Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1070/2020 28.10.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, bəraət almış şəxs Məhkum, müdafiəçisi Hüseynov Əli Meybulla oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi Həsənov Vasif Vaqif oğlu və nümayəndəsi Göyüşov Nizami Əhraman oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsiilə Məhkumbəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarındanzərərçəkmiş şəxsin hüquqi varisi Həsənov Vasif Vaqif oğlu və nümayəndəsi Göyüşov Nizami Əhraman oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Tağıyev Vüsal Adıgözəl oğlu) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum o lunmamış, "Socar” AQS-də mexanik vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Məhkum bəraət verilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixlihökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqs irləndirilən şəxs Məhkum ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2019-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi "Nissan Teana” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən işıqforun yaşıl işığında piyada k eçidinə yaxınlaşıb keçmək istəyərkən yolun sağ kənarında olan piyada üçün nəzərdə tutulan hissəsindən sola doğru qaçaraq yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş - sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin qaşaları altına və maddəsinə qansızmalar, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol tərəfli V,Vİ, Vİİ qabırğalarının sınıqları və sol ağciyər toxumasına qansızma, gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, sol bazunun ön səthinin, sol saidin arxa səthinin, bel nahiyəsinin, sol açıq-baldır oynağının iç səthinin sıyrıqları ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, təqsirləndirilən şəxs Məhkum CM-in 263. 2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Kassasiyaşikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Həsənov Vasif Vaqif oğlu və nümayəndəsi Göyüşov Nizami Əhraman oğlu birgə kassasiya şikayətiverərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bəraət hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla bərabər Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqq ında» Avropa Konvensiyasının, Azərbaycan Respublikası CPM-in tələblərinin və ümumi prinsiplərinin kobud şəkildə pozulması ilə çıxarılmış, nəticədə qeyd edilən cinayəti törətmiş şəxsə əsassız və qanunsuz olaraq bəraət verilmişdir. Belə ki, Məhkum elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmadan və hadisənin baş vermə səbəbləri düzgün müəyyən edilməklə iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Məhkum CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı məhkəmə tam, obyektiv və hərtərəf li araşdırma aparmadan müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək alınmış məhkəmə yol-nəqliyyat ekspertizasının rəyi əsasında təqsirləndirilən şəxs Məhkum barədə əsassız və qanunsuz olaraq bəraət hökmü çıxarmışdır. Qeyd olunanların nəzərə alınması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməklə barəsində həmin maddə ilə ittiham hökmü çıxarılması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi vari sinin və nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib, kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11- ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verərək, Məhkum barəsində bəraət hökmü qəbul etməklə işə baxmış məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, iş materiallarında olan məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, piyada mərhum Zərərçəkmiş şəxs səkidən iti sürətlə qaçaraq avtomobil yoluna daxil olması vurulmaya kimi cəmi 1,0 saniyə vaxt keçmişdir. Belə olan halda isə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması az inandırıcı olduğundan müdafiə tərəfindən verilmiş vəsatət əsasında məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunmuş və alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 31377 nömrəli ekspert rəyi ilə məhkəmə istintaqı zamanı müəyyən edilmiş mexanizm üz rə "Nissan Teana” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə yanaşı və onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şə xsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiq ində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yeti rərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göstərilənlərə əsasən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilməd iyindən kassasiya şikayəti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsiilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1070/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1070/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver