Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1093/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Bəraət almış şəxs X17 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Rihat Tahir oğlunun iştirakları ilə xx xxxxxx 1998-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmə yən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-93/2023 nömrəli hökmü ilə (hakimlər: R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və M.M.Məmmədzadə) X12 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməs i əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və T.A.Muxtarov) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-93/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən X17 xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 34,067 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək təmiz çəkisi 27,085 qram təşkil edən hissəsini 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qablaşdırıb 1 ədəd göy rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram qram təşkil edən hissəsini 17 ədəd şəffaf rəngli və 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq 1 ədəd sarı rəngli polietilen kəsiyinə büküb əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış, 19 may 2022-ci il tarixdə saat 23:00-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində bəraət almış şəxsun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarının ləğ v edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X12 CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxsun törətdiyi, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsun və müdafiəçi R.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-p rosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X8 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsi ndə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 14 5.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfin dən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqanın gəldiyi nəticəyə əsasən X17 xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 34,067 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək təmiz çəkisi 27,085 qram təşkil edən hissəsini 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qablaşdırıb 1 ədəd göy rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq, ayrı-ayrılıqda 17 əd əd şəffaf rəngli və 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq 1 ədəd sarı rəngli polietilen kəsiyinə büküb əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış, 19 may 2022-ci il tarixdə saat 23:00-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində bəraət almış şəxsun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Belə ki, bəraət almış şəxsun barəsində tərtib edilmiş ittiham aktında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama cinayətini törətməsi ilə bağlı bəraət almış şəxsun təqsirliliyini təsdiq edən sübutlar kimi, onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatının olmasına, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib еdilmiş prоtоkоla, bəraət almış şəxsun ibtidai araşdırmanın əvvəlində şübhəli və daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən qismən özünü təqsirli bilməsi barədə verdiyi ifadələrinə, habelə şahidlər – Qazax rayon Polis Şöbəsinin Cinayət axtarı şı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, post-patrul xidməti bölüyünün komandir müavini Şahid2, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Şahid3, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadələrinə, “diskə baxış keçirilməsi haqqında” protokola, həmçinin ekspertiza rəylərinə istinad edilmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, X4 Rayon Polis Şöbəsində 20 may 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən videogörüntü altında izahat vermiş, sonra həmin tarixdə şübhəli şəхs qismində dindirilmiş, həmçinin Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin istintaq otağında 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəxs qismində dindirilmiş və qeyd edilən hallarda bəraət almış şəxs aşkar olunmuş narkotik vasitələrin ona aid olmasını bildirmişdir, daha sonra 23 avqust 2022-ci il tarixdə o, təkrarən təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin ifadəsində X26 Rayon Polis Şöbəsinin onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıqlara məruz qaldığını, həmin təzyiqlərə dözməyərək ilkin araşdırma zamanı etirafedici ifadələr verməsini göstərmiş və aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasını bildirmişdir, bundan sonra təqsirləndirilən şəxs bəraət almış şəxsun onun saxlanılmasında iştirak edən Qazax Rayon Polis Şöbəsinin həmin polis əməkdaşları ilə üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı bəraət almış şəxs həmin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını, ona xəsarətlər yetirilməsini və həmin narkotik vasitələrin ona məxsus o lmamasını, həmin polis əməkdaşlarının onu döymələri, fiziki və psixi təzyiqləri nəticəsində etirafedici ifadələr verdiyini hər dəfə həmin polis əməkdaşlarının üzünə qarşı demiş, eləcə də 3 sentyabr 2022-ci il tarixdə də bəraət almış şəxs təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin ifadəsində də həmin polis əməkdaşları tərəfindən döyüldüyünü, qeyri-insani rəftara məruz qaldığını, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasına dair verdiyi ifadələrini bir daha təsdiq etmiş, həmin protokolu, həmçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda da qeyd etdiyi məruz qaldığı zorakılıq hallarını qeyd etməklə həmin sənədləri imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs X17 məhkəmə istintaqı zamanı da həmin ifadələrini təsdiq edərək Qazax Rayon Polis Ş öbəsinin əməkdaşları tərəfindən Qazax Rayon Polis Şöbəsində fiziki zorakılığa məruz qaldığını, ona xəsarətlər yetirildiyini, ona edilən fiziki zorakılıq və təzyiqlər nəticəsində ilkin araşdırma zamanı məcburiyyət qarşısında etirafedici ifadələr verdiyini bildirmiş, sonra isə o, həm Qazax rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə, həm də Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunaraq tibbi müayinədən keçərkən həmin polis əməkdaşlarının ona yetirdiyi xəsarətlərin aşkar edildiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərini cinayət işinin materialları ilə müqayisəli şəkildə tədqiq edərək müəyyən etmişdir ki, X17 19 may 2022-ci il tarixdə Qazax şəhəri, Bakı küçəsində yer ləşən “Göy bina” adlanan çoxmənzilli yaşayış binasının qarşısında Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, Qazax rayon Polis Şöbəsində kobud prosessual pozuntulara yol verilməklə bəraət almış şəxsun üstünə videogörüntü ilə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram təşkil edən, ümumi təmiz çəkisi 34,067 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, cinayət işinin materiallarına əsasən Qazax Rayon Polis Şöbəsinin əməkdaşları bəraət almış şəxsu onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı əsasında saxlayaraq polis şöbəsinə gətirmişlər. İş materiallarından görünür ki, cinayət işinin məhkəmə istintaqı zamanı Qazax Rayon Polis Şöbəsinə qeyd edilən əməliyyat-axtarış tədbirləri ilə bağlı əməliyyat-qeydiyyat işinin araşdırılmasından ötrü məhkəməyə göndərilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq Qazax Rayon Polis Şöbəsinin 19 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, X8 barəsində daxil olmuş həmin əməliyyat məlumatının yoxlanması üçün sonuncunun saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilməsi və üzərində şəxsi axtarış aparılması kimi adi təhqiqat üsulu kifayət etdiyindən onun barəsində əməliyyat -qeydiyyat işi açılmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin Qanunun 15-ci maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Həmin Qanunun 16-ci maddəsinin İ hissəsinə əsasən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu Qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin maddənin Vİİ hissəsinə əsasən hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. İş materiallarından müəyyən edilmişdir ki, hazırkı iş üzrə isə əməliyyat-qeydiyyat işinin və bəraət almış şəxs barəsində polisə hər hansı əməliyyat məlumatının daxil olması barədə məlumatın istintaq orqanı tərəfindən işə baxan məhkəməyə ümumiyyətlə təqdi m edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 barəsində cinayət işi başlanmamışdan əvvəl onun Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılmasına, sonra isə barəsində 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul olunaraq həmin tarixdə tutulmasına əsas onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı olmuşdur. Həmçinin iş materiallarında görünür ki, təqsirləndirilən şəxs bəraət almış şəxsun ona ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində göstərilənləri yoxlamaq məqsədi i lə bəraət almış şəxsun barəsində olan 756 saylı şəxsi işi və 3091/2022 saylı Tibb kitabçası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 756 saylı şəxsi işin materiallarında olan xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X17 xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirilib qəbul olunarkən sağ gözün altında, sağ çiyində, bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançır aşkar edilmişdir. Həmin xəsarəti həbs zamanı almışdır. 756 saylı şəxsi işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən As if Quliyev tərəfindən 2762 saylı, xx.xx.2022-ci il tarixli Qazax rayon prokuroruna ünvanlanmış məlumatından və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2 saylı İstintaq Təcridxanasına təhvil verilən X17 təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sağ gözünün altında, sağ çiynində, sağ bazu nahiyədə, sağ böyrəyin üst nahiyəsində, sağ sağrıda qançır izləri aşkar edilmişdir. bəraət almış şəxs həmin xəsarətləri xx.xx.2022-ci il tarixdə Qazax rayonunda Qazax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 1 7/39202 saylı Tibb kitabçasının kserosurətindən görünür ki, X9 “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri”ni əks etdirən 13-cü qrafasında “sağ gözün altında, sağ çiyində, bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda çəhrayı qançır aşkar edilmişdir. Deməsinə görə həmin xəsarətləri xx.xx.2022-ci il tarixdə Qazax Rayon Polis Şöbəsində almışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Asif Quliyevin 17/392762 saylı, xx.xx.2022-ci il tarixli müraciətinə əsasən təqsirləndirilən şəxs X8 barəsində Qazax Rayon Prokurorluğunda toplanmış 32-C-22 nömrəli araşdırma materialı Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında əldə edilib məhkəmə tərəf indən tədqiq edilərkən müəyyən edildi ki, həmin material üzrə Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor tərəfindən araşdırma aparılaraq 28 iyun 2022-ci il tarixdə toplanmış həmin müraciət əsasında “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin araşdırma materialından görünür ki, bəraət almış şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam saat 11 radələrində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bakı küçəsində, “Göy bina” deyilən yaşayış binasının qarşısında tanımadığı üç nəfər polis əməkdaşı onu tutaraq Qazax Rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra onu ikinci mərtəbədəki otağa qaldırmışlar. Otaqda təxminən 10 nəfərə yaxın polis əməkdaşı olmu şdur. X24 1 ədəd sarı rəngli sellofan bükümü göstərərək onun üzərindən çıxdığına dair etirafedici izahat verməyini tələb etmişlər. O, həmin bükümün ona məxsus olmadığını və onun üzərində saxlanılan zaman buna oxşar heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra tanımadığı üç nəfər polis əməkdaşı dəyənəklə ilə onu döyməyə başlamışlar. Onlar demək olar ki, bədəninin bütün nahiyələrinə zərbələr endirərək həmin sarı rəngli bükümün onun üzərindən çıxdığını boynuna almağını tələb etmişlər. Bundan sonra polis əməkdaşları ona əgər həmin bükümün onun üzərindən çıxdığını boynuna almadığı təqdirdə hal şahidlərinin iştirakı ilə evinə gələrək çəkiliş aparacaqlarını və oradan narkotik maddə çıxaracaqlarını deyərək şantaj etməyə başlamışlar. O, tətbiq edilən psixi və fiziki zorakılıqlara dözməyərək həmin bükümün onun üzərindən çıxdığını etiraf etməli olmuşdur. Onların dedikərini boynuna aldıqdan sonra onu Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə gətirmişlər. Müvəqqəti Saxlama Yerinə daxil olarkən o, tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı Qazax Rayon Polis Şöbəsində polis əməkdaşlarının ona yetirdikləri müxtəlif bədən xəsarətləri aşkar olunduğundan həmin vaxt bununla bağlı akt tərtib olunmuşdur. Bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Qazax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Növbəti gün isə polis əməkdaşları onu Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına aparmışlar. Təcridxanaya daxil olarkən növbəti dəfə tibbi müayinədən keçirilmiş və bədənində həmin xəsarətlərin olduğu bir daha təsdiq olunmuşdur. İşdə 32 -C-22 nömrəli araşdırma materialında olan Qazax Rayon Polis Şöbəsinin rəisinin Qazax rayon prokuroruna ünvanladığı X8 xəsarət alması ilə bağlı tərtib edilmiş 20 may 2022-ci il tarixli aktdan görünür ki, Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi vəzifəsini müvəqqəti icra edən X13, Müvəqqəti Saxlama Yerinin növbətçi polis nəfəri X6, Müvəqqəti Saxlama Yerinin postaçı polis nəfərləri X5 və X3 iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, X1 Saxlama Yerinə qəbul olunan zaman bədənində qançırlar aşkar edilmişdir. 32-C-22 nömrəli araşdırma materialında olan və bəraət almış şəxsun polis əməkdaşları tərəfindən tutulmasından 15 gün sonra keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 03 iy un 2022-ci il tarixli, 160 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X8 məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olan məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X8 xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir gözlə görünən xəsarət və xəsarət izləri aşkar edilmədi. Azərbaycan Respublikası Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən həkim tərəfindən müayinəsi zamanı sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən m üddətə uyğun gəlir (yəni, 19 may 2022-ci il tarixə) və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bununla yanaşı, məhkəmə baxışı zamanı X8 2 saylı İstintaq Təcridxanasında saxlanılan 756 saylı şəxsi işinə baxış keçirilərkən, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 iyun 2022-ci il tarixli qərarın bəraət almış şəxsa ümumiyyətlə göndərilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, X26 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən və Qazax Rayon Polis Şöbəsinə aparılarkən tam sağlam olmuş, sonradan 19 may 2022-ci il tarixdə Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə gətirilərkən bədənində aşkar edilmiş qançırlar, 23 may 2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən onda aşkar edilmiş sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlardan ibarət xəsarətləri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 03 iyun 2022-ci il tarixli, 160 saylı canlı şəxsin ekspert rəyində qeyd olunmuş həmin xəsarətləri 19 may 2022-ci il tarixdə Qazax Rayon Polis Şöbəsində alması tam təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs bəraət almış şəxsda aşkar edilmiş həmin xəsarətlərin məhz Qazax Rayon Polis X11 saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən törədilməsi təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı və ibtidai istintaqın sonrakı mərhələsində verdiyi və cinayət işinin materialları il ə də təsdiqini tapdığı ifadələri ilə, ibtidai istintaq zamanı təqsirləndirilən bəraət almış şəxsla onun saxlanılmasında iştirak edən polis əməkdaşları arasında keçirilmiş “üzləşdirmə istintaq hərəkəti barədə” protokollarda təqsirləndirilən şəxsin verdiyi və iş materialları ilə təsdiqini tapdığı ifadələri ilə, əlavə şahid qismində dindirilmiş Şahid5 bəraət almış şəxsu sonuncu dəfə öz avtomobilində apararkən və avtomobildən düşüb evinə gedərkən Pərvizin üz nahiyyəsində və üzərində hər hansı xəsarətlərin olmadığını təsdiq etməsinə dair verdiyi ifadəsi ilə, Qazax rayon Polis X11 saxlanılmasında iştirak edən polis əməkdaşlarının özlərinin də bəraət almış şəxsu saxladıqları vaxt onda heç bir xəsarətlərin olmamasına dair ifadələri ilə, bundan başqa X8 barəsində xx.xx.2022-ci il tarixli məhkəmə- tibbi ekspertizasının bəraət almış şəxsun bədəni üzərində 2 saylı İstintaq Təcridxanasına daxil olarkən həkim tərəfindən müayinəsi zamanı aşkar edilmiş sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlar kimi xəsarətlərin törənmə müddətlərinin 19 may 2022-ci il tarixə, yəni bəraət almış şəxsun tutulduğu tarixə uyğun gəlməsinə dair rəyi ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş bütün materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsdan ibtidai istintaq zamanı Qazax Rayon Polis Şöbəsində 20 may 2022-ci il tariхdə videogörüntü altında şəxsi axtarış və götürmə aparılarkən və izahat verərkən, həmin tarixdə şübhəli şəхs qismində dindirilərkən, həmçinin 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrini, 20 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, 26 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolu bəraət almış şəxsa elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, bəraət almış şəxsun barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar 17 may 2022-ci il tarixdə qəbul olunmuşdur, lakin cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 təqsirləndirilən şəxs X8 barəsində onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması barədə və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün yazılmış raport, həmçinin bəraət almış şəxsun saxlanılmasına dair raport isə 19 may 2022-ci il tarixdə yazılmışdır. Qeyd edilən bu hal, yəni bəraət almış şəxsun barəsin də “əməliyyat məlumatı”nın 19 may 2022-ci il tarixdə daxil olduğu halda, artıq öncədən 17 may 2022-ci il tarixdə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxsin barəsində hər hansı əməliyyat məlumatının olub-olmamasından asılı olmayaraq, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq əvvəlcədən onun barəsində əməliyyat tədbirinin keçiriləcəyinin və digər prosessual hərəkətlərin aparılacağının qanunsuz olaraq planlaşdırıldığını təsdiq edir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsun tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-p rosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gət irib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndiri lməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməs i hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 1 25.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli ol duğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X12 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın süb ut olunmasında yaranan şübhələr X8 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möt əbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini y erinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüq uq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X17 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 1(104)-381/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1093/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1093/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver