Məhkəmə qərarları › İş №1(102)-1189/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçiləri İbayev Şamxal Məhəmməd oğlunun, Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx xxx il tarixdə Saatlı rayonunun Krasnoselsk kəndində (Qara Nuru kəndi) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta t əhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum X kəndində 2020-ci ilin əvvəllərindən başlayaraq qonuşusu X13 öz istifadəsində olan “x” markalı “az **-BF-***” qeydiyyat nişanlı yük avtomobilini yaşadıqları küçədə yüklü idarə etməsi nəticəsində yolun yararsız hala düşməsi, yaşadıqları evi silkələməsinə görə bildirdiyi irad səbəbindən, 06 mart 2020-ci ildə saat 15 radələrində Saatlı rayonu X kəndinin mərkə zində sonuncunun atası X5 alkoqollu içkinin təsiri nəticəsində sərxoş halda kütlə içərisində Məhkum ünvanına nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsi, daha sonra isə işlətdiyi ifadələrə görə üzr istəməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb onu qəsdən öldürmək qərarma gəlmiş və öz cinayətkar niyyətini həyata keçirmək üçün 07 mart 2020-ci il tarixdə həmin gün əvvəlcədən həmkəndlisi X1 qəssabxanasmdan gizlincə əldə edərək üstündə gəzdirdiyi mətbəx bıçağı ilə X22un öz qohumları və tanışları ilə spirtli içki məclisi təşkil etdiyi x kənd sakini X6 məxsus kafeyə gəlmiş, saat 13 radələrində X22 siqaret çəkmək üçün kafenin həyətinə çıxdıqda qəflətən ona tərəf qaçmış, kafenin həyətində toplanmış digər şəxslərin hadisənin qarşısını almaq ü çün saxlamaq cəhdlərinə baxmayaraq, sonuncunu qəsdən öldürmək məqsədi ilə kafenin qarşısındakı bağçada sağ əlində tutduğu mətbəx bıçağı ilə döş qəfəsinin sol yan hissəsindən bir dəfə vuraraq, ona döş qəfəsinin sol yan səthində, sol qoltuqaltı xətt üzrə 56-cı qabırğa səviyyəsində döş boşluğuna daxil olan, sol ağciyərin orta payını, ürək kisəsini, qabırğaarası arteriya və venanı yaralayan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd yara xəsarəti yetirmiş, X22 tibbi yardım üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən döş boşluğuna daxil olan yaranın təsirindən baş vermiş kəskin qanitirmə nəticəsində yolda öldüyündən X14 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən məhkumun müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlu, zərər çəkmi ş şəxsin hüquqi varisi X16 və nümayəndəsi X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 25 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X16 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apell yasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X16 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırki cinayət işi üzrə onun qardaşı X21 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və sonuncu işə baxan hakimlərin şəxsi marağlarına əsasən onunla, yəni X17la (kassatorla) əvəz olunmuş. X16un fikrincə, onun qardaşı X9 hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində hökm çıxarılarkən, onun iştirakı təmin edilməmiş, halbuki o, məhkəmə prosesindən əvvəl məhkəməyə teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə onun vəsatətinə heç bir münasibət bildirməyərək məhkəmə iclasını davam etmiş və onun iştirakı olmadan hökm çıxarmışdır. Həmçinin kassasiya şikayətinin müəllifi bildirir ki, birinci instansiya məhkəməsində iş üzrə düzgün araşdırma aparılmamış, işin faktiki halları düzgün müəyyən edilməmiş və məhkumun atası X18 cinayətin törədilməsində təhrikçi olmuş, lakin məhkəmələr buna qiymət verməmişlər. Bundan başqa, iş üzrə kifayət qədər ağırlaşdırıcı halların olmasına baxmayaraq məhkəmə Məhkum həddindən artıq yüngül cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq zərər çəkmiş şəxsin hüquqi varisi X16 apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X16 isə naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçilərin bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X16un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına v ə hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxsin hüquqi varisi X16 birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılması zamanı faktiki olaraq təqdim olunmuş sübutların məhkəmələr tərəfindən tədqiq edilməməsini, həmin sübutlara düzgün qiymət verilməməsini, onun qardaşı X10 hüquqularının pozulmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilmə li olması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2-ci və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi X16un kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktın a münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı top lanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin, h abelə ölmüş zərərçəkmişlərin hüquqi varislərinin bütün hüquqlarının təmin edilməsini, onlara cinayət prosesində iştirak etmək üçün zəruri şəraitin, bu zaman sonuncuların öz prosessual hüquqlarından tam şəkildə istifadə etmələri üçün imkanların yaradılmasını, digər tərəfdən isə cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətlərə yol verməmələrini ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasın a dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi kimi X21 ilə yanaşı X19 da tanınmış, məhkəmə iclasında sonuncuya CPM-nin 106.5-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-nin 87.6 və 87.7-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələr izah olunmuş, o, məhkəmə iclaslarında ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmişdir. 25 noyabr 2020-ci ildə məhkəməyə ünvanlandığı teleqramında x17 mərhum atasının əsas hüquqi varisinin - qardaşı X21 olduğunu, onun hazırda hərbi əməliyyatlar aparılmış bölgədə hərbi xidmətdə olduğunu, x o nun, yəni X11 zərərçəkmişin hüquqi varisi kimi məhkəmə prosesində iştirakına etiraz etdiyini və bunun üçün 26 noyabr 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materiallarının tədqiqindən müəyyən olunur ki, ibtidai istintaq zamanı zərər çəkmişin hüquqi varisi qismində X21 tanınmış və cinayət təqibinin ibtidai araşdırma mərhələsində bu prosessual şəxsə mənsub olan hüquqları o, həyata keçirmişdir. Cinayət işi mahiyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra, X17 vətən müharibəsinə iştirak etdiyinə görə onun qardaşı X17 ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq məhkəmədə həmin prosessual şəxs qismində iştirak etmişdir. Bununla belə, birinci instansiya məhkəməsi X17un yuxarıda göstərilən məzmunda teleqramına əhəmiyyət vermədən, həmin teleqramda əksini tapmış vəsatəti müzakirə etmədən, digər tərəfdən X17a məhkəmə çıxışlarında iştirak etmək üçün imkan yaratmayaraq, yəni faktiki olaraq onun bu hüququnu pozaraq 26 noyabr 2020-ci il tarixdə məhkəmə iclasını sonuncunun iştirakı olmadan keçirib məhkəmə baxışını yekunlaşdırmış və iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Beləliklə də müəyyən olunur ki, məhkəmə tərəfindən X16 və X17lara ölmüş zərər çəkmiş şəxsin hüquqi varisləri kimi məhkəmə iclasında iştirak etmək və CPM-də həmin prosessual statusa malik olan şəxsə münasibətdə nəzərdə tutulmuş digər hüquqlarını reallaşdırmaq imkanları təmin edilməmişdir. Belə ki, CPM-nin 106.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qoh umun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varisi qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir. CPM-nin 106.5-ci maddəsinə görə, zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Cinayət prosesində zərər çəkmiş şəxsin hüquqları isə CPM-nin 87. 6-cı maddəsində nəzərdə tutulmuşdur. CPM-nin 340.1-ci maddəsinə əsasən məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir. Beləliklə də müəyyən olunur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli məhkəmə baxışı iclasında məhkəmə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisləri arasında yaranmış olan mübahisəni həll etmədən və bundan əlavə istər X16a, istərsə də E.P.Qardaşova məhkəmə çıxışlarında iştirak etmək, məhkəmədə vəsatətlər qaldırmaq və digər hüquqlarını həyata keçirmək imkanlarını təmin etməyərək CPM-nin yuxarıda göstərilən normalarının tələblərinin kodud pozuntusuna yol verilmişdir. CPM-nin 391.8.9-cu maddəsinin tələblərinə görə isə, birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunvericiliyinin tələblərin ə əməl etməklə haqlı olaraq ölmüş zərər çəkmiş şəxsin hüquqi varisləri arasında yaranmış mübahisənin məhkəmə tərəfindən həll edilməməsini, onlardan birinin – X16un məhkəmə iclasının təxirə salınması barədə vəsadətinin təmin edilməməsini, zərəçəkmiş şəxsi məhkəmədə təmsil edən hüquqi varisinə məhkəmədə vəsatətlər təqdim etmək, məhkəmə baxışında çıxış etmək və iş üzrə müzakirə edilən məsələlərə münasibətini bildirmək hüquqlarının pozulmasını nəzərə alaraq belə pozuntuların fövqündə məhkəmə baxışının yekunlaşmasını kobud pozuntu kimi qiymətləndirmiş və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməli olmasının əsası kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya instasniya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə düzgündür, qanunidir və onun şü bhə altına alınması üçün əsas yoxudur. Belə olan halda, məhkəmə kollegiyası məhkəmələr tərəfindən sübutlara və sübut etməyə dair qanunvericiliyinin tələblərinə əməl edilib-edilməməsi məsələsinin yoxlanılmasına və Məhkum təyin olunmuş cəzanın yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlilə münasibət bildirilməsinə zərurət görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilərin və dövlət ittihamçısının çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X16un kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı isə də yişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar