcə də mütləq bəyan olunası digər predmetlərin olmadığını bildirmiş, sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə əl yüklərinə və üzərinə baxış keçirilmiş, baxış zamanı ayağına geydiyi ağ rəngli ayaqqabının hər iki tayının tərliyinin altında hər birində 1 ədəd olmaqla, şəffaf rəngli sellofana bükülü cəmi 2 ədəd yastı formalı bağlama aşkar edilmiş, həmin bağlamaların içərisində açıq qəhvəyi rəngli maddə olduğu məlum olmuş, sonra gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə onu Astara MRX-na aparmış və orada tibbi müayinədən keçərkən daxili orqanlarından ümumilikdə 14 ədəd yumru fo rmalı bağlama aşkar edilərək çıxarılmış, bağlamaların içərisində açıq qəhvəyi rəngli maddə olduğu məlum olmuş, həmin bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılması ilə birlikdə ümumi çəkisinin təxminən 580 qram olduğu müəyyən edilmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokol düzgün yazıldığından onunla yanaşı orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı bildirmişdir ki, Həvvanın onunla göndərdiyi maddə narkotik vasitə deyil, dərman olmuşdur. Törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, qadın olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Məhkum heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və törədilmiş cinayətlər haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, İranın Ərdəbil şəhərində yerləşən xəstəxanada müalicə olanarkən orada tibb bacısı işləyən Həvva adlı qadınla tanış olmuş, həmin qadın onun və yaxın qohumlarının müalicə olunmasında onlara köməklik etmiş, eləcə də ona borc kimi hissə-hissə 2200 manat pul vermiş, sonuncunun borcunu qaytarmaq məqsədi ilə xx xxxx 2018-ci ildə Həvvanın dərman adı ilə verdiyi 560,520 qram çəkidə narkotik vasitə heroini Astara Gömrük İdarəsinin gömrük məntəqəsi ndən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasına gətirərkən saxlanılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən işə baxan məhkəmələrin Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsifinə dair gəldikləri nəticəni əsassız hesab edir. Belə ki, işin hallarından müəyyən olunur ki, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün sаtış məqsədi ilə qаnunsuz оlаrаq nаrkоtik vаsitələri külli miqdаrdа əldə еtmə, sахlаmа, dаşımа və qаçаqmаlçılıq yоlu ilə Аzərbаycаn Rеspublikаsının gömrük sərhədindən kеçirmə məqsədi ilə xx xxxx 2018-ci ildə İrаn İslаm Rеspublikаsının Astara şəhərində olarkən şəхsiyyəti müəyyən еdilməmiş şəхslərlə qаbаqcаdаn əlbir оlub cinаyət əlаqəsinə girərək 2 ədəd bаğlamada külli miqdarda 560,520 qram narkotik vasitə olan h eroini qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 354,58 qramını hər iki ayağına geyindiyi ayaqqabıların tərliyinin altında, 7 (yeddi) bükümünü düz bаğırsаğındа, 7 (yeddi) bükümünü isə cinsiyyət оrqаnındа yеrləşdirməklə gömrük nəzаrətindən gizlədərək sахlаmış, dаşımış və həmin gün, saat 13 rаdələrində Astara Gömrük İdarəsinin gömrük pоstundа gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş materiallarında sərhədkeçmə hesabatlarına dair hər hansı bir sənəd olmadığından Məhkum həm ibtidai həm də məhkəmə istintaqında verdiyi ifadələrinə nəzər yetirilsə belə qərara gəlmək olar ki, Məhkum İran İslam Respublikasına tək gedərək tək dönmüşdür. Yəni o, xx.xx.2018-ci ildə İran İR-na gedərək həmin gün külli miqdarda narkoti k vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərkən Astara gömrük postunda saxlanılmışdır. İşin hallarında da göründüyü kimi Məhkum isnad edilən 2 (iki) ədəd yastı formalı bağlama 359 qram və 14 (on dörd) ədəd yumru formalı bağlamalar isə 234 qram olan narkotik vasitələri Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tək keçirmişdir. Narkotik maddə gömrük sərhəddindən qrup halında deyil, tək keçirilmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu si lah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi bu maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1 və 206.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bu maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanun normasının tələbindən də göründüyü kimi əməl o vaxt qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur ki, iki və ya daha çox şəxs bu əməli birgə törətmiş, yəni birgə icra etmiş olsunlar. Əgər cinayət bir nəfər tərəfindən törədilirsə (icra edilirsə), digər şəxs və ya şəxslər bu cinayətin törədilməsində bilavasitə iştirak etməm işlərsə, o zaman onun (onların) əməli (əməlləri) cinayətdəki roluna görə CMin 32-ci maddəsinə istinad edilməklə təşkilatçı, təhrikçi və ya köməkçi kimi tövsif edilməlidir. Hazırkı halda da Məhkum isnad edilən narkotik maddələri bilavasitə dövlət gömrük sərhəddindən tək keçirmiş heç bir şəxslə cinayət əlaqəsinə girməmiş və qeyd olunan narkotik maddələri Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tək keçirmişdir. Göründüyü kimi Məhkum isnad edilən narkotik maddəni dövlət gömrük sərhəddindən tək keçirmişdir, yəni cinayətin bilavasitə icraçısı odur. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-in 206.2ci maddəsinə tövsif edilməli, bu maddə ilə ona cəza təy in edilməli və hazırki qərarla təyin edilmiş cəza hökmlə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Məhkum oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, hökmlə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyyələrini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumların əməlinin tövsif edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, kassasiya kollegiyası yuxarıd a şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 206.2-ci maddəsinə tövsif edilməli, bu maddə ilə ona cəza təyin edilməli və hazırki qərarla təyin edilmiş cəza hökmlə onlara CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsi ilə qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019- cu il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 206.2-ci maddəsinə tövsif edilməsi və bu maddə ilə onlara cəza təyin edilməsi və hazırki qərarla təyin edilmiş cəzanın hökmlə onlara CM-in 234.4.1 və 234.4.3cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsi ilə qismən toplanmaqla qəti cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum müdafiəçi si Müdafiəçi kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin və bu maddə ilə ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki qərarla təyin edilmiş cəza hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar