Məhkəmə qərarları › İş №1(102)-120/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-120/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-120/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X20 oğlunun və mülki iddiaçının nümayəndəsi Məmmədov Araz Çingiz oğlunun iştirakları ilə, Məhkum Azərbay can Respublikası CM-nin 192.1 və 213.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi İlham Əmirəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim T.Ə.Qurbanov) Məhkum- 05 iyul 1969-cu il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, Bakı şəhəri, ünvan1da yaşayan, Bakı ş əhəri Qaradağ Rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və Məhkum cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə mülki iddia təmin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, yəni, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, eləcə də Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə edərək, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərtib edilmiş ittiham aktına əsasən Məhkum Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3aradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağı olan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN:**********) prezidenti X7 ilə vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayə t əlaqəsinə girərək, cəmiyyətin sahibkarlıq fəaliyyətini dövlət vergi orqanlarından gizlətmək məqsədi ilə cəmiyyətin fəaliyyətinin dayandırılmsı barədə dövlət vergi orqanlarını yalan məlumatlandırmış, istehsal sahəsində istifadə olunan elektrik enerjisinin abunəçisi kimi “xxxx” ASC-nin Qaradağ rayon elektrik enerjisi satışı idarəsində öz adını qeyd etdirməklə, özünü cəmiyyətə sahə rəisi vəzifəsinə təyin etdirib, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ö dəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 98, 103, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177, 178, 213, 214, 216.2, 217, 218, 219 və 220,-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02.09.200 2-ci il tarixli 782 nömrəli Fərmanına və həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli Fərmanına əsasən “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” işlərinin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, mişar daşı istehsalı ilə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə etmişdir. Belə ki, Məhkum vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə cəmiyyətdə sahə rəisi vəzifəsində işləyən X7 ilə qabaqcadan əlbir olub c inayət əlaqəsinə girərək, “xxxx” MMC-nin adından 2012-ci ilin 2-ci rübü üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə 51194,00 manat dövriyyədən, 4 faiz dərəcə ilə 2047,76 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 2047,76 manat sadələşdirilmiş vergini, 3-cü rüb üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə 76802,00 manat dövriyyədən, 4 faiz dərəcə ilə 3072,08 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 3072,08 manat sadələşdirilmiş vergini, 4-cü rüb üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə 76825,00 manat dövriyyədən, 4 faiz dərəcə ilə 3073,00 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyann amə təqdim etməyərək, 3073,00 manat sadələşdirilmiş vergini; Bundan başqa, o, 2013-cü il üzrə malların təqdim edilməsindən gəliri 260308,47 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 216923,72 manat, əldə etdiyi mənfəəti 43384,75 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 8676,95 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək, 8676,95 manat mənfəət vergisini; 2014-cü il üzrə malların təqdim edilməsindən gəliri 260308,47 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 216923,72 manat, əldə etdiyi mənfəəti 43384,75 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 8676,95 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək, 8676,95 manat mənfə ət vergisini; Bundan başqa, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında 01.05.2012-ci il tarixdən 01.04.2015-ci il tarixədək olan dövr ərzində 8 ədəd tir (blok) mişar daşı 1 kub.metr olan və cəmi 41888 ədəd tir (blok) mişar daşının istehsalından, hər kub.metrə görə 0,50 manat məbləğində mədən vergisi hesablayıb ödəməli olduğu halda, mədən vergisinin bəyannaməsini təqdim etməyərək, 2618,00 manat mədən vergisini; Bundan başqa, o, 2012-ci ilin 2-ci rübü üzrə tabeçiliyində olan işçilərə verdiyi 1456,85 manat məbləğində əməkhaqqından, dövlət büdcəsinə 203,96 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 203,96 manat m uzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini; 3-cü rüb üzrə tabeçiliyində olan işçilərə verdiyi 2185,14 manat məbləğində əməkhaqqından, dövlət büdcəsinə 305,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 305,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini; 4-cü rüb üzrə tabeçiliyində olan işçilərə verdiyi 2185,21 manat məbləğində əməkhaqqından, dövlət büdcəsinə 305,93 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 305,93 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tu tulan vergini; Bundan başqa, o, cəmiyyətin adından 2013-cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni;aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni az; iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsin i təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqd im etməyərək, 3902,95 manat ƏDV-ni; oktyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etmə yərək, 3906,30 manat ƏDV-ni; 2014-cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim e tməyərək, 3902,95 manat ƏDV-ni; aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 mana t ƏDV-ni; oktyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV -ni; 2015-ci ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat, cəmi 105423,24 manat ƏDV-ni, 8192,79 manat sadələşdirilmiş vergini, 17353,90 manat mənfəət vergisini, 2618,00 manat mədən vergisini, 815,81 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini, ümumilikdə 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə də, Məhkum, X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Bundan başqa, Məhkum X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “xxxx” MMC-nin adından Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi q aydalarının təkmilləşdirilməsi haqqında” 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanına və həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli Fərmanına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında “Dağmədən işləri, dağ və buruq qazmalarının aparılması” işlərinin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və DağMədən Nəzarəti Dövlət Agentliyindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, cəmiyyətin adından Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında mişar daşı istehsalı ilə məşğul olaraq, 2014-cü il üzrə 8678,19 manat, 2015-ci il üzrə 14461,58 manat olmaqla, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmiş ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə etmişdir. Beləliklə də, Məhkum X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə edərək, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), R.K.Səfərov və R.M.Abdulovdan ibarət tərkibdə) 02 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019 -cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi İlham Əmirəliyev tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi İlham Əmirəliyevkassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2018ci il tarixli xxxx/xx saylı rəyinə istinad olunmuş, həmin rəydə də Qaradağ rayonu ərazisində yerləşən "Şahqaya" əhəngdaşı yatağında fəaliyyət götərən "xxxx" MMC-nin daş karxanasında 01.05.2012-ci ildən 01.05.2015-ci il tarixədək olan dövr ərzində istehsal edilən əmtəəlik tir-blokların sayının 9139 ədəd, dəyərinin 182780 manat, bir ədəd tirblokun karxana satış qiymətinin 20 manat olması müəyyən edilmiş, 2014-cü il üçün "Dağmədən işlərinin inkişafı" planına əsasən 60% itgi nəzərdə tutulmuş, 1 ədəd əmtəəlik tirblokun orta bazar karxana satış qiyməti mövsümü xarakterli olaraq təxminən 18-22 manat müəyyən edilmiş, göstərilən məlumatlara əsasən yayındırılmış vergi məbləği 8698.20 (7311.20 manat sadələşdirilmiş vergi, 571,19 manat mədən vergisi, 815.81 manat mömv) manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2017-ci il tarixli 9765 saylı rəyində 02.11.2015-ci il tarixli aktın nəticəsi ilə ekspertiza təqdiqatının nəticəsi arasındakı fərqin "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək 01.01.2016-cı il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000,0 manatdan 200.000,0 manatadək qaldırılmışdır. Bu səbəbdən müəssisəyə ƏDV və mənfəət vergisi hesablanmamışdır. İstehsal həcminin müəyyənləşdirilməsi xüsusi bilik və təcrübə tələb etdiyindən Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı mütəxəssis dəvət edilmiş, mişar daşının satış qiymətinin müəyyən edilməsi üçün həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2018-ci il tarixli xxxx/xx saylı rəyinə münasibətdə bildirmək istəyirik ki, aparıl mış səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza birliyinin mütəxəssisinin rəyinə və Məhkum etirafına əsasən onun fəaliyyəti dövründə 11 ədəd pillənin istismar olunduğu, karxananın iş meydançasının uzunluğu 80 metr, eni 40 metr olmuş, islənmiş pillələrin sayı 22 ədəd bu pillələrdən 11 ədəd yoxlanılan dövrdə yəni 2012-2015-ci illərdə istismar olunmuş, karxanada iş tam dayandığından 1 paqonnu metrdən mişar daşının sayı 2,5 ədəd qəbul edilmiş, "xxxx" MMC-nin istismarında olan daş karxanasında 01.05.2012-ci il tarixdən 01.05.2015-ci il tarixədək olan dövrə 41888 ədəd üzlük tir (blok) istehsal olunması müəyyən olunmuş, karxananın sahə rəisi 1 tirin karxanadan satış qiymətinin 22 AZN olduğunu bildirmiş və qaimə təqdim etmiş, daha sonra ətrafda s atılan karxanaların satış qiymətləri araşdırılmış və "xxxx" MMC-də 1 tirin (blok) karxanadan satış qiyməti 22 AZN olduğu təsdiq edilmişdir. Həmçinin hesablama aparılarkən 10%-lik itgi nəzərə alınmışdır. Bu səbəbdən aparılmış təqdiqatın və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyinin mütəxəssisinin rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini və qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq mülki iddia məbləğinin tam məbləğdə təmin olunması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum tərəfindən 134403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın tutularaq dövlət büdcəsinə öd ənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum ed ilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində mülki iddiasının tam həcmdə təmin olunması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum tərəfindən 134403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın tam məbləğdə tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq dövründə alınmış 07 avqust 2017ci il tarixli 4559 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cinayət işinə məhkəmə baxışı gedişində alınmış 11 iyul 2017-ci il tarixli 9763/64 saylı, 06 sentyabr 2017-ci il tarixli 9765 saylı, və 01 may 2018-ci il tarixli 9888/89 saylı rəylər arasında ziddiyyət vardır. Məhkəmə baxışı gedişi zamanı alınmış rəylər cinayət işinin faktiki vəziyyətinə açıqdan-açığa ziddir. Cinayət işinin materiallarında o lan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza birliyinin mütəxəssisi Kərimov Nazim Məmməd oğlu tərəfindən keçirilmiş baxış nəticəsində tərtib edilmiş rəydə (1-ci cild səh-69-76) göstərilmişdir ki, baxış idarənin müfəttişi Şahid1 və MMC-nin nümayəndəsi Məhkum iştirakı ilə həmin istismar olunmuş ərazinin natirada ölçülməsi, istehsal sahəsinin öyrənilməsi və s. ilə icra edilmişdir. Karxananın iş meydançasının uzunluğu 80 m, eni 40 m, işlənmiş pillələrin sayı 22 ədəddir. Bu pillələrdən 11 ədədi yoxlanlan dövrdə istismar olunmuşdur. Yoxlanılan dövrdə iş rejimi gündə 8 saat, həftədə 5 gün və ildə 255 gün olmuşdur. Tədqiqatın nəticəsinə əsasən: "xxxx" MMC-nin istismarında olan daş karxanasında 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində 41888 ədəd üzlük tir (blok) istehsal olunması müəyyən edildi. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı tədqiq olunmuş ibtidai istitaq gedişində alınmış məhkəmə-mühasibat ekspertizasının 07 aprel 2016-cı il tarixli xxxx nömrəli rəyi ilə “xxxx” MMC-də 134403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və xüsusi razılıq (lisenziya) alınmalı olunduğu halda, belə razılıq (lisenziya) alınmadan, mişar daşı istehsalı ilə məşğul olunaraq, 23139,77 manat məbləğində qanunsuz gəlir əldə edilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə baxışı gedişində alınmış məhkəməmühasibatlıq ekspertizalarının 11 iyul 2017-ci il tarixli 9763/64 saylı, 06 sentyabr 2017-ci il tarixli 9765 saylı, və 01 may 2018-ci il tarixli 9888/89 saylı rəylərində göstərilmişdir ki, "xxxx" MMC-nin "Şahqaya" əhəngdaşı yatağında istismar sahəsində cəmi 22 pillədə daş kəsildiyi, sahənin 2004-cü ildən, yəni 11 il ərzində istismar edildiyini nəzərə alaraq 3 il ərzində 11 pillə deyil 6 pillənin işlənməsi ehtimal olunur. 01 may 2018-ci il tarixli 9888/89 saylı rəydə (həmin rəy “məhkəmə tikinti-texniki ekspertizası”, “tikinti-texniki obyektlərin tədqiqi” və mühasibat uçotu qeydlərinin təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi adlandırılmışdı) göstərilir ki, həmin sahə 2004-cü ildən istismar olunur və 11 il ərzində (2004-2015-ci illər) sahədə cəmi 22 pillə işlənmiş və bu xüsusat Azərekspertiza birliyinin 26.10.2015-ci il tarixli 804 saylı mütəxəssis rəyində və Mərkəzin ekspetlərinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin məsləhətçi-müfəttişinin iştirakı ilə 27.05.2017-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir (cinayət işinin materiallarında həmin baxışın keçirilməsini təsdiq edən hər hansı sübut (akt, protokol) müəyyən edilməmişdir). Bu zaman üst tərəfdə yerləşən pillələrin uzun müddət yağış və qarın təsirindən ovulması aşkar edilmişdir. Belə olan halda, yəni 11 il ərzində 22 pillə daş kəsildiyi halda mütəxəssis rəyində 3 il ərzində 22 pillə deyil, hansı əsasla 11 pillə götürülməsinin heç bir izahı yoxdur. Hazırkı ekspertiza tədqiqatı zamanı pillələrin sayı adi məntiqi riyazi hesablama yolu ilə bir illik 2 ədəd (22:11), 3 illik (01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində) 6 ədəd (3X2) pillənin işlənməsi müəy yən edilmişdir. Digər tərəfdən Qaradağ rayonu ərazisində yerləşən "Şahqaya" əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC-nin Daş Karxanasının 2014-cü il üçün dağ-mədən işlərinin inkişafı planının 3.2-ci bəndində nəzərdə tutulmuş 60% istehsal itkisi Azərekspertiza birliyinin 26.10.2015-ci il tarixli 804 sailı mütəxəssis rəyində nəzərə alınmadığı halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin məsləhətçimüfəttişinin iştirakı ilə tərtib edilmiş 11.07.2017-ci il tarixli 9763/64 saylı rəydə nəzərə alınmışdır. Ekspertlər qeyd edirlər ki, istismar sahəsində cəmi 22 pillədə daş kəsildiyi, sahənin 2004-cü ildən, yəni 11 il ərzində istismar olunmasına baxmayaraq, heç bir səbəb göstərmədən Azərekspertiza birliyinin 26.10.2015-ci il tarixli 804 saylı mütəxəssis rəyində 3 il ərzində (01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində) 11 ədəd pillədə daş kəsildiyini iddia edilməsinin heç bir məntiqi izahı yoxdur. Baxış zamanı həmin sahənin faktiki fəaliyyət göstərmədiyi, kəsilmiş blok tullantıları saxlanılan baxımsız bir sahə olması, pillələrin ümumi sayının 22 ədəd (üst hissədə olan pillələrin ovulması) uzunluğunun 80 m, eninin 40 m olması, sahənin 11 il ərzində istismar edilməsi nəzərə alınmaqla 3 illik (01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində) istismar müddətində 11 pillə deyil 6 pillənin işlənməsi müəyyən edilmiş və 60 % itki nəzərə alınmışdir. Göründüy kimi ibtidai istintaq müddətində təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində "Şahqaya" əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC istismar müddətində 11 pillənin işlənməsi müəyyən edildiyi halda, məhkəmə baxışında təyin edilmiş ekspertizalar 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində istismar müddətində 11 pillə deyil 6 pillənin işlənməsini müəyyən etmişlər, özü də bu zaman ekspertlər “adi məntiqi riyazi hesablama yolu ilə” nəticəyə gəlmişlər. Birinci halda ekspert daşın satış qiymətini 22 manat götürdüyü halda, məhkəmə bsxışında təyin edilmiş ekspertizalar heç bir əsas göstərmədən 20 manat götürmüşlər. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs X7 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Qızıldaş qəsəbəsi Şahqaya daş yatağı ünvanında olan daş karxanası təsisçisi olduğu müəssisəyə məxsus olmuş həmin torpaq sahəsini 2007-ci ildə Bakı şəhəri icra hakimiyyətindən 49 illik müddətə icarəyə götürmüş, icarəyə götürməkdə məqsədi gələcəkdə həmin torpaq sahəsini daş karxanası kimi istifadə etmək olmuşdur. 01 oktyabr 2009-cu il tarixdə isə FHN tərəfindən dağ-mədən işləri görülməsi üçün lisenziya verilmişdir. Belə olduğu halda heç bir mötəbər sübuta istinad etməyən ekspertlər sahənin 2004-cü ildən istismar olunması nəticəsinə mötəbər sübutlarla deyil, özlərinin bildiyi subyektiv mülahizələrlə gəlmişlər. Belə olduğu halda ekspertlərin tətbiq etdiyi “adi məntiqi riyazi hesablama yolu” da elmi bir metod kimi qiymətləndirilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum həm ibtidai istintaq zamanı və həm də birinci instansiya məhkəməsindəki ifadələrində göstərmişdir ki, 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində "xxxx" MMC-yə məxsus "Şahqaya" əhəngdaşı yatağında cahə ustası kimi sahənin istismarına o rəhbərlik etmiş, bu müddət ərzində 11 pillə işlənmiş, hər ayda 5000-6000 ədəd üzlük tir (blok) istehsal olunmuş və onların hər birini 22 manata müxtəlif şəxslərə satmışdır. Bundan başqa Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza birliyinin mütəxəssisi Kərimov Nazim Məmməd oğlu ifadələrində üzlük tir (blok)un satış qiymətini müəyyən edərkən "xxxx" MMC-yə məxsus "Şahqaya" əhəngdaşı yatağına qonşu sahələrdə də sorğu keçirərək digər sahələrdə də üzlük tir (blok)un 22 manata satıldığını müəyyən etmişdir. Məhkum bu ifadəsində göstərdiyi halları cinayət işinin materiallarında təkzib edəcək başqa heç bir sübut müəyyən edilməmişdir. Məhkum audit komissiyasına və ekspertlərə heç bir sənəd təqdim etməsə də, həm ibtidai istintaq müddətində və həm də məhkəmə iclasındakı bütün ifadələrində dəfələrlə yuxarıda göstərilən faktları təsdiq etmişdir. Onun ifadələrində göstərdiyi hallar nəzərə alınarsa 1 il ərzində istehsal olunmuş üzlük tir (blok) sayı (5000 və ya 6000 x 12) 60000 və ya 72000, 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan dövr ərzində istehsal olunmuş üzlük tir (blok)un sayı isə 180000 və ya 216000 olmuşdur. Məhkəmə cubyektiv mülahizələrlə tərtib edilmiş ekspertiza rəylərinə üstünlük verərək nəticəyə gəlmişdir ki, "xxxx" MMC-yə məxsus "Şahqaya" əhəngdaşı yatağında 3 il ərzində cəmi 9139 ədəd üzlük tir (blok) istehsal olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza birliyinin mütəxəssisi Kərimov Nazim Məmməd oğlu tərəfindən tərtib edilmiş rəydə yoxlanılan dövrdə iş rejimi ildə 255 iş günü olduğu göstərilmişdir. Üç il ərzində cəmi 9139 ədəd üzlük tir (blok) istehsal olunduğunu qəbul etsək və 01 may 2012-ci ildən 01.05.2015-ci ilədək olan 3 il dövr ərzində 765 iş günü olduğunu nəzərə alsaq hər iş günü ərzində 11-12 ədəd üzlük tir (blok) istehsal olunduğu nəticəsi meydana çıxır. "xxxx" MMC-yə məxsus "Şahqaya" əhəngdaşı yatağında bir neçə daşkəsən maşının işlədiyi nəzərə alınarsa bu nəticə ağlabatan deyil. Belə olduğu halda Məhkum ifadəsində götərdiyi hallar nəzərə alınmadan verilmiş ekspertiza rəyləri mötəbər, elmi metodlarla alınmış hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər ha nsı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Cinayət işinə birinci instansiyada baxmış Qaradağ rayon məhkəməsi qanunun bu tələbini nəzərə almamış, 07 avqust 2017-ci il tarixli 4559 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş halları, Məhkum ifadələrində göstərdiyi halları nəyə görə nəzərə almadığını qərarında əsaslandırmamış, subyektiv mülahizələrə əsaslanan ekspertiza rəylərinə nəyə görə üstünlük verdiyini də əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtər əfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işi 22 dekabr 2016-cı il tarixdən Qaradağ rayon məhkəməsinin icraatında olmuş və 11 fevral 2019-cu il tarixdə yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması materialları cinayət işinin 4-cü cildinin 1-224-cü səhifələrində və 5-ci cildinin 1-176-cı vərəqlərində toplanılmışdır. Lakin cinayət işi örənilərkən müəyyən edilmişdi r ki, həmin materialların 4-cü cildində 29, 50, 61, 69, 142,143, 163-169, 175, 178, 180,185, 188-193cü səhifələr həmin materiallara əlavə edilməmişdir, 139-143-cü səhifələrdə məhkəmə mühasibatlıq ekspertiza rəyləri düzgün tikilməmiş və rəyin bəzi səhifələri həmin materiallara əlavə edilməmişdir. Məhkəmə sənədlərinin siyahısında isə həmin səhifələrdə birinci instansiya məhkəməsinə aid sənədlərin rəylərin, məktubların, bildirişlərin və s sənədlərin əlavə edildiyi göstərilmişdir. Cinayət işinin 5-ci cildinin 77-ci və 78-ci səhifələri arasında səhifələnməmiş 21 sentyabr 2018-ci il tarixli protokol əlavə edilmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını tam həcmdə araşdırmamış və cinayət işinin materiallarını tam həcmdə, qanunda nəzərdə tutulmuş qaydada səhifələnmiş vəziyyətdə apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Ümumiyyətlə sənədlər siyahısında konkret səhifəsi göstərilməyən 21 sentyabr 2018-ci il tarixli protokolun əlavə edilməsi məhkəmə iclasının keçirilməməsinə və ya formal keçirilməsinə dəlalət edən haldır. Apellyasiya instansiyası məhkəməsi bu halları hərtərəfli araşdırıb hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 391.6.4-cü maddəsinə əsasən cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda apellyasiya instansiyası məhkəməsi c inayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.7-ci maddəsinə əsasən bu Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı hərəkətlər yerinə yetirilir: 391.7.1. apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir; 391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş pozuntuları imkan daxilində aradan qaldırır və cinayət işini, m əhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları apellyasiya şikayətinə və ya apellyasiya protestinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin materiallarının göstərilən çatışmazlığı məhkəmə iclas protokolunun çatışmazlığı kimi qiymətləndirilməlidir. Bu halda apellyasiya instansiyası məhkəməsi göstərilən çatışmazlığın bərpa edilməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarmalı olduğu halda qərar çıxarmamış və özünün 04 aprel 2019-cu il tarixli ilkin baxış qərarı ilə cinayət işinin məhkəmə baxışına təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.4-cü maddəsinə əsasə n məhkəmə bu Məcəllənin 391.6-cı maddəsinin müddəalarını yerinə yetirmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə mülki iddiaçının kassasiya şikayəti hüquqi cəhətdən əsaslı hesab edilir və təmin edilməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli ilkin baxış qərarının və 02 may 2019-cu il tarixli yekun qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci, 416.1.2-ci və 416.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyi ndən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin ilkin və yekun baxış qərarlar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına ilkin baxış mərhələsindən təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 213.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli ilkin baxış qərarı və 02 may 2019-cu il tarixli yekun qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə ilkin baxış mərhələsindən yeni ap

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar