Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1165/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-haz ırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayev) Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetmədiyinə görə ona bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutu lan cinayət əməllərini törətməkdə təqsiri bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin bаşlаnğıcının 07 fevral 2019-cu il tаrixdən hesаblаnması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.Ə.Camalov və E.İ.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən, tamah niyyətilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti mə lum olan Azərbaycan Respublikası vətəndaşı və şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə olunması, saxlanması və daşınması barədə qabaqcadan razılıq əldə etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti məlum olmayan şəxs tərəfindən Masallı rayonundan Yardımlı rayonuna gedən yolun kənarında Yardımlı rayonu ərazisində “Yardımlı rayonu” sözləri yazılan lövhədən təxminən 100 metr aralıda oturacağın yanında yerdə gizlədilmiş külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 1 kq 730 qram heroni satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmək, saxlamaq və cinayətkar qrupun müəyyən e dilməmiş üzvlərinə çatdırmaq üçün gizlədildiyi yerdən götürərək daşımaqdan ötrü 07 fevral 2019-cu il tarixdə saat 21 radələrində X10un idarə etdiyi “QAZ 3110” markalı AZ ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla əvvəlcədən razılaşdıqları Yardımlı rayonu ərazisindəki həmin yerə gəlib, qeyd olunan külli miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının gəldiyini görüb yerə atarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, həmin vaxt onunla birlikdə əraziyə gəlmiş cinayətkar qrupun digər üzvü hadisə yerindən qaçmış və əraziyə baxış zamanı bir bağlamada qeyd edilən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçis i tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin xitam olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün Məhkum təqsirliliyi məsələsinin həlli üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum və qeyrisinin tutulması ilə əlaqədar keçirilmiş əməliyyat tədbirində iştirak etmiş hal şahidləri X6 və X4 Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olmaqla hərbi rütbə daşımış və qanunvericiliyin tələblərinə müvafiq olaraq onlar ha şahidi kimi tədbirdə iştirak edə bilməzdilər. Həmçinin, həmin hal şahidlə rinin əməliyyat tədbirinin keçirilməsinə dair tərtib olunmuş protokolda imzaları saxtalaşdırılmış, bu barədə məhkəmə xətşünaslıq ekspertizasının rəyi alınaraq cinayət işinə əlavə edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, narkotik vasitənin götürülməsinə dair ilkin sənədləşmə 07 fevral 2019-cu il tarixdə saat 21:30-da başlamaqla həmin gün saat 22:10-da başa çatmışdır. Eyni zamanda ilkin sənədləşmələrdən görünür ki, həmin gün hadisə yerində narkotikin aşkar edilməsindən 5 dəqiqə sonra hadisə yerindən 40-45 km aralıda yerləşən 3-cü sərhəd zastavasının inzibati binasında narkotikə baxış keçirilmişdir. Müdafiəçi hesab edir ki, bütün bunlar ibtidai araşdırma orqanının və əməliyyatı həyata keçirən vəzifəli şəxslərin qanunsuz hərəkətləri olmaqla təqsirləndirilən şəxs Məhkum edilməs i üçün sübut kimi istifadə edilə bilməz. Müdafiəçinin fikrincə, apelyasiya instansiyası məhkəməsi baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılaraq qeyd edilən qanun pozuntularının məhkəmədə təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Ə.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində müdafiə etdiyi şəxsin əməllərində ona istinad edilən cinayətin tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.1-ci maddəs ində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: - 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; -234.4.3. külli miqdarda törədildikdə cinayə t məsuliyyəti nəzərdə tutulur və beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tö vsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi b axımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandı ra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırı lmış və sübuta yetirilmiş olmalıdır... Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, Məhkum istinad edilən cinayətin tərkibinin olmaması barədə kassasiya şikayətinə ilk növbədə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barədə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum tərəfindən qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum əməlini başa çatmış cinayət kimi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinin şə rhini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 27-ci maddəsinin tələbinə görə: “27.1 Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. 27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. 27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.” Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamış dırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birincisi əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Cinayət etməyə cəhddə törədilməsi əvvəlcədən qət edilən cinayətin faktiki edilməsinə başlanır. Cinayət qanunu ilə qorunan ictimai münasibətlər qismən ziyan çəkmiş olur. Cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti əməlin başa çatmamasında ifadə olunur. Qanunun belə mövqeyi onu göstərir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətlərdən fərqləndi rilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə, ümumiyyətlə nəticə olmur. “Cinayətə cəhd nəticəsiz cinayətdir” dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Bəzən cinayətə cəhddə yol verilən hərəkətlər cinayəti başa çatdırmasa da, müəyyən nəticələr doğura bilər. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Şəxs hərəkətinin (hərəkətsizliyinin) müəyyən cinayət törətməyə yönəldiyini dərk edir və cinayəti başa çatdırmağı arzu edir. Əgər şəxs “maddi cinayəti” törətməyə cəhd edirsə, onun qəsdinin məzmununu ictimai təhlükəli nəticənin baş verəcəyini əvvəlcədən görməsi və belə nəticənin baş verməsini arzu etməsi əhatə edəcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum ibtidai ara şdırma orqanına məlum olan şəxslə cinayət əlaqəsinə girərək iş üzrə maddi sübut kimi götürülmüş təmiz halda çəkisi 1 kq 730 qram heroni satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmək, saxlamaq və daşımaqdan ötrü 07 fevral 2019-cu il tarixdə saat 21 radələrində həmin şəxsin idarə etdiyi “QAZ 3110” markalı AZ ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla əvvəlcədən razılaşdıqları Yardımlı rayonu ərazisindəki həmin yerə gəlməsi barədə düzgün nəticəyə gəlsələr də, həmin narkotik vasitələri aşkar olunan yerə qoyan istintaqa məlum olmayan şəxslərlə Məhkum cinayət əlaqəsində olması barədə mötəbər sübutlara istinad etməmişlər. İş materiallarından görünür ki, Məhkum qeyd olunan külli miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçir ilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, həmin vaxt onunla birlikdə əraziyə gəlmiş cinayətkar qrupun digər üzvü hadisə yerindən qaçmış və əraziyə baxış zamanı bir bağlamada qeyd edilən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən toplanılan sübutlara və birinci instansiya və apelyasiya instansiyası məhkəmə baxışları zamanı müəyyən edilmiş hallara əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qəsdən qanunsuz olaraq bilavasitə əldə olunmasına yönəldilmiş qəsdən edilən əməlini onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, narkotik vasit ələri iradəsindən asılı olmayaraq əldə edə bilməyən Məhkum başa çatmış cinayəti törətmiş şəxs kimi CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham və məhkum edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onla rın kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərini cinayət işinin materialları və qanunvericiliyin istinad edilən normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyələrin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, Məhkum tamah niyyətilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə olunması, saxlanması və daşınması cinayətini başa çatdırması iş materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “tamah niyyətilə, yəni qazanc əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, külli miqdarda narkoti k vasitənin satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasına cəhd etməsi” iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən, CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilməli və Məhkum həmin maddələrlə cəzalandırılmalıdır. CM-nin 63.3-cü maddəsinə əsasən “Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.” Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə o lunmasını cəzanı yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarının dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrinə tövsif olunmasını qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhku m əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1165/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1165/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver