Məhkəmə qərarları › İş №1(102)-1145/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1145/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1145/2024 17.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli 1(101)-108/2021 nömrəli (hakimlər: Paşayev Azər İslah oğlu (sədrliyi ilə), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 2 oktyabr 1993-cü ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi sürücüs ü işləyən, məhkum olunmayan, x rayonu, x kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 144.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Məhkum qarşı CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi, ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçə kmə müddətinin başlanğıcının 9 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması müəyyən edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut məsələləri öz həllini tapmışdır. Hökmdən Təqsirləndirilən şəxs4 müdafiəçisi Bədəlov Emil Nizami oğlu, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Zeynalov Emin Mail oğlu və Abdıyev Rəşad İlqar oğlu, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2023-cü il tarixli 1(103)-19/2023 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkm iş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərini törətmişdir. Belə ki, X4 oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X13 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri yetkinlik yaşına çatmayan 6 yanvar 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məlumat əldə etdikdən sonra tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvlərindən biri olmaqla proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən Təqsirləndirilən şəxs3 21 yanvar 2019-cu il tarixdə saat 15 radələrində görüşmək adı ilə yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs2 x ünvanında yerləşən “Sultanlar” çay evinə çağıraraq, orada olduqları müddətdə Təqsirləndirilən şəxs4 ifşa olunmaması üçün çayxananın digər otağında Zərərçəkmiş şəxs2 gizlənib hadisələrin gedişatını gözləmiş, Təqsirləndirilən şəxs2, x və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri isə əvvəlcədən planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs3 cinayətdə iştirakının ifşa olunmaması və ona qarşı zərərçəkmiş şəxsin şübhələrinin yaranmaması ü çün Təqsirləndirilən şəxs3 sillə ilə vurmuş, daha sonra isə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 sillə ilə vuraraq zor tətbiq edib, dostu olaraq qəbul etdiyi Təqsirləndirilən şəxs3 və özünün sərbəst buraxılmaları qarşılığında həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 42.500 manat təşkil edən 25.000 ABŞ dollar pul verməsini yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələb etmiş, bu məqsədlə sonuncunu iradəsinə zidd olaraq kafedən çölə çıxarıb həyətdə qabaqcadan onları gözləyən və proseslərdə taksi sürücüsü rolunda pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən cinayətkar qrupun digər üzvü Məhkum idarə etdiyi “Opel Vectra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşdirmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə salonuna əyləşdirdikləri Məhkum idarə etdiyi “Opel Vectra” markalı avtomobillə “Sultanlar” çay evinin qarşısından yaşadığı ünvan 2 ünvanının yaxınlığına qanunsuz olaraq gətirib qabaqcadan əlbir olan bir qrup şəxs yetkinlik yaşına çatmayan barəsində adam oğurluğu cinayətini törətmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hədə-qorxu təsiri altında həmin ünvanda yerləşən 150 saylı mənzilinə qalxaraq seyfdə saxlanılan atası Zərərçəkmiş şəxs1 məxsus puldan həmin dövrün məzənnəsinə görə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları pul vəsaitini götürüb həyətə düşərək saat 18 radələrində orada özünün qayıtmasını gözləyən Təqsirləndirilən şəxs2 verdikdən sonra birlikdə “Neftçilər ” metro stansiyasının yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3, Məhkum və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir qədər əvvəl 25.000 ABŞ dolları pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirdikləri halda, yenidən təkrarən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 17.000 manat təşkil edən əlavə 10.000 ABŞ dolları pul verməsini hədə-qorxu ilə tələb etmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 tələb olunan məbləği ödəməyə razılıq verdikdən sonra sərbəst buraxılmış, bundan sonra 25 yanvar 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2lə Bakı şəhəri, Nizami rayonu, “Neft çilər” metro stansiyasının yaxınlığında görüşərək sonuncudan qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar hədə-qorxu ilə tələb etdikləri həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Məhkum Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Maqa” ləqəbli x adlı şəxs və qeyriləri yetkinlik yaşına çatmayan xx xxxxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşitdikdən sonra təkrarən tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 “Maqa” ləqəbli x adlı şəxs şəxsiyyəti istintaqla araşdırılan cinayətkar qrupun digər üzvü ilə birlikdə 03 fevral 2019-cu il tarixdə saat 21 radələrində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 x ünvanında yerləşən yaşadığı evin yaxınlığından guya Təqsirləndirilən şəxs2 tapşırığına əsasən onu qorumaq adı ilə aldadıb taksi avtomaşınına əyləşdirərək Bakı şəhəri, Səbail rayonu, “Sahil” metro stansiyasının yaxınlığında naməlum ünvanda yerləşən müvəqqəti kirayə tutduqları mənzilə gətirməklə qabaqcadan əlbir olan bi r qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmiş, orada Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Maqa” ləqəbli x adlı şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pul verməsini hədə-qorxu ilə tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 həyətdə onları gözləyən və taksi sürücüsü kimi davranış nümayiş etdirən, əslində isə cinayətkar qrupun üzvlərindən biri olmaqla proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən Məhkum idarə etdiyi “Opel Vectra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşdirib onu iradəsinə zidd şəki ldə qanunsuz olaraq saat 24 radələrində Zərərçəkmiş şəxs2 özünün ünvan 5 ünvanında kirayə tutduğu mənzilə gətirmiş və birlikdə mənzilə qalxdıqdan sonra Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 döşəmənin üstünə uzadıb əl və təpik zərbələri ilə vuraraq ona zor tətbiq etməklə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 sərbəst buraxılması qarşılığında həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pul verməsini təkrar hədə-qorxu ilə tələb etmiş və bundan sonra Zərərçəkmiş şəxs2 kirayə tutduğu həmin mənzildəki seyfdən atası Zərərçəkmiş şəxs1 məxsus puldan 15.000 ABŞ dolları pul vəsaitini Təqsirləndirilən şəxs1 və Məhkum təhvil vermiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Mə hkum yenidən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iradəsinə zidd olaraq Məhkum idarə etdiyi “Opel Vectra” markalı taksi avtomobilinə əyləşdirərək Bakı şəhəri Nərimanov rayonu ərazisinə gətirib orada sərbəst buraxmış, bununla da, Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Maqa” ləqəbli x adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda 25.500 manat pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğ v edilməli və məhkuma bəraət verilməlidir. Belə ki, Məhkum hazırki cinayət işi üzrə hər hansı bir əlaqəsi olmamışdır, o, yalnız taksi fəaliyyəti ilə məşğul olmuş, kiməsə hədə-qorxu gəlməmiş, kiminsə oğurlanmasında iştirak etməmiş, cinayət yolu ilə əldə olunmuş puldan ona hər hansı bir miqdar verilməmişdir. Belə olan halda isə, ehtimallar əsasında şəxsə ağır ittiham verilə bilməz və bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə yönəlməlidir. Burada təqsirləndirilən şəxs Məhkum niyyəti hər hansı bir cinayətin törədilməsi olmamış, o, taksi fəaliyyəti göstərərək əziyyətlə halal pul qazanmış, əvvəlcədən hazırlanan hər hansı bir cinayətdə iştirak etməmiş, hər hansı bir işi icra etməmişdir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında digər təqsirləndirilən şəxslə r Məhkum yalnız taksi fəaliyyəti ilə məşğul olmasını, hər hansı bir cinayətin hazırlanmasında və ya törədilməsində iştirakının olmamasını təsdiq etmiş, Zərərçəkmiş şəxs2 də ifadəsində Məhkum tanımadığını, onu taksi sürücüsü kimi bir və ya iki dəfə gördüyünü, X-in ona hədə-qorxu gəlmədiyini, ondan heç nə tələb etmədiyini, Məhkum ona qarşı hər hansı bir hərəkəti, danışığı olmadığını, Məhkum hazırkı cinayət işi ilə əlaqəsi olmadığını, onun yalnız taksi fəaliyyəti ilə məşğul olduğunu, kiminsə oğurlanmasında iştirak etmədiyini bildirmişdir. Belə olan halda onun niyyətinin kiminsə əmlakını əla keçirmək, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək və adam oğurluğu kimi tövsif edilməsi düzgün deyildir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 3 fevral 2023-cü il tarixli qərarını ləğv edərək, məhkuma bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Abdıyev Rəşad İlqar oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2023-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblər inə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edillməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut ları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair m eyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Müdafiəçi kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum onun təqsirli bilindiyi qaba qcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətləri ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının h üdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll o lunarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinay ət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sən ədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuş, həmçinin, Məhkum Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmiş və gəlinən nəticə iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə əsaslandırılmışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Odur ki, Məhkum CM-in 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi, yəni onun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X13 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 barəsində təkrarən adam oğurluğu cinayətini törədərək, təkrar zor tətbiq etməklə və onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə sonuncudan xeyli miqdarda pul alaraq zərərçəkmiş şəxsin atası Zərərçəkmiş şəxs1 məxsus xey li miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmə cinayətlərini törətməsi təqsirləndirilən, zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin ifadələri, üzləşdirmə aparılmasına dair protokolları, rabitə operatorundan əldə edilmiş məlumatları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlar ilə təsdiq olunur. Belə ki, X8 ilə Təqsirləndirilən şəxs2 və Məhkum arasında üzləşdirmə aparılmasına dair protokollardan görünür ki, X8 ifadəsində göstərmiş olduğu xüsusatları – Təqsirləndirilən şəxs2, Məhkum və qeyrilərinin ona zor tətbiq etməklə və hədə-qorxu gəlməklə pul tələb etmələri, buna görə atasına məxsus pulları evdən götürüb qeyd olunan şəxslərə verməsini Təqsirləndirilən şəxs2 və Məhkum üzünə qarşı deyərək bir daha təsd iq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «Azercell» «Telekom», "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş disklərə baxış protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı cinayət hadisələri törədilən müddətlərdə hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**** mobil telefon nömrəsi ilə Məhkum istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri arasında mütəmadi olaraq zənglər və telefon danışıqları olmuşdur. Kassasiya məhkəmə kollegiyası Məhkum yalnız taksi fəaliyyəti ilə məşğul olmasının, hər hansı bir cinayətin hazırlanmasında və ya törədilməsində iştirakının olmasının təsdiq edilmədiyi barədə kassasiya şikayətinin dəlillərini cinayət işi üzrə toplanılmış sübutlarla tam təkzib olduğund an həmin dəlilləri əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində xx.xx.2019-cu il tarixdə o, NZS qəsəbəsində yaşayan, tanışı taksi sürücüsü x-İ gördüyünü, X-ə A-gilin məsələsini danışdığını və onu aldatdıqlarını dediyini, X onu dinləyəndən sonra «hər ikimizin tanıdığımız X-lə görüşək və mən bu məsələni X-ə danışım» dediyini, daha sonra günorta saatlarında X-lə zəngləşib Babək prospektində “X” kafesində X, o, X-in görüşdüyünü, bir daha həmin söhbəti X-ə danışdığını, Aydəmin onu aldatdığını, ona pul vermədiyini dediyini və s, X-in X-dən götürdüyü 5.000 ABŞ dollarını X-ə verdiyini, X-in 5 min dolları aralarında böldüyünü və həmin puldan 800 ABŞ dolları ona verdiyini, X-in pulu böləndə 800 ABŞ dolları da ayrıca ayırıb bu da, “Çıqana” yəni hamının hörmətli oğlan kimi tanıdığı, türmədə yatıb-çıxmış Bəhruza çatacağını dediyini və s. göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində 2019-cu ilin yanvar ayında X-in X-dən pulu götürəndən sonra «Babək» prospetkində yerləşən kafenin arxasına gəldiyini, orada X x, X və onunla görüşdüyünü, Xin verdiyi 5000 dollarını X-in, X-in və X-in arasında bərabər bölündüyünü, X bir neçə gündən sonra X-i onun yanına gətirməyi, yalandan bir oyun qurmağı və X-i qorxudub ondan pul almağı bildirdiyini, plana əsasən səhəri günü axşam saat 18 radələrində X və X X-i «Sultanlar» çay evinə gətirdiyini və orada oturub çay içdiklərini, həmin ərəfədə plana uyğun olaraq o, və X onların əyləşdikləri kabinetə keçdiyini, orada yalandan səs-küy salmağa başladığını, yalandan Xya bir-iki yumruq vurduqlarını, X-in da yalandan ağlamağa başladığını, sonra X və X kabinetdən çıxıb həyətə düşdüklərini, kafenin qabağında qırmızı rəngli «Opel» markalı, üstündə taksi işarəsi avtomaşını dayandığını, həmin maşını X-in sürdüyünü, X-in taksisində arxada o, X və X əyləşdiyini, sükan arxasında X-in oturduğunu, X-in taksi avtomaşını ilə Günəşli qəsəbəsinə, 62 saylı marşrutun son dayanacağına getdiklərini, X-dən aldıqları 17800 dollar pulun hamısını həmin çay evində x-Ə verdiklərini, X da həmin puldan ona 3500 dollar pul verdiyini, X-ə da 800 dollar pul verdiyini və s. göstərmişdir. X11 də ifadəsində oğurlanmasının “Opel Vectra” markalı avtomobillə həyata keçirildiyini göstərmiş, məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən Zərərçə kmiş şəxs2 hərbi xidmətdə olduğu üçün hadisəni tam xatırlamadığını, lakin ibtidai istintaq zamanı həqiqəti danışaraq düzgün ifadə verdiyini və həmin ifadəni oxuyaraq imzaladığını bildirmişdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum qeyd olunan cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri il ə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ilk dəfə cinayət törətməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərin ə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM 416.1.21) yalnız məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək h esab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar