Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1225/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 2024-cü il 26 noyabr tarixli, 1(103)-2265/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (Hakim R.Cavadzadə) 2024-cü il 15 avqust tarixli, 1(004)-384/2024 nömrəli hökmü ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Resbulikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı ovladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olmuş, Sabirabad şəhəri ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilm iş, onun xx.xx.2024-cü il tarixdən hazıradək həbsdə saxlanıldığı 6 ay 17 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yaşadığı Sabirabad şəhəri Füzuli küçəsi dalan 2 ev 10 olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəl cədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməklə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2024-cü il 26 noyabr tarixli, 1(103)-2265/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui- istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 adından istifadə edərək sonuncuya məxsus "Nissan Latio” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrəli avtomobili təmir etdirib Şahid1 satacağını vəd edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə ayrı-ayrı vaxtlarda, yəni 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında 700 manat, «Milliön» elektron ödəmə terminalı vasitəsilə 18 iyul 2022-ci il tarixdə 250 manat, 20 iyul 2022-ci il tarixdə 250 manat, 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu metronun «20 Yanvar» satnsiyasının yaxınlığında fəaliyyət göstərən "Günəş” kafesində Şahid1 9400 manat pulu alaraq ələ keçirmə klə Şahid1 əmisi oğlu Zərərçəkmiş şəxs ümumilikdə 10600 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkumun törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Bundan başqa, dəfələrlə mülkiyyət əleyhinə cinayətlər, xüsusilə dələduzluq cinayətləri törətdiyini görə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilən Məhkum ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış, hətta təyin edilmiş azadlıqdan məhrumetmə cəzala rı onun islah edilməsi üçün yetərli olmamışdır. Buna baxmayaraq, məhkəmə ona daha yüngül, məhkum edilənin islah edilməsi məqsədlərinə xidmət etməyən cəza təyin etməklə cəza təyin etmənin prinsiplərinə əməl etməmişdir. Əvvəllər dəfələrlə qəsdən cinayət əməlləri törətmiş və buna görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyini cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza, nə onun özünün islah olunmasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Beləliklə, nə birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, nə də ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən zərər çəkmiş şəxsin hüquqları və mənafeləri nəzərə alınmamış, əvvəllər dəfələrlə bu qəbildən cinayət əməllərini törətməyə görə dəfələrlə məhkum olunmaqla, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsə tamamilə qanunsuz və əsassız olaraq yüngül cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 1(103)-2265/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 noyabr tarixli qərarının ləğv edil məsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlay ır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddə sinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hü quqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini təmin etməyərək qərarını onunla əsaslandırmışdır ki, “...Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını (Məhkum törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və cinayət əməli nəticəsində vurulmuş zərəri qismən ödəməsini, himayəsində azyaşlı övladının olmasını), cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir...... Bundan başqa, apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs Məhkum məhkəmə çıxışında əməlindən çox peşman olduğunu, yol verdiyi əmələ görə cəmiyyətdə və onu tanıyanların qarşısında utandığını, vurmuş olduğu zərərdən hazırkı vəziyyətdə 2000 manat məbləğində ödəməyə hazır olmasını, zərəri ödəmək üçün zərərçəkmiş şəxsi tapa bilməməsini, həmin məbləği məhkəmənin hesabında depozitə qoymaq istməsini və bununla bağlı müdafiəçisi tərəfində n məhkəməyə müvafiq qaydada ərizə ünvanlamasını, heç vaxt bir daha qanuna zidd əmələ yol verməyəcəyini, ümumilikdə, cinayət nəticəsində vurmuş olduğu bütün zərəri çalışaraq ödəməsi üçün ona şərait yaradılmasını, himayəsində azyaşlı övladının olmasını, ailəsinin ona maddi və mənəvi ehtiyacı olmasını bildirmiş və bununla da əməlindən peşiman olduğunu açıq-aydın nümayiş etdirmişdir...” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əsaslandırması ilə razılaşır və hesab edir ki, məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Kassasiya protestinin dəlillərindən biri də ondan ibarətdir ki, Məhkum əvvəllər də dəfələrlə məhkum edilmiş, lakin cəza təyin edilərkən məhkəmələr tərəfindən işin bu halı nəzərə alınmamışdır. Cinayət işinin materiallarından görünür ki, Məh kum, həqiqətən də, əvvəllər məhkum edilmiş, lakin həmin məhkumluqlara münasibətdə onun məhkumluğu ödənilmişdir. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 50-ci bəndinin birinci abzasında göstərilmişdir: “Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismind ə nəzərə alınmamalıdır.” Göründüyü kimi, məhkəmələr Məhkum ödənilmiş məhkumluqlarını nəzərə almadan cəza təyin edərkən CM-in imperativ tələbinə dəqiq əməl etmiş, bununla bağlı düzgün nəticəyə gəlmişlər və bu səbəbdən kassasiya protetinin qeyd edilən dəlili də qanunsuz və əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2024-cü il 15 avqust tarixli, 1(004)384/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 1(103)-2265/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1225/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1225/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver