Məhkəmə qərarları › İş №1(102)-114/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-114/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-114/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fərid Mübariz oğlu) xx xxxx 1979-cu ildə Əfqanıstan İslam Respublikası, Kabul şəhərində anadan olmuş, həmin ölkənin vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri ünvan1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 127.2.3-cü maddəsi ilə 02 il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum oğlu təqsirli bilinmişdir, ona görə ki, o, Məhkum 04 iyun 2018-ci il tarixdə saat 06 radələrində X6 idarə etdiyi “Mercedes” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobildə ünvan 2 ünvanda yerləşən “Ankara” şadlıq sarayının yaxınlığına birlikdə gəldikləri Zərərçəkmiş şəxs, X4 və X5, eləcə də X10 və X11 adlı şəxslərin orada avtomobildən düşüb sürücüyə gediş haqqını ödəmədən getdiklərini görüb onların ünvanına təhqiramiz söyüşlü ifadələr işlətmək lə sürücünün pulunu ödəmələrini tələb etdikdə həmin şəxslərin kobud cavab qaytarmalarını cüzi səbəb kimi bəhanə edib avtomobildən düşərək onlarla mübahisə yaradıb bir neçə dəfə üzərlərinə cumaraq sağ əlində tiyəsi açıq vəziyyətdə tutduğu istintaqla müəyyən edilməmiş bıçağı nümayiş etdirib onların ünvanına nalayiq ifadələr işlədib söyməkdə davam edərək ətrafdakı şəxslərin gözü qarşısında dalaşıb həmin küçədə piyada hərəkət edən şəxslərin hərəkətini məhdudlaşdıraraq onların narahatçılığına səbəb olub bıçaqdan silah qismində istifadə olunan əşya kimi istifadə etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. X16 həmin şəxslərə Məhkum (X12) içkili olduğunu və baş qoşmamağı dey ib onu idarə etdiyi avtomobilə əyləşdirib hərəkətə başlayan vaxt o, avtomobilin şüşəsi açıq pəncərəsindən gövdəsini çölə çıxararaq nalayiq ifadələr işlədib insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlindəki həmin bıçaqla avtomobilin yanından keçən Zərərçəkmiş şəxs sağ qol nahiyyəsindən bir dəfə qəsdən vurmaqla zor tətbiq edilməsi ilə müşaiyət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi Abdiyev Rəşad İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Abdiyev Rəşad İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, məhkumun müdafiəçisi Abdiyev Rəşad İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası CPM-nin 386cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə materialların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alımışdır. Daha sonra Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətə əsasən işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərarı ilə Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin ilkin baxış qərarını ləğv etməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarı onu n hüquqlarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsində ilkin baxış iclası tərcüməçinin iştirakı olmadan keçirilmiş, qərarın surəti isə ona gec təqdim olunmuşdur. Tərcüməçinin iştirakı olmadığına görə apellyasiya şikayəti vermə müddətinin nə üçün buraxıldığını anlamamış, buna görə də müddəti buraxmışdır. Həmçinin, xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almışdır. Odur ki, göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin ilkin baxış qərarını ləğv etməklə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apelly asiya məhkəməsinin ilkin baxış qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhk əməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, iş materiallarında, o cümlədən işdə olan prosessual sənədləri bir daha təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə ilkin baxış iclasında baxarkən Azərbaycan Respublikası CPM-nin 26, 92, 99-cu maddələrinin tələblərinə riayət etməməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, Məhkum Əfqanıstan İslam Respublikasının Kabul şəhərində anadan olmaqla həmin ölkənin vətəndaşıdır. Azərbaycan Respublikası CPM-nin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: 26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə e tmək hüququnu izah etmək: 26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək; 26.3. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 26.4. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. İş materiallarından isə görünür ki, apellyasiya şikayətinə apellyasiya məhkəməsində ilkin baxış iclasında baxılarkən Məhkum azərbaycan dilini bilib-bilmədiyi, ilkin baxış iclasında öz ana dilində çıxış etmək niyyətində olub-olmadığı aydınlaşdırılmamış, tərcüməçinin köməyindən istifadə etmək üçün ona şərait yaradılmamış, ilkin baxış iclasında apellyasiya şikayəti vermiş müdafiəçinin iştirakı təmin edilməmiş, həmçinin, qərarın məhkumun ana dilinə tərcümə edilmiş surəti ona təqdim olunmamışdır. Mübahisəsizdir ki, bu cür prosessual pozuntularla qəbul edilmiş qərar qanu ni və əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarı əsassız olduğundan ləğv edilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.18-ci maddəsində göstərilən əsaslarla) kassasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2019-cu il tarixli ilkin baxış qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar