Məhkəmə qərarları › İş №1(102)-1134/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1134/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1134/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum və onun müdafiəçisi – XXX25nun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafi əsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1996-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan4-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar tam toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Bayramov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza və birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası tam toplanılmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Kərimov, hakimlər Ş.Y.Yusifov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 131.2-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, ona həmin maddələrlə cəza təyin edilməmiş, Məhkum dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum qanunsuz olaraq soyuq silah əldə edib üzərində saxlamaqla gəzdirmiş və qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum xx xx xx 2019-cu il tarixdə saat 19 radələrində ünvan5nın arxasında şəxsi münasibətlər zəminində aralarındakı narazılıq səbəbindən Zərərçəkmiş şəxs yanındakı istintaqla şəxsiyyətləri müəyyən edilməmiş və barələrində cinayət işi ayrılmış 3 nəfər şəxsin əllərində olan beysbol ağacı ilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirdiklərindən, əlində olan və istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona nazik bağırsaq ilgəyinin eventrasiyası (bayıra çıxması), nazik bağırsaq və ilgəklərinin zədələnməsi ilə müşayiət edilən qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət və həyat üçün təhlükə li olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə müəyyən etmişdir ki, hadisə günü Məhkum Zərərçəkmiş şəxsla rastlaşdıqda araralarında münaqişə baş vermiş, həmin vaxt Zərərçəkmiş şəxs yanında olan 3 nəfər şəxs əllərində beysbol ağacı ilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmələri səbəbindən üzərində gəsdirdiyi bıçağı əlində saxlamaqla onlardan qaçarkən pilləkənlardan yıxılmış, onu təqib edən Zərərçəkmiş şəxs da pilləkənlardan onun üstünə yıxılmış, bu zaman yerində fırlandıqda əlindəki bıçaq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarın nahiyəsinə btmış, bunun nəticəsində Məhkum ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Təsvir olunan hallara görə apellyasiya instansiyası məhkəməsi 28 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş əməlini Cinayət Məcəlləsinin həmin maddəsindən 131.2-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin birinci qərarını ləğv edib cinayət işini yeni apellyasiya baxışına təyin edərkən 19 oktyabr 2021-ci il tarixli qərarında məhkəmələr tərəfindən Məhkumyə xəsarət yetirən şəxslərin qanunsuz əməllərindən zəruri müdafiəsi üçün əsasların olub-olmaması məsələsinin araşdırılmadığını xüsusilə qeyd etdiyi halda, apellyasiya instansiyası məhkəməsi yen i apellyasiya baxışının yekununda sübutların ziddinə olaraq Məhkum CMin 126.1-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin maddədən ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmanı nəzərdə tutuan CM-in 131.2-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslara Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin düzgün olmayaraq ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi tövsif olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhk əmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cina yət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutula n tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı kassasiya protestində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin birinci (17 noyabr 2020-ci il tarixli) qərarını müdafiəçinin kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmələr tərəfindən Məhkum xəsarət yetirən şəxslərin qanunsuz hərəkətlərindən zəruri müdafiəsi üçün əsasların olub-olmaması məsələsi araşdırılmamışdır. Yeni məhkəmə bax ışının yekununda isə apellyasiya instansiyası məhkəməsi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərəri zəruri müdafiə həddini aşmaqla deyil, ehtiyatsızlıqdan yetirməsi haqqında nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması (qərarda məhkəmələr tərəfindən zəruri müdafiə üçün əsasların olub-olmaması məsələsinin araşdırılmamasının xüsusilə vurğulanması) apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nətic ələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Odur ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Məhkumnin əməlinin hüquqi tövsifi ilə bağlı məsələdə yanlış nəticəyə gəldiyini göstərən əsas kimi Ali Məhkəmənin Cinayət kollegiyasının 19 oktybar 2021-ci il tarixli qərarına istinad edilməsi əsaslı mövqe kimi qiymətləndirilə bilməz. Məhkumnin əməlinin zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma deyil, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməsinin mahiyyətcə düzgün olub-olmaması məsələsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsində “özünü müdafiə edənin və y a başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. CM-in 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-in 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi cinayət qanunu şəxsin özünü və ya başqa şəxsələri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqularını, döv lətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur. Müdafiə olunmaq hüququ dedikdə isə, şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb-qurtarması deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlər ilə qarşılıq verməsi (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Bu səbəbdən zəruri müdafiə həddini aşmaqla törədilən əməl, o cümlədən Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma bu maddənin dispozisiyasında və CM-in 36.3-cü maddəsində birbaşa təsbit edildiyi kimi subyektiv cəhətdən yalnız qəsdən törədilmiş olmalıdır. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs yanında olan digər 3 nəfər şəxsin ictimai təhlükəli qəsdinə məruz qaldığını inkar etmir. Həqiqətən də, hətta cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama görə 01 dekabr sentyabr 2019-cu ildə saat 19 radələrində Zərərçəkmiş şəxs yanında olan barələrində cinayət işi ayrılmış 3 nəfər şəxs beysbol ağacı ilə hücum edib Məhkum xəsarətlər yetirdikdən sonra Məhkum bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurduğu bir zərbə ilə sonuncunun sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. Dövlət ittihamçısının istinad etdiyi əsas dəlil odur ki, Məhkum Zərərçəkmiş şəxs onun yanında olan şəxslərin hücumuna uğradığına görə qəsdən bıçaqla qarın nahiyəsindən vurmuşdur (yəni bu şəkildə özünü müdafiə etmişdir). Lakin, dövlət ittihamçısının mülahizəsi işin faktiki halları ilə uzlaşmır. Belə ki, apellyasiya instansiya sı məhkəməsi kassasiya protestində göstərilənlərin əksinə olaraq, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq tədqiq edib qiymətləndirdiyi sübutların məcmusuna əsasən işin faktiki halları qismində onu müəyyən etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs yanında olan şəxslərin hücumuna məruz qaldıqda üzərində olan bıçağı nümayiş etdirsə də, o, hücum edənlərə aktiv şəkildə qarşılıq verməklə müdafiə olunmamışdır. Əksinə, ictimai təhlükəli qəsdən qurtulmaq üçün qaçmağa başlamış, lakin pilləkənlardan düşərkən yerə yıxılmışdır. Bu zaman əlindəki bıçaqla yerində fırlandıqda onu n arxasınca qaçan Zərərçəkmiş şəxs da həmin pilləkənlardan onun üstünə yıxılmış və bu anda bıçaq Zərərçəkmiş şəxs qarnına batmışdır. Hadisənin məhz bu cür baş verdiyini, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin qəsdən deyil, Məhkumnin ehtiyatsızlığından yetirildiyini təqsirləndirilən şəxslə yanaşı zərəçəkmiş Zərərçəkmiş şəxs da ibtidai istintaqdan başlayaraq verdiyi bütün ifadələrində təsdiq etmişdir. Məhkəmədə baxılmış digər sübutlarla, o cümlədən Şahid2, Şahid3, Şahid4, Şahid1 ifadələri ilə əməlin ehtiyatsızlıqdan törədilməsi təkzib edilməmişdir (sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir olunduğundan, müdafiəçinin apellyasiya şikayəti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv, tam və hərətərfli araşdırılıb, onların həqiqi məzmununa uyğu n şəkildə şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən “cinayətkərcasına özünəgüvənmə və ya cinayətkərcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətszilik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır”. CM-in 26.3-cü maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur”. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət məsuliyyəti yaradan əməl olaraq məhz Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 126.1-ci maddəsindən qeyd olunan maddəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə düzgün tövsif olunduğundan, eyni zamanda apellyasiya məhkəməsi tərəfində n cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı məsələlər Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə və Cinayət-Prosessual Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq düzgün həll olunduğundan, Məhkumnin təqsirli bilindiyi CM-in 131.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum həmin maddələrlə cəzanın təyin edilməməsi də qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. O dur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair Məhkum və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar