Məhkəmə qərarları › İş №1(102)-1223/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1223/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1223/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və direktoru olmuş, hazırda işləməyən, subay, əvvəllər məhkum olunmamış, Qubadl ı rayonu Əfəndilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 209.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)-2099/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 1(002)11/2023 nömrəli hökmü ilə (hakim T.Ə.Qurbanov) Məhkum - Azərbaycan Respublikası CM-in 209.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinə rək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cu maddəsinə əsasən, onun tutma altında və ev dustaqlığında olduğu 1 (bir) il 5 (beş) ay 7 (yeddi) gün nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. İş üzrə mülki iddia təmin edilərək 1.551.344,51 (bir milyon beş yüz əlli bir min üç yüz qırx dörd manat əlli bir qəpik) manat məbləğində pul Məhkum tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilən, təqsirləndirilən şəxsə məxsus 81 adda yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan malların dəyəri iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğ Məhkum tutulması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)-2099/2023 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.M.Tanrıverdiyev) apelyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 1(002)-11/2023 nömrəli hökmü dəyişdirilmişdir. Azərba ycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqi saxlanılmaqla CM-in 69.3cü maddəsinin tətqibiqinə və müvafiq hesablamalara dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilmiş və 1.501.344,51 (bir milyon beş yüz bir min üç yüz qırx dörd manat əlli bir qəpik) manat məbləğində pul Məhkum tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilməklə təqsirləndirilən şəxsə məxsus 193 və 81 adda gömrük ödənişlərinin predmeti hesab olunan malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin Məhkum tutulması qərara alınmışdır. İş in halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2019-2020-ci illər ərzində hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru qismində nizamnamədə nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq ödənişlərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, tamah niyyəti ilə xüsusilə külli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma məqsədilə xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2019-cu il tarixli müqavilə və 12337 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2020-ci il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və 1007123-1 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2019-cu il tarixli müqavilə və 768259 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə Hollandiyadan, xx.xx.2019-ci il tarixli müqavilə və 200001581A №li xx.xx.2019-cu il tarixli invoys üzrə Polşadan, xx.xx.2019-cu il tarixli müqavilə və 200001581B №li xx.xx.2019-cu il tarixli invoys üzrə İtaliyadan, xx.xx.2019-cu il tarixli müqavilə və Gr_AzFerm 19/01 №li xx.xx.2020-ci il tarixli invoys üzrə Rusiya Federasiyasından və xx.xx.2019-cu il tarixli müqavilə və 9697 №li xx.xx.2019-cu il tarixli invoys üzrə İrlandiyadan idxal etdiyi müxtəlif spirtli içki məhsullarını xx.xx.2019-cu il tarixli **********6785 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4482 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********2629 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6735 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1551 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********3672 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9365 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4545 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********0705 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********1012 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********2705 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********5137 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********5128 sorğu nömrəli olmaqla, cəmi 13 gömrük bəyannaməsi ilə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edərək, **********6785 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 26383,80 manat, aksiz vergisi 77053,50 manat, ƏDV 51709,22 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 155756,62 manat, **********4482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 39159,84 m anat, aksiz vergisi 114452,25 manat, ƏDV 83274,96 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 237497,05 manat, **********2629 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 21099,72 manat, aksiz vergisi 58881,00 manat, ƏDV 47483,34 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 128074,06 manat, **********6735 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 17612,00 manat, aksiz vergisi 51800,00 manat, ƏDV 44122,55 manat, gömrük yığımları 620 manat olmaqla cəmi 114154,55 manat, **********1551 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 19359,60 manat, aksiz vergisi 56940 manat, ƏDV 28890,63 manat, gömrük yığımları 410 manat olmaqla cəmi 105600,23 manat, **********3672 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 15973,20 manat, aksiz vergisi 46980,00 manat, ƏDV 40713, 34 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 104276,54 manat, **********9365 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 5816,45 manat, aksiz vergisi 19388,16 manat, ƏDV 12490,93 manat, gömrük yığımları 250 manat olmaqla cəmi 37945,54 manat, **********4545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 18506,88 manat, aksiz vergisi 27688,50 manat, ƏDV 20808,21 manat, gömrük yığımları 410 manat olmaqla cəmi 67413,59 manat, **********0705 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 18217,20 manat, aksiz vergisi 53580,00 manat, ƏDV 48688,42 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 121095,62 manat, **********1012 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 26048,81 manat, aksiz vergisi 73734,45 manat, ƏDV 57456,67 manat, gömrük yığımları 620 manat olmaqla cə mi 157859,93 manat, **********2705 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aksiz vergisi 90480,00 manat, ƏDV 35508,23 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 126598,23 manat, **********5137 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 9518,08 manat, aksiz vergisi 30711,60 manat, ƏDV 22898,34 manat, gömrük yığımları 400 manat olmaqla cəmi 63528,02 manat və **********5128 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 17113,56 manat, aksiz vergisi 65367,40 manat, ƏDV 48453,67 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 131544,63 manat, ümumilikdə idxal gömrük rüsumları üzrə 234809,14 manat, aksiz vergisi üzrə 767056,86 manat, əlavə dəyər vergisi üzrə 542498,51 manat, gömrük yığımları üzrə 6980 manat gömrük ödənişlərinin hər bir bəyannamə üzrə 1 ay müddətində ödənilməsinə da ir yazılı öhdəlik götürməklə qeyd olunan malların şərti buraxılışının həyata keçirilməsinə və rəhbəri olduğu cəmiyyətin ünvan 3 ünvanındakı anbarına yerləşdirilməsinə nail olmuş, lakin qeyd olunan tarixlərdən keçən müddət ərzində o, götürdüyü öhdəliklərə əməl etməyərək ümumilikdə cəmi xüsusilə külli miqdarda 1.551.344,51 (1 milyon 551 min 344 manat 51 qəpik) manat məbləğində gömrük ödənişlərini büdcəyə ödəməkdən qəsdən yayınmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)-2099/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövl ət ittihamçısı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsinə dair gəlinən nəticə məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bundan başqa, dövlət ittihamçısının fikrincə, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinin tələblərinə əməl etməmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tareixli rəyi ilə 2023-cü ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri 45.780 (qırx beş min yeddi yüz səksən) manat müəyyən edilmiş “Corona Extra” və “Balleys İrish Cream” markalı yararsız hesab edilən alkoqollu içkiləri də mülki i ddianın təmin edilməsinə yönəltmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiy a instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin d üzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması mübahiələndirilir və iş üzrə maddi sübutların taleyinin düzgün həll olunmadığı bildirilməklə apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılımasının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 209.1-ci maddəsində “Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 209.3-cü maddəsinə görə “Bu Məcəllənin 209.1 və 209.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə az adlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 209-cu maddəsinin Qeyd hissəsinə görə “Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iyirmi min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləği başa düşülür.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək aşağıdakıları edir: “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstəri lir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi h əyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, dövlət ittihamçısının apellyasiya protestinə əsasən işə baxan apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə tam riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərara aldı hissəsində göstərilmişdir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi saxlanılmaqla CM-in 69.3-cü maddəsinin tətqibiqinə və müvafiq hesablamalara dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, həmçinin, iş üzrə mülki iddia qismən təmin edilmiş və 1.501.344,51 (bir milyon beş yüz bir min üç yüz qırx dörd manat əlli bir qəpik) manat məbləğində pul Məhkum tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilməklə təqsirləndirilən şəxsə məxsus 193 və 81 adda gömrük ödənişlərinin predmeti hesab olunan malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin Məhkum tutulması qərara alınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 aprel 2022-ci il tarixli, 6/5659-9/9605 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nümunəyə əsasən: 1 saylı cədvəl üzrə göstərilmiş 40 sıra nömrəli “Corona Extra” markalı, 15-18 sıra nömrəli “Baileys İrish Cream” markalı, 7 və 8 sıra nömrələrində qeyd olunan “Amzterdamit” markalı alkoqollu içkilər üzərilərində qeyd olunan tarix göstəricilərinə əsasən istifadə müddətləri bitdiyinə görə yararsız hesab edilir. 1 saylı cədvəl üzrə göstərilmiş digər markalı alkoqollu içkilər orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə, doldurulma tamlığına görə etiket göstəricisinə və müvafiq standartın tələblərinə cavab verir və zavod üsulu ilə hazirlanmış məhsullar üçün olan göstəricilərə uyğundur.Ekspertiza tədqiqatına təqdim edilmiş alkoqollu içkilərin ümumilikdə 25 dekabr 2021-ci il tarixə orta bazar qiyməti təxminən 696653,3 manat müəyyən edilir. Həmin içkilərin ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan 2 №li cə dvəldə göstərilmişdir.Ekspertiza tədqiqatına təqdim edilmiş 536 ədəd “ Baileys İrish Cream” markalı, 11544 ədəd “Corona Extra” markalı, “Amzterdamit” markalı alkoqollu içkilər istifadəyə yararsız olduqlarından qiymətsizdirlər. İş materillarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6 may 2022-ci il tarixli, 6/1884-9/2362 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nümunəyə əsasən 1 saylı cədvəl üzrə göstərilmiş 39,54,55 sıra nömrəli “Baileys İrish Cream” markalı alkoqollu içkilər üzərlərində qeyd olunan tarix göstəricilərinə əsasən istifadə müddətləri bitdiyinə görə yararsız hesab edilir. 1 saylı cədvəl üzrə göstərilmiş digər markalı alkoqollu içkilər orqanoleptik əlamətlərinə, tündlük göstəricilərinə, doldurulma tamlığına görə etiket göstəricisinə və müvafiq standar tın tələblərinə cavab verir və zavod üsulu ilə hazirlanmış məhsullar üçün olan göstəricilərə uyğundur. Tədqiqata təqdim edilmiş alkoqollu içkilərin ümumilikdə 04 aprel 2022-ci il tarixə orta bazar qiyməti təxminən 103085 manat müəyyən edilir. Həmin içkilərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan 2 №li cədvəldə göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 9 ədəd “Baileys İrish Cream” markalı alkoqollu içkilər istifadəyə yararsız olduqlarından qiymətsizdirlər. İş materillarında olan məhkəmə mühasibatlıq ekspertizasının 10 mart 2023-cü il tarixli, 9/9335 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə, təqdim edilmiş 13 ədəd gömrük bəyannaməsi, invoys məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2019-2020-ci i llər üzrə gömrük yığımları, idxal gömrük rüsumları, aksiz vergisi və əlavə dəyər vergisi üzrə öhdəliyi ümumilikdə 1.551.344,51 manat təşkil edir. İş materillarında olan təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2023-cü il tarixli 9/5789 nömrəli ekspert rəyindən görünür ki, 10 dekabr 2021-ci il tarixli, 152 S nömrəli akt üzrə adları sadalanan alkoqollu içkilərin 2023-cü itin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 997292,00 manat, 30 fevral 2022-ci il tarixli, 02 S nömrəli akt üzrə adları sadalanan alkoqollu içkilərin 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 126376,00 manat, “Corona Extra" və “Baileys İrish Cream” markalı yararsız hesab edilən alkoqollu içkilərin yararlı vəziyyətdə 2023-cü ilin iyul ayına olan orta bazar qiy məti ilə ümumi dəyəri təxminən 45780,00 (45528+252) manat müəyyən olunur. İş materillarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarından görünür ki, DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilən təqsirləndirilən şəxsə məxsus 696653,3 manat dəyərində 193 adda (qiymətsizlər də daxil olmaqla), 103085 manat dəyərində 81 adda (qiymətsizlər də daxil olmaqla), ümumilikdə 799738,30 (696653,3 +103085) manat dəyərində olan və yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan spirtli içkilərin üzərinə həbs qoyulmuşdur. İş materillarında olan Məhkum 12 yanvar 2022-ci il tarixli ərizəsi və ona əlavə olunmuş ödəniş qəbzindən görünür ki, müəyyən olunmuş gömrük ödənişlərindən 50000 (əlli min manat) manatı Məhkum tərəfindən ödənilərək depozit hesaba köçür ülmüşdür. Məhkəmə kollegiyası cinayət işinin məteriallarını təhlil edərək qeyd edir ki, apellayasiya instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan, ekspert rəyi ilə yararsız və qiymətsiz hesab edilən alkoqollu içkiləri də heç bir əsaslandırma olmadan və ümumi olaraq 696653,3 manat dəyərində 193 adda (qiymətsizlər də daxil olmaqla), 103085 manat dəyərində 81 adda (qiymətsizlər də daxil olmaqla), ümumilikdə 799738,30 (696653,3+103085) manat dəyərində olan və yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan üzərinə həbs qoyulmuş malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsinə qərar vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat zamanı üzərinə həbs qoyulmuş əmlakların qeyd-şərtsiz təqsirləndirilən şəxs Məhk um məxsus olub-olmaması, həmin əmlakların girovda olub-olmaması və sair xüsusatlar araşdırılmamışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 6 aprel 2023-cü il tarixli e-2-2(113)-41/2023 nömrəli qətnaməsindən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqavilələri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixli 003GOOD20000011 nömrəli Girov müqaviləsi bağlanmış və girov müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi dəyəri 2.459.007,55 manat məbləğində olan 367 adda spirtli içki "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmiş və həmin daşınar əmlakların "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına yüklü edilm əsi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum cəza təyin edilməsi və CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi nəticəsinə gələrkən yuxarda qeyd olunmuş xüsusatları nəzərə almamışlar. Odur ki, kassasiya protestinin dəlilləri ilə qismən razılaşan və həmin protestin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)-2099/2023 nömrəli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsi nə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 30 noyabr 2023-cü il tarixli 1(103)-2099/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar