Məhkəmə qərarları › İş №1(102)-1234/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1234/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1234/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3, məhkum Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2021-ci il tarixli, 1(104)-168/2021 nömrəli qərarından Azərbaycan Respu blikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında yaşamış. 2. 24 fevral 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, M əhkum istintaqa məlum olmayan vaxt və mənbədən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, nömrəsi silinmiş «Makarov» («PM») konstruksiyalı, atəşə yararlı yivli odlu silah hesab edilən tapançanı, həmin silahda və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda istifadə etmək üçün nəzərdə tutulan 05 ədəd 9x18 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronları, 01 ədəd «Makarov» («PM») konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissə olan sandıqça ilə birlikdə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq gəzdirmiş və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin əməkda şlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 05 yanvar 2020ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri Kəpəz rayonu Ş.İ.Xətai prospektində yerləşən «Güllər» marketin yaxınlığında saxlanılıb Gəncə şəhər Baş Polis idarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki şalvarın kəmərinin arxa hissəsinə keçirilmiş vəziyyətdə olan həmin 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, nömrəsi silinmiş «Makarov» («PM») konstruksiyalı, atəşə yararlı yivli odlu silah hesab edilən tapança, həmin silahda istifadə etmək üçün nəzərdə tutulan 05 ədəd 9x18 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar və 01 ədəd «Makarov» («PM») konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissə olan sandıqça ilə birlikdə üzərindən aşkar edilərək götürülmüşdür.

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(043)60/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 05 yanvar 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

5. Hö kmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, protestdə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının daha yuxarı həddə təyin edilməsi məhkəmə kollegiyasından xahiş edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2021-ci il tarixli, 1(104)-168/2021 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(043)-60/2020 saylı hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2021-ci il tarixli, 1(104)-168/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəl illəri:

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız və qanunsuz olaraq Məhkum əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirən hallar kimi qeyd etmiş və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, sonuncuya aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkum əməli istər xarakterinə, istərsə də ictimai təhlükəlilik dərəcəsinə, törədilməsinə hallarına və şəxsiyyətinə münasibətdə məhkəmə tərəfindən gəlinmiş nəticəyə uyğun deyil. Beləliklə də, Məhkum əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və məhkumun şəxsiyyətinə münasibətdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təy in edilmiş cəza açıq-aydın yüngül cəzadır. Məhkəmə sözügedən hökmdə müəyyən edilmiş vəzifələri yerinə yetirməyərək, törədilmiş cinayətə görə məhkuma münasibətdə cəza tətbiqi məsələsinin həllində yalnız qanunvericilik müddəaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə sosial balansı bərpa etməyə dair vəzifələrini yerinə yetirməsi ilə bağlı müzakirə aparmamaqla cinayət qanunvericiliyinin həmin tələblərini pozmuşdur. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tət biq etməyərək aşağı həddə cəza təyin etmiş, apelyasiya instansiya məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır.

9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

10. Məhkəmə kollegiyası vaxtında lazımınca məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olma dan kassasiya protestinə baxılmasını mümkün saymışdır.

11. Dövlət ittihamçısı X4 çıxışında bildirdi ki, kassasiya protestini müdafiə edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2021-ci il tarixli qərarının ləğv olunub, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. 12.Məhkum çıxışında bildirdi ki, kassasiya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş edir. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdiril məsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Dövlət ittihamçısı kassasiya protestində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutul muş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Azərbaycan Re spublikası CM-nin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa gös tərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

24. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

25. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

26. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

27. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə dah a sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

28. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqınd a nəticə çıxarmaq üçün əsas vermir.

29. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

30. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

31. Məhkum Azərbaycan Respublikası CM-ni n 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası yəni sanksiya daxilində cəza təyin edilmişdir.

32. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi nəzərə alınmış və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinə uyğun olaraq Məhkum törətdiyi cinayətin xarakteri kimi qəsdin ictimai təhlükəsizliyə yönəldiyini, təqsirin qəsd formasında törədildiyini və az ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alaraq düzgün olaraq təqsirkara Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Bu zaman məhkəmə haqlı olaraq Məhkum cinayəti törətdikdən dərhal sonra saxlanıldığını, onun əməlinin ictimai təhlükəli nəticələrə səbəb olmadığını, xüsusən silahın tətbiq edilmədiyini və ya nümayiş etdirilmədiyini, yəni əməlin ictimai təhlükəliliyinin daha aşağı dərəcədə olduğunu nəzərə almışdır. Məhkəmə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, həm də təqsirkarın şəxsiyyətini, o cümlədən onun əvvəllər məhkum edildiyini nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən sərt cəza növünü seçmişdir və bunda haqlı olmuşdur.

34. Yuxarıda qeyd edilən səbəblərə yanaşı apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, ən sərt cəza növünün seçməklə yanaşı bu cəza növünü həm də ən sərt həddə təyin etmək Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin müəyyən etdiyi ədalətlilik tələbindən uzaq olardı. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın daha yuxarı həddə təyin edilməməsi məsələsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

36. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir.

37. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər.

38. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələn in həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

39. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Beləliklə, mə hkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsində olan 09 mart 2021-ci il tarixli, 1(104)-168/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar