Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1243/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Araz Yəhya oğlunun və zərər çəkmiş şəxsin hüqu qi varisi X3 nümayəndəsi Əfəndiyev Altay Seid oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 09 fevral 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Əfəndiyev Altay Seid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, 01 avqust 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17 ilə danışıb razılaşaraq növbəti gün, yə ni 09 may 2021-ci il tarixdə sonuncular və ünvan 3 ünvanında birlikdə yaşadığı əri Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən restoranlardan birinə gedəcəklərini planlaşdırmalarına baxmayaraq, əri Zərərçəkmiş şəxs 09 may 2021-ci il tarixdə, saat 11 radələrində dostluq münasibətində olduğu Şahid13 ilə görüşüb Bakı şəhəri, Xəqani küçəsində yerləşən "Sultan” restoranında spirtli içki qəbul edib tam sərxoş vəziyyətdə həmin gün saat 17 radələrində yaşadığı mənzilə qayıtmasından və buna görə də tanışları ilə qabaqcadan razılaşdırdığı tədbirin pozulmasından əsəbləşib, bundan başqa son dövrlər əri ilə aralarında yaranmış ailədaxili mübahisələrin daha da kəskinləşməsi zəminində mənzilin giriş dəhlizində, təqribən saat 17:50 radələrində qarşıladığı Zərərçəkmiş şəxsla müba hisə edib əli ilə sonuncunun sağ əlinin bilək nahiyəsindən tutub sıxmaqla, eləcə də zor tətbiq edib itələməklə dəhlizdəki divara çırpıb və həmin hissədə yerdə olan ayaqqabı yığmaq üçün istifadə olunan taxta predmetin üstünə yerə yıxmaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinin həmin predmetlərə dəyməsi nəticəsində ona qəsdən alın nahiyəsinin sağ yarısında, bilavasitə sağ qaş qövsünün bayır qurtaracağı üstündə 4,7x3,5 sm ölçüdə qeyri-müəyyən formalı qançır, sağ qaş qövsünün iç qurtaracağı üzərində 0,8x0,2 sm ölçüdə xətti formalı, ətraf dibi sağlam dəridən aşağı səviyyəli sıyrıq, boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzindən, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasından 1,5 sm sağa və cüzi aşağıda 0,6x0,3 sm və sonuncudan 2,3 sm sağa və cüzi aşağıda 1,0x0,2 sm ölçüdə azacıq qövs vari formada dəri epidermisi sağdan sola istiqamətində qopmuş və büzülmüş sıyrıqlar, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün iç yarısı proyeksiyasında, bilavasitə körpücükaltı nahiyədə 2,8x1,0 sm ölçüdə, düzgün olmayan "4” rəqəminə bənzər formada, sonuncunun sağ kənarından 7,0 sm sağa, ön qoltuq xətti üzrə sağ bazu oynağının ön səthi üzərində 1,2x0,7 sm ölçüdə ovalvari formada eyni xarakterli sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti ilə orta qoltuq xətti arasında, VIII-IX qabırğalararası sahədə 2,5x0,4 sm ölçüdə, uzunluğu çəp-köndələn istiqamətdə yerləşmiş 1 ədəd və sağ onurğayanı xətlə kürək xətti arasında, təxminən X qabırğa səviyyəsində 1,5x0,3 sm ölçüdə uzunluğu köndələn istiqamətdə yerləşmiş 1 ədəd analoji xarakterdə zolaqvari sıy rıqlar, qeyd edilən sıyrıqlara muvafiq olan qansızmalar, sağ saidin arxa səthində, eyni bir düz xətt üzərində, yuxarıdan-aşağıya biri digərindən 3,5 sm, 2,5 sm və 4,2 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,0 sm, 1,8x1,2 sm 1,3x1,0 sm və 1,7x1,2 sm olan ovalvari formada qançırlardan ibarət bədən xəsarətləri yetirmiş, daha sonra ərinin ona hörmət etməməsini, rəfiqələrinini yanında nüfuzdan salmasını düşünərək bu əməllərinə görə döşəmənin üstünə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs özünəməxsus tərzdə cəzalandırmaqla qisas alıb qəsdən öldürmək məqsədi ilə sonuncunun mütəmadi olaraq boynunda gəzdirdiyi və həmin vaxt sonuncunun boynunda olan 60x1x0,3 sm ölçüdə gümüş boyunbağıdan tutub aşğıdan yuxarıdoğru şaquli istiqamətdə dartmaqla ona qəsdən boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzində, qıtl aq qığırdaqlarının aşağı yarısı proyeksiyasında 5,0x2,2 sm ölçüdə qeyri-müəyyən formalı, boğaz nahiyəsinin dərisini soyub enli sıyrıq şəklində, IV və V boyun fəqərələrinin ön və yan səthlərinin yumşaq toxumalarına qansızmalarla müşayiət olunan bədən xəsarətləri yetirməklə boyunbağından istifadə edib həmin üsulla boyun üzvlərini sıxmaqla boğaraq mexaniki asfiksiya nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş və sonuncunun meyitini yaşadığı mənzilin dəhlizində qoyaraq mənzili tərk edib rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17la görüşərək saat 18:40 radələrində Bakı şəhəri, Fizuli küçəsində, “Beşmərtəbə” adlanan ərazidə yerləşən “Təndir” restoranına gedib həmin şəxslərlə birlikdə yemək yeyib spirtli içkilər qəbul etdikdən sonra saat 21:30 radələrində yaşadığı mənzilə qayıdıb tö rətdiyi cinayətin izlərini itirmək məqsədilə Zərərçəkmiş şəxs meyiti üzərindən boyunbağını çıxararaq istintaqla müəyyən edilməmiş şəkildə gizlətmiş, həmin boyunbağının dartılmasından meyitin boğaz nahiyəsində yaranan bədən xəsarətinin aşkarlanmaması üçün Zərərçəkmiş şəxs köynəyinin heç vaxt bağlamadığı yuxarı düymələrini bağlamış, törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq, ərinin guya öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə keçmiş əri Şahid4 zəng edib köməyə çağırmış, sonuncu gəldikdə ona guya Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə qoyub getdiyini, qayıtdıqda dəhlizdə yarı uzanmış vəziyyətdə aşkar etdiyini bildirib Şahid4la birlikdə meyiti çarpayıya uzadaraq saat 21:40 radələrində təcili tibbi yardım çağırmaqla törətdiyi qəsdən adam öldürmə cinayətinin izlərini itirməyə cə hd etmişdir. Hökmdən məhkumun müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Əfəndiyev Altay Seid oğlu 09 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddində, yəni 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında qərar qəbul edilməsini və eyni zamanda həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 09 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin hökmdən apellyasiya şikayəti verməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 385.2 və 385.3-cü maddələrinin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim E.H.İsmayılov) zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin 05 y anvar 2023-cü il tarixli qərarından nümayəndə A.S.Əfəndiyev apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və vəsatətinin təmin olunması haqda qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlu oğlundan ibarət tərkibdə) 09 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyev Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 61 və 71-ci maddələrinə və CPM-nin bir sıra maddələrinə istinad edən zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərər çəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə hökmü ilə razı olmasa da, hüquqi savadsızlığından apellyasiya şikayəti vermək hüququndan fərdi qaydada istifadə edə bilməmiş, eyni zamanda çətin maddi vəziyyəti ilə əlaqədar hüquqi yardım üçün vəkilə müraciət edib hökmdən apellyasiya şikayətini vermək imkanından məhrum olmuş, buna görə də apellyasiya şikayətini vermək ü çün qanunla nəzərdə tutulmuş müddət onun tərəfindən qeyd olunan üzürlü səbəblərə görə buraxılmışdır. Nəticədə işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasında və CPM-nin 11.1, 12.1 maddələrində təsbit olunmuş hüquq bərabərliyi, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması və hüquqi yardım almaq hüququnun təmin edilməsi prinsipləri pozulmuşdur. Hal hazırda qohumlarının ona etdikləri maddi yardım nəticəsində X3 vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və məhkəmə hökmündən narazı qaldığı üçün, apellyasiya şikayəti vermişdir. Nümayəndə A.S.Əfəndiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin olunmadan rədd edilməsi və Bakı Ağır Cinayətlər Məh kəməsinin 05 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və vəsatətin təmin edilərək həmin müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı məhkum Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi X3 da qanuna müvafiq müddətdə qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X3 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçı larının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi X3un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edi r ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların i crası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasib ətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində mü əyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını v ə müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin məhkum olun muş (həbsdə saxlanılan) şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən zərər çəkmiş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya ap ellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya həmin müddətin bərpası haqqında vəsatətin rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protestinin onları vermək hüququna malik olan şəxslər tərəfindən 1 (ay) müddətində verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarının, xüsusən də CPM-nin 386.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər həmin şikayətin və ya protestin verilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti üzrlü səbəblərdən buraxdıqda bu müddətin bərpa edilməsi haqqında qaldırdıqları vəsatətd ə bunun üzrlü səbəblərdən baş verməsini əsaslandırmalı və bu əsaslandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. Cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs barəsindəki 15 iyul 2022ci il tarixli hökmdən məhkumun müdafiəçisi N.A.Sadıqov, zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyev tərəfindən apellyasiya şikayəti verilmişdir. 09 dekabr 2022-ci il tarixdə zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi A.S.Əfəndiyev birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməklə yanaşı şikayətin verilməsi üçün buraxdığı müddətin bərpa olunması haqqında vəsatət qaldıraraq həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2022-ci il tarixli qərarı ilə qanunvericiliyin yuxar ıda təsbit edilmiş tələblərinə uyğun olaraq həmin vəsatətə birinci instansiya məhkəməsi tərəfindən baxılması və 20 (iyirmi) günədək müddətdə CPMnin 385.2 və 386.1-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işi birinci instansiya məhkəməsinə göndərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi hakiminin 05 yanvar 2023-cü il tarixli qərarı ilə nümayəndə A.S.Əfəndiyevin vəsatəti təmin edilməmişdir. Həmin qərardan nümayəndə A.S.Əfəndiyev apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Zərər çəkmiş şəxsin hüq uqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin vəsatətinə, eyni ilə də kassasiya şikayətinin dəlillərinə görə, X3un hüquqi savadı, həmçinin maddi imkanı olmadığına görə o, apellyasiya şikayətinin qanunda nəzərdə tutulmuş müddətdə verilməsi üçün vəkillə müqavilə bağlaya bilməmiş və bu səbəblərdən hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət buraxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, həmin materiallardan, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X3 cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında özü bilavasitə iştirak etmiş və digər proses iştirakçıları kimi, ona da hökmdən şikayət vermə qaydası və müddəti izah edilmişdir. Həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X3un hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun başqa, o cümlədən vəsatətdə və kassasiya şikayətində göstərilən səbəlrədən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan digər üzrlü səbəblər də iş materialları ilə sübuta yetirilmir, belə sübutlar isə həm birinci və apellyasiya instansiyası, həm də kassasiya instansiyası məhkəmələrinə təqdim olunmamışdır.. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin vəsatətinə baxan birinci instansiya m əhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 05 yanvar 2023-cü il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan onun kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq onun təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayə ndəsi A.S.Əfəndiyevin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edib həmin şikayətin təmin edilməsi barədə nümayəndə A.S.Əfəndiyevin, şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi A.Y.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinyət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması haqqında vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdı r. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması haqda zərər çəkmiş şəxsin hüquqi varisi X3un nümayəndəsi A.S.Əfəndiyevin vəsatətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1243/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1243/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver