Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1110/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 a prel 2018-ci il tarixli il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2018-ci il tarixli il hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1987-ci il tarixdə Qusar rayonunun Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətə ndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Mucuq kəndində qeydiyyatda olmaqla Quba rayonunun Alpan kəndində yaşamış CM-nin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməkdə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.4, 120.2.9-cu maddələri ilə 15 (on beş) il müddətə, CM-nin 296.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X11 da CM-nin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasə n, Məhkum 24 noyabr 2017-ci il tarixdə saat 22:15 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla birgə yaşadığı X4 həmkəndlisi X13 ilə birlikdə Quba rayonu, Alpan kəndindəki ərzaq mağazasından bir ədəd 0,7 litrlik “Qubernator” arağı, bir ədəd 0,450 litrlik “Xırdalan” pivəsi, bir ədəd “Hell” enerji içkisi, bir qutu “Prima” siqareti və bir paket “Patron” günəbaxan tumu alaraq onun Quba rayonunun Alpan kəndindəki evinə gəlmiş və orada X4 X1 ilə yemək yeyib, aldıqları spirtli içkiləri qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində 25 noyabr 2017-ci il tarixdə saat 00:00 radələrində kağız kartlarla qumar oynamağa başlamışlar. X2mar oyunu ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı ünvanına söyüş söydüyünə görə qisas almaq məqsədilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və niyyətini həyata keçirmək məqsədilə X8in sifət nahiyəsindən yumruqla vuraraq onu döşəmənin üzərinə yerə yıxmış, sonra yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə olan X8in baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. X8 onun zərbələrindən özünü müdafiə edərək əlləri və ayaqları ilə fəal müqavimət göstərdiyindən, X4 ona X8i öldürmək niyyətini açıqlayaraq sonuncunun əl-qolunu və ayaqlarını bağlamaq üçün ip gətirməsini tapşırmışdır. O, X8in müqavimət göstərdiyini görüb X4un niyyətini həyata keçirmək üçün polietilen materialdan hazırlanmış sintetik ip gətirmiş, X28in əl-qolunu tutaraq, o isə iplə sonuncunun əl-qolunu və ayaqlarını bağlayıb birlikdə müqavimətini qıraraq köməksiz vəziyyətə salmışlar. Daha sonra X4 yerdə uzanmış X8in köməksiz vəziyyəti ndən istifadə etməklə yumruq və təpikləri ilə zərbələr endirməyə davam edərək, X8in yalvarışlarına əhəmiyyət verməyib, sonuncuya xüsusi ağrılar yetirdiyini, xüsusi əzab və istirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, yenidən X8in baş və bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr vuraraq, ona ölümünə səbəb olan alnında sağda sıyrıqdan, sağ qaşın bayır bucağında və sol qaşın üzərində hərəsində bir yerdə əzilmiş-cırılmış yaralardan, hər iki göz orbiti ətrafında hematomadan, burun kökündə qançır-hematomadan, burun sümüklərinin və əng sümüyünün sağ şaxəsinin qapalı qəlpəli sınıqlarından, sifətində solda sıyrıqdan və qançırdan, alt çənədə solda İ kəsici dişin travmatik çıxığından, sağ qulaq seyvanında sıyrıqdan, başın yumşaq toxuma larının alt səthində qansızmalardan, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızmadan ibarət birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, habelə sol ağ ciyər toxumasında aşkar edilən xırda qansızma sahələrindən ibarət sağlamlığa yüngül zərərvurmaya aid, sağ və sol biləyin arxa səthində, sağ və sol baldırın aşağı 1/3-nin bayır səthlərində-baldır-topuq oynaqları səviyyəsində qançırlardan, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqdan ibarət sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərək onunla bir qrup şəxs halında köməksiz vəziyyətdə olan X12 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra o, törət dikləri cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə X11 ilə birlikdə aidiyyəti hüquq mühafizə orqanlarına zərər çəkmiş X8 guya hadisədən əvvəl zor tətbiq etməklə və zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi barədə məlumat verib, X8i ağır cinayət törətməkdə ittiham etmək və süni ittiham sübutları yaratmaq barədə razılığa gələrək, X11 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 25 noyabr 2017-ci il tarixdə saat 00:35-də, saat 00:45-də, saat 00:56-da, saat 01:06-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, bir nəfər şəxsin arvadını zorlamağa cəhd etməsi və həmin şəxsi tutaraq əl-qolunu bağlaması barədə məlumat vermiş, daha sonra isə o, 25 noyabr 2017-ci il tarixli şifahi ərizə protokolu ilə Quba rayon prokurorluğuna müraciət e dib, X12 ona qarşı ağır cinayət törətməkdə ittiham edərək əlindəki bıçaqla zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi, bunun üçün süni sübutlar yaradaraq əynindəki donun aşağı hissəsini kəsərək, guya paltarın X8 tərəfindən kəsilməsi görüntüsünü yaratmaqla, X8in ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Hökmdən narazı qalan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəbiyev Hüseyn Əmir oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 15 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2018-c i il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, ona təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 16 (on altı) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi R.M.Mirmehdizadə tərəfindən verilmiş kassasiya şikayətində həmin qərarın ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibi olmadığı əsası ilə onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinə əsasən hüquqlarını müdafiə etdiyi şəxsin əsassız məhkum edilməsinə həsr edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.M.Mirmehdizadə həmin şikayətini onunla əsaslandırmışdır ki, ləzgi millətindən olub, azərbaycan dilində sərbəst danışa, yaza və oxuya bilməyən Məhkum ittiham aktının surəti onun bildiyi ləzgi dilində təqdim edilməmiş, sonuncu cinayət işinin materialları ilə tanış olarkən həmin maetariallar da ləzgi dilinə tərcümə olunmamış, birinci instansiya məhkəməsində isə ümumiyyətlə ona tərcüməçi təyin edilməmiş və faktiki olaraq o, məhkəmə baxışında müdafiəsiz qalmış, sərbəst bilmədiyi bir dildə aparılmış məhkəmə istintaqı zamanı öz dəlillərini çatdıra bilməmiş, verilmiş ittihamlar, ifadələr barədə öz dəlil və etirazlarını bildirə bilməmiş, hökm də ona ləzgi dilinə tərcümə edilmədən verilmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən bu faktları əsas gətirərək təqsirləndirilən şəxsin dövlət hesabına olan vəkili məhkəmə baxışı zamanı bu cür qanun pozuntuları ilə çıxa rılmış hökmün ləğv edilərək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət vermiş, lakin apellyasiya instansiyası məhkəməsi kollegiyası bu vəsatəti təmin etməmiş, amma vəsatətdəki dəlillər ilə faktiki olaraq razılaşdığını təsdiq edən başqa bir qərar, işə tam istintaq aparılmaqla baxılması barədə qərar qəbul etmişdir. Bu hal Məhkumun birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrin sübut kimi qəbul edilməsinə yolverizməzliyini tələb etməsinə baxmayaraq və apellyasiya instansiyası məhkəməsi məhkumun yalnız apellyasiya şikayətinə məhkəmə baxışı iclasında verdiyi ifadələri əsas götürməli olduğu halda son nəticədə faktiki olaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlərlə, yəni Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətm əkdə təqsirli bilinməsi ilə razılaşmışdır. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr hazırki iş üzrə məhkum olunmuş X4un törətdiyi əməlin tövsifində də səhvə yol vermişlər ona görə ki, işin faktiki hallarına görə X4un zərərçəkmiş X8i öldürmək niyyəti olmamış və sonuncu döyülməsi nəticəsində həyatla bir araya sığmayan xəsarətlər alması səbəbindən ölmüş, yəni onun ölümü ehtiyatsızlıqdan baş vermişdir. Bu hal isə X4un əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsinə, Məhkum barəsində isə bəraət hökmünün çıxarılmasına əsas verir. Müdafiəçi həmçinin bildirmişdir ki, Məhkum qarşı CM-nin 296.2-ci maddəsi ilə irəli sürülmüş ittiham da əsassızdır, çünki polis orqanlarına bilə-bilə yalan məlumatı o, yox, X4 vermişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətin in təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi R.M.Mirmehdizadənin kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmlə razılaşarkən yekun məhkəmə aktlarının əsasına yolverilməz sübutlar qoyulmuş, bu sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş və Məhkum bar əsindəki cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilərək Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi R.M.Mirmehdizadənin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhk əməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinay ət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası a pellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüy ünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından ver ilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələ binə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratma qla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını t ələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılması nı və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqi qindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin mar aqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prez umpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirm ək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icra atı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normad a təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəz ərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi başa düşülür. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cina yət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsində isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsi tələb olunur. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qəra rı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutul muş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üz ərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclasl arından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri v ə bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi pros es olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hə r bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ona qarşı hər hansı təzyiq göstərilmədən tərcüməçinin və müdafiəçinin iştirakları ilə verdiyi ifadələrinə, iş üzrə digər məhkumun ifadələrinə, məhkəmə eksper tizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun müdafiəçisi tərəfindən mübahisələndirlən işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum 24 noyabr 2017-ci il tarixdə saat 22:15 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla birgə yaşadığı X4 həmkəndlisi X13 ilə birlikdə Quba rayonu, Alpan kəndindəki ərzaq mağazasından bir ədəd 0,7 litrlik “Qubernator” arağı, bir ədəd 0,450 litrlik “Xırdalan” pivəsi, bir ədəd “Hell” enerji içkisi, bir qutu “Prima” siqareti və bir paket “Patron” günəbaxan tumu alaraq onun Quba rayonunun Alpan kəndindəki evinə gəlmiş və orada X4 X1 ilə yemək yeyib, aldıqları spirtli içkiləri qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində 25 noyabr 2017-ci il tarixdə saat 00:00 radələrində kağız kartlarla qumar oynamağa başlamışlar. X2mar oyunu ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı ünvanına söyüş söydüyünə görə qisas almaq məqsədilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və niyyətini həyata keçirmək məqsədilə X8in sifət nahiyəsindən yumruqla vuraraq onu döşəmənin üzərinə yerə yıxmış, sonra yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə olan X8in baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. X8 onun zərbələrindən özünü müdafiə edərək əlləri və ayaqları ilə fəal müqavimət göstərdiyindən, X4 ona X8i öldürmək niyyətini açıqlayaraq sonuncunun əlqolunu və ayaqlarını bağla maq üçün ip gətirməsini tapşırmışdır. O, X8in müqavimət göstərdiyini görüb X4un niyyətini həyata keçirmək üçün polietilen materialdan hazırlanmış sintetik ip gətirmiş, X28in əl-qolunu tutaraq, o isə iplə sonuncunun əl-qolunu və ayaqlarını bağlayıb birlikdə müqavimətini qıraraq köməksiz vəziyyətə salmışlar. Daha sonra X4 yerdə uzanmış X8in köməksiz vəziyyətindən istifadə etməklə yumruq və təpikləri ilə zərbələr endirməyə davam edərək, X8in yalvarışlarına əhəmiyyət verməyib, sonuncuya xüsusi ağrılar yetirdiyini, xüsusi əzab və istirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, yenidən X8in baş və bədəninin müxtəlif nahiyələrindən ardıcıl zərbələr vuraraq, ona ölümünə səbəb olan alnında sağda sıyrıqdan, sağ qaşın bayır bucağında və sol qaşın üzərində hərəsində bir yerdə əzilmiş-cırılmış yaralardan, hər iki göz orbiti ətrafında hematomadan, burun kökündə qançırhematomadan, burun sümüklərinin və əng sümüyünün sağ şaxəsinin qapalı qəlpəli sınıqlarından, sifətində solda sıyrıqdan və qançırdan, alt çənədə solda İ kəsici dişin travmatik çıxığından, sağ qulaq seyvanında sıyrıqdan, başın yumşaq toxumalarının alt səthində qansızmalardan, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızmadan ibarət birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, habelə sol ağ ciyər toxumasında aşkar edilən xırda qansızma sahələrindən ibarət sağlamlığa yüngül zərərvurmaya aid, sağ və sol biləyin arxa səthində, sağ və sol baldırın aşağı 1/3-nin bayır səthlərind ə-baldır-topuq oynaqları səviyyəsində qançırlardan, sağ baldırın orta 1/3-nin ön səthində sıyrıqdan ibarət sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərək onunla bir qrup şəxs halında köməksiz vəziyyətdə olan X12 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra o, törətdikləri cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə X11 ilə birlikdə aidiyyəti hüquq mühafizə orqanlarına zərər çəkmiş X8 guya hadisədən əvvəl zor tətbiq etməklə və zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi barədə məlumat verib, X8i ağır cinayət törətməkdə ittiham etmək və süni ittiham sübutları yaratmaq barədə razılığa gələrək, X11 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 25 noyabr 2017-ci il tarixdə sa at 00:35-də, saat 00:45-də, saat 00:56-da, saat 01:06-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, bir nəfər şəxsin arvadını zorlamağa cəhd etməsi və həmin şəxsi tutaraq əl-qolunu bağlaması barədə məlumat vermiş, daha sonra isə o, 25 noyabr 2017-ci il tarixli şifahi ərizə protokolu ilə Quba rayon prokurorluğuna müraciət edib, X12 ona qarşı ağır cinayət törətməkdə ittiham edərək əlindəki bıçaqla zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi, bunun üçün süni sübutlar yaradaraq əynindəki donun aşağı hissəsini kəsərək, guya paltarın X8 tərəfindən kəsilməsi görüntüsünü yaratmaqla, X8in ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları mü əyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olunmuş şəxsin dindirilmələri, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanun un tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıq da; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Kassasiya şikayətində Məhkum cinayət mühakimə icraatının aparıldığı azərbaycan dilində danışa, başa düşə və yazıb-oxuya bilmədiyi, onun tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması iddia olunsa da, cinayət işinin materiallarının öyrənilməsi bu dəlilin də əsassız olmasını göstərir. Belə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı Məhkum tərcüməçinin xidmətlərind ən pulsuz istifadə etmək hüququ təmin edilərək onun istər şahid, isətrsə də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi işə cəlb olunmuş tərcüməçinin iştirakı ilə aparılmış, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra o, yenə də tərcüməçinin və müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tam həcmdə tanış olmuş, müvafiq prosessual sənədlərin surətləri, o cümlədən ittiham aktının surəti ona doğma dili olan ləzgi dilinə tərcümə olunaraq verilmişdir. (İttiham aktının ləzgi dilinə tərcümə olunmuş surətinin Məhkum verilməsi işə əlavə edilmiş qəbzlə təsdiq olunur (cild İİ, i.v.303). İşə birinci instansiya məhkəməsində baxılarkən isə məhkəmə iclasında şifahi dinləmələrin aparılması zamanı Məhkum bildirmişdir ki, o, azərbaycan dilində başa düşür və danışa bilir və tərcüməçiyə ehtiyacı yoxdur. Buna görə o, həmin iclasda azərbaycan dilində sərbəst ifadələr vermiş və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək həmin ittihamın hallarına uyğun olan etirafedici ifadələr verərək X4la birlikdə X8in qəsdən öldürülməsində iştirak etdiyini və bilə-bilə yalan xəbərçilik etməsini bildirmişdir (bax:məhkəmə iclasının protokolu). İşə məhkəmədə baxılması nəticəsində çıxarılmış 27 aprel 2018 ci il tarixli hökm də Məhkum həm azərbaycan dilində, həm də ləzgi dilinə tərcümə olunmuş şəkildə verilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsində Məhkum hökmdən verdiyi, azərbaycan dilində tərtib olunmuş və özü tərəfindən imzalanmış apellyasiya şikayətinə məhkəmə baxışı iclasında onun tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ təmin olu naraq işə məhkəmə istintaqı aparılmaqla baxılmasına azərbaycan-ləzgi dilləri tərcüməçisi cəlb edilmiş və həmin iclasda da Məhkum törətdiyi əməlləri ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrə uyğun məzmunda təsvir edərək bu əməlləri X4un göstərişi ilə və ondan qorxduğuna görə törətdiyini bildirmişdir. Göründüyü kimi, bütün şərh olunan hallar Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də cinayət işinə məhkəmələrdə baxılarkən hər hansı hüququnun, o cümlədən müdafiə və tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqlarının pozulmamasına dəlalət edir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına digər sübutlarla yanaşı Məhkum ifadələrini də qoyarkən heç bir qanun pozuntusuna yol verməmiş, yəni həmin məhkəmə aktlarını qəbul edərkən yolverilməz sübutlardan istifadə olunmamış, digər tərəfdən isə CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutlar onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların adı çəkilən məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkum X4la birlikdə X8in qəsdən öldürülməsində iştirak etməməsi və onun biləbilə yalan xəbərçilik etməməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası bu dəlillərə cavab verilməsi üçün işin faktiki hallarının müəyyən edilmə sinə əsas olmuş məhkumların məhkəmə iclaslarında verdikləri ifadələrinə, cinayət qanunvericiliyinin tələblərinə və cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətinin iştirakçılıqla törədilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahına müraciət etməyi lazım bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum olunmuş şəxs X4 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2017-ci ilin aprel ayından Qusar rayonunun Mucuq kənd sakini Məhkum ilə qeyri-rəsmi ailə həyatı qurmuş və birlikdə Quba rayonunun Alpan kəndində yaşamış, mərhum X13 isə onun həmkəndlisidir və sonuncu ilə yaxşı münasibətləri olmuşdur. O, 24 noyabr 2017-ci il tarixdə saat 17 r adələrində evdən çıxıb Söhbət adlı kənd sakinin işlətdiyi çayxanaya getmiş, orada bir qədər domino oynadıqdan sonra isə təxminən saat 19-20 radələrində həmin çayxanadan çıxıb yaxınlıqda yerləşən Sahib adlı kənd sakininə məxsus digər çayxanaya getmiş, orada həmkəndliləri X8lə və başqa şəxslərlə də birlikdə domino oynamışdır. Bundan sonra, o, Anarla birlikdə çayxananın yanında yerləşən Samir adlı kənd sakininin mağazasına getmiş və onlar mağazadan araq, ərzaq almışlar. O, Anarı araq içmək üçün öz evinə aparmış, evdə tək olan arvadı Ramellaya yemək hazırlamasını tapşırmışdır. Ramella onlara yemək gətirdikdən sonra onların yanında əyləşmişdir. Sonra o, Anarla 0,7 litr miqdarından bir az miqdarda arağı içmiş və şüşəşnin dibində təxminən 100 ml araq qalmışdır. Yemək yeyib araq içdikdən sonra A narla pul müqabilində qumar oynamağa başlamış, Anar həddindən artıq sərxoş olduğundan əlindəki xalı ona göstərmədən stolun üstündəki pulu qəflətən götürmüş, o da əlindəki kartları göstərərək pulun ona çatacağını bildirmişdir. Bundan sonra X8 ona qarşı ana-bacı söyüşləri söyərək təhqir etmiş və sağ əli ilə onun üzünə sillə vurmuşdur. O, da divandan qalxıb Anarın sifət nahiyəsindən bir dəfə yumruqla vurub onu oturduğu stuldan döşəmənin üzərinə yıxmış və döşəmənin üzərində uzanmış vəziyyətdə olan X8in sifət və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı yumruq və təpik zərbələri endirmişdir. Buna baxmayaraq A.Balayev onun ünvanına söyüşlər söyməklə onu təhqir etməkdə davam etmiş və ona qarşı müqavimət göstərməyə cəhd etmişdir. O, Anarın müqavimətini qıra bilmədiyi üçün onun sifəti ndən və başından yenə yumruqla iki-üç dəfə zərbə vurmuş və Məhkum ip gətirməsini tapşıraraq A.Balayevin əlini bağlayıb onu öldürəcəyini demişdir. Bunu eşidən Ramella Anarın ona, yəni X4a əl-qol atmaqla ona müqavimət göstərdiyini görüb mətbəxdən tikintidə istifadə olunan ipi gətirmiş, sonra isə onun təklifi ilə Anarın sinəsində birləşdirilmiş əllərini iplə bağlamış, o, isə Anarı döyməkdə davam edərək onu ölümcül hala salmış və sonuncu xırıldamağa başlayanda, o, və Məhkum zərərçəkmişin ölməsini bilmişlər. Bundan sonra onlar nə edəcəklərini düşünərək, polis orqanına guya ki, Anarın evə girərək Ramellanı zorlamaq istədiyini, bu zaman onun, yəni X4un evə gələrək Anarı döyməsi və əl-qolunu bağlaması barədə məlumat vermək barədə razılığa gəlmişlər. Bundan sonra o, Quba RPŞ-də təhqiqatçı vəzifəsin də işləyən Namik Umudova və DİN-nin 102 xidmətinə zəng edərək evinə tanımadığı şəxsin gəldiyini, arvadı Ramellanı zorlamaq istəyən zaman həmin şəxsi tutaraq döydüyünü və əl-qolunu bağlaması barədə məlumat vermişdir. Daha sonra Ramella ilə hadisəni polislərə hadisəni necə təsvir edəcəklərini düşünüb ona əynindəki xalatın ətək hissəsini bir neçə yerdən cırmasını, polislər gələndə, polislərə guya ki, Anarın onu zorlamaq istəyən zaman bıçaqla xalatını cırdığını bildirməsini təklif etmiş, Məhkum da onunla razılaşaraq əli ilə xalatının ətəyini bir neçə yerdən cırmışdır. Bir neçə dəqiqə sonra ona polisdən zəng gəlmiş, polis əməkdaşı ona yola qabaqlarına çıxmağı xahiş etmiş və o, Ramella ilə birlikdə Anarın can verən, ölümcül vəziyyətdə olan bədənini dəhlizə qapının ağzına qoymuş, Anarın ağzının q anını yumaq üçün ağzına su tökmüş, Ramellaya həyətdə gözləməsini demiş, özü isə polislərin qabağına getmişdir. Polis əməkdaşları gələn zaman onlara Anarın arvadını zorlamaq istədiyini və onu döyərək əlqolunu bağladığını bildirmişdir. Məhkəmə iclasında Məhkum da özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək X4un ifadələrinə uyğun ifadələr vermiş və eynilə göstərmişdir ki, X26 tərəfindən döyülməsi zaman X8ın ərinə müqavimət göstərməsini görüb ona köməklik göstərməsi üçün X8ın əl-qolunun iplə bağlamağa, bununla da onun müqavimətini qırmağa köməklik göstərmiş, zərərçəkmişin öldüyünü gördükdə isə, X4la birlikdə polis orqanına guya X8ın evə gələrək onu zorlamaq istəməsi, X4in isə bunu görərək onun əl-qolunu bağlaması və döyməsi barədə məlumat vermələrinə dair razılığa gəlmişlər. G öründüyü kimi, Məhkum X8in xüsusi amansızlıqla qəsdən öldürülməsinə yönələn, qəsdə adam öldürmə cinayətinin obyektiv cəhətinə aid olan heç bir hərəkət etməsə də, yəni zərərçəkmişi döyməməklə ona heç bir xəsarət yetirməsə də X4 tərəfindən həmin cinayətin törədilməsi prosesində sonuncuya qoşularaq zərər çəkmiş şəxsin müqaviəmtini qırmaqdan ötrü yuxarıda təsvir edilmiş əməlləri törətmiş, bununla da cinayətin başa çatdırılması üçün əlverişli şərait yaradaraq özünün də daxil olduğu bir qrup şəxs tərəfindən X8in qəsdən həyatdan məhrum edilməsində icraçı qismində işqtirak etmişdir. Bununla yanaşı, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki halların əsasına qoyulmuş həm məhkumların, həm də iş üzrə şahid qismində dindirilmiş polis əməkdalarının i fadələri ilə, habelə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla dəqiqliklə müəyyən edilir ki, Məhkum X4la qrup şəklində X8i xüsusi amansızlıqla qətlə yetirdikdən sonra sonuncunun guya onu zorlamağa cəhd etməsi barədə polis orqanlarına bilə-bilə yalan məlumat vermiş və həmin məlumatın həqiqətə uyğun olması görüntüsünü yaratmaq məqsədilə bunun üçün polis əməkdaşlarına məhz özünün X4la birlikdə yaratdığı süni sübutlar təqdim etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum 24 noyabr 2017-ci il tarixdə törətdiyi əməllərin bir qrup şəxs tərəfindən, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürmə və süni sübutlar yaratmaqla bilə-bilə yalan xəbərçilik etmə kimi qiymətləndirilməsi, həmin əməllərin isə CM-nin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə tövsif edilməsi həm araşdırılmış sübutlara əsasən işin faktiki hallarına, həm cinayət qanunvericiliyi normalarının aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına tam uyğundur. Belə ki, CM-nin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 32.2-ci maddəsinin tələblərinə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cina yəti törətmiş şəxs icraçı sayılır. CM-nin 34.1-ci maddəsində təsbit edilmişdir ki, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında cinayətin iştirakçılıqla törədilməsi hallarına şərh verilərkən göstərilmişdir ki, kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mö vcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Qərarda daha sonra qeyd edilmişdir ki, icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əl amətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sı ğortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. CM-nin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcada n razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. Sadalanan maddələrin məzmunu cinayətin qabaqcadan razılaşmadan iki və ya daha çox icraçı tərəfindən icra edilməsinin yalnız bir qrup şəxs tərəfindən törədilmiş cinayətin əlaməti kimi təsbit edilməsini söyləməyə imkan verir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə izah edlmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (c inayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Plenumun mövqeyinə görə, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də c inayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qərarın 13-cü bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 120.2.9cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özü ndən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə kollegiyası Məhkum əməllərinin CM-nin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri qənaətlə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin qənaət məhz məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusuna, habelə sübut etməyə dair qanunun tələblərinə, cinayət mühakimə icraatının prinsip və şərtlərinə, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətində irəli sürülmüş apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayaraq hesab edir ki, müraciət müəllifi işin faktiki hallarından deyil, öz mülahizələrindən çıxış etsə də, bu mülahizələrin arxasında hər hansı bir sübut dayanmır və onlar mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Həmçinin məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə də münasbət bildirərək qeyd edir ki, səxsə bəraət verilməsi ilə bağlı məsələlər CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ci nayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hər hansı bir hal mövcud deyil. Kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın ağır olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci və apellyasya instansiyası məhkəmələri tərəfindən cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün t ətbiq edilib-edilməməsi məsələsini də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiyaya məhkəməsi bu məsələni də həll edərkən cəza təyinin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin 8, 41, 58, 59, 61 və 65-ci maddələrinin tələblərinə əməl etmiş, iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə aldığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiyası məhkəməsi tərəfindən məhkuma təyin olunmuş cəzanın növünə və həddinə dair həmin məhkəmənin gəldiyi nəticə ilə qismən razılaşaraq ona cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaltmışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhk um müdafiəçisi R.M.Mirmehdizadə tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi haqda müdafiəçi R.M.Mirmehdizadənin, həmin müraciətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9 və 296.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1110/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1110/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver